A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Azadlıq (Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Mətbuat və yazarlar istədiklərini yazırlar. Əlbəttə, bunun hüdudları var. Bu hüdudlara dünyanın heç bir yerində və heç bir məntiqdə pis baxılmır. Bu, senzura deyil, azadlığın qarşısını almaq deyil. Bu hüdudların qoyulmaması özbaşınalıq və hərc-mərclikdir. Cəmiyyətdə qanun var, qayda var, bəzi xətlər var. Buna görə də, bu hüdudlara, qaydalara və düzgün ictimai qanunlara əməl olunmalıdır.[114]>>>>

Mətbuat məhkumluğu

Əgər kimsə mətbuat qanunlarını pozub cinayət törətsə, kimliyindən asılı olmayaraq cinayətkardır. Qanunun cinayət kimi müəyyən etdiyi işi görən şəxs mütləq cəzalandırılacaq. Qanunda nəzərdə tutulan cəzalardan biri də cinayətin baş verdiyi qəzeti bağlamaqdır. Hökumət görür ki, onu “Azadlıq yoxdur” adı ilə vururlar...[115]>>>>

Qanuna əsasən, hər hansı bir cinayətdə təqsirli bilinən şəxs həbs edilir. Dünyada  kim etiraz edir ki, niyə sizdə həbsxana var? Halbuki həbs etmək azadlığı məhdudlaşdırmanın ən aydın nümunəsidir. Niyə heç kim etiraz etmir? Çünki bu, qanunda nəzərdə tutulmuş bir hərəkətdir. Buna əsasən bəziləri həbs edilirlər. Bu məsələdə hər şey müəyyən edilib və heç bir kəs buna qarşı çıxmır.[116]>>>>

Azadlıq və gənclik ruhiyyəsi

Gəncliyin xüsusiyyətlərindən biri paklıq və möminlikdir. Kölə olmaq, bataqlıqda batmaq, başqa sözlə, həyatın ötəri şirinliyinə əsir olmaq qocalara və yaşlılara xasdır. Gənclik - azadlıq dövrü və belə zəncirlərdən qurtuluş dövrüdür. Gənc səfalıdır. Bu səfalılığı özünüzdə qoruyun. Siz özünüzü və həmçinin digərlərini (əlbəttə, insan əvvəl özündən başlamalıdır) həyatın ləzzətlərində boğulmaqdan xilas etməyi bacarmalısınız.[117]>>>>

Gənc islahatçıdır. Yəni təbii olaraq ədalətin, qanuni azadlıqların və İslam ideallarının gerçəkləşməsini tələb edir. İslam həqiqətləri və idealları onu həyəcanlandırır, onda cazibə yaradır. Gənclərdən gözlənilən budur ki, ədalətsevərliliyi unutmasınlar. Fərdi, ictimai, siyasi, mənəvi və ruhi azadlıqları İslamın çox uca izahı ilə birgə, özlərinin daimi istəkləri bilsinlər və yaddan çıxarmasınlar.[118]>>>>

Gənclərin azadlıq barədə təhlil qüvvəsi

Bu gün cəmiyyət azaddır və hər kəs danışa, sözünü deyə bilər. Əsas və təməl prinsip olan Vilayəti-fəqihə aid də danışılır. Siz görün nə qədər məqalə yazılıb. Yazanların hamısı müdafiə etməyib ki. Bir cənab  kitab yazdı, icazə də alıb çap  etdirdi. Hamının  əlində var. O, ümumiyyətlə Vilayət prinsipini inkar etmişdi. Lakin ona verilən cavablar çox güclü olduğundan geri çəkildi. Yazdı ki, ümumiyyətlə, vilayət məsumlarda da yoxdur. Niyə? Çünki vilayət qəyyumluq deməkdir. Kimə qəyyumluqdan söhbət gedir? Uşağa, tərk edilmişə - deməli, xalq atılmış, tərk edilmişdir!.. Yəni elmsizlikdən, məsələni tam bilməməkdən irəli gələn aydın bir təhrif baş verdi. Amma onu elmi formada ortaya qoydular. Heç kim də onlara mane olmadı. O cənab  Tehranda yaşayır. Heç kim soruşmadı ki, niyə yazdın. Bəs bu cəmiyyət azad deyil? Bu ölkə azad deyil? Burada söz və fikir azadlığı yoxdur? Bəs fikir azadlığı nədir? Mütləq dörd nəfər adam gəlib heç bir dəlilə, məntiqə istinad etmədən üç-dörd nəfərə söyüş söyməlidir ki, mənası azadlıq olsun? Bu, çox yaxşı haldır? >

Mən “gənclərin təhlil qüvvəsi olsun” - deyəndə bunu nəzərdə tuturam. Ehtiyatlı olun ki, mənasız sözlərin tələsinə düşməyəsiniz. İnsanın bir mövzunu öz zehnində ardıcıl dolandırmsı çox da yaxşı hal deyil. Düzgün məqamın, həqiqətən sizin ürəyinizi razı və zehninizi qane edəcək məqamın arxasınca gedin. Bəli, biz cəmiyyəti azad bir cəmiyyət bilirik. Qızılın xalisliyini ölçmək mənasında olan azadlığı çox yaxşı iş hesab edirik. Mən onunla razıyam. Lakin insanlara qarşı iftira yağdırmaqla əsla müvafiq deyiləm.[119]>>>>

Azadlıqsevərlikdə gənclərin məqsədi

Gərək bu suala cavab verilsin: gənclər prezident seçməklə nə istəyirlər? Düşmən bu sualın cavabını verir. Şübhəsiz, bizim ölkə daxilində də düşmənin bu istəyini təkrar edən gənclər tapılacaq: gənclər peyk anteni istəyirlər; gənclər qeyri-islami həyat azadlığı istəyirlər; gənclər İslamın qəbul etmədiyi azadlıqları istəyirlər. Bu gün bu cavablar davamlı olaraq hamının qulağında səsləndirilir. Görəsən doğrudanmı cavanlar bunları istəyirlər? Siz bu məmləkətin gənclərisiniz. Bu suala cavab vermək üçün gənc tələbədən daha layiq kimi ola bilər.  Xüsusən də fikir, düşüncə və təhlil adamı olan, İslam birliyi, yaxud başqa bir tələbə birliyinin üzvüsən?! Başqalarının sionist təbliğatına uyğun şəkildə tənzimlənmiş cavabından öncə siz cavab verin. Sizin cavab verməyə haqqınız çatır. Çünki zərərli, dağıdıcı və fəsad yaradan azadlıqların tərəfdarı olan şəxslər əgər bu seçkilərdə iştirak etmişlərsə də, əbəs yerə iştirak etmişlər. Onlar ümumiyyətlə seçki adamı deyillər. Seçki sizə məxsusdur; bizim islamçı və inqilabçı cəmiyyətmizə, mömin uşaqlarımıza və hizbullah qüvvələrimizə.[120]>>>>

Gənc azadlıq və istiqlaliyyət mesajı olan məsələdən başqa bir şey haqda fikirləşmir. Onlar sonra xalqın diqqətini düşmənin təsirinə yönələn hərəkətdən daşındırmaq üçün başqa şüarlar verməyə başlayırlar. “İranda mövcud olan diktaturadan azadlıq” mənasını nəzərdə tutub “azadlıq” şüarı səsləndirirlər.[121]>>>>

İslam quruluşunda qadın azadlığı

Hal-hazırda Qərbdə şüar formasında mövcud olan məsələlərdən biri də qadın azadlığı məsələsidir. Azadlıq geniş mənalara malikdir: həm əsirlikdən, həm də əxlaqdan azad olmağa şamil edilə bilər. Çünki əxlaq da bir növ buxov və zəncir sayılır. Azadlıq qadını az muzdla zavoda çəkən sahibkarın sui-istifadəsindən, eləcə də onu əri qarşısında vəzifəli edən qanunlardan azad olmaq mənasında işlədilə bilər. Azadlıq bütün bu mənalarda ola bilər. İrəli sürülən bu şüarların böyük bir hissəsində bu istək və tələblər var. Onlar bəzən bir-biri ilə ziddiyyət təşkil edir. Bu azadlığın mənası nədir?>

Təəssüf ki, bu gün Qərb dünyasında azadlıq sözü yanlış və zərərli mənalarda işlədilir: ailə məhdudiyyətlərindən azad olmaq, kişinin mütləq nüfuzundan azad olmaq, qarşısında ötəri ehtiras məqsədi olduqda hətta nikah bağlamaqdan, ailə qurmaqdan və övlad böyütməkdən azad olmaq. Buna görə də, Qərb dünyasında səslənən fikirlərdən biri də abort azadlığı məsələsidir. Bu çox əhəmiyyətli məqamdır. Zahiri sadə və kiçik olsa da, əslində çox təhlükəli və ağır mövzudur. Bu, Qərbdə irəli sürülən bir alət, şüar və istəkdir. Onlar bu layihələrin kompleksini Qadın azadlığı hərəkatı adlandırırlar. Düzgün sistemdə, düzgün tələb və mübarizədə məqsəd bu qədər geniş ola bilməz. Onun bir qismi haqqında qətiyyətlə deyə bilərik ki, zərərlidir. Başqa bir qismi faydalı da ola bilər. İndi daha yaxşı, daha münasib, daha düzgün və daha həlledici şüarlar axtarmaq lazımdır.>

Siz görürsünüz ki, son bir neçə onillikdə Qərbdə qadın azadlığı adı altında o qədər fəsad və pozğunçuluq yayıldı ki, qərbli mütəfəkkirlərin özləri qorxuya düşdülər. Bu gün Qərb ölkələrindəki qayğıkeş, ağıllı və maraqlı insanlar qarşıya çıxmış vəziyyətdən qorxur, narahatlıq hissi keçirirlər. Əlbəttə, onun qarşısını ala bilməyəcəklər. Onlar qadına xidmət adı ilə onun həyatına ən böyük zərbəni vurdular. Niyə? Ona görə ki, pozğunçuluqla, fəsadın yayılması ilə, kişi və qadının qeyd-şərtsiz rabitə azadlığı ilə ailənin təməli dağıldı. Kişi cəmiyyətdə azad şəkildə öz cinsi ehtiyacını təmin etsə, qadın heç bir problemsiz cəmiyyətdə digər kişilərlə təmasda olsa, heç zaman ailədə yaxşı və ləyaqətli cütlük ola bilməzlər. Buna görə ailələr dağıldı. Bu gün qadın hüquqlarını bayraq edən şəxslərin çoxu həqiqətdə Qərb azadlığını və pozğunçuluğu bayraq edirlər və qərbliləri yamsılayırlar. Onlar bəzən həm də nə isə yazırlar. Bu şanlı məsələlərdə onların imzası yoxdur. İranlı qadının inqilabın qələbəsindən sonrakı 18 ildə göstərdiyi və yaratdığı əzəmətdə onların rolu olmayıb və böyük bir iş görməyiblər. Onların çoxu öz ciblərinin, öz gəlirlərinin, öz keflərinin, bəzək-zinət əşayalarının fikrində olublar. Onların heç bir əzəmətləri yoxdur. Bu proqram yanlış proqramdır. Əgər Qərbin qadın haqqında proqramı düzgün olsaydı, qərblilər 70-80 və 100 il keçdikdən sonra yenidən qadın hüquqları hərəkatı başlamağa məcbur olmazdılar. Məqsədim son illərdə başlatdıqları hərəkatdır. 10-20 ildir ki, onlar yenidən qadın hüquqlarını və qadın azadlıqlarını müdafiə adlı müxtəlif hərəkatlar (feminizm) başlayıblar. Niyə? Əgər Qərb azadlığı uğurlu proqram idisə, əgər qadın hüquqlarını müdafiə həqiqi idisə, 100 ildən sonra bəzilərinin yenidən gəlib hərəkat və cəncəl yaratmalarına ehtiyac qalmazdı. Deməli, o proqram yanlış imiş. İndiki proqramları da səhvdir, qadın və kişiyə, xüsusən də qadına bədbəxtlikdən və problem yaratmaqdan başqa bir şeylə nəticələnməyəcək. Yanlış Qərb tərbiyəsi üzündən tağut hökuməti dövründə bu ölkədə qadınlar bəzənməyə, faydasız zinətlənməyə və özlərini göstərməyə qurşandılar. Bu da kişimərkəzliliyinin əlamətlərindəndir.>

Qərblilərin patriarxal (kişimərkəzçi) olmalarının əlamətlərindən biri budur ki, qadını kişi üçün istəyirlər. Buna görə deyirlər ki, qadın, kişinin ləzzət alması üçün bəzənməlidir. Bu, kişimərkəzçilikdir. Bu, qadın azadlığı deyil. Bu, əslində kişi azadlığıdır. Onlar kişinin azad olmasını istəyirlər. Hətta kişilərin gözlə ləzzət alması üçün qadını onun qarşısında hicabsızlığa və bəzənməyə həvəsləndirirlər. Əlbəttə, qədim dövrlərdə Allah dinində olmayan cəmiyyətin çoxlu kişilərində də bu növ eqoizm mövcud olub və indi də var. Qərblilər bunun ən bariz nümunəsidirlər. Deməli, qadının mütaliəyə, elmə və tədqiqata doğru hərəkət etməsi kimi şüarlar yalnız qadınlar arasında ciddi sayılmalıdır.>

Müsəlman cəmiyyətlərində və bizim cəmiyyətmizdə qadınların hüquqlarının bərpası yönümündə mütləq hərəkət olmalıdır, lakin İslam əsasında və İslam məqsədlərinə uyğun şəkildə. Bəziləri deməsinlər ki, bu nə hərəkatdır; məgər bizim cəmiyyətimizdə qadının nəyi çatmır? Təəssüf ki, bəzilərinin belə düşünməsi mümkündür. Bu, məsələnin zahirini görməkdir. Qadın bütün cəmiyyətlərdə, o cümlədən bizim cəmiyyətmizdə zülm və istismara düçar olub. Amma bu çatışmazlıqlar pozğunluq mənasında olan azadlıq çatışmazlığı deyil. Bu çatışmazlıq elm, maarif, tərbiyə, əxlaq, tərəqqi və istedadların çiçəklənməsi üçün meydanların və imkanların çatışmazlığıdır. Bunu təmin etmək və axtarmaq lazımdır. Bu, İslamın təkid göstərdiyi bir məsələdir.[122]

Hicabın fəlsəfəsi

Qadının təbiəti və xarakteri gözəllik və incəlik nümunəsi edildiyindən, cəmiyyətin qarışıq və nizamsız olmasını, fəsada bulaşmasını istəmiriksə, bu cinsi örtükdə saxlamalıyıq. Bu baxımdan, kişi mütləq surətdə qadın kimi deyil. Onun üçün daha çox azadlıq mövcuddur. Bu onların təbii vəziyyətindən və Allahın baxışı ilə dünya idarəsinin tənzimindən irəli gəlir.[123]>>>>

Hicabın yasağı, qadın azadlığı, cinsi istismar İslamda qadınla kişi arasında nəzərdə tutulan çox zərif və mürəkkəb pərdənin götürülməsi - qərbi yamsılamağın bir nümunəsi idi. Sözügedən pərdə və hicab əsla zahiri hicab mənasında deyil. Bu başqa bir mövzudur. Məsələyə diqqətlə və incəliklə baxmaqla onu anlamaq, ölçmək və nə qədər hikmətli olduğunu bilmək olar. >

Əlbəttə, Avropada bu pərdə və örtük qədimdə olmayıb. Amma eyni zamanda həmişə və davamlı olaraq qadına zülm edilib. Ötən əsrlərin Avropasında nə paltar və zahiri görkəm baxımından və nə də digər əxlaqi və qeyri-əxlaqi cəhətlər baxımından, bugünkü mənada işlədilən qadın azadlığı olub, amma o pərdə və hicab da olmayıb. Və bununla yanaşı qadına zülmlər də baş verib.[124]>>>>

Əgər biz onları razı salmaqdan ötrü qadın barəsində, İslam dininin qadının izzətinə səbəb olan baxışına qarşı danışsaq, səhv etmiş olarıq. Nə üçün kimlərsə qadın sahəsində, yaxud insan hüquqları sahəsində elə danışmalıdırlar ki, elə bil biz çalışıb özümüzü qərblilərin baxışlarına yaxınlaşdırmalıyıq. Onlar səhv edirlər.  Onlar öz baxışlarını bizə yaxınlaşdırmalıdırlar. Onlar qadın, insan hüquqları, azadlıq və demokratiya barəsindəki yanlış və batil fikirlərini düzəltməli və İslamın görüşləri ilə ölçməlidirlər. Bəziləri bu tərəfdən təsirlənməməlidirlər.[125]>>>>

İslamda və Qərbdə mövcud olan qadın azadlığının fərqi

Düzgün mənada işlədilən, yəni bəşər üçün lazım və faydalı olan azadlıq İslam Respublikası quruluşunda təmin olunub. Lakin qərblilər bu anlayışı başqa cür izah edirlər. Bizim mövcud problemlərimizdən biri budur ki, bəzi Qərb məfhumlarını düzgün təhlil etmədən İslam zonasına və bizim cəmiyyətmizin fikir arenasına gətiririk. Bəzi şəxslər mənalara diqqət yetirmirlər. Qərbdə başa düşülən demokratiya və azadlıq sözlərini olduğu kimi buraya gətirirlər. Bilmirlər ki, onların azadlıq sözündə nəzərdə tutduqları məna bizim bu gün, yaxud başqa vaxtda öz mühitimizdə azadlıq sözündən başa düşdüyümüz mənadan fərqlənir. Qərb mədəniyyətinə və Qərbin qadın məsələsində əldə etdiyi anlayışa əsasən, orada qadın azadlığı dedikdə mənası bu deyil ki, qadın azad olub dərs oxusun, yaxud siyasi fəaliyyətə qatılsın və ya iqtisadi fəaliyyətlə məşğul olsun. Ümumiyyətlə, qadın azadlığında məqsəd bunlar deyil. Qadın azadlığı - yəni qadının cinsi azadlığı, pozğunçuluq azadlığı, yəni qadın cinsi və ehtiras məsələləri ilə bitən işlərdə azad rəftar etsin. Digərləri də qadınla azad rəftar edə bilsinlər. Qərbdə qadın azadlığının mənası budur. Onlar deyirlər ki, müsəlman İranda azadlıq yoxdur. Bəli, bu mənada olan azadlıq, əlbəttə ki, yoxdur.[126]>>>>

İslam və vicdan (etiqad) azadlığı

Düşüncə və etiqad azadlığı İslamda, həmçinin bugünkü mədəniyyətdə çox əhəmiyyətli mövzulardan biridir. Bu gün fikir, etiqad və din azadlığı bütün dünya səviyyəsində qəbul olunmuş bir şüar sayılır. Yəni dünyada hətta azadlığa inamı olmayan və öz cəmiyyətlərində müxtəlif azadlıqları, xüsusən fikir azadlıqlarını boğan hökumətlər və ölkələr də fikir, etiqad və din azadlığından dəm vurub, uyğun şüarları səsləndirirlər. Onlar öz ölkələrində din və etiqadın azad olduğunu göstərmək üçün bəzi toplantılar da təşkil edirlər. Məsələn, İslam etiqadına və İslam dininə qarşı kəskin həssaslıq göstərən bəzi ölkələrdə belə nümayişkaranə işlər görülür ki, bu ölkədə fikir və etiqad azadlığının təmini dünyada əks olunsun. >

İslamın görüşü tam olaraq bəyan olunmalıdır. Əlbəttə, dünyanın şüar verdiyi, o cümlədən, həqiqətən dünyada iddia olunan fikir azadlığının mövcudluğu barədə söz çoxdur. Mən İslamın nəzərini qısa olaraq üç bölmədə deyəcəyəm:

1. Təfəkkür prinsipi;

Birinci məsələ budur ki, fikirləşmək, düşünmək İslamda nəinki azaddır, hətta lazım və vacibdir. Bəlkə də səmavi kitablar və dini yazılar arasında ikinci bir kitab tapmaq olmaz ki, Quran qədər insanları təfəkkür etməyə, həyat məsələlərində - maddi, mənəvi və insani məsələlərdə təfəkkürə, fikirləşməyə və araşdırmağa, tarixin bu kimi məsələlərində dərindən düşünməyə dəvət etsin. Hətta bundan da yuxarı odur ki, öz dini təfəkkürlərində şəkkə, tərəddüdə düşmək də İslam baxımından pis və qadağan edilmiş bir iş deyil.>

2. İslam cəmiyyətlərində qeyi-islami etiqadların azadlıq həddi

İkinci məsələ budur ki, İslam etiqadı ilə mübarizə aparmaq fikrində olmayan heç bir dini inanca malik olmaq qadağan deyil, yəni cəzası yoxdur. Əgər müsəlman cəmiyyətində kiminsə qeyri-islami etiqadı olsa, lakin bu etiqad onu İslam quruluşuna qarşı çıxmağa, ona qarşı fəaliyyətə sövq etməsə, bu əqidə şəxs üçün problem yaratmır. Buna əsasən, müsəlman cəmiyyətində yəhudilər, məsihilər, zərdüştilər və müsəlman olmayan digər məzhəblərin ardıcılları yaşayırlar, öz toxunulmazlıq hüquqlarından istifadə edirlər. Onlar İslam Respublikası konstitusiyasının 23-cü maddəsinə uyğun olaraq, öz etiqadlarında azaddırlar. Yəni İslama əsasən, müsəlman cəmiyyətində etiqad qadağan deyil. Əlbəttə, “əqidə azaddır” dedikdə mənası budurmu ki, İslam haqq etiqaddan qeyrisinə inananlarla razıdır? Məlumdur ki, yox. Burada azadlıq o deməkdir ki, bu işin mühakiməsi və cəzası yoxdur. Müsəlman cəmiyyətində qeyri-islami əqidəyə malik  şəxsin etiqadı İslam quruluşuna qarşı çıxmağa, ona qarşı fəaliyyətə yönəlməyibsə, bu əqidəyə malik olmaq azaddır və heç bir cəzası yoxdur.>

3. Müsəlman cəmiyyətində siyasi fikirlər və cərəyanlar

Üçüncü məsələ siyasi baxışdır. Müsəlman cəmiyyətində siyasi fikirlər və cərəyanlar azaddır. Heç kimi bir siyasi, yaxud elmi fikrin daşıyıcısı olduğuna görə təqib etmirlər. İslam buna icazə vermir. Bu, Orta əsrlərdə Avropada yayılmışdı. Onlar alimləri yeni elmi kəşflərə inandıqları üçün günbəgün daha artıq təzyiqlərə məruz qoyurdular: bəzilərini öldürürdülər, bəzilərini siyasi görüşlərinə görə məhv edirdilər. İslamda bu işlərin heç biri yoxdur. İslamda belə sərtliklərə icazə verilmir.[127]>>>>

Bizim hökumətimiz İslam hökumətidir. Onda söz azadlığı var. İnsafsızlıqla deyilən bəzi sözlər də mövcud azadlıqdan istifadə etməklə deyilir.[128]>>>>

Söz azadlığı dəyərlər çərçivəsində

Fikir və söz azadlığı da inqilabın dəyərlərindən biri idi. Xalq azad düşünmək istəyirdi. O zaman fikir azadlığı, söz azadlığı və qərar vermək azadlığı da yox idi. Xalq bunu bəyənmirdi. Bu azadlıqların mövcud olmasını istəyirdi. Dəyərlər dedikdə dini, etiqadi, siyasi müstəqilliyi, iqtisadi müstəqilliyi, mədəni müstəqilliyi, fikir azadlığını, əxlaqın yayılmasını, xalq hakimiyyətini, dindar və təqvalı insanların iş başında olduğu imanlı hökuməti nəzərdə tuturuq. >

Düzgün deyil ki, kimsə siyasi, mədəni və iqtisadi müstəqilliyə diqqət yetirsin, amma dindarlığa yox. Yaxud dindarlığa diqqət yetirsin, amma fikir azadlığına yox. Ya fikir və söz azadlığına diqqət yetirsin, amma xalqın din və imanının qorunmasına diqqət yetirməsin. Əgər belə olsa, işlər natamam qalacaq. Bütün dəyərlərə kompleks diqqət yetirmək lazımdır. Bundan da üstün odur ki, hakimiyyət orqanları bütün bu dəyərlərə diqqət yetirməli və onların hamısını qorumalıdır.[129]>>>>

Söz azadlığının həddi

Ümumiyyətlə, azadlıq fikirlərin istiqamətləndirilməsi, inkişafı və cəmiyyətin tərəqqisi üçündür. Azğınlığa, fikirlərin qapanmasına və cəmiyyətin geriliyinə səbəb olan azadlıq əsla məqbul deyil. Söz azadlığının sərhədlərindən biri aldatmaq və azdırmaqdır. Cəmiyyətdə qəlbləri və zehinləri azdıran və çaşdıran hər bir söz qadağandır. Sərhədlərin başqa biri cəmiyyətdə ümumi təşviş yaratmaqdır. Allah-Taala Əhzab surəsində belə buyurur: “Əgər münafiqlər, qəlblərində (ruhlarında) xəstəlik olanlar və (mürciflər, yəni) Mədinədə qəsdən yalan şayiələr yayanlar (bu əməllərinə) son qoymasalar, şübhəsiz ki, səni onların üstünə qaldırarıq”.[130]>>> Mədinə şəhərində “mürcif”lər, yəni cəmiyyətdə təşviş yaradan, onu gərginliyə və qeyri-sağlam hərəkətlərə sövq edən şəxslər vardı. Mürcif öz sözü, şayiəsi, mövqeyi və izahları ilə cəmiyyəti təşvişə salan insana deyilir. Bu hətta əziz Peyğəmbərimizin (s) dövründəki kiçik cəmiyyətdə də yolverilməzdir. Söz azaddır, amma əgər kimsə bu sözlə cəmiyyətin sakit mühitini və xalqın normal yaşayış tərzini pozmaq istəsə, İslam heç bir yolla bunu qəbul etmir və buyurur: “Səni onların üzərinə qaldırarıq”. Yəni müvafiq orqanlar belə sözə qarşı çıxmalı, onu qanuni, siyasi və hüquqi yolla cavablandırmalıdırlar. Deməli, fikri ifadə etmək təşvişə salmaq deyil.[131]>>>>

Biz söz azadlığına və ictimai fəaliyyətlər azadlığına inanırıq. Ümumiyyətlə, bu anlayışları və bu həqiqətləri inqilab və inqilabın öncülləri bu ölkəyə gətirdilər. Lakin bu azadlıq məhduddur, mütləq azadlıq deyil. Onun həddi haradadır? Onun həddi İslamın təyin etdiyi hüdudlardır. Əgər kimlərsə xalqı imansızlıqlara və ehtiraslara sövq etmək istəsələr, bu işdə azad deyillər. Bu azadlıq xəyanət azadlığıdır. Kimlərinsə oturub hiyləgər plan cızmaları və bu planı hər hansı bir formada yazmaları hiylənin və fitnənin azadlığıdır və qəbul olunmur.[132]>>>>

Fikirlərin qarşılaşması və fikirlərin azadlığı onların hidayəti üçündür. Bir quruluş, bir rejim, bir dövlət fikirlərin həqiqətə istiqamətləndirilməsi yolunda addım atmaya və fikirlərin hidayəti üçün iş görməyə bilməz. Eynilə həmin dövlət, quruluş və rejim səmimiyyətlə işləmək istəsə, fikirlərin azğınlığına səbəb olan hərəkətə də icazə verməməlidir. Əgər söz azadlığı fikirlərin hidayəti məqsədini daşıyırsa, onda fikirləri hidayət yox, azğınlığa sövq edən, xalqı aldadan, həqiqətləri gizlədən, batili haqq kimi cilvələndirən və haqqı batil kimi göstərən söz də aldadıcı və zərərli söz olacaq. Həqiqəti söyləmək fikirlərin hidayəti və söz azadlığı fikirlərin inkişafı üçün lazım olduğuna görə sui-istifadə edilən və fikirləri azdıran bəzi azadlıqlar da haram və qadağandır və mövcud olmamalıdır. Ümumiyyətlə, bu islami qaydadan (Zümər surəsinin “Bəndələrimə müjdə ver! O kəslər ki, sözü dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar”>[133]>>> ayəsindən və digər dəlillərdən də bunu müyyən qədər başa düşmək olar) məlum olur ki, söz azadlığının icazəli olması qəti bir məsələdir. Lakin onun hədd və sərhədləri də var. Bu da qətidir.[134]>>>>

İctimai azadlıqlar və yanlış anlaşılmalar

Azadlıq məsələsi Qurani-kərimdə və imamların (ə) sözlərində dəfələrlə, özü də ciddi surətdə vurğulanan məsələlərdən biridir. Əlbəttə, burada azadlıq dedikdə məqsədimiz dünyada heç bir tərəfdarı olmayan mütləq azadlıq deyil. Düşünmürəm ki, dünyada kimsə mütləq azadlığa dəvət etsin. Məqsədimiz İslam dinində, xüsusən də İslam maarifinin yüksək səviyyələrində nəzərdə tutulan mənəvi azadlıq da deyil. Mənəvi azadlıq məsələsi mənəviyyata inanan bütün insanların qəbul etdiyi bir məsələdir. Amma bizim söhbətimizin mövzusu başqadır. Burada söhbət açdığımız azadlıq ictimai azadlıqdır: düşünmək, danışmaq, seçmək və bu növ işlər üçün insani haqq olan azadlıq. Bu məsələ Quran və sünnədə yüksək dəyərləndirilmişdir. >

Azadlıq məsələsini islami məsələ kimi qəbul edin. Əlbəttə, məncə iki qrup insan azadlıq məsələsinin qeyri-islami və qeyri-lokal qəbulunda həmrəy olmuşlar. Bu qrupların biri sözlərində azadlıq məsələsi üçün son iki-üç əsr Qərb filosoflarının fikirlərindən sitat gətirirlər: filankəs belə deyib, filankəs elə deyib. Əlbəttə, bunlar həmin filosofların adını çəkdikləri üçün möhtərəm şəxslər sayılırlar. Çünki bəzi mətbuat filosofnümaları var ki, Con Stüart Millin, yaxud filan fransalı, almaniyalı və ya amerikalı filosofun sözünü deyir, amma adını çəkmirlər, öz adlarına yazırlar. Bunlar  saxtakarlıq edirlər. Lakin yenə də azadlıq təfəkkürünün və ictimai azadlıq məfhumunun bir Qərb fikri və Qərb tərəfindən bizə hədiyyə olması haqda fikrin formalaşmasına kömək edirlər.>



Geri   İrəli
Go to TOP