A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (beşinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


4. İzzət, şərəf Allahın əlindədir və onun-bunun sözü ilə kimsə alçalmır.

 

 

 

 

Ayə 66:

﴿أَلا إِنَّ لِلّهِ مَن فِي السَّمَاوَات وَمَن فِي الأَرْضِ وَمَا يَتَّبِعُ الَّذِينَ يَدْعُونَ مِن دُونِ اللّهِ شُرَكَاء إِن يَتَّبِعُونَ إِلاَّ الظَّنَّ وَإِنْ هُمْ إِلاَّ يَخْرُصُونَ

“Agah olun! Həqiqətən, göylərdə və yerdə olan hər kəs Allahındır. Allahın əvəzinə qoşduqları şərikləri çağıranlar (onlara da) itaət etmirlər. Onlar öz gümanlarından başqa bir şeyə itaət etmirlər. Onlar yalnız yalan danışanlardır.”

Nöqtələr

◘“Çağırırlar...” cümləsi sual, “itaət etmirlər” cümləsi cavab ola bilər. Yəni uydurduqları şəriklərin ardınca gedənlər nəyə itaət edirlər? Onlar öz gümanlarından başqa bir şeyə itaət etmirlər. Cümlədən belə də anlaşıla bilər ki, hətta Allaha şərik qoşulanlar da Onun mülkündədir.

Bildirişlər

1. Allahın mütləq malikiyyəti tövhid və kamil izzət dəlilidir.

2. Hər şey Allahın mülküdür. Necə ola bilər ki, mülk malikə şərik olsun?!

3. Səmalarda ağlı olan varlıqlar var.

4. Müşriklərin məntiqi, elmi əsasları yoxdur.

5. Müşriklər qoşduqları şəriklərə yox, öz xülyalarına itaət edirlər. Çünki Allahın şəriki yoxdur. Demək, onlar yalan deyirlər.

 

Ayə 67:

﴿هُوَ الَّذِي جَعَلَ لَكُمُ اللَّيْلَ لِتَسْكُنُواْ فِيهِ وَالنَّهَارَ مُبْصِرًا إِنَّ فِي ذَلِكَ لآيَاتٍ لِّقَوْمٍ يَسْمَعُونَ

“Rahatlıq tapmağınız üçün sizin üçün gecəni müəyyənləşdirən Odur. O, gündüzü işıqlı etdi. Şübhəsiz, bunda eşidən qövm üçün nişanələr var.”

Nöqtələr

◘Ötən ayədə Allahın malikiyyətinə, bu ayədə isə Onun varlıq aləmindəki hikmətli tədbirinə işarə olunmuşdur.

◘Quranda ruhi aramlıq tilavət, gecəni oyaq qalmaq, təsbih, qunut, səcdə ünvanlarında bəyan olunmuşdur.[282]

Fiziki aramlıq isə yuxu və istirahət vasitəsi ilə olur.[283]

Bildirişlər

1. Gecə və gündüz tədbirlə, insanın bəhrələnmə məqsədi ilə, hikmətlə proqramlaşdırılmışdır.

2. Gecə istər ruhi, istər fiziki aramlıq üçündür.

 

Ayə 68:

﴿قَالُواْ اتَّخَذَ اللّهُ وَلَدًا سُبْحَانَهُ هُوَ الْغَنِيُّ لَهُ مَا فِي السَّمَاوَات وَمَا فِي الأَرْضِ إِنْ عِندَكُم مِّن سُلْطَانٍ بِهَـذَا أَتقُولُونَ عَلَى اللّهِ مَا لاَ تَعْلَمُونَ

“(Müşriklər) dedilər: “Allah övlad götürmüşdür.” O, pakdır, ehtiyacsızdır. Göylərdə və yerdə olan Onundur. Bu sözə sizin heç bir dəliliniz yoxdur. Bilmədiyiniz şeyi Allahamı aid edirsiniz?”

Nöqtələr

◘“İttəxəzəllahu vələdən” cümləsi “bir kəsi övladlığa götürdü” mənasını bildirir. Bu məna anadan olmaq, övladı olma mənalarından fərqlidir. Müşriklər mələkləri Allahın qızları hesab edirdilər. Yəhudilər Üzeyiri, məsihilər İsanı Allaha oğul sayırdılar.

◘Quranda bildirilir ki, vəzir Əziz öz zövcəsi Züleyxaya dedi: “Yusifi övladlığa götürək.”[284] Fironun arvadı Asiya ona dedi: “Musanı övladlığa götürək.”[285]

Bildirişlər

1. Allahın övlad götürməsinə heç bir səbəb yoxdur. O nə tənhalıqdan qorxur, nə varisə ehtiyaclıdır, nə köməkçiyə ehtiyac duyur, nə də nəsil davamı üçün övlada möhtacdır.

2. Dini əqidələr dəlilə əsaslanmalıdır.

3. Elmi əsası olmayan, dəlilsiz sözün dəyəri yoxdur.

 

Ayə 69:

﴿قُلْ إِنَّ الَّذِينَ يَفْتَرُونَ عَلَى اللّهِ الْكَذِبَ لاَ يُفْلِحُونَ

“De ki, həqiqətən, Allaha iftira yaxanlar nicat tapmır.”

 

 

 

 

 

 

 

Ayə 70:

﴿مَتَاعٌ فِي الدُّنْيَا ثُمَّ إِلَيْنَا مَرْجِعُهُمْ ثُمَّ نُذِيقُهُمُ الْعَذَابَ الشَّدِيدَ بِمَا كَانُواْ يَكْفُرُونَ

“Onların dünyada bəhrələri azdır. Sonra Bizə doğru qayıdarlar. Həmin vaxt küfrlərinin cəzası olaraq onlara ağır əzabı daddırarıq.”

Nöqtələr

◘“Mətaun”, “mutə” dedikdə qısa bir müddət bəhrələnmə nəzərdə tutulur. İnsan dünya nemətlərindən qısa bir müddət bəhrələndiyi üçün Quran dünya işlərinə münasibətdə “mətaun” sözünü işlətmişdir.

Sual: Əgər iftira yaxanlar nicat tapmırsa, nə üçün maddi dünyada rifah içində yaşayırlar?

Cavab: Bu rifah və firavanlıq müvəqqətidir. Onların əsil cəzaları Allaha doğru qayıtdıqları vaxt, axirət həyatındadır.

Bildirişlər

1. Şəfaət ümidi ilə insanı Allahın oğlu sayanlar məqsədlərinə çatmırlar.

2. Yalançı nicat tapmır.

3. Əgər müvəqqəti ləzzətin ardınca daimi əzab gəlirsə, bu ləzzət heç nəyə dəyməz.

4. Dünya ləzzətləri ötəridir.

5. Məadın xatırlanması insanı çaşqınlıq və günahdan uzaqlaşdıran amillərdəndir.

6. Müxtəlif bidətlər, təhriflər, rəy əsasında təfsirlər, Allaha övlad aid edilməsi ilə Allaha iftira yaxmaq küfrdür.

 

Ayə 71:

﴿وَاتْلُ عَلَيْهِمْ نَبَأَ نُوحٍ إِذْ قَالَ لِقَوْمِهِ يَا قَوْمِ إِن كَانَ كَبُرَ عَلَيْكُم مَّقَامِي وَتَذْكِيرِي بِآيَاتِ اللّهِ فَعَلَى اللّهِ تَوَكَّلْتُ فَأَجْمِعُواْ أَمْرَكُمْ وَشُرَكَاءكُمْ ثُمَّ لاَ يَكُنْ أَمْرُكُمْ عَلَيْكُمْ غُمَّةً ثُمَّ اقْضُواْ إِلَيَّ وَلاَ تُنظِرُونِ

“Onlara Nuhun əhvalatını oxu. O öz qövmünə dedi: “Ey mənim qövmüm! Əgər mənim qalmağım, (aranızdakı mövqeyim), Allahın ayələrini xatırlatmağım sizə ağır və dözülməz gəlirsə, (bilin ki,) mən yalnız Allaha təvəkkül etmişəm. Siz və şərikləriniz fikrinizi cəmləyin ki, işinizdən sizə qaranlıq qalmasın. Sonra mənim haqqımda qərar çıxarın və mənə möhlət verməyin.”

Nöqtələr

◘Ayədə həzrət Nuhun ilahi yardımlar sayəsində yenilməzliyindən, onun düşmən qurğularından qorxmamasından danışılır.

◘Nəql edirlər ki, İmam Hüseyn (ə) Kərbəlada aşura günortasından öncə Kufə qoşununa bu ayəni oxumuşdur.[286]

Bildirişlər

1. Xalqı keçmişin mühüm xəbərləri, tarix və onun fəlsəfəsi ilə tanış etmək ilahi rəhbərlərin vəzifəsidir.

2. Peyğəmbərlər xalq içindən çıxmışdılar və xalq arasında idilər. Onlar son anadək öz müxalifləri ilə mərhəmətli davranırdılar.

3. Qəlb hazırlığı olmadıqda hətta peyğəmbərlərin də xəbərdarlığı ağır gəlir.

4. Məqsədə iman peyğəmbərlərin ən böyük müqavimət və mübarizə vasitəsidir.

5. Peyğəmbərlər öz müxaliflərini mübarizəyə çağırırdılar.

6. Peyğəmbərlər Allaha təvəkkül etməklə, müxalif qüdrətləri puç bilməklə onları alçaldır və möminlərə şücaət verirdilər. Məkkədə azlıqda olan müsəlmanların bu ayələri tilavət etmələri onların böyük ruhundan və kamil şücaətindən danışır.

7. Düzgün qiymətləndirmə, qüvvələrin səfərbərliyə alınması və qəti qərar mübarizə üsullarındandır.

8. Peyğəmbərlər şəhadətdən qorxmurdular.

 

Ayə 72:

﴿فَإِن تَوَلَّيْتُمْ فَمَا سَأَلْتُكُم مِّنْ أَجْرٍ إِنْ أَجْرِيَ إِلاَّ عَلَى اللّهِ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ الْمُسْلِمِينَ

“Əgər (Allahın dəvətinə) arxa çevirsəniz, (bilin ki,) mən sizdən muzd istəməmişəm. Mənim mükafatımı yalnız Allah verər və mən Onun əmrinə təslim olmaq əmri almışam.”

Nöqtələr

◘İnsanda nigaranlıq yaradan ya can, ya da mal qorxusudur. Ötən ayədə peyğəmbərlərin öz canlarına görə qorxmaması, bu ayədə isə onların xalqdan umacaqsız olmaları bildirilir.

Bildirişlər

1. Peyğəmbərin dəvətinin xalq tərəfindən qəbul olunub-olunmamasının ona heç bir maddi təsiri yoxdur.

2. Müvəffəq və təsirli təbliğatçı o kəsdir ki, xalqın malında gözü olmasın və bunu xalqa elan etsin.

3. Peyğəmbərlər xalqdan heç bir əvəz istəməmiş, onlardan mal, xidmət umacağında olmamışlar.

4. Əgər bütün xalq dindən üz çevirsə, bunun ilahi rəhbərə heç bir təsiri yoxdur. İlahi rəhbər Allahın dininə təslimdir.

5. Axirət mükafatına inanan kəs dünyəvi mükafat istəyini qəlbindən rahatca çıxarır.

6. Bütün peyğəmbərlərə haqq qarşısında təslim olunmaq əmr edilmişdir.

7. Xalqın Allaha təslim olmasını istəyən kəs öncə özü təslim olmalıdır.

8. Bu gün xalqı üz çevirmiş görsən də, Allahın Ona təslim olmuş bəndələri çoxdur, belə isə sən onlara qoşul.

 

Ayə 73:

﴿فَكَذَّبُوهُ فَنَجَّيْنَاهُ وَمَن مَّعَهُ فِي الْفُلْكِ وَجَعَلْنَاهُمْ خَلاَئِفَ وَأَغْرَقْنَا الَّذِينَ كَذَّبُواْ بِآيَاتِنَا فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُنذَرِينَ

“Onu (Nuhu) təkzib etdilər. Həmin vaxt Biz ona və onunla birlikdə gəmidə olanlara nicat verdik, onları yer üzündə canişin qərar verdik. Ayələrimizi təkzib edənlərin hamısını qərq etdik. Bax gör, xəbərdarlıq edilənlərin sonu necə oldu?”

Nöqtələr

◘Nuhun 80 yoldaşı vardı. Kafirlər isə çox idi. Amma Allahın yardımları ilə kafirlər məhv oldu, möminlər yer üzünə varis qaldılar.[287]

◘Bu ayədə möminlərin xoş aqibətinə və ilahi dəvətə müxalif olanların məhvinə işarə olunmuşdur.

Bildirişlər

1.Təkcə iman bəs etmir. Nicat tapmaq üçün ilahi rəhbərlərlə həmrənglik və yoldaşlıq lazımdır.

2. İman və sabitqədəmliyin nəticəsi qurtuluş və hakimiyyətdir.

3. Qələbə sonda iman əhlinə məxsusdur, küfr və şirk əhli rüsvay olasıdır.

4. Asilərə öncə möhlət verib sonra onları cəzalandırmaq ilahi sünnə, qanunlardandır.

5. Küfrdən bərk-bərk yapışmağın və doğru yoldan çıxmağın nəticəsi fəlakətdir.

6. Öncə xəbərdarlıq, sonra cəza.

7. Yalnız haqq tərəfdarlarına təsəlli verən və azğınları qorxudan tarix faydalı və tərbiyəvidir.

8. Hərəkətləri düzgün istiqamətləndirmək üçün tarixdən, ümmətlərin inkişaf və tənəzzül amillərindən xəbər tutmaq zəruridir.

 

Ayə 74:

﴿ثُمَّ بَعَثْنَا مِن بَعْدِهِ رُسُلاً إِلَى قَوْمِهِمْ فَجَآؤُوهُم بِالْبَيِّنَاتِ فَمَا كَانُواْ لِيُؤْمِنُواْ بِمَا كَذَّبُواْ بِهِ مِن قَبْلُ كَذَلِكَ نَطْبَعُ عَلَى قُلوبِ الْمُعْتَدِينَ

“Həmin vaxt Nuhun ardınca onun qövmünə peyğəmbərlər göndərdik. Onlar xalqa aşkar möcüzə və dəlillər gətirdilər. Amma xalq öncə təkzib etdiyinə iman gətirmək fikrində deyildi. Biz həddi aşanların qəlblərinə bu sayaq möhür vururuq.”

Bildirişlər

1. Ardıcıl peyğəmbər göndərmək ilahi sünnələrdəndir. (Allah həzrət Nuhla həzrət Musa arasındakı dövrdə başqa peyğəmbərlər göndərdi.)

2. Bütün peyğəmbərlərin möcüzəsi olmuşdur.

3. Bütün peyğəmbərlərin müxalifləri vardır.

4. İnsan azaddır. O, möcüzələrə və Allahın qəzəbinə şahid olduqdan sonra da itaətsizlik göstərir.

5. Təkəbbür və zülm qəlblərin möhürlənməsi üçün zəmindir.

6. Möcüzə gördüyü halda iman gətirməyənlər həddi aşanlardır.

 

Ayə 75:

﴿ثُمَّ بَعَثْنَا مِن بَعْدِهِم مُّوسَى وَهَارُونَ إِلَى فِرْعَوْنَ وَمَلَئِهِ بِآيَاتِنَا فَاسْتَكْبَرُواْ وَكَانُواْ قَوْمًا مُّجْرِمِينَ

“Sonra onların ardınca Musa və Harunu Öz möcüzələrimizlə Firon və onun qövmünün başçılarına doğru göndərdik. Amma onlar günahkar qövm olduqlarından təkəbbür göstərdilər. (Peyğəmbərlərin dəvətini qəbul etmədilər.)”

Nöqtələr

◘“Mələ” dedikdə Fironun yaxınları sayılan saray adamları nəzərdə tutulur. Firon cəmiyyəti iki zümrəyə ayırmışdı: Saraydakı qiptilər və məhrum sibtilər. Bu zümrədən biri dəbdəbəli saray həyatı keçirir, digəri qul həyatı yaşayırdı.[288]

◘Allahlıq iddiası etməsi, günahsız körpələri qətlə yetirməsi, qızları kəniz saxlaması Fironun böyük günahlarından idi.[289]

Bildirişlər

1. Zalım qüvvələrlə mübarizə peyğəmbərlərin ilkin vəzifəsidir. Çünki fəsadın səbəbi ilə mübarizə fəsadla mübarizədən mühümdür.

2. İctimai əlaqələr qohumluq, tayfa yaxınlığı prinsipləri üzərində qurulduqda həmin cəmiyyətə peyğəmbərlər göndərilirdi. Təşkilat və nizam olan yerdə isə fəsadın kökü ilə mübarizə aparılırdı.

3. Bütlər və zalım qüvvələrə güc verən onların ətrafıdır. Belələri daxilən puçdurlar.

4. Peyğəmbərlərin möcüzəsi olmuşdur.

5. Fironlar və bütlər daim peyğəmbərlərin yolunu kəsmişlər.

6. Günaha vərdiş verənlər peyğəmbər yolunu asanlıqla qəbul etmirlər.

 

Ayə 76:

﴿فَلَمَّا جَاءهُمُ الْحَقُّ مِنْ عِندِنَا قَالُواْ إِنَّ هَـذَا لَسِحْرٌ مُّبِينٌ

”Bizim tərəfimizdən haqq onlara gəldikdə, dedilər: “Şübhəsiz, bu, aşkar bir cadudur.”

Bildirişlər

1. Xalq həqiqət sorağında deyil. Haqpərəstlər xalqın sorağına getməlidirlər.

2. Allahın zatı, peyğəmbərlər, ilahi qanunlar, möcüzələr, bir sözlə, Allaha aid olan hər bir şey haqdır.

3. Peyğəmbərlərin Allahla birbaşa rabitələri var. Möcüzələr və din proqramları ondan qaynaqlanır.

4. Təbliğatçı və rəhbər bilməlidir ki, cəmiyyətin bir zümrəsi onların proqramlarına müxalif olacaq.

5. Peyğəmbərə atılan ən kəskin, ən sadə və ən yayılmış böhtan cadugərlikdir.

6. Böhtan insandakı azğınlıq ruhiyyəsindən qaynaqlanır.

7. Müxaliflər böyük israrla fəaliyyət göstərirlər.

 

Ayə 77:

﴿قَالَ مُوسَى أَتقُولُونَ لِلْحَقِّ لَمَّا جَاءكُمْ أَسِحْرٌ هَـذَا وَلاَ يُفْلِحُ السَّاحِرُونَ

“Musa (onlara) dedi: “Haqq sizin sorağınıza gəldiyi vaxt (onu cadu sayıb) deyirsiniz: “Bu sehrdir?” Halbuki cadugərlər heç vaxt nicat tapmır.”

Nöqtələr

◘Adətən, qeyri-sağlam fərdlər cadugərlik edir və bu məqsədlə ad-san, var-dövlət qazanmaq istəyirlər. Düşmənlər peyğəmbərləri xalqın gözündən salmaq məqsədi ilə onlara belə bir böhtan atırdılar.

Qeyd etməliyik ki, cadugərlik fiqhdə haram sayılmışdır. İmam Xomeyni sehr-cadunu, onun təlimini, qazancını haram bildirmiş, həmçinin olmayan şeyin həqiqət kimi göstərilməsinə, fokusa icazə verməmişdir.[290]

Bildirişlər

1. Musa öz qələbəsi və böhtançıların məğlubiyyəti haqqında öncədən xəbər verirdi.

2. Düşmənlər həqiqəti sehr, peyğəmbərləri də sehrbaz kimi tanıtdırırdılar.

3. Sehr göstərənlər xalqı aldatdıqları üçün və icazə verilməmiş vasitələrdən istifadə etdiklərinə görə nicat tapmazlar.

 

Ayə 78:

﴿قَالُواْ أَجِئْتَنَا لِتَلْفِتَنَا عَمَّا وَجَدْنَا عَلَيْهِ آبَاءنَا وَتَكُونَ لَكُمَا الْكِبْرِيَاء فِي الأَرْضِ وَمَا نَحْنُ لَكُمَا بِمُؤْمِنِينَ

“Dedilər: “(Ey Musa,) yer üzündə böyüklük və hökumət sizin ikinizin olsun deyə bizi atalarımızın yolundan döndərmək üçünmü gəlmisən? Biz siz iki nəfərə iman gətirən deyilik.”

Nöqtələr

◘Ata-babalara və valideynlərə hörmət onların yanlış addımlarını təkrarlamaq kimi başa düşülməməlidir. Keçmiş mədəniyyətlər araşdırılmalı və yalnız dəlillər əsasında qəbul olunmalıdır.

Bildirişlər

1. Mədəni inqilablar və düşüncə dəyişiklikləri cəmiyyətdə daim əks-əmələ səbəb olmuşdur.

2. Ata-babaların getdiyi yol növbəti nəsillərə təsir göstərir.

3. Fironçu hökumətlərin əsasını xalqın ata-babalarının xurafi əqidələri təşkil edir.

4. Bəzən ata-babalara, onların miraslarına hörmət peyğəmbərlərə qarşı müqavimət vasitəsi olur.

5. Ata-babalara əsassız təqlid batildir.

6. Mədəni irsin qorunması adı altında yanlış iş görməyə icazə verilmir.

7. Zalım hakimlər özləri rəyasətpərəst olduqlarından peyğəmbərlərin də islahatçılığını rəyasətpərəstlik kimi qələmə verirlər.

8. Din təbliğatçıları zalımların böhtanlarını eşitməyə hazırlaşsınlar.

 

Ayə 79:

﴿وَقَالَ فِرْعَوْنُ ائْتُونِي بِكُلِّ سَاحِرٍ عَلِيمٍ

“Firon dedi: “Bütün bilikli cadugərləri mənim yanıma gətirin.”

 

Ayə 80:

﴿فَلَمَّا جَاء السَّحَرَةُ قَالَ لَهُم مُّوسَى أَلْقُواْ مَا أَنتُم مُّلْقُونَ

“Cadugərlər (mübarizə meydanına) gəldiyi vaxt Musa dedi: “(Öz cadu vasitələrinizdən) atacağınızı atın.”

Nöqtələr

◘Firon mahir cadugərlərin köməyi ilə Musanın ilahi hərəkatını dayandırmaq istəyirdi.

◘Cadugərlər kəndir və ağac kimi vasitələri xüsusi maddələrə batırmaqla onları günəş qarşısında hərəkətə gətirirdilər.

Bildirişlər

1. Zalım hakimlər müxtəlif fitnə və təbliğatlarla peyğəmbərlərin hərəkətinə mane olmaq istəyirlər.

2. Zalım hakimlər bütün güclərini öz müxaliflərinin məhvi üçün istifadə edirlər.

3. Zalım hakimlər bəzən alim və mütəxəssisləri satın alıb öz məqsədləri yolunda onlardan faydalanırlar.

4. Mübarizəyə çağırış peyğəmbərlərin xüsusiyyətlərindəndir.

5. Peyğəmbərlər öz hədəflərinə və ilahi yardımlara əmin olduqlarından qətiyyətlə danışırlar.

 

Ayə 81:

﴿فَلَمَّا أَلْقَواْ قَالَ مُوسَى مَا جِئْتُم بِهِ السِّحْرُ إِنَّ اللّهَ سَيُبْطِلُهُ إِنَّ اللّهَ لاَ يُصْلِحُ عَمَلَ الْمُفْسِدِينَ

“Elə ki, (sehrbazlar öz sehr vasitələrini ortaya) atdılar, Musa dedi: “Sizin gətirdikləriniz cadudur, Allah tezliklə onu batil edəcək. Çünki Allah fəsad əhlinin işini düzəltməz.”

Bildirişlər

1. Batil meydan sulasa da sonda məhv olub gedər.

2. Allah-təala fəsad əhlinin yox, möminlərin işini yoluna qoyar.[291]

3. Sehrbaz fəsad əhli, sehr isə fəsaddır. Demək onlarla mübarizə aparmaq lazımdır.

 

Ayə 82:

﴿وَيُحِقُّ اللّهُ الْحَقَّ بِكَلِمَاتِهِ وَلَوْ كَرِهَ الْمُجْرِمُونَ

“Günahkarlara xoş gəlməsə də, Allah haqqı Öz kəlmələri, qüdrəti və sünnələri ilə bərqərar edər.”

Nöqtələr

◘Quran dilində Allahın iradəsinin gerçəkləşməsinə səbəb olan hər şey, o cümlədən qanunlar və sünnələr “kəlimə” adlandırılmışdır.

Bildirişlər

1. Həqiqəti gerçəkləşdirib qalib etmək Allahın vədə və sünnələrindəndir.

2. Haqqın gerçəkləşməsi üçün vasitəyə ehtiyac var.

3. Zalım təkəbbürlülərin haqqı boğmaq istəyi əbəsdir.

 

Ayə 83:

﴿فَمَا آمَنَ لِمُوسَى إِلاَّ ذُرِّيَّةٌ مِّن قَوْمِهِ عَلَى خَوْفٍ مِّن فِرْعَوْنَ وَمَلَئِهِمْ أَن يَفْتِنَهُمْ وَإِنَّ فِرْعَوْنَ لَعَالٍ فِي الأَرْضِ وَإِنَّهُ لَمِنَ الْمُسْرِفِينَ

“(Başlanğıcda) Musa qövmünün övladları kiçik bir qrup istisna olmaqla ona iman gətirmədilər. O da elə bir halda idi ki, onlar Firon və onun əyanlarından, onların işgəncə verməsindən qorxurdular. Çünki Firon həmin yerdə üstün idi və həddi aşmışdı.”

Nöqtələr

◘“Amənə bihi” “iman”, “aməna ləhu” “təslim” mənasını bildirir.

Bildirişlər

1. İman təslimçilik və itaətlə müşayiət olunmalıdır.

2. Gənclərdə düşüncə intibahı və haqqa meyl üçün zəmin daha güclüdür. Çünki onların qəlbi pakdır və dünyaya bir o qədər də bağlı deyillər.

3. Xalqın doğru yola dəvətində çətinlik çəkən və fərdlərin iman gətirməməsinə şahid olan təkcə İslam Peyğəmbəri (s) deyil.

4. Bəzən yaşlılar xətaya yol verir, gənclər isə haqqa üz tuturlar.

5. Mömin gənclər Firondan əlavə, öz qövmlərinin mühafizəkar və qorxaq əyanlarından da çəkinirdilər.

6. F