A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (beşinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Sual: Əgər hər bir qövm üçün rəsul varsa, nə üçün risalət silsiləsi kəsilmişdir?

Cavab: Rəsul dedikdə şəxsən peyğəmbər yox, peyğəmbərin gətirdikləri nəzərdə tutulur. Uyğun təbir belə anlaşılmamalıdır ki, hər məntəqənin öz peyğəmbəri var.

◘Peyğəmbərin xalq arasında olması və ədalətli mühakiməsi axirətə də aid ola bilər. Bu məsələyə “Zumər” surəsinin 69-cu ayəsində işarə olunmuşdur.

◘İmam Baqir (ə) buyurmuşdur: “İlahi peyğəmbərlər ədalət əsasında hökm edirlər.”[235]

Bildirişlər

1. Heç bir ümmətin peyğəmbərsiz olmaması ilahi sünnə, qanunlardandır.

2. Din tarixi bəşər tarixi ilə yanaşıdır.[236]

3. Ötən ayədə haqqında danışılan ilahi qəhr-qəzəb dəlillər tamamlandıqdan, peyğəmbərlər gəldikdən sonra gerçəkləşir.

4. Cəmiyyətdə ədalətin bərpası peyğəmbərlərin besəti sayəsində mümkün olur.

5. Qiyamətdə hər bir qövm öz peyğəmbəri ilə səhnəyə gəlir. Sonra onlar arasında ədalətlə mühakimə aparılır.[237]

 

Ayə 49:

﴿قُل لاَّ أَمْلِكُ لِنَفْسِي ضَرًّا وَلاَ نَفْعًا إِلاَّ مَا شَاء اللّهُ لِكُلِّ أُمَّةٍ أَجَلٌ إِذَا جَاء أَجَلُهُمْ فَلاَ يَسْتَأْخِرُونَ سَاعَةً وَلاَ يَسْتَقْدِمُونَ

“De ki, mən (hətta) özüm üçün Allahın istədiyindən savay bir zərər və xeyirə malik deyiləm. Hər bir ümmət üçün əcəl, son müəyyənləşmişdir. Əgər bu müddət yetişsə nə bir an təxirə salınar, nə də qabağa çəkilər.”

Nöqtələr

◘Ötən ayədə hər bir ümmət üçün rəsul olduğu bildirildi. Bu ayədə isə hər bir ümmətin öz əcəli olduğu bəyan olunur. Belə çıxır ki, bir qövmün bədbəxtlik və ya xoşbəxtlik zamanının yetişməsi onların peyğəmbərə itaətindən asılıdır.

Sual: Əgər hər bir ümmətin öz əcəli varsa, bəs İslam ümmətinin sonu nə vaxtdır?

Cavab: Ümmət dedikdə din yox, dəstə və cəmiyyət nəzərdə tutulur. Bu məsələ xatəmiyyət, peyğəmbərliyin sona çatması məsələsi ilə zidd deyil və hər zamanda dinin dəyişilməsi üçün dəlil ola bilməz.

Bildirişlər

1. Bir kimsənin, hətta Peyğəmbərin (s) müstəqil qüdrət və mülkiyyəti yoxdur.

2. Peyğəmbər və övliyaların qüdrəti ilahi qüdrət cilvəsidir. Təəssüf ki, təvəssül mövzusunu rədd edən Məraği öz təfsirində “illa maşaəllahu” cümləsini nəzərə almamışdır.

3. “Mən xeyir və ziyan sahibi deyiləm” təbiri peyğəmbərin sədaqətini göstərir.

4. Kafirlər üçün cəza zamanının təyini Allahın əlindədir.

5. Cəmiyyətin də fərdlər kimi əcəli, xoşbəxtlik və ya bədbəxtliyi, inkişaf və ya tənəzzülü var.

6. Dünyəvi hakimiyyət və qüdrət əbədi deyil və məğrurluq yaratmamalıdır.

7. Ümmətlərə möhlət verilməsi ilahi sünnə, qanunlardandır.

8. Ümmətlərin müqəddəratı, ilahi sünnə əsasında təyin olunur. Bu müqəddərata görə tələsməyək, onun vaxtı qətidir.

 

 

 

Ayə 50:

﴿قُلْ أَرَأَيْتُمْ إِنْ أَتَاكُمْ عَذَابُهُ بَيَاتًا أَوْ نَهَارًا مَّاذَا يَسْتَعْجِلُ مِنْهُ الْمُجْرِمُونَ

“(De ki,) gecə ya gündüz Allahın əzabı sorağınıza gəlsə, (nə edəcəyinizi) düşünmüsünüzmü? Günahkarlar ondan tələsərək nə istəyirlər?”

 

Ayə 51:

﴿أَثُمَّ إِذَا مَا وَقَعَ آمَنْتُم بِهِ آلآنَ وَقَدْ كُنتُم بِهِ تَسْتَعْجِلُونَ

“(Əzab) nazil olduqdan sonra Ona iman gətirərsiniz? İndicə? Halbuki əzabın tez gəlməsini daha çox istəyirdiniz.”

Nöqtələr

◘Hədisdə bildirilir ki, ayədəki əzab nümunəsi axır zamanda qiblə əhlinə nəsib olacaq əzabdır.[238]

Bildirişlər

1. İlahi qəhr-qəzəb qəfildir. Onun gəlişində gecə-gündüz şərti yoxdur.

2. Düşüncəli insan əzab ehtimalı ilə tələsməməli, ehtiyatlı olmalıdır.

3. Günahkarları qəfil yaxalayan ilahi qəhr nazil olduqda qurtuluş yolu qalmır.

4. Təhlükə zamanı iman gətirməyin faydası yoxdur.

5. Müşriklər daim ilahi əzabın tezləşməsini istəyirdilər.

 

Ayə 52:

﴿ثُمَّ قِيلَ لِلَّذِينَ ظَلَمُواْ ذُوقُواْ عَذَابَ الْخُلْدِ هَلْ تُجْزَوْنَ إِلاَّ بِمَا كُنتُمْ تَكْسِبُونَ

“Sonra zalımlara deyilər: “Həmişəlik əzabı dadın!” Yoxsa əldə etdiklərinizdən başqa bir şeyə görəmi cəzalandırılırsınız?”

 

Nöqtələr

◘Ötən ayədə əzab dedikdə dünyadakı ilahi cəza nəzərdə tutulurdu. Bu ayədə isə qiyamət əzabından danışılır.

 

 

 

 

 

Bildirişlər

1. Peyğəmbərlərin müxalifləri zalımdırlar.

2. Bir qrup günahkar üçün ilahi əzab əbədidir.

3. Axirət cəzası həm ruha, həm də cismə aiddir.

4. Cəzalar ilahi ədalət prinsipi əsasındadır.

5. İnsan yaxşı və ya pis yol seçimində məcbur yox, azaddır.

 

Ayə 53:

﴿وَيَسْتَنبِئُونَكَ أَحَقٌّ هُوَ قُلْ إِي وَرَبِّي إِنَّهُ لَحَقٌّ وَمَا أَنتُمْ بِمُعْجِزِينَ

“Səndən xəbər alırlar ki, (cəza vədi) haqdırmı? De ki, bəli, and olsun Rəbbimə, o qətidir və siz (Allahı) bu işdə aciz qoya bilməzsiniz.”

Nöqtələr

◘Bu ayə “Tur” surəsinin 8-ci ayəsinə oxşayır: “Şübhəsiz, ilahi əzab gerçəkləşəcək və onun qarşısını heç nə ala bilməyəcək.”

Bildirişlər

1. İlahi vədlər qətidir.

2. Rəhbər xalqın şəkk-şübhəsini aradan qaldırmalıdır.

3. Tərəddüdlər qarşısında qəti sözə ehtiyac var.

4. Xalqı tərəddüddən qurtarmaq üçün bəzən anda ehtiyac olur.

5. Varlıq aləmində Allahın iradəsinə qarşı çıxan qüdrət yoxdur.

 

Ayə 54:

﴿وَلَوْ أَنَّ لِكُلِّ نَفْسٍ ظَلَمَتْ مَا فِي الأَرْضِ لاَفْتَدَتْ بِهِ وَأَسَرُّواْ النَّدَامَةَ لَمَّا رَأَوُاْ الْعَذَابَ وَقُضِيَ بَيْنَهُم بِالْقِسْطِ وَهُمْ لاَ يُظْلَمُونَ

“Bütün yer üzündəkilər zülm etmiş kəsin olsaydı, şübhəsiz, (Allahın qəzəbindən qurtulmaq üçün) onların hamısını verərdi. Onlar əzabı gördükdə peşmanlıqlarını gizlədərlər (tənə edilməsinlər deyə). Onlarla ədalətli mühakimə aparılar və onlara zülm edilməz.”

 

 

 

 

 

 

 

 

Nöqtələr

◘Əzabdan qurtulmaq üçün fidyə verilməsi məsələsinə digər ayələrdə də toxunulmuşdur. Məsələn: “Yer üzündə olandan iki qat artıq versələr də Allahın əzabından qurtulmazlar.[239]; “Günahkar qurtulmaq üçün həmin gün övladlarını, zövcəsini, qardaşını, qohumlarını və yer üzündə olanları fidyə vermək istəyər. Amma qəbul olunmaz.”[240]

Bildirişlər

1. Qiyamətdə günahkar üçün qurtuluş yoxdur. Bir kəs və ya bir mal digərinə fəda edilmir.

2. İnsanın özünü sevməsi onun ən güclü daxili meylidir. Buna görə də o öz qurtuluşu üçün bütün varlığı qurban verməyə hazırdır.

3. Günahkarlar tənəyə hədəf olmamaq üçün öz peşmançılıqlarını gizlədirlər.[241]

4. Qiyamətdə bəziləri öz peşmançılıqlarını “Ey kaş...” deməklə bildirirlər. Kimi bu peşmançılıqdan əlini dişləyir, kimi də susmaqla onu gizləyir.

5. Şirk başçıları qiyamətdə öz peşmançılıqlarını gizlədirlər ki, tabeçiliklərində olanların qarşısında xəcalət çəkməsinlər.[242]

6. İlahi ədalət mühakiməsində gücün, var-dövlətin heç bir səmərəsi yoxdur.

7. Dünyada hakim səhv üzündən kiməsə zülm edə bilər. Qiyamətdə isə heç bir xəta yoxdur və kimsəyə zülm olunmaz.

8. Zalımla rəftarda belə zülmə yol verməyək.

 

Ayə 55:

﴿أَلا إِنَّ لِلّهِ مَا فِي السَّمَاوَاتِ وَالأَرْضِ أَلاَ إِنَّ وَعْدَ اللّهِ حَقٌّ وَلَـكِنَّ أَكْثَرَهُمْ لاَ يَعْلَمُونَ

“Agah olun! Göylərdə və yerdə olan, şübhəsiz, Allahındır. Agah olun ki, Allahın vədi qəti və doğrudur. Amma onların çoxu bilmirlər.”

 

 

 

 

 

Ayə 56:

﴿هُوَ يُحْيِي وَيُمِيتُ وَإِلَيْهِ تُرْجَعُونَ

“Odur ki, dirildir, öldürür və Ona doğru qaytarılmış olarsınız.”

Bildirişlər

1. Bilmək bəs deyil. Bilikləri və inamları xatırlamaq və onlara diqqət mühümdür.

2. Bütün varlıq aləminə Allah sahib olduğundan kafirlərin fidyə verib qurtulmaq üçün heç nəyləri yoxdur.

3. Allahın varlıq aləminə sahibliyi Onun Öz vədlərini yerinə yetirməyə qadir olmasının nişanəsidir.

4. Varlığa sahib olan kəs həm dirildə, həm də öldürə bilər.

5. Həyat, ölüm və işin nəticəsi Allahın əlindədir və Ona doğru qayıdır.

 

Ayə 57:

﴿يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءتْكُم مَّوْعِظَةٌ مِّن رَّبِّكُمْ وَشِفَاء لِّمَا فِي الصُّدُورِ وَهُدًى وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ

“Ey xalq! Həqiqətən, Rəbbiniz tərəfindən sinələrinizdəki üçün şəfa qaynağı, möminlər üçün hidayət və rəhmət olan öyüd-nəsihət gəldi.”

Nöqtələr

◘”Moizə” xəbərdarlıq və qorxutma vasitəsi ilə saflaşdırma mənasını bildirir.[243]

◘“Şifaun lima fis-sudur” təbirində moizə vasitəsi ilə qəlbin ruhi bəlalardan paklanması nəzərdə tutulur. Ruhi xəstəliklər bədən xəstəliklərindən daha ağırdır. Quran ruhi xəstəliklərə şəfa vermək qüdrətindədir.

◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Dəhşətli fitnələrin hücumu zamanı Qurana sığının. O həm moizə, həm şəfa, həm nur, həm də rəhmətdir.[244]

◘İmam Sadiq (ə) buyurmuşdur: “Quran bütün ruhi xəstəliklərin və şübhələrin şəfasıdır.”[245]

◘Ayədə tərbiyə və təkamülün dörd mərhələsinə işarə olunmuşdur: Zahiri işlərə münasibətdə moizə mərhələsi; ruhun çirkinliklərdən paklanma mərhələsi; məqsədə doğru istiqamətlənmə mərhələsi; ilahi rəhmətin əldə olunma mərhələsi.

Bildirişlər

1. Moizə, şəfa, hidayət və rəhmətlə bağlı kitabın nazil olması ilahi rübubiyyət şənindəndir.

2. Quran hər bir dərdin şəfasıdır. Dərdlərimizə şərq və qərb məktəblərində yox, Quran məktəblərində şəfa axtarmalıyıq.

3. Quran bütün xalq üçün moizədir. Amma yalnız haqqı qəbul edənlər hidayət və rəhmətə nail olurlar.

 

Ayə 58:

﴿قُلْ بِفَضْلِ اللّهِ وَبِرَحْمَتِهِ فَبِذَلِكَ فَلْيَفْرَحُواْ هُوَ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ

“De ki, (möminlər) yalnız Allahın fəzl və rəhmətinə şad olsunlar. (Var-dövlət və məqam onları sevindirməsin.) O, (fəzl və rəhmət) topladıqları hər şeydən üstündür.”

Nöqtələr

◘Ötən ayədə qeyd olunduğu kimi, Quranın şəfa, moizə və rəhmət olmasını nəzərə alaraq bu ayədən belə bir nəticə çıxarmaq olur ki, fəzl və rəhmət dedikdə Qurana bağlılıq nəzərdə tutulur. Həzrət Əli (ə) buyurmuşdur: “Qiyamət günü nida olunar ki, Quran əkinində məşğul olanlardan savay hər bir əkinçi bəlaya giriftar olar...[246] “Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Allahdan İslam və Quran düşüncəsi nemətini aldığı halda özünü bədbəxt sayan kəs həqiqətən bədbəxtdir. Qiyamət gününədək bədbəxtlik möhürü onun alnındadır.” Sonra həzrət bu ayəni tilavət etmişdir.[247] Digər bir rəvayətlərdə buyurulur: “Həyatınızın xoşbəxt, ölümünüzün şəhid ölümü olması üçün Quranın sorağına gedin və Qiyamət gününün həsrətindən qurtulun. Çünki Quran Rəhman Allahın kəlamı, şeytanın şərindən aman, əməl mizanının üstünlük və ağırlığıdır.”[248]

◘Rəvayətlərdə “fəzl və rəhmət” təbiri “nübuvvət və imamət” kimi təfsir olunmuşdur.[249] Necə ki, ilahi nemətlərlə fəzl və rəhmət Allahın xüsusi nemətləri mənasında açıqlanır.[250]

◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “İman əhli bilsin ki, din neməti kafirlərin bütün var-dövlətlərindən üstündür və bu neməti əldə edənlər şadlanmalıdırlar.”[251]

Bildirişlər

1. Şəfa, moizə, hidayət və rəhmət olan Quran kimi qanunla fəxr edək. O bütün bəşəri qanunlardan üstündür.

2. Var-dövlət və məqama görə yox, vilayət nemətinə görə şadlanaq.

3. Nemətləri Allahın fəzli bilək. Belə olsa şadlığımız ilahi rəng alar və təkəbbürə səbəb olmaz.[252]

4. Yalnız Quran neməti sevinc doğurmalıdır.

5. Maddi nemətlər bəzən fitnə-fəsada səbəb olur və bu nemətlər ötəridir. Mənəvi nemətlər isə davamlıdır və təkamül səbəbidir.

6. Mənəvi nemətlər bütün maddi nemətlərdən üstündür. (Qurandan bəhrələnmiş insanı öz yoxsulluğu və başqalarının var-dövləti kədərləndirməməlidir.)

 

Ayə 59:

﴿قُلْ أَرَأَيْتُم مَّا أَنزَلَ اللّهُ لَكُم مِّن رِّزْقٍ فَجَعَلْتُم مِّنْهُ حَرَامًا وَحَلاَلاً قُلْ آللّهُ أَذِنَ لَكُمْ أَمْ عَلَى اللّهِ تَفْتَرُونَ

“De ki, gördünüzmü, Allah sizin üçün nə ruzi nazil etdisə, (özbaşına) bəzisini haram, bəzisini halal etdiniz? De ki, Allah sizə icazə vermişdi, yoxsa iftira qoşursunuz?”

Nöqtələr

◘Müşriklərin əsassız qadağalarının nümunələri “Maidə” surəsinin 103-cü ayəsində bəyan olunmuşdur: onlar əkinlərindən bütlər və bütkədələr üçün pay qərar verib, bunu özlərinə haram edirdilər. Ya da heyvanların qarnında olanları kişilərə halal, qadınlara haram bilirdilər.” “Ənam” surəsinin 139-cu ayəsində isə belə buyurulur: “Amma Quran bütün bunları Allaha qarşı iftira sayır.

Bildirişlər

1. Qidalara münasibətdə əsas və ümumi qanun onların halal olmasıdır. Yəni bir şeyin haramlığı vəhy yolu ilə sübuta yetməmişsə, halaldır.

2. Ruzi Allah tərəfindən nazil olur.

3. Dini hökmlərdən, şəriətdən qabağa keçmək, Allahın haram buyurduğunu halal, halal buyurduğunu haram saymaq olmaz.

4. Şəriət və qanunçuluq Allaha məxsusdur.

5. Şəri hakimiyyət həvalə olunmuş, “təşrii vilayətə” malik olan kəslər Allahın izni ilə nələrisə halal, nələrisə haram edə bilərlər.

6. Dinə uyuşmayan, bidətli qanun hazırlayıb onu Allaha aid etmək günahdır.

7. Quran Allah tərəfindən icazə verilməmiş və vəhy kökü olmayan yanlış adət və ənənələri məhkum edir.

 

Ayə 60:

﴿وَمَا ظَنُّ الَّذِينَ يَفْتَرُونَ عَلَى اللّهِ الْكَذِبَ يَوْمَ الْقِيَامَةِ إِنَّ اللّهَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَـكِنَّ أَكْثَرَهُمْ لاَ يَشْكُرُونَ

“Allaha iftira yaxanlar qiyamət gününü (onun cəzalarını) necə zənn edirlər? Həqiqətən, Allah xalqa bəxşiş və ehsan sahibidir. Amma onların çoxu şükür etmir.”

Nöqtələr

◘İslam Peyğəmbəri (s) var-dövləti, imkanı olduğu halda səliqə-səhmansız yaşayan bir kişini məzəmmət edib buyurdu: “Allahın nemətlərini nümayiş etdir. Allah bəndəsinə verdiyi nemətin əsərlərinin ən gözəl şəkildə görünməsini sevir.”[253]

Bildirişlər

1. Allaha iftira yaxmağın cəzası var. Allahın dünya həyatında bizə verdiyi möhlət qürur doğurmasın, Qiyamət mühakiməsini yaddan çıxarmayaq.

2. Allahın halal nemətlərinin qadağan olunması dünyəvi məhrumiyyət və qiyamət peşmançılığı ilə nəticələnir.

3. İlahi nemətlərdən istifadədə nə ifrata, nə də təfritə yol var. Nə maddiyyata əsir olmaq, nə də halal nemətlərdən üz döndərmək yaxşı sayılır.

4. Nemətlər bizim istəyimiz yox, Allahın fəzlidir. Belə isə, şükür edək.

5. Allahın halal nemətlərini haram etmək bir növ naşükürlükdür.


 

Ayə 61:

﴿وَمَا تَكُونُ فِي شَأْنٍ وَمَا تَتْلُو مِنْهُ مِن قُرْآنٍ وَلاَ تَعْمَلُونَ مِنْ عَمَلٍ إِلاَّ كُنَّا عَلَيْكُمْ شُهُودًا إِذْ تُفِيضُونَ فِيهِ وَمَا يَعْزُبُ عَن رَّبِّكَ مِن مِّثْقَالِ ذَرَّةٍ فِي الأَرْضِ وَلاَ فِي السَّمَاء وَلاَ أَصْغَرَ مِن ذَلِكَ وَلا أَكْبَرَ إِلاَّ فِي كِتَابٍ مُّبِينٍ

“Nə halda olsan, Qurandan nə qədər oxusan, nə iş görsən ona başlayan kimi Biz sizə şahidik və nə yer üzündə, nə də səmada zərrə ağırlığında bir şey Rəbbinə gizli deyil. Ondan kiçiyi, ondan böyüyü nə varsa aşkar kitabda qeyd olunmuşdur.”

Nöqtələr

◘“Kitabun mubin” dedikdə ya lövhi-məhfuz (müqəddəratın qeyd olunduğu lövhə), ya da Allahın bütün varlıq aləmini əhatə edən elmi nəzərdə tutulur. Bu elmə həm insanların əməlləri, həm də yerdə və göydə olan kiçikli-böyüklü mövcudlar daxildir.

◘İmam Sadiq (ə) buyurmuşdur: “Həzrət Peyğəmbər (s) bu ayəni oxuduqda şiddətlə ağlayardı.”[254]

Bildirişlər

1. Peyğəmbər (s) nümunə olduğundan onun bütün işləri mühümdür.

2. Allahın rəsulu da nəzarət altındadır.

3. Quran tilavətində diqqətli olmaq lazımdır ki, səhvə yol verilməsin. Bütün işlərimiz şahidlərin nəzarəti altındadır.

4. Allah bəşəriyyətin həm düşüncəsinə, həm danışığına, həm də əməlinə şahiddir.

5. Quran tilavəti risalət məqamı və insanların bütün əməlləri ilə bir sırada dayanır. Ayədə bildirilir ki, Allah həm peyğəmbərlərin işinə, həm xalqın əməllərinə, həm də Quran tilavətinə şahiddir. Bu bəyanat Quran tilavətinin əhəmiyyətini göstərir.

6. Cahan Allahın hüzurundadır, Allah bütün əməllərimizə şahiddir. Bizə möhlət verilməsinin səbəbi Allahın nədənsə xəbərsiz olması deyil.

7. Əməllərimizə həm Allah, həm də mələklər şahiddir.

8. Allahın hüzuruna diqqət insanda həya hissi yaradır.

9. Allah yaxından və uzaqdan, kiçikdən və böyükdən, zahirdən və batindən eyni cür xəbərdardır.


 

Ayə 62:

﴿أَلا إِنَّ أَوْلِيَاء اللّهِ لاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ

“Agah olun ki, şübhəsiz, Allahın övliyaları üçün nə bir qorxu var, nə də qəmgin olarlar.”

 

Ayə 63:

﴿الَّذِينَ آمَنُواْ وَكَانُواْ يَتَّقُونَ

“İman gətirənlər və təqva yolunu tutanlar (üçün qorxu yoxdur)”

Nöqtələr

◘Bu ayələr övliyaların xüsusiyyətlərini sadalayır. Onların şüarı Allah qorxusudur.[255] Bu qorxunun nəticəsi təqvadır. Təqvanın səmərəsi isə hesab qorxusundan qurtuluşdur.[256]

 Övliyaların uyğun qorxudan uzaqlığı həm dünya, həm də axirətə aiddir.

◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Allah övliyalarının sükutu zikr, baxışı ibrət, sözü hikmət, cəmiyyətdəki hərəkəti bərəkət qaynağıdır.”[257]

◘Həzrət Əli (ə) buyurmuşdur: “Allah Öz vəlisini xalq arasında gizləmişdir, belə isə heç vaxt bir müsəlmanı təhqir etməyin, o, Allahın övliyalarından ola bilər.”[258]

Bildirişlər

1. Kim Allahın vəlisidirsə (“vəliyy”-hami), Allah da onun vəlisidir.[259]

2. Qəlbində Allah qorxusu olan üçün başqa qorxu yoxdur.

3. Allah övliyalarının işıqlı, qorxusuz və kədərsiz gələcəkləri var.

4. İman və təqva Allah övliyalarının köklü xüsusiyyətidir.

5. Daimi iman və təqva həm nigarançılığı aradan qaldırır, həm də insanı Allahın övliyası qərar verir.

 

 

 

 

 

 

 

 

 

Ayə 64:

﴿لَهُمُ الْبُشْرَى فِي الْحَياةِ الدُّنْيَا وَفِي الآخِرَةِ لاَ تَبْدِيلَ لِكَلِمَاتِ اللّهِ ذَلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ

“Onlar (Allahın övliyaları) üçün dünya və axirət həyatında müjdə var. Allahın sözləri (vədləri) dəyişməzdir. O, həmin böyük qurtuluşdur.”

Nöqtələr

◘İman və təqva əhlinə dünya həyatında sadiq yuxular, ilahi ilhamlar, qəlb aramlığı, fitnələrin puça çıxması, duaların qəbulu, ölüm zamanı məsumlarla görüş vasitəsi ilə müjdə verilir. Axirətdə isə bu müjdə ilahi nemətlərdir.

Həzrət Peyğəmbər (s) bu ayə ilə bağlı buyurmuşdur: “Dünyəvi müjdə xoş yuxular, axirət müjdəsi ölüm zamanı verilə