A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: ISLAM VƏ ZAMANIN TƏLƏBLƏRİ
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Quran müsəlmanlara xitab edərkən, onlara müxtəlif canlı adları ilə deyil, «Əyyuhən-nas» və ya «Əyyuhəl-muminun» ifadələri ilə müraciət edir. Tarix barədə söhbət açdıqda, onu əqli məntiq ilə təfsir edir, namazın vacibliyinə işarə etdikdə, onun fəlsəfəsini də açıqlayır, Allahın vücudunu sübut etdikdə, onu əqli və məntiqi dəlillərlə isbat edir. «Əraf» surəsinin 179-cu ayəsində buyurulur: «Biz cinlərdən insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onları qəlbləri vardır, lakin onunla [Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc vəzifələrini] anlamazlar. Onların gözləri vardır, lakin onunla [Allahın möcüzələrini] görməzlər. Onların qulaqları vardır, lakin onunla [öyüd-nəsihət] eşitməzlər».

İmam Kazım (ə) buyurur: «Bilirsinizmi Allahın nəzərində canlıların ən pisi hansılardır? O kəslər ki, Allah onlara dil vermiş, lakin onlar lal, qulaq vermiş, lakin onlar kar və ağıl vermiş, lakin onlar heç nəyi dərk etməzlər».

Bütün bu meyarları İslam haqqı batildən ayırmaq üçün bizim ixtiyarımızda qoymuşdur. İndi baxaq görək, tarixdə baş verən cərəyanlar lazımınca araşdırılmışdırmı?

İslamda haqqı batildən ayırmaq üçün mövcud olan meyarlar barədə söhbət açdıq, lakin bilmirik mətləbi oxucuya çatdıra bilmişik, ya yox. İlk növbədə bunu bilməliyik ki, İslam zühur etdiyi ilk gündən, mənfi ünsürlər daim onun daxilinə nüfuz etməyə səy etmişlər. Bu proses indinin özünədək davam etməkdədir. Hər şeydən əvvəl biz həmin mənfi ünsürləri tanıyıb, aşkara çıxarmağa çalışmalıyıq. Əks təqdirdə, İslamın bizim ixtiyarımıza qoyduğu meyarların heç bir bəhrəsini görə bilməyəcəyik. Meydana gəlmiş mənfi və qorxunc cərəyanlar monqolların yürüşündən təhlükəli olmasa da, ondan heç də əhəmiyyətsiz deyildir.

Bir qədər əvvəl xəvaric cərəyanına işarə etdik. Xəvaric yalnız sonradan zəifləyib aradan gedən bir cərəyan olmamışdır. O, məzhəb halına düşmüş dini bir cərəyan olmuşdur. Xəvaric özləri üçün fiqhi qanunlar tərtib etmiş və bu qanunlar digər fikirlərə qarşı heç də təsirsiz olmamışdır.

Haqqında söhbət açıdığımız başqa bir cərəyan Əşəri cərəyanı idi. Onlar başqalarından fərqli olaraq, ayə və hədislərin zahiri mənasına daha çox əhəmiyyət verər, eşitdikləri bütün hədisləri Peyğəmbər (s)-a aid edər, əldə əsaslə dəlillər olmasa belə, onun mötəbər olaraq qəbul edər və hədisin zahiri mənası ilə kifayətlənərdilər.

Edvard Braunun «Ədəbiyyat tarixi» adlı kitabını mütaliə edərkən müşahidə etdim ki, o bütün İslam əqidələrini Əşəri cərəyanı kimi nəql edir.

Əsərləri bütün dünyada rəğbətlə qarşılanan Dazi adlı başqa bir Hollandiyalı şərqşünas kitablarının birində Peyğəmbər (s)-dan belə bir hədis nəql edir: «Bədr döyüşündə Allahı gördüyünüz kimi qiyamət günündə də Allahı görəcəksiniz». Çox təəccüb etdim. Hədis kitablarını araşdırdıqda, bu hədislə qarşılaşmadım. Sonradan məlum oldu ki, o, bu hədisi kəlam kitablarından nəql etmişdir. Hədisin əsli isə belədir: «On dörd gecəlik ayı gördüyünüz kimi qiyamət günü Allahı görəcəksiniz». Bu hədisdəki (leylətul bədr – on dörd gecəlik ayı) Bədr döyüşü kimi mənalandırmışdır. Kəlam kitablarını araşdırdıqda bizə belə məlum oldu ki, belə bir hədis ümumiyyətlə, heç bir şiə kitabında nəql olunmamışdır. Əhli-sünnə mənbələrində isə bu hədis bir qədər fərqli olaraq nəql olunmuşdur. Kəlam aimləri isə hədisi yuxarıda qeyd olunduğu kimi nəql etmişlər. Hədis əhli-sünnə mənbələrində belə nəql olunur:

Bir şəxs Peyğəmbər (s)-ın yanına gəlib ondan soruşur: «İnsanlar eyni vaxta Allahı necə görə bilərlər?». Peyğəmbər (s) buyurur: «Ayı eyni vaxtda gördükləri kimi. Ay yaradılmış bir varlıqdır, Allah isə hər şeydən üstün və bütün insanlarladır».

Görün hədis müxtəlif şəxslər tərəfindən ayrı-ayrı yerlərdə nəql olunarkən, bir-birindən necə də fərqli nəzər çarpır. Bu kimi hallarda Quran dərhal bizim dadımıza çatır. Ənam surəsinin 103-cü ayəsində buyurmuşdur: «Gözlər Onu [görüb] dərk etməz. O gözləri dərk edər».

DOQQUZUNCU FƏSİL

ƏXBARİLİK

«Peyğəmbər sizə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin»[21].

Əvvəlki fəslimizdə qeyd etdik ki, su ilk dəfə öz mənşəyindən çıxdığı zaman, olduqca pak və saf olur. Lakin öz axarına düşdükdən sonra bəzən onun tərkibində hiss olunan və hiss olunmayan dəyişikliklər baş verir. Buna baxmayaraq, su yenidən təmizlənib əvvəlki halına düşə bilir. Müqəddəs İslam dini də zühur etdiyi an pak və saf olmuş, lakin illər, əsrlər ötüb keçdikcə müxtəlif mənfi ünsürlər ona daxil olmuş, hiss olunacaq dərəcədə aludə etmişdir. Lakin xoşbəxtlikdən İslamın özü haqla-batili ortaya çıxarmaq üçün biz müsəlmanların ixtiyarına bir neçə əsaslı meyar qoymuşdur. Onlardan biri Quran, digəri isə Peyğəmbər (s)-ın sünnəti, başqa birisi isə Quranın hüccət və dəlil adlandırdığı insanın ağıl və şüurudur. Bu üç meyardan düzgün istifadə etməklə, biz din və əqidəmizi bir çox səhv və xətalardan qoruyub saxlaya bilərik. İslam tarixində bir çox cərəyanlar baş vermiş və bu cərəyanlar müsəlmanların etiqad və əqidələrinə böyük təsir etmişdir. İndinin özündə də bu cərəyanlar baş verməkdə və bizləri öz təsiri altına salmaqdadır. Bizlər çox vaxt hətta bu cərəyanların İslam dinindən qaynaqlanıb-qaynaqlanmadığını belə bilmirik.

İraqlı bir yazıçı son illər bir neçə kitab təlif etdi. Yazdığı əsərlər maraqlı və cəzbedici olduğu üçün tez bir zamanda yayılıb oxucu kütləsini özünə cəlb etdi. Kitablarının birində yazırdı: «Bu günlər baş verən bir çox hadisələrdə Müaviyənin əli olduğunu görürəm». O, bu fikirdə idi ki, Müaviyə İslam dünyasında bəzi cərəyanlar meydana gətirmiş və o cərəyanların özü aradan getsə də, qoyduğu təsirlər hələ də qalmaqdadır. Mən onu araşdırmaq fikrində deyiləm. Sadəcə olaraq, burada İslam dünyasında meydana gəlmiş digər cərəyanlara işarə etmək istəyirəm.

Təqribən dörd əsr bundan əvvəl şiə məzhəbində «Əxbarilik» adında yeni bir cərəyan meydana gəlir. Bu günlər isə əxbarilik olduqca az və nəzərə çarpmazdır. Əxbarilik meydana gəldiyi ilk gündən davam etdiyi iki-üç əsr ərzində müsəlmanların böyük bir hissəsini öz təsiri altına almış və minlərlə günahsız insanın qanının tökülməsinə gətirib çıxarmış, saysız-hesabsız müharibələrin baş verməsinə səbəb olmuşdur. Əxbariliyin müqabilində nəyin durduğunu bilmək istəsəniz bilin ki, bu ictihaddır.

Bizlər belə bir əqidədəyik ki, hər bir müsəlman şəri hökmləri yerinə yetirmək üçün ya gərək özü müctehid (din alimi), ya apardığı araşdırmalardan sonra qəti nəticəyə gələn (fiqhi termin olaraq buna ehtiyat əməl deyirlər) ola və ya dini alimdən (müctəhiddən) təqlid edə (yəni onun göstərişlərinə sorğu-sualsız əməl edər) və bizlər təqlidi tamamilə düzgün və məntiqi bir iş hesab edirik. Əxbarilər isə ictihadı qətiyyətlə rədd edir, onu bidət hesab edirdilər. Onlardan, «dini məsələlərdə kimə müraciət etməli?» soruşduqda, deyərdilər: «Hər bir müsəlman nəql olunmuş hədis və rəvayətlərə müraciət edib və şəri hökmləri oradan əldə etməlidir«. Müctəhidlər onlara məntiqi cavab verərək deyirdilər: «Təbabət elmində olduğu kimi, dini məsələlərdə də fitva vermək üçün dini elmlərə yiyələnmək və mütəxəssis dərəcəsinə çatmaq lazımdır». Onlar isə bütün bu deyilənləri əldə heç bir əsas olmadan rədd edir və bunu əhli-təsənnündən götürüldüyünü iddia edirdilər.

Fətəli şahın dövründə Tehranda Mirzə Məhəmməd Əxbar adlı bir şəxs yaşayırdı. Milliyyətcə hind olan bu şəxs müsəlmanlar arasında saysız-hesabsız çəkişmə və qarşıdurmalara səbəb olurdu. Bir müddət Nişapurda yaşayıb, daha sonra Tehrana gəlir. Ömrünün son illərində İraqa ziyarətə gedir və orada qətlə yetirilir.

Bəs əxbarilik nə zaman və kim tərəfindən meydana gəlmişdir?

Əxbarilik 3-4 əsrdən çox davam gətirmir və ilk dəfə olaraq bu haqda Məkkə və Mədinənin yaxınlığında yaşayan Molla Əmin Əstərabadi fikir irəli sürür. (Bu şəxsin tarixi və kimlərlə əlaqədə olduğu dəqiq məlum deyildir. Şiə olmasına baxmayaraq Şeyx Tusi, Əllamə Hilli və Mühəqqiq Hilliyə qarşı çıxır və onların nəzəriyyələrini qətiyyətlə rədd edirdi. Çünki Əllamə Hilli özünün əsaslı dəlilləri ilə nəql olunmuş hədis və rəvayətləri mötəbər hesab etmirdi. Onun fikrincə, rəvayətlər sənəd baxımından bir neçə hissəyə bölünür:

1.      Səhih – o rəvayətlərə deyilir ki, onu nəql edən ravilər hamısı şiə və mötəbər şəxs olmuş olunsunlar.

2.      Müvəssəq – o rəvayətlərə deyilir ki, onu nəql edən şəxslər etibarlı, lakin şiə olmasın.

3.      Həsən – o rəvayətlərə deyilir ki, onu nəql edən şəxslər düz danışan, lakin onların yaxşı və sadiq olduqları sübuta yetirilməmiş olsun.

4.      Zəif – o rəvayətlərə deyilir ki, onu nəql edən şəxslər və ya heç olmasa onlardan biri etibarlı olmamış olsun. Tarix az-çox onların (ravilərin) kimliyi haqda bizə xəbər verir (əlbəttə, kimliyi məlum olmayan şəxslər də az deyildir).

Buradan belə bir nəticəyə gəlirik ki, nəql olunan rəvayətlərin hamısı heç də mötəbər deyildir. Bunun üçün də biz ilk növbədə hədisin kimlər tərəfindən nəql olunduğuna diqqət yetirməliyik. Molla Əmin, Əllaməyə öz etirazını bildirərək demişdir: «Əllamə rəvayətlərimizi hissə-hissə etmiş və onlardan bir çoxunu ixtisara salmışdır. Əlimizdə nə qədər rəvayət varsa, onların hamısı düz və mötəbərdir. Hər-hansı bir rəvayəti zəif adlandırmaqla, İmam Sadiq (ə)-a qarşı hörmətsizlik etmiş oluruq. Məgər imam Sadiq (ə)-dan zəif hədis nəql oluna bilərmi?! Xüsusilə, dörd mötəbər hədis kitablarında?!».

Yəni Şeyx Koleyninin «Üsuli Kafi», Şeyx Tusinin «Təhzib» və «İstibsar» və Şeyx Səduquq «Mən la yəhzurul fəqih» adlı kitablarında. Əgər hər-hansı bir hədis və rəvayət bu dörd kitabdan birində nəql olunarsa, heç bir şübhəyə yer qalmamalıdır.

HƏDİS QONDARMAĞIN BƏZİ NÜMUNƏLƏRİ

Müctəhid o şəxslərə deyilir ki, Əllamənin bu nəzəriyyəsini qəbul etmiş olsun. Üsuli-Kafi və adları çəkilən digər kitablarda da sənəd və ravi baxımından qeyri-mötəbər və heç bir əsası olmayan rəvayətlərlə qarşılaşırıq. Məsələn, bir qədər əvvəl Riba (sələm) barədə mütaliə edirdim. Rəvayətlərin birində Əli ibni Əlhədid adlı bir şəxs deyirdi: «Səlsəbil adlı bir qadın məndən pul istədi. Pulu ona faizlə verdim, şəri qanunlara əsasən bu iş düzdür, ya yox?». Səhv etmirəmsə hədis «Təhzib»də nəql olunmuşdur. Başqa bir rəvayətdə isə həmin şəxsin adının çəkildiyini gördüm. Şeyx Tusi hədisi nəql etdikdən sonra deyir: «Hədis olduqca zəifdir». Demək əgər hədis bu dörd hədis kitablardan birində nəql olunmuşsa, hökmən onu qəbul emtəliyikmi? Xeyr! Bu kimi hədislərə istinad etmək olmaz.

Başqa bir misal: Koleyini «Üsuli Kafi»də belə bir hədis nəql edir: «İmam Sadiq (ə)-ın zamanında bir neçə nəfər şəxs Peyğəmbər (s) məscidinin günbəzini təmir etmək qərarına gəlir. Tavanı götürdükdən sonra onlardan biri deyir: «İndiki tavanı götürmüşük, Peyğəmbər (s)-ın qəbrinə yuxarıdan baxa bilərik, ya yox?». Biri baxmaq olduğunu, digər isə bunu tamamilə rədd edir. Onlardan biri «nə üçün baxmaq olmaz» soruşduqda, bununla müxalif olan şəxs deyir: «Ola bilsin, Peyğəmbər (s)-ın qadınlarının biri ilə məhrəmanə söhbət etmiş olsun və biz onları görə bilərik!».

Bəlkə də bu adi və sadəlövh bir müsəlmanın sözləridir. Belə olan təqdirdə, «Üsuli Kafi»də nəql olunan bütün hədis və rəvayətləri qəbul etməliyikmi? Əxbarilər bu məsələyə təkid edərək deyirdilər: «Kafi»də nəql olunan bütün hədislər düzgün və mötəbərdir. Müctehidlər isə onların bu fikirləri ilə razılaşmayıb deyirlər: «Xeyr! Bu kimi qondarma və saxta hədislər minlərlədir və onlara istinad etmək tamamilə səhvdir».

Əbil Xəttab İslamla zidd və dini-imanı olmayan bir şəxs idi. Edam olunarkən son sözü bu olur: «Mən sizin hədislərinizə dörd min saxta hədis əlavə etmişəm». Müctəhidlər məhz bu kimi faktları nəzərə alaraq, nəql olunmuş bütün hədis və rəvayətlərə istinad etməyi əsla düzgün hesab etmirlər.

Görkəmli dini şəxsiyyətlərdən biri olan Yunis ibni Əbdür-rəhman deyir: «Çalışırdım yalnız mötəbər hədisləri yığıb, onu kitab halına salam. Hədisləri yığıb qurtardıqdan sonra onları imam Rza (ə)-a göstərdim və dedim bu rəvayətləri sizin ata-babalarınızdan (məsum imamlardan) nəql yazmışam. İmam Rza (ə) hədislərin bəzilərinin üzərinə xət çəkib buyurdu: «Bunlar yalandır».

MÜCTEHİDLƏRİN ƏXBARİLƏRLƏ MÜBARİZƏSİ

Lakin əxbarilər bütün bunları qəbul etmək istəməmişlər. Uzun illər müctəhidlər ilə əxbarilər arasında çəkişmə və mübahisələr olmuşdur. Əxbariliyi donuq və qeyri-fəal cərəyan adlandırmaq olar. Onlar bununla kifayətlənməyib, qeyri-məntiqi təəssüb hissinə yiyələnməyə başlayırlar. Şiələrə irad tutub deyirlər: «Şəri hökmləri, həqiqəti üzə çıxarmaq üçün Quran, sünnə, əql və icmanı dörd əsas dəlil hesab edirsiniz. İcma əhli-sünnə tərəfindən meydana gəldiyi bir halda, onu necə dəlil hesab etmək olar. Məgər Əli (ə)-ın xilafətdən kənarlaşdırılmasına səbəb olan icma olmadımı».

Müctəhidlər onlara cavab verərək deyirlər: «Əvvəla, xilafətin icma ilə heç bir əlaqəsi olmamışdır. Bu Peyğəmbər (s)-ın açıq-aşkar buyurduğu olmuşdur və Əbu Bəkr icma yolu ilə xəlifə olmamışdır. İcma ona deyilir ki, bütün nəzər sahibləri hər-hansı bir məsələ üzərində müzakirə etmiş olsunlar. Əbu Bəkr xilafətə təyin olunduqda isə, Əli ibni Əbu Talib və Zübeyr Mədinədə idilər. Bir neçə nəfər şəxs Bəni-Səqifədə toplaşaraq adını icma qoyurlar. Əxbarilər dedilər: «Xeyr! İcmanın dərdi bir o qədər də ağır deyildir. Sizlər ağıla istinad edir və qarşılaşdığınız məsələləri onun vasitəsilə həll etmək istəyirsiniz. Bu isə tam səhv bir işdir. Əgər hər hansı bir hədisi ağlınız qəbul etməzsə, biz buna etina etməməli, ümumiyyətlə ağıla belə bir haqq verməməliyik».

Bu məsihilərin dedikləri sözlərdir. Onlar ağılın dini məsələlərə müdaxilə etməsini yolverməz hesab edirlər. Məsihilər deyirlər ki, Allah İsa oldu, İsa da Allah oldu. Aləmi vücuda gətirən Allah təkdir, tək olduğu halda da üç şeydən ibarətdir. Axı varlıq necə həm bir, həm də üçlük təşkil edə bilər? Ağıl bunu rədd edir. Lakin onlar ağıla bu kimi işlərdə heç bir səlahiyyət vermirlər.

Əxbarilər də məhz belə bir məntiqə əsaslanırdılar. Belə bir misal çəkirlər: «Bir dənizin suyunun bir fincana yerləşməsini ağıl qəbul etməyir. Lakin ağılın bu kimi məsələlərə müdaxilə etməyə heç bir səlahiyyəti yoxdur». Əxbarilər bu məntiqlə hoqqabaz və fırıldaqçı şəxslərdən istifadə edərək, minlərlə hədis uydurur və onların ixtiyarına qoyurdular.

Təəssübkeş və İslama qarşı qərəzli mövqe tutan yəhudilər belə bir münasib şəraitin yarandığını görüb, hədis məcmuəsi uydurub əxbarilərin ixtiyarına qoyur və onlar tam sadəlövliklə bu hədislərə istinad edirdilər.

«Silsilətil-Əhmar» və digər hədis məcmuələri sözün əsl mənasında İslam dünyası üçün böyük bir faciə olmuşdur. Əgər müctehidlər bu sahədə öz səylərini göstərməsəydilər, bu günlər müsəlmanlar böyük çətinliklərlə üzləşməli olacaqdılar.

ƏXBARİLƏRİN QURANLA TOQQUŞMASI

Bəs Quran? Hədislərin mötəbərliyini sübuta yetirmək üçün o necə aradan götürməli idi? Axı onu Allah kəlamı olmadığını deyə bilmirdilər. Əxbarilər belə bir məntiqə əl atırlar: «Quran hər şeydən uca olduğu üçün adi insanlar onu başa düşməyə qadir deyildilər. Onu dərk edə biləcək şəxs varsa, o da məsum imamlardır».

Quran oxunub dərk olunmaq üçün nazil olmuşdur. Baxaq görək, imamlar özləri bu haqda nə demişlər. Onlar, necə deyərlər Quranın zahiri mənalarını dəlil hesab etməmişlər. Məsələn, «Maidə» surəsinin 90-cı ayəsində deyilir: «Şərab da [içki də], qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız».

Ayə`nin zahiri mənasına baxaraq deyə bilərik ki, şərab və qumar qəti olaraq haram edilmişdir. Lakin əxbarilər bununla razılaşmayıb deyirlər: «Xeyr! Rəvayətlərə müraciət etmək lazımdır. Görək şərab və qumar haram edilmişdir, ya yox?».

Ümumiyyətlə onlar belə bir fikirdədirlər ki, Quranın müraciət etdiyi şəxslər əsla bizlər [müsəlmanlar] deyildir. Beləliklə Quranı da etibardan salaraq, yalnız hədis və rəvayətlərə müraciət etməyi zəruri hesab etmişlər. Lakin həqiqəti aşkara çıxarmaq üçün Quranın nə dediyinə və nəql olunmuş hədis və rəvayətlərin hansının mötəbər və hansının isə zəif olduğuna diqqət yetirilməlidir. Hər şeyi məntiqi olaraq araşdırmalı, alimlərin [icmanın] verdikləri fitvaları nəzərdən keçirməliyik. İctihadla müxalif olan əxbarilərin dediklərini nəzərə almaq, bəzən Quranın özünü də sual altına almalı olacağıq. Məsələn, «Siratəlləzinə ənəmtə ələyhim ğəyril məğzubi ələyhim vələzzallin» ayəsini onlardan bəziləri öz saxta hədislərinə istinad edərək belə oxumuşlar: «Siratə mən ənəmtə ələyhim ğəyril məğzubi ələyhim və ğəyriz-zalin». Beləliklə, saxta və qeyri-mötəbər hədislərə istinad edərək, Quranın bir çox ayə və kəlmələrini dəyişib bir qədər fərqli olaraq oxumuşlar. Bununla kifayətlənməyib həmin Quranların nəşrinə başlamışlar. Lakin Ayətulla Birucərdi bundan xəbər tutur, nəşrin qarşısını alıb, çap olmuş Quranları dənizə tökməyi əmr edir. Vay o gündən ki, həmin Quranlar çap olub yəhudi və məsihilərin əlinə düşmüş olaydı. Onlar bunu bəhanə gətirərək deyərdilər: «Quranın təhrif olunmadığını iddia edən müsəlmanlar indi özləri öz əlləri ilə yeni Qurandan fərqli olan başqa bir Quran yazmışlar».

Xəvaric heç də Quranın oxunuşunun əleyhinə deyildi. Onlar Quranı yazıb-oxumağı tövsiyə edir, lakin onu təfsir və dərk etməyi yasaq edirdilər. Məhz bunun nəticəsində İslam alimləri bir müddəti Quranı təfsir etməkdən boyun qaçırmışlar. Əxbariliklə meydana gəlmiş belə bir qorxulu tərzi-təfəkkür, İslam dünyasına ağır zərbə vurmuşdur və təəssüflər olsun ki, indinin özündə də, hələ də onun ağrı-acısını çəkməyə davam edir.

Mənə belə gəlir ki, əxbarilik şərqdə qərbin materializm fəlsəfəsindən irəli gəlmişdir. Çünki, əxbarilik meydana gəlməklə, qərbdə fəlsəfəsini ixtira etdilər. Onlar ağıl və şüuru rədd edir və yalnız göz ilə görünən və hiss orqanları ilə hiss olunan şeylərin mövcud olduğunu qəbul edirdilər. Belə bir ideologiya Səfəvi dövləti ilə Avropa ölkələri arasında sıx əlaqələr bərqərar olunduğu bir halda meydana gəlir və həmin dövrdə əql və məntiqi rədd edən yeni cərəyan ortaya çıxır. Onlar materializm fəlsəfəsindən bir qədər fərqli olaraq əxbariləri müdafiə edir, ağılın dini məsələlərə müdaxilə etməyə səlahiyyəti çatmadığını hesab edirdilər və təəssüf olsun ki, bizlər də bunda müqəssir olmuşuq.

ONUNCU FƏSİL

MƏŞRUTƏ

 

«Hökm ancaq Allahındır»[22].

8 və 9-cu fəsillərdə İslam tarixində meydana gəlmiş iki donuq və qeyri-fəal cərəyana işarə etdik. Onlardan biri xəvaric, digəri isə əxbarilər olmuşdur. Xəvaric «Hökm ancaq Allahındır» (İnnəl hukmə illa lillah) ayəsini şuar edərək, hakimiyyət uğrunda mübarizə aparan iki nəfər şəxsdən birini həkəmiyyət (qəzavət) yolu ilə xilafətə təyin etməyin din ilə ziddiyyət təşkil etdiyini bildirirlər. Onlar özləri bu işi gördükləri üçün özlərini günahkar hesab edir, tövbə etməyi yeganə yol görür, Əli (ə)-ı da tövbə etməyə vadar edirlər. Lakin Əli (ə) bu işdə onun əli olmadığını və bunun üçün tövbə etməyəcəyini bildirir. O deyirdi: «Bu iş sizin təsəvvür etdiyiniz kimi heç də küfr deyildir, səhvə yol verilmiş və müqəssir də mən deyil, sizin özünüzsünüz».

Haqqında söhbət açdığımız başqa bir cərəyan əxbarilik idi. Əkbarilər xəvaricdən bir o qədər də fərqli deyildi. Onlar ictihadı cəmiyyətlə rədd edir, bunu ağılın dini məsələlərə müdaxiləsi kimi qələmə verirdilər. Qurana gəldikdə isə, oun dərk və təfsir olunmasını yalnız imamların öhdəsinə qoymuşdular.

Bu iki cərəyanla yanaşı, yaşadığımız əsrdə «Məşrutiyyət» adlanan başqa bir cərəyan meydana gəlir. Bu cərəyan meydana gəlməklə, İran əhalisi iki hissəyə bölünür: məşrutiyyət tərəftarları və onunla müxalif işibdad tərəfdarları. Tək şuya siyasətçilər deyil, ruhanilərin də böyük bir hissəsi məşrutiyyət cərəyanını dəstəkləyirdi. Məşrutiyyətlə müxalif olanlar harada olularsa-olsunlar, dini məsələlərdə tələbələrlə pis davranır, onları aylıq hüquqlarından məhrum edir, bir sözlə özlərindən uzaqlaşdırmağa çalışdırırlar. Onlar bir-birlərini hətta küfr etməkdə belə ittiham edirdilər. Beləliklə, ruhanilər arasında ixtilaf və qarışdırma yaranmağa başlayır.

Burada olduqca mühüm bir mətləbə işarə etmək istəyirik. Məşrutiyyət barədə söhbət almaq istədikdə, iki mühüm məsələ ilə qarşılaşırıq və biz burada yalnız biri haqda söhbət açmaq istəyirik. O da bundan ibarətdir ki, görəsən, ictimai-siyasi baxımından İranda Məşrutiyyət cərayanının baş verməsinə hansı alimlər səbəb olmuş nə kimi (xarici siyasi) amillər onunla müxalif olmuşdur?

 Dünyaya hakim olan iki böyük siyasətdən biri məşrutiyyəti dəstəkləmiş, digəri isə ona qarşı müxalif mövqe tutmuşdur. Nə üçün?

Məşrutiyyəti dəstəkləyən qüdrətli ölkələr bu cərəyan qalib gəldikdən sonra öz siyasətini İranda tətbiq etməyə çalışırdılar. O, buna naildə olur. Müxalif tərəf isə İrandakı nüfuzunu itirmək istəmir və öz rəqibinin qarşısını almaq istəyirdi. Məşrutiyyətlə müxalif olanlar, həqiqi məşrutiyytin həyata keçməyəcəyini görür və ölkəyə yeni xarici siyasətin nüfuz etdiyini hiss edirdilər. Bunun üçün də meydana gələn cərayanla müxalifət edirdilər. Məşruyətçilər ilə dövlət tərəfdarlarını tanıyır və ölkəyə tətbiq olunacaq siyasətin təhlükəsini başa düşürdülər (Ruslar dövləti istimbdadı və İngilislər isə məşrutiyyəti dəstələyirdi).

MƏŞRUTƏÇİLİYİN TƏRƏFDARLARI VƏ MÜXALİFLƏRİ

Mərhum axund Xorasani kimi görkəmli şəxsiyyət məşrutiyyət tərəfdarlarında həqiqi alim və yüzlərlə tələbə yeişdirmiş, İslam dünyasının böyük dini şəxsiyyətlərindən olmuşdur. Onun dərslərində min ikiyüz tələbə və üç yüzə yaxın müctehid iştirak edərdi. Elm və savadı ilə yanaşı, o, olduqca zahid və təqvalı ruhani idi. Məşrutiyyətdən təkləməkdə də şübhəsiz ki, onun niyyəti saf və millətin mənafe ilə həmahəng olmuşdur və kimsə məşrutiyyət ilə müxalif olmuşsa, heçdə o demək deyildir ki, o axund Xorasanini günahkar hesab etmişdir. Yerli istibdadı dəstəkləyən və məşrutiyyətlə müxalif olanlardan biri də, fiqh sahəsində misli olmadan mərhum ağa seyyid Kazım Yəzdi kimi böyük şəxsiyyət olmuşdur. Məşrutiyyəti dəstəkləyən və yerli istəbdadla müxalif olanlar da heçdə Mərhum Yəzdiyə qarşı müxalif mövqe tutmamış və onu bu işdə günahkar hesab etməmişlər. Demək, məqsəd alimlərini dəstəkləmək və ya təqsirləndirmək deyildir. Çünki, bu bir tərəfli məsələ deyildir. Əgər məşrutiyyət və istibdad alimi bir məsələ olsaydı, bu haqda söhbət açmaq olardı. Məşrutiyyətin baş verməsinə bir necə alim səbəb olmuşdur.Biz burada xarici siyasətlərin məşrutiyyət inqilabına nə kimi təsir qoyduğu və kimlərin onunla müvafiq və ya müxalif olduqları haqda söhbət açmaq istəmirik. Faktlar göstərir ki, məşrutiyyət ilə müxalif olanlar, belə bir mövqe tutmalarını həyata geçirilən «məşrutiyyətik» deyənlərlə fərqli olması ilə izah edirdilər. Mərhum Şeyx Fəzlullah və başqaları bu cərayanı, necə deyərlər, qanuni məşrutiyyət hesab etmirdilər.

Hər-halda belə bir cərəyan həyata keçirilir ki, bu da bir çox qanlı hadisələrin baş verməsinə səbəb olur. Yüzlərlə müctehid qətlə yetirilir Şeyx Fəzlullah Nuri kimi böyük şəxsiyyətlər dar ağacından asılır. Bu heçdə balaca iş deyildir Mərhum Nuri zəmanəsinin dahi şəxsiyətlərindən biri idi. Sözün əsl mənasında, nun və hiqiqi ictihad sahibi olmuşdur. Biz bu məsələyə başqa bir mövqeyi nəzərdən baxmaq istəyirik. Yəni baş vermiş bu cərayanı xarici amillərdən ayırdıqdan sonra araşdırmaq istəyirik. Hər şeydən əvvəl bizi maraqlandıran budur ki, o işlər İran məşrutiyyətilə hazır idi ya yox?

Əhalisinin böyük bir hissəsinin məşrutiyyətinin nədən ibarət olduğunu bilmədiyi bir halda, qapı-qapı döyüb deyirdilər: «Heç bilirsiniz məşrutiyyət nə demikdir? Əgər ölkədə məşrutiyyət hakimiyyəti bərqərar olunarsa, yemək-içməyinizi qapılarınızı döyüb sizə verəcəklər». Sadəlöv, avam camaat bundan heyrətə gəlib, belə bir günün həsrətini çəkir və onu səbirsizliklə gözləyirdilər. Nə məşrutiyyətlə mübarizə aparan nə etdiyini bilirdi, nə də istibdad dövləti müdafiə edənlər nəyin ardınca getdiklərini başa düşürdü. Millətin nəyəsə hazır olmaması həmin şeyi başa düşməməsi deməkdir. Bizlər özümüzdə milləti dərk edən bir ölkə təsəvvür yaratmaq istəyirik ki, bu cərəyanın baş verməsində heç bir xarici amil müəssər olmamışdır. Məşrutiyyət, İslam qanunları ilə həmahəng olmuşdur, ya yox? Biz bunu araşdırmayınca, belə bir donuq və qeyri-fəal cərəyanın həqiqi mahiyyətini dərk edə bilməyəcəyik.

Xarici alimləri əsas götürən bəzi şəxslər, məşrutiyyəti İslam dini ilə zidd və çarəsizlik üzündən istibdad dövləti ilə həmahəng olduğunu hesab etmişlər. Nə üçün?

Məşrutiyyət tərif olunmayınca, onun barəsində heç bir söz deyə bilmərik.

MƏŞRUTƏNİN TƏRİFİ



Geri   İrəli
Go to TOP