A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: ISLAM VƏ ZAMANIN TƏLƏBLƏRİ
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Hökm ancaq Allahındır! Düzdür, hökm ancaq Allah tərəfindən verilməlidir, lakin onlar bunu düzgün başa düşməmişlər. Onlar deyirlər: «Əmir (hakim) Allahla olmalıdır». Məgər bu mümkündürmü? İstər pis olsun, istərsə də yaxşı, camaat daim rəhbər və vahid hakimiyyətə ehtiyac duyur. Əlbəttə yaxşı olar ki, hakim yaxşı və ədalətli olsun. Pis olması isə, olmamağından daha yaxşıdır. Yəni hakimiyyət üçün dini və ya qeyri-dini qanununların mövcud olması kifayət etmir. Bunun üçün də, əhli-təsənnün xilafət məsələsini qəbul edir. Hətta əvvəllər xəlifəyə heç bir ehtiyac durmasun xəvaric belə sonralar özləri məcbur olub, xəlifənin hakimiyyətini qəbul etmişlər. Şiə və əhli-təsənnünün bu barədə həmrəy olmaları heç də hakimiyyətə ehtiyac duymamağa dəlalət etməyir. Hər iki məzhəb hakimiyyəti zəruri hesab etsə də, bu məsələyə olan baxışları bir qədər fərqlidir. Əhli-təsənnün Peyğəmbər (s)-dan sonra xəlifənin müsəlmanların özləri tərəfindən təyin olunmasını qanuni hesab edir, şiələr isə xilafətə yalnız Peyğəmbər (s)-ın özünün təyin etdiyi şəxsi layiq hesab edirlər.

Hökumətə ehtiyacımız varsa, bəs qanunvericilik və dövlət idarəetmə üsulu necə olmalıdır? Kimlərsə qərara gəlib, başqaları icra etməlidir? Yoxsa qərar qəbul edən şəxsin özü onun icrası olmalıdır? Bir nəfər şəxsin qərar qəbul edib onu icra etməsi, bu günlər diktatorluq adlanır. Məşrutiyyət isə, bundan tam əks məna daşıyır. Yəni bir neçə nəfər şəxs qərar qəbul edir, başqaları isə onu icra etməyə başlayır. Başqa sözlə desək, əhalinin nümayəndələri qərar qəbul edir, dövlət heybəti isə, onu icra edir. Dövlət heybətinin özünü də əhali tərəfindən seçilmiş nümayəndələr təyin edir. Nəticədə camaat özü özünə hakim təyin etmiş olur. Məşrutə müxalifətləri bununla razılaşmayıb, deyirdilər: «Siz hər şeyi bir-biri ilə qarışdırırsınız. Deyirsiniz ki, diktatura etməsi, məşrutə ilə əhalinin seçdiyi nümayəndələrin qərar qəbul edib, dövlət heyətinin onu icra etməsinə deyilir. Belə olduqda (yəni məşrutə şəraitində), yalnız qərar qəbul olunmayır. Əgər belə olaydı, əsla müxalif olmazdıq və deyilənlər tamamilə doğru və düzgün olardı. Əgər məşrutə şəraitində camaat nümayəndələri və nümayəndələr qanunverici orqanı seçmiş olsaydı, həmçinin nümayəndələr qanun qəbul edib, dövlət heyəti onu icra etsəydi, bununla razılaşmaq olardı. Lakin qəbul etdikləri qərarın şəri qanunları ilə müvafiq olub-olmadığına diqqət yetirilməlidir. Şəri qanunlarla müvafiq qəbul olunan bütün qərarlar qüvvəyə minib dövlət tərəfindən icra olunarsa, çox yaxşı olardı. Lakin dediyiniz məşrutə sistemi bundan ibarət deyildir. Məşrutə odur ki, millət öz nümayəndələrini seçib, onlarla qərar qəbul etsin. Yaxşı sözdür, lakin həqiqət deyildir. Nümayəndələr qanun tərtib edib qərara gəlməli, lakin şəri qanunlara zidd heç bir qanun tərtib edib və dövlət onu icra etməməlidir».

Bir daha diktorluq məntiqi məşrutə məntiqinə qalib gəlir. Lakin məşrutə tərəftarları buna başqa bir cavab verirlər.

TƏRƏFDARLARIN ÜSUL VƏ MƏNTİQİ

Düzdür, biz deyirik nümayəndələr qərar qəbul etməlidir. Lakin bu heç o demək deyil ki, hökm çıxarmaq istəyən müctehid şəri qanunlara nəzər salması həmin şəri qanunu dövlətə bildirib dövlət onu icra etməlidir. Bunun belə olmadığını biz də bilirik. Nümayəndə qanun tərtib edir. Lakin baxaq görək istənilən qanunu çıxarmaq alarmı? Xeyr! Bizim din adlanan ümumi bir qanunumuz vardır. Din, insanların bütün dövrlərdə üzərlərinə düşən vəzifələri təyin etmişdir. Burada bütün ümumi qanunlar bəyan edilmişdir. Lakin bəzi hallarda camaat ilahi qanunlara əsasən, özləri üçün müxalif qanun və qaydalar tərtib etməli olur. Bunun üçün də konstitusiya yazılmışdır. Orada açıq-aşkar şəkildə deyilir ki, beş nəfərdən az olmayan heyət üzvləri əgər zamanın tələblərindən agah olan müctehid olarsa da, məclisin qəbul etdiyi qərarların şəri qanunlara zidd olmamasına nəzarət etməlidir. Qəbul olunan qərar konstitusiya ilə müxalif olduqda, onun qarşısı almalıdır. İslam və dini qanunlar dedikdə, heç də o demək deyil ki, camaat bütün cüzi məsələlərdə Quran və sünnətə müraciət etmiş olsun. Məsələn, sivilizasiya nəticəsində şəhərin nəqliyat vasitələrii dəyişib, əhali avtomobildən istifadə etməli olur. Bədbəxt hadisələrinin qarşısını almaq üçün yol hərəkət qaydaları təyin olunub, qanun halına salınır. İctimaiyyətdə tətbiq olunan bu kimi qanunlar cəmiyyətin ehtiyacları üzündən meydana gəlir və bunun din və şəriət ilə heç bir bağlılığı yoxdur. Ev sahibinin ailədə tətbiq etdiyi qanunlar da o cümlədən. İlahi qanun budur ki, ev sahibi kimi ailə üzvləri ataya hörmətlə yanaşıb, onun dediklərinə tabe olsunlar. O da, atalıq borcunu layiqincə yerinə yetirib ailəsinin keşiyində durmalıdır. Atanın ailədə bəzi şeyləri qadağan edib, və ya göstəris verməyə haqqı vardır. Lakin zor tətbiq etməyə heç bir haqqı yoxdur.

Allah-təala cüzi ailə məsələlərində qanun-qaydalar müəyyən etmişdirmi? Məsələn, atanın görməli olduğu işləri qanun şəklində bəşəriyyətə bəyan etmişdirmi? Xeyr! Verilən hökm ümumi xarakter daşıyır. İslam övlada valideynə itaət və eyni zamanda valideynə ailə üzvləri ilə ədalətə rəftar etməyi əmr etmişdir.

Başqa bir misal: Qədimdə bütün hamamlarda hamamçılar müəyən qayda və qanunlar tətbiq edərdi. Hamamçı deyə bilərmi ki, “Hökm ancaq Allahındır” və qanuni yalnız Allah tətbiq etməlidir. Xeyr! Hamamçının öz hamamında müəyyən qayda və qanunlar tətbiq etməyə səlahiyyəti çatır. İslam da bizlərə bunu deyir. Yəni hər bir şəxs, ixtiyarında olduğu mərkəz və müəssisədə lazımi qayda və qanunlar tətbiq etmək səlahiyyətindədir. Həm tətbiq olunan qanun ədalətli olmalı, həmdə ona tabe olan şəxslər icrasında səhlənkarlığa yol verməməlidirlər.

Bütün bunlar cüzi məsələlərə aiddir. Ümumi məsələlərdə isə dediyimiz kimi, hər bir ölkə vahid rəhbər və idarəetmə üsuluna ehtiyac duyur. Lakin əgər həmin hakim orqan şəri qanunlara zidd olaraq hər-hənsı bir qərar qəbul edərsə (məsələn təlaq ixtiyarını kişidən alıb qadına verərsə), heç də düzgün addım atmış olmaz. Lakin üzərlərinə düşən məs`uliyyət onlara haqq verir ki, ümumi xarakter daşıyan ilahi qanunlara müvafiq, ehtiyac durulan qanunlar qəbul etsin. İlahi qanunları nəzərə almadan qəbul etdikləri qərarlara qanun adını vermələri, heç də düzgün olmazdı. Lakin ilahi qanunları nəzərə alaraq, cüzi məsələlərdə qərar qəbul etməyin heç bir nöqsanı yoxdur. Məsələn xaricə mal sadir edib-etməmək barədə qərar qəbul olunur. Bu elə bir məsələ deyildir ki, dində onun haqda ayrıca hökm verilmiş olsun. Quran bu barədə ümumi hökm verir. Məsələn, elm və təhsil barədə İslam bizlərə belə bir tövsiyə edir: «Elm, kafir və müşriklərin ixtiyarında olsa belə, onu əldə etməyə çalışın».

Bu barədə istənilən qədər hədis və rəvayət nəql olunmuşdur. Onlardan birində deyilir: «Elm, möminlərin itirdiyi və sorağında olduğu dəfinədir, Harada olursa olsun, hətta müşriklərin ixtiyarında olsa belə, elmə yiyələnməyə çalışın». Belə olduqda, insan üzərinə düşən vəzifəni müəyyən etmiş olur. Lakin digər məsələlər meydana gəlir. Fərz edək, xaricə sadir etdiyimiz mal hədər olur. Belə olduqda, ilk növbədə bunun səbəblərini araşdırmalıyıq. {izaha ehtiyacı var, ümumiyyətlə yersiz işlədilib}

Təntavi öz təfsirində deyir: «Bir vaxtlar Misirdən olan ərəb tələbələrinə vaxt ayırıb baş çəkirdim. Soyuq qış günlərindən birində eşiyə çıxmışdım. Birdən gördüm bu soyuq havada həmin tələbələr ayaqlarını çıxarıb əl-üzlərini, sonra da ayaqlarını yumağ başladılar. Yuyub qurtardıqdan sonra ibadət adlandırdıqları əməlləri yerinə yetərməyə başladılar». Sonra deyir: «Vay! Bunlara bir bax, dinlərini qoruyub-saxlamaqla yanaşı, elminizə də yiyələnirlər!». {mə`naya diqqət et}

Əgər bəşər bu kimi cüzi məsələlərdə də qanun tətbiq etməyə qadir olmazsa, bunu onun fəaliyyətsizliyi adlandıra bilərik. Əxbarilərin dedikləri kimi, bizim müctehidə heç bir ehtiyacımız yoxdur. Hədis və rəvayətlərə müraciət etsək, kifayət edər.

Hədis və rivayətlərdə bir çox hallarda məsələ ümumi şəkildə bəyan olunur. Müctehid yalnız araşdırma apardıqdan sonra qəti qərara gəlməli və cüzi məsələlərdə hökm verməlidir.

Demək, əgər müdiriyyət ümumi qanunlara əsasən özü üçün nizamnamə tətbiq etmək istərsə, buna adi hal kimi baxmaq lazımdır.

ON BİRİNCİ FƏSİL

PEYĞƏMBƏRİN VƏZİFƏLƏRİ: RİSALƏT-QƏZAVƏT-HÖKUMƏT

«Peyğəmbər sizə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin»[23].

Peyğəmbər (s), Allah-təala tərəfindən üç müqəddəs vəzifəyə təyin olunmuşdur. O da öz növbəsində özündən sonra üzərinə düşən vəzifəni öz davamçılarına çatdırmalı idi. Necə kə, bunu da layiqincə yerinə yetirir.

Üzərinə düşən ən mühüm vəzifələrdən biri “risalət”, yəni Peyğəmbərlik idi. O, Allah tərəfindən nazil olan vəhyləri qəbul edir və onu insanlara çatdırırdı. Demək, Peyğəmbərlərin ən başlıca vəzifəsi, dinin təbliği və başqalarına çatdırmaq olmuşdur. Maidə surəsinin 99-cu ayəsində bu haqda deyilir: «Peyğəmbərin üzərinə vəzifə isə, ancaq Allahın əmrlərini insanlara təbliğ etməkdir».

O, ilahi hökmləri müəyyən şəxs və qəbilələrə deyil, yəni namazı necə qılmağı, orucu necə tutmağı, xums və zəkatın necə və hansı şəraitdə verməyi, Həcc mərasiminə necə getməyi və oranın əməllərini və s.-i izah edir və icra etməyə sövq edirdi.

Müqəddəs risalət vəzifəsi ilə yanaşı («müqəddəs» dedikdə, bu vəzifənin Allah tərəfindən verildi nəzərdə tutulur), Peyğəmbər (s)-ın üzərinə başqa bir məsuliyyət də düşür. O da qəzavət və hakimlik vəzifəsidir.

Camaat arasında ədalətli hökm çıxarmaq üçün bu vəzifə də Peyğəmbərlik kimi Allah tərəfindən verilməlidir. Cəmiyyətdə ictimai hüquq pozuntuluğuna yol verildikdə, hakim qanuna əsasən heç kimin hüququnun taptalanmasına yol verməməlidir. Həzrət Məhəmməd (s) yalnız peyğəmbər deyil, həm də hakim idi və o, bu vəzifəyə Allah tərəfindən təyin olunmuşdu. Nisa surəsinin 65-ci ayəsində bu haqda deyilir: «Amma xeyr! (Ya Məhəmməd) Sənin Allahına and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (munsif) təyin etməyincə verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə itaətdə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar».

Göründüyü kimi, ayə peyğəmbərlik məqamına deyil, qazilik (munsiflik, hakimlik) məqamına dəlalət edir. Ayənin mənası budur ki, kimliyindən asılı olmayaraq, hər bir şəxs Peyğəmbər (s)-ın çıxardığı hökmün qarşısında tabe olmalı və ondan heç bir təmannada olmamalıdır. Məsələn, din uğrunda böyük çətinliklərə üzləşmiş, el-obasını, ailəsini, var dövlətini tərk etmiş mühacir ilə İslamı təzə qəbul etmiş adi bir şəxs arasında və ya müsəlman və qeyri-müsəlman ixtilaf meydana gətirsə, mühacir çəkdiyi əzab-əziyyətə görə və müsəlman İslamı qəbul etdiyi üçün Peyğəmbər (s)-ın onun tərəfini saxlayacağını ummamalıdır. Peyğəmbər (s)-ın çıxartdığı hökmə tabe olub, artıq heç bir şey gözləməməlidir. Həqiqi iman da buna deyildir.

Bunlarla yanaşı, Peyğəmbər (s)-ın üzərinə başqa bir müqəddəs vəzifədə düşür. O da hakimiyyət və rəhbərlik vəzifəsidir. Peyğəmbər (s) cəmiyyətə rəhbərlik edir, yaranmış şəraitlərdə lazımı göstərişlər verirdi. Təhlükə ilə üzləşdikdə, ümumi səfərbərlik elan edir, əkin biçin məsələlərində müsəlmanlara dəyərli tövsiyələr verir və bir rəhbər kimi cəmiyyətin idarə olunmasına nəzarət edirdi. Demək, həzrət Məhəmməd (s) bir peyğəmbər kimi Allah tərəfindən nazil olan ayələri müsəlmanlara çatdırır, bir qazi kimi onların ixtilaflı məsələlərini həll edir və bir rəhbər kimi onlara rəhbərlik edir və onların siyasi məsələlərini həll edirdi. Nisa surəsinin 59-cu ayəsində Peyğəmbər (s)-ın siyasi rəhbərliyi haqda deyilir: «Ey iman gətirənlər! Allaha, Peyğəmbərə özünüzdən olan ixtiyar sahiblərinə ehsan edin!».

Demək, camaat hakim qanuna tabe və məhkum inzibatı qanunlar əsasında mühakimə olunmalıdır.

Göründüyü kimi, ayədə Allah onun peyğəmbərinə və ixtiyar sahiblərinə tabe olmaq əmri verilir. Şiə alimləri ayədəki ixtiyar sahiblərini xilafətə əlaqələndirir, bu məqama da Allah tərəfindən təyin olunmağı hesab edirlər.

BU ÜÇ VƏZİFƏNİN İMAMA ÖTÜRÜLMƏSİ

Burada başqa bir məsələ meydana gəlir. O da, budur ki, görəsən, Peyğəmbər (s) özündən sonra bu məqamlara kimisə təyin etməlidir. Cavabında deyirik: «Bəli!». Lakin burada incə bir məsələyə diqqət yetirmək lazımdır. O da, Peyğəmbərlik məsələsidir. Məlum məsələdir ki, Həzrət Məhəmməd (s) peyğəmbərlərin sonuncusu və ən şərəflisidir. Belə olan bir halda təbii ki, özündən sonra təyin etdiyi canişinilə onun peyğəmbərliyi deyil, peyğəmbərlik vəzifələri keçəcəkdir. Şəri məsələlərin izahı, rəhbərlik, qəzavət və s.

Fərq yalnız bundan ibarətdir ki, Peyğəmbər (s) hökmləri vəhy yolu ilə Allahdan, canişininə onun özündən əxz ediyi olur. Peyğəmbər (s)-ın canişini, başqa sözlə desək, imam da bu məqama Allah tərəfindən təyin olunur. Qəzavət və rəhbərlik də eyni qaydada.

Peyğəmbər (s) özündən sonra ictimaiyyətə rəhbərlik və onların şikayətlərinə baxılması üçün kimisə bu vəzifəyə təyin etməli idi. Çünki cəmiyyət bu iki şeyə də daim ehtiyac duyur. Lakin bu barədə bəzi ixtilaflar nəzərə çarpır. Əhli-təsənnün belə hesab edir ki, xəlifənin özü həm qazi olması ya kimisə bu vəzifəyə təyin etməlidir. Şiələr isə belə bir əqidədədirlər ki, Peyğəmbər (s) vəfat etdikdən sonra hakimiyyət və rəhbərlik öz qüvvəsində olaraq qalır və bu məsuliyyət imamların üzərinə düşür. Çünki Peyğəmbərdən sonra cəmiyyət yenə də rəhbərlik və qanun vericiliyə ehtiyac duyur. Demək, hər üç məqam Peyğəmbər (s)-dan sonra onun canişinlərinə keçir. Fərq yalnız burasındadır ki, o peyğəmbər deyil. Həm də dini hökmləri vəhy yolu ilə deyil, Peyğəmbər (s)-dan əks etmiş olur.

O ki qaldı Peyğəmbərliyə, bu məqama yalnız Allahın seçdiyi müəyyən şəxslər təyin olunur və həzrət Məhəmməd (s)-dan sonra bu məqama kimsə təyin olunmamışdır. Qəzavət və rəhbərlik ilə müəyyən şəxslər aid deyildir və bunu başqaları da öz üzərinə götürə bilər. Yəni peyğəmbərin səlahiyyəti, yalnız özündən sonra bəzi müsbət xüsusiyyətlərə yiyələnən şəxsləri rəhbərlik və qəzavətə təyin etməyə çatır. Məsələn, Peyğəmbər (s) deyə bilər ki, Quran maarifi, Peyğəmbərlik və dini məsələlərlə yaxından tanış olan, ədalətli və təqvalı şəxslərin qəzavət etməsi, daha məqsədə uyğundur. Belə olduqda, bu vəzifəyə yiyələnən hər hansı şəxs deyə bilər ki, məni bu məqama, vəzifəyə Allah təyin etmişdir və Peyğəmbər (s)-ın dedikləri xüsusiyyətlər özünü məndə əks etdirir. Demək, mən qazilik etməliyəm.

Şiə məzhəbinin davamçıları belə bir əqidədədirlər ki, qazinin ən başlıca şərti, onun dini məsələlələrdə ictihad etməsi və bu sahədə mütəxəssis olmasıdır. Başqa bir şərti isə, adil və əhli-nəcabəti pak ailədən olmalıdır. Qazi rüşvət almamalı, tək qəzavət məsələlərində deyil, gündəlik yaşayışında da xoşa gəlməz işlərə yol verməməlidir. Lakin bəzən belə hesab edirlər ki, qazi yalnız qəzavət məsələlərində qanun pozğuntularına yol verməməli, rüşvət almamalı və başqalarının təsiri altına düşməməlidir. İşinə aid olmayan məsələlərdə isə tam azaddır. Şərab içmək, qeyri-əxlaqi səhnələrə baxmaq və s. Xeyr! Bu heç də belə deyildir. İslam nöqteyi-nəzərindən qəzavət o qədər müqəddəs bir məqamdır ki, belə bir ağır məsuliyyəti üzərinə götürmüş hər hansı bir şəxs tək qəzavət məsələlərində deyil, gündəlik həyatında da təqvalı, pak və saf niyyətli olmalıdır. Əgər insan qeyd olunan xüsusiyyətlərə yiyələnərsə, deyə bilərik ki, həqiqətən o bu məqama Allah tərifindən təyin olunmuşdur.

Peyğəmbər (s)-dan sonra ilahi hökmləri camaata çatdırmaq imamların üzərinə düşmüşdür. İmamət qurtardıqda necə?

İmamlardan nəql olunmuş hədislərdən birində bunun çıxış yolu belə açıqlanır: «Hədislərimizi nəql və onu dərindən dərk edən, halal-harama diqqət yetirən, adil və düz danışan şəxsləri sizə rəhbər və hakim təyin edirəm»[24].

Şəri hökmlərin insanlara çatdırılması, qəzavət və rəhbərliyin hər üçü müqəddəs vəzifədir və bu müqəddəslik Allah tərəfindən müəyyən edilmişdir. Nəyisə müqəddəsləşdirmək yalnız Allaha xoş olan bir xüsusiyyətdir. Əgər kimsə müftilik iddiası edirsə, hər şeydən əvvəl biz bu məqamın müqəddəs olduğunu nəzərə almalıyıq.

Əgər həmin şəxs fitva verirsə, ilk növbədə Peyğəmbər (s) və ondan sonra imamlar tərəfindən qeyd olunan ilahi hökmləri bəyan etməyə səlahiyyəti çatdığını və onun müctehidə xoş olan xüsusiyyətlərə yiyələndiyinə dəqqət yetirməyi lazımdır.

Əgər bu ibarətlərin misdaqı olarsa, “Fəqih o kəsdir ki, özünü idarə edib, nəfsini ələ ala bisin. Fəqih o kəsdir ki, nəfsinə tabe olmayıb, dinin keşiyində dursun”[25] bu halda bilin ki, fitva verməyə layiqdir və səlahiyyəti çatır. Bilin ki o müqəddəslik nəqamına nail olmuşdur. Lakin imamət və elmi mərcəiyyət özünə məxsus yer tutur.

AYƏTULLAH BİRUCƏRDİNİN SÖZLƏRİ

Yadımdadır, ayətullah Burucərdi deyərdi: «İmamət və rəhbərlik məsələsini bir birindən ayırmaqla, aramızdakı ixtilaflara aradan qalxacaqdır. Xilafət və rəhbərlik məsələsində biz (şiə məzhəbini nəzərdə tutur) belə bir əqiddədəyik ki, Peyğəmbər (s)-dan sonra xilafət Əli (ə)-a çatmalı idi. Əhli-təsənnün isə, Əbu Bəkrin xilafətini qanuni hesab edir. İxtilafa səbəb olan başqa bir məsələ imamət məsələsidir. Yəni biz yalnız Peyğəmbər (s)-ın rəhbərliyi və hakimiyyəti barədə deyil, onun ilahi hökmləri insanlara çatdırmaq vəzifəsi barədə də söhbət açmaq istəyirik. Bizi maraqlandıran sual budur ki, müsəlmanlar Peyğəmbər (s) vəfat etdikdən sonra dini məsələlərdə kimə müraciət etməli və öz çətinliklərini hansı yolla aradan qaldırmalı idilər? Kimin sözü bizim üçün dəlil olmalıdır?». Ayətullah Brucerdi sonra deyərdi: «Rəvayətlərdən bəzilərində deyilir: Peyğəmbər (s) buyurmuşdur: “Əli məndən sonra sizin xəlifəniz və rəhbəriniz olacaqdır». Başqa bir yerdə hədisə bunu da əlavə etmişlər - «Məndən sonra dini məsələlərdə Əliyə müraciət edin”. Əhli-sünnətə deyirik: «Aramızdakı ixtilaf, yalnız Peyğəmbər (s)-dan sonrakı rəhbərlik ətrafındadır. Lakin bu barədə söhbət açmağa belə dəyməz, çünki indi nə Əli (ə) var, nə də Əbu Bəkr. Lakin başqa bir məsələ sual olaraq qalır. Peyğəmbər (s)-dan sonra kimin sözü bizim üçün dəlil olmalıdır? Səqəleyn hədisi bütün dini məsələlərdə Əhli-Beytə müraciət etməyi əmr etmirmi? Orada deyilir: «Mən sizün üçün iki ağır şeyi qoyuram: Allahın kitabı (Quranı) və Əhli-Beytimi...»[26].

Yəni dini məsələləri öyrəndiyimiz zaman Əhli-Beyt (ə)-ın buyurduqlarına nəzər salmalıyıqmı? Peyğəmbər (s) demişdirmi ki, mənim dediklərim dəlil olduğu kimi Əhli-Beytin də buyurduqları sizün üçün dəlildir? Bəli, demişdir. Xilafət barədə bir birimizlə bəhs edirik. Lakin hər şeydən əvvəl bu məsələyə diqqət yetirməli və həll etməyə çalışmalıyıq. Nə üçün xilafət mövzusu ətrafında özümüzü yoruruq? Əlbəttə, biz öz əqidəmizi qoruyub saxlamalıyıq ki, əgər Əli (ə) o zaman xilafətə təyin olunsaydı, İslam dünyası bu günlər belə fəlakətlərə qarşılaşmazdı. Lakin bu yalnız nəzəri bir məsələdir və biz bu barədə bir daha söhbət açmaq istəmirik.

Qəzavət məsələsində Əli (ə) Peyğəmbər (s)-dan sonra qazilik vəzifəsini icra edirdi. Lakin xəlifələr rəhbərlik edir və çətin olduğu üçün qəzavət məsələlərinə girişmirdilər. Qəzavət etmək üçün insan xüsusi elmə və istedada yiyələnməlidir. Bunun üçün də Əbu Bəkrin, xüsusilə Ömərin xilafət dövründə bir çox qəzavət məsələləri Əli İbni Əbu Talib (ə) tərəfindən həll olunurdu. Getdikcə müsəlmanlar yaşayan mənəqələr genişlənirdi. Hər məntəqə və hər şəhər qaziyə ehtiyac duymağa başladı. Yaranmış belə bir şəraitdə qəzavət xilafətdən ayrılıb, ayrıca vəzifəyə çevrildi. Dövrün xəlifəsi yalnız siyasi və dövləti idarəetmə məsələlərinə baxırdı. Xilafət mərkəzinə və ayrı-ayrı məntəqələrdə qazilər təyin olunurdu və onlar hər şeydə ədalətə riayət etməli idilər. Sonralar qazilik İslam dünyasınd daha çox əhəmiyyət kəsb etməyə başladı və Əbu Hənifənin şagirdi Əbu Yusuf İslam tarixində ilk dəfə olaraq «Qazilər qazisi» (qaziyul-quzzab) vəzifəsinə təyin olunur.

Kitabın əvvəlki fəsillərində qeyd etdik ki, Əbu Hənifə Bəni-Abbas xəlifələrinin siyasəti ilə heç cür razılaşa bilmirdi. Lakin onun ən mübariz şagirdlərindən olan Əbu Yusif isə onlarla həmkərlıq etməyə razı olurdu. Ətraf məntəqələrə qazi göndərilməsinə ehtiyac duyduqda, qazilər qazisi seçilməli və bu işi yerinə yetirməli idi. Bu vəzifəyə də ilk dəfə Əbu yusif təyin olunur. Qazilər üçün bir qədər fərqli paltarlar təyin edən şəxs də, məhz əbu Yusif oldu. O qazilər qazisi olduğu müddət ərzində bütün qazilər başqalarından fərqlənsin deyə, onlar üçün təyin olunmuş paltarlar geyirdilər. Bilmirəm, İslamdan əvvəldi qazilər başqalarından fərqli paltarlar geyirdilər, ya yox, ya bu adət Harun-ər-Rəşidin xilafət dövründən həyata keçirilməyə başladı? Elə həmin vaxtdan ruhanilərlə qeyri-ruhanilərin geyimləri bir birindən fərqlənməyə başladı.

Bir qədər əvvəl məşrutiyyət barədə söhbət açdıq. Burada həmin mövzunun bəzi çatışmamazlıqlarını aradan qaldırmaq üçün iki mətləbə işarə etmək istəyirik. Onlardan biri qanun tətbiq etmək barədədir. Sual: Allahdan başqa kimsə qanun tətbiq edə bilərmi?

Qeyd etdik ki, əgər tətbiq olunan qanun ilahi qanunların əksinə olarsa, kimsənin buna ixtiyarı çatmır. Lakin gündəlik məsələlərdə ilahi qanunlardan istifadə etməyin heç bir nöqsanı yoxdur. Qarşıya çıxan başqa bir sual budur. Məgər hakimiyyət müqəddəs bir vəzifə deyilmi? Allah tərəfindən təyin olunmamalıdırmı? Cavabında deyirik. Bəli belədir. Belə olduğu bir halda, bəs nə üçün hökumət və hakimiyyət Allahın deyildir? Xəvaric səhv olaraq deyirdi: «İnsanlar arasında gərək Allahın özü hökmranlıq etsin». Lakin bir tərəfdən onların sözündə həqiqət vardır. Yəni camaata rəhbərlik edən hakimiyyət müəyyən şəraitlərə yiyənməlidir və bütün bunlar müqəddəs İslam dinində müəyyən edilmişdir və buna əsasən, həm müctehid fitva verə, həm də Allah kimisə müəyyən etmədən camaat arasında hökmranlıq edə bilər.

Qanunun təyin və tətbiq olunmasına diqqət etməliyik ki, görəsən, İslam biz insanlara qanun tətbiq etmək ixtiyarı vermişdir, ya yox? Misal çəkdik ki, əgər İslam ailə üzvləri üçün qanun müəyyən etməmişsə, demək ailə üzvdərindən hər biri nə istəyirsə, onu da edə bilərmi? Məsələn, uşaq özü üçün qanun tətbiq edib atanın ona tabe olmasını, qadın özü üçün qanun tətbiq edib, ərin ona tabe olmasını tələb etsin? Xeyr! Bu heçdə belə deyildir. Düzdür, bu kimi cüzi məsələlərdə heç bir qanun müəyyən olunmamışdır. Lakin müəyyən olunmuş ümumi qanun bundan ibarətdir ki, ata bir ev sahibi kimi ailədə müəyyən qanun və qaydalar tətbiq etməli və ailə üzvləri də öz növbələrində ona tabe olmalıdırlar. Hər hansı bir müəssisə və təşkilatda da eyni qaydada olarsa, müəssəyə rəhbərlik edən şəxs orada müəyyən qanun və qaydalar tətbiq etmək ixtiyarındadır.

ON İKİNCİ FƏSİL

ZAMANIN TƏLƏBLƏRİ (1)

«Allah göydən bir yağmur endirdi, vadilər öz tutumlarına görə onunla dolub daşdı. (Sudan əmələ gələn) sel, üstünə çıxan bir kötüyü alıb apardı»[27].

Bura qədər haqqında söhbət açdığımız mövzular? İslam tarixində meydana gəlmiş, bir-biri ilə tam ziddiyyət təşkil edən iki ideyalara, cərəyanlara aid idi. Biz onların hər biri haqda misallar çəkib birinin adını cəhalət ya ifratcılıq, digərini isə qeyri-fəal donuq təfritçilik adlandırdıq.

Bunu da qeyd etdik ki, bu iki cərəyandan mütəəssir olaraq, İslam dünyasında digər cərəyanlarda meydana gəlmiş və daim öz mənfi təsirini göstərmişlər. Lakin bütün bunlar keçmişə aiddir. Biz hər şeydən əvvəl, üzərimizə düşən vəzifələri bilməli və unutmamalıyıq ki, haqqında söhbət açdığımız məsələ, zamanın tələbatı ilə əlaqəlidir. Hər iki cərəyanı (yəni ifrat və təfritçiliyi) nəzərə alaraq, Qurana etiqad bəsləyən bir müsəlman kimi orta yolu seçib, nə ifrata varmalıyıq, nə də təfritə. Bəs hansı miqdarı əsas tutaraq nə ifrata, nə də təfritə vadmadığımızı necə müəyyən etməliyik?

«ZAMANIN TƏLƏBLƏRİ» İFADƏSİNİN MƏNASI

Zamanın tələbləri dedikdə nə nəzərdə tutulur? Zaman daim dəyişilməkdə və yeni-yeni hadisələr baş verməkdədir. Zaman dəyişdikcə, zamanın tələbləri də dəyişir, istək və ehtiyaclar da əvəz olur. Zamanın tələbləri yerinə zamanın ehtiyacları desək, mətləbi daha yaxşı başa düşmüş olarıq.

Hər dövrün və hər ilin özünəməxsus tələb və ehtiyacları vardır. Götürək on dördüncü və   ya iyirminci əsrin ikinci yarısını.

Bu dövrün ehtiyacları əsrin əvvəli ilə olduqca fərqlidir. Zamanın tələbləri və ya ehtiyacları dedikdə, biz adətən müxtəlif şeylər başa düşür və onu müxtəlif mənalara təfsir edirik. Bəzən biz bunu meydana gələn şeylərlə əlaqələndirir və belə hesab edirik ki, zaman həmin şeyə ehtiyac duymuş və həmin şey meydana gəlmişdir. Zaman həmin şeyə ehtiyac duyduğu üçün də biz onunla ayaqlaşmalı və qəbul etməliyik. {«şey» sözünü müvafiq sözlə əvəz et}



Geri   İrəli
Go to TOP