A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (beşinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


6. Qiyamət həqiqətinin inkarı və bu həqiqətə diqqətsizlik tüğyan və ilahi lütfdən məhrumluq səbəbidir.

 

Ayə 12:

﴿وَإِذَا مَسَّ الإِنسَانَ الضُّرُّ دَعَانَا لِجَنبِهِ أَوْ قَاعِدًا أَوْ قَآئِمًا فَلَمَّا كَشَفْنَا عَنْهُ ضُرَّهُ مَرَّ كَأَن لَّمْ يَدْعُنَا إِلَى ضُرٍّ مَّسَّهُ كَذَلِكَ زُيِّنَ لِلْمُسْرِفِينَ مَا كَانُواْ يَعْمَلُونَ

“Böyrü üstdə yatdığı, oturduğu və ya durduğu halda insana bir zərər yetişdikdə Bizi çağırar. Amma elə ki, zərəri ondan uzaqlaşdırdıq, yolunu elə gedər ki, sanki heç vaxt düşdüyü çətinliyə görə Bizi çağırmamışdır. İsrafçılara öz əməlləri bu sayaq gözəl görünür.”

Nöqtələr

◘Allah-təala insanın naşükürlüyündən dəfələrlə söz açmışdır. İnsan çətinliyə düşdüyü vaxt Allahı çağırır, müşkülü həll olduqdan sonra isə Onu yaddan çıxarır.

Bildirişlər

1. İnsan ruhunun dərinliyində Allaha iman mayası vardır. Acı hadisələr Allah sorağında olan vicdan və fitrəti oyadır.

2. Mövsümi, arabir dua edənlər məzəmmət olunur və onların işi dəyərsizdir.

3. Bütün hallarda dua etmək olar: ayaq üstə, oturaq və ya uzanmış vəziyyətdə.

4. Səmimi dua çətinlikləri aradan qaldırır.

5. Rifah, firavanlıq qəflət zəminidir.

6. İnsan naşükürdür.

7. Maddi həyat Allahı unudanların nəzərində gözəl cilvələnir.

8. Allahın lütflərini yaddan çıxarmaq bir növ israfdır.

9. Rahatlıqda Allahı unudub çətinliyə düşdükdə dua edən kəs israfçıdır.

10. Rifah içində yaşayanlar özlərindən razıdırlar.

 

Ayə 13:

﴿وَلَقَدْ أَهْلَكْنَا الْقُرُونَ مِن قَبْلِكُمْ لَمَّا ظَلَمُواْ وَجَاءتْهُمْ رُسُلُهُم بِالْبَيِّنَاتِ وَمَا كَانُواْ لِيُؤْمِنُواْ كَذَلِكَ نَجْزِي الْقَوْمَ الْمُجْرِمِينَ

“Həqiqətən, Biz sizdən əvvəlki ümmətləri zülmlərinə görə həlak etdik. (Çünki) peyğəmbərləri onlara möcüzə gətirdi, amma onlar inanmadılar. Biz bu sayaq günahkar qövmü cəzalandırırıq.”

Nöqtələr

◘“Qərn” sözünün cəm forması olan “qurun” sözü eyni bir əsr və dövrdə yaşayan xalqa deyilir.

Bildirişlər

1. Zülm-sitəm millətlərin süqutuna zəmin yaradır.

2. Yalnız höccət tamamlandıqdan, dəlillər başa çatdıqdan sonra ilahi cəza gəlir.

3. Yalnız iman və islahına ümid olmayan zalımlar həlak edilirlər.

4. İbrət götürülməsi üçün tarixlə yanaşı tarix fəlsəfəsi də bəyan olunmalıdır. Keçmiş qövmlərin həlak olması tarix, bu hadisənin zülm və günah kimi səbəbləri isə tarix fəlsəfəsidir.

 5. İlahi sünnələr hamıya və hər dövrə aiddir.

 

Ayə 14:

﴿ثُمَّ جَعَلْنَاكُمْ خَلاَئِفَ فِي الأَرْضِ مِن بَعْدِهِم لِنَنظُرَ كَيْفَ تَعْمَلُونَ

“Onlardan sonra sizi yer üzündə canişin qərar verdik ki, necə əməl edəcəyinizi görək.”

Bildirişlər

1. Hakimiyyət, imkan Allahın sınaq vasitələridir.

2. Vəzifə tapşıran müdir həm də buna nəzarət etməlidir.

3. Bütün əməllərimiz Allahın nəzarəti altındadır.

4. Allah üçün bütün qövmlər eynidir. İlahi sınaq qanunları hamıya tətbiq olunur.

5. Xalqın taleyi onların öz əməllərinin nəticəsidir.

 

 

 

 

 

Ayə 15:

﴿وَإِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالَ الَّذِينَ لاَ يَرْجُونَ لِقَاءنَا ائْتِ بِقُرْآنٍ غَيْرِ هَـذَا أَوْ بَدِّلْهُ قُلْ مَا يَكُونُ لِي أَنْ أُبَدِّلَهُ مِن تِلْقَاء نَفْسِي إِنْ أَتَّبِعُ إِلاَّ مَا يُوحَى إِلَيَّ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ

“Aşkar ayələrimiz onlara oxunduğu vaxt görüşümüzə ümid bəsləməyənlər deyər: “Ya başqa bir Quran gətir, ya da bu Quranı dəyiş.” (Onlara) de ki, mən onu özbaşına dəyişə bilmərəm və yalnız vəhy olunana tabeyəm. Mən böyük günün əzabından qorxuram... Əgər Rəbbimə itaətsizlik göstərsəm!”

Nöqtələr

◘Bəzi bütpərəstlər Quranın bütləri məzəmmət edən ayələrinin və ya bütün kitabın dəyişdirilməsini istəyirdilər. Səmavi təlimləri öz nəfs istəklərinə münasib görməyənlər həmişə belə istəyə düşürlər.

Bildirişlər

1. Allahı tanıma nişanələri xalqa bəyan olunmalıdır.

2. Heç kim, hətta peyğəmbər belə ilahi qanunu dəyişə bilməz.

3. Heç vaxt xalqın bəhanə və həvəslərinə təslim olmayaq. Əsas məsələ xalqın istəyi yox, Allahın buyruğudur.

4. Quranda heç bir bəşərin, hətta Peyğəmbərin (s) belə əli yoxdur.

5. Əqidə əsaslarını dəyişmək bahasına tərəfdarlar toplamağın dəyəri yoxdur.

6. Peyğəmbərlər məsumdurlar və yalnız vəhyə tabe olmuşlar.

7. Məadın xatırlanması təqva və günahdan paklıq səbəbidir. Necə ki, məaddan xəbərsizlik bəhanəçiliyə gətirib çıxarır.

8. Peyğəmbərlərin paklıq qaynağı məada iman və əminlikdir.

 

Ayə 16:

﴿قُل لَّوْ شَاء اللّهُ مَا تَلَوْتُهُ عَلَيْكُمْ وَلاَ أَدْرَاكُم بِهِ فَقَدْ لَبِثْتُ فِيكُمْ عُمُرًا مِّن قَبْلِهِ أَفَلاَ تَعْقِلُونَ

“De ki, əgər Allah istəsəydi, onu (Quranı) sizin üçün oxumaz, sizi ondan xəbərdar etməzdim. Mən Qurandan öncə aranızda bir ömür yaşamışam. Yoxsa düşünmürsünüz?!”

Nöqtələr

◘Ayədə Quranın dəyişməsini istəyənlərə xitab olunur ki, Peyğəmbər (s) qırx il sizin aranızda yaşamışdır, Quran onun öz düşüncələri olsaydı, bundan da qabaq ondan bu sayaq sözlər eşidərdiniz.

Bildirişlər

1. Peyğəmbər Allahın icazəsi olmadan heç bir iş görmür.

2. Quran bəşər düşüncəsinin məhsulu yox, ilahi bir möcüzədir.

3. Peyğəmbərin pak keçmişi və əmanətdarlığı onun haqlı olmasının nişanəsidir.

 

Ayə 17:

﴿فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللّهِ كَذِبًا أَوْ كَذَّبَ بِآيَاتِهِ إِنَّهُ لاَ يُفْلِحُ الْمُجْرِمُونَ

“Allaha iftira yaxan və ya Onun ayələrini yalan sayandan da zalımı kimdir? Şübhəsiz, günahkarlar nicat tapmazlar.”

Nöqtələr

◘Ayədə Quranın dəyişilməsini istəyənlərə cavab davam etdirilir. Onların bu istəyi Allaha iftira kimi qəbul olunmuşdur. Oxşar məzmunlu başqa ayələr də var.[197]

Bildirişlər

1. Ən böyük zülm ideoloji, etiqadi zülm və ayələrin təhrifidir.

2. Şəxsiyyət böyük olduqca ona qarşı iftira da təhlükəli olur.

3. Din uyduran insan kafirlə bir sırada dayanır.

4. Bidət (dində dəyişiklik) günahdır.

5. Əgər din təbliğatçısı öz düşüncəsini din kimi təqdim edərsə, “zalım”, “günahkar” adları ona uyğun gələr.


 

Ayə 18:

﴿وَيَعْبُدُونَ مِن دُونِ اللّهِ مَا لاَ يَضُرُّهُمْ وَلاَ يَنفَعُهُمْ وَيَقُولُونَ هَـؤُلاء شُفَعَاؤُنَا عِندَ اللّهِ قُلْ أَتُنَبِّئُونَ اللّهَ بِمَا لاَ يَعْلَمُ فِي السَّمَاوَاتِ وَلاَ فِي الأَرْضِ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يُشْرِكُونَ

“Onlar Allah əvəzində onlara heç bir zərəri və xeyri olmayan şeylərə pərəstiş edir və deyirlər: “Bu bütlər bizim Allah yanındakı şəfaətçilərimizdir.” De ki, Allaha göylərdə və yerdə tanımadığı bir şeyimi xəbər verirsiniz? Allah Ona şərik qoşduqlarınızdan pak və ucadır.”

 

Nöqtələr

◘Təfsire-Mərağidə bu ayəyə istinadən ilahi övliyalara təvəssül və qəbirlərin ziyarəti rədd edilmişdir. Həqiqətdə isə belə deyil. Əvvəlcə bu ayədə “pərəstiş, ibadət edirlər” təbiri işlədilmişdir. Ziyarət və təvəssüldə isə kimsə Allahdan qeyrisinə pərəstiş etmir. İkincisi, biz Bərzəx həyatına inanırıq. Quran da şəhidləri diri sayır. Biz Allah yolunda şəhadətə çatmış övliyalardan dua istəyirik. Övliyaların və şəhidlərin daş və ağac bütlərlə bir tutulması insafsızlıqdır.

◘Bütlərə ya qorxudan, ya da qazanc ümidi ilə pərəstiş olunur. Halbuki bütlərdə nə zərər yetirmək, nə də fayda vermək qabiliyyəti var. Demək, bütpərəstlik üçün heç bir bəhanə yoxdur.

Bildirişlər

1. Bütpərəstlər məntiqsizdirlər və bütpərəstlik məntiqsiz bir işdir.

2. Bütpərəstlər Allahı qəbul edir, amma bütləri vasitə saydıqlarından onlara pərəstiş edirdilər.

 

Ayə 19:

﴿وَمَا كَانَ النَّاسُ إِلاَّ أُمَّةً وَاحِدَةً فَاخْتَلَفُواْ وَلَوْلاَ كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِيَ بَيْنَهُمْ فِيمَا فِيهِ يَخْتَلِفُونَ

“(Başlanğıcda) insanlar vahid bir ümmət idilər. (Pak tövhid fitrətində idilər.) Sonra ixtilafa düçar oldular. (Bir qrup müvəhhid, digəri müşrik oldu.) Əgər Rəbbin tərfindən bir sünnə (imtahan üçün möhlət) müəyyənləşməsəydi, xalq arasında ixtilaf etdikləri şeyə görə mühakimə aparılardı. (Azğınların məhvi hökm olunardı.)”

Nöqtələr

◘Allah-təala Adəm və Həvvanı yerə endirdiyi vaxt buyurdu: “Yer üzü sizin və nəsliniz üçün bir müddət məskəndir.”[198] Demək, ilk gündən müəyyənləşmişdi ki, insana yer üzündə bir müddət möhlət verilsin. Olsun ki, “kəlimətun səbəqət” dedikdə həmin müqəddərat, proqram nəzərdə tutulmuşdur.

Bildirişlər

1. Bəşər ilkin yaranışda vahid ümmət, həmfikir və müvəhhid olmuşdur.

2. İctimai həyat elə başlanğıcdan mövcuddur.

3. Əqidə və əməldə ziddiyyət bəşər cəmiyyətinin zərurətlərindəndir.

4. Möhlət verilməsi ilahi rübubiyyət şənindəndir.

5. Seçim və əməl üçün fərdlərə möhlət verilməsi ilahi sünnədir.

 

Ayə 20:

﴿وَيَقُولُونَ لَوْلاَ أُنزِلَ عَلَيْهِ آيَةٌ مِّن رَّبِّهِ فَقُلْ إِنَّمَا الْغَيْبُ لِلّهِ فَانْتَظِرُواْ إِنِّي مَعَكُم مِّنَ الْمُنتَظِرِينَ

“Deyirlər ki, nə üçün ona Rəbbi tərəfindən bir ayə və möcüzə nazil olmur? De ki, qeyb Allaha məxsusdur. Belə isə, intizarda olun. Mən də sizinlə birlikdə intizardayam.”

Bildirişlər

1. Bəhanəçi insanlar Quranı və yüzlərlə ayəni görməməzliyə vurub başqa ayələr istəyirlər.

2. Möcüzə nə peyğəmbərin ixtiyarındadır, nə də xalqın istəyindən asılıdır. Möcüzə yalnız Allahın istəyi ilə baş tutur.

3. Möhlət verilməsi Allahın qanunudur.

 

Ayə 21:

﴿وَإِذَا أَذَقْنَا النَّاسَ رَحْمَةً مِّن بَعْدِ ضَرَّاء مَسَّتْهُمْ إِذَا لَهُم مَّكْرٌ فِي آيَاتِنَا قُلِ اللّهُ أَسْرَعُ مَكْرًا إِنَّ رُسُلَنَا يَكْتُبُونَ مَا تَمْكُرُونَ

“Xalqa yetişmiş əziyyətdən sonra onlara bir zəhmət və lütf daddırsa, (şükür əvəzinə) ayələrimizə qarşı hiylə qurarlar. De ki, Allahın tədbiri daha iti və nüfuzludur. Həqiqətən, onların məkr və hiylələrini mələklərimiz yazırlar.”

Nöqtələr

◘Ötən ayədə onların bəhanələrinə işarə olundu. Onlar deyirdilər ki, nə üçün bir ayə nazil olmur? Bu məqamda onların inadkarlığına işarə olunur. Onlar ayə nazil olduqdan sonra da şükür əvəzinə hiyləyə əl atırlar.

◘Məkkədə quraqlıq və qıtlıq oldu. Allah Öz rəsulunun bərəkətinə xatir yağış göndərdi. Müşriklərsə bu yağışın bütlərə xatir yağdığını iddia edirdilər. Ayə nazil oldu və bütpərəstlər rüsvay edildilər.[199]

◘Əksər təfsirlərdə bildirilir ki, düşmənlərin tədbir və hiylələrindən biri Peyğəmbərin (s) şəxsiyyətini alçaltmaq və ilahi ayələrə istehza etmək idi.

Bildirişlər

1. İnsanın istifadə etdiyi nemətlər Allahın sonsuz mərhəmətinin kiçik bir hissəsidir.

2. İnsan ilahi nemətlərdən sui-istifadə edir, şükür əvəzinə hiyləyə əl atır.

3. Hiyləyə əl atan insan Allahın tədbiri ilə çətinliyə düşər.

4. Allahın cəzası insanın günahına münasib olur.

5. Mələklər insanların fikirlərini də qeydə alırlar.

 

Ayə 22:

﴿هُوَ الَّذِي يُسَيِّرُكُمْ فِي الْبَرِّ وَالْبَحْرِ حَتَّى إِذَا كُنتُمْ فِي الْفُلْكِ وَجَرَيْنَ بِهِم بِرِيحٍ طَيِّبَةٍ وَفَرِحُواْ بِهَا جَاءتْهَا رِيحٌ عَاصِفٌ وَجَاءهُمُ الْمَوْجُ مِن كُلِّ مَكَانٍ وَظَنُّواْ أَنَّهُمْ أُحِيطَ بِهِمْ دَعَوُاْ اللّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ لَئِنْ أَنجَيْتَنَا مِنْ هَـذِهِ لَنَكُونَنِّ مِنَ الشَّاكِرِينَ

“Sizi quruda və dəryada gəzdirən Odur. Gəmidə olduğunuz, müvafiq bir küləyin gəmiləri hərəkətə gətirdiyi və (onda olanlar) bu vasitə ilə xoşhal olduğu vaxt qəfildən tufan qopanda, dalğalar hər tərəfdən sorağlarına gələndə bəla mühasirəsinə düşdüklərini güman edib Allahı xalis əqidə ilə çağırarlar (və deyərlər:) əgər bizi bu təhlükədən xilas etsən, şübhəsiz şükür edənlərdən olacağıq.”


 

Nöqtələr

◘Alusi və Məraği öz təfsirlərində qeyd edirlər ki, “təhlükə zamanı müşriklər Allahı çağırdıqları halda, şiələr öz imamlarını çağırırlar.” Onlar unudurlar ki, Qurana əsasən diri olan şəhid, məsum imamlara təvəssül bütlərə təvəssüldən fərqlənir.

Bildirişlər

1. Təbiətə hakim qanunlar Allahın məxluqudur və Onun hökmü altındadır.

2. İnsanın işləri Allaha da aid edilir. Çünki işi insan görsə də qüdrət Allahdandır.

3. İnsan nə qədər inkişaf etsə də təbiət hadisələrinin acılığından amanda deyil.

4. Rifah içində yaşayanlar güman etməsinlər ki, bu rifah əbədidir.

5. Təbiət hadisələri insanın qürur və təkəbbürünü aradan götürür, onu Allah qarşısında boyun əyməyə vadar edir.

6. Təhlükə zamanı insan fitrəti yeganə qurtuluş ünvanına tərəf üz tutur.

7. İman və ixlas yalnız təhlükə ilə bağlı müvəqqəti yox, daimi olmalıdır.

8. İnsan təhlükəyə düşdükdə söz verir, təhlükə ötüşdükdə isə qəflətə uğrayır.

9. Naşükürlük və nemətə qarşı şükür çətinlik və əzab zəminlərindəndir.

 

Ayə 23:

﴿فَلَمَّا أَنجَاهُمْ إِذَا هُمْ يَبْغُونَ فِي الأَرْضِ بِغَيْرِ الْحَقِّ يَا أَيُّهَا النَّاسُ إِنَّمَا بَغْيُكُمْ عَلَى أَنفُسِكُم مَّتَاعَ الْحَيَاةِ الدُّنْيَا ثُمَّ إِلَينَا مَرْجِعُكُمْ فَنُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ

“Elə ki, Allah onlara nicat verdi, həmin vaxt yer üzündə nahaqdan azğınlıq edirlər. Ey xalq! Həqiqətən, sizin azğınlığınız yalnız öz zərərinizədir. Dünya həyatının ləzzətləri (bir neçə gündən çox deyil), sonra qayıdışınız Bizə doğrudur. Sizi əməllərinizdən agah edəcəyik.”


 

Nöqtələr

◘“Bəğy” tələb mənasını bildirir. Zalım həmişə başqalarının fikrini qəsb etmək fikrində olduğundan ona “Baği” deyilir.[200]

Bildirişlər

1. İnsan vəfasız, əhdini pozan və naşükürdür. (Ötən ayədə bildirildiyi kimi, o nicat tapsa şükür edəcəyini vəd edir, amma nicat tapdıqdan sonra qəflətə uğrayır.)

2. Xalqa zülm insanın özünə zülmüdür. Çünki hamı bir-birindəndir.[201]

3. Zülm-sitəmin cəzası həm dünya, həm də axirətə aiddir.

4. Zalımlar yalnız bir neçə günlük dünyada ləzzət alırlar. Bu isə qiyamət cəzası ilə müqayisədə heçdir.

5. Zülmlərin kökü insanın dünyapərəstliyidir.

6. Qiyamətin xatırlanması insanı günahdan çəkindirən amillərdəndir.

7. Allah insanın bütün işlərindən agahdır. İnsan da qiyamət günü bütün əməllərindən xəbər tutacaq.

 

Ayə 24:

﴿إِنَّمَا مَثَلُ الْحَيَاةِ الدُّنْيَا كَمَاء أَنزَلْنَاهُ مِنَ السَّمَاء فَاخْتَلَطَ بِهِ نَبَاتُ الأَرْضِ مِمَّا يَأْكُلُ النَّاسُ وَالأَنْعَامُ حَتَّىَ إِذَا أَخَذَتِ الأَرْضُ زُخْرُفَهَا وَازَّيَّنَتْ وَظَنَّ أَهْلُهَا أَنَّهُمْ قَادِرُونَ عَلَيْهَآ أَتَاهَا أَمْرُنَا لَيْلاً أَوْ نَهَارًا فَجَعَلْنَاهَا حَصِيدًا كَأَن لَّمْ تَغْنَ بِالأَمْسِ كَذَلِكَ نُفَصِّلُ الآيَاتِ لِقَوْمٍ يَتَفَكَّرُونَ

“Həqiqətən, dünya həyatı səmadan endirdiyimiz suya bənzər. Yerin insanlar və dördayaqlılar yeyən otu onunla qarışdı. Nəhayət, yer zinətləndi və yer əhli belə güman etdi ki, bütün bu nəbatatdan istifadə etmək gücündədir. (Qəfildən) gecə və ya gündüz (viranlığa) əmr gəldi. Onu elə biçdik ki, sanki dünən heç bir ot olmamışdı. Biz Öz ayələrimizi düşünən qövm üçün bu sayaq açıqlayırıq.”

Nöqtələr

◘Ötən ayə dünya matahını puç saydı. Bu ayə isə gözəl bir oxşatma ilə onu təsvir edir.

◘Bəzi rəvayətlərdə bu ayə həzrət Mehdinin (ə) zühur rəmzi sayılmışdır. Nə vaxt yer üzü zər-zibaya büründü, ilahi bir əmr və ideoloji bir inqilabla hər şey dəyişər.[202]

Bildirişlər

1. Ən yaxşı təbliğ və təlim üsullarından biri misaldır.

2. Ən üstün misal təbiətdən götürülmüş misaldır. Belə bir misal daim aktualdır.

3. Təbiətin maddi ünsürlərindən həm insan, həm də heyvan bəhrələnir. İnsan yalnız mənəvi dəyərlərə görə heyvandan üstündür.

4. Bitki örtüyünün insan və heyvanların ehtiyacına uyğun olması ilahi lütflərdəndir.

5. İman insanın zinətidir.[203] Bitki örtüyü isə yerin zinətidir.

6. Dünya insanı aldadaraq, onu xəyallar aləminə aparır.

7. Bitki örtüyünü cücərtmək Allahın əlində olduğu kimi, onu məhv etmək də Allahın əlindədir.

8. Dünya və onun cilvələri hadisələr keşməkeşindədir.

9. İnsanın dünya ömrü bitki aləminin ömrü kimi qısa və ötəridir.

10. Allahın şiddətli qəhr-qəzəbindən sonra heç bir əsər-əlamət qalmır.

11. Quran misalları insanı düşüncəyə vadar edir. Bu misallara əhəmiyyətsiz yanaşmayaq.

12. Dünyaya bağlılıq və onunla qürrələnmək dar düşüncə, ondan qürur duymamaq isə düşüncə nişanəsidir.

 

Ayə 25:

﴿وَاللّهُ يَدْعُو إِلَى دَارِ السَّلاَمِ وَيَهْدِي مَن يَشَاء إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ

“Allah (xalqı) salamatçılıq və səadət mənzilinə çağırır və istədiyini doğru yola hidayət edir.”

Nöqtələr

◘“Behiştin adlarından biri “Darüs-səlamdır”. Çünki orada döyüş və mübahisə törədəcək kin-küdurət yoxdur.[204]

◘Salam Allahın adıdır. Darus-Səlam dedikdə isə ilahi rəhmət civarı və görüş salamı olan, eləcə də, Allahın salam verdiyi yer nəzərdə tutulur.[205]

◘Rəvayətlərdə Əmirəlmöminin (ə) və məsum rəhbərlərin vilayəti doğru yolun ən üstün nümunəsi kimi təqdim olunur.

 

 

 

 

 

Bildirişlər

1. İlahi dəvət Allahın Öz bəndələrinə xüsusi lütf nişanəsidir.