A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (beşinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


12. İctimai fəsadların qarşısının alınmasında döyüşçülər daha çox məsuliyyət daşıyırlar.

 

Ayə 113:

﴿مَا كَانَ لِلنَّبِيِّ وَالَّذِينَ آمَنُواْ أَن يَسْتَغْفِرُواْ لِلْمُشْرِكِينَ وَلَوْ كَانُواْ أُوْلِي قُرْبَى مِن بَعْدِ مَا تَبَيَّنَ لَهُمْ أَنَّهُمْ أَصْحَابُ الْجَحِيمِ

“Yaxşı deyil ki, peyğəmbər və ona iman gətirən kəslər müşriklərin cəhənnəm əhli olduğunu bildikdən sonra onların bağışlanmasını istəyələr–hətta qohumları da olsa!”

 

 

 

 

 

Nöqtələr

◘Bəzi təfsirçilər əsassız rəvayətlərə istinad edərək bu ayənin Əbu-Talib haqqında olduğunu bildirmişlər. Halbuki Əbu-Talibin iman gətirməsi barədə xeyli dəlil və rəvayət var. Ayənin Əbu-Talib haqqında olmasını bildirən rəvayət Həzrət Əlinin (ə) düşməni Səid ibn Musəyyib tərəfindən nəql olunmuşdur. Həzrət Əlinin (ə) atası olması Əbu-Talibi qınaq hədəfinə çevirmişdir!

Bildirişlər

1. Qanun qarşısında hamı, o cümlədən Peyğəmbər (s) və digər müsəlmanlar bərabərdirlər.

2. Şirk bağışlanmayan günahdır. Hətta Peyğəmbərin (s) də istiğfarı (bağışlatdırma istəyi) bu sahədə səmərəsizdir.

3. Əqidə bağlılığı hiss bağlılığından mühümdür. Qohumluq hissləri əqidə hisslərinə üstün gəlməməlidir.

4. Peyğəmbərlə qohumluq insanı cəhənnəmdən qorumur.

 

Ayə 114:

﴿وَمَا كَانَ اسْتِغْفَارُ إِبْرَاهِيمَ لِأَبِيهِ إِلاَّ عَن مَّوْعِدَةٍ وَعَدَهَا إِيَّاهُ فَلَمَّا تَبَيَّنَ لَهُ أَنَّهُ عَدُوٌّ لِلّهِ تَبَرَّأَ مِنْهُ إِنَّ إِبْرَاهِيمَ لأوَّاهٌ حَلِيمٌ

“İbrahimin öz atasının bağışlanmasını istəməsi yalnız ona verilmiş vədə görə idi. Allaha düşmən olduğunk bildikdən sonra ondan üz döndərdi. Həqiqətən, İbrahim (Allah qorxusundan) nalə çəkən və həlim idi.”

Nöqtələr

◘Ötən ayədə bildirildi ki, Peyğəmbər və möminlər qohumları olsa belə, müşriklərə dua edə bilməzlər. Bu ayədə isə İbrahimin öz müşrik əmisinə etdiyi duanın sirri açıqlanır və bildirilir ki, ona istiğfar vədi verilmişdi.[148] Ayədə İbrahimin öz əmisinin doğru yola gələcəyinə ümidli olduğu qeyd edilir. Amma əmisi şirk halında öldükdən sonra İbrahim istiğfarı tərk etdi.

Sual: Nə üçün həzrət İbrahim əmisinin ölümündən sonra da ona dua edirdi?[149]

Cavab: Həqiqi ata “valid” adlanır. “Əb” dedikdə isə ata, müəllim, əmi, qaynata, baba da nəzərdə tutula bilər. İbrahim müşrik əmisinə yox, həqiqi atasına dua edirdi.

Quranın 11 ayəsində İbrahimin əmisi “əb” təbiri ilə yad edilir ki, İbrahimin kimin himayəsində olması anlaşılsın. Amma İbrahim bu şəxsin təsiri altına düşməmişdir.

İmam Sadiq (ə) buyurmuşdur: “İbrahim dua əhli və çox ağlayan olmuşdur.”[150]

Bildirişlər

1. Allah övliyalarına bədgümanlığa səbəb olan hər şey aradan götürülməli və düzgün izah verilməlidir.

2. Kafirə münasibətdə də əhdə vəfa lazımdır.

3. Peyğəmbərlərin elmi məhduddur.

4. Kafirlərin tünd rəftarı qarşısında öz həlimliyimizdən əl çəkməyək. (İbrahimin əmisi onu daşqalaq etməklə hədələyirdi. İbrahim isə səbirli idi.[151]

5. Allaha xatir əmidən üz döndərmək İbrahimin Allaha eşqi və Onun qarşısında təvazö nişanəsidir.

 

Ayə 115:

﴿وَمَا كَانَ اللّهُ لِيُضِلَّ قَوْمًا بَعْدَ إِذْ هَدَاهُمْ حَتَّى يُبَيِّنَ لَهُم مَّا يَتَّقُونَ إِنَّ اللّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

“Allah bir qövmü hidayət etdikdən sonra, çəkinməli olduqlarını bəyan etməmiş haqq yoldan çıxarmaz. Şübhəsiz, Allah hər şeyi biləndir.”

Nöqtələr

◘Ayə ya müsəlman olduqdan sonra vəzifələri ilə tanış olmamış dünyadan gedənlərin halını bəyan edir, ya da ötən ayəyə, xəbərdarlığa biganə qalan Allah düşmənləri ilə düşmənçiliyə çağırır. Ayə müşriklər üçün istiğfar qadağan olunmamış onların bağışlanmasını istəyənlərin nigarançılığını aradan qaldırma məqsədi də daşıya bilər.

◘İmam Riza (ə) buyurmuşdur: “Allah imama vacib etmişdir ki, öz ölümünü gözlədikdə növbəti məsum imamı xalqa tanıtdırsın.” Sonra imam həmin bu ayəni tilavət etmişdir.[152]

 

 

 

 

 

 

Bildirişlər

1. İlahi hədlərə riayət etmədiyimiz halda azmaq təhlükəsi ilə üzləşə bilərik.

2. Allah Onun hidayətinə etinasızlığın cəzası olaraq azdırır. Allah göstərişləri ilə bilərəkdən müxaliflik insanı ilahi hidayətdən məhrum edir.

3. Allah haqqı aydınlaşdırmamış, höccəti tamamlamamış cəzalandırmır.

4. İlahi hidayət kamildir. Xoşbəxtlik vasitələri göstərilməklə yanaşı təhlükə amilləri də açıqlanır. İmam Sadiq (ə) buyurmuşdur: “Allah Öz razılıq və qəzəb səbəblərini xalqa bildirir.”[153]

5. Allahın bütün qadağaları Onun elm və hikmətindən qaynaqlanır.

 

Ayə 116:

﴿إِنَّ اللّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ يُحْيِـي وَيُمِيتُ وَمَا لَكُم مِّن دُونِ اللّهِ مِن وَلِيٍّ وَلاَ نَصِيرٍ

“Həqiqətən, göylərin və yerin hakimiyyəti yalnız Allahındır. Dirildir, öldürür. Sizin Allahdan savay haminiz və yardımçınız yoxdur.”

Bildirişlər

1. Diriltmək və öldürmək, qəlblərin ölüm və həyatı (hidayət və zəlalət) Allahın əlindədir.

2. Müşrik qohumlarla rabitələri möhkəmləndirmək əvəzinə göylərin və yerin maliki Allahla yaxınlıq fikrində olun. Onların (qohumların) Allahla müqayisədə heç bir yardım qüdrəti yoxdur.

 

Ayə 117:

﴿لَقَد تَّابَ الله عَلَى النَّبِيِّ وَالْمُهَاجِرِينَ وَالأَنصَارِ الَّذِينَ اتَّبَعُوهُ فِي سَاعَةِ الْعُسْرَةِ مِن بَعْدِ مَا كَادَ يَزِيغُ قُلُوبُ فَرِيقٍ مِّنْهُمْ ثُمَّ تَابَ عَلَيْهِمْ إِنَّهُ بِهِمْ رَؤُوفٌ رَّحِيمٌ

“Həqiqətən, Allah Peyğəmbərə, mühacirlərə və çətin anda ona itaət göstərən ənsara Öz lütfünü yağdırdı. Bundan öncə bəzilərinin qəlbi çaşmaq üzrəydi. Sonra Allah onlara Öz lütfünü qaytardı. Həqiqətən, (Allah) onlara rəfətli (mərhəmətli) və mehribandır.”

Nöqtələr

◘Təbuk döyüşünün bir sıra çətinlikləri vardı: yolun uzunluğu, havanın istiliyi, məhsul yığımı dövrü olması, düşmənin qüdrəti. Bəziləri münafiq olmasalar da, sərin evi, soyuq suyu, həyat yoldaşlarını bu səfərdən üstün tuturdular. Bu zümrədən olan Əbu-Xüzəymə məzəmmət edildikdən sonra özünü Peyğəmbər (s) və müsəlmanlara çatdırdı.

◘Təbuk döyüşündə münafiqlər üç dəstə idi: bəziləri rum qızlarının gözəlliyinə məftun olacaqlarını bəhanə gətirirdilər; bəziləri xalqı həvəsdən salırdılar; bəziləri havanın istiliyini səbəb göstərib icazə istəyirdilər.

Bununla belə bir çoxları həvəslə Peyğəmbərə (s) qoşulmaq istəyir, səfər üçün imkanları olmadığından qəmlənirdilər. Əbuzər Ğəffarinin geri qalıb, nəhayət özünü Peyğəmbərə (s) çatdırması bu qəbildən olan məsələdir.

◘Təbuk döyüşündə iş o qədər çətinləşmişdi ki, bəzən bir xurmadan bir neçə nəfər istifadə edirdi.[154]

◘Bu və bundan sonrakı ayədə tövbə məsələsindən danışıldığı üçün surə “Bəraət”, “Tövbə” adlandırıla bilər.

Bildirişlər

1. Allah təhlükəli səhnələrdə Peyğəmbərə (s) və döyüşçülərə Öz lütfünü nazil edir.

2. Bütün insanlar, hətta peyğəmbərlər də ilahi lütfə ehtiyaclıdırlar.

3. İlahi tövbə peyğəmbərə və möminlərə xüsusi lütf mənasındadır və bəzən günahkarlara əfv formasında təzahür edir.

4. Çətin şəraitdə rəhbərə itaət gerçək iman nişanəsidir.

5. Həyat çətinlikləri bir anlıqdır və ötüb keçir.

6. İnsan üçün daim büdrəmə təhlükəsi var. Bu səbəbdən də Allaha üz tutmaq zəruridir.

7. Yeganə qurtuluş yolu Allahın lütfüdür.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ayə 118:

﴿وَعَلَى الثَّلاَثَةِ الَّذِينَ خُلِّفُواْ حَتَّى إِذَا ضَاقَتْ عَلَيْهِمُ الأَرْضُ بِمَا رَحُبَتْ وَضَاقَتْ عَلَيْهِمْ أَنفُسُهُمْ وَظَنُّواْ أَن لاَّ مَلْجَأَ مِنَ اللّهِ إِلاَّ إِلَيْهِ ثُمَّ تَابَ عَلَيْهِمْ لِيَتُوبُواْ إِنَّ اللّهَ هُوَ التَّوَّابُ الرَّحِيمُ

“Geri qalmış üç nəfərə yer öz genişliyi ilə dar gəldiyi və özlərindən yorulub Allah qarşısında ondan savay heç bir sığınacaqları olmadığını anladıqları vaxt Allah Öz lütfünü şamil etdi ki, tövbəyə müvəffəq olsunlar. Həqiqətən, Allah tövbələri qəbul edən və mehribandır.”

Nöqtələr

◘Təbukda iştirak etməmiş üç müsəlman (Kəb ibn Malik, Mərarə ibn Rəbi, Hilal ibn Üməyyə peşman olub üzrxahlıq üçün Peyğəmbərin (s) yanına gəldilər. Amma həzrət onlarla danışmadı və göstəriş verdi ki, kimsə onlarla ünsiyyət saxlamasın, hətta qadınları da onlara yaxınlaşmasın. Bu üç nəfər Mədinə ətrafındakı dağlara üz tutub tövbə üçün ayrı-ayrılıqda göz yaşı axıtmağa başladılar.

50 gündən sonra Allah onların tövbəsini qəbul etdi.[155]

Bildirişlər

1. Döyüşə və rəhbərliyin əmrlərinə etinasızlıq göstərənlər tənbeh olunmalı, bir müddət kənarda saxlanılmalıdırlar.

2. Küskünlük və etinasızlıq müxaliflərin və günahkarların tərbiyə üsullarından biridir.

3. Müxaliflərlə mənfi (üz çevirməklə) mübarizə cəmiyyəti onlar üçün keşikçisiz zindana döndərir.

4. Peyğəmbər ilahi rəhmət güzgüsü olsa da, bir tərbiyəçi kimi arxa çevirmək vasitəsindən də istifadə edir.

5. Vicdan əzabı mövcud əzablardan biridir.

6. Xalqdan ümidsizlik tövbə üçün zəmin yaradır, diqqəti Allaha yönəldir.

7. Tövbə tövfiqi də ilahi lütf sayəsində əldə olunur. Allah öncə Öz lütfünü nazil edir ki, insan peşman olub tövbə qılsın. İnsan tövbə edən kimi Allah yenidən onun tövbəsini qəbul edir.

8. Bir müddət mənfi (etinasızlıq göstərməklə) mübarizədən sonra günahkarın tərbiyəsi üçün münasib şərait yaranır. Yalnız bundan sonra biz onları mehribanlıqla qəbul edək.

 

Ayə 119:

﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَكُونُواْ مَعَ الصَّادِقِينَ

“Ey iman gətirənlər! Allahdan çəkinin və sadiqlərlə olun!”

Nöqtələr

◘Şiə və sünni rəvayətlərinə əsasən, “sadiqin” dedikdə həzrət Məhəmməd (s) və onun ailəsi nəzərdə tutulmuşdur.

◘“Bəqərə” surəsinin 177-ci ayəsi iman, infaq, namaz, əhdə vəfa, çətinliklər qarşısında səbir əhlini sadiq sayır. “Hicr” surəsinin 15-ci və “Həşr” surəsinin 8-ci ayəsində əzab çəkmiş mühacirlər “sadiq” adlandırılmışdır.

Bildirişlər

1. Doğruçularla (sadiqlərlə) yaxınlıq və yoldaşlıq insanın tərbiyə amillərindən biridir və onu büdrəmədən çəkindirir.

2. İlahi rəhbərlərdən uzaq düşməyək.

3. İlahi rəhbərlər məsumdurlar. Əgər belə olmasaydı, Allah onlarla yaxınlıq göstərişi verməzdi. (Fəxr Razi deyir: “Məsum şəxs xüsusi bir fərd deyil. Ümmət icması xətadan məsumdur.” Onun bu sözləri təəccüb doğurur. Məgər xətakar fərdlərin cəmiyyəti məsumdurmu?!)

4. Cəmiyyətin təkamülü iman, təqva və məsum rəhbərə itaət sayəsində baş tutur.

5. Hər bir dövrdə məsum olmalıdır ki, müsəlmanlar ona qoşulsunlar.

6. Sadiqlik elə yüksək dərəcədir ki, Allah məsumluq əvəzinə “sadiqlik” təbirini işlətmişdir. İman və təqva mərhələsini adlayanlar bu adla mədh olunurlar.

 

Ayə 120:

﴿مَا كَانَ لِأَهْلِ الْمَدِينَةِ وَمَنْ حَوْلَهُم مِّنَ الأَعْرَابِ أَن يَتَخَلَّفُواْ عَن رَّسُولِ اللّهِ وَلاَ يَرْغَبُواْ بِأَنفُسِهِمْ عَن نَّفْسِهِ ذَلِكَ بِأَنَّهُمْ لاَ يُصِيبُهُمْ ظَمَأٌ وَلاَ نَصَبٌ وَلاَ مَخْمَصَةٌ فِي سَبِيلِ اللّهِ وَلاَ يَطَؤُونَ مَوْطِئًا يَغِيظُ الْكُفَّارَ وَلاَ يَنَالُونَ مِنْ عَدُوٍّ نَّيْلاً إِلاَّ كُتِبَ لَهُم بِهِ عَمَلٌ صَالِحٌ إِنَّ اللّهَ لاَ يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ

“Mədinə əhlinin və ətrafdakı bədəvilərin Allah rəsulunun göstərişindən çıxmağa (cəbhəyə getməməyə), öz canlarını Peyğəmbərin canından üstün tutmağa haqqı yoxdur. Çünki Allah yolunda çəkdikləri hər bir susuzluq, əziyyət və aclığa, kafirləri qəzəbləndirəcək yerdə atdıqları hər addıma, düşməndən gördükləri hər bir pisliyə əvəz olaraq saleh əməl yazılmış olar. Şübhəsiz, Allah yaxşı əməl sahiblərinin mükafatını puça çıxarmaz.”

Nöqtələr

◘Bu ayədən, döyüşdə istifadə üçün bəzi üsullar məlum olur: Bütün çətinliklərin ilahi razılıqla nəticələnməsinə iman; komandanlığın hifzi; çətinliklərə müqavimət və dözüm; düşməni xar və əsəbi etmək.

Bildirişlər

1. Rəhbərin daha elmli və imkanlı səhabələri və yaxınları daha çox məsuliyyət daşıyırlar.

2. İslamın müdafiəsində şəhər və kəndin fərqi yoxdur.

3. Peyğəmbərə sorğu-sualsız itaət zəruridir. Kimsənin haqqı yoxdur ki, Allah rəsulunun hökumətinə qarşı çıxsın.

4. Risalət şənlərindən biri savaşda bütün hərbi qüvvələrə komandanlıqdır.

5. Peyğəmbərin canını qorumaq müsəlmanların canını qorumaqdan zəruridir. Müsəlmanlar səmavi rəhbərdən öncə ölümü qəbul etməlidirlər.

6. Müsəlmanlar əqidə yolunda bütün çətinliklərə və təzyiqlərə dözümlü olmalıdır.

7. İslam cəmiyyəti küfrə düşmən olmalıdır.

8. Müsəlmanların kafirləri qəzəbləndirən həmrəy hərəkətlərinin ilahi mükafatı var.

9. Təkcə müdafiə və döyüş yox, cəbhədəki bütün əziyyətlər Allah tərəfindən qeydə alınır və mükafatı var.

10. Cihad üçün müqəddimə və hazırlıq da saleh əməl və ibadətdir.

11. Həqiqi xeyirxah şəxs inqilabçıdır və cəbhə əhlidir. (Fədakarlıq yaxşı əməlin kamillik nişanəsidir.)

12. Yalnız əziyyətlərə dözmək sayəsində ilahi mükafata çatmaq olar. Əziyyətsiz xəzinə yoxdur.

13. İlahi razılıq və mükafata iman problemləri yüngülləşdirir.

 

Ayə 121:

﴿وَلاَ يُنفِقُونَ نَفَقَةً صَغِيرَةً وَلاَ كَبِيرَةً وَلاَ يَقْطَعُونَ وَادِيًا إِلاَّ كُتِبَ لَهُمْ لِيَجْزِيَهُمُ اللّهُ أَحْسَنَ مَا كَانُواْ يَعْمَلُونَ

“Allah onlara etdiklərindən üstün mükafat versin deyə, infaq etdikləri az və ya çox bir mal, adladıqları bir vadi qeyd olunmamış qalmaz.”

Nöqtələr

◘“Əhsənə ma kanu yəməlun” dedikdə, ya ilahi mükafatın mücahidlərin əməllərindən üstün olacağı, ya da mal və canla cihadın ən üstün iş olduğu nəzərdə tutulur.

Bildirişlər

1 . İstər az, istər çox infaqın ilahi mükafatı var.

2. Hansısa xeyir əməllərimizin mükafatsız qalacağından qorxmayaq, bütün əməllər qeyd olunur.

3. Cəbhəyə hərəkət ən üstün işlərdəndir.

4. Allahın mükafatı insanların bütün əməllərindən üstün və ucadır.

5. Saleh əməlin davamı mükafatı artırır.

6. İlahi sünnə budur ki, əqidə məktəbi möminlərin səyi ilə yüksəlsin. (Möminlərin səylərinə ehtiyac olmasaydı, bu iki ayədə bir bu qədər təşviqə zərurət qalmazdı.)

 

Ayə 122:

﴿وَمَا كَانَ الْمُؤْمِنُونَ لِيَنفِرُواْ كَآفَّةً فَلَوْلاَ نَفَرَ مِن كُلِّ فِرْقَةٍ مِّنْهُمْ طَآئِفَةٌ لِّيَتَفَقَّهُواْ فِي الدِّينِ وَلِيُنذِرُواْ قَوْمَهُمْ إِذَا رَجَعُواْ إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَ

“Bütün möminlərin (cihada) yola düşməsi yaxşı deyil. Nə üçün onların hər bir qövmündən bir dəstəsi dində fəqih (alim) olmaq üçün köç etmir?! (ki, fəqih olub) qövmlərinin yanına döndükləri vaxt onları qorxutsunlar. Ola bilsin ki, onlar (günahdan) həzər qılalar.”

Nöqtələr

◘Döyüşə qarşı çıxanları şiddətlə qınayan ayələr nazil olduqdan və Peyğəmbərin (s) sərt rəftarından sonra növbəti döyüşlərdə bütün müsəlmanlar ayağa qalxır və o həzrəti Mədinədə saxlayırdılar. Bu ayə onların cəbhəyə səfərinə nəzarət üçün idi.[156]

◘Bütün bədəvi müsəlmanlar dini təlim almaq üçün şəhərə gəlirdilər və bu köç həddi aşırdı. Ayə nazil oldu ki, onlardan bəziləri dinlə tanışlıq üçün şəhərə gəlsinlər. Sonra geri qayıdıb başqalarını öyrətsinlər.

◘“Din” dedikdə ilahi qanunlar, zahiri və batini göstərişlər məcmusu nəzərdə tutulur. Allah tərəfindən yeganə qəbul olunmuş din olan İslam[157] Allaha təslim olmaq mənasını daşıyır.

◘Dində “təfəqqöh” dedikdə dərin dini bilik üçün səy göstərmək nəzərdə tutulur. Belə bir səy ya dünya, məqam, əyləncə, dostlarla yarış üçündür, ya da Allah, behişt, ümmətin qurtuluşu üçün. Ayədə ikinci hal dəyərli sayılır. Belə bir cəhdin məqsədi xalqın qorxudulması və Allah yoluna dəvət olmalıdır.

◘Fiqh (dərin dini bilik) o qədər mühümdür ki, həzrət Peyğəmbər (s) Əlini (ə) Yəmənə göndərərkən ona xalqa fiqh öyrətməyi tapşırır. Və onun bu işi üçün dua edir.[158]

Həzrət Əli (ə) öz övladına fəqih olmağı tapşırır.[159] İmam Hüseyn (ə) aşura gecəsi Allaha belə həmd oxuyur: “Həmd olsun bizi dində fəqih qərar verən Allaha.” (Movsuətu kəlimatil-imam)

◘İmam Sadiqdən (ə) soruşdular: “İmamın başına bir hadisə gəldikdə xalqın vəzifəsi nədir?” İmam bu ayəni oxuyaraq bildirdi ki, hər şəhər və tayfadan imamı tanımaq üçün hərəkət edənlər olmalıdır.[160]

Bildirişlər

1. Proqramlaşdırma və müdiriyyətdə məsələyə kompleks yanaşaq. Belə ki, bir nöqtəyə diqqət o biri nöqtənin nəzərdən qaçmasına səbəb olmasın.

2. Hicrət iman şərtidir. Ya dinin müdafiəsi, ya da dini tanımaq üçün hicrət edin.

3. Hər bir məntəqədən elmi mərkəzə hicrət edənlər olmalıdır ki, bütün nöqtələrdə kifayət qədər ruhani olsun.

4. Köç etməyən alim kamil fəqih deyil. İmam evdə oturan şəxsin fəqih olmasını şübhə altına almışdır.[161]

5. Din və dini təlimlərdə fəqihlik “kifay” vacib”dir, yəni ehtiyac ödənənədək zəruridir. (Həm cihad, həm də ictihad (fiqhə dərindən yiyələnmək) “kifayi vacib”dir. Həzrət Əli (ə) buyurmuşdur: “Elə bir vəziyyət yaranarsa ki, hamı cəbhəyə getsin, cihad hamıya vacib olar.”[162] Elə bir proqram cızılmalıdır ki, dini təhsil alanların nizamı pozulmasın.

6. Fiqhə yiyələnməkdə məqsəd xalqı oyatmaq, onları problemlərə münasibətdə biganəlikdən xilas etməkdir.

7. Döyüş zamanı da düşüncə, etiqad, əxlaqla bağlı məsələlərdə qəflətdə qalmaq olmaz. Cəhalət və qəflət kimi daxili düşməndən xəbərsiz qalmamalıyıq.

8. Fiqh təkcə dini hökmləri öyrənmək yox, bütün dini maarifi diqqətlə və dərindən araşdırmaqdır.

9. Dini biliklər dərin olmalıdır.

10. Dini təbliğat aparmaq üçün dərin biliyə malik olmaq zəruridir.

11. Fəqih islamşünasın dediklərinə etimad göstərmək olar.

12. Dində fiqh o zaman dəyərlidir ki, fəqih öz dövrünü tanısın, düşmənin nüfuz yollarından agah olsun. O, yalnız bu halda xalqı oyada bilər.

13. Dini hövzə (mərkəz) tələbələri üçün iki hicrət zəruridir: Dini mərkəzlərə hicrət və mərkəzlərdən digər məntəqələrə hicrət. Zəruri biliklərə yiyələnmiş şəxsin hövzədə qalmasına icazə verilmir.

14. Təbliğat və mədəni fəaliyyət üçün yer seçimində insanın doğulduğu yer öndə gəlir.

15. Alimlər xalqla görüşə getməli, dəvət gözləməməlidirlər.

16. Təbliğdə məqsəd təqva yaradılması və məadın yada salınması olmalıdır.

17. Fəqihlər (din alimləri) hər adamdan itaət gözləməməlidirlər. Çünki bir dəstə insan heç vaxt din və Allah yolunu qəbul etmir.

 

Ayə 123:

﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ قَاتِلُواْ الَّذِينَ يَلُونَكُم مِّنَ الْكُفَّارِ وَلِيَجِدُواْ فِيكُمْ غِلْظَةً وَاعْلَمُواْ أَنَّ اللّهَ مَعَ الْمُتَّقِينَ

“Ey iman gətirənlər! Yaxınlığınızda olan kafirlərlə döyüşün. Onlar sizdə sərtlik və qətilik görməlidirlər. Bilin ki, Allah təqvalılarladır.”

Nöqtələr

◘Yaxındakı düşmənlərlə döyüşün bəzi məziyyətləri var: az xəzinə ilə keçinmək imkanı, düşmən haqqında daha ətraflı məlumat, cəbhə ehtiyaclarının və ümumi hazırlığın asan əldə olunması; döyüş məntəqəsinə sürətlə çatmaq imkanı; yaxındakı həm özü düşməndir, həm də uzaq düşmənin əli ola bilər.

◘“Ğilzə” dedikdə daşürəklilik və pis xasiyyət yox, sərtlik, möhkəmlik, qüdrət nəzərdə tutulur. Bu səbəbdən də İslam ordusunun qüdrətini göstərən manevrlər, paradlar, geyimlər, şüarlar bəyənilmişdir. Məkkənin fəthi zamanı həzrət Peyğəmbər (s) müsəlmanlara göstəriş verdi ki, Əbu-Süfyanın qarşısından nizamla ötüşüb öz qüdrətlərini göstərsinlər və bununla da müşriklərin ruhiyyəsini qırsınlar.

◘Bütün İslam təlimlərində “yaxın imtiyazlıdır” prinsipi nəzərə alınmışdır. İnfaq və sədəqədə yetim və yoxsul qohumlar, zəkatda məhəllədəki ehtiyaclılar, döyüşdə ən yaxın düşmən, təbliğatda insanın ətrafındakılar, məsciddə məscidin qonşuları, süfrədə ən yaxında oturan, camaat namazında kamillik baxımından imama münasib olanlar önəmli sayılırlar.

◘Ayədə müdafiədən yox, azadlıq carçısı olan cihaddan danışılır. Bu səbəbdən də kafirlərin hücum şəraitindən yox, İslam mübarizlərinin sifətlərindən söhbət açılır.[163]

◘Həzrət Peyğəmbər (s) İslam ordusuna təkrar-təkrar belə tövsiyə edirdi: “Təqvalı olun, kafir qadınlarına zərər vurmayın, ağacları qırmayın.” Həzrət (s) bir dəfə kafir qızını öldürülmüş görüb çox narahat oldu.