A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Mən və kitab (Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Miladdan qabaq Yunanıstanda ssenari yazılırdı və onlardan bu günə qədər qalanları var. Fars dilində də çap olunub. Onlardan bəziləri tərcümə də olunub və mən bəzilərini oxumuşam.

Qərb mədəniyyətinin ədəbi mühitində ssenari yazmaq o zamandan inkişaf edib, ancaq bizdə hələ də bu inkişaf görünmür. Biz özümüzü sürətlə  çatdırmalıyıq.[61]

TƏKCƏ TEHRANLILAR YAZIÇIDIRMI?

Mən baxıb gördüm ki, yazıların əksəriyyəti tehranlıların xidmət etdiyi həzrət Peyğəmbər (s) qoşunu haqqındadır. Bu müharibədə bu qədər rolu olan digər qoşunlardan heç bir əsər-əlamət yoxdur. Tehranlılar cəbhəyə getdi və öz qoşunlarında yerləşdilər. Qayıtdıqdan sonra hamısını qələmə aldılar! İsfahan, Nəcəf qoşunları, İmam Hüseyn (ə), Nəsri-Məşhəd, İmam Rza (ə), Sarəllah, Fəcr və başqa yerlərdəki müxtəlif qoşunlarda bir dünya qəhrəmanlıqlar var. Nə üçün onlar yaza bilməməlidirlər?[62]

MÜHARİBƏ ƏLEYHDARI ƏDƏBİYYAT

Siz demişkən, mübarizə ədəbiyyatı mənbəyi olan ölkəmizdə naşı yazıçılar tərəfindən müharibə əleyhinə əsərlər də ortaya çıxıb. 61-62-ci illərdə "Yanmış yer" kitabını yazılır. Bu kitab yüzdəyüz müharibənin əleyhinədir. Ümumiyyətlə bu kitabda heç bir qəhrəmanlıq yoxdur. Onun inqilabın əleyhinə yazılmış başqa bir kitabı da var. Üç cildlik geniş romandır. Mən indi adını çəkmək istəmirəm. Kimsə bu günə kimi eşitməyibsə, eşitməsin. Mən gördükdə təəccüb etdim, öz informasiya vasitələrimizdən birində qardaşlardan biri müharibə ədəbiyyatına aid kitab yazmışdı və "Yanmış yer" kitabını bu müharibə ədəbiyyatına aid yazılmış kitablara aid etmişdi. Nə üçün belə olmalıdır? Bəzən təbii məhsulu müqavimət mövzusu olası müharibə ədəbiyyatı mənbəyində bəziləri qərəzli olaraq "Yanmış yer" kitabı kimi mübaribə əleyhinə ədəbiyyat ortaya çıxarır.[63]   


Dördüncü fəsİl 

NƏ ETMƏLİ?

İNQİLAB VƏ MÜHARİBƏNİN DİLİ YALNIZ İNCƏSƏNƏT DİLİDİR

Doğrudan da inqilab elə bir hadisədir ki, onun yalnız incəsənət dili ilə açıqlanması mümkündür. Məsələn, insan bir tarix kitabında Pəhləvi rejiminin dustaqxanalarındakı vəziyyəti necə təsvir edə bilər? Tarix kitabında bu mümkün deyil. Şeir və bədii əsərlərdən başqa, tarixi kitablarda bunları oxumağa heç kimin hövsələsi yoxdur. Bunları əsasən romanlarda açıqlamaq mümkündür. İnqilabda baş vermiş digər hadisələri də yalnız roman və s. incəsənət əsərləri ilə göstərmək olar. Bundan qeyrisi ilə mümkün deyil. Buna görə də inqilabi roman yazılmalıdır. Siz indi inqilabın romanını yaza bilərsiniz. Ümumiyyətlə elə indi onu yazmalısınız. İnqilabın romanını o zamanlar yazmaq olmazdı. İndi yazılmalıdır. Mən deyirəm ki, indi müharibə romanı da yazılmalıdır. Müharibə vaxtı müharibə xatirələrini yazmaq olardı, necə ki, siz yazmısınız. Lakin müharibə romanı başqa bir şeydir. Bir peşəkar bu hadisələr əsasında roman yazmaq istəyirsə, o mühiti yaxşı bilməlidir ki, bütün ünsürlərdən istifadə edə bilsin. Əslində incəsənətin xarakteri belədir. İnqilabdakı bütün hadisələr romanda özünə yer tapmalıdır. Küçədə bir hadisə, evdə isə başqa bir hadisə baş verir. Amma bunların hamısı ölkənin bütün bölgələrində baş vermiş böyük hadisələrin kiçildilmiş formasıdır. [64]

 

ZİRVƏ NÖQTƏLƏRİ SÜJETƏ DAXİL EDİN

İnqilabın ən çox əhəmiyyət kəsb edən müxtəlif mövzuları incəsənətimizin əsas mövzusu olmalıdır. Bəzən insan görür ki, yazıçı, ssenarist, yaxud bugünkü rejissorlar inqilabın əsas məsələlərinə diqqət edib onları incəsənətə gətirmək əvəzinə, ikinci dərəcəli, yaxud ziyanlı məsələlərin arxasınca düşürlər. Əslində bunlar müzakirəyə çıxarılmayacaq məsələlərdir. İnqilabın yara və dərdlərini görmək, onları böyütmək və seçmək, onlara hekayə rəngi vurmaq və yaymaq inqilaba xidmət deyil! İnqilabın dərdli, çatışmayan, məhrumiyyətli tərəfləri ilə yanaşı, bir çox güclü və parlaq tərəfləri də var. Siz elə bir inqilab tapa bilərsinizmi ki, onda çətinlik, ağrı və zəhmət olmasın? Keçid dövründə bunlar olmalıdır. [65]

BAŞQALARI BU İŞİ HƏYATA KEÇİRMİŞLƏR

Mən bir zaman bir yaxşı yazıçıya dedim ki, qazilərə aid olan “Bonyadi-şəhid” sanatoriyasına get. Xəstə baxıcısı kimi ağ paltar geyin və o sanatoriyada xidmət göstərməyə başla. Mən sənin üçün icazə alacağam. Get bir ay orada qal. Onların ləyənini boşalt, yeməyini yedizdir, mələfəsini dəyiş. Bütün ağrıları və çatışmazlıqları ilə tanış ol və gör müharibə əlili, qazi nə deməkdir. Biz qazinin kim olduğunu və nə etdiyini bilmirik. Biz qazinin cismini görürük, ancaq onun hisslərindən xəbərimiz yoxdur. Dedim, get və sənətçi baxışınla qazi ilə tanış ol. Sonra gəl qazinin haqqında roman yaz. Bu romanda onun yaralarına şəfa ver və ona mərhəm ol. Necə ki, başqaları bu işi həyata keçiriblər. Rusların yazdığı kitabları[66] buna misal göstərmək olar.[67]

NƏ QƏDƏR SƏRMAYƏ QOYUB İŞ GÖRSƏK YENƏ DƏ ÇOX DEYİL

Son zamanlar Behbudi və Sərhənginin müsahibəsini oxudum. Doğrudan da elədir. Bu iki cənabın fikrincə, Müqəddəs Müdafiə dönəminin hadisələrini sənədləşdirmək (sənədli film çəkmək), göstərmək, əsaslandırmaq lazımdır ki, bunun əsasında incəsənət əsərləri yarana bilsin. Tam doğru fikirdir. Mənim fikrimcə, biz Müqəddəs Müdafiə dönəmi üçün nə qədər sərmayə qoyub iş görsək, yenə də çox deyil. Çünki bu dönəmin göstərilməsi üçün ölkənin ədəbi və bədii tutumu olduqca geniş və dərindir. Bu tutumdan indiyədək yaxşı və lazımınca istifadə olunmayıb. Əlbəttə, yaxşı kitablar yazılıb, ancaq bu davamlı olmalıdır.  Mən bu cənablara təşəkkür edir və israr edirəm ki, bu sahəni və bu silsiləni davam etdirsinlər. Mübarizə İncəsənəti və Ədəbiyyatı Fondu da öz işinə həvəslə və daha ciddi yanaşaraq irəliləsin. Bu illərdə dəyərli əsərlər yaradan sənətçi dostlar da öz işlərini davam etsinlər. Bəzi dostlar doğrudan da inkişaf ediblər. Mən bəzi peşəkar dostlarımızın bu gün yazdıqları roman, yaxud xatirələri on yeddi, on səkkiz il bundan öncəki əsərlərlə müqayisə etdiyim zaman aralarındakı böyük fərqi görürəm. Yəni doğrudan da inkişaf ediblər. Bu gün bunların ərsəyə gətirdiyi incəsənət əsərləri çox dəyərlidir.[68]

ŞAHİDLƏRİN DƏ GÖRMƏDİYİNİ GÖSTƏRMƏK

Mən öz gözümlə bəzi hadisələr görmüşəm ki, bəlkə də maddi göz onların mahiyyətini dərk edə bilməyib. Ancaq sonra siz sənətkarların onları qələmə alıb, film çəkib, yaxud onları bədii dildə göstərdikdə, hadisələrə yenidən baxıb necə də heyrət dolu anlar olduğunu görürəm. Təzəcə onları başa düşməyə başlayıram. Buna görə də mənə elə gəlir ki, müsəlman sənətkarın rolu fövqəladə mühüm roldur.[69] 

BƏDİİ ƏSƏR ÇATIŞMAZLIĞI

Əgər siz çap etdiyiniz kitabların yarısını yalnız bədii əsərlərə ayırsanız, yaxşı əsər olarsa, bunun heç bir eybi yoxdur. Əfsuslar olsun ki, biz bu zəmində çox geriyik. Mənim ən çox təəssüf etdiyim məsələlərdən biri budur. Biz hansısa səbəblərə görə - əlbəttə, bu səbəblər də fikrimcə, aydındır - İnqilabın dəyərlərini və ismarışını çatdırmaq üçün incəsənətdən lazımınca istifadə edə bilməmişik. Yəni bu iş layiqincə olmamışdır. Kommunistlər bu zəmində bizdən irəlidə idilər. Onlar (düşmənlər) öz məcazi və yalan dəyərlərini incəsənət vasitəsilə orijinal və görkəmli şəkilə salıb, təqdim etdilər. Nə üçün biz öz həqiqi dəyərlərimizi çatdırmaqda bu dəyərli vasitədən (incəsənətdən) məhrum olaq? Bu zəmində doğrudan da işlənilməlidir.[70]

BƏDİİ ƏSƏR MUSİQİDƏN CAZİBƏDARDIR

Bir romanın iki min tirajla neçə dəfə çap edilməsi roman sahəsindəki boşluqdan xəbər verir. Ehtiras, ürək və ruhu özünə çəkən digər bu kimi nəfsani cazibələrin bir müalicəsi var, o da incəsənətdir. Əgər siz həmin cazibələrin yüzdəyüz qarşılığında əsər yarada bilsəniz, bu ürəkləri özünə cəlb edə biləcək yeganə istisnasız yoldur. Nə üçün? Çünki əsərin özü bir cazibədir.  İncəsənətin yaxşı nümunələrindən biri də romandır. Bədii əsərin cazibəsi musiqidən çoxdur. Musiqi insanı yorur, ancaq insanı heç vaxt yormayan yeganə şey bədii əsərdir.[71]

CƏMİYYƏT BƏDİİ ƏSƏRSİZ OLA BİLƏRMİ?

Müharibənin bizə verdiyi maya ilə, İranda bədii nəsr sənətini yenidən quraq. Hər halda, müharibə səbəb oldu ki, xatirələrini yazmaq istəyən bir kəs, siz demişkən, gedib bir neçə cild roman oxusun və hadisələrin necə yazılmasını öyrənsin. Əgər müharibədə olmasaydı, bəlkə də heç vaxt yazmaq fikrinə düşməzdi. Ancaq indi bu istedad yol üstədi. Çox gözəl, gəlin bundan istifadə edək. Bu gördüyünüz coşqun istedad müharibədəki hadisələri gözəl şəkildə yazır və təsvir edir. Doğrudan da bu cənabların yazılarındakı təsvirlər  o qədər gözəl işlənib ki, insan oxuduqca həzz alır. Bu onların istedad və coşqunluqlarının göstəricisidir. Çox yaxşı, bu istedaddan cəmiyyətimiz üçün bədii əsər yaratmaq üçün bəhrələnək. Bu ölkənin bədii əsərə ehtiyacı var. Bədii əsərsiz cəmiyyət ola bilərmi?[72]

TARİXİN TƏSVİRİ ÜÇÜN HEKAYƏ VƏ ROMAN

Heç bir vasitə tarixi, hekayə və roman kimi təsvir edə bilməz. Tarix haqqında bədii ədəbiyyat dili ilə yox, başqa dildə danışmaq, bir şəhərin şəklini yerin on min metr hündürlüyündən çəkməyə bənzəyir. Adətən şəhərin kənarları, böyük prospektləri görünür. Lakin oradakı insanlar nə edirlər? Yuxudadırlarmı? Pisdirlərmi? Varlı, yoxsa kasıbdırlarmı? Rahatdırlarmı? Dalaşırlarmı? Rəqs edirlərmi? Bunların heç biri bəlli deyil. Tarix kitabı şəhərin şəklini on min metrlərlə yuxarıdan çəkib bizə göstərir. Bir zaman siz bir şəhərə daxil olursunuz. Əlbəttə ki, şəhərin bütün küçələrini görə bilməzsiniz. Amma şəhərin iki-üç küçəsini, yaxud prospektini görürsünüz, insanları ilə söhbətləşirsiniz, evlərin, otaqların, uşaq oyuncaqlarının, bir atanın uşağını öpməsinin şəklini çəkirsiniz. Bunların hamısını təsvir edir və bir şəkildə bizim qarşımıza qoyursunuz. Əlbəttə, bir küçədir, iki prospektdir, bütün şəhər deyil. Ancaq onu ümumiləşdirmək olar.  Bu incəsənətin tarix haqqındakı dilidir. Roman budur. Oktyabr inqilabını heç bir kitab Şoloxovun tanınmış "Sakit don" əsəri kimi təsvir edə bilməz. O, məsələn, təkcə kazaklar yaşayan məntəqəyə getmiş və hadisələri oradan bizim üçün təsvir etmişdir. Ancaq bütün kəndləri, kazaklar yaşayan məntəqənin hamısını təsvir edir. Fərqi yoxdur, Sibirdə də vəziyyət eynidir. Hadisələri bizim üçün danışır və biz inqilabı yaxından görürük. "Əzablı yollarla" kitabı da onun kimidir. Bunlar təfərrüatı təsvir edirlər.[73]

BƏDİİ NƏSR İNQİLABIN TƏBLİĞ VASİTƏSİ KİMİ

Dünyanın böyük azadlıq hərəkatlarının və inqilablarının təbliğat vasitələrindən biri də roman və bədii nəsrdir.  Çox gözəl romanları var.  Gözəllikləri ən yaxşı şəkildə,  ən gözəl formada təqdim etmişlər.  Mən bu kitabları oxuduqda  və öz inqilabımızla müqayisə etdikdə, görürəm ki, bizim inqilabın çox yüksək, əzəmətli, həyacanlı və daha gözəl hadisələri var ki, onları qələmə almaq mümkündür. İncəsənət xadimlərimiz doğrudan da bu mövzuda məsuliyyət daşıyır və cavab verməlidirlər. Bu gözəllikləri onlar görə bilirlər. Adi insanlardan öncə axtarıb görməli  və təqdim etməlidirlər.[74]

ROMAN BƏDİİ İFADƏ TƏRZİNİN ƏN ƏHATƏLİ FORMASIDIR

Bədii ifadə tərzinin formaları arasında müxtəlif baxımlardan daha əhatəli olanı romandır. Hətta misal üçün, filmdən də (əhatəlidir). Filmin qavranılması ilə romanın qavranılması arasında fərq var. Film öz məhdudiyyətlərinə görə hər şeyi əhatəli təsvir edə bilmir. Görürsünüzmu, Viktor Hüqonun "Səfillər" əsəri əsasında bu günədək neçə film çəkilmişdir? İranda televiziya indiyə kimi onun iki-üç filmini göstərib. Mən "Səfilləri" dəfələrlə oxumuşam, bu filmləri də həvəslə izləmişəm. Lakin "Səfillər" hara, bu filmlər hara?! Ümumiyyətlə bir-biri ilə müqayisə olunası deyil.[75]

ROMAN UZUNÖMÜRLÜDÜR

Hələ də bizim ən gözəl romanlarımız, on doqquzuncu əsrin romanlarıdır. On doqquzuncu əsrdə elə romanlar yazılıb ki, onların bənzəri hələ yazılmayıb. Fransada, Rusiyada, hətta İngiltərədə yazılan romanların hələ də bənzəri yoxdur. Demək, roman uzunömürlüdür. Roman yayılır və hadisələri xırdalıqları ilə yüksək şəkildə təsvir edir, açıqlayır. Siz bu xarakteri incəsənətin başqa hansı sahəsində tapa bilərsiniz? Bu xarakter nə musiqidə, nə kinoda, nə teatrda, nə də şeirdə var. Ümumiyyətlə romanın bənzərini tapmaq mümkün deyil! Həm tərcümə olunur, həm hər yerə yayılır, həm qalır, həm də köhnəlmir.[76]

BU QƏDƏR DƏLİL VARKƏN ROMANIN YERİ BOŞ QALMAMALIDIR

Mən dəfələrlə sizinlə yığıncaqlarda Oktyabr İnqilabı romanlarını misal çəkmişəm. Onlardan biri Aleksey Tolstoyun "Əzablı yollarla" əsəridir. Çox yüksək keyfiyyətli romandır. Digəri Şoloxovun "Sakit don" romanıdır. Bunlar inqilabi romanlardır. Lakin "İt ürəyi" əsəri inqilabın əleyhinə yazılmışdır.

Bir neçə nəfəri müəyyən edin və bu əsərlərin nümunəsini qarşılarına qoyun. Deyin ki, inqilab haqqında bu romanlar kimisini yazmaq istəyirik. Amma inqilab və İmam (Xomeyni) həqiqi şəkildə tanıdılmalıdır. Döyüşçülərin müharibə haqqında yazdıqları xatirələri qarşılarına qoyun. Fikrimcə, bunlardan çox cildli və maraqlı roman yazmaq olar. Onlara üç il də vaxt verin. Nə qədər xərci varsa, öhdənizə götürün. Dəstək olun, görün nə olacaq. Bəlkə bir nəticə əldə edə bildiniz. Görək, ölkədə üç-dörd normal roman yazıb boşluğu doldurmaq mümkün olacaqmı.

İran bu qədər mədəniyyət, bu qədər dəlil və bu qədər mədəni töhfələri ilə roman yazmaya bilməz. Nəhayət, bu iş həyata keçirilməlidir. Bu günə qədər meydan boş qalmışdı və bir qrup hay-küyçü və dəyərsiz adam ... ortaya atılıb özlərini böyük yazıçı kimi qələmə verdilər. Sonra inqilaba əks yazılarını ölkədə yaymağa başladılar. Kitabı çıxmış Allah bəndələrindən birinə yüz yerdən məktub gəldi və kitabını oxuyub ləzzət aldıqlarını bildirdilər. Bir halda kı, bu kitabın bədii və s. baxımdan xeyli nöqsanları vardı. Hər halda siz bu işi görməlisiniz.[77]

YAXŞI ROMANIN TƏRCÜMƏSİ

Əlimdə bir roman var idi. Bir neçə gün idi ki, onu vərəqləyib oxuyurdum. Altı yüz səhifəlik qalın, olduqca əyləncəli, cəzbedici və bədii baxımdan çox yüksək yazılmış kitabdır. Ancaq bizim maarifimizin tam əksinədir. Mən bir gəncin o kitabı oxumasını qətiyyən münasib görmürəm. Lakin hazırda çap olunur və böyük tirajlarla satışa buraxılır. Nə olar ki, biz yaxşı roman tapaq, təcümə edib çap edək. Həm cazibəli olsun, həm də cavanlarımızın onu oxuması iradsız olsun. [78]

BAŞQA DİLLƏRƏ KİTAB TƏRCÜMƏSİ

Hər halda, tərcümə çox önəmli məsələdir. Ancaq düşünülmüş şəkildə yerinə yetirilməlidir. Mən bu kitabları  oxuduqda, düşünürdüm ki, məsələn, əgər biz tərcümə olunmuş, xüsusən də müharibəyə aid kitabları ardıcıl şəkildə yaymaq istəyiriksə, əvvəl kiçik, çox İran rəngi vurulmamış, gözəl təsvir olunmuş və yaxşı yazılmış kitablar başqa ölkələrə getməli, yayılmalı və oxunmalıdır. Bu təcrübə zehinlərdə özünə yer etdikdən sonra, başqa kitablar göndərilməlidir. Hər bir kitab  digəri üçün yol açacaqdır. Bu minvalla növbə daha geniş kitablara və daha geniş xatirələrə çatmalıdır.[79]

İSLAM CƏMİYYƏTLƏRİNİN VƏHDƏT KANALI

Əfsuslar olsun ki, bəzi siyasətçilərin qəsdən ixtilaflı məqamları axtarıb tapdıqları, hətta incələdikləri müşahidə olunur. Buna səbəb müsəlman cəmiyyətlərini bir-birindən ayırmaq istəyidir. Kitab müsəlman cəmiyyətləri arasında vəhdət ismarışı rolunu oynaya bilər. Çox yaxşı olar ki, İslam dünyasının dini kitablarını, İslam mütəfəkkirlərinin önəmli yazılarını fars dilinə çevirək və milli kitabxanamıza yerləşdirək. Eyni zamanda öz mütəfəkkirlərimizin, mühüm yazıçılarımızın və alimlərimizin fikirlərini digər müsəlman cəmiyyətlərinə ötürək. Beləcə, İslam cəmiyyətləri arasında vəhdət kanalı yaratmış olaq. Yəqin bilin ki, bu, mədəni və müstəmləkəçilik əleyhinə atılmış bir addım olar.[80]

BİZDƏ OLMAYAN KİTABLAR

Mən ölkəmizin mütəfəkkirlərindən xahiş etmək istəyirəm ki, millət üçün lazımlı, yaxşı kitabların ərsəyə gətirilməsi məsələsini ölkələrinin və cəmiyyətlərinin zəruri ehtiyacı saysınlar. Baxmayaraq ki, cəmiyyətimizdə yaxşı kitablar var, ancaq çatışmayan cəhətlərimiz də çoxdur. Bir çox kitablar bizdə yoxdur. Elə mövzular var ki, onlar haqqında heç nəyimiz yoxdur, yaxud layiqlisi görünmür. Bir halda ki, başqaları, digər ölkələrdə müxtəlif mövzular haqqında bəzən on minlərlə kitab yazırlar. Ancaq həmin mövzularda bizim kitablarımız barmaq sayı qədərdir. ... Hətta haqqında təcrübəmiz olan mövzularda da kitablarımızın sayı azdır. Doğrudan da keçmişdə lazımi mövzuların təqdimi zəminində layiqli işləməmişik. Kitab bizdə təşrifat xarakteri daşımış və xas bir qrup üçün nəzərdə tutulmuşdur. Kitaba hamı üçün lazımlı vasitə kimi yanaşılmamışdır.

Biz bu nöqsanı aradan qaldırmalıyıq. Həm incəsənət xadimlərinin, yazıçıların, tədqiqatçıların və müəlliflərin, həm də  kitab istehsalçılarının, naşirlərin, onları dəstəkləyən orqanların üzərinə ağır məsuliyyət düşür. [81]

 

DAHA ÖNƏMLİ

Amma hər şeydən öncə çalışın, siyasi, bədii, incəsənətlə bağlı və cavanlar üçün maraqlı olan kitabları tapın. Ümumiyyətlə siz mütərcimlərdən, müəlliflərdən istəyin ki, öz tərcümələrini, seçmə əsərləri sizə versinlər və siz onları çap edin.[82]

Təsəvvür edin ki, bu gün dünyada hansı məsələlərin inqilab məsələlərindən olması müəyyən olunur. Əgər biz bu məsələləri dünyaya çatdıra bilsək, inqilabın həqiqətinə daha çox diqqət yetiriləcək və inqilabın daha çox tərəfdar qazanmasına zəmin yaranacaq. Bu cür məsələləri tapmaq özü bir sənətdir. Mütaliə edərkən, kitab, jurnal və əleyhinizə yazılmış kitabları oxuyarkən dünyanın birinci dərəcəli əsas məsələlərini tapın. Müəyyən olunduqda, həmin alimlər digər alimlərin köməyi ilə bu sahədəki boşluğu doldurmaq üçün lazım olan məzmun və mətləbləri müəyyən etsinlər və toplasınlar. Sonra həmin məsələləri incəsənət xadimlərinə, rəssamlara, rejissorlara, şairlərə, yazıçılara və ssenaristlərə verərək bunlardan əsər yaratmalarını istəsinlər.[83]

İNCƏSƏNƏTSİZ İNKİŞAF MÜMKÜN DEYİL

Əgər Quranın yüksək məfhumları gözəl bədii formada təqdim olunmasaydı, inkişaf edə bilməzdi. Quran məfhumlarından və tövhiddən yuxarı  nəsə varmı? Allah-Taala bu məfhumlar üçün Peyğəmbərin (s) təbii nitqindən,  bəşəri nitqdən istifadə etmədi. Möcüzəli dildən istifadə etdi ki, gözəlliyin son həddini ifadə etmiş olsun.[84]

ƏN GÖZƏL İŞLƏRİN SEÇİLMƏSİ

Kitabı üzə çıxarmaq, insanları mütaliə meydanına çəkmək faydalı işdir. Çalışın, keyfiyyətə daha çox diqqət yetirilsin.  Müxtəlif kitab növlərinin təqdim olunması, müxtəlif mövzuların üzə çıxarılması,  bunlar hamısı təsirlidir. İfadə tərzi baxımından kitabların ən bədiisi seçilməlidir. Lakin əgər siz məzmun və formaya əhəmiyyət verməsəniz, ölkənin mədəniyyəti ziyana uğrayacaq.

... Bu sahədə fəaliyyət göstərən gəncləri dəvət edin, əllərindən tutun və onlardan hansı işləri həyata keçirə biləcəklərini soruşun. Qoy layihələrinizi görsünlər və çatışmayan cəhətləriniz haqqında fikirlərini bildirsinlər.

Ümumi mədəniyyətdə islahat aparmaq üçün mütləq "kitab" nəşr edilməlidir.[85]

ÖLÇÜLÜB-BİÇİLMƏMİŞ İŞ GÖRMƏYİN

Sizin tərəf-müqabiliniz kimdir? Siz kiminlə söhbət edirsiniz? Kimin üzərində iş aparmaq istəyirsiniz? Bizim məktəblərdə belə bir ifadə var: “Filankəs sahibsiz baş qırxır”. Təsəvvür edin ki, küncə bir baş düşüb, sahibi də yoxdur və bir nəfər onu qırxmaqla məşğuldur. Bunun nə faydası var?! Qarşınızdakının kim olduğunu bilməlisiniz. Təcili öz tərəf-müqabilinizi müəyyən etməli və onların gənc nəsil olduğunu anlamalısınız. Gənclərin də özünəməxsus xarakterləri var. Əgər ən gözəl mətləbləri maraqlı şəkildə təqdim etməsəniz, gənc onu qəbul etməyəcək.[86]

FAYDASIZ KİTABLAR

Kitab statistikasında keyfiyyətə daha çox önəm verin. İndi deyirlər ki, kitab kəmiyyətcə keçmişə nisbətən çoxalıb. Statistika bunu göstərir, hamı da qəbul edir. Ancaq mən qorxuram ki, bu kəmiyyətin əksəriyyəti ölkəmizin ehtiyacı olmayan mövzular və heç kimin oxumadığı kitablar olsun. Mənim üçün xeyli kitab gəlir. Naşirlər və müəlliflər mənim üçün bəzi kitablar göndərirlər. Mənim bəxtim orada gətirib ki, mənə çoxlu kitab göndərirlər. Mütləq onlara göz gəzdirirəm. Ən azı kitabın necə kitab olduğunu anlamaq üçün bir az vərəqləyirəm. Gətirilən kitabların bəzisinin heç bir müştərisi olmadığını görürəm. Özümü hər kimin yerinə qoysam, görürəm ki, kitabın heç bir marağı yoxdur. Ümumiyyətlə mənasız və faydasız kitabdır. Əgər dinidirsə də, siyasidirsə də, ictimaidirsə də, tarixidirsə də faydasızdır və təkrardır. On dəfə deyilib, bu kitabda növbəti dəfə təkrarlanıb.[87]

UCUZ ÇAP

Naşirlərə də bir tapşırıq verirəm. Doğrudur ki, kitabı keyfiyyətli kağızlarla çap etmək gözəldir, ancaq alıcısı çox olan bəzi kitablar orta və camaatın ala biləcəyi kağızlarla çap olunmalıdır. Yəni çapxana orta kağızla çap etməlidir. Çap keyfiyyətli olmalıdır. Lakin sadə kağızdan da istifadə olunmalı və kitabın tirajı çoxalmalıdır. Nəticədə kitab ucuz başa gəlir və bir çox müxtəlif insanlar ondan istifadə imkanı əldə edir.[88]

UŞAQ SAHƏSİNDƏ FƏALİYYƏT

Siz əziz tərbiyəçilər, kitabxanada uşaqlarla məşğul olanlar, nağıl oxuyanlar, kitab göndərənlər, kitab oxuyanlar, ədəbi məsələləri və öz bədii yaradıcılığını uşaqlarla bölüşənlər, bilin ki, indi ana xətt üzərində hərəkət edirsiniz. Siz, həyata keçirilməsi zəruri olan məsələləri həyata keçirməkdəsiniz.[89]

Mənim əzizlərim! Uşaqları xoş əhval-ruhiyyəli böyüdün. Buna yazıçılıq və ekskursiya proqramlarınızda, müəllimlərə tövsiyələrinizdə və öz rəftarlarınızda önəm verin. Uşaqlar ümidli böyüməlidirlər.[90]

... Biri uşaqlar, xüsusilə uşaq ədəbiyyatı haqqındadır. Dünya bu sahədə fövqəladə inkişafa nail olub. Biz keçmişdə o inkişaflara uyğun irəliləyə bilmədik. İnqilab dövrü bu fasilələrin aradan qaldırılması üçün yaxşı fürsətdir.[91]

AZI ON DƏFƏ ÇOX

Fikrimcə, bu gün çap olunan və xalqın ixtiyarına verilən kitablar ən azı on dəfə artmalıdır. (O,[92] tirajlara işarə edərək beş min tirajın, əlli minə çatdırılması zərurətini bildirdi.) Əlbəttə, tiraj da çox mühümdür, lakin kitabın mütləq kəmiyyəti nəzərdə tutulur. Bəzi tirajlar az, bəziləri çox ola bilər.[93]

ÜÇ YÜZ MİNLİK TİRAJLAR

Növbəti təklif bundan ibarətdir ki, kitab oxumaq geniş yayılmış ənənə halını alsın və ölkədə hamı kitab oxucusu olsun. Bir də kitab cəmiyyətin müəyyən fərdlərinə aid olmasın. Bəzi naşirlər ölkədə mütaliə mədəniyyətinin yüksəlməsinə və camaatın kitaba daha çox meyl göstərməsinə görə mənə təşəkkür edirlər.  Əlbəttə, nəzərdə tutduğum səviyyəyə çatsaq, o zaman hər dəfə çap olunan kitabların sayı iki mindən, beş mindən və on mindən iki yüz minə, üç yüz minə çatdırılmalıdır. Yəni kitab cəmiyyətdə bu şəkildə yayılmalıdır. Bugünkü altmış milyonluq cəmiyyətin böyük əksəriyyəti kitab oxucusudur, savadlıdır və bu daha da çox olacaq, artıma doğrudur. Əgər hamı kitab oxuyan olsa, biz onların ixtiyarına daha çox kitab verməliyik.[94]

KİTAB ÇAPI HAZIRKİ SƏDƏQƏDİR



Geri   İrəli
Go to TOP