A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Qadın (Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Qadının rolu – cəmiyyətin islahı və uca insanlar yetişdirmək

Qadına uca insan gözü ilə baxsanız, onun təkamülünün, hüququnun və azadlığının nə olduğu bəlli olar. Qadına uca insanlar yetişdirən və cəmiyyəti islah edə bilən amil kimi baxsanız, onun kim olduğunu və azadlığının necə olduğunu bilərsiniz. Qadına ailənin əsas elementi kimi baxın. Ailə kişi və qadından təşkil olunsa da, onu qurmaqda onların hər ikisi təsirli olsa da, lakin ailə mühitinin asayişi və evdə olan dinclik və aramlıq qadına və qadınlıq xarakterinə görədir. Qadına bu gözlə baxsınlar. Bu zaman onun necə təkamülə çatdığı və hüququnun nə olduğu məlum olar.

Ölkə xanımları ilə görüşdəki çıxışdan; 15 dekabr, 1992

Qadının ictimai həyat məcmusunda xüsusi rolu

İslam həyatın idarəsində və ictimai həyat məcmusunda fizioloji və pisixoloji quruluşuna əsasən, qadın üçün xüsusi bir rol müəyyən etmişdir; elə bir rol ki, kişinin rolundan nə az miqdarlı, nə də az əhəmiyyətlidir.

Qadın və kişi İslam və insan dəyərlərində və İslam cəmiyyətində bir insanın ümumi vəzifələrində həmişə yanaşı və eyni olmuşlar. Yalnız xüsusi vəzifələrdə onların yaranış xüsusiyyətlərinə əsasən fərqlər mövcuddur. Əgər qadın bu vəzifələri bilsə, ona olunan təbii zülmü aradan qaldıra biləcək.

İranın və dünyanın doqquz ölkəsinin müsəlman qadınları ilə görüşdə çıxışdan; 28 yanvar, 1990

Risalət qəzeti

Ailənin mənəvi yüksəlişində qadının rolu

Qadının dəyəri budur ki, öz həyat çevrəsini özü üçün, kişi üçün və övladlar üçün bir cənnətə, bir məktəbə, bir təhlükəsiz yerə, mənəvi bilgilərə və mənəvi məqamlara yüksəliş yerinə çevirə bilsin. Vəzifəsi tələb etdikdə ölkənin taleyinə təsir göstərsin, cəmiyyətin taleyində rol oynasın. Belə olan halda qadının rolu qeyd olunduğu kimi yalnız əlli faiz deyil, kəmiyyət rolu deyil, keyfiyyət roludur. Həm onun özü rol oynayır, həm də Allah-Taalanın qadın vücudunda qoyduğu cazibəlikdən istifadə etməklə öz övladını və həyat yoldaşını ideal yola sövq etdirir və irəliləyir. Buna əsasən, bu zaman qadının rolu daha böyük olur.

Hörmüzqan qadınları ilə görüşdə çıxışdan; 18 fevral, 1998

Üç baxışdan - mənəvi təkamül, ictimai və ailə fəaliyyətləri baxımından qadının rolu

Qadın məsələsinə üç baxımdan yanaşmaq olar. Birinci baxış mənəvi və nəfsi təkamül yolunda bir insan olaraq qadının roludur. Bu baxımdan qadın və kişi arasında heç bir fərq yoxdur. Quranda Allah “Allah iman gətirənlər üçün Fironun xanımını misal vurur” - deyə buyuranda Fironun qadını o zamankı insanlar arasında bənzəri olmayan, yaxud az olan üstün bir mömin kimi möminlərə misal göstərilir. İkinci baxış ictimai, siyasi, elmi və iqtisadi fəaliyyətlər sahəsindədir. İslama görə qadının elmi, iqtisadi və siyasi fəaliyyətlər yolu tamamilə açıqdır. Əgər kimsə qadını elmi işdən, iqtisadi, ictimai və siyasi faəliyyətdən məhrum etmək istəsə, Allah hökmünün əksinə danışmışdır. Əlbəttə, qadın fizioloji baxımdan kişidən incə olduğuna görə bəzi zərurətlər mövcuddur. Üçüncü baxış qadına bir ailə üzvü olaraq olan baxışdır. Bu hamısından əhəmiyyətlidir. İslamda kişiyə icazə verilməmişdir ki, qadına hegemonluq etsin və onu nəyəsə məcbur etsin.

Kişi üçün ailədə məhdud hüquqlar müəyyən olunmuşdur. Bunlar məsləhət və hikmət əsasındadır. Bu kimə deyilsə və izah olunsa, qadına da məsləhət əsasında hüquq verildiyini deyəcək. Qadının və kişinin hər birinin özünəməxsus təbiəti, əxlaqı, ruhiyyəsi və instinkti vardır. Əgər kişinin və qadının bu xüsusi keyfiyyətlərindən düzgün istifadə olunsa, kişi və qadın ailədə kamil, uyğun və münasib cütlüyü təşkil edəcəklər. Əgər kişi həddini aşsa, tarazlıq pozulacaq. Əgər qadın da həddini aşsa, yenə də tarazlıq pozulacaq. İslam ailədə iki cinsiyyəti bir qapının iki layı və bir mağazada iki şərik kimi etmişdir. Əgər bir yerdə yaşayan bu iki cinsiyyət İslamın təyin etdiyi hədd və meyarlarla yaşasalar, ailə davamlı, mehriban və faydalı bir ailə olacaq. Əhəmiyyətli məqam budur ki, qeyd etdiyimiz kimi, bu iki ünsür və iki varlıq ailədə öz xüsusiyyətləri ilə bir-birinə uyğundurlar. Şübhəsiz ki, biri fiziki baxımdan daha incə, biri isə daha güclü və qüvvətlidir. Əgər qanun qadını müdafiə etməsə, kişi ona zülm edə bilər.

Şərqi Azərbaycan əhalisi ilə görüşdə çıxışdan; 19 sentyabr, 1996

Keyhan qəzeti

Qadının işinin onun xarakter və duyğuları ilə uyğunluğu

Qadının ən əsas işi onun qadınlıq xarakteri ilə, Allahın onun vücudunda qoyduğu hiss və duyğularla uyğun olan işdir. Onların duyğuları ilə maraqlanmaq və Allah-Taalanın qadının bütün vücudunda qoyduğu məhəbbəti təmin etmək əhəmiyyətli məsələdir. Əlbəttə, işləmək də bəzi qadınlar üçün qaçılmaz və bəziləri üçün lazım ola bilər. Hər halda, işləmək qadın üçün halal və icazəli bir işdir. Lakin İslam qadının dəyərini zəruri olaraq onda bilmir.

Hörmüzqan vilayətinin qadınları ilə görüşdə çıxışdan; 18 fevral, 1998


İkinci fəsil: Qadın və örnək

 

Örnəyin zəruriliyi

Örnəyin qadın təkamülündə təsiri

Dünyanın bugünkü qadını örnək istəyir. Əgər onun örnəyi Zeynəb (ə) və Fatimeyi-Zəhra (s) olsa, işi düzgün anlamaqdan, mövqeləri dərk etməkdə sayıqlıqdan, Allahın insanların öhdəsinə qoyduğu böyük vəzifəni yerinə yetirmək üçün fədakarlıq göstərməklə və hər şeyindən keçməklə birgə olsa da, ən yaxşı işləri seçməkdən ibarət olacaq. Örnəyi Fatimeyi-Zəhra (s), yaxud Zeynəbi-Kübra  (ə) olan müsəlman qadın belədir. Əgər qadın dəbdəbəçilik, eyş-işrət, ötəri həvəslər, köksüz və təməlsiz duyğulara təslim olmaq fikrində olsa, o yolu gedə bilməz. Hörümçək toru kimi yolçu bir insanın ayağına dolaşan bu bağlılıqları gərək özündən uzaqlaşdırıb, o yolu gedə bilsin. İranlı qadının inqilab və müharibə dövründə bu işi gördüyü kimi, bütün inqilab dövründə də bu işi görməsi gözlənilir. Bu yolda iranlı qadının örnəyi - haqqında danışılan örnəkdir. Zeynəb (ə) örnəkdir. Zeynəb (ə) elm və bilgidən uzaq bir qadın deyildi. Ən yüksək elmlər, ən uca və təmiz bilgilər onun əlində idi.

Şəfqət bacıları ilə görüşdə çıxışdan; 13 noyabr, 1991

Örnək təqdim etmək - əcnəbi mədəniyyətin təsirinə maneə

Bizim cəmiyyətimizdə mühüm çatışmazlıqlardan biri müsəlman qadının örnəyinin müəyyən olunmaması olmuşdur. Bu çatışmazlıq səbəbindən əcnəbi mədəniyyətlər bizim cəmiyyətimizdə uzun müddət meydan sulamışdır.

Həzrət Zəhranın (s) doğum gününün ildönümündə Dövlət Şurası ilə iclasda çıxışdan; 2 mart, 1986

Aydın örnəyin olmaması əcnəbi mədəniyyətlərə təmayülün amili kimi

Dünyanın sənaye ölkələri Əfqanıstan, Misir, İraq, ərəb və qeyri-ərəb olan digər müsəlman ölkələrinin keçmiş təcrübələrinə əsasən, İslamı əsas təhlükə hesab etdilər. Mədəni, iqtisadi və ictimai istismarçılıqla cəmiyyətin qadınlarını tarixi bir sınaqla üz-üzə qoydular. O, qadının hicabına əl uzatmaq və onlarda iffət mədəniyyətini dəyişdirmək idi. Bu mərhələdə gördük ki, müsəlman qadın namaz qılırdı, oruc tuturdu, ziyarətə gedirdi, amma hicabsız idi. Çünki müsəlman qadının və Quranın nəzərdə tutduğu qadının aydın örnəyini müəyyən etməmişdilər.

"Cəmiyyətdə qadın rolunun araşdırılması" seminarında çıxışdan; 2 mart, 1986

İslam Cümhuriyyəti qəzeti

Qadınların İslam örnəyi əsasında yetişdirilməsi

Əgər İslam cəmiyyəti qadınları İslam örnəyində yetişdirə bilsə, yəni Zəhra (s) örnəyində, Zeynəb (ə) örnəyində, dünyanı və tarixi öz təsiri altına sala biləcək əzəmətli qadınlar örnəyində yetişdirə bilsə, o zaman qadın özünün həqiqi uca məqamına nail olacaq.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Örnək seçməyin və ona oxşamağın üsulu

Sual: Tələbə bir qız kimi Həzrət Zəhranın (s) həyatını necə örnək götürə bilərəm?

Cavab: Yaxşı sualdır. Əvvəla sizə deməliyəm ki, örnəyi kimsə bizə göstərməməlidir. Zorla sırınan bu örnək yaxşı örnək olmaz. Örnəyi özümüz tapmalıyıq. Yəni baxıb görək gözümüzün qarşısında olan simaların hansını daha çox bəyənirik. Təbiidir ki, bizim örnəyimiz bu olacaq.

Məncə müsəlman cavan üçün, xüsusən imamlarımızın, Peyğəmbər ailəsinin və ilkin İslam dövrü müsəlmanlarının həyatı ilə tanış olan müsəlman üçün örnək və model tapmaq çətin olmaz. Belə örnəklər az deyil. İndi sizin özünüz xoşbəxtlikdən, həzrət Zəhranın (s) adını çəkdiniz. Mən Fatimeyi-Zəhranın (s) müqəddəs vücudu barəsində bir neçə cümlə demək istəyirəm. Bu, başqa imamlar və böyüklər haqqında da düşünmək üçün sizə ipucu olar bilər. Elm, sənaye və texnologiyanın inkişafı dövründə, böyük aləmdə, maddi sivilizasiyalar dünyasında və bütün bu yeniliklər əsrində yaşayan siz xanımlar, məsələn 1400 il bundan əvvəl yaşamış örnəyinizdən nə götürə bilərsiniz? Onun hansı sahədə sizin bugünkü vəziyyətinizə bənzədiyini düşünürsünüz ki, ondan yol öyrənəsiniz. Fərz edin, istəyirsiniz biləsiniz ki, o universitetə necə gedib, yaxud məsələn, dünyanın siyasi məsələləri haqqında necə düşünüb. Təbii ki, bunlar deyil. Hər bir insanın şəxsiyyətində təməl xüsusiyyətlər vardır. Onları müəyyən etmək və nümunəni onlarda axtarmaq lazımdır. Məsələn, müxtəlif hadisələrlə rastlaşdıqda insan necə davranmalıdır? Bu məsələlər bəzən metro, qatar, reaktiv təyyarə və kompüter olan dövrə aiddir, bəzən də bunların mövcud olmadığı bir dövrə aiddir. Lakin hadisələr həmişə insanı əhatə edir. İnsan bu məsələlərlə bağlı iki növ mövqe sərgiləyə bilər: biri məsuliyyətli, biri isə laqeyd. Məsuliyyətli yanaşmanın da müxtəlif növləri var: hansı ruhiyyə ilə, gələcəyə hansı növ baxışla? İnsan ona nümunə ola biləcəyini düşündüyü insanda bu əsas xətləri tapmalı və öz həyatında icra etməlidir.

Gənclərlə görüşdə çıxışdan; 27 aprel, 1998

Örnək qadınlar

Fatimə (s) - bütün müsəlman və qeyri-müsəlman kişi və qadınların örnəyi

Çox qısa ömür sürmüş və gənc olan bu nümunə qadın bütün qeyrətli və mömin kişi və qadınlar, müsəlmanlar və hətta o həzrətin məqamı ilə tanış olan qeyri-müsəlmanların hamısı üçün örnəkdir. Biz o həzrətin həyatından dərs götürməliyik.

Nəzarət Şurasının işçiləri ilə görüşdə çıxışdan; 13 dekabr, 1989

Fatimeyi-Zəhra (s) və Zeynəbi-Kübra (ə) – müsəlman qadınların örnəyi

Fatimeyi-Zəhra (s) müsəlman qadınlar üçün ən gözəl nümunədir. Dini mütəfəkkirlər, natiqlər və alimlər öz çıxşları və qələmləri ilə yaradılışın bu böyük xanımının şəxsiyyətinin müxtəlif cəhətlərini daha yaxşı və daha artıq təsvir etməlidirlər. Həzrət Fatimənin (s) qızı həzrət Zeynəbi-Kübra (ə) da başqa bir örnəkdir. O, yeni cəhətlərdə Peyğəmbər xanədanında üstün bir qadın rolunu ən gözəl şəkildə ifa etmişdir. O həzrətin Kərbəla hadisəsindən öncə Mədinədəki şəxsiyyəti çox görkəmli, məşhur və nümunə idi. O, elmi, mənəvi, əxlaqi, təqva, iffət və paklıq baxımından müsəlman qadınlar üçün nümunə seçilməyə və dərs götürülməyə layiqdir.

Feldşerlərlə görüşdə çıxışdan; 4 oktyabr, 1995

Keyhan qəzeti

Zeynəbin (ə) əzəməti

Zeynəbi-Kübra (ə) böyük bir qadındır. Bu böyük qadının İslam xalqlarının gözündə olan əzəməti nədəndir? Demək olmaz ki, Əli ibn Əbu Talibin (ə) qızı, yaxud Hüseyn ibn Əlinin (ə) və Həsən ibn Əlinin (ə) bacısı olduğuna görədir. Qohumluq heç zaman belə əzəmət yarada bilməz. Bizim bütün imamlarımızın bacıları, anaları və qızları olmuşdur. Amma Zeynəbi-Kübra (ə) kimi birisi hanı?

Zeynəbi-Kübranın (ə) dəyəri və əzəməti, onun ilahi vəzifəsinə əsaslanan əzəmətli insani və İslami mövqeyinə və hərəkətinə görədir. Onun işi, onun qərarı, onun hərəkət tərzi ona belə əzəmət bəxş etdi. Kim belə bir iş görsə, Əmirəlmömininin (ə) qızı olmasa da, əzəmət əldə edər. Bu əzəmətin əsas hissəsi odur ki, əvvəla mövqeyi tanıdı. Həm İmam Hüseynin (ə) Kərbəlaya getməsindən qabaqkı mövqeyi, həm Aşura gününün böhranlı anlarının mövqeyini, həm də İmam Hüseynin (ə) şəhidliyindən sonrakı ağır hadisələrin mövqeyini. İkincisi də budur ki, hər mövqeyə uyğun bir seçim etdi. Bu seçimlər Zeynəbi (ə) Zeynəb etdi.

Kərbəlaya hərəkətdən qabaq İbn Abbas, İbn Cəfər və erkən İslam çağının fəqihlik, şücaət, rəislik və ağalıq iddiasında olan bəzi məşhur simaları çaşıb qaldılar, nə iş görməli olduqlarını anlamadılar. Amma Zeynəbi-Kübra (ə) çaşmadı, anladı ki, bu yolu getməli, öz imamını tənha qoymamalıdır və getdi. Belə deyil ki, bunun çətin yol olduğunu bilməsin. O, digərlərindən daha yaxşı hiss edirdi. O, bir qadın idi; məmuriyyətindən ötrü həyat yoldaşından və ailəsindən ayrılan bir qadın. Məhz buna görə özünün azyaşlı uşaqlarını da özü ilə apardı. O, hadisənin necə olacağını duyurdu.

Ən güclü insanların nə etməli olduqlarını dərk edə bilmədikləri böhranlı saatlarda o anladı, öz imamına dayaq oldu, onu şəhid olmaq üçün hazırladı. Hüseyn ibn Əlinin (ə) şəhidliyindən sonra da dünya zülmətə qərq oldu. Ürəklər, canlar, dünyanın üfüqləri qaraldı. Bu böyük qadın bir nur olub parladı. Zeynəb (ə) elə bir yerə çatdı ki, yalnız bəşəriyyət tarixinin ən üstün insanları, yəni peyğəmbərlər oraya çata bilərlər.

Şəfqət bacıları ilə görüşdə çıxışdan; 13 noyabr, 1991

Vəzifələri yerinə yetirməkdə həzrət Zeynəbdən (ə) öyrənmək

Müsəlman qadın bir qadının görə biləcəyi bütün mühüm vəzifələri yerinə yetirmək üçün həzrət Zeynəbdən (ə) öyrənməlidir. Bir qadının ən böyük xüsusiyyətləri olan paklıq və təqva, həyatda əsl dəyərlərə hər bir şeydən artıq əhəmiyyətli yanaşmaq, elmə və bilgiyə diqqət yetirmək, siyasi fəaliyyətlər göstərmək, insanlara yardım etmək, evi və ailəni keyfiyyətli etmək Zeynəbi-Kübranın (ə) xüsusiyyətlərindən sayılır. Müsəlman qadın ailənin içindən cəmiyyətin içinə, elmi və siyasi məsələlərə, əxlaqi dəyərlərə, eləcə də böyük inqilabçı mənliklər göstərməyə qədər o həzrətin həyatından dərs götürə bilər.

Feldşerlərlə görüşdə çıxışdan; 4 oktyabr, 1995

Keyhan qəzeti

Zeynəbi-Kübranın (ə) zalım sultanla rəftarı

Baxın, Fatimeyi-Zəhranın (s) qızı olan bu Zeynəbi-Kübra (ə) öz dövrünün ən iqtidarlı sultanlarına - özü o zalım və qaniçən sultanın əlində əsir olduğu zaman - deyir ki, nə edə bilirsən et, sən bizi tarix səhnəsindən çıxarıb yolumuzu məhv edə bilməyəcəksən və bəşəriyyət bu yolu gedəcək. Əgər maddi iqtidar bacarsaydı, bu işi görərdi. Onlar da görərdilər.

Keşikçilər Korpusunun məsul şəxsləri və komandanları ilə görüşdə çıxışdan; 16 may, 1997

Keyhan qəzeti

Zeynəbi-Kübradan (ə) dərs öyrənmək

Ümidvaram ki, Aşuranın böyük və həmişəyaşar qəhrəmanlığının əsas hissəsinin aid olduğu həzrət Zeynəbi-Kübranın (ə) pak ruhu cəmiyyətin təkcə qadınları arasında yox, bütün üzvləri arasında canlı, hazır və dərs öyrədən olsun.

Feldşer və müharibə əlilləri ilə görüşdə çıxışdan; 10 sentyabr, 1997

Keyhan qəzeti

Aşura hadisəsinin əbədi qalmasında həzrət Zeynəbin (ə) rolu

Bizim qadınlarımız bilsinlər ki, onların bu sayıqlığı, məlumatlılığı, dözümlülüyü həzrət Zeynəbin (ə) İslam baxışından qaynaqlanırdı. O, Kərbəla hadisəsini tarixdə belə böyük və əbədi saxlaya bildi, bu hadisənin əzəmətli mənəvi və tarixi nəticələrini həmişəlik edə bildi.

Həzrət Zeynəb (ə) cəmiyyətinin mərkəzi ofisinin üzvləri ilə görüşdə çıxışdan; 17 fevral, 1988

Ettelaat qəzeti

Səkineyi-Kübra - elm və bilgi məşəli

İmamın qızı, Zeynəbin qardaşı qızı və şagirdi olan Səkineyi-Kübra - adını Kərbəlada eşitdiyiniz bu xanım bu günə qədər bütün İslam tarixində ərəb bilgisinin məşəllərindən biridir. Tədqiqatçı və kitab adamı olanlar baxa bilərlər. Hətta Zeynəbi, Zeynəbin (ə) atasını və Səkinənin atasını qəbul etməyən şəxslər də etiraf edirlər ki, Səkinə bir elm və bilgi məşəlidir.

Şəfqət bacıları ilə görüşdə çıxışdan; 13 noyabr, 1991

Qurani-Kərimdə örnək qadınlar

Allah-Taala burada iki qadını, təkcə qadınların yox, bütün görkəmli və mömin insanların iki nümunəsi kimi xatırladır. Yəni insaniyyət və mənəvi təkamül səhnəsində Allah-Taala görkəmli nümunə göstərmək istədikdə, peyğəmbərlərdən, böyük insanlardan, elmi və dini şəxsiyyətlərdən danışmır, iki qadından danışır. Onların biri Fironun həyat yoldaşıdır. O biri qadın isə İsanın anası və İmranın qızı Məryəmdir (ə).

Xuzistan qadınlarının toplantısında çıxışdan; 11 mart, 1997

Quranda qadının yaxşı və pis nümunəsinin təqdimi

Qadın və kişi məsələsi barəsində vəhyin sözü mühüm məsələləri ehtiva edir. Görək vəhy bu barədə nə deyir. Vəhy təkcə moizə etməklə kifayətlənməmiş, nümunə də göstərmişdir. Allah-Taala mömin insanlar üçün tarixi bir misal göstərmək istədikdə buyurur: “Allah iman gətirənlər üçün Fironun xanımını misal vurur”.[3] Allah Fironun qadınını misal vurur. Halbuki həzrət Musanın (ə) zamanında iman yolunda çalışıb fədakarlıq göstərən çox insanlar vardı. Amma Allah Fironun həyat yoldaşının adını çəkir. Bu nədən irəli gəlir? Allah-Taala qadınların tərəfini tutmaq istəmişdir? Yoxsa məsələ başqa bir şeydir? Məsələ budur: bu qadın mənəvi hərəkət zirvəsində elə bir yerə çatıb ki, yalnız onu misal vurmaq olar, başqasını yox. Fironun həyat yoldaşı mövzusu tarixi baxımdan Fatimeyi-Zəhra (s) və Məryəm-Kübra (ə) dövründən öncəyə aiddir. O nə peyğəmbərdir, nə peyğəmbər övladı, nə peyğəmbərin həyat yoldaşı, nə də hansısa bir peyğəmbərin ailə üzvü. Lakin Fironun xanımının mənəvi tərbiyəsi, inkişafı və nailiyyəti elə bir həddə çatır ki, Allah-Taala Quranda onu möminlərə nümunə təqdim edir. Əlbəttə, onun qarşı tərəfi, yəni fəsadlı bir qadın nümunəsi də ortaya qoyulur. Allah ən pis insanların nümunəsini göstərmək üçün buyurur: “Və Allah kafir olanlar üçün Lutun xanımını misal vurur”[4].

Nuhun və Lutun dövründə çox kafir və pis insanlar vardı, amma Quran onları misal çəkmir. Nuhun və Lutun xanımını nümunə kimi göstərir. Qadın cinsiyyətinin zirvələrinə və uçurumlarına qarşı Allahın bu diqqəti nədən irəli gəlir? Bəlkə də Allah dünyanın o zamankı xalqının yanlış baxışına (təəssüf ki, bu gün də həmin baxış müəyyən həddə qalmışdır), öz qızlarını torpağa gömən Ərəbistan xalqının rəftarına, həmçinin o günün böyük imperatorluqları olan Roma və İran kimi imperiya xalqlarının rəftarına işarə vurmaq istəyir. Siz onların baxışını və qadınlarla rəftarını bilirsiniz. Avropanın bugünkü mədəniyyətinin bünövrəsi Roma imperiyasının mədəniyyəti və sivilizasiyasıdır.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 15 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Bintül-Hüdanın əzəməti

Mənim bacılarım! Mənim qızlarım! Müsəlman ölkələrin qadınları! Bilin ki, hər hansı bir zamanda, hər hansı bir kiçik mühitdə, hər hansı bir ailədə qadın bu tərbiyə ilə yetişə bilsə, həmin əzəməti əldə edəcək. Bu, erkən İslam çağına məxsus deyil, hətta qorxu və nəzarət dövründə, hətta küfr hakimiyyəti dövründə də bu mümkündür. Əgər bir ailə öz qızını düzgün tərbiyə edə bilsə, bu qız böyük bir insan olacaq. İranda da, xaricdə də nümunələrimiz var. Bizim bu dövrümüzdə Şəhid Sədrin bacısı xanım Bintül-Hüda adlı gənc, şücaətli, alim, mütəfəkkir və məharətli bir qadın tarixi öz təsiri altına ala bildi, məzlum İraqda mühüm rol ifa etdi. Düzdür, şəhidliyə də qovuşdu. Bintül-Hüda kimi bir qadının əzəməti şücaətli və böyük kişilərin heç birindən az deyil. Onun hərəkəti bir qadın hərəkəti idi. O qadının hərəkəti mərdanə və kişicəsinə bir hərəkətdir. Amma hər iki hərəkət təkamül hərəkətidir, bu insanın şəxsiyyətinin əzəmətindən və mahiyyətinin parlaqlığından xəbər verir. Belə qadınlar tərbiyə edib yetişdirmək lazımdır.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Pis örnəklər

Qərb modeli: qadın kişinin ləzzət vasitəsi

Avropanın bugünkü qərb modeli onların qədim Roma və Yunan modelinin törəməsidir. O gün də belə idi: qadın kişinin göstərişi və ləzzəti üçün vasitə idi. Hər bir şey bunun şüası altında idi. Bu gün də bunu istəyirlər. Qərblilərin əsas sözü budur.

Xalqın müxtəlif təbəqələri və feldşerlərlə görüşdə çıxışdan; 13 noyabr, 1991

Pis örnəklər göstərməklə insaniyyətə xəyanət

İctimai və iqtisadi yenilik yaratmaq adı ilə, inkişaf və sivilizasiya niqabı altında özlərinin pis və mənfur modellərini dünya qadınlarına məcburən verən şəxslər nəinki təkcə qadınlara, hətta insana və insaniyyətə xəyanət edirlər. Yalandan qadın azadlığı şüarı verən çirkin insanlar onu istehlakçılıq mədəniyyətinin əsiri, pis və dağıdıcı mədəniyyətin istehlakçısı etmək istəyirlər ki, belə anaların süst və zəif övladlarını və yetirmələrini iradəsiz alət kimi asanlıqla istismar edə bilsinlər. Bizim xalqımız bir zaman müstəmləkəçiliyin əlaltılarının hökmranlığı səbəbindən bu təxribatdan amanda deyildi. İndi Allaha həmd olsun ki, inqilabın və şəhidlərin pak qanlarının sayəsində ayılmış, böyük və kiçik şeytanların hiylələrini bir-bir zərərsizləşdirmişlər.

Kövsər seminarına müraciətdən; 9 fevral, 1988

 

Qadınların zehni boşluqları Qərb örnəklərinin yayılmasına şərait yaradan amil kimi

Peyğəmbər (s) qızının şəxsiyyətinin qadın örnəyi kimi təqdim olunması bu gün bizim inqilabçı cəmiyyətimizə ona görə mühümdür ki, son yarım əsrdə xalqda, xüsusən də qadınlar arasında yaranan zehni boşluqlar pis niyyətli insanlar üçün münasib fürsət yaratdı. Onlar nəzərdə tutduqları modelləri zehni və real formasında cəmiyyətə çıxardılar. Müsəlman ölkələrin bütün qadınları kimi iranlı qadını da Qərbin sənaye mədəniyyətinin örnəklərinə doğru sövq etdilər.

Bu pis təxribatın icrasında birbaşa amil Rza xan və onun köməkçiləri olsa da, dünyanın, müsəlman xalqların ən böyük oyanış amili olan İslamla xüsusi barışmaz düşmənçiliyi olan hakim siyasətlərinin gizli əllərini bu qəmli və əsarətli səhnənin arxasında müşahidə etməmək sadəlövhlük olar. Ondan sonra onillər boyunca İranın mədəni qurumları bütün gücləri və qüvvələri ilə cəmiyyəti qadın üçün nəzərdə tutduqları məqsədlərə sarı sövq etdirən hər bir şeylə doldurmaq üçün vasitə oldular.

“Cəmiyyətdə qadın rolunun araşdırılması" seminarında çıxışdan; 2 mart, 1986



Geri   İrəli
Go to TOP