A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (beşinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


◘Əgər ölünün cəsədi bir gölməçəyə düşsə, yağış yağdıqca daha da üfunətlənər. Bu üfunəti artıran yağış yox, cəsəd özüdür. Quran ayələri nazil olduqca inadkar və təkəbbürlü insanın qəlb xəstəliyi daha da güclənər.

◘İmam Sadiq (ə) buyurmuşdur: “Çirkinlik üzərinə çirkinlik” dedikdə “şəkk üzərinə şəkk” nəzərdə tutulur.”[165]

Bildirişlər

1. Ruhi xəstəliklər də bədən xəstəlikləri kimidir. Bu xəstəlik müalicə olunmazsa, güclənib insanı məhv edər.

2. Küfr, haqqı gizləmək, naşükürlük insan ruhunun və qəlbinin təhlükəli xəstəliyidir.

3. Münafiqin aqibəti pisdir.

 

Ayə 126:

﴿أَوَلاَ يَرَوْنَ أَنَّهُمْ يُفْتَنُونَ فِي كُلِّ عَامٍ مَّرَّةً أَوْ مَرَّتَيْنِ ثُمَّ لاَ يَتُوبُونَ وَلاَ هُمْ يَذَّكَّرُونَ

“Görmürlərmi ki, onlar hər ildə bir və ya iki dəfə sınağa çəkilirlər, amma nə tövbə edərlər, nə də öyüd götürərlər.”

Bildirişlər

1. Hər bir dövrdə hər bir kəsin sınağa çəkilməsi ilahi sünnələrdəndir.

2. Hadisələrin və ilahi sınaqların fəlsəfəsi tövbə və tənbehdir.

3. İlahi sınaqların təsirsizliyi insandakı nifaq və qəlb xəstəliyinin nişanəsidir. Bu xüsusiyyətlər məzəmmət olunmuşdur.

4. Daşqəlblilik və pis aqibət nifaq nəticəsidir.

 

 

 

 

 

 

Ayə 127:

﴿وَإِذَا مَا أُنزِلَتْ سُورَةٌ نَّظَرَ بَعْضُهُمْ إِلَى بَعْضٍ هَلْ يَرَاكُم مِّنْ أَحَدٍ ثُمَّ انصَرَفُواْ صَرَفَ اللّهُ قُلُوبَهُم بِأَنَّهُمْ قَوْمٌ لاَّ يَفْقَهُون

“Əgər bir surə nazil olsa, onlardan (münafiqlərdən) bəziləri bəzilərinə baxar, (soruşar:) sizi bir kəs görürmü? Sonra (Peyğəmbərin (s) hüzurundan yavaşca) xaric olarlar. Allah onların qəlblərini (haqdan) döndərmişdir. Çünki onlar anlamaz qövmdürlər.”

Nöqtələr

◘Münafiqlərə Quran ayələri heç bir təsir göstərmir. Necə ki, cərəyan yanmış elektrik lampasını işıqlandıra bilmir.

Bildirişlər

1. Çirkin niyyətlərinin ifşa olunması münafiqləri ağrıdır, onlar gizli fəaliyyət göstərməyə çalışırlar.

2. İlahi ayələr münafiqlərdə ikrah doğurur.

3. Münafiqlər Quran məclislərindən qaçırlar. Qurandan uzaqlıq nifaq və qəlbin xəstəliyi nişanəsidir.

4. İlahi qəhri doğuran insanın hidayət ruhiyyəsindən uzaqlığıdır.

5. Qurandan uzaqlığın səbəbi düzgün düşüncədən məhrumluqdur.

 

Ayə 128:

﴿لَقَدْ جَاءكُمْ رَسُولٌ مِّنْ أَنفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُم بِالْمُؤْمِنِينَ رَؤُوفٌ رَّحِيمٌ

“Həqiqətən, sizə özünüzdən olan bir peyğəmbər gəlmişdir. Sizi incidən şey ona ağırdır. O sizin hidayətiniz üçün can yandırır və möminlərə rəfətli (mərhəmətli, şəfqətli), mehribandır.”

Nöqtələr

◘Allah-təala İslam Peyğəmbərindən (s) savay heç bir peyğəmbərə öz adlarından ikisini aid etməmişdir.

◘Səmavi rəhbərlərin ayədə bəyan olunan sifətlərinə diqqət, bu sifətlərin dünyəvi rəhbərlərin sifətləri ilə müqayisəsi Allahın bəşəriyyətə lütfünü, səmavi rəhbərlərə mütləq itaətin zəruriliyini təsdiqləyir.


 

Bildirişlər

1. Allahın rəsulu xalq arasından çıxmışdır.

2. Peyğəmbər ümmətin dərdini çəkir.

3. İslam rəhbərləri çətinliklər zamanı xalqla həmdərd və yoldaş olmalıdırlar.

4. Allahın rəsulu xalqın hidayət və tərbiyəsinə çox hərisdir.

5. Xeyirxahlıq, canıyananlıq, mehribanlıq, təmənnasızlıq və təvazö kəlamın təsir amillərindəndir.

6. İslam rəhbəri yalnız möminlərə qarşı rəfətli (şəfqətli) və rəhimdir. O, düşmənlərlə sərt və tünddür.

 

Ayə 129:

﴿فَإِن تَوَلَّوْاْ فَقُلْ حَسْبِيَ اللّهُ لا إِلَـهَ إِلاَّ هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَهُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ

“Əgər (Allahın buyruqlarından) üz çevirsələr, de ki, Allah mənə yetər. Ondan savay heç bir məbud yoxdur, yalnız Ona təvəkkül etmişəm və O, böyük ərşin Rəbbidir.”

Nöqtələr

◘Ötən ayədə Peyğəmbərin (s) canıyananlığından danışıldı. Bu ayədə isə buyurulur ki, Peyğəmbərin (s) səyləri xalqa möhtaclıq kimi başa düşülməməlidir. Bütün xalq ondan üz çevirsə də Allah onunladır. Necə ki, bəşəriyyətin günəşə üz və ya arxa çevirməsinin günəş üçün heç bir fərqi yoxdur.

◘İmam Sadiq (ə) buyurmuşdur: “Ərşil-əzim” dedikdə böyük mülk nəzərdə tutulmuşdur.”[166]

◘Əzəmətli varlıq nizamını qoruyan və idarə edən Allah kiçik insanı da öz lütfü kölgəsində qoruya bilər.

◘İmam Hüseyn (ə) Ərəfə duasında Allah-təalaya xitabən ərz edir: “Sənin kimi bir Rəbbi olmayanın kimi var?! Sənin kimi bir Rəbbi olanın nəyi yoxdur?!”

 

Bildirişlər

1. Xalqın dindən üz döndərməsi bizim iman və ruhiyyəmizə təsir göstərməməlidir.

2. Allahı olanın nəyi əskikdir?!

3. Allaha təvəkkül müşküllərin həlli rəmzidir.


“YUNUS” SURƏSİ

(10-cu surə, 109 ayə)

“Yunus” surəsinin siması

Qurani-kərimin Məkkədə besətin əvvəllərində nazil olmuş 10-cu surəsi “Yunus” adlandırılmışdır. Surə 109 ayədən ibarətdir, onun əsas mövzuları tövhid, Quranın haqq olması, vəhyi inkar edənlərə cavab, müşrikləri qorxutma, yaranış və yaradanın əzəməti, dünyanın müvəqqətiliyi və axirətə diqqət mövzularıdır.

Əvvəlki, “Tövbə” surəsi münafiqlər və onların cəzası haqqında danışırdı. Bu surədə isə müşriklərin rəftarı bəyan olunur.

بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيم

 

Ayə 1:

﴿الر تِلْكَ آيَاتُ الْكِتَابِ الْحَكِيمِ

“Əlif, Lam, Ra. Budur möhkəm və hikmətli kitabın ayələri.”

Nöqtələr

◘Quranın altı surəsi ardıcıl şəkildə “Əlif, Lam, Ra” müqəttəə hərfləri ilə başlayır: “Yunus”, “Hud”, “Yusuf”, “Rəd”, “İbrahim”, “Hicr”, “Rəd” surəsi “Əlif, Lam, Mim, Ra” müqəttəə hərfləri ilə başlamışdır.

◘İmam Sadiq (ə) “Əlif, Lam, Ra” müqəttəə hərfləri haqqında buyurmuşdur: “Əlif” “Ənə”, “Lam” “Əllah”, “Ra”, “Rəuf” rəmzidir.”[167] Digər rəvayətlərdə bildirilir ki, bu hərflər Quranın mütəşabeh nöqtələrindəndir.[168]

Bildirişlər

1. Quranın uca məqamı var. “Tilkə” uzağı bildirən işarə əvəzliyidir.

2. Quran “həkim” kitabdır. O həm “həkəm”–hakimdir, həm hikmətli mətləblərə malikdir, həm də sabit məzmunludur. (Tarix, zaman və düşmən Qurana zərbə vura bilmir.)

 

 

 

 

 

Ayə 2:

﴿أَكَانَ لِلنَّاسِ عَجَبًا أَنْ أَوْحَيْنَا إِلَى رَجُلٍ مِّنْهُمْ أَنْ أَنذِرِ النَّاسَ وَبَشِّرِ الَّذِينَ آمَنُواْ أَنَّ لَهُمْ قَدَمَ صِدْقٍ عِندَ رَبِّهِمْ قَالَ الْكَافِرُونَ إِنَّ هَـذَا لَسَاحِرٌ مُّبِينٌ

“Xalqı qorxut, möminlərə müjdə ver. “Rəblərinin yanında onlar üçün yaxşı yer var” deyə onların özündən olan bir kişiyə vəhy etməyimiz xalqa təəccüblümü gəlir? Kafirlər dedilər: Həqiqətən, bu kişi aşkar cadugərdir.”

Nöqtələr

◘“Qədəmə sidqin” təbirinin bir neçə mənası var:

1. Müsbət keçmiş; məsələn, mübarizədə və İslamda müsbət keçmişə malik olmaq;

2. Doğru və yaxşı məqam;

3. Həqiqi rəhbər və öncül; şiə və sünni rəvayətlərində bu təbirin Peyğəmbər (s) və Əliyə (ə) aid olduğu bildirilir.[169]

4. Şəfaət; bəzi rəvayətlərdə bu təbir şəfaət məqamı kimi təqdim olunur.[170]

◘Peyğəmbəri (s) rədd etmək üçün kafirlərin heç bir dəlili və məntiqi yoxdur. Onlar, sadəcə, bu işi mümkünsüz sayaraq itaətdən boyun qaçırırdılar. Onlar tövhid, nübuvvət, məad, imamət, kimi etiqadi əsasları da bu sayaq inkar edirdilər.[171]

Bildirişlər

1. Adətən, küfrün kökü vəhydən kənarlaşma və ona təəccüb edilməsi olur.

2. Peyğəmbərlərin dəvətinin qaynağı ilahi vəhydir.

3. Fərdlərin mənəvi ləyaqəti zahirdə görünmür. Bir şəxsə Allahın xüsusi lütfü yetişdikdə onu qəbul edək.

4. Peyğəmbərlər nümunə olduqlarından xalqla və onların dərdləri ilə tanış olmalıdırlar.

5. Peyğəmbərlərin vəzifəsi müjdə vermək və qorxutmaqdır.

6. Anlamadığımız şeyi inkar etməyək. Çünki bu üsul kafirlərə məxsusdur.

7. İman gerçək addım və Allah yanında xüsusi məqam üçün zəmindir.

 

 

 

 

Ayə 3:

﴿إِنَّ رَبَّكُمُ اللّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَى عَلَى الْعَرْشِ يُدَبِّرُ الأَمْرَ مَا مِن شَفِيعٍ إِلاَّ مِن بَعْدِ إِذْنِهِ ذَلِكُمُ اللّهُ رَبُّكُمْ فَاعْبُدُوهُ أَفَلاَ تَذَكَّرُونَ

“Həqiqətən, Rəbbiniz o Allahdır ki, göyləri və yeri altı gündə, dövrdə yaratdı, sonra ərşi hökmü altına aldı. Aləmin işini idarə edir və sahmana salır. Ondan izinsiz heç bir şəfaətçi yoxdur. O, sizin Rəbbiniz olan Allahdır. Ona pərəstiş edin. Öyüd götürmürsünüzmü?”

Nöqtələr

◘“Altı gün” dedikdə yaranışdakı altı dövr, mərhələ nəzərdə tutulur. Bu təbir altı günə bərabər müddətə də işarə oluna bilər.

◘“Ərş” tədbir mərkəzi, qüdrətə işarədir. Bir kəs “taxta çıxdı və ya taxdan düşdü” deyərkən həmin şəxsin qüdrətə çatması və ya kənarlaşdırılması nəzərdə tutulur. Allahın hakimiyyəti həm göylərin və yerin yaranışından əvvələ, həm də yaranışdan sonraya aiddir. Dünyadan sonra qiyamətdə də bütün varlıq Allahın hökmü altındadır.[172]

◘İmam Sadiq (ə) buyurmuşdur: “Ərş dördbucaqlıdır. Çünki İslamın əsasını təşkil edən kəlmələr də dörddür: “Sübhanallah”, Əlhəmdulillah”, “La ilahə illəllah”, “Əllahu əkbər.”[173]

Bildirişlər

1. Aləmin yaranışı proqramla, vaxt ölçüsü ilə həyata keçmişdir. (Bütün varlıq aləminə proqram və idarəçilik hakim olduğu halda, hansı əsasla bu bağın çiçəyi olan insanı proqramsız saymaq olar?!)

2. Öncə Allahı tanımaq, sonra Ona sitayiş etmək lazımdır.

3. Varlıq aləmi qanunauyğun və məqsədlidir. İşin tədbiri üçün aqibət, hədəf, qanun şərtdir.

4. Yalnız əlində xilqət və tədbir olan varlığa ibadət edilməlidir.

5. Varlıq aləmi Allah tərəfindən yaradılmışdır və Onun əlindədir. Allah bu aləmi daimi bir hikmətlə idarə edir. Onun izni olmadan kimsə bu işə nüfuz edə bilməz. Bu həqiqətlərə diqqət bəndəlik və pərəstiş ruhunun yaranması üçün zəmindir.

6. İstənilən bir mövcud yalnız Allahın təsdiqi ilə vasitə ola bilər. Heç bir əsas olmadan bütləri şəfaətçi seçməyək.

7. İlahilik rübubiyyətdən ayrı deyil. Zalım hakimlər çalışırlar ki, Allahı yaradan kimi tanıtdırmaqla gözdən pərdə asıb idarəçiliyi öz öhdələrinə götürsünlər və dini siyasətdən ayırsınlar.

8. İnsan öz yaradanına inanır, sadəcə, bu barədə xatırladılmağa ehtiyaclıdır.

 

Ayə 4:

﴿إِلَيْهِ مَرْجِعُكُمْ جَمِيعًا وَعْدَ اللّهِ حَقًّا إِنَّهُ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ لِيَجْزِيَ الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ بِالْقِسْطِ وَالَّذِينَ كَفَرُواْ لَهُمْ شَرَابٌ مِّنْ حَمِيمٍ وَعَذَابٌ أَلِيمٌ بِمَا كَانُواْ يَكْفُرُونَ

“Hamınızın qayıdışı Ona doğrudur. Bu, Allahın haqq olan vədidir. Odur yaranışa başlayan, sonra onu döndərən. Buna görə ki, iman gətirib saleh işlər görənləri ədalətlə mükafatlandırsın. Küfrə uğrayanlar üçün küfrlərinin cəzası olaraq yandırıcı mayedən içki və dərdli əzab olacaq.”

Nöqtələr

◘Bu ayə həm məad prinsipini, həm onun mümkünlüyünü, həm də bu həqiqətin mükafat və cəza kimi məqsədini bəyan edir.

◘Mümkündür ki, “bil qist” dedikdə, iman əhlinin malik olduğu ədalətə görə mükafatlandırılması nəzərdə tutulmuşdur.[174] (Əlbəttə ki, ilahi fəzl ilə ədalət arasında ziddiyyət yoxdur. Quranın başqa ayələrində də Allahın artıq mükafatlarına işarə olunmuşdur.[175]

Bildirişlər

1. Qayıdışımız Allaha doğrudur. Onu-bunu razı salmaq fikrində olmayaq.

2. Bütün insanlar ölümdən sonra diriləcək.

3. Məad maddi, cismanidir.

4. Allahın yaranışdakı qüdrəti Onun qiyamətdəki qüdrətini təsdiqləyir.

5. Nəinki insan, hətta bütün varlıq aləmi növbəti dəfə yaradılar.

6. Bütün varlıq aləmi bəşər üçün yaradıldığı kimi axirətdə də bəşərin mükafatlandırılması üçün bu yaranış təkrarlanar.

7. Yaranış hələ də davam etməkdədir.

8. Məadın əsas məqsədi möminlərin mükafatlandırılmasıdır. Kafirlər isə ilahi ədalət səbəbindən cəzalandırılır.

9. İlahi mükafat ədalətə əsaslanır.

10. Yaxşı işlərin dəyəri onların xeyirli məqsəd daşımalarındadır.

11. Küfr üzərində israr əzab səbəbidir.

 

Ayə 5:

﴿هُوَ الَّذِي جَعَلَ الشَّمْسَ ضِيَاء وَالْقَمَرَ نُورًا وَقَدَّرَهُ مَنَازِلَ لِتَعْلَمُواْ عَدَدَ السِّنِينَ وَالْحِسَابَ مَا خَلَقَ اللّهُ ذَلِكَ إِلاَّ بِالْحَقِّ يُفَصِّلُ الآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ

“Günəşi parlaq, ayı işıqlı qərar verən Odur. Ay üçün mənzillər qərar verib ki, illərin sayını və hesabı biləsiniz. Allah bunları yalnız haqq əsasında yaratmışdır. Allah qövmə bilmələri üçün ayələri ətraflı bəyan edər.”

Nöqtələr

◘Quranda günəş haqqında “ziya”, ay haqqında “nur” təbirləri işlədilmişdir. “Ziya” güclü, “nur” zəif işıqdır.

“Ziya” sözü “zəv” sözünün cəm forması kimi götrüldükdə çeşidli nurlara işarə oluna bilər.[176]

◘Ayələrin ətraflı bəyanı dedikdə, Allahın yaranışdakı qüdrəti və düşüncə əhli üçün xilqətin genişlənməsinin aydınlığı nəzərdə tutula bilər.[177]

◘Allah ilin hesablanması üçün səmada nişanələr qoyduğu kimi, xalqın hidayəti üçün yerdə peyğəmbərlər, tərbiyəçilər qərar vermişdir. Çünki bəşəriyyətin tərbiyəyə ehtiyacı, ilin hesabına olan ehtiyacdan daha mühümdür.[178]

Bildirişlər

1. Bütün mövcudların həyatı işıq və istilikdən asılıdır. Allah bu ehtiyacları günəş və ay vasitəsi ilə təmin edir.

2. Planetlərin hərəkətində və onlar üçün orbitlərin təyinində insanın ehtiyacları nəzərə alınmışdır.

3. Ayın hərəkətindəki nizam təbii, ümumi və həmişəlik bir təqvim tənzimləməyə imkan vermişdir. (Ayın forma dəyişiklikləri ilə günləri hesablamaq olur.)

4. Şəri işlərdə hesab ölçüsü qəməri il və aydır.

5. Rəqəmlərin və statistikanın insan həyatında mühüm rolu var.

6. Yaranış əbəs deyil, haqqa əsaslanır.

7. Təlim-tərbiyə üsullarından biri (ümumi söhbət yox,) konkret məsələnin açıqlanmasıdır.

8. Yaranış sirlərini anlamaq üçün düşüncə və təlimə ehtiyac var.

 

 

 

 

Ayə 6:

﴿إِنَّ فِي اخْتِلاَفِ اللَّيْلِ وَالنَّهَارِ وَمَا خَلَقَ اللّهُ فِي السَّمَاوَاتِ وَالأَرْضِ لآيَاتٍ لِّقَوْمٍ يَتَّقُونَ

“Həqiqətən, gecə və gündüzün get-gəlində, Allahın göylərdə və yerdə yaratdığında təqvalı qövm üçün (böyük) nişanələr var.”

Nöqtələr

◘İlahi nişanələr və ayələrin təfsiri ötən ayədə alimlər, bu ayədə isə təqva əhli üçün bəyan olundu. Nəticə bu oldu ki, həm bilən, həm də təqva yolunu tutanlar kama çatır. Təqvalı cahil və günahkar alim ilahi ayələrdən lazımınca bəhrələnmir.

◘“İxtilaf” dedikdə həm get-gəl, həm də fərq mənaları anlaşılır.

◘Gecə və gündüz arasında müəyyən cəhətlərdən ixtilaf var: bir-birinə nisbətən yerdəyişmə[179]; gecənin aramlıq, gündüzün səy üçün olması[180]; müxtəlif fəsillərdə onların uzunluğunun artıb-azalması; müxtəlif məntəqələrdə onların uzunluğunun dəyişməsi.

Sual: Nə üçün bir qrup alim Allahı inkar edir?

Cavab: Həqiqətin əldə olunmasında təkcə elm bəs etmir. Baxışları hədəf sahibləri və həqiqət sorağında olanlar müəyyənləşdirməlidir.

Bildirişlər

1. Bütün varlıq aləmi dəyişməkdədir.

2. Hadisələrə lazımınca diqqət göstərək.

3. Günah və bulaşıqlıq insanın bilik və araşdırmalarına mənfi təsir göstərir. (Təqva varlıq aləminin düzgün dərki üçün vasitədir.)

 

Ayə 7:

﴿إَنَّ الَّذِينَ لاَ يَرْجُونَ لِقَاءنَا وَرَضُواْ بِالْحَياةِ الدُّنْيَا وَاطْمَأَنُّواْ بِهَا وَالَّذِينَ هُمْ عَنْ آيَاتِنَا غَافِلُونَ

“Şübhəsiz, Bizimlə görüşə ümid bəsləməyən, (yalnız) dünya həyatından xoşhallanan, onunla aramlıq tapan, ona bağlanan, eləcə də, Bizim qüdrət nişanələrimizdən qəflətdə qalanlar...”


 

Ayə 8:

﴿أُوْلَـئِكَ مَأْوَاهُمُ النُّارُ بِمَا كَانُواْ يَكْسِبُونَ

“...Etdikləri əmələ görə onların yeri oddur.”

Nöqtələr

◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Kim Allahla görüşü sevərsə, Allah da onunla görüşü sevər.”[181]

 “Kəhf” surəsinin son ayəsində oxuyuruq: “Qiyamət və Allahla görüşə inananlar saleh iş görməlidirlər.”

Bildirişlər

1. İnsanın islahında ümid və qorxunun mühüm rolu var.

2. İnsan qiyamətdən xəbərsiz qaldığı qədər dünyagir olur. Qiyamətə inananlar dünyapərəst olmamalıdırlar.

3. Həqiqi arxayınlıq yalnız Allahın zikri ilə yaranır. Dünya qafillərə yalnız yalan aramlıq verə bilər.

4. Cəhənnəmə düşməyin bir sıra səbəbləri var: məad və axirət mükafatlarının inkarı; ötəri dünyadan razılıq; ilahi ayələrdən qəflət; bəyənilməmiş əməl.

5. Cəhənnəm insanın öz qazancıdır.

 

Ayə 9:

﴿إِنَّ الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ يَهْدِيهِمْ رَبُّهُمْ بِإِيمَانِهِمْ تَجْرِي مِن تَحْتِهِمُ الأَنْهَارُ فِي جَنَّاتِ النَّعِيمِ

“Şübhəsiz, iman gətirib saleh iş görənlərin Rəbbi onları imanlarına xatir hidayət edər. Onlar altından çaylar axan nemət dolu bağlarda sakin olarlar.”

Nöqtələr

◘Hədisdə deyilir: “Qiyamətdə qəbrindən qalxdığı vaxt insanın saleh əməlləri nurani surətdə mücəssəm olub onu behiştə yönəldər.”[182]

◘İlahi hid