A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Qadın (Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Cümə namazı xütbəsindən; 23 avqust, 1986

Risalət qəzeti

Düşmənin mədəni hücumunu proqnozlaşdırmaq

Bilin, gənclər! Gənc qızlar və gənc oğlanlar! Hegemonçu təxribatlar hələ pusqudadır. Bunlar bəşərin xarakterindən məyus olmayıblar. Hətta mömin bir cəmiyyəti də azdırıb pozğunluq burulğanına çəkə biləcəklərini, onu yenə də qafil edə biləcəklərini düşünürlər. Əlbəttə, bizim qadın və kişimizin müsəlman imanı və məqsədi onlara bəlli deyil. Onlar bilmirlər ki, bizim xalqımızın qəlbində necə dərin və güclü iman şöləsi mövcuddur. Amma biz də sayıq olmalıyıq. Kişilər, qadınlar, xüsusən də gənclər gərək sayıq olsunlar. Qərbin və Amerikanın üçüncü dünya ölkələrinə və müsəlman xalqlarına köhnə sovqatlarından olan azdırıcı, çılpaqlığa meylli, fəsadlı və pozğunluğa həvəsləndirici mədəniyyətinin təbliğat hiyləsindən ciddi çəkinsinlər, ehtiyatlı olsunlar. Bizim beynəlxalq hegemonluq əleyhinə apardığımız mədəni hücuma görə onlar bir qədər dayanıblar. Əgər biz özümüzün o azdırıcı mədəniyyət əleyhinə hücum ruhiyyəmizi əldən versək, onların hücumu başlayacaq. Biz nə qədər süst və zəif olsaq, onlar güclü şəkildə irəliləyəcəklər.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

Cinsi özbaşınalığın bir adətə çevrilməsi

Bu təkcə mətbuata aid deyil. İran filmləri, yaxud İran mətbuatı qadının üzünü kişilər üçün müxtəlif formalarda göstərməyə və öz filmlərini bəziləri üçün xoşagələn etməyə çalışırlar. Bu tədricən bir adətə çevrilir. Yəni getdikcə elə olur ki, əgər bu filmdə bu görüntü və bu şəkil olmasa, daha xoşlarına gəlmir. Halbuki əvvəldən belə olmayıb, tədricən belə olmuşdur.

İranlı və xarici qadınların inqilab rəhbərilə səmimi sual-cavab məclisindəki söhbətlərdən: 10 oktyabr 1998.

Cinsi özbaşınalığa qarşı tədbirin üsulu

Məlumatsız hicabsızlarla qayğıkeş rəftar

Bilmədən və məlumatsız şəkildə hicabı yüngül sayan şəxslərlə qayğıkeş şəkildə və onlara ata kimi tövsiyə etməklə davranmaq lazımdır.

Din təbliğatçıları, mütəfəkkirlər, yazıçılar və sizin hamınız pis niyyəti olmadan və cəhalət üzündən hicabı yüngül sayan şəxslərə yol göstərməlisiniz.

İncəsənət işçisi olan qadınlarla görüşdə çıxışdan; 31 may, 1984

İslam Cümhuriyyəti qəzeti

Qeyri-məntiqli və məntiqli pis hicablıya qarşı tədbirin növü

İllər öncə, 12 il bundan əvvəl pis işlərdən çəkindirmək komitəsinin uşaqları bu xiyabanların birində pis hicablı bir qadına demişdilər ki, misal üçün, xanım, saçın bayırdadır. Sən demə bu xanım dzyu-doçu imiş. Bu qardaşları vurmuşdu. Bunların birini yerə çırpıb getmişdi. Pis işlərdən çəkindirmək komitəsinin uşaqları bir dzyu-doçu qadının yanına gedir və deyirlər ki, misal üçün, paltarının qolu bir qədər qısadır. Vurur və cəsarət göstərir. Bunu buraxmaq olmaz. Lakin sizin tərəf-müqabiliniz məntiq iddiaçısı olduqda - ya doğrudan, ya da yalandan; ola bilsin doğrudan da məntiq adamıdır, yaxud belə deyil - siz də məntiqlə davranmalısınız.

Keşikçilər Korpusunun komandanları ilə görüşdə çıxışdan; 5 mart, 1995

İslam Cümhuriyyəti qəzeti

Pozğunluğa qarşı davranış tərzi

Siz görürsünüz ki, xiyabanlarda gənclər hizbullahçı adı ilə gəlib kobudluq edirlər. Bəzən meyarlardan xaric olan işlər görürlər. Bunu heç kim onlara əmr etməyib. Biz bundan çəkindirmişik də. Ötən il belə məsələlər qarşıya çıxıb və gördünüz ki, cümə namazının bu tribunasından əziz qardaşımız cənab Rəfsəncani və cənab Natiq Nuri söhbət və nəsihət etdilər, dedilər ki, kobudluq etməsinlər. Biz çəkindirdik də. Ölkənin məsul şəxslərinin heç biri kobudluğa həvəsləndirmir, onu təsdiqləmir. Gəncləri kobudluğa vadar edən sizin özünüzsünüz. Şəhid ailəsi şikayət edir, deyir ki, siz Allah, qoymayın qadınlar belə qaydasız paltar geyinsinlər, yol yerisinlər, bizim şəhidlərimizin qanı tapdanır. İnsanın şəhid ailələrinə ürəyi yanır. Cəbhədə o şəkildə vuruşan, yaxud zavodlarda, səhralarda quruculuq cihadı ilə və digər qurumlarla həmkarlıq edən gənclərə ürəyi yanır. Bəziləri də bu şəkildə xiyabanlara çıxırlar, inqilabın hər bir şeyinə, bizim gənclərimizə və nəslimizə hakim olan bu müqəddəsliyə istehza edirlər. Bəziləri müxtəlif paltarlar geyinməklə, özlərinə müxtəlif adlar qoymaqla, bu növ paltarları yaymaqla, onları satmaqla, qaçaq şəkildə gətirməklə inqilabın müqəddəslərini masqara edirlər. Biz bundan keçmərik. Bizim xalqımız da bundan keçməz. Öz xəyallarına əsasən rəftarları, əməlləri, hərəkətləri, geyimləri, uyğun olmayan, İslam və İnqilab düşmənlərinə vurğunluqdan xəbər verən bu paltarları yaymaqla və satmaqla inqilabın simasını yaralamaq və ləkələmək istəyən şəxslər bilsinlər ki, ümmətlə işləri həmişə hizbullahın diqqət mərkəzindədir.

Tehranın cümə namazı xütbəsindən; 19 aprel, 1985

İslam Cümhuriyyəti qəzeti

Xalqın və məmurların fəsad şəbəkələrinə qarşı sayıqlığı

Fəsad şəbəkələri var. Pulla və çox ciddi işlərlə İslamın və inqilabın düşmənləri tərəfindən xaricdən hidayət olunan şəbəkələr var. Xalq, xüsusən də gənclər, həmçinin ailələr və valideynlər belə şəbəkələrin qarşısında, cinsi fəsad və cinsi özbaşınalıq məsələləri ilə üzləşərkən sayıq olmalıdırlar. Necə ki, dövlət qurumları və ölkə məmurları da bu məsələ ilə sayıq və qətiyyətli davranmalıdırlar.

Cümə namazı xütbəsindən; 2 avqust, 1986

Risalət qəzeti

Pis hicablılıq və fəsad qarşısında kobudluqdan çəkinmək

İkinci məsələ budur ki, bəli, xalq narahat olub. Bir qrup məqsədli və aktiv şəxs də küçələrə çıxıb belə işlərə qarşı aksiya keçirdilər, şüar verdilər. Çox gözəl. Amma düşmən bu hadisədən sui-istifadə edir. Necə? Hizbullahçı adı ilə belə hizbullahçı və dəliqanlı qrupların arasına girir, qanunsuz işlər görür və kobudluq törədir. Misal üçün, bir qadın səkidə yaylıqla, başörtüyü ilə hərəkət edən bir qadına hücum edir; misal üçün, bir qədər saçını uzatmış gəncə əziyyət verir; fəsadı və pozğunluğu yayan şəxslərlə kifayətlənmədən, yaxud onlarla işi olmadan. Bu təhlükəlidir. Yəni pis niyyətli, bədxah insanlar hizbullah qrupunun arasına nüfuz edir və bir də görürsünüz ki, qadın xəstəlikləri üzrə mütəxəssis olan bir doktor xanımın klinikasına girirlər. Orada bir qrup qadın oturmuşdur. Bunların dörd-beşi oraya girir ki, burada nə baş verir və onlara qarşı kobudluq edirlər, o doktor xanımı və xəstələri narahat edirlər. Belə işlər məqbul deyil və bilirik ki, bizim hizbullahın da işi deyil. Bu düşmən adamlarının işidir. Əlbəttə, bu ehtimal da var ki, bir hizbullah gənc, məqsədli gənc emosiyaların təsiri altına düşsün və diqqət yetirmədən səhvən belə bir kobudluq törətsin.

Buna əsasən, görürsünüz ki, biz pis hicablılıq, fəsada və pozğunluğa təmayül, pis işlərə və pis hicablılığa təzahür qarşısında xalqın fəaliyyətini və duyğularını qəbul edir və haqlı bilirik. Lakin bu qəbildən olan sərt tədbirləri ümumiyyətlə qəbul etmirik. Amma təəssüf ki, belə hallar bəzən müşahidə olunur. Biz düşünürük ki, bu, düşmən qruplaşmalarının, bədxah adamların, İslam Respublikasının simasını, xüsusən də hizbullahın simasını müxtəlif təbəqələr arasında pis göstərmək istəyən şəxslərin işidir. Biz o kobudluqlarla müxalifik.

Müsahibə; 23 aprel, 1985

İslam Cümhuriyyəti qəzeti


Onuncu fəsil: Qadına zülm

Uzaq keçmişdə qadına zülm

Qərb mədəniyyətində qadına ən böyük hörmətsizliklər

Qadın bütün tarix boyu məzlum olmuşdur. Hətta qadın və kişinin hüquq bərabərliyinə inanan mədəniyyətlərdə qadına ən böyük hörmətsizliklər olunmuşdur. Qərb cəmiyyətlərinə hakim olan mədəniyyət və sivilizasiyanın ideoloqları özlərinin maddi baxışları səbəbindən, insan haqda maddi qərizələrdən başqa bir şey anlamırlar.

Qadınlarla görüşdə çıxışdan; 12 mart 1985.

İslam Cümhuriyyəti qəzeti

Qadın - daim kişinin tarixi və təbii zülmü qarşısında

Çox vaxt, xüsusi yerlərdən başqa qadın tarixdə həmişə məzlum olmuşdur. Bu gün də həmin vəziyyət mövcuddur. Qadın ailədə, iş yerində və cəmiyyətdə hələ də kişi tərəfindən təbii zülmə məruz qalır.

İranın və dünyanın doqquz ölkəsinin müsəlman qadınları ilə görüşdə çıxışdan; 29 yanvar, 1989

Əbrar qəzeti

Fiziki zəifliyə görə kişilərin tarix boyu qadınlara zülm etməsi

Qadın hüquqları məsələsi təkcə İrana, yaxud İslam Respublikasına məxsus olan bir məsələ deyil. Belə təsəvvür etməyək ki, biz öz cəmiyyətimizlə vuruşmaqdayıq. Xeyr, bu tarixi bu mübarizədir.

Yəni aydın dəlilə əsasən, qadınlar tarix boyu kişilərin zülmünə məruz qalmışlar. Aydın dəlil də budur ki, qadın fiziki baxımdan kişidən zəifdir. Bu, aydın məsələdir.

Kişinin səsi qadının səsindən yoğun, boyu qadının boyundan uca, sümüyü qadının sümüyündən iridir. Kişinin yaranışının xüsusiyyətləri də hakim və fəal xüsusiyyətlərdir, qadının xüsusiyyətləri yumşaq, təsirlənmə və cəzbolunma xüsusiyyətləridir.

İslam Şurası Məclisinin üzvü olan qadınlarla görüşdə çıxışdan; 21 iyul, 1997

Qadınlar əleyhinə tarixi zülmlər

Bizim iranlı cəmiyyətimizdə qadın nə ictimai hüquq baxımından, nə fərdi fəaliyyət imkanı və qüvvəsi baxımından, nə də onlarla bağlı olan qanunlar baxımından hələ də İslamın istədiyi həddə və səviyyədə deyil.

Bizim cəmiyyətimizin bəzi hissəsində qadına qarşı pis əxlaq hakimdir. Əlbəttə, bu təkcə İrana məxsus deyil. Əgər insan baxsa, təəssüflə görər ki, tarix boyu həmişə qadına zülm olunmuşdur. Bu əksər yerlərdə qadının qiymətinin və mövqeyinin bilinməməsindən irəli gəlmişdir. Əlbəttə, hər yerdə və hər hansı bir formada belə olmuşdur və var. Bizə aidiyyəti yoxdur. Lakin bizim cəmiyyətimizdə İslamın istədiyi formada olmalıdır. Qadın özünün həqiqi məqamını əldə etməlidir. Qadın olduğuna görə ona heç bir zülm göstərilməməlidir. Bu çox pis haldır.

Qadına olunan zülmlərin bəziləri zülm adlanır, bəzilərinin isə adı zülm deyil, amma əslində zülmdür; misal üçün, dəbdəbəçiliyə, istehlakçılığa, əbəs bəzəklərə və ağır xərclərə sövq etmək və bir istehlak vasitəsinə çevirmək. Bu, qadına böyük zülmdür, bəlkə də demək olar bundan üstün bir zülm yoxdur. Çünki onu özünün təkamül amallarından və məqsədlərindən bütünlüklə xəbərsiz edir və daşındırır, çox kiçik və dəyərsiz məsələlərlə məşğul edir. Bu, zalım şahlıq rejimi dövründə görülən işdir. İndi onun qarşısı alınmalıdır. Əlbəttə, inqilabın əvvəllərində çox yaxşı idi, lakin sonralar yenə diqqətsizliklər qarşıya çıxdı. Bu məsələ barəsində ciddi proqram hazırlamaq lazımdır.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 6 yanvar, 1991

Hərəmxanalar - qadını təhqirin simvolu

İranda da eynilə belə olmuşdur. Sasani şahlarının hərəmxanaları haqda eşitmisiniz. Hərəmxana yaratmaq nə deməkdir? Hərəmxana yaratmaq - yəni qadını təhqir etmək. Bir kişi imkanı çatdığından, hərəmxanasında min qadın saxlamağa özünü haqlı bilir. Əgər həmin şahın bütün xalqı da belə imkana malik olsaydı, hər biri öz qədərincə min, beş yüz, dörd yüz, yaxud iki yüz qadın saxlayardılar. Bu qadına necə baxışdan xəbər verir?

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 25 dekabr, 1991

Qadın şəxsiyyətinin dirçəldilməsinə dair qlobal şüara rəğmən, Qərb sivilizasiyasında qadın şəxsiyyətinə diqqətsizlik

Qərb mədəniyyətinin və sivilizasiyasının başçılarının bayraqdarlığı ilə son 70-80 ildə qadın məqamı və şəxsiyyəti, bu şəxsiyyətin dirçəldilməsi və ona layiqli rolun tapşırılması barəsində dünya miqyasında başlanan böyük səs-sədaya rəğmən, bizim fikrimiz budur ki, qadının uca şəxsiyyəti hələ də dünyada diqqətsizliyə məruz qalır.

"Qadın və qlobal İslam inqilabı" beynəlxalq konfransında çıxışdan; 6 fevral, 1988

Keyhan qəzeti

İslamdan öncəki cahiliyyətdə qadına zülm

Əgər Əli ibn Əbu Talibin (ə) işarəsi ozamankı qadına olsa, siz yenə də buna şəkk edərsiniz. O zaman Peyğəmbərdən (s) qabaqkı cahiliyyət boyunduruğu altından yenicə çıxmış qadının tərbiyəsi, mədəniyyəti, düşüncəsi, fikir səviyyəsi, fikir qüvvəsi doğrudan da kişilər qədər olmuşmu? Şübhəsiz ki, yox. Ola bilsin siz Əli ibn Əbu Talibin (ə) dövründə görkəmli şəxsiyyətlər arasında üç-dörd qadının adını da görəsiniz. Mömin kişilərin çox sayı qarşısında qadının məzlum saxlanılması və elmi səviyyə baxımından lazımi inkişaf etməsinə imkan yaradılmaması ona hörmətsizlik deyilmi?!

Nəhcül-bəlağədən dərslər; 1980

Qadının mədəni əsirliyi - qadınların inkişafına əsaslı maneə

Söz burasındadır ki, cinsi mahiyyət və təbiət baxımından qadının heç bir əyər-əskikliyi yoxdur. Lakin bu cinsi zindanda və zəncirdə saxladıqda və inkişafına mane olduqda necə? İnkişaf etməsə, necə? Fərz edin ki, iki dostun birini on il bir kamerada saxlayıb oradan bayıra çıxmağa qoymasınlar. On il sürgündə saxlasınlar və heç nədən istifadə etməyə qoymasınlar. O birisi isə həmin on ildə gedib dərs oxusun, mütaliə etsin, səfərə çıxsın, dünyanı görsün, insanları görsün, mütəfəkkirləri görsün; bunlar eynidirmi? Xeyr, ikincisi birincisindən daha kamildir. Lakin bu, zindanda, kamerada, yaxud sürgündə qalıb bacarmayan qardaşın təqsiridir? Onun təqsiri var? Xeyr, təqsiri yoxdur. Amma bu, reallıqdır.

Nəhcül-bəlağədən dərslər; 1980

İmam Əlinin (ə) nəzərində qadının az bəhrələnməsi - qadın tənəzzülü və əsarəti dövranının reallığı

Əli (ə) bəlkə də öz dövrünün reallığına baxıb buyurur ki, qadınlar ağıl, iman və bəhrələr baxımından naqisdirlər; yəni bəhrələri azdır. Bəhrənin az olması nə deməkdir? Bu, qadının əsarət və tənəzzül dövrünə aiddir. Qadının bəhrəsi azdır. Qadın həyatdan bəhrələnmir, əsirdir, təzyiq altındadır, istədiyini edə bilməməyə məhkumdur, dərk etmək istədiyini dərk edə bilməməyə məhkumdur.

Nəhcül-bəlağədən dərslər; 1980

Bəşərin cahil xisləti tarix boyunca zülmün amili kimi

Mənim fikrim budur ki, taxir boyunca müxtəlif cəmiyyətlərdə qadın cinsinə zülm olunmuşdur. Bir dəfə də buna toxundum. Dedim ki, bu zülm nədən qaynaqlanır. Bu, bəşərin cəhalətinə görədir. Cahil bəşərin xisləti budur ki, başı üstündə güc və məcbur edən olmasa, yaxud insanın özünün daxilindən bir amil (bu çox azdır) – yəni güclü və aydın iman, yaxud onun xaricindən bir amil – yəni qanun, qanunun xəncəri və qamçısı olmasa, adətən belə olur; güclü zəifə zülm edir.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 5 noyabr, 1996

Şahlıq quruluşunda qadına zülm

Qadını gözəlliyə aludə etmək - qadın şəxsiyyətinin tənəzzülünün amili

Keçmiş rejimdə qadınların çoxu savadsız idi, ictimai məsələlərdən bir şey anlamırdı, yəni anlamağa qoymurdular. Həm də ölkənin taleyinə biganə idi. Ümumiyyətlə bilmirdi ki, qadının ölkə taleyində təsiri ola bilər. Amma bütün bunlarla yanaşı, zahiri baxımdan avropalılar kimi, bəzən də qərbli və avropalı qadınlardan da qabaqda idilər. Kimsə onlara baxsaydı, elə bilərdi ki, bu qadın indi bir Avropa ölkəsindən və Qərb cəmiyyətindən İrana daxil olmuşdur. Amma əgər onunla iki kəlmə söhbət etsəydin, görərdin ki, bu xanım savadsız, yaxud az savadlıdır.

Qadını vadar edirdilər ki, gözəllik nümayiş etdirməklə və gözləri özünə cəlb etmək vasitəsi ilə özünə yalançı bir şəxsiyyət düzəltsin. Bu, qadın üçün tənəzzül idi, inkişaf deyildi. Onun başını bəzənməklə, moda ilə, gözəllik nümayiş etdirməklə, paltarla, qızıl və zinət əşyaları ilə qarışdırmaq, müxtəlif məqsədlərdə ondan bir alət və vasitə kimi istifadə etmək, siyasət, əxlaq və tərbiyə meydanına qoşulmasına qoymamaq istəyirdilər. Qadına qarşı bundan böyük cinayət ola bilərmi?! Bu, keçmiş rejim dövründə dəqiq və düşünülmüş şəkildə görülən işdir.

Tehran, Təbriz, İsfahan və digər şəhərlərin qadınları ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Avtoritar ictimai quruluş - qadına zülmün ən mühüm tarixi amili

Qadının pərdə arxasında qalması düşünülən zaman bu quruluşlar təsir qoydular və qadınlara zülm olundu.

Qadının pərdə arxasından qaçması düşünülən, yəni qadının hicabdan qaçması düşünülən gün, inqilabdan qabaqkı son əlli il dövründə yenə qadınlara zülm olundu. Siz yenə görürsünüz ki, qadınlar xeyirlərinə olmayan və zərərlərinə olan meydanlara qoşulub bununla qadın cinsində olan bir insanın təbii haqqını əldə etmək üçün pərdə arxasından çıxdılar. Yenə də ailələrdə kişilər qadınlara zülm etdilər. Yenə də evlərdə oğullar analara zülm etdilər. Yenə də ailələrdə qardaşlar bacılara zülm etdilər. Yenə universitetlərdə qadınların sayı kişilərdən az oldu. Yenə qız məktəbi oğlan məktəbindən az oldu. Yenə də bəzi yerlərdə qadına fiziki işlər verildi. Bütün bu işlər görüldü. Səbəb də avtoritorizmə və hegemonluğa arxalanan yanlış və ədalətsiz ictimai sistem idi. Bu ən mühüm tarixi amildir.

“Qadınlar şahidi” jurnalına müsahibədən; 18 may, 1988

Qərb mədəniyyətində qadına zülm

Qərb ölkələrində qadınlara zülm

Qadınlara qarşı bütün iddialarına rəğmən, Qərb ölkələrində qadınlara qarşı zülm əgər İslam və Şərq ölkələrindən çox olmasa da, az deyil.

Şərqi Azərbaycan əhalisi ilə görüşdə çıxışdan; 19 sentyabr, 1996

Keyhan qəzeti

Avropanın qadın məsələsində gecikmiş, tələsik və səs-sədalı oyanışı

Bu gün də dünyanın vəziyyəti elədir. Bu gün də qadını və onun insani mövqeyini bütün müdafiə iddialarına və səs-küylərinə rəğmən, təəssüf ki, sözügedən yanlış təsəvvür mövcuddur. Avropalılar meydana İslam və qeyri-Avropa ölkələrindən gec qoşulduqlarından qadın məsələsinə qarşı daha gec oyandılar.

Bilirsiniz ki, bu əsrin ikinci onilliklərinə qədər Avropanın heç bir yerində heç bir qadın səsvermə haqqına malik deyildi. Demokratiya olan yerlərdə də qadın öz malından istifadə haqqına malik deyildi. İkinci onilliklərdən, yəni 1916, yaxud 1918-ci illərdən sonra Avropa ölkələrində yavaş-yavaş qərara gəldilər ki, qadına öz əmlakından istifadə hüququ və kişi ilə bərabər ictimai hüquq versinlər. Buna əsasən, Avropa yuxudan çox gec oyandı və məsələni çox gec anladı. İndi yalançı ajiotajlarla sanki özünün zaman baxımından geriliyini düzəltmək istəyir.

Düzdür, Avropa tarixində kraliça, yaxud aristokrat olan qadınlar olmuşdur. Lakin bir qadının, yaxud bir ailənin, bir tayfanın və bir təbəqənin qadınlarının məsələsi qadın məsələsi deyil. Bu ayrıseçkiliklər həmişə olmuşdur. Yüksək səviyyələrdə təmsil olunan, misal üçün, bir ölkənin kraliçası olan qadınlar da olmuşdur. Bu imtiyaz onlara ailə və irs yolu ilə verilmişdir. Lakin qadın belə olmamışdır, dinlərin (sağlam və toxunulmaz qalanı İslamdır və digər dinlər də şübhəsiz, bu baxışa malikdirlər) baxışlarının əksinə olaraq, heç zaman cəmiyyətdə hüquqa malik olmamışdır.

Ölkənin qadın həkimləri ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Aldadıcı təbliğata rəğmən, Qərb sivilizasiyasında qadına zülm

Bu gün Qərb sivilizasiyasının qadına əsas rolları tapşırmaq barəsində aldadıcı təbliğatına rəğmən, qadın hələ də tarixi və hərtərəfli zülmə məruz qalır.

İranın və dünyanın doqquz ölkəsinin müsəlman qadınları ilə görüşdə çıxışdan; 29 yanvar, 1989

Əbrar qəzeti

Qərblilərin qadın barəsində ifrat və təfritçiliyi

Qərblilər qadın təbiətini tanımaqda və onunla rəftarın necəliyində ya ifrata varmış, ya da həddən az diqqət göstərmişlər.

Ümumiyyətlə, Qərbin qadına baxışı bərabərsizliyə və uyğunsuzluğa əsaslanır. Siz Qərbdə verilən şüarlara baxmayın. Bu şüarlar puçdur və reallığı göstərmir. Qərb mədəniyyətini bu şüarlardan anlamaq olmaz. Qərb mədəniyyətini onların ədəbiyyatlarında axtarmaq lazımdır. Avropa ədəbiyyatı ilə, Avropa şeri və avropalıların roman, hekayə və pyesləri ilə tanış olanlar bilirlər ki, orta əsrlərdən başlayaraq indiki əsrin ortalarına qədər Avropa mədəniyyətinin gözündə qadın ikinci dərəcəli məxluq olmuşdur. Kim bunun əksini iddia etsə, yalan deyir. Siz məşhur Şekspirin pyeslərinə baxın. Görün bu pyeslərdə və Qərbin digər ədəbiyyatında qadına hansı nəfəslə, hansı dillə və hansı gözlə yanaşılır. Qərb ədəbiyyatında kişi qadının ağası, ərbabı və ixtiyar sahibidir. Bu mədəniyyətin bəzi nümunələri və onun təsirləri bu gün də qalmaqdadır.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

İş, incəsənət və ədəbiyyat sahəsində Qərbin qadına zalım baxışı

Qərblilər təkcə iş və sənayedə yox, ədəbiyyat və incəsənətdə də qadına zülm etdilər. Siz bu gün hekayələrə, romanlara, rəsm əsərlərinə və incəsənətin digər sahələrinə baxın, görün qadına hansı gözlə baxılır. Qadında olan müsbət cəhətlər və uca dəyərlər nəzərə alınırmı? Allah-Taalanın qadının vücudunda əmanət qoyduğu analıq hissi, övlad tərbiyəsi, övladını qorumaq istəyi və bu kimi incə duyğular, mehriban və şəfqətli rəftar nəzərə alınır, yoxsa ehtiras cəhətləri? Onlar çox yanlış olaraq bunun adını eşq qoyurlar. Bu eşq deyil, ehtiras və şəhvətdir. Onlar qadını belə yetişdirmək, buna alışdırmaq istədilər: Onlar qadını əliaçıq və ürəyiaçıq istehlakçı, iddiasız və ucuz işçi sayırlar.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Qərb ədəbiyyatında qadının məzlum təsviri

Toxunduğum bu pyesdə sizin gördüyünüz də budur: evlənməyə məcbur edilən qız, əri tərəfindən qətlə yetirilən qadın, xanımın güclü təzyiqə məruz qaldığı ailə; olanlar bu qəbildəndir. Bu Qərb ədəbiyyatıdır. İndiki əsrin ortalarına qədər bu mədəniyyət davam etmişdir.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadın probleminin həllində Qərbin çıxılmaz vəziyyətdə qalması



Geri   İrəli
Go to TOP