A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Mən və kitab (Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Bilmirəm imdadçılara (xeyriyyəçi) aid olan  kitabı (“Mənim gözəl həyatım”) sizlərdən hansı yazıb. Mən bu kitabın doğrudan da nə qədər lazımlı olduğunu gördüm. Aydındır ki, bu şəxsin özü də imdadçı idi. İnsanın özü imdadçı olmadan belə bir mətləbi qələmə ala bilməz. Yaxud "Atəş və ixtiyar" kitabının müəllifinin gözətçilikdən anlayışı olduğu aydındır.[30]

EVƏ APARDIM VƏ HAMINIZ OXUYUN DEDİM

Sizin kitabınızın (“Cəbhə terminologiyası”) birinci cildi çapdan çıxdıqda, adəti üzrə digər çap olunmuş əsərlər kimi onu da mənim üçün gətirdilər və mən onu oxudum. Bu kitab mənə o qədər maraq verdi ki, sonadək oxudum. Sonra gördüm ki, bu kifayət deyil, evə apardım və dedim ki, hamınız bu kitabı oxuyun! Evdə ailə üzvləri üçün kitabın bəzi yerlərini özüm oxudum. Dedim ki, bu kitab ümumiyyətlə bütün evlərdə olmalıdır və həmişə hamının ixtiyarında olmalıdır.

Siz bu terminləri (“Cəbhə terminologiyası” kitabını) bir yerə toplamısınız. Bu terminlər çox önəmlidir. Onların məcmusu hazırda tarixi qaynaq və tarixi sənəd şəklində bizim əlimizdədir. Bu tarixi sənədlərin əsasında bir çox reportajların hazırlanması mümkündür. Nə yaxşı olar ki, film çəkənlər, nəsr yazanlar, şairlər, yaxud ssenaristlər bu yazılardan və bu sənədlərdən istifadə etsinlər. Bu yazılarımızın səmərəsi o vaxt son həddə yetəcək ki, müharibəyə aid məşhur əsərlərdə və ədəbiyyatda özünü tapmış və onların işinə yaramış olsun. Həmçinin işarə vurduğunuz adlar və ləqəblər də bu qəbildəndir. Məsələn, Həsən Biriyanın özü bir hekayə mövzusudur. Bunlar insanın bir gövhəri önəmli yerə yerləşdirdiyi kimi mühüm yerdə yerləşməlidir. [31]/a>

ƏSİL İNSAN HAQQINDA POVEST””

Bir neçə il öncə dostlarımdan bir neçəsinə dedim ki, nə üçün qazilər (müharibə veteranları) haqqında film çəkmirlər?  Bir rus qazisi üçün kitab yazmışdılar. Mən onu oxumuşam. Sonralar o kitab əsasında film də çəkildiyini eşitdim.  Ruslar özü bu kitabı çap edib göndərdilər. Bu da rusların təbliğat kitablarından biri idi. Bu kitab inqilabın əvvəllərində əlimə keçdi. Bu kitab Boris Polevoyun “Əsil insan haqqında povest” əsəridir. Bu kitab təyyarəsi düşmüş və ayağı kəsilmiş bir pilotdan söz açır. Gördüm ki, hər hansı bir pilot, yaxud ayağı kəsilmiş, gözü kor olmuş müharibə əlili bu kitabı oxuyarsa, rahatlıq və razılıq hissi keçirəcəkdir. Bizim bu qədər müharibə əlilimiz var. Nə üçün belə bir kitabımız yoxdur? Nə üçün bu haqda bir film çəkməmişik? Bunlar bizim çatışmayan cəhətlərimizdir.[32]/a>

MÜSTOVFİNİN XATİRƏLƏRİ

Bizim çox gözəl xatirələrimiz var. O cümlədən "Müstovfinin xatirələri"; insafla desək, çox gözəl kitabdır. Əgər bu kitabı "Nehrunun bioqrafiyası" kitabı ilə müqayisə etsəniz, ondan yaxşı olmasa da, geri qalan deyil. Lakin o, təxəyyül deyil və bədii xarakter daşımır.[33]/a>

ZİYALILARIN XİDMƏT VƏ XƏYANƏTİ

228 mordaddan sonra ziyalı təbəqəsinin bir zalım rejimə qarşı etiraz amilini göstərmək baxımından ziyalı mühitdə qəribə durğunluq yaranmaqdadır. İyirminci illərdə rejimin qəzəbinə tuş gəlmiş bir çox insanlar, otuzuncu illərdə məlun rejimin müti həmkarlarına çevrilmişdilər. Ali Əhməd “Ziyalıların xidmət və xəyanəti” kitabında otuzuncu illərin ziyalılarından danışır. Ali Əhməd bu kitabını qırx üçüncü ildə yazmağa başlamış və işini qırx yeddinci ilə kimi davam etdirmişdir. Qırx yeddinci ildə Ali Əhməd Məşhədə gəldikdə biz onu gördük. Nədənsə bu kitabdan söz düşdü. Neçə vaxtdır ki, bir işlə məşğul olduğunu bildirdi. Sonra başa düşdüm ki, qırx yeddinci ildən bu kitabı yazmaqla məşğuldur. O, bu zəmində bizdən bir sıra materiallar istəyirdi. Düşünürdü ki, bizim onlardan xəbərimiz var. Anladıq ki, kitab yazır. Bu kitab onun vəfatından sonra çapa verildi. O kitab keçmiş rejimdə yayılmasına icazə veriləsi kitablardan deyildi. Yüzdə-yüz qadağan olunan kitablardan hesab edilirdi və yayılması mümkün deyildi.[34]/a>

HHOVARD (HOWARD)  MELVİN FAST

Əgər fürsət tapsanız, Amerikanın ictimai vəziyyəti ilə bağlı yazılmış bəzi kitabları oxuyun, bu məsələni başa düşəcəksiniz.  Mən özüm bu mövzuda xeyli kitab oxumuşam. Bilmirəm siz də oxumusunuz, ya yox.  Məsələn, seçkilər məsələsi haqqında tanınmış və nisbətən solçu amerikalı yazıçı Hovard Melvin Fastın (1914 - 2000) bir kitabını oxumuşam (“Mühacirlər” romanı nəzərdə tutula bilər) . Onun bir çox başqa kitabları da var.  Əslində roman yazarıdır. Onun kitabı iyirminci əsrdə ailəsi Avropadan Amerikaya köçən bir uşağın həyatından söz açır. Bu uşaq Amerikada dünyaya göz açır və Amerika qanunlarına əsasən o, amerikalı hesab olunur. Sonralar ədliyyədə vəkil olur və sonra seçkilərə qatılır. O kitabda Amerikadakı seçkilərin vəziyyətini izah etmişdir. Siz baxın, bu hələ  əsrin əvvəllərinə, 20-30-cu illərə aiddir. Ondan sonra bu zəmində informasiyaları olan, yaxud bu mövzuda yazanların etirafına əsasən vəziyyət daha da acınacaqlı olmuşdur.  Həqiqətdə pul və təbliğat gücü bu ölkədə hər şeyə hakim olan ən böyük kompaniyalardır. Namizədləri onlar müəyyən edirlər.[35]/a>

FFRANTZ FANON

Siz əgər bizim dövrümüzdə Latın Amerikası və Afrika haqqında yazılmış kitabları oxumuş olsanız (Frantz Fanon, 1925-1961) və o dövrün digər yazıçılarının kitabları indiyə kimi öz etibarını qorumuşdur), bizim də eyni durumda olduğumuzu anlayacaqsınız. İran haqqında heç kim cəsarət göstərib yaza bilmirdi. Lakin Afrika, Çili, yaxud Meksika haqqında rahatlıqla yazılırdı. Mən bu kitabları oxuduqda bizim də eyni vəziyyətdə olduğumuzu müşahidə etdim. Yəni bir gənc fəhlə ağır iş qarşılığında bir abbası əldə edirdisə, bu pulun yarısı əyyaşlığa, avaralığa və s. bu kimi boş-boş işlərə xərclənirdi. Bunları biz o kitablarda oxuyurduq və görürdük ki, həqiqətən, öz cəmiyyətimiz də eyni taleyi yaşamaqdadır. [36]/a>

RROMEN ROLLAN

Onun (Romain Rolland, 1866-1944) "Vurğun qəlb" romanı daha dəyərlidir. Bu kitab həm tarixdir, həm ədəbiyyat, həm əxlaq, həm də incəsənət. Bu kitab hər şeydir. Mən bu kitabı illərlə öncə oxumuşam. [37]/a>

CCEYN OSTİNİN KİTABLARI

Ceyn Ostinin (Jane Austen) kitablarının ingiliscə xülasəsini, o cümlədən "Qürur və mənfi rəy"i (“Pride and Prejudice”)  oxumuşam. İngilis dili öyrənənlər üçün sadə, xülasə əsərlər yazırlar. [38]

NƏ ÜÇÜN BİR RUHANİ “SAKİT DON” ROMANINI OXUYUR?

Şoloxovun "Sakit don" romanı dünya romanları arasında yer tutur. Əslində birinci cildi gözəldir. Sonrakı cildləri kitabın dəyərini azaldır. Baxmayaraq ki, sonrakı kitabları, o cümlədən “Oyanmış torpaq” əsəri də yaxşı deyil. "Sakit don"u inqilabdan əvvəl oxumuşam.  Bu kitabda o qədər yüksək səviyyəli təsvirlər var ki, mən beləsini başqa heç bir kitabda görməmişəm. Rusiya düzənliklərini təsvir edir. Məsələn, yüz yerdə təsvir etmiş, ancaq yüz cür fərqli bəyanla! Bunlar çox peşəkarcasına qələmə alınmış və olduqca önəmli əsərlərdir. Ədəbiyyat beləcə əbədiləşir. Nə üçün mən ruhani İslam ölkəsində "Sakit don" kitabını oxuyuram? Əgər bu kitabın marağı olmasa, əgər oxumaq üçün layiqli olmasa, mənim kimi birisi onu oxumaz. [39]/a>

SSU KİMİ, İPƏK KİMİ AXICI, RƏVAN

Bir növ bundan daha yüksək və daha yaxşısı var və o, öz mətləblərini bilavasitə zehinlərə yeridən əsərdir. Bu, ən görkəmlisi və ən yaxşısıdır.  Viktor Hüqonun "Səfillər"i bu qəbildəndir. "Səfillər"in ismarışı Fransanın həmin dövrdəki aristokratiyasının ictimai münasibət və təşkilatlarının süqutu dönəmi, həmin dövrün məhkəməsinin rüsvayçı durumda olmasından ibarətdir. "Səfillər", o dövrdə ictimai təfəkkürün səviyyəcə aşağı olmasından xəbər verir. Belə ki, zəif insanlara xırda günahlarına görə böyük cəzalar kəsilir, ancaq güclülərə böyük günahlar işlətmələrinə rəğmən heç bir cəza verilmirdi. Eyni zamanda əgər nəzər salsanız, kitabın mesajlarının bir ipək, su kimi insan zehninin tamam hüceyrələrinə nüfuz etdiyini və onlarda özünə qarşı maraq doğurduğunu müşahidə edəcəksiniz. Bir halda ki, birbaşa heç bir söz ifadə olunmamışdır. [40]/a>


 

ÜÇÜNCÜ FƏSİL

 MÖVCUD DURUMUN QÜSURLARI

İİRANDA TANINMAMIŞ  ALƏM

Əgər kitabın sayı çoxalarsa, əgər müxtəlif mövzularda bir çox kitablar çapdan çıxarsa, əgər bütün mövzularda kitaba ehtiyac artarsa, əgər xalq kitaba müraciət etməyi və suallarının cavabını kitabda tapmağı bacararsa, o zaman başqa bir aləm və başqa bir macəra olacaqdır. Təəssüflər olsun ki, bu gün İranda bu aləmdən xəbər-ətər yoxdur! Məşğuliyyətin kitab olduğu yer ruhi keyfiyyət və fikri vəziyyət baxımından müqayisədə digər yerlərlə hiss olunacaq dərəcədə fərqlidir. [41]/a>

BBÖYÜK ƏSƏRLƏRƏ ÇEVRİLMƏK CÖVHƏRİ

Mən indi sizin romanlarınıza baxarkən görürəm ki, əgər bir az bunların üzərində işlənərsə, Viktor Hüqonun "Səfilləri", yaxud Tolstoyun "Hərb və sülh"ü olacaqdır. Mən bu gövhəri öz qardaşlarımızın “Hözeyi-hünəridə”, yaxud digər yerlərdə çap etdirdikləri kiçik romanlarında müşahidə edirəm. Bu cövhəri digərlərinin təqlidçi yazılarında, on cildli, beş cildli, min səhifəlik, yaxud on min səhifəlik kitablarında görmək olmur. Sizin işlərinizdə doğrudan da bu cövhər mövcuddur. Onların işi sırf makina işidir. Çünki daxillərindən qaynamır. [42]/a>

MÜHARİBƏ - YAZIÇILIQ FÜRSƏTİ

Müharibə bu zəmində istedadların üzə çıxması üçün meydandır. Bilirsiniz ki, ədəbiyyat və incəsənəti bütün ölkələrdə çiçəkləndirən amillərdən biri acınacaqlı hadisələr, o cümlədən müharibədir. Ən gözəl romanlar, ən gözəl filmlər, bəlkə ən yaxşı şeirlər müharibələrdə və müharibə münasibəti ilə yazılmış, çəkilmiş və deyilmişdir. Bizim müharibəmiz də bu qəbildəndir.[43]

BİLMİRƏM, BU QƏDƏR TƏKRAR TƏSİR GÖSTƏRİB, YOXSA YOX!

Bu mühüm məsələ haqqında (mütaliə) çox danışmışam. Amma mənə bunun nə qədər təsirli olduğunu deyən olmayıb. Düzü hər dəfə bu haqda danışmaq istədikdə bunun artıq faydasız söz olacağına şübhə edirəm! Mən bilmirəm bu qədər təkrar doğrudan da təsirli olub, yoxsa yox. Bunu siz deməlisiniz. Statistika hazırlayın, görün kitab oxucuları nə qədər artıb. Elə iş görün ki, insanlar kitab oxumağa adət etsinlər.[44]

XALQLARIN ƏN MƏHRUMU

Biz, əsrlər boyu davamlı olaraq dünyada ən çox kitab istehsal etdiyimizə baxmayaraq, hazırda və son iki-üç əsr ərzində yazılı əsər və kitab maarifi baxımından ən geridə qalmış xalqlar sırasındayıq. Yəqin bilin ki, bu məsələnin öz-özlüyündə mədəniyyətlə əlaqədar olmasına baxmayaraq, ictimai-siyasi durumun da müdaxiləsi olmuşdur. Hər nə olmuşsa, geridə qalmışdır. Bu gün bizim üçün yeni gün və yeni dövran başlamışdır. Biz bu nöqsanları aradan qaldırmalıyıq. ... Mütaliə xalqımız arasında adi vəziyyət almamışdır. Hətta təhsil almış savadlı insanlar, kitabla ünsiyyətdə olan və öz gündəlik həyatlarının bir qismini mütaliəyə ayıranlar, doğrudan da olduqca azdır. Bir halda ki, biz, dünyada bu gün elmi tərəqqi baxımından seçilən ölkələrdə vəziyyətin fərqli olduğunu müşahidə edirik.  Cəmiyyətdə mütaliə ruhu, ölkənin müxtəlif təbəqələrinin elmi inkişaf, maarif və informasiyaya münasibəti bir-biri ilə əlaqədardır. Bu əlaqə üzə çıxarılmalı və bu əhval-ruhiyyə xalq arasında yayılmalıdır.[45]

KİTAB OXUMAMAQ

Bizim millətimiz kitab oxucusu deyil. Mütaliədən kənar düşmək çox böyük nöqsandır. Millətimizin çoxu, hətta qəzet də oxumur. Qəzetə baxdıqda isə böyük hərflərlə yazılmış başlıqlarla kifayətlənirlər. Camaatın bir çoxu radionu hər hansı bir şey öyrənmək, xəbərlər, yaxud mədəni və həyati məsələlər haqqında məlumat almaq üçün yox, yalnız əyləncə məqsədi ilə dinləyirlər. Bizim bu nöqsanları aradan qaldırmağımız zəruridir. [46]

KİTAB OXUMAQDA KİTAB ÇAPINDAN DAHA GERİDƏYİK

Kitab çapı baxımından geri olmağımızdan öncə, kitab oxumaq baxımından geriyik. Təəssüflər olsun ki, bizim ölkəmizdə kitab oxumaq xüsusi iş halını alıb, camaatın yalnız bir qisminə məxsusdur. Bütün xalqa aid bir məsələ deyil. Bir halda ki, maarif, bilik, incəsənət və mədəniyyətlə bağlı bütün işlər, bütün xalqa aiddir. İnsanların yalnız bir qisminə aid deyil. Kitaba hamının ehtiyacı var. Buna baxmayaraq, kitabdan hamı istifadə etmir.

Bu gün İran xalqı geri qaldıqları sahələrin yerini doldurmalıdır. İndi elm və din hökumətində İran üçün bənzərsiz fürsət qarşıya çıxmışdır ki, cəmiyyət bu fürsətdən ölkənin mədəni və ideoloji yüksəlişi üçün faydalanmalıdır. Bu gün kitab oxumaq və elm öyrənmək təkcə milli vəzifə yox, həm də dini baxımdan vacibdir. Hər kəsdən çox yeniyetmələr və gənclər bu məsuliyyəti hiss etməlidirlər. Kitabla ünsiyyət yaranarsa, mütaliə yalnız tapşırıq yox, şirin bir məşğuliyyət, qaçılmaz ehtiyac və  şəxsiyyətinizin formalaşması üçün vasitə rolunu oynayacaqdır. Təkcə gənclər yox, bütün nəsillər və bütün təbəqələr zövq və istəklə ona meyl göstərəcəklər.[47]

KİTAB HƏYAT “ZƏRURƏT”LƏRİNDƏN BİRİDİR

Xalqımızın arasında kitab alıb oxumaq, sonra oxumaq üçün onu dostlarına, yaxud övladlara ötürmək ənənəsi hələ formalaşmayıb. Bir çox hallar olur ki, kitabı alırlar, sonra onu bir kənara atırlar. Yaxud məsələn, bir dost öz dostuna kitab hədiyyə verir, o da götürüb bir kənara qoyur. Həqiqətən, ölkəmizdə kitab oxumaq ənənəsi formalaşmayıb və bu böyük ağrıdır. Biz bu ağrının böyüklüyündən və zərərindən xəbərsizik. Bir halda ki, zehinlərdəki bu qədər mövzu kağız üzərinə axır və çapa böyük xərclər sərf olunur. Əgər bu mövzular bütün xalqın arasında yayılarsa gör cəmiyyətin mədəni səviyyəsi nə qədər yüksələr və bu yöndə nə qədər uğurlar əldə edilmiş olar. Siz də az-çox təsirli olan işlər kampaniyasına qoşulun. İndi neçə ildir ki, camaatı mütaliəyə vadaretmə işlərinə start verilib. Bunları təbliğatlarınızda, çıxışlarınızda bəyan edin. Ümumiyyətlə kitab yazın, məqalə yazın, elan edin. .... Romanlar, povestlər yazılsın, bədii əsərlərin üzərində işlər görülsün ki, camaat kitab oxumağa məcbur olsun və kitab həyatın zərurətlərindən birinə çevrilsin.[48]

BU QƏDƏR YAZIÇI VƏ ŞAİR OLSA DA...

Təəssüflər olsun ki, cəmiyyətimizdə kitab, cəmiyyətin özünə layiq şəkildə rəvac tapa bilməyib. Bəli, əgər biz dünyada mövcud olan bəzi cəmiyyətlər kimi tarixi olmayan cəmiyyət olsaydıq, keçmişi, mədəniyyəti, mədəniyyət baxımından görkəmli və bilikli insanı, istedadlı, müdrik, uzaqgörən və yüksək düşüncə tərzinə malik şəxsiyyətləri olmayan toplum olsaydıq, bu zaman bizim kitaba meylsizliyimizə bəraət qazandırmaq olardı. Lakin bizim cəmiyyətimizdə yüksək mədəniyyətli insanlar, müəllimlər, müəlliflər, kitabla yaxından tanış olanlar, şairlər, yazıçılar, böyük alimlər və ziyalılar var. Belə olduqda kitabla ünsiyyətimiz nə üçün belə olmalıdır? Bizim böyük tarixi və mədəni keçmişimiz var. Cəmiyyətimiz püxtə və yetkin cəmiyyətdir. İbtidai bir cəmiyyət deyil. Xalqımız kitabla daha çox tanış olmalıdır.[49]

YEMƏK VƏ İÇMƏK KİMİ

Əfsuslar olsun ki, kitab oxumaq, elm və təhsil adamlarından, təbii olaraq kitabla ünsiyyətdə olan bir qisim insanlardan başqa cəmiyyətimizdə gündəlik məşğuliyyət hesab olunmur. Bir halda ki, mütaliə yemək-içmək və digər gündəlik məşğuliyyətlər kimi millətin həyatına daxil olmalıdır.[50]

Kitab cəmiyyətimizin yalnız müəyyən bir qisminə aid olmamalıdır. Baxmayaraq ki, keçmişdə bir qrup oxucu, digər böyük əksəriyyət isə kitabdan uzaq və ona laqeyd idi. Bu, düzgün deyil. Əlbəttə, bu gün vəziyyət qabaqkından yaxşıdır. İnsan bunu duya bilir.[51]

KİTABA ADƏT ETMƏK

Qocalar öz yerində, mən bir çox gənclər görmüşəm ki, hətta roman da oxumağa meylləri yoxdur. Yeddi, səkkiz, on səhifə roman oxuyur və sonra “hövsələmiz yoxdur” - deyirlər. Bir halda ki, kinonun başlamasından qabaq verilən reklamlara iyirmi dəqiqə, yarım saat oturub baxmağa hazırdırlar. Ancaq bu iyirmi dəqiqədə, hətta  roman  da oxumazlar. Hələ ictimai, siyasi, yaxud elmi kitabları demirik. Bu haradan qaynaqlanır? Təbii ki, kitaba adət etməməkdən! Camaatın mütaliəyə meyli yoxdur. Bu haqda düşünmək lazımdır. [52]

AZ FƏALİYYƏTLİ İNQİLAB

İnqilab bu qədər elmi əsərləri, yönləri və əzəməti ilə yanaşı, öz ideoloji əsaslarının çatdırılmasında ən zəif, ən az fəaliyyətli inqilablardan biridir.

Rusiyada Oktyabr inqilabı baş verdikdə on-on beş il ərzində bu inqilabın ideoloji prinsipləri haqqında o qədər müxtəlif səviyyəli kitab, roman yazılır və film çəkilir ki, inqilabın yeli çatan ölkələrdə camaatın onların kitablarından istifadə etməyə ehtiyacı qalmır! O qədər təbliğat aparılır ki, həmin ölkələrin öz ziyalıları oturub inqilabın fikri əsasları və dəyərləri haqqında kitab yazırlar. Keçmiş üç-dörd onillikdə bir çox iranlı Sovet inqilabının ideoloji əsasları haqqında fars dilində kitab yazmışdır. Çünki artıq fikir baxımından doymuşdular. Yəni onlar o qədər yazırdılar ki, bu və ya digər şəkildə onlarla ünsiyyətdə olan ziyalı fikir baxımından doyurdu. Sonra isə misal üçün, əli qələm tutan, mütəfəkkir və ziyalı bir insan özü meydana atılır, onların əsərlərinin çoxsaylı tərcümələrindən başqa mətləblər yazırdı. Biz nə etmişik? Bizim bu sahədə gördüyümüz iş həqiqətən çox azdır. Bəzən insanın heç bir iş görülməyib deməyə dili gəlmir. Çünki həqiqətən, bəzi ixlaslı insanlar bir sıra işlər görmüşlər. Lakin bu hissləri nəzərə almasaq, çox az iş görüldüyünü deyə bilərik.[53]

İFRAT VƏ TƏFRİTSİZ DİNİ KİTABLAR

Bizim inanılmayacaq dərəcədə üzərində az işlədiyimiz məsələlərdən biri də dini kitablar məsələsidir. Təəssüflər olsun ki, biz dini kitabların və islami məsələlərin üzərində az işləmişik. Bu dini mətnlər çox dəyərlidir. Bizim Şəhid Mütəhhərinin kitabları kimi kitablara ehtiyacımız var. Hansı ki, dini məsələləri düzgün baxışla, ifrat-təfritə və yanlışlığa yol vermədən cəmiyyətin bütün orta təbəqələrinin başa düşə biləcəyi dildə, nə təkcə alimlər, nə də aşağı təbəqə nəzərdə tutulmadan qələmə almışdır. Özümə borc bilirəm ki, elmi hövzələrin, xüsusilə Qum elmi hövzəsinin İslam maarifinin fikirlərini yaymaqdakı yüksək rolunu qeyd edim və o hövzəyə müraciət edərək deyim: “Burada məlum ehtiyacları aradan qaldırmaq sizin vəzifənizdir. Əlbəttə, bu məsələ yalnız sizin borcunuz deyil, ancaq hər halda mərkəz Qumdur. Fikrimcə, bu zəmində iş görülməldir.[54]

ROMANSIZ İNQİLAB

Mən güman etmirəm ki, hər hansı bir tarix kitabı Sovet Oktyabr İnqilabının tarixini bu zəmində yazılmış romanlar qədər gözəl açıqlaya bilsin. Bu romanları oxumuş olsanız, nə demək istədiyimi anlayacaqsınız. Məsələn, "Sakit don" romanını yada salaq. Bilmirəm siz bu romanı oxumusunuz, ya yox. Bu roman marksistlərin şah rejiminin süqutu dönəmindəki təbliğat xarakterli romanlarından biri idi. Bu kitabın roman olmasına baxmayaraq, təbliğ üçün bir-birinə ötürür və oxuyurdular. . Bunlar o qədər gözəl yazıblar və inqilabı o qədər gözəl təsvir ediblər ki, siz bu kitablarda inqilabın bütün yönlərini öz əzəməti ilə yanaşı görə bilərsiniz. Əslində bu kitablarda zəif tərəflər də tapmaq mümkündür. Baxmayaraq ki, yazılanlar zəif tərəfləri göstərmək məqsədi ilə qələmə alınmamışdır. Bu haqda biz nə yazımışıq? Əslində bəzi şeylər yazılıb, o da  yalan. İnqilab haqqında bir kitab yazılıb, o da İmam Xomeyninin İrana daxil olmasından bir müddət öncəsi haqqında. Hamısı həqiqətin əksi və yalan. Biz bu inqilabda, Tehranın küçə və prospektlərində, yaxud başqa yerlərində iştirak edirdik, bu kitabı oxuduqda, görürük ki, hamısı yalandan yazılıb. Öz nəzərlərinə əsasən bəzi şeylər yazıblar.[55]

CƏLAL - İRAN YAZIÇILARININ ƏN GÖRKƏMLİSİ

Hazırki şəmsi əsrinin əvvəllərindən, yəni altmış-yetmiş ildən bu yana yazıçılarımıza baxdıqda onların doğrudan da peşəkar olmadığını görürük. Yəni mayaları var, ancaq dünyadakı tanınmış romanlarla heç cür müqayisə olunası şəkildə deyil. Əlbəttə, növbə Ali Əhməd kimilərinə çatdıqda, ondakı həqiqətlər, ürək yanğıları, hədəflər və iman vəziyyəti yaxşılaşdırır. Mənim fikrimcə, tanıdığım qədərincə Ali Əhmədin romanı, insafla desək, farsca yazılmış romanların ən üstünüdür. Digərlərinin hamısından yaxşıdır. Başqalarının yazdıqları belə deyil. Əgər siz bu yeni pöhrəni və yeni cəhəti izləsəniz, bugünkü ehtiyacımızı izləmiş olacaqsınız. Yəni iran yazıçılığı öz yüksək inkişaf həddinə çatacaq.[56]

SÖZ YIĞINI

Bəziləri irihəcmli roman yazmağa çalışdılar və yazdılar. Zahiri, rəngi və görünüşü də pis deyil. Lakin bu gün dünyada tanınmış yüksək romanlarla, o cümlədən Viktor Hüqonunun "Səfillər"i, Tolstoyun "Hərb və sülh"ü, yaxud Sovet inqilabı haqqında yazılmış digər romanlarla müqayisə olunacaq şəkildə deyil. Səthi şeylərdir. İrihəcmli bədii əsərlər yazırlar, lakin insan onlara nəzər saldıqda görür ki, həqiqi təsvir üzərində çəkilmiş saxta rəsmdir. Təbii bir qaynağın olmadığı açıq-aydın sezilir. Son zamanlar ürəkləri İslam təfəkkürü ilə müxalif olan insanların on-on beş ildə yazıb-yaratdıqları bədii əsərlərin məzmunundakı problemlərdən hələ danışmırıq. Bunların əsərlərinin heç bir həqiqəti yoxdur, yalandır.

Siz, misal üçün, "Səfillər"i, "Hərb və sülh"ü, yaxud Emil Zolyanın (1840-1902) əsərlərini oxuduqda Rusiyanın, Fransanın, İngiltərənin, yaxud hər hansı başqa məmləkətin ictimai vəziyyətini həmin əsərdən əldə edirsiniz. Yəni insan tarix kitablarında olmayan məsələləri bu romanlarda tapa bilər. Bir halda ki, bizim yazarların əsərlərində yazdıqlarının xarici aləmdə, cəmiyyətdə heç bir nümunəsi yoxdur. Bunların romanlarında təsvir etdikləri kənddən İranda əsər-əlamət yoxdur. Bu kitabların çoxunu oxumuşam. Oxuduğum kitabların birində bir kənddən söhbət gedirdi. Əhvalat bir kənddə baş verirdi. Ancaq camaatın vəziyyətini nəzərə alsaq, belə bir kənd İranda yoxdur! Xüsusən müəllifin söz açdığı bölgə, bizim bölgə idi, yəni Xorasandan söhbət gedirdi. Demək olar ki, bizim həyatımız həmin yerlərdə keçmişdir. Biz oranın kəndlərini tanıyırıq. Ümumiyyətlə elə bir kənd yoxdur. Elə bir kənd yoxdur ki, orada fahişəxanalar olsun, ancaq məscid olmasın. Siz belə bir kənd tanıyırsınızmı? İranın harasında belə kənd var? Bunlar fransız yazıçılarından fərqlidir. Bir fransız hər hansı bir kəndi təsvir edirsə, oradakı həqiqətləri təsvir edir. Həqiqətləri göstərir. Buna görə də siz onların əsərlərini oxduqda on doqquzuncu əsr Fransa sivilizasiyası çevrəsindəki kəndləri, şəhərləri, evləri və Paris məhəllələrindəki həqiqətləri görürsünüz. Bəs bu haradan qaynaqlanır? Bunlardakı sənət ruhunun tam yetişib inkişaf etməməsindən! Yəni bir nəfərin zövqü var, nəsə yazmaq istəyir, ancaq bu iş üçün lazımi mayası yoxdur. Sonra təqlidçiliyə başlayır və oradan-buradan bir neçə kəlmə düzəldir. Bu bizim üçün nöqsan deyilmi?[57]

BOŞLUĞU YAXŞI TƏRCÜMƏLƏRLƏ DOLDURUN

Hekayə və roman məsələsinə gəlincə, mənim bu məsələlərlə bir qədər əlaqəli olduğumdan xəbəriniz var. Bizim doğrudan da əlimiz boşdur. Bizim ölkə daxilində heç bir böyük əsərimiz yoxdur. Bu zəmində digər ölkələrin, millətlərin ortaya qoyduğu böyük əsərlərin bizdə heç bənzəri da yoxdur. Nə fransızların oxşarı, nə rusların, nə də ki, digər millətlərin. Bunlar yeri doldurulması zəruri olan boşluqlardır. Ancaq nə qədər ki, bu boşluqlar dolmayıb, yaxşı tərcümələrdən istifadə edə bilərik.[58]

YÜZ DƏFƏ TƏŞƏKKÜR ETMƏYƏ HAZIRAM

Əlbəttə, mənim umacağım o qədər də deyil ki, "Səfillər"dən bir pillə aşağı yazılmış əsərə yox deyim. Əgər bu gün bu ölkədə kimsə "Səfillər"dən iki qat aşağı əsər yazarsa, mən ona yüz dəfə təşəkkür etməyə hazıram. Ancaq təəssüflər olsun ki, bu da yoxdur.[59]

TAPIN VƏ TƏRCÜMƏ EDİN



Geri   İrəli
Go to TOP