A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (beşinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


◘Ötən ayədə deyildi ki, günahkarlar və kafirlər üçün heç bir qurtuluş yolu yoxdur. Bu ayədə isə bildirilir ki, hətta onların xəyali vasitələri də şəfaət vermək əvəzinə, onlardan üz döndərərlər.

Bildirişlər

1. Qiyamət və onun hadisələrini unutmayaq.

2. Qiyamətdə təkcə insanlar yox, hətta saxta məbudlar da hazır olar.

3. Qiyamət ayrılıq günüdür. (Qiyamətdə sorğu üçün insanlar bir-birlərindən ayrı düşərlər.)

4. Kafirlərin öz xəyali şəfaətçiləri qiyamətdə onlardan üz döndərər.

5. Qiyamətdə bütlər dilə gəlib onlara ibadət edənləri inkar edər və ya xəbərsizliklərini bildirərlər.

 

Ayə 29:

﴿فَكَفَى بِاللّهِ شَهِيدًا بَيْنَنَا وَبَيْنَكُمْ إِن كُنَّا عَنْ عِبَادَتِكُمْ لَغَافِلِينَ

“Sonra (məbudlar müşriklərə deyərlər) bizimlə sizin aranızda Allah yetər. Həqiqətən, biz sizin pərəstişinizdən xəbərsiz idik.”

Nöqtələr

◘Ötən ayədə məbudlar deyirdilər ki, siz bizə ibadət etmirdiniz. İndi isə bildirirlər ki, biz sizin ibadətinizdən xəbərsiz idik. Nəticə alınır ki, məbudun xəbərsiz olduğu istənilən bir ibadət ibadət deyil.

◘Quranda məbudların müşriklərə nifrət və onlardan üz döndərməsindən dəfələrlə söhbət açılmışdır.[213]

 

 

 

 

 

 

Bildirişlər

1. Qiyamətdə bütlərə şüur və nitq verilər.

 

Ayə 30:

﴿هُنَالِكَ تَبْلُو كُلُّ نَفْسٍ مَّا أَسْلَفَتْ وَرُدُّواْ إِلَى اللّهِ مَوْلاَهُمُ الْحَقِّ وَضَلَّ عَنْهُم مَّا كَانُواْ يَفْتَرُونَ

“Orada hər kəs öncədən göndərdiyinə (onun cəzasına) düçar olar və həqiqi hamisinə doğru qaytarılar. İftira və yalan olaraq Allah saydıqları şeylər onların gözləri qarşısındaca məhv olar.”

Bildirişlər

1. Dünyəvi sınaqların nəticəsi qiyamət günü əldə olunar.

2. Qiyamət hesabı hamı üçündür.

3. Varlığın qaynağı Odur və işin sonu Ona doğrudur.

4. Həqiqi mövla Allahdır və Ondan qeyriləri puçdur.

5. Qiyamətdə yalançı məbudların görüntüləri məhv olacaq.

 

Ayə 31:

﴿قُلْ مَن يَرْزُقُكُم مِّنَ السَّمَاء وَالأَرْضِ أَمَّن يَمْلِكُ السَّمْعَ والأَبْصَارَ وَمَن يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَيُخْرِجُ الْمَيَّتَ مِنَ الْحَيِّ وَمَن يُدَبِّرُ الأَمْرَ فَسَيَقُولُونَ اللّهُ فَقُلْ أَفَلاَ تَتَّقُونَ

“De ki, sizə göydən və yerdən ruzi verən kimdir? Qulaq və gözlərin sahibi kimdir? Kimdir dirini ölüdən, ölünü diridən çıxaran? Kimdir varlığın işini sahmana salan? (Cavab olaraq) deyəcəklər: “Allah.” De ki, məgər Allahdan qeyrisinə pərəstişin cəzasından qorxmursunuz?”

Nöqtələr

◘“Ölünü diridən, dirini ölüdən çıxarmaq” təbiri insanın nütfədən, nütfənin insandan, cücənin yumurtadan, yumurtanın cücədən, otun toxumdan, toxumun otdan, saleh övladıngünahkar ata-anadan, günahkar övladın saleh valideyndən çıxması təbirləri ilə oxşar formadadır.

◘Ayədə insan əzalarından yalnız göz və qulağın yada salınmasının səbəbi bu ola bilər ki, bədən üzvləri arasında ən çox istifadə olunan bu iki üzvdür.

Bildirişlər

1. Sual üslubu və insanların düşüncə və fitrətə yönəldilməsi səmavi təlimatçıların vəzifələrindəndir.

2. Allah insana ruzi verilməsindən danışarkən göy və yerin də adını çəkir.

3. Ruzi vermək, yaratmaq, idarə etmək Allahın daimi sünnələrindəndir.

4. Yaranış aləmi daim müdiriyyətə ehtiyaclıdır. Tədbirlərdəki vəhdət rübubiyyətin vəhdət nişanəsidir.

5. Ruzimiz, göz və qulağımız, həyat və ölümümüz Allahın əlindədir. Bu sahədə başqa bir güc və hakimiyyət yoxdur.

6. Nemətlər və ilahi qüdrət haqqında düşüncə allahşünaslığın ən şirin, ən duyumlu, ən ümumi, ən sadə və eşq yaradan yollarındandır.

7. Müşriklər də öz dövrlərində Allahı varlığın yaradıcısı kimi tanıyırmışlar.

8. Əqidə bəs etmir, əməl də lazımdır.

9. Mərifət və elm təqva üçün zəmin yaradır.

 

Ayə 32:

﴿فَذَلِكُمُ اللّهُ رَبُّكُمُ الْحَقُّ فَمَاذَا بَعْدَ الْحَقِّ إِلاَّ الضَّلاَلُ فَأَنَّى تُصْرَفُونَ

“Belə bir (qadir və vahid) Allah, həqiqətən, sizin Rəbbinizdir. Haqdan sonra azğınlıqdan başqa nə var? Bəs necə olur ki, (haqdan) qaytarılırsınız?!”

Bildirişlər

1. Hakim, ruzi verən, xəlq edən, idarə edən Allah olan yerdə digər bir yaradana macal yoxdur.

2. Allahdan qeyrisinin rübubiyyətinə etiqad puçdur, azğınlıqdır.

3. Haqla batil arasında üçüncü bir yol yoxdur. Haqq olmayan şey batildir. Bu məsələdə bitərəf yoxdur.

4. İnsan haqpərəst bir fitrətə malikdir. Şeytanlar, digər xülyalar və amillər onu azğınlığa çəkir.

 

Ayə 33:

﴿كَذَلِكَ حَقَّتْ كَلِمَتُ رَبِّكَ عَلَى الَّذِينَ فَسَقُواْ أَنَّهُمْ لاَ يُؤْمِنُونَ

“Beləcə, Rəbbinin hökmü və sözü itaətsizlik edənlər haqqında gerçəkləşdi. Onlar iman gətirməzlər.”

Bildirişlər

1. İnsan əyri yol seçməklə Allahın qəzəbini qətiləşdirir.

2. Azğınlıq və günah iman üçün maneə, küfr üçün zəmindir.

 

 

 

Ayə 34:

﴿قُلْ هَلْ مِن شُرَكَآئِكُم مَّن يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ قُلِ اللّهُ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ فَأَنَّى تُؤْفَكُونَ

“De ki, Allaha şərik qərar verdiyiniz məbudlardan yaranışı ərsəyə gətirib sonra geri qaytara bilən varmı? De ki, (yalnız) Allah yaranışa başlar, sonra onu qaytarar. Belə isə, nə üçün (haqdan) üz çevirirsiniz?!”

Bildirişlər

1. Allah-təala Öz Peyğəmbərinə (s) müşriklərlə mübahisə üsulunu öyrədir.

2. Allaha şərik qoşulanlar bəşər xülyasından başqa bir şey deyil.

3. Varlıq bir hadisədir.

4. Pərəstiş üçün iki meyar var: İlkin yaratma qüdrəti və yenidən bərpa qüvvəsi.

5. Dünya fəna olduqdan sonra qiyamət qopar.

6. Varlıq aləmi ölümə, məhvə doğru hərəkətdədir. Bu hərəkətin sonu fənadır.

7. Məad və qiyamət də dünya kimi cismanidir.

8. Şərik qoşmağa meyl düşüncəsizlik nişanəsidir.

 

Ayə 35:

﴿قُلْ هَلْ مِن شُرَكَآئِكُم مَّن يَهْدِي إِلَى الْحَقِّ قُلِ اللّهُ يَهْدِي لِلْحَقِّ أَفَمَن يَهْدِي إِلَى الْحَقِّ أَحَقُّ أَن يُتَّبَعَ أَمَّن لاَّ يَهِدِّيَ إِلاَّ أَن يُهْدَى فَمَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ

“De ki, Allaha şərik qoşduğunuz məbudlar arasında haqqa hidayət edəni varmı? De ki, (yalnız) Allah haqqa hidayət edir. İtaətə daha çox kim layiqdir: haqqa hidayət edən kəs, yoxsa başqası hidayət etmədikdə hidayət olmayan kəs? Sizə nə olub, necə hökm edirsiz?!”

Nöqtələr

◘Ötən ayədə ilkin yaranış, məad və varlığın yaranışına işarə olundu. Bu ayədə isə nübuvvət, peyğəmbərlik, imamət, hidayət haqqında danışıldı.

◘Hidayət (doğru yola yönəltmə) iki növdür: Doğru yolun göstərilməsi və məqsədə çatdırma. Birinci iş peyğəmbərlərə aiddir.[214] İkinci iş isə yalnız Allaha məxsusdur.[215]

◘“Yəhdi iləl həqq” və “yəhdi lil həqq” təbirləri eyni mənadadır.[216]

◘Yetərli sayda şiə və sünni rəvayətlərinə əsasən İslam Peyğəmbəri (s) buyurmuşdur: “Daim haqq Əli (ə) ilədir, Əli (ə) də haqla.”[217]

Bildirişlər

1. Haqqa çağırış və yönəltmə Allahlıq şənlərindəndir. (Pərəstiş ölçüsü məbudun hidayət edə bilməsidir.)

2. Düzgün hidayət (yönəltmə) əhatəli elmə, nöqsansızlığa, qüdrətə, məhəbbət və məqsədə ehtiyaclıdır. Allahdan və Onun rəhbər kimi təyin etdiyi kəslərdən savay kimsə hadi, yəni doğru yol bələdçisi ola bilməz. Qüdrətsiz bütlər və zalım hakimlər hadi ola bilərmi?!

3. Yalnız doğru yola çağıran kəs itaətə layiqdir.

4. Nübuvvət, imamət və məsum rəhbərə itaət əqli prinsiplərdəndir.

 

Ayə 36:

﴿وَمَا يَتَّبِعُ أَكْثَرُهُمْ إِلاَّ ظَنًّا إِنَّ الظَّنَّ لاَ يُغْنِي مِنَ الْحَقِّ شَيْئًا إِنَّ اللّهَ عَلَيمٌ بِمَا يَفْعَلُونَ

“Onların çoxu yalnız (əsassız) gümana itaət edirlər. Şübhəsiz, güman heç vəchlə həqiqətə olan ehtiyacı ödəmir. Həqiqətən, Allah xalqın gördüyü işlərdən agahdır.”

Nöqtələr

◘Gerçək dəyər elmdədir. Güclü ehtimal və əminlik də həqiqətə əsaslandıqda dəyərli olur. Ayə və rəvayətlər əsasında fəqihin ilahi hökmləri müəyyənləşdirməsi də dəyərdir. Amma cahil ata-babalara təqlidçiliyə əsaslanan əqidə puçdur.

Bildirişlər

1. Çoxluq haqlılıq deyil.

2. Peyğəmbərlərin müxalifləri məntiqsizdirlər.

3. Şirkin elmi kökü yoxdur.

4.Əqidə məsələsində gümana yox, elmə əsaslanmaq lazımdır.


 

Ayə 37:

﴿وَمَا كَانَ هَـذَا الْقُرْآنُ أَن يُفْتَرَى مِن دُونِ اللّهِ وَلَـكِن تَصْدِيقَ الَّذِي بَيْنَ يَدَيْهِ وَتَفْصِيلَ الْكِتَابِ لاَ رَيْبَ فِيهِ مِن رَّبِّ الْعَالَمِينَ

“Belə deyil ki, bu Quran Allahdan qeyrisi tərəfindən və yalan olaraq düzəldilsin. O əvvəlki səmavi kitabların təsdiqi və izahıdır. Onun aləmlərin Rəbbi tərəfindən olmasında heç bir şəkk-şübhə yoxdur.”

Bildirişlər

1. Quranın əhatəsi və mahiyyəti yol vermir ki, o, Allahdan qeyrisinə aid edilsin.

2. Səmavi kitablar bir-birlərini təsdiqləyir. Bu kitabların fərqi onların əhatə və mahiyyətindədir.

3. Quran təkamül və tərbiyə vasitəsidir.

 

Ayə 38:

﴿أَمْ يَقُولُونَ افْتَرَاهُ قُلْ فَأْتُواْ بِسُورَةٍ مِّثْلِهِ وَادْعُواْ مَنِ اسْتَطَعْتُم مِّن دُونِ اللّهِ إِن كُنتُمْ صَادِقِينَ

“Hətta “Quranı (özündən) toxumuşdur” deyirlər. De ki, əgər doğru deyirsinizsə, onun kimi bir surə gətirin və Allahdan qeyri bacardığınız kəsi köməyə çağırın.”

Nöqtələr

◘Quranda cin və insanların ilahi kəlamının oxşarını gətirməkdə aciz olması dəfələrlə önə çəkilir və iddiası olanlar mübarizə meydanına çağrılır. “Hud” surəsinin 13-cü ayəsi də bu qəbildəndir. Digər bir tərəfdən, əsrlər boyu milyonlarca müxalif Quranın nüfuzunu zəiflətməyə çalışmışdır. Bu sayaq fəaliyyətlər hazırda da davam edir. Amma Quranın uyğun çağırışı hələ də cavabsız qalmışdır və qiyamətədək də cavabsız qalasıdır.

Quranın imtiyazları

◘Söhbət Quranın mübarizəyə çağırışından getdiyi üçün bu əbədi möcüzənin bəzi imtiyazlarını nəzərdən keçirək:

1. Uca bir maarifin qısa ifadələrlə bəyanı: məsələn, qadın və kişi haqqında buyurur: “Qadınlar sizin libasınızdır, siz isə qadınların libası.”[218] Qeyri-ilahi güclərin puçluğu onların hörümçək yuvasına bənzədilməsi ilə çatdırılır.[219] Başqa bir məqamda qeyri-ilahi qüvvələrin bir cücü yarada bilməməsi onların zəifliyi kimi təqdim olunur.[220]

2. Sözün şirinliyi və nüfuz: Quran 1000 dəfə oxunsa da köhnəlmir, hər oxunuşda yeni bir nöqtə üzə çıxır.

3. Quran kəlamlarının ahəng və musiqisi: Bu kəlmələrin xüsusi bir ahəngi var. Ərəb cümlələri və ya rəvayət arasında işlədilmiş Quran ayəsi dərhal tanınır.

4. Quranın əhatəliliyi: dəlildən məsələdək, dünyadan axirətədək bütün məsələlər, eləcə də ailə, hüquq, siyasi, hərbi, əxlaqi və tarixi mövzular onda öz əksini tapmışdır.

5. Gerçəklik: Quranın söhbətləri zənn-gümana əsaslanmır. Hətta ondakı əhvalatlar da sənədli və gerçəkdir.

6. Ümumilik: İstənilən səviyyədə, istənilən bir məkandan olan insan ondan bəhrələnir. Quran ixtisas kitabı formasında deyil.

7. Əbədilik: Bəşəriyyətin və elmlərin ömrü artdıqca Qurandan daha çox sirr açılır.

8. Artan təkamül: Saysız-hesabsız müqavimətlərə baxmayaraq Quran ən böyük təkamül yolu keçmişdir.

9. Real möcüzə olması: Bu möcüzə hamının əlindədir.

10. Quran həm möcüzədir, həm də qanun kitabı.

11. O məktəb görməmiş, savaddan məhrum bir məntəqədən olan fərd tərəfindən çatdırılmışdır.

12. Ona heç nə artırılmamış, ondan heç nə əskildilməmişdir və o, təhrifdən qorunmuşdur.

Bildirişlər

1. Quran öz ecazının sübutu üçün ən sadə yolu göstərir və bu yol onun surələrinə oxşar surələrin deyilməsidir.

2. Nəinki Quran tam şəkildə, hətta onun bir surəsi də möcüzədir.

3. Quran bu mübarizədə qarşı tərəf üçün çətinlik yaratmır və onun oxşar bir surə gətirməsini kafi sayır.

4. Quranın mübarizəyə çağırışı hansısa zaman və məkana aid deyil. Qiyamətədək bütün yer üzündə bu çağırış öz gücündədir.

5. Bu mübarizə təkcə savadsız kütləyə aid deyil. Əgər dünya alimləri, hüquqşünasları, ədibləri arasında Qurana şəkk edən varsa, bu dəvəti qəbul edə bilər.

6. Bu mübarizə çağırışında xüsusi imkanlar və say nəzərdə tutulmamışdır.

7. Müxaliflər belə bir mübarizəyə hətta təhrik də olunur.

 

 

 

Ayə 39:

﴿بَلْ كَذَّبُواْ بِمَا لَمْ يُحِيطُواْ بِعِلْمِهِ وَلَمَّا يَأْتِهِمْ تَأْوِيلُهُ كَذَلِكَ كَذَّبَ الَّذِينَ مِن قَبْلِهِمْ فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الظَّالِمِينَ

“Həqiqət budur ki, bilmədikləri bir şeyi yalan saydılar. Halbuki onun sonu, mahiyyəti və batini hələ ki, onlara aydınlaşmamışdı. Onlardan qabaqkılar da bu sayaq təkzib etdilər. Bax gör, zalımların aqibəti necədir.”

Nöqtələr

◘İmam Sadiq (ə) buyurmuşdur: “Quranın bu iki ayəsindən iki böyük dərs öyrənirik: Nə qədər ki, bilmirik, danışmayaq[221] və nə qədər ki, bilmirik, bir sözü rədd etməyək.”[222]

◘Əbdül-Əzim Həsəni imam Cavaddan (ə) Həzrət Əlinin (ə) belə buyurduğunu nəql edir: “Allah-təala dediyim dörd nöqtəni ayədə nazil etmişdir:

1. İnsanın kimliyi onun dilinin altındadır. Ayə nazil oldu ki, danışıqlarından onları tanıyarsan.[223]

2. Hər kəs bir şeyi bilməsə, onunla düşmənçilik edir. Ayə nazil oldu ki, bilmədiklərini yalan saydılar.[224]

3. Hər kəsin dəyəri onun ləyaqəti və dəyərindən asılıdır. Ayə nazil oldu ki, Allah Talutu bacarıqlarına görə seçdi.[225]

4. Zalımı (qatili) öldürmək qətllərin çoxalmasının qarşısını alır. Ayə nazil oldu ki, qisas sizin üçün həyatdır.[226]

Bildirişlər

1. Müxaliflər Quranı yetərincə öyrənmədən onu rədd etmişdilər.

2. Bir şeyi bilmədiyimizə görə rədd etməyək.

3. Ümumi və yığcam bilik təsirsizdir. Yalnız elmi əhatə sayəsində nuraniyyət əldə etmək olar.

4. Tarix boyu peyğəmbərlərlə müxalifliyin səbəbi cəhalət olmuşdur.

5. Din müxaliflərinin tarixi və taleyi ilə tanış olmaq lazımdır.


 

Ayə 40:

﴿وَمِنهُم مَّن يُؤْمِنُ بِهِ وَمِنْهُم مَّن لاَّ يُؤْمِنُ بِهِ وَرَبُّكَ أَعْلَمُ بِالْمُفْسِدِينَ

“Onlardan bəziləri Qurana iman gətirənlərdir, bəziləri isə iman gətirməyənlər. Sənin Rəbbin fəsad əhlini daha yaxşı tanıyır.”

Bildirişlər

1. İnsan məcbur yox, azaddır.

2. Rəhbər bütün xalqın onun ayinlərinə iman gətirməsini gözləməməlidir.

3. İmansızlıq və fəsad bir-biri üçün şərtdir. Həm günah imana mane olur, həm də imansızlıq fəsad törədir.

4. İnsan Pərvərdigarın nəzarəti altındadır.

 

Ayə 41:

﴿وَإِن كَذَّبُوكَ فَقُل لِّي عَمَلِي وَلَكُمْ عَمَلُكُمْ أَنتُمْ بَرِيئُونَ مِمَّا أَعْمَلُ وَأَنَاْ بَرِيءٌ مِّمَّا تَعْمَلُونَ

“Əgər səni təkzib etsələr, de ki, mənim əməlim mənim üçündür, sizin əməliniz sizin üçün. (Hər birimiz öz əməlimizin cəzasına çatacağıq.) Siz mənim əməllərimdən zara gəlmisiz, mən də sizin əməllərinizdən.”

Bildirişlər

1. Əqidəni məcburi qəbul etdirmək olmaz. Peyğəmbərlərin vəzifəsi məcburiyyət yox, doğru yola dəvət olmuşdur.

2. Rəbhər kimlərinsə təkzibinə hazır olmalıdır.

3. Təkzibçilər qarşısında özümüzü məğlub saymayaq. Çünki biz doğru yola dəvətimizin mükafatını alacağıq, müxaliflər isə öz inadkarlıqlarının cəzasına çatacaqlar. Bu qarşıdurmada qalib bizik.

4. İslam Peyğəmbəri (s) təkzibçilər qarşısında qəti mövqe tuturdu.

5. Hər bir şəxsin xeyiri və zərəri onun özünə aiddir.

6. İslam kafirlərlə saziş dini yox, dəlil və əxlaq dinidir. Qarşı tərəf həqiqəti qəbul etmədikdə, onların əqidəsindən uzaq olduğumuzu bildirək.

7. Başqalarının əməllərindən razılıq insanı həmin əməllərin mükafat və cəzasına şərik edir.


 

Ayə 42:

﴿وَمِنْهُم مَّن يَسْتَمِعُونَ إِلَيْكَ أَفَأَنتَ تُسْمِعُ الصُّمَّ وَلَوْ كَانُواْ لاَ يَعْقِلُونَ

“Onlardan bir dəstəsi (zahirdə) sənin sözlərini diqqətlə dinləyirlər. (Əslində isə sanki kardırlar və heç nə eşitmirlər.) Əgər düşüncə əhli deyildirlərsə, sən öz sözlərini karların qulağına çatdıra bilərsənmi?”

 Bildirişlər

1. Bəzən dinləyici xoşməramlı olmur. İnadkarlar bəzən bəhanə əldə etmək üçün diqqətlə dinləyirlər.

2. Bəzən insanın qəlb xəstəliyi o qədər şiddətli olur ki, Peyğəmbərin (s) də sözləri onlara şəfa vermir.

3. Xalqın hidayəti üçün onlarda qəbul hazırlığı olmalıdır. Yalnız aşkar dəlil və ləyaqətli rəhbər bəs etmir.

4. Eşitmək yox, eşidilənləri düşünüb qəbul etmək mühümdür. Məgər heyvan deyilən sözü eşidirmi?!

 

Ayə 43:

﴿وَمِنهُم مَّن يَنظُرُ إِلَيْكَ أَفَأَنتَ تَهْدِي الْعُمْيَ وَلَوْ كَانُواْ لاَ يُبْصِرُونَ

“Xalqdan bir dəstəsi də vardır ki, sənə baxırlar (amma sanki görmürlər). Əgər (qəlb gözü ilə) görmürlərsə, korları hidayət edə bilərsənmi?!”

 

Ayə 44:

﴿إِنَّ اللّهَ لاَ يَظْلِمُ النَّاسَ شَيْئًا وَلَـكِنَّ النَّاسَ أَنفُسَهُمْ يَظْلِمُونَ

“Şübhəsiz, Allah xalqa heç bir zülm etməz. Özünə zülm edən elə xalqın özüdür.”

Nöqtələr

◘Bir dəstə insan qiyamət səhnəsinə kor gətirilər. Bu korluq ilahi ayələrə münasibətdə korluğun nəticəsidir.[227]

◘İmam Hadi (ə) buyurmuşdur: “Hər kəs Allahın Öz bəndələrini günaha məcbur etdiyini və cəzalandırdığını düşünsə, Allaha qarşı zülmə yol vermişdir və bu ayəni təkzib edir.”[228]

 

 

 

 

Bildirişlər

1. Hər bir baxış bəsirətli olmur, hər tamaşaçı həqiqəti duymur.

2. Hətta peyğəmbərlər də qəlbi korlara təsir edə bilmirlər.

3. Baxmaqla haqqa çatmayanlar kor kimidirlər.

4. Allah xalqın hidayəti üçün üstün bir məktəb, kitab və rəhbər göndərmişdir. Qəbul etməyənlər özlərinə zülm edirlər.

 

Ayə 45:

﴿وَيَوْمَ يَحْشُرُهُمْ كَأَن لَّمْ يَلْبَثُواْ إِلاَّ سَاعَةً مِّنَ النَّهَارِ يَتَعَارَفُونَ بَيْنَهُمْ قَدْ خَسِرَ الَّذِينَ كَذَّبُواْ بِلِقَاء اللّهِ وَمَا كَانُواْ مُهْتَدِينَ

“Allah onları bir yerə toplayacağı gün elə görünər ki, (dünyada və ya Bərzəxdə) bir saatdan artıq qalmamışlar. Həmin gün bir-birlərini tanıyarlar. Şübhəsiz, Allahla görüşü təkzib edənlər ziyankar oldular və heç vaxt hidayət olmamışlar.”

Nöqtələr

◘Qiyamət günü o qədər əzəmətlidir ki, ondan öncəki həyat olduqca qısa görünür. Bu həqiqət digər ayələrdə də bəyan olunmuşdur: “Sanki dünya və ya bərzəxdə bir gecədən artıq olmamışdılar.”[229]; “Güman edərsiniz ki, qiyamətdən öncə qısa bir müddət olmusunuz.”[230]; “On gündən artıq sakin olmadığınızı düşünərsiniz.”[231]; Dünya və ya Bərzəxdə bir gün və ya yarısı qədər olduğunuzu düşünərsiniz.”[232]; “Düşünərsiniz ki, bir saatdan artıq olmamısınız.”[233]

◘Dünya həyatının qısa görünməsinin səbəbi ya onun ötəriliyi, ya fürsətlərdən istifadə edilməməsi, ya axirətlə müqayisə, ya da insanların Bərzəxdə yuxuda olmasıdır. Onlar oyandıqdan sonra qısa bir müddətin ötdüyünü zənn edirlər.

Hər halda, həm axirətə münasibətdə dünya malı cüzidir, həm də zaman. İnsana elə gəlir ki, bir saatdan çox ötməmişdir.

 

 

 

 

 

 

Bildirişlər

1. Dünya həyatı qiyamət günü ilə müqayisədə çox qısadır.

2. Qiyamətdə insanlar bir-birlərini tanıyarlar.

3. Gerçək ziyankar o kəslərdir ki, qiyaməti inkar etməklə, əbədi axirət nemətlərindən məhrum olurlar. Belələri yalnız dünya ləzzətlərindən bəhrələndikləri halda, möminlər həm dünya nemətlərindən ləzzət alırlar, həm də axirət nemətlərindən.

 

Ayə 46:

﴿وَإِمَّا نُرِيَنَّكَ بَعْضَ الَّذِي نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِلَيْنَا مَرْجِعُهُمْ ثُمَّ اللّهُ شَهِيدٌ عَلَى مَا يَفْعَلُونَ

“(Ey peyğəmbər,) kafirlərə vəd etdiyimiz bəzi qəhr və cəzanı ya sənə göstərərik, ya da səni dünyadan apararıq. (Səndən sonra cəzaya çatarlar.) Onların dönüşü Bizə doğrudur. Allah onların sonrakı işlərinə şahiddir.”

Nöqtələr

◘Bəzi kafirlər Bədr, Hüneyn, Əhzab döyüşlərində və Məkkənin fəthində cəzalandırıldılar. Həzrət Peyğəmbər (s) dünyasını dəyişəndən sonra da Allah istədiyini cəzalandırır.

◘Müşriklərin cəzalandırılmasının təxiri Peyğəmbərdə (s) nigarançılıq yaratmışdı, bundan əlavə, müşriklər “vəd olunmuş əzab haradadır?” deyə bəhanə gətirirdilər. (Bu barədə növbəti iki ayədə danışılacaq.)

Bu ayə Peyğəmbərə (s) və xalqa təsəlli üçün əzabın təxirə salınmasının səbəbini bəyan edir. Bildirilir ki, hamı Allaha doğru qayıdasıdır. Allah müşriklərin əməllərindən agahdır, belə isə gətirdikləri bəhanələr onları məmnun etməsin.

◘Həzrət Əli (ə) buyurmuşdur: “Gizlində də Allaha itaətsizlikdən çəkinin. Çünki şahid özü hakimdir.”[234]

Bildirişlər

1. İstər indi, istərsə də başqa vaxtlarda Allah kafirlərlə hesab çəkib onları cəzalandırır. İlahi cəzanın təxirə salınması m