A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: ISLAM VƏ ZAMANIN TƏLƏBLƏRİ
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Olduqca aşağı səviyyədə olan başqa bir alim isə islahatçı kimi qələmə verilərək, daha çox şöhrət tapmışdır.

Hacı Molla Haşim əhli-sünnə alimləri kimi belə güman etmişdir ki, alimlər arasından çıxan islahatçılar və hakimlər arasından çıxan islahatçılar fərqli olmuşlar. Yəni elmi sahədə bir islahatçı, hakimiyyət, siyasət və rəhbərlik sahələrində ayrı-ayrı islahatçılar meydana gəlmişdir. Bəs hakim və xəlifələr arasından çıxan islahatçılar kimlər olmuşlar?

Şiələr özləri üçün rəhbər tapa bilmədikdə, əməvi xəlifəsi Ömər ibni Əbdüləziz və digər əhli-sünnə hakimlərinin sorağına düşmüşlər. Əzadud-dövlə Deyləmi kimi şiə hakimi tapdıqda isə, dahiləşdirərək islahatçı kimi qələmə verməyə başlamışlar. Nəhayət, insan başlarından minarə düzəltdirmiş Nadir şah kimi qan içən cəlladı böyüdərək, şiə məzhəbinin islahatçısı olduğunu bildirmişlər. Çox qəribədir, onun haqda bu sözlər deyilirdi: «Nadir şah qüdrətli hökmdar idi, İranı yağı düşməndən azad edib, Hindistanı fəth etdi. Lakin sonralar işi kütləvi qırğın və minlərlə günahsız insanın qanını tökməkdən ibarət oldu». Tarixçilərdən bəziləri ömrünün sonunda hətta onun dəli olduğunu belə qeyd etmişlər. Belə bir şəxsin şiə məzhəbinin islahatçısı olması, insanı lap heyrətə gətirir. Görün işimiz hara gəlib çatıb?! Bir anlıq Nadir şahın maliyat (vergi) almasına nəzər salın. O, özündən ölçü vahidləri çıxarır və heç nəyi nəzərə almadan, maliyatın ödənilməsini tələb edirdi. Məsələn, deyərdi: «Mən filan məntəqədən bir əlf maliyat istəyirəm». Kimsə ilə hesabat aparmayan bu hökmdarın «bir əlf» dedikdə, nə qədər maliyat nəzərdə tutduğunu bəlkə də özündən başqa kimsə bilməyirdi. Vəramidən bir əlf maliyat tələb edən Nadir şah bilməyirdi ki, həmin məbləği bu məntəqədən almaq qeyri-mümkündür. Məhz onun ömrünün son illəri İran tarixinin ən acınacaqlı səhifələrini təşkil edir.

Diqqət yetirsəniz bütün bunlarda başqa məzhəblərin kökü olduğunun şahidi olacaqsınız. Onlar bu məsələ ilə yaxından tanış olduqdan sonra heç nədən çəkinmədən öz əqidələrini daxil etməyə səy etmişlər. Hər min illikdə bir islahatçının gəlməsinə dair yaranmış tərzi-təfəkkür İslama deyil, ondan əvvəlki dövrlərə aiddir.

Belə bir tərzi-təfəkkürə İranda İslamdan çox-çox əvvəllər zərdüştlər də malik olmuşlar. Bir vaxtlar zərdüştlərin kitablarını mütaliə edərkən «Huşeydar» adı ilə qarşılaşdım. Bu ləqəb hər min illikdə İranda oyanışa səbəb olan şəxsə verilirdi. Firdovsinin yaşadığı min illikdə Məlik Əşşuəra Bəhar yazdığı qəsidələrin birində deyir: «Sənin min illiyinin hüsnü Huşəydərdi».

O, İranda zərdüştlüyü yayan ən qabaqcıl şəxslərdən biri və mərhum Qəzvini dediyi kimi, ərəblə bağlı olan hər bir şeylə, yəni İslamla kəskin şəkildə düşmənçilik etmişdir. Zərdüştlüyə dair yazdığı iki cildlik kitabda Yəqub Ləys Səffarinin tərcümeyi-halını yazarkən onu min illiyin bəhrəsi (islahatçısı) kimi vəsf edir. Demək, İslam ruhu ilə müvafiq olmayan bütün deyilənlər tamamilə yalan və əsassızdır. Bəhainin qabaqcıl mübəlliğlərində biri olan Əbülfəz Qulnayəqaninin «Fəraid» adlı kitabını mütaliə edirdim. O, «Biharul-ənvar»-ın 13-cü cildində Peyğəmbər (s)-dan belə nəql etmişdir: «Əgər ümmətim əməli-saleh olarsa, bin gün, fasiq günahkar olduqda isə, yarım gün möhlətləri olar» Sonra deyir: Peyğəmbər (s)-ın dediyi gün «Rəbbinin dərgahında olan bir gün sizin saydıqlarınızın (hesabladığınız vaxtın) min ili kimidir»[56] ayəsindəki gün mənasını daşıyır. Yəni əgər Peyğəmbər (s) «Əgər ümmətim əməli-saleh olarsa, bir gün, fasiq və günahkar olduqda isə, yarım gün möhlətləri vardır» buyurmuşsa bu o deməkdir ki, əgər əməli-saleh olarlarsa, bundan belə min il fasiq və günahkar olduqda isə, onlara beş yüz il möhlət veriləcəkdir. Yalan hədis nəql etməkdə şöhrət tapmış Əbdül Fəzl Qulpəyqani daha sonra bu hədisin Peyğəmbər (s)-dan nəql və mötəbər olduğunu bildirir. Nə üçün? Çünki əvvəllər saleh olun bu ümmət sonralar fasiq oldu min ildən artıq da ömr etmədi. Çünki imam Həsən Əsgərinin vəfat etdiyi 260-cı ilədək imamlar Quran ayələrini camaat arasında bəyan etməklə məşğul olmuşlar. Bu dövr necə deyərlər, İslamın yayıldığı və daha geniş vüsət tapdığı bir dövrdür. Demək olar ki, ümmətin həyatı imam Həsən Əsgərinin (ə) vəfatından başlamışdır. Bu ümmətin doğulduğu bir ildir. İmam Həsən Əsgərinin (ə) vəfatından (260-cı ildən) min il sonra, yəni 1260-cı il Babın zühur etdiyi ildir. Demək, Peyğəmbər (s) əgər «ümmətim əməli-saleh olarsa, min il ömr edəcəkdir» - deyə buyurmuşsa bu o deməkdir ki, min ildən sonra başqa birisi yeni din gətirərək, mənim dinimi nəsx edərək qüvvədən salacaqdır. Fasiq olduqda isə, bu iş beş yüz ildən sonra baş verəcəkdir.

Bu hədisi tapmaq üçün əvvəl «Biharul-ənvar»-a müraciət etdim, lakin bir şey əldə edə bilmədim. Sonra başqa bir yerdə gördüm ki, Mirzə Əbu Talib öz kitabında bu hədis barədə iki-üç vərəq söhbət açaraq, sanki Qulpəyqaniyə cavab vermək istəmişdir. Çünki o, belə bir hədisin mövcud olduğuna inanmışdı. O, bu hədisi Qulpəyqaninin kitabında gördükdə, onun belə bir hədis uydurduğuna inanmışdı. Nə qədər axtardımsa, bu məzmunda bir hədislə də olsun qarşılaşmadım. Yalnız «Biharul-ənvar»-da Kəbul-Əhbarın Peyğəmbər (s)-dan nəql etdiyi belə bir hədis gördüm. (Bir qədər başqa ibarətlə nəql olunan rəvayətdə deyilirdi): «İnsanlar əgər yaxşı və xeyirxah olarlarsa, hər biri min il, pis və günahkar olduqda isə, beş yüz il ömr edərlər».

Göründüyü kimi, bu hədisi Kəbul-Əhbar özü də camaat barədə nəql etmişdir. Lakin Əbülfəz Qulpəyqaninin fikrincə, bunu Kəbul-Əhbar deyil, Peyğəmbər (s) buyurmuşdur. Qarşılaşdığım bu məsələ mənə o qədər qəribə gəldi ki, Bəhailər barədə geniş məlumata malik olan doktor Təvanaya zəng edib, bu işdə mənə kömək etməsini xahiş etdim. Ona Əbülfəz Qulpəyqaninin dediklərinin Mirzə Əbu Talibin dedikləri ilə tam fərqli olduğunu və belə bir hədisin «Biharul-ənvar»-da yalnız Kəbul-Əhbardan nəql olunduğunu dedikdə dedi: «Düz deyirsən, bu, Kəbul-Əhbarın uydurduğu hədislərdən birini təşkil edir».

Bütün bunlar dini məsələlərdə səhlənkarlıq etməyin nə qədər pis iş olduğundan xəbər verir. Görün, Əbu Hüreyrənin (lə) Əbu Davudun hədis məcmuəsində nəql etdiyi və sonralar şiə alimlərinin də buna istinad etməsi, nəyə gətirib çıxarmışdır. Nadir şahı islahatçı kimi qələmə verməklə, ən azı tarixə xəyanət etmiş oluruq. Demək, Əbülfəz Qulpəyqani kimi yalançı bir şəxsin iftirası, Mirzə Əbu Talib kimi bir alimi inandırır və o da, belə bir hədisin «Biharul-ənvar»da olub-olmamasına diqqət belə yetirmir. Sonralar yüzlərlə şəxs Mirzə Əbu Talibin kitabını mütaliə edib, belə bir hədisə istinad etməyə başlayır.

O ki, qaldı islahata, bu İslam dinində müsbət qarşılanan və mövcud məsələlərdəndir. Lakin yuxarıda deyilənlər kimi deyil, ya İmam Zaman (ə)-ın zühur etdikdən sonra aparacağı ümumdünya islahatı, ya da bütün dövrlərdə yaranmış bidətlərin aradan qaldırılması üçün ayrı-ayrı şəxslərin apardıqları islahat işləri kimi olur. Allah-təala da islahat işlərinin aparılması üçün heç bir müddət təyin etməmişdir. Başqa dinlərə gəldikdə bunu deməliyik ki, əvvəlki dinləri yaşatmaq üçün yeni peyğəmbərlər gəlməli və bu işi həyata keçirməli idi. Bu da, peyğəmbər göndərilmədən qeyri-mümkün idi. Lakin İslamı yaşatmaq üçün cüzi islahatlarla yanaşı, Peyğəmbər (s)-ın vəsi (nümayəndə) təyin etdiyi şəxs tərəfindən ümumi islahat həyata keçirilir. Bu da «xatəmiyyət»-ə - «sonuncu peyğəmbərlik» mövzusuna aiddir.

İYİRMİ BEŞİNCİ FƏSİL

VİCDAN VƏ NİSBİ ƏXLAQ MƏSƏLƏSİ

«Pis əməli (Şeytan tərəfindən) özünə yaxşı göstərilib onu yaxşı görən, Allahın doğru yola yönəltdiyi kəs kimi ola bilərmi?!»[57].

Əvvəlki fəsillərdə qeyd etdik ki, bəzilərinin fikrincə, əxlaq nisbi məfhumdur, yəni əxlaqın əsasını əsli hüsni və qübh (əqli gözəllik və çirkinlik) təşkil edir. Belə ki, bəşər öz ağıl və şüuru ilə yaxşını pisdən asanlıqla, müstəqil olaraq seçə bilər. O, yaxşı işləri gözəl əxlaq, pis işləri isə əxlaqsızlıq adlandırır. Daha sonra belə bir fikir irəli sürüldü ki, insanın əqli, gözəllik və çirkinliyə olan baxışı zaman keçdikcə dəyişərək, bir-birindən fərqli olur. Demək, əxlaqın əsası sabit və ümumi deyildir. Belə ki, hər hansı bir şey müəyyən dövrdə müsbət qiymətləndirilərək gözəl əxlaq, müəyyən dövrdə isə öz əhəmiyyətini itirərək, əxlaqsızlıq kimi qələmə verilə bilər.

Bunun cavabında dedik ki, belə bir dəlil iki hissədən ibarətdir. Onlardan biri əxlaqın əsasını əqli hüsni qübhün təşkil etməsi, digəri isə bu iki məfhumun nisbi olmasıdır. Məntiq termini ilə desək, kiçik və böyük istidlaldan (dəlildən) ibarətdir.

Kiçik istidlal əxlaqın hüsn və qübhün üzərində qoyulmasından və onların nisbi olmasından, böyük istidlal isə əxlaqın nisbi olmasından ibarətdir və nisbi bir şeyin üzərində qurulan hər hansı başqa bir şey də nisbi olmalıdır. Demək, əxlaq nisbi bir məfhumdur. Bir qədər əvvəl əqli hüsn və qübhə dair söhbət açdıq və bunun heç bir əsası olmadığını qeyd etdik. Belə bir nəzəriyyə qədim məktəblərdən birinin əsasını qoymuş Sokrat tərəfindən irəli sürülmüşdür. O, əxlaqın əsasını əqli hüsni və qübhün təşkil etdiyini hesab etmişdir. Lakin İslam əxlaqı bir qədər fərqli olaraq, belə bir məntiqə əsaslanmır. Demək əgər belə bir irad tutularsa, ilk növbədə Sokratın irəli sürdüyü bu nəzəriyyəyə tutulmalıdır.

Əvvəlki fəsillərimizdə əqli hüsnü qübhün nisbi olmasına dair söhbət açıb, bunun tamamilə səhv və əsassız olduğunu qeyd etdik. Lakin deyilənləri daha geniş şəkildə açıqlamağa ehtiyac duyuram.

Gəlin söhbətimizə başqa bir istiqamətdən davam edək.

Vicdan kəlməsini siz hamınız eşitmisiniz və yəqin ki, bu kimi ifadələrə çox rast gəlmisiniz: «Vicdanla götürsək, filan iş belə olmalıdır», «filan qazi vicdanlı hökm çıxarır» və s. Vicdan dedikdə, nəyi nəzərdə tuturuq? Vicdan da dəyişgəndirmi? Yəni yaşadığımız əsrin insanlarının vicdanı ötən əsrin insanlarının vicdanından fərqlidirmi? Minik vasitələrinin, geyim əşyalarının rəngi dəyişildiyi kimi vicdan da dəyişgən olurmu?

Hər bir insanın daxilində elə bir hiss və ya daha dəqiq desək qüvvə vardır ki, insan onunla hətta özünü belə mühakimə edə bilir. Bu qüvvəyə vicdan deyilir. Deyilənlərə görə, görkəmli alman filosofu Kantın məşhur bir sözü olmuşdur və bu söz qəbri üzərinə yazılmışdır. O deyir: «İnsanı iki şey heyrətə gətirir, onlardan biri mütaliə olduqca daha da genişlənən başımız üzərindəki ulduzla dolu olan asiman, digəri isə insanın qəlbində özünə yer tapan vicdan hissidir.»

Bir qədər əvvəl qeyd etdik ki, insan bəzən hətta özü-özünü mühakimə edir. Yəni özü ilə başqa birisi arasında hər hansı bir məsələ ətrafında ixtilaf meydana gəldikdə, bəzən zahirdə özünə haqq qazandırıb tərəf müqabilini təqsirləndirsə belə, təklikdə özü-özü ilə götür-qoy edib, özünü danlamağa başlayır. Özü-özündən xəcalət çəkib, peşimançılıq hissi keçirir. Buna səbəb olan nədir?

Gözəl tərbiyə almış ədəb-ərkanlı bir uşaq içində mer-meyvə olan bir otağa daxil olur, lakin meyvələrdən birinə də toxunmayıb bir qədər sonra otaqdan çıxır. Ondan,  «otaqda kim var idi» soruşulduqda uşaq, «heç kim» deyə, cavab verir. «Bəs nə üçün meyvələrdən birini də olsun yemədin» soruşduqda isə belə cavab verir: «Özüm ki, orada idim». Vicdan adlanan hiss də məhz budur. Quran vicdanı sahibini danlayan və onu mühakimə edəni «nəfsi-ləvvamə» adlandırır: «And içirəm (günah etdiyi üçün, yaxud «yaxşı əməlim azdır»-deyə) özünü qınayan nəfsə!»[58].

Elə bir qüvvə ki, insan hər hansı bir xoşa gəlməz bir iş gördükdə onunla danışır və onu tənbeh edərək danlayır: «Nə üçün mən bu işi gördüm?», «Əcəb pis iş gördüm!», «Başqalarının üzünə baxa bilməyəcəyəm…» və bu kimi sözlər.

Hər bir normal insan belə bir hissi keçirdiyi bir halda, bunu inkar etmək olarmı? Əlbəttə ki, yox. Allaha inamı olmayan şəxslər belə, vicdandan söhbət açır. Hətta onlar da «zərərimizə olsa belə haqq-ədalətin tərəfdarıyıq» deyirlər. Çünki hər bir insan insafla həqiqəti etiraf edir. Buna da insaniyyət adı verilir. İnsaniyyət də bizə, zülmə məruz qalan şəxsləri müdafiə etməyi əmr edir. Milliyyət, din və etiqadından asılı olmayaraq, hər bir insan belə bir tərzi-təfəkkürə yiyələnir. Vicdan və ya insaniyyət adlandırdığımız bu qüvvə, haqq-ədalət və həqiqətə arxalanır. Yəni kiminləsə mübahisə etdikdə onun haqlı olduğunu görüb, özünün səhvə yol verdiyini etiraf edirsiniz. Bəşər belə bir xüsusiyyətə indi də yiyələnir, min il, on min il bundan əvvəl də yiyələnmişdi. Biz zülmkarları bu gün də haqsız, min il, on min il bundan qabaq da haqsız hesab edirdik. Minlərlə günahsız insanın qanını tökmüş Çingiz xanı, Sezarı insaniyyətə zidd hərəkətləri üçün pisləyir və onları zülmkar hesab edirik.

Demək, bəşər vicdan adlanan yeni insani xüsusiyyətə malikdir. Təqsiri olmayan bir insanı öldürməyi insan vicdanı beş min il bundan əvvəl necə pis hesab etmişsə, indinin özündə də bunu pis hesab edir. Əgər hüsn və qübh hökmən nisbi, yəni dəyişgən olmalıdırsa, onda gərək vicdan adlanan insani xüsusiyyət də nisbi olaraq zaman dəyişdikcə, o da dəyişgən olaydı. Təbii ki, belə bir fikir kimsə tərəfindən irəli sürülməmişdir. Fəlsəfədə də buna oxşar sözlər deyilsə də, əməldə heç vaxt belə bir fikir irəli sürülməmişdir. Maddiyyatın hər şeyin əsasını təşkil etdiyini hesab edən kommunislər belə bir fikirdədirlər ki, hər şeyi, o cümlədən insan vicdanını formalaşdıran ən başlıca şey iqtisadi amillərdir. Hər şey iqtisadiyyata tabe olduğu kimi, vicdan və insaniyyət də ona tabedir. İqtisadi amillər dəyişməklə, vicdan da dəyişilərək başqa bir hal alır. Belə bir tərzi-təfəkkürə əsasən həm vicdan, həm də insaniyyət öz dəyərini itirərək, heç bir məna kəsb etməyir. Lakin insan barədə araşdırmalar apardıqda, vicdanın bütün dövrlərdə sabit və dəyişilməz həqiqət olduğunu dərk etmiş oluruq. Quranın bir çox ayələrində bu mətləbə rast gəlmək olar: «And içirəm qiyamət gününə; And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə!»[59].

Yəni dediklərin o qədər qətidir ki, inandırmaq üçün hətta and belə içərəm. Sanki demək istəyir ki, «yox, sənin canın üçün dediklərim olduğu kimidir». Göründüyü kimi, ikinci ayədə də «özünü qınayan nəfsi» birinci ayədəki «qiyamət» kəlməsilə sinonim olaraq gətirilmişdir. Qiyamət haqq-hesab çəkiləcək bir gündür. Elə bir gün ki, ədalət, məhkəməsi qurularaq, Allah-təala insanın vücudunda ədalət tərəzisi yaratmışdır: «Göyü O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu»[60].

Çünki vicdan insanın vücudunda qiyamət gününədək haqqı batildən ayıran ədalət tərəzisinin rolunu oynayır. Allah-təala bunu demək istəyir ki, biz insanın vücudunda elə bir qüvvə yaratmışıq ki, həqiqəti üzər çıxarır və onun nədən ibarət olduğunu ona başa salır.

Başqa bir yerdə buyurulur: «And olsun günəşə onun işığına (günəşin qalxdığı vaxta), And olsun günəşin ardınca çıxan aya, And olsun günəşi parlaq edən gündüzə, And olsun günəşi örtən gecəyə, And olsun göyə onu yaradana. And olsun yerə onu yaradana. And olsun nəfsə (insanı ya insan nəfsini) yaradana. Sonra da ona günahlarını pis əməllərdən çəkinməsini (xeyir şəri) öyrədənə!»[61].

Quranın heç bir yerində Allah-təala bu qədər (10 dəfə) and içməmişdir. Bu da and içilən şeylərin, yəni günəş, onun işığı, ay, insan nəfsi və s.-in böyük əhəmiyyət kəsb etməsindən xəbər verir. Allah-təala insana ilham etməsi, o da tərbiyəçi və ya müəllimin köməyi olmadan yaxşını pisdən, haqq-ədaləti ədalətsizlikdən ayıra bilmir.

Ənbiya surəsinin 73-cü ayəsində deyilir: «Biz onlara xeyirli işlər görməyi, namaz qılmağı oruc tutmağı vəhy etdik».

Göründüyü kimi, «Biz onlara xeyirli işlər görməyi, namaz qılmağı və oruc tutmaq üçün vəhy göndərmədik» deyil, «vəhy etdik» deyilir.

Başqa bir yerdə Maidə surəsinin 2-ci ayəsinin təfsirində «Yaxşılıq etməkdə pis əməllərdən çəkinməkdə əlbir olun, günah görməkdə düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin» nəql olunan hədislərdən birində deyilir: «Vabisə adlı biri (ayə nazil olduqdan sonra) Peyğəmbər (s)-ın yayına gəlib deyir: «Ey Peyğəmbər (s)! Bir sualım var». Peyğəmbər (s) sualını verməzdən əvvəl buyurdu: «Günaha dair sual verib, onun nədən ibarət olduğunu bilmək istəyirsən?». Vabisə dedi: «Bəli». Peyğəmbər (s) buyurdu: «Günah və pis işlər qəlbinin qəbul etmədiyi işlərdir. Allah-təala insana yaxşı işlərə qoşulmaq və pis işlərdən çəkinmək üçün pisi yaxşıdan ayıran ürək vermişdir». Sonra iki barmağı ilə sinəsinə vurub dedi: «Öz ürəyindən soruş, ey Vabisə».

İnsan şəri məsələlərə müctəhiddən fətva aldığı kimi, bir çox məsələlərdə də qəlbinə müraciət edərək, ondan cavab ala bilir.

Bütün bunlarla yanaşı, İslam dininin vicdana xüsusi yer verdiyinə dair əsaslı faktlarla qarşılaşmaq olar. Peyğəmbər (s)-dan nəql olunmuş bu hədisi, deyilənlərə misal çəkmək olar: «Doğruluq və düzgünlük qəlbə arxayınlıq, yalan isə şəkk-şübhə gətirir».

Arada heç bir vasitə olmadan, ürək həqiqəti dərhal qəbul edir. Yalanı isə dəlil və sübut gətirilsə belə, qətiyyətlə inkar edir.

Moləvi şerlərinin birində deyilir:

Doğru söz qəlbi aram edir,

Doğrular qəlbə dən səpir.

 

Son altı-yeddi əsrin ədəbiyyatına nəzər saldıqda, ürək oxşayan bu kimi zərif incilər tapmaq olmur. Bəs belə bir gözəl ədəbiyyatı onlra kim irs qoymuşdur? Əlbəttə ki, Peyğəmbər (s). Sədinin, Nizaminin, Nəsiminin, Hafizin, Moləvinin əsərlərində gözəl şerlərə çox rast gəlmək olur. İslama vurğun olan bu ariflər, bu İlahi dindən ilham alaraq qəlblərindəki kağız üzərinə köçürüb, bu günkü zəngin ədəbiyyatımızı bizlərə miras qoymuşlar.

Şeyx Ənsari öz hədis kitabında Peyğəmbər (s)-dan belə bir hədis nəql edir: «Haqla batil bərabər deyildir, hər haqqın bir həqiqəti, onun da bir batini vardır və hər bir doğru sözün bir nuru vardır. Elə bir nur ki, onu qəlb üzə çıxarır»[62].

Demək, vicdan insan vücudunda mövcud həqiqət və gerçəklikdir. Bu həqiqətin dəyişgən olub-olmamasına gəldikdə isə, iki mətləbə işarə etməliyik. Vicdanın dəyişgən olması adi hallardan biridir. Lakin dəyişgən dedikdə, nəyi nəzərdə tutmalıyıq? O da bütün qüvvələr kimi bəzən xarab, bəzən də fəal olurmu? Hər-hansı bir şey öz müsbət təsirini sağlam və fəal olduğu zaman qoyur. Sağlam və fəal olmadıqda isə təbii ki, ehtiyacı ödəməyəcəkdir. Götürək adi minik avtomobillərini. Mühərrikin hər hansı bir hissəsi xarab olduqda, artıq yaxşı işləmir. Göz də bir vaxtlar yaxşı görür, insan yaşlaşdıqca, o da zəifləyib öz funksiyasını itirməyə başlayır. İnsan ağır xəstə olduqda da gözləri saralır və ətrafı yaxşı görmür. Lakin bu gözün zəifliyinə dəlalət etmir. Gözün özündə nöqsan olduqda ya ətrafı qaranlıq, ya bir şeyi iki, ya da əyri görür. Xəstəlik nəticəsində gözün zəifləməsi isə bütün bunlardan olduqca fərqlidir.

Vicdanın dəyişgən olduğuna dair irəli sürülən fərziyyəni Quran qətiyyətlə rədd edir. Quran nöqteyi-nəzərindən vicdan daim sabit qalır, lakin bəzi hallarda o, necə deyərlər, zəifləyərək xəstələnir. Xəstələndikdə də, tam əksinə işləməyə başlayır. Bununla vicdanın dəyişgən olması arasında olduqca böyük fərq vardır. Söhbətimizin əvvəlində oxuduğumuz ayə bu mətləbə dəlalət edir: «Pis əməli (şeytan tərəfindən) özünə yaxşı göstərib onu yaxşı işlər görən, Allahın doğru yola yönəltdiyi kəs kimi ola bilərmi?!»[63].

Quran, insanın bəzən özünün xoşa gəlməz işini yaxşı görməsini qəbul edir, lakin bu heç də vicdanın dəyişgən olmasına dəlalət etmir. Sadəcə olaraq demək istəyir ki, vicdan da başqa şeylər kimi sağlam olduqda yaxşı, xəstə olduqda isə, pis işləyir.

Yaxşı işlərə dəvət, pis işlərdən çəkindirmək məsələsinə dair nəql olunmuş məşhur hədislərdən birində deyilir: «Peyğəmbər (s) son həcc ziyarətində və ya ümrə ziyarətlərinin birində Kəbə evinə daxil olub, əlinin birini qapısının bir tərəfinə, birini də başqa bir tərəfinə qoyub üzünü camaata tutaraq buyurur: «Elə bir zaman gələcəkdir ki, camaat bir-birlərini yaxşı işlərə dəvət, pis işlərdən də çəkindirməyəcəkdir».  Salman Peyğəmbər (s)-dan soruşdu: «Ey Peyğəmbər (s)! Doğrudan da camaat bir-birlərini yaxşı işlərə dəvət etməyib, pis işlərdən çəkindirməyəcəkmi?». Peyğəmbər (s) buyurdu: «Bəli! Hətta bundan da pis olacaqdır. Onlar bir-birlərini pis işlərə dəvət edib, yaxşı işlərdən çəkindirəcəklər». Salman daha da təəccüblənərək sualını təkrar etdi. Peyğəmbər (s) buyurdu: «Bəli! Hətta bundan da pis olacaqdır». Salman soruşdu: «Bundan da pis nə ola bilər?». Peyğəmbər (s) buyurdu: «Elə bir zaman gələcəkdir ki, insanlar yaxşını pis, pisi də yaxşı qələmə verəcəklər. Yəni vicdanları o qədər xarab olacaqdır ki, yaxşını pis, pisi də yaxşı görməyə başlayacaqlar». {mənbə qeyd olunmayıb}

Hədislərdən birində deyilir: «İnsanın qəlbində bir ağ nöqtə, onun da ortasında başqa bir qara nöqtə vardır. İnsan günah etdikcə, həmin qara nöqtə böyüyür və o yerə gəlib çatır ki, həmin qara nöqtə bütün ürəyi tutub, onu daş parçasına çevirir. Tövbə edib xeyixah işlər gördükdə isə, qara nöqtə kiçilib, ağ nöqtə isə böyüməyə başlayır». {mənbə yoxdur}

Başqa bir hədisdə deyilir: «Ürəklər üç hissəyə bölünür: işıqlı, qaranlıq və çevrilmiş ürəklər. Yaxşını pis, pisi də yaxşı görən ürəklər də məhz çevrilmiş ürəklərdir». {mənbə yoxdur}

Demək vicdan da insanın digər xüsusiyyətləri kimi bəzən sağlam, bəzən də xəstə və yorğun olur və bu heç də onun qeyri-sabit olmasından xəbər vermir.

Başqa bir məsələ: Müsbət qiymətləndirdiyimiz işlər iki hissəyə bölünür: Onlardan bəziləri özü-özlüyündə, bəziləri də yaxşı şeylər üçün bir növ vasitə olduğu üçün yaxşı hesab olunur. Eyni qayda olaraq, xoşa gəlməz işlərin də bəziləri özü-özlüyündə pis, bəziləri də xoşa gəlməz şeylərə səbəb olduğu üçün mənfi qiymətləndirilir. Bəzən hər hansı bir şeyin əsasını yaxşı şeylər təşkil etdiyi üçün müsbət, pis və xoşa gəlməz şeylər təşkil etdiyi üçün mənfi qiymətləndiririk. Müxtəlif dövr və məkanlarda camaatın bəzən yaxşı, bəzən də pis hesab etdiyi şeylərin özləri pis və ya yaxşı deyil, onların əsasını qoyan şeylər pis və ya yaxşı olur. Yəni bir zamanlar camaat hər hansı bir şeyi başqa bir şeyin əsasını qoymaq üçün faydalı, zaman dəyişməklə həmin şeyi faydasız hesab edə bilər. Lakin insanın həmin yaxşı və ya pis şeyə olan baxışı dəyişilmir. Əlbəttə, insan səhvə də yol verə bilər, lakin bu onun vicdanının dəyişilməsinə və ya ona xələl gəlməsinə səbəb olmur.

Məsələn, bəzi millətlər örpəyə müsbət, bəziləri də mənfi münasibət bəsləyir. Demək, yaxşı və ya pis qeyri-sabit və dəyişgən bir məfhumdur. Cavabında deyirik: Haqqında söhbət açdığımız məsələyə dair örpəyi misal çəkmək, bir o qədər də düzgün olmazdı. Çünki insanın fitrətindəki hicab deyil, onun həya və namusudur. Yəni Allah-təala xüsusilə qadını elə yaratmışdır ki, hər şeydən əvvəl ailə hüquqlarına hörmətlə yanaşsın. Həm qadının, həm də kişinin vicdanı öz həyat yoldaşına xəyanət etməyə yol vermir. Mən həmişə belə hesab edirəm ki, qadın öz ərinə, kişi də başqa bir qadına xəyanət etməməlidir. Çünki xəyanət etdikdə, hər şey nəslə qayıdır. Belə ki, istər qanuni olsun, istərsə də qeyri-qanuni nəsil, qadının öz nəslidir və dünyaya gətirdiyi uşaq da, onun öz uşağıdır. Lakin qeyrət hissi elə yaradılmışdır ki, övladının həqiqətən onun nəslindən olduğu üçün daim öz qadınının qayğısına qalır və onun namusunu çəkir. Lakin hər bir kişinin və qadının fitrət və vicdanında həya və namus adlı bir hiss vardır ki, bunun da əsasını bəzi şeylər təşkil edir. Yəni örpəyi müsbət qiymətləndirən şəxs onu həya və namus baxımından deyil, məhz örpək olduğu üçün belə bir münasibət bəsləyir. Qadın örpəksiz olduğu vaxtdan son dərəcə əxlaqsız olsa belə, əgər örpəyi olarsa, yaxşı hal kimi qiymətləndirməlidirmi? Hicaba müsbət münasibət bəsləyən şəxslər buna həya və namus baxımından belə yanaşırlarmı?

Örpəyə yaxşı münasibət bəsləməyən şəxsdən «həya və namus pis şeydirmi?» soruşsaq, «xeyr» deyəcəkdir. Dünyanın ən pozğun qadınları belə, həya və namusu yüksək qiymətləndirirlər, lakin onlardan nə üçün buna yol verdiklərini soruşsaq deycəklər: «Başqaları da belədirlər, lakin onların tutduqları işləri kimsə görmür, təkcə bizi görürlər».



Geri   İrəli
Go to TOP