A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (beşinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


7. Elə bir ev tikək ki, onda dini mərasimlər keçirmək və namaz qılmaq mümkün olsun.

8. Möminlərin evi namaz evi olmalıdır.

9. Qarşı-qarşıya tikilmiş evlər mərkəzləşmə, mühafizə, nəzarət və qarşılıqlı ünsiyyət üçün daha münasibdir.

10. Biganələrə imkan verməyək ki, yaşadığımız məhəllə və cəmiyyətdə fəsad törədələr.

11. Peyğəmbərlərin proqramlarında namaz öndə gəlir.

 

Ayə 88:

﴿وَقَالَ مُوسَى رَبَّنَا إِنَّكَ آتَيْتَ فِرْعَوْنَ وَمَلأهُ زِينَةً وَأَمْوَالاً فِي الْحَيَاةِ الدُّنْيَا رَبَّنَا لِيُضِلُّواْ عَن سَبِيلِكَ رَبَّنَا اطْمِسْ عَلَى أَمْوَالِهِمْ وَاشْدُدْ عَلَى قُلُوبِهِمْ فَلاَ يُؤْمِنُواْ حَتَّى يَرَوُاْ الْعَذَابَ الأَلِيمَ

“Musa dedi: “Pərvərdigara! Sən Firon və onun qövmünün başçılarına dünya həyatında zinət və çoxlu var-dövlət vermisən. Pərvərdigara, (nəticədə bu vasitələrlə xalqı) Sənin yolundan azdırdılar. Pərvərdigara! Onların var-dövlətini məhv et, qəlblərini bərkit. Çünki onlar ağrılı əzabı görməyincə iman gətirməyəcəklər.”

Nöqtələr

◘Neft kəmərlərinin bağlanması, ticarət və hərbi əlaqələrin kəsilməsi, düşmənin təchizat anbarlarının oda çəkilməsi “onların var-dövlətini məhv et” təbirinin ünvanlarındandır.

Bildirişlər

1. ”Rəbbəna” müraciətinin duada mühüm rolu var.

2. Bütün olanlarımız Allahdandır.

3. Hər hansı bir insanın var-dövlətli olması onun Allah yanında əziz olması nişanəsi deyil.

4. Küfr insanın dünya ləzzətlərindən kam almasına mane olmur.

5. Zalım təkəbbürlülərin maddi rifahı yalnız bir neçə günlük dünyaya aiddir.

6. Peyğəmbərlərin nifrini şəxsi münasibətlərdən yox, vəhydən qaynaqlanır. Bu sayaq nifrində məqsəd məktəb və ümməti qorumaqdır.

7. Var-dövlət qeyri-saleh insanları doğru yoldan azdırır, yoxsulluq isə küfrə zəmin yaradır.

8. Dualarımızda düşməni lənətləməyi yaddan çıxarmayaq.

9. Dəlil və möcüzə səmərə vermədikdə, növbə nifrinə çatır.

10. Qəlbidaşlar ilahi qəzəbi görməsələr haqqa iman gətirməzlər.

 

Ayə 89:

﴿قَالَ قَدْ أُجِيبَت دَّعْوَتُكُمَا فَاسْتَقِيمَا وَلاَ تَتَّبِعَآنِّ سَبِيلَ الَّذِينَ لاَ يَعْلَمُونَ

“(Allah-təala) buyurdu: “Siz iki nəfərin duası qəbul oldu. Möhkəm dayanın və nadanların yolu ilə getməyin.”

Nöqtələr

◘Ötən ayədə Musanın nifrinindən, bu ayədə Musa və Harunun dualarının qəbul olmasından danışıldı. Rəvayətlərdə qeyd olunur ki, Musa dua edir, Harun “amin” deyirdi. “Rəbbəna” sözü deyilənləri təsdiqləyir.”[293]

◘İmam Sadiq (ə) buyurmuşdur: “Musanın nifrinindən qırx il sonra Firon qərq oldu.[294]

Bildirişlər

1. Peyğəmbərlərin duası qəbuldur.

2. Musanın duasının qəbul olması göstərir ki, onun fironçuların məhvi ilə bağlı istəyi düz istək imiş.

3. Hətta dua qəbul olduqdan sonra səbir və mətanət lazımdır.

4. İlahi rəhbərlər cahil düşüncələrə qarşı qətiyyətlə yanaşmalıdırlar. Çünki süstlük cəhalət nişanəsidir.

5. Elm əhlinə itaət caizdir.

 

Ayə 90:

﴿وَجَاوَزْنَا بِبَنِي إِسْرَائِيلَ الْبَحْرَ فَأَتْبَعَهُمْ فِرْعَوْنُ وَجُنُودُهُ بَغْيًا وَعَدْوًا حَتَّى إِذَا أَدْرَكَهُ الْغَرَقُ قَالَ آمَنتُ أَنَّهُ لا إِلِـهَ إِلاَّ الَّذِي آمَنَتْ بِهِ بَنُو إِسْرَائِيلَ وَأَنَاْ مِنَ الْمُسْلِمِينَ

“Biz Bəni-İsraili dəryadan keçirdik. Bir halda ki, Firon və əsgərləri zülm-sitəmlə onları təqib edirdilər. Burulğan Fironu bürüdüyü vaxt o dedi: “İman gətirdim ki, Bəni-İsrailin iman gətirdiyindən savay məbud yoxdur və mən təslim olanlardanam.”

Nöqtələr

◘“Bəhr” dedikdə ayədə Nil çayı nəzərdə tutulmuşdur. Bu çaydan keçmək Allahın əmri idi. Musaya göstəriş verildi ki, əsasını Nil çayına toxundursun. Əsa Nilə toxunduqdan sonra su yarıldı və suyun dibi göründü. Musa və yoldaşları bu yolla ötüb keçdilər.

◘Ölüm məqamı tövbə etmək və iman gətirmək faydasızdır. Qurani-kərimdə oxuyuruq: “Ölüm astanasında tövbə edib peşman olan günahkarın tövbəsi qəbul deyil.”[295]

Bildirişlər

1. Zalım qüvvələrlə mübarizədə Allaha təvəkkül etsək, O bizi tənha buraxmaz.

2. Varlıq aləmində bütün dəyişikliklər Allahın iradəsi ilə baş verir.

3. Peyğəmbərlərin duası nəhayətdə qəbuldur.

4. Musanı aradan götürmək istəyən Firon özü məhv oldu.[296]

Aləmlərin Rəbbi çatan tonqalı

Hər kim üfürərsə yanar saqqalı.

5. İlahi əzab nazil olan məqamda iman gətirmək faydasızdır.

6. Təkəbbürlü zalımlar bir gün aciz və möhtac qalacaqlar.

7. Firon kimi təkəbbürlülər yalnız ölüm zamanı təslim olur. Amma bunun nə faydası?!

8. Acı hadisələr insanın gözündən qəflət pərdəsini qaldırır.

9. Qeyri-ilahi qüdrətlər hörümçək torundan başqa bir şey deyil. Onlar bir gün təslim olar.

 

Ayə 91:

﴿آلآنَ وَقَدْ عَصَيْتَ قَبْلُ وَكُنتَ مِنَ الْمُفْسِدِينَ

“İndimi?! (Ölüm zamanımı tövbə edirsən?) Bir halda ki, əvvəllər itaətsizlik edirdin və həddi aşırdın.”

 

Ayə 92:

﴿فَالْيَوْمَ نُنَجِّيكَ بِبَدَنِكَ لِتَكُونَ لِمَنْ خَلْفَكَ آيَةً وَإِنَّ كَثِيرًا مِّنَ النَّاسِ عَنْ آيَاتِنَا لَغَافِلُونَ

“Bu gün sənin cəsədini (dəryada məhv olmaqdan) xilas edirik ki, gələcəkdəkilər üçün ibrət olsun. Şübhəsiz, xalqın çoxu Bizim nişanələrimizdən xəbərsizdir.”

Nöqtələr

◘“Təfsire-Safi”də imam Rizanın (ə) belə buyurduğu nəql olunmuşdur: “Firon təpədən dırnağadək zireh və silah idi. Qaydaya görə o, suya düşdükdən sonra suyun dibinə getməli idi. Amma dalğalar o ağır bədəni sahilə atdı. Bu bir möcüzədir.”

Bildirişlər

1. Ölüm anı tövbə faydasızdır. Fürsət varkən tövbə qılaq.

2. Quran gələcəkdən və qeybdən xəbər verir. (Onlarca əsrdən sonra Fironun mumyalanmış bədəni Qahirə muzeyində saxlanılır.)

3. Zalım hakimlərin məhvindən ibrət götürmək lazımdır.

4. İlahi qüdrət və yardım nişanələrinin qorunması üçün çalışmaq lazımdır.

5. Xalqın çoxu keçmişdən ibrət götürmür.

 

Ayə 93:

﴿وَلَقَدْ بَوَّأْنَا بَنِي إِسْرَائِيلَ مُبَوَّأَ صِدْقٍ وَرَزَقْنَاهُم مِّنَ الطَّيِّبَاتِ فَمَا اخْتَلَفُواْ حَتَّى جَاءهُمُ الْعِلْمُ إِنَّ رَبَّكَ يَقْضِي بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُواْ فِيهِ يَخْتَلِفُونَ

“Həqiqətən, İsrail övladlarını düz və ürəyəyatan bir yerdə (Şam və Beytül-Müqəddəs) yerləşdirdik və onlara pak ruzilər verdik (və onlar sonra din işlərində ixtilafa düşdülər). Bu isə yalnız (Tövratda gələnlərdən) onlara elm hasil olandan sonra baş verdi. Şübhəsiz, sənin Rəbbin qiyamət günü onların arasında ixtilaf etdikləri şey barədə hökm edəcəkdir.”

Nöqtələr

◘“Sidq” sözü Quran dilində bəzən müəyyən sözlərin ardınca gəlib yaxşılıq mənasını bildirir.[297] Yəni həqiqətə münasiblik hər şey üçün dəyərdir. Ola bilsin ki, ayədə, yaxşı suyu, havası, nemətləri olan bir yer, yəni Şam və Fələstin nəzərdə tutulmuşdur. “Sidq məkan” dedikdə, həqiqətən yaxşı olan bir yer nəzərdə tutulur. Bəni-İsrailin məskunlaşdığı yer həm bütün yaşayış şəraitinə malik, həm də çox məhsuldar idi.

Bildirişlər

1. Münasib məskən ilahi nemətlərdən biridir və ilahi dinlərdə təqdir olunmuşdur.

2. Peyğəmbərlərin hərəkatında mənəvi məsələlərlə yanaşı xalqın maddi ehtiyacları da diqqət mərkəzində olmuşdur.

3. Adətən inqilablardan sonra iqtisadi tarazlıq pozulur, ölkədə bahalıq və qıtlıq yaranır. Amma Allah Firon rejimini məhv etməklə Bəni-İsraili sıxıntılardan xilas etdi.

4. Təfriqə bütün ilahi nemətləri puça çıxardır.

5. İxtilafların kökü bəzən maddi çətinliklər yox, sadəcə nəfs istəkləri olur.

6. Təkcə elm vasitəsi ilə xilas olmaq mümkünsüzdür.

7. Quran bilərəkdən yaradılan ixtilafları ciddi tənqid edir.

 

Ayə 94:

﴿فَإِن كُنتَ فِي شَكٍّ مِّمَّا أَنزَلْنَا إِلَيْكَ فَاسْأَلِ الَّذِينَ يَقْرَؤُونَ الْكِتَابَ مِن قَبْلِكَ لَقَدْ جَاءكَ الْحَقُّ مِن رَّبِّكَ فَلاَ تَكُونَنَّ مِنَ الْمُمْتَرِينَ

“Əgər sənə nazil etdiyimizə şəkkin varsa, səndən öncəki səmavi kitabları oxuyanlardan soruş. Şübhəsiz, Rəbbin tərəfindən haqq sənə gəlmişdir, şəkk edənlərdən olma.”

Nöqtələr

◘Rəvayətlərdən birində İmam Hadinin (ə) belə buyurduğu nəql edilir: “Cahil insanlar soruşurdular ki, nə üçün peyğəmbər olaraq mələk nazil olmayıb? Allah bu ayəni nazil etməklə, bütün peyğəmbərlərin adi xalq kimi yaşamasını nəzərə çatdırmaqla onların cavabını verdi.”[298]

Sual: Səmavi kitablar təhrif edilmişdirsə, nə üçün kitab əhlinin alimləri bu ayədə hakim götürülür?

Cavab: Öncəki səmavi kitabların bir hissəsi təhrif olunsa da, kitab əhli alimləri arasında istinad ediləsi şəxslər tapılır.[299]

Sual: Quranda buyurulur ki, ey peyğəmbər, Quranın haqq olmasına şəkkin varsa, kitab əhlindən soruş. Axı Peyğəmbər (s) heç vaxt şəkk etməmişdir və ağıl onun vəhyə şəkk etməsini qəbul etmir?

Cavab: 1. Ayədəki “in”, yəni “əgər” hissəsi fərz nişanəsidir. Məsələn, “Məryəm” surəsinin 91-ci ayəsində “əgər Allahın övladı olsaydı” təbiri işlədilmişdir. Bir sözlə, bu sayaq təbirlərdə qəti bəyan yoxdur.

2. Hazırkı surənin 104-cü ayəsində Peyğəmbərin (s) dilindən xalqa belə xitab olunur: “Əgər mənim dinimə şəkk edirsinizsə.” Demək, Həzrət şəkk etməmişdir. Əgər şəkk etsəydi, xalqa bu sayaq müraciət etməzdi. Bundan əlavə, “Bəqərə” surəsinin 285-ci ayəsində buyurulur ki, Peyğəmbər (s) ona vəhy edilənə iman gətirmişdi.

3. Bəzən Quran başqalarını nəzərdə tutub Peyğəmbərə (s) müraciət edir. Məsələn “İsra” surəsinin 23-cü ayəsində buyurulur: “Əgər ata-ana sənin yanında qoca yaşa çatsalar...” Halbuki həzrət Məhəmməd (s) dünyaya gəlməmiş onun atası, uşaq yaşında ikən anası dünyadan getmişdi. Ayə nazil olan vaxt Peyğəmbərin (s) ata-anası yox idi. Ayədə bir növ “qızım sənə deyirəm, gəlinim sən eşit” prinsipi əsas götürülmüşdür. Tərbiyəvi məsələlərin bəyanında da bəzən başqalarına işarə ilə böyüklərə xitab olunur.

4. Bəzən ayələrdə müsəlmanlara ünvanlanmış söz Peyğəmbərə (s) müraciətlə bəyan olunur. Məsələn, Peyğəmbər (s) heç vaxt qadına talaq vermədiyi halda ona talaq barədə müraciət olunur.[300]

5. “Əgər şəkkin varsa” təbirini Peyğəmbərin (s) şəkk etməsinə dəlil saysaq, digər ayələri də eyni şəkildə qəbul etməliyik. Bu isə mümkünsüzdür!

6. Kitab əhlinin bəzi sualları olsa da onlar soruşmaqdan çəkinirdilər. Allah bu bəyanı ilə onların müraciətinə yol açdı.

7. Məqsəd mübahisə aparılan tərəflərlə dəlil-höccət gətirilməsi də ola bilər. Məsələn, həzrət İbrahim ulduzpərəstlərə dedi: “Bu, (ulduz) mənim Rəbbimdir.”[301]

8. Həzrət Peyğəmbər (s) bu ayəni eşitdiyi vaxt buyurdu: “Mən şəkk etmirəm.” İmam Sadiq (ə) da öz növbəsində buyurmuşdur: “Vallah, peyğəmbərin şəkki yox idi.”[302]

Bildirişlər

1. Əqidə məsələlərində şəkki aradan qaldırmaq zəruridir.

2. Şəkk etdiyiniz vaxt alimlərə müraciət edin. (Demək, alimin sözü höccətdir.)

3. Səmavi kitablar bir-birlərini təsdiqləyir.

4. Kitab əhlinin bir qismi haqqı deyir.

5. Rəhbər qətiyyətli olmalı və tərəddüdə yol verməməlidir.

6. Fəzl odur ki, düşmənlər də ona şəhadət versin. Düşmənlərin də etiraf etdiyi həqiqətə şübhə edirsinizmi?!

 

Ayə 95:

﴿وَلاَ تَكُونَنَّ مِنَ الَّذِينَ كَذَّبُواْ بِآيَاتِ اللّهِ فَتَكُونَ مِنَ الْخَاسِرِينَ

“Heç vaxt ilahi ayələri təkzib edənlərdən olma. O halda ziyankarlardan olacaqsan.”

Nöqtələr

◘Ötən ayədə Qurana şəkk, bu ayədə isə ayələrin təkzibi qadağan olundu. Çox olsun ki, şəkk aradan qalxmasa təkziblə nəticələnər.

◘Ötən ayədə şəklə bağlı bəyan olunan bütün təhlillər və cavablar bu ayədə də nəzərdən keçirilir. Çünki təkzib şəkdən də pisdir. Bir çox ayə və hədislər Peyğəmbərin (s) uyğun həqiqətlərə yəqinliyindən danışır. Demək, ayələr Peyğəmbərə (s) yox, xalqa ünvanlanmışdır. Bir şəxsin inamından ətrafdakılar güc alırsa, necə ola bilər ki, həmin şəxs özü şəkk və ya təkzibə düçar olsun?!

◘Peyğəmbərin (s) məsum olmasına baxmayaraq, dəfələrlə Quranda ona xitabən xəbərdarlıq olunur. Bu yolla xalq qəflətdən oyadılır, onların diqqəti öz əməllərinin hesabına yönəldilir.[303]

Bildirişlər

1. Allah-təala Öz peyğəmbərinə də xəbərdarlıq edir.

2. İman və ilahi rəhbərlik sərmayəsinin əldən verilməsi ciddi ziyandır.

 

Ayə 96:

﴿إِنَّ الَّذِينَ حَقَّتْ عَلَيْهِمْ كَلِمَتُ رَبِّكَ لاَ يُؤْمِنُونَ

“Həqiqətən, haqqında Rəbbinin göstərişi gerçəkləşən kəslər iman gətirməzlər.”

 

Ayə 97:

﴿وَلَوْ جَاءتْهُمْ كُلُّ آيَةٍ حَتَّى يَرَوُاْ الْعَذَابَ الأَلِيمَ

“Onlar üçün hər növ möcüzə gəlsə də, Allahın ağrılı əzabını görməyincə (iman gətirməzlər.)”

Nöqtələr

◘97-98-ci ayələrə əsasən, “kəlimətu Rəbbikə” dedikdə ilahi qəhr-qəzəb başa düşülür.

Bildirişlər

1. İlahi qəhr-qəzəb kafirlərin haqqıdır.[304]

2. Təkzib və ardıcıl inadkarlığa görə kafirlərin imandan məhrum edilməsi Allahın rübubiyyət tələbi və ilahi sünnədir.

3. Bütün xalqın iman gətirməsi intizarında olmayaq.

4. Günahkarlar Allahın əzabını gördükləri vaxt dəhşətə gəlib iman gətirərlər. Amma bunun nə faydası var?!

 

 

 

 

 

 

 

 

 

 

Ayə 98:

﴿فَلَوْلاَ كَانَتْ قَرْيَةٌ آمَنَتْ فَنَفَعَهَا إِيمَانُهَا إِلاَّ قَوْمَ يُونُسَ لَمَّآ آمَنُواْ كَشَفْنَا عَنْهُمْ عَذَابَ الخِزْيِ فِي الْحَيَاةَ الدُّنْيَا وَمَتَّعْنَاهُمْ إِلَى حِينٍ

“Nə üçün heç bir şəhər əhli (vaxtında) iman gətirmir ki, (imanı ona) fayda versin?! Yalnız Yunusun qövmü istisnadır. (Son fürsətdə iman gətirdikləri vaxt) biz zəliledici əzabı dünya həyatında onlardan uzaqlaşdırdıq və Bir müddət onlara bəhrə verdik.”

Nöqtələr

◘Bu surədə həzrət Nuh və Musanın tarixi ətraflı şəkildə, Yunus qövmünün tövbəsi isə qismən bəyan olunsa da, surə “Yunus” adlandırılmışdır. Bunun səbəbi Yunus qövmünün son fürsətdə tövbə etməsi və bu tövbənin Allah tərəfindən qəbul edilməsinin əhəmiyyəti ola bilər.

◘İmam Sadiq (ə) buyurmuşdur: “Həzrət Yunus otuz yaşından altmış üç yaşınadək təbliğ etdi. Bu müddət ərzində ona yalnız iki nəfər iman gətirdi. Həzrət Yunus xalqa nifrin etdi və onlardan uzaqlaşdı. Ona iman gətirən iki nəfərdən biri müdrik adam idi. O, peyğəmbərin xalqı tərk etdiyini görüb uca səslə fəryad çəkdi. Bu fəryad qarşıdakı təhlükədən danışırdı. Xalq peşman olub həmin möminin bələdçiliyi ilə şəhərdən çıxdı. Övladlarından ayrılmış bu insanlar Allah dərgahına üz tutub tövbə etdilər. Həzrət Yunus geri döndükdə həmin qövmü həlak olmamış gördü. Sonradan bunun səbəbi peyğəmbərə aydınlaşdırıldı.[305]

Bildirişlər

1. İnsan uçurum kənarında da özünü qoruya bilər.

2. Vaxtında qılınan tövbə ilahi əzabı aradan qaldırır. (Keçmiş qövmlər arasından yalnız həzrət Yunusun qövmü vaxtında tövbə qılıb, iman gətirmişdir.)

3. Xalqın taleyi onun öz əlindədir.

4. Dünya xoşbəxtliyinin dünya rəmzi də imandır.

5. Dua və yalvarış həm bəlanı aradan qaldırır, həm də ləzzət verir.

 

 

 

 

 

 

 

 

Ayə 99:

﴿وَلَوْ شَاء رَبُّكَ لآمَنَ مَن فِي الأَرْضِ كُلُّهُمْ جَمِيعًا أَفَأَنتَ تُكْرِهُ النَّاسَ حَتَّى يَكُونُواْ مُؤْمِنِينَ

“Əgər Rəbbin istəsəydi, yer üzünün bütün əhli (məcburi şəkildə) birdəfəyə iman gətirərdi. (Amma qanun budur ki, azad şəkildə iman gətirilsin.) Sən xalqı iman gətirməyə məcburmu edirsən?!”

Nöqtələr

◘Allah-təala həm qüdrət, həm də hikmət sahibidir: O elə bir məqamda qüdrətindən istifadə edir ki, bu rəftar hikmətə zidd olmasın. İlahi hikmətə əsasən xalq azad olmalı, məcburi surətdə iman gətirməməlidir. Müşriklər isə deyirdilər: “Allah istəsəydi biz müşrik olmazdıq. Demək, bizim şirkimiz Allahın istəyidir...”[306] Bu ayə müşriklərin uyğun iradına cavab ola bilər. Əgər Allah məcburi iş görürsə, nə üçün imana yox, şirkə məcbur etməlidir?!

Bildirişlər

1. İman məcburiyyət yox, seçim əsasında əldə olunmalıdır.

2. Peyğəmbər öz canıyananlığı səbəbindən xalqın iman gətirməsini israr edirdi.

 

Ayə 100:

﴿وَمَا كَانَ لِنَفْسٍ أَن تُؤْمِنَ إِلاَّ بِإِذْنِ اللّهِ وَيَجْعَلُ الرِّجْسَ عَلَى الَّذِينَ لاَ يَعْقِلُونَ

“Halbuki, Allahın izn və iradəsi olmadan kimsə iman gətirə bilməz və Allah çirkinliyi (küfrü) düşünməyən kəslər üçün qərar verər.”

Bildirişlər

1. Ötən ayəyə əsasən, xalq iman gətirməyə məcbur edilmir, həm də Allahın hidayət və tövfiqi olmadan kimsə imana müvəffəq olmur.[307]

2. Küfr çirkinlikdir.

3. Yalnız düşüncə əhli ilahi lütf və iman tövfiqinə nail ola bilir. İxtiyari olaraq düşünməyən kəs Allahın qəzəbinə gəlir.

4. Sağlam əql iman üçün zəmindir. İmansızlıq düşüncəsizlik nişanəsidir.

 

 

 

Ayə 101:

﴿قُلِ انظُرُواْ مَاذَا فِي السَّمَاوَاتِ وَالأَرْضِ وَمَا تُغْنِي الآيَاتُ وَالنُّذُرُ عَن قَوْمٍ لاَّ يُؤْمِنُونَ

“De ki, göylərdə və yerdə nə olduğuna (ibrət gözü ilə) baxın. Amma iman gətirməyənlər üçün nişanə və xəbərdarlıqların faydası yoxdur.”

Nöqtələr

◘Ötən ayədə düşüncəsizlik küfr dəlili sayıldı. Bu ayədə isə təfəkkür və düşüncə iman yolu kimi tanıtdırılır.

◘“Nuzur” ya “nəzir” sözünün oxşarıdır (peyğəmbər mənasında), ya da “inzar” sözünün cəm formasıdır (xəbərdarlıqlar mənasında).

Bildirişlər

1. Yaranışın mütaliəsi və bu mövzuda düşüncə Allahı tanımağın ən sadə və ümumi yoludur.

2. İnsanın qərar çıxarmasında onun iradəsindən qaynaqlanan baxış səmərəlidir. Bir şeyə sadəcə baxmaq faydasızdır.

3. İlahi ayələr və xəbərdarlıqlar yalnız inadkar olmayan pak insanlara təsir edir.

4. İnsan əqidə məktəbi seçimində azaddır. Əgər insan azad olmasaydı, peyğəmbərlərə və səmavi kitablara qarşı çıxmazdı.

 

Ayə 102:

﴿فَهَلْ يَنتَظِرُونَ إِلاَّ مِثْلَ أَيَّامِ الَّذِينَ خَلَوْاْ مِن قَبْلِهِمْ قُلْ فَانتَظِرُواْ إِنِّي مَعَكُم مِّنَ الْمُنتَظِرِينَ

“(İlahi ayələrə və peyğəmbərlərə qarşı çıxanlar) keçmişdəkilərin (zillət dolu) ruzgarından başqa bir ruzgar intizarındamıdırlar? De ki, intizarda olun, mən də sizinlə (birlikdə) intizardayam. (Keçmişdəkilərin düçar olduğu bəlaya siz də düçar olarsınız.)”

Bildirişlər

1. İlahi sünnə və qanunlar bütün xalq üçün eynidir.

2. Keçmişdəkilərin tarixi gələcəkdəkilər üçün ibrətdir.

3. Allahın verdiyi möhlət bizi qürrələndirməsin.

4. Dinsizliyin sonu fəlakətdir.

5. Xalqın inadkarlığı bəzən peyğəmbərləri də məyus etmişdir. Onlar bəzən öz ümidsizliklərini elan etmişlər.

 

Ayə 103:

﴿ثُمَّ نُنَجِّي رُسُلَنَا وَالَّذِينَ آمَنُواْ كَذَلِكَ حَقًّا عَلَيْنَا نُنجِ الْمُؤْمِنِينَ

“(Bəla və cəza nazil olarkən) peyğəmbərlərə və möminlərə nicat veririk. Möminləri bu sayaq azad etmək onların haqqıdır.”

Nöqtələr

Sual: Təcrübədə müşahidə etmişik ki, bəzən yaxşı da pisin oduna yanır. “Ənfal” surəsinin 25-ci ayəsində buyurulur ki, təkcə zalımları yox, hətta möminləri də bürüyəcək fitnədən qorxun. Bəs necə olur ki, bu ayədə möminlərin nicat tapacağı bildirilir?

Cavab: İman əhli kafirlər və günahkarlar arasında sakit dayanarsa, Allahın qəzəbi onlara da yetişər. Amma öz ilahi vəzifəsinə, yəni nəhy ən münkərə (pisliyin qadağasına) əməl edənlər bəla zamanı nicat tapırlar.

Bildirişlər

1. Allah peyğəmbərləri və möminləri Öz qəzəbinə düçar etmir.

2. İlahi sünnələrdən və möminlərin haqlarından biri əzab zamanı onların himayə olunmasıdır.

3. Qurtuluş vədi ilahi hərəkatların ən möhkəm dayağıdır.

4. Gələcək möminlərindir.

 

Ayə 104:

﴿قُلْ يَا أَيُّهَا النَّاسُ إِن كُنتُمْ فِي شَكٍّ مِّن دِينِي فَلاَ أَعْبُدُ الَّذِينَ تَعْبُدُونَ مِن دُونِ اللّهِ وَلَـكِنْ أَعْبُدُ اللّهَ الَّذِي يَتَوَفَّاكُمْ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ الْمُؤْمِنِينَ

“De ki, ey xalq, əgər mənim dinimə şübhəniz varsa (bilin ki), sizin Allah yerinə pərəstiş etdiklərinizə pərəstiş etmirəm. Elə bir Allaha pərəstiş edirəm ki, sizin canınızı alır. Mənə möminlərdən olmaq əmr olunub.”

Bildirişlər

1. Başqalarının şəkki bizi şəkkə salmasın. Qətiyyət rəhbərlik şərtidir.

2. Kafirlərlə hər növ saziş, yaxınlıq qadağandır. Küfr cəbhəsi bizdən ümidini üzməlidir.

3. Düşmənin hətta İslam başçılarında da tamahı var. Demək, öz əyilməzliyimizi qətiyyətlə elan etməliyik.

4. Pərəstişə yalnız ölüm və həyat əlində olan kəs layiqdir.

5. Şübhəsiz ki, həm ölüm, həm də həyat Allahın əlindədir. Amma bu ayə yalnız ölüm haqqında danışır. Çünki ölüm ən üstün xəbərdarlıq vasitəsidir.

6. Müşriklər öz məbudlarını ağıllı sayırdılar.

 

Ayə 105:

﴿وَأَنْ أَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا وَلاَ تَكُونَنَّ مِنَ الْمُشْرِكِينَ

“(Mənə əmr olunub ki,) hər növ şirkdən pak ayinə üz tut və heç vaxt müşriklərdən olma.”

 

Ayə 106:

﴿وَلاَ تَدْعُ مِن دُونِ اللّهِ مَا لاَ يَنفَعُكَ وَلاَ يَضُرُّكَ فَإِن فَعَلْتَ فَإِنَّكَ إِذًا مِّنَ الظَّالِمِينَ

“Allahdan başqasını−sənə heç bir faydası və zərəri olmayan şeyi −çağırma. Əgər belə etsən, həqiqətən zalımlardan olacaqsan.”

Nöqtələr

◘”Hənif” doğru-düzgün mənasını bildirir. Bu doğruluqda sağa-sola heç bir büdrəmə yoxdur.

Bildirişlər

1. Dindarlıq qətiyyət, səy və eşq istəyir.

2. İslam dini əyintisiz ayindir.

3. Həqiqi müsəlman İslamı qəbul etdikdən sonra heç bir şirkə uğramır və zalım hakimlərə meyl etmir.

4. Ağıllı insanlar ya faydalanmaq, ya da zərərdən qaçmaq üçün çalışır. Bütlər isə nə fayda verə bilir, nə də zərəri dəf edir. Demək, şirk bir növ axmaqlıqdır.

5. Şirk zülm, müşrik isə zalımdır.

 

Ayə 107:



Geri   İrəli
Go to TOP