A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: ISLAM VƏ ZAMANIN TƏLƏBLƏRİ
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


İbni Heysəm fizika-riyaziyyat sahələrində böyük şöhrət tapmış İslam alimlərindən biri olmuşdur. Onun işıq barədə bir çox maraqlı təhqiqatları olmuşdur. Bir çox avropa alimləri özlərinin elmi əsərlərində onun nəzəriyyələrindən istifadə etmişlər. İbni Heysəmin «Mənazir» adlı kitabı hal-hazırda mütaliə və təhqiq olunur. İspaniyada İslam imperatorluğu hakim olduğu illərdə, on ikinci əsrdə yaşamış dahi avropa alimlərindən olan Racer Beyken özünü bütün elmi nailiyyətlərində İbni Heysəmə borclu olduğunu etiraf etmişdir. Vil Dorant özünün «Tarix sivilizasiyası» həmçinin Qustav Nuben özünün «İslam və ərəb tarixi sivilizasiyası» adlı kitablarında Racer Beykenin dilindən yazırlar: «Bu elmdə mənim həqiqi ustadım İbni Heysəm olmuşdur, mən onun kitablarından çox bəhrələnmişəm».

Əlbəttə, sonralar işıq mövzusunda bir çoxları daha da inkişaf etmişlər.

İşığın nədən ibarət olduğu elmə məlum olduqdan sonra bəşər şəkil və kino çəkmək sənətinə yiyələnməyə başladı. Bütün bunlar elmi mövzulardır. Belə bir nailiyyətlər əldə etməklə, elm inkişaf etmiş olurmu? Sözsüz ki, inkişaf etmiş olur. Bəşər isə bu yolla elmdən istədiyi kimi istifadə edir.

Elm öz işini görür, elmi ixtira və kəşflər olunur. Elə bu əsnada, pulpərəst və havapərəst bir şəxs meydana çıxıb elmdən insanlardan sui-istifadə etmək və onların əxlaq və mənəviyyatına xələl gətirmək üçün istifadə etməyə başlayır. Qeyri-əxlaqi filmlər çəkərək, geniş şəkildə onu cəmiyyətdə yaymağa başlayır. Bir sözlə, elmi öz əsarətinə alaraq ondan sui-istifadə edib, insanların əxlaq və mənəviyyatına mənfi təsir göstərmiş olur. Belə olduğu bir halda, onu əsrin və elmin bəhrəsi kimi qəbul edə bilərikmi? Xeyr! Bu yalnız elmin bəhrəsi deyildir, elmin bəhrəsi tam başqa bir şeydir. Bu öz əsarəti altına almış bir qrup şəhvətpərəst insanların məhsuludur.

Başqa bir misal çəkək: Kimya adlanan bir elm yaşadığımız dünyada hal-hazırda inkişaf etməkdədir. Əşyaların, maye və qazların tərkib hissələri haqda söhbət açan bu elm, insana müxtəlif tərkib hisslərindən bir çox çeşiddə dəva-dərman hazırlamağa imkan vermişdir. Elm getdikcə inkişaf edir və maddələrin tərkib hissələri haqda yeni-yeni məlumatlar əldə olunur. Elmin belə bir irəliləyişi ilə həmahənglik etməliyikmi? Bəli, onunla həmahəng olmağımız lazım və zəruridir. Lakin bəzən elə bir mərhələyə gəlib çatır ki, elm fasid insanların ixtiyarına düşərək, böyük təhlükəyə çevrilir. İllər boyu təhsil alıb maddələrin tərkib hissəsi ilə yaxından tanış olduqdan sonra təsir və məstetmə baxımından tiryekdən dəfələrlə güclü olan heroin adlı bir maddə də əldə edir. Ən ismətli qadınlar belə ona mübtəla olduqda ehtiyac duyduqları zaman ona xatir özlərini başqalarının ixtiyarına qoymağa belə hazır olarlar. Bu ümumbəşəri bəladır! Heroinin hazırlanmasında elmin bir rolu olmuşdurmu? Bəli, olmuşdur. Lakin onu elm deyil, insanların şəhvəti meydana gətirmişdir. Elm bəşəriyyətin əlində daim nur saçan bir çıraqdır. O, əlindəki çırağı özü ilə hara apararsa, yalnız həmin yeri və həmin yolu işıqlandırmış olur. Hər şeydən önəmlisi isə, əlində çıraq tutmuş şəxsin onu özü ilə hara aparmasıdır.

Ali təhsil almış doktor özü-özlüyündə fikirləşir. İndi ki ali təhsil almışam aptek açıb məsələn, ayda bir milyon manatlıq ticarət etməkdənsə, heroin düzəldib sataraq, yüz milyon manat əldə etmiş olaram. Belə olduğu bir şəraitdə biz heroini zaman və dövrün inkişafı ilə əlaqələndirərək onu elmin nailiyyəti adlandıra və daha sonra «zamanın təlabatıdır» - deyə istifadə edə bilərikmi?! Burada Quranın istedad adlandırdığı iki şey «Biz əmanəti təklif etdik» və «o çox zalim çox cahil» eyni ünvan altında birləşir. Bəşəriyyətin yenilik istedadı onun zülm, sitəmkarlıq və nadanlığı ilə birlik təşkil etmiş olur. Yəni bəşəriyyətin zülmkarlıq istedadı onun yeniliyə olan meyl istedadını öz ixtiyarına almış olur. Yenilik qüdrətini şəhvət və heroinin ixtiyarına düşdükdə isə, əldə olunan şey, əxlaqsız filmlərin çəkilib geniş şəkildə yayılması olur.

Başqa bir misal çəkək: İyirminci əsri adətən «Atom əsri» adlandırırlar. Lakin bəşər atom nüvəsindən azacıq istifadə etməzdən əvvəl dünyanın istismarçı qüvvələri azad nəfəs alan hər bir şəxsə hədə-qorxu gəlmək üçün alimləri «atom bombalarını» düzəltməyə vadar etmişlər. Belə olduğu bir halda belə bir qorxulu silahı, atom kəşfinin və yaşadığımız əsrin bəhrəsi adlandıra bilərikmi? Həmçinin, biz onu bəşəriyyətin ilahi və zamanın təlabatı hesab edə bilərikmi? Əgər zamanın təlabatı ilə həmahənglik etmək lazımdırsa, bəs nə üçün bəşəriyyət «silahlanma rəqabətinə son qoymaq lazımdır!» deyərək nalə edirlər? Özü də atom kimi dəhşətli bir silaha. Əgər bu həqiqi inkişaf və irəliləyişdirsə, bəs nə üçün bütün bunlarla mübarizə aparmaq istəyirlər? Bu elmin nailiyyətidir, lakin azad elmin yox. Burada da bəşərin ixtira və yenilik istedadı istemarçılıq və hökmranlıq meylinə tabe olmuşdur.

Deyilənlərə görə, Amerikada Enşteyn üçün fəxri bayram məclisi qurulur. Orada iştirak edən alimlər bir-bir onun nailiyyətlərindən və elmi dərəcəsindən söhbət açır. Özünə söz verildikdə deyir: «Siz elə bir şəxs üçün bayram keçirirsiniz ki, dünyada atom bombasının düzəlməsinə səbəb olmuşdur».

Əlbəttə, atomu ixtira etmək ondan məqsədi, atom kimi dəhşətli nüvə silahı düzəltmək yox, bəşəriyyətin tərəqqisi naminə istifadə etmək olmuşdur. Lakin o istəyinə nail olmazdan əvvəl ruzveltlər, stalinlər, çerçellər, xuruşovlar, ayzenhaverlər öz qüdrətlərini bəşəriyyətə göstərmək üçün öz mənfəətləri naminə istifadə etməyə başlamışlar.

Maqnitafon və digər səs yazan qurğuları ixtira edən şəxsin ən ümdə məqsədi, elmi konfrans və çıxışları yazıb elmin tərəqqisinə xidmət etmək olmuşdur. Lakin iki-üç konfrans və elmi mühazirə yazılmamış, mənəviyyata mənfi təsir göstərən şəhvətamiz təsnif və mahnılar bütün aləmi bürüyür. Buna səbəb olan nə olmuşdur? Bəşərin şəxsi mənafei üçün istifadə etdiyi şəhvətpərəst istəyi.

AZAD VƏ ƏSARƏTDƏ OLAN ELM

Artıq burada bizə məlum olur ki, bəşər irəliləyişi ilə yanaşı, öz istedad və bacarığından sui-istifadə etəməyə belə qadirdir. Hələ qədim zamanlardan əxlaq alimləri bu mətləbə xüsusi diqqət yetirərək demişlər: «Bir şəxsin hər hansı bir elmə yiyələnməsi heç də onun bəşəriyyətin tərəqqisi naminə sərf edəcəyinə dəlalət etmir. Ola bilsin, bir şəxs alim olsun və öz elmindən şəxsi istək və məqsədi üçün istifadə etmiş olsun».

Əli (ə) buyurur: «Mən çox şeyləri bilirəm, lakin əfsuslar olsun ki, təlim etmək üçün kimsə tapmıram». Sonra buyurur: «Bəli, hərdən bəzilərini tapıram, lakin tapdıqlarım şəxslər qəlbi yumşaq olsalar da, axmaq kimi heç nəyi və ya dediklərimin əksini başa düşürlər. Bəzilər isə olduqca zirək olarlar, lakin məndən əldə etdikləri məlumatları dərhal öz şəxsi mənafeləri üçün istifadə edirlər».

Sani deyir: «Elm öyrəndikdə ona qarşı o qədər həris ol ki, gecənin zülmətində oğru çırağla gəlib onu qarət etməsin».

Tamamilə düzdür! Çünki biri alim olduqda, heç də o demək deyil ki, onun gördüyü bütün işləri doğru və düzgün hesab edək. Hər şeydən əvvəl baxıb görməliyik ki, yönəldiyi elm azaddır, ya yox? Onun yiyələndiyi elm əqlin hökm etdiyi istiqamətə yiyələnmişdir, ya şəxsi məqsədlərə? Əlinin (ə) buyurduğu kimi - «Dünya naminə istifadə olunan dini alət olmamalıdır».

Bütün bunlar bir adama şamil olur, o ki, qaldı qrup halında fəaliyyət göstərən və bəşəriyyəti öz arxasınca aparan alim və təhqiqatçılara. Çünki öz mənafelərini güdən bəzi havapərəst insanlar daim onların elmlərindən sui-istifadə etməyə sə`y göstərmişlər.

Bütün bunları nəzərə alaraq, dünyada və yaşadığımız cəmiyyətdə baş verən dəyişikliklərin hansılarının yaxşı və hansılarının pis olduğunu müəyyən edə bilərik. Baş verən dəyişikliklərdə elmin rolu olsa belə, əgər şəxsi mənafeyə istiqamətlənərsə, onunla həmahənglik olunmamalıdır. Belə bir dəyişikliklə həmahənglik etmək, süqut və tənəzzül ilə nəticələnir.

Əgər «yaşadığımız əsr elm texnologiya əsridir» desəniz, cavabında deməliyik: Bəli, yaşadığımız əsr elm texnologiya əsridir. İnsanın vücudu necə yalnız elmdən ibarətdir elmdən savayı onun vücudunda heç bir qüvvə yoxdurmu? Xeyr, vardır.

Elm yaşadığımız əsrdə bəşərin əsir və köləsi olduğu qədər heç bir dövrdə olmamışdır. Bu əsri, «elm əsri» yox, «elmin əsarəti əsri» adlandırmalıyıq. Elə bir dövr ki, elmi bir an belə azad nəfəs almağa qoymamışdır. Arxada qoyduğu bütün dövrlərdə indikindən daha azad və müstəqil olmuşdur. Heç bir dövrdə elm və alim bu günkü kimi bədbəxt və çarəsiz olmamışdır. Əgər yaxşı diqqət yetirsəniz bunun şahidi olacaqsınız ki, dünyanın hansı guşəsində olursa-olsun, məşhur bir ixtiraçı və ya psixoloq meydana gəldikdə, dünyanın hegemon ölkələri dərhal onu istismar edərək, özlərinin mənafelərinə uyğun fəaliyyət göstərməyə vadar etmişlər. Enşteyn bunun üçün ən gözəl misal ola bilər. Dünyada ondan bədbəxt ikinci bir şəxs ola bilərmi? Harada olurlarsa olsun, atom sahəsində şöhrət tapmış alimlər dərhal qüdrətli dövlət və siyasətçilər tərəfindən həbs olunaraq, onların mənafelərinə müvafiq olaraq fəaliyyət göstərməyə vadar olunmuşlar. Xüsusi göstərişlər alan alimlər ciddi nəzarətlər altında saxlanılır və öz məlumatlarını başqalarına ötürə bilməsinlər deyə, yaxın qohum-əqrəbaları ilə ünsiyyətdə olmağa icazə verilmir. Bəs bu necə elm əsridir? Elm əsridir, lakin azad elmin deyil, əsarətdə və köləlikdə olan elmin. Elə bir əsr ki, elm qüdrətindən başqa ayrı bir qüdrət cəmiyyətə hökmranlıq və alimləri öz mənafelərinə müvafiq olaraq fəaliyyət göstərməyə vadar edir.

Demək, zamanın tələbləri ilə tam mənada ayaqlaşmalıyıq deyiriksə, bu heç də elmlə müxalif olmaq deyildir. Belə bir araşdırmadan bizə məlum olur ki, azad elm və insan şüurunun şəhvət və havapərəstliyə qalib gəldiyi əsr deyildir. Yəni yaşadığımız əsr enşteynlərin hakim və ruzveltlərin onlara tabe olacağı əsr deyildir.

ƏFLATUNUN «MƏDİNEYİ-FAZİLƏ» NƏZƏRİYYƏSİ

Əflatunun (...) adlı məşhur nəzəriyyəsi vardır. O, irəli sürdüyü bu nəzəriyyədə deyir: «Dünya yalnız o zaman səadətə çatacaqdır ki, dövlətə hikmət sahibləri rəhbərlik, rəhbərlər də hikmət sahibləri olsunlar. Nə qədər onlar ayrı-ayrı təbəqə olacaqlarsa, dünya səadətə doğru getməyəcəkdir».

Biz müsəlmanlar belə bir əqidədəyik ki, dünyada səadət, sülh və əmin-amanlıq yalnız İmam Zaman (ə) zühur etdikdə bərqərar olacaqdır. O dövrün ən başlıca xüsusiyyətlərindən biri, elmin azad və hakim olmasıdır.

Əli (ə) o dövr haqda buyurur: «Camaat o dövrdə səhər və axşam elm və hikmət piyaləsi içəcəkdir».

Üsuli-Kafi adlanan hədis kitabında nəql olunmuş rəvayətlərdən birində deyilir: «İmam Zaman zühur etdikdə, Allah-təala əlini insanların başı üzərinə qoyacaq və bəşəriyyətin şüur və düşüncəsi artacaqdır».

Bəlkə də mətləbi istədiyim kimi bəyan edə bilmədim. Lakin bunu bilmək lazımdır ki, yaşadığımız əsri elm, təfəkkür, şüur və düşüncə adlandırmaq olduqca səhv və yalnış fikirdir. Çünki, yaşadığımız hal-hazırki əsrdə elm və əql heç bir azadlığa malik deyildir. Hələ də dünyaya şəhvət, qüdrət və havapərəstlik hakimdir.

Şəban ayında Xuzistana etdiyi səfərdə çıxışlarımın birində bu mətləbə toxunaraq dedim: «Əgər yaşadığımız əsrin nə əsri olduğunu və bəşəriyyətə nəyin hakim olduğunu bilmək istəyirsinizsə, «Bitlz» musiqi qrupuna nəzər salın. Gör, bu dörd nəfər şəxs dünyaya necə səs-küy salmışlar. Qəzet və jurnallar yazır ki, onlar Amerikaya getdikləri zaman bütün siyasi cərəyanları öz təsiri altına salmışlar. Bu da Amerika millətinin ruhiyyəsindən xəbər verir. Həmin gün «Bitlz» ilə birlikdə Amerikaya İngiltərənin baş katibi Vilson da gəlir. Amerikanın bütün məşhur informasiya yayımları o, cümlədən «Nyu-york tayms» qəzeti onun gəlişindən dörd sətir yazdıqdan sonra qəzetin bütün səhifələrini Bitl qrupuna həsr edir. Onlar o qədər şöhrət tapa bilmişlər ki, özlərini hətta İsa Məsihdən də məşhur olduqlarını iddia etmişlər. Belə olduğu bir halda yaşadığımız əsri elm və texnologiya əsri adlandıra bilərikmi? Demək, əsr vilsonların deyil, bitlzların əsridir. Görəsən, vilsonların əsri olsaydı, necə olardı?».

Deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, dünyada baş verən cərəyanları tam mənada təsdiq etməməli və zamanın tələbləri bizi aldatmamalıdır. Baş verən dəyişikliklərin tamamilə düzgün olmasına hələ çox qalmışdır. Burada söhbətimizi başa çatdırırıq.

ÜÇÜNCÜ FƏSİL

İNKİŞAFDA OLAN İCTİMAİYYƏT

«İnclidə isə, onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da möhkəmlənib gövdəsi üstünə qalxaraq, əkinçiləri heyran qoymuşdur»[6].

İSLAM ÜMMƏTİNİN İNKİŞAF VƏ TƏKAMÜLÜNÜN MİSALI

Göründüyü kimi ayədə Allah-təala, Peyğəmbər (s)-ın göstərişlərinə tabe olan iman sahiblərinə, yəni müsəlmanlara məsəl çəkir. Çəkilən məsəl, haqqında söhbət açdığımız mövzu ilə sıx əlaqəlidir. Ayədə deyilir:

İncildə onlara belə məsal çəkilir: «Onlar torpağa əkilən dən kimidirlər. İlkin mərhələdə cücərərək, nazik yarpaq halında olur. Əgər torpağa buğda dənəsi əkilərsə, əvvəl nazik yarpaq tək yerdən baş qaldırır. Lakin sabit qalmayıb (o artıq – fəazərəhu – cücərtisini üzə çıxarmış) tədriclə böyüyür, gövdə halına düşərək möhkəmlənir. Fəstəğləzə - onu bəsləyib cana-qüvvətə gətirmiş – get-gedə daha da möhkəmlənərək gövdəsi üzərində dayanır – fəstəva əla suqihi – o da möhkəmlənib, gövdənin üstünə qalxaraq. {fikir natamamdır}

Belə olduqda əkinçilərin, yəni əkinçilik sahəsində fəaliyyət göstərən mütəxəssisləri heyran qoyur. Onlar bütün bu mərhələlərə təəccüb edirlər. Yuğə buzzurra -əkinçiləri heyran qoymuşdur.

Məhz belə bir ictimaiyyət, dirçəliş və irəliləyiş düşmənlərinin qəzəbinə səbəb olur, kafirlər bunu müşahidə etdikdə, hiddətlə qəzəblənərlər. Bu nə məsələdir?

Özü cavabında buyurur: «Peyğəmbərlə olanlar düşmənlərə qarşı sərt və barışmaz, bir-birləri ilə isə səmimi və mərhəmətlidirlər: «Onunla birlikdə olanlar [möminlər] kafirlərə qarşı sərt, bir-birlərinə [öz aralarında] isə mərhəmətlidirlər».{Bax: ayənin mənbəyi yazılmayıb} Onları daim ibadətlə məşğul, səcdə və rüku halında görmək olar.

Nəzərdən qaçırmamalıyıq ki, ibadət və pərəstiş İslamın ayrılmaz bir hissəsidir. İslam dininin ictimai təlimləri ilə tanış olan bəzi şəxslər ibadətin heç bir məna daşımadığını hesab etmişlər. Lakin bu heç də belə deyildir. Onların arasında ayrılmaz, sıx əlaqə vardır. Əməli olaraq da bu iki şey bir-birindən ayrılmazdır. Yəni ibadət və şəri hökmlər ictimai təlimlərlə (...) olmayınca, öz xüsusiyyətini itirmirlər. Həmçinin ictimai təlimlər də ibadətlə (...) olmayınca, öz xüsusiyyətini itirmirlər.

(...) malik olduqlarına qane olmayıb, Allahdan daha çox şey istəyirlər. Lakin daim var-dövlət arzusunda olan maddipərəst şəxslər kimi yox. Onlar eyni zamanda Allahın razılığını da qazanmaq istəyirlər. Haqq və həqiqət yolunda daha çox şeyə nail olmaq istəyirlər.

(ərə)

Dedikdə nə nəzərdə tutulur? Bu heç də o demək deyildir ki, səcdə etməkdən alınları qabar bağlasın. Həqiqi ibadət, insanın xarici görünüşündə də öz təsirini qoymalıdır. Belə olduqda, insanın ruh və cismin arasında sıx bağlılıq bərqərar olur. İnsanın əqidə, əxlaq və tərzi-təfəkkürü onun simasında özünü təcəlli etdirir. Namaz qılanlarla, namazı tərk edənlərin xarici görünüşündə nəzərə çarpacaq qədər fərq müşahidə etmək olar. İslamın zühur etdiyi ilk illərdə Allah-təalanın müsəlmanlar üçün çəkdiyi bu misal hansı məna daşımışdır?

Təkamül, inkişaf və dirçəliş inkişafı. Zərif toxum tək yerdən baş qaldırıb, getdikcə böyüyür və inkişaf edir. Lakin onların bu inkişafı başqalarında bir qədər fərqilidir. Bəşəriyyətin sair əkinçi, müəllim və tərbiyətçiləri belə bir sürətlə baş verən inkişafı görüb təəccüblənərək, heyrətə gəlirlər. Sokratçıları da heyrətə gətirən, məhz belə bir inkişafdır.

MÜSƏLMANLARIN İNKİŞAF SÜRƏTİ

Bəşəriyyət müsəlmanların belə bir sürətli inkişafının sirrindən agah olmayıb, hələ də heyrət içindədir. Quran bu həqiqəti belə bəyan edir: «».

(ərə)

Avropa alimlərindən biri deyir:

Əgər üç şeyi nəzərə alsaq, Məhəmməd (s) kimi dünyada ikinci bir şəxsiyyətin (rəhbər) mövcud olmadığını etiraf edəcəyik.

1.      Hədəfinin əhəmiyyət və böyüklüyü qarşısına qoyduğu hədəf.

Yəni cəmiyyətin əxlaq, ruhiyyə və ictimai quruluşunu tamamilə dəyişmək olduqca əhəmiyyətli idi;

2.      Vasitə və imkanatın azlığı;

Onunla tərəf müqabili olan və öz müxalifətini bildirən özünün yaxın qohum-əqrəbaları idi. Pulu, qüdrəti olmadığı bir təqdirdə, ona iman gətirmiş ilk saf niyyətli möminləri ətrafına yığıb, dövrünü böyük qüdrət mərkəzinə çevirdi;

3.      Qısa müddət ərzində qarşısına qoyduğu məqsədə çatması.

Yarım əsrdən az bir müddət ərzində dünya əhalisinin yarısını gətirdiyi dinə təslim etdi. Bütün bunları nəzərə alaraq cəsarətlə deyə bilərik ki, dünyada onun kimi ikinci bir rəhbər tarix boyu mövcud olmamışdır.

Bunun üçün də Quran misal çəkərək buyurur: «Əbədi olaraq (əkinçiləri heyrətə gətirir)». Axı onlar belə bir sürətli irəliləyişə necə nail ola bilmişlər? Bu misal Qurani-kərimin özündə müsəlman ümməti üçün çəkilir.

Burada belə bir sual meydana gəlir: Görəsən, İslamın zühur etdiyi ilk illərdə müsəlmanlar belə bir xüsusiyyətə malik olmalı idilərmi? Ya bu İslama xas olan bir xüsusiyyətdir. Yəni İslam nə zaman və harada olmasından fərqli olmayaraq zühur edərsə, ona iman gətirmiş şəxslər hökm və göstərişlərinə əməl etməklə başqalarını heyran etmiş olurlarmı? Sözsüz ki, bu insanların deyil, İslamın xüsusiyyətidir və bu İslama olan iman və onun hökmlərinə əməl etməkdən irəli gəlir. İslam, ictimaiyyəti və müsəlman ümmətini inkişafdan qalmağa vadar etmək üçün zühur etməmişdir. İslam, əməli olaraq cəmiyyəti inkişafa aparan sonuncu ilahi dindir. Bir anlıq zühur etdiyi ilk dörd əsrə nəzər salın. Vil Dorant özünün «Tarix sivilizasiyası» adlı kitabında yazır: «İslam sivilizasiyasından güclü və heyrətə gətirəcək ikinci bir sivilizasiya yoxdur. O öz xüsusiyyətini əməli olaraq açıq-aşkar tərzdə biruzə verə bilmişdir. Əgər İslam irəliləyiş və inkişaf dini olmasaydı, gərək ərəb cəmiyyətini olduğu halda saxlayıb inkişafının qarşısını alaydı. Lakin baxıb görürük ki, bir çox böyük sivilizasiyaları özündə cəm edərək, olduqca böyük, əzəmətli, yeni bir sivilizasiya meydana gətirmişdir. Demək, İslam zamanın irəliləyişi ilə heç də müxalif deyildir.

QUSTAV LUBENİN SƏHVİ

Qustav Luben bir çox təhqiqatlar aparmış və bu sahədə dəyərli kitablar təlif etmişdir. Lakin bəzən dedikləri sözlər insanda təəccüb doğurur. O, İslam tarixində apardığı araşdırmalarda belə bir mətləbə toxunur. Müsəlmanlar böyük nailiyyətlər əldə etdikdən sonra nə üçün tənəzzülə uğramışlar? Nə üçün İslam sivilizasiyası qürub edərək davam gətirməmişdir? O, bunun bir neçə səbəbinə işarə edir: «Zamanın tələbləri ilə ayaqlaşmamaları.

      Zaman dəyişsə də, müsəlmanlar İslamı əvvəlki əsrlərdə olduğu kimi saxlamaq istəyirdilər. Bir halda ki, bu qeyri-mümkün idi. Onlar İslam təlimlərini buraxıb zamanın tələbləri ilə ayaqlaşmaq əvəzinə, yenə dini təlimlərə üz tutub tənəzzülə uğradılar».

      Bir anlıq belə bir böyük şərqşünasın çəkdiyi misala diqqət yetirin. Görəsən, İslamın hansı təlimləri zamanın tələbləri ilə ziddiyyətlik təşkil etmiş və müsəlmanlar ayaqlaşmayıb tənəzzülə uğramışlar? Qustav Luben İslam dinində nə kimi nöqsan tapmışdır ki, müsəlmanlar ona bağlı olmaqla zamanın tələblərindən daha dəqiq desək, inkişafdan geri qalmışlar?

Qustav Luben deyir: «İslam zühur etdiyi ilk illərdə bir çox millətlərin, xüsusilə qeyri-ərəb olan millətlərin həsrətində olduqları və hər şeydən daha çox müsbət nəticə verən xüsusiyyətlərdən biri, bərabərlik və ədalət prinsipi olmuşdur. İslamı qəbul etməklə, onlar hər şeydən əvvəl burada irq, qəbilə, milliyyətin heç bir məfhum kəsb etmədiyinin şahidi olurdular. Bu səbəbdən İslamı daha da rəğbətlə qəbul edirdilər. Bərabərlik prinsipi ilk illərdə İslam cəmiyyətinin xeyirinə idi. Lakin müsəlmanlar sonralar da bunun həyata keçirilməsində böyük sə`y göstərirdilər. Öz hakimiyyətlərini qoruyub-saxlamaq istədikdə isə, buna göz yumurdular. Ərəblər hakimiyyəti ələ keçirdikdən və digər millətlər İslamı qəbul etdikdən sonra siyasəti dəyanətdən üstün hesab etməli idilər. Hakimiyyəti daha da gücləndirmək üçün siyasət digər millətləri tam mənada istismar etməyi tələb edirdi. Lakin onlar hakimiyyəti ələ aldıqdan sonra ədaləti əsas tutaraq ərəblə qeyri-ərəb arasında heç bir fərq qoymadılar. Əksinə, onları ən yüksək vəzifələrə təyin etmiş və beləliklə, qeyri-ərəb millətlər hakimiyyəti tamamilə öz ixtiyarlarına almışlar».

Abbasilərin xilafəti dövründə hakimiyyəti ilk dəfə olaraq iranlılar (Bərməkilər və Zurriyasətəyn qəbilələri) vasitəsilə öz ixtiyarlarına alırlar. Dövləti ələ keçirdikdən sonra öz qohum-əqrəbalarını böyük vəzifələrə təyin edərək, ərəbləri hakimiyyətdən kənarlaşdırmağa başlayırlar. Bütün bunlar hicrətin II əsrində baş verir. Milliyətcə fars olan Məmunun xilafəti dövründə, bu siyasət özünün son həddinə çatır. Belə ki, günlərin bir günündə Məmun küçədən keçərkən, bir ərəb onun qabağını kəsib deyir: «Fərz et mən də iranlıyam, mənə də köməklik et».

Xilafətə qardaşı Mötəsimə çatır. Mötəsimin anası orta Asiya türklərindən idi. O öz mövqeiyyətini qoruyub-saxlmaq üçün qardaşının apardığı siyasətin tam əksini icra edir. Mötəsim türklərə üstünlük verərək, nə ərəblərə, nə də iranlılara yer verir. Bəni-Üməyyənin tərəfdarları olduqları üçün ərəblərə qarşı sərt mövqe tutur. Çünki, Bəni-Üməyyənin siyasəti, ərəb siyasəti idi. Onlar daim ərəbləri qeyri-ərəb millətlərdən üstün tutmağa çalışırdılar. Bəni-Abbas isə Bəni-Üməyyənin tərəfini saxladığı üçün ərəblərə qarşı müxalif mövqe tuturdu. Fars dilini də gücləndirməkdə əsas məqsədləri, iranlıların ərəblərə qarışmaqlarının qarşısını almaq olmuşdur. İbrahim ibni İmam özünün xilafət dövründə İranın bütün məntəqələrində qüvvədə olan hökm çıxarır. (Corc Zeydan öz kitabında bu hökmü qeyd etmişdir). Bu hökmə əsasən, İranın hər bir məntəqəsində ərəb görən hər bir şəxs onu qətlə yetirməli idi.

Mötəsim, ərəblərin Bəni-Üməyyə, iranlıların isə Bəni-Abbası himayə etdiklərini görüb, anasının orta asiyada məskunlaşan qohum-əqrəbalarını dövlət işlərində yüksək vəzifələrə təyin edir. Beləliklə, ərəb və iranlılar hakimiyyətdən uzaqlaşdırılaraq, türklərin ixtiyarına keçirir. Qustav Lubenin demək istədiyi budur ki, Abbasi xəlifələri ərəb olduqları bir halda, nə üçün Bəni-Üməyyə ərəbçilik siyasətindən istifadə etməmişdir?

Göründüyü kimi o, imamın gözəl xüsusiyyətlərindən olan bərabərliyi ona nöqsan tutaraq, müsəlmanların zamanının tələbləri ilə ayaqlaşmayıb geridə qalmalarına səbəb olan əsas amillərdən biri hesab edir. O deyir: «Belə bir hakimiyyət üsulu əxlaqi baxımdan yaxşı, siyasət baxımından isə bəzən yaxşı, bəzən də pisdir. Belə ki, bəzən digər millətləri İslama dəvət etmək üçün bərabərlik siyasətini həyata keçirmək müsbət nəticə verir. Başqa bir vaxta isə müsəlmanlar, daha dəqiq desək, ərəblər siyasi baxımdan da olsa, İslamın bərabərlik üsuluna göz yummalı idilər.{nitqin harada sona yetdiyinə diqqət et}.

AVROPA SİYASƏTİ

Qustav Luben belə bir tərzi-təfəkkürə əsaslanmaqla, böyük səhvə yol vermiş olur. Əvvəla ona görə ki, İslam Avropa ideologiyası üzərində qurulmuş siyasət üsulu deyildir. Digər tərəfdən, əgər müsəlmanlar İslamı onun dediyi kimi, siyasi oyuna çevirsəydilər, bu gün İslam nə bir din kimi mövcud və nə də müsəlmanlar bir ümmət kimi İslamın ən başlıca hədəfi - ictimaiyyətdə bərabərliyi bərqərar etməkdən ibarət olardı. Əgər İslam camaatdan istifadə edərək qanun və nizamnamə təyin edib və sonra dəyişdirsəydi, bu həqiqi İslam deyil, ümumbəşər adlanan Avropa siyasəti olardı. Belə ki, digər millətləri öz əsarəti altına alır, istismar etdikdən sonra isə bütün bunların mənasız olduğunu bildirir. İslamın zamanın tələbləri ilə ayaqlaşdığını hesab edən təhqiqatçıların tərzi-təfəkkürü məhz bundan ibarətdir. İslam dünyada mövcud olan bu kimi siyasətlərlə mübarizə aparır və bunun zamanın təlabatı hesab etmir.

Əli (ə)-a tutulan iradlardan biri də, məhz budur. Onun barədə deyirdilər: «Əli elm, əməl, təqva, hikmət, moizə və məhəbbət adamı idi. Lakin böyük bir eybi var idi, o da onun siyasətçi olmaması idi. Əli (ə) nə üçün siyasətçi deyildi? Nə üçün tam ciddi və kimsəyə güzəşt etmirdi? Əli (ə) məsələləri nəzərə almırdı. Siyasətçi olan bir şəxs, yeri gəldikdə yalan söyləməli, vədə verib əməl etməməlidir. Əhd-peyman bağlayıb istəyinə çatdıqda, hər şeyi alt-üst etməyi və yeri gəldikdə, özünə tabe etmək üçün kiminləsə gülər üzlə davranmağı, tabe etdikdə isə, onu məhv edib aradan aparmağı bacarmalıdır».



Geri   İrəli
Go to TOP