A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Azadlıq (Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


İstiqlaliyyət şüarı çox mühüm şüarlardan biridir. Əgər istiqlaliyyət olmasa, bir xalq öz azadlığına, azadlıq şüarına da ümidvar ola bilməz. Kimisi bilərəkdən, kimisi səhvən, kimisi qəflətdən, kimisi də xəbislik üzündən istiqlaliyyətin unudulmasını istəyir.>

Belə şəxslərdən “islahat” və “azadlıq” sözlərini eşidəndə bədbin olan insan haqlıdır. Amerika istismarına qarşı kəsərli olan bu əzəmətli inqilabdan sonra müxtəlif tədbirlərə əl atıb, qapıdan çıxan amerikalıları pəncərədən qaytarmaq istəyən şəxslər bu gün azadlıqdan, islahatçılıqdan dəm vururlar, köhnə rejimin töküntüsü və muzduru olanlar da onlara kömək edirlər. Hər bir ağıllı insan nigaran olub şübhələnə bilər. İstiqlaliyyət İslam inqilabının şah beytidir: yəni bu ölkədə biganələrin nüfuzu qadağandır; yəni Amerika, İngiltərə və digərlərinin, ölkənin siyasi və mədəni məsələlərinə hər hansı təsir göstərmək ixtiyarı yoxdur.[82]>>>>

O zamanlar biz deyirdik: “İstiqlaliyyət, Azadlıq və İslam İnqilabı”. Əvvəllər İslam Respublikasının adı yox idi, İslam inqilabı deyilirdi. Deyirdilər İslam inqilabı nədir? Deyirdik İslam inqilabı elə bir inqilabdır ki, ona əsasən, din təməlli hakimiyyət iş başına gəlir. Dinə əsaslanan bir hökumət qurulduqda isə dəyərlər bunlar olur: ədalət, istiqlaliyyət, azadlıq, dindarlıq, qardaşlıq, əməkdaşlıq, insani əxlaq.[83]>>>>

İslam üsul-idarəsində siyasi azadlıq

Dünyanın güclü və zəif, zalım və məzlum arasında bölündüyü bir şəraitdə bir xalq elan və sübut edib ki, bütün qoluzorluların təsirindən azaddır. O, bizim xalqdır. Bu, şişirtmə deyil, həqiqətdir. Bu gün hər hansı yolla dünyada ağalıq edən nəhəng qüvvələrin heç biri İslam Respublikası quruluşuna və İran xalqına ağalıq etməyə qadir deyillər. Bu, İran xalqının azadlığına və malik olduğumuz çox dəyərli siyasi azadlığa görədir. Bu yüksək keyfiyyət günbəgün gücləndirilməli və genişləndirilməlidir. >

Bu xalq tədricən öz yenilikçilik və səyilə, onda reallaşan idarəçiliyin gücü ilə, bütün xalqın azadlıq və istiqlaliyyət yolunda birliyilə və həmçinin düşmənin hiyləsi və təbliğat kələklərilə tanışlığı ilə tam iqtisadi istiqlaliyyətə və azadlığa doğru getməlidir. Bu iqtisadi istiqlaliyyətdən qabaq siyasi istiqlaliyyət olmalıdır. Siyasi cəhətdən asılı olan ölkələr iqtisadi azadlığı və istiqlaliyyəti əldə etməyə qadir ola bilməz və buna heç maraq da göstərməzlər. Allaha şükür olsun ki, bizim məmləkətimizdə siyasi istiqlaliyyət və azadlıq, onun ardınca iqtisadi müstəqillik, ondan da yuxarı, mədəni müstəqillik var: düşkün və eyibli qərb mədəniyyətinin əlamətlərini cəmiyyətdən uzaqlaşdıran müstəqil mədəniyyət.[84]>>>>

Deyirlər xalq azadlıq istəyir. Bu gün sizin tanıdığınız ölkələrin hansı birində İranda olduğu qədər siyasi azadlıq var? Harada ölkə işlərinin idarəsində xalq birbaşa və dolayısı ilə rola malikdir? Burada xalqla iqtidar arasındakı yaxın əlaqələrin nümunəsi dünyanın harasında var? >

Dörd qəzetin nəşr olunub-olunmaması əhəmiyyətli bir şey deyil. Nəinki qəzetin çoxluğu yaxşı hal deyil, yox, həqiqətən prinsipial və ağrılardan yazan qəzetlər çox olsa, xalq üçün işləsə, yaxşıdır.[85]>>>>

Fikir azadlığı və İslam quruluşu

Bu gün xoşbəxtlikdən, İranda mövcud olan azad düşüncə, söz azadlığının dünyada bənzəri azdır. Mən demək istəmirəm ki, İslam bu azadlığı qeyd-şərtsiz verib, xeyr, belə deyil. Bu sahədə bəzi məhdudiyyətlər var. Bizim qanunlarda da məhdudiyyətlər nəzərdə tutulub... Lakin bu gün bütün bunların məhsulu azadlıqdır və xoşbəxtlikdən bizdə bu var, çox da yaxşıdır...>

Mən ölkəmizdə vəziyyətin insani baxımdan, insan şəxsiyyətinə və mənliyinə hörmət baxımından daha artıq ümidlər yaradacaq həddə yaxşılaşmasına sevinirəm, bunda heç bir problem yoxdur. Amma bilin ki, başqa yerlərə, ölkəmizə bənzər, oxşar keçmişlərimiz olan ölkələrə getsəniz və azadlığa aid olan sahələrə baxsanız, görəcəksiniz ki, xoşbəxtlikdən, bu baxımdan heç bir ölkə İran kimi deyil.[86]>>>>

İslam quruluşunda demokratiya

Bu Orta Şərq bölgəsinin, hətta dünyanın az yerində İran İslam Respublikasında olduğu qədər seçki  və söz azadlığı var. Bu, həmin ölkə və quruluşdur ki, inqilabının qələbəsindən iki ay ötməmiş xalq səsvermədə iştirak etdi, İslam Respublikasına səs verdi; özü də təəccüblü çoxluqla. İnqilabın başlamasından bir il ötməmiş xalq iki mühüm seçkidə iştirak etdi: Xibrə (dini ekspertlər) Məclisinin üzvlərini və prezidenti birbaşa öz səslərilə seçdilər. İllər uzunu xalqın səsi İslami Şura Məclisini və Dini Ekspertlər Məclisini qurmaqda, prezident seçməkdə və müxtəlif məsələlərdə həmişə ölkənin taleyinə hakim olub. Demokratiyaya, azadlığa və xalqın səsinə bundan artıq və bundan yaxşı hörmət dünyanın harasında var?[87]>>>>

Bizdə olan insan haqları və fərdi azadlıqlar demokratik adlanan dünyadan daha artıq inkişaf edib; bunu dünya da qəbul edir. Pul alıb bir söz deyən və yazan, “irticaçılar” sözünü tez-tez təkrarlayan bu təbliğata, radio və jurnallara əhəmiyyət verməyin. Onlar danışılası və diqqət göstəriləsi deyillər.[88]>>>>

Siz əgər insan haqlarının tərəfdarıydınızsa, nə üçün demokratiyadan əsər-əlamət olmayan, ölkələrində nümunə üçün bir dəfə də seçki keçirməyən mürtəce, zalım, avtoritar və xəbis rejimlərə etiraz etmirsiniz? Nə üçün yalnız azadlıq tərənnümü olan, işlərdə və müxtəlif məsələlərdə xalqın iştirakı təmin olunan, azad və davamlı seçkilər keçirilən, insanları küçələrdə, ümumi yerlərdə ürək sözünü danışan və şüar verən İslam Respublikasına etiraz edirsiniz?[89]>>>>

İslam quruluşunda ictimai ədalət

Bizim gediləsi yolumuz hələ uzundur. Hələ İslamın bizdən istədiyi və buna qarşı çox həssas yanaşdığı ictimai ədalətə, İran xalqının layiq olduğu azadlıq səviyyəsinə çatmamışıq. Bizim hələ işimiz var; bu yol uzun yoldur.[90]>>>>

Bu inqilabda mənəviyyat da var. Yəni təkcə azadlıq və bərabərlik deyil. İslami mənada olan azadlıq və ədalət mənəviyyatla yanaşıdır. Buna görə də, bu gün Qərbin düçar olduğu və qərblilərin özlərinin də başa düşdüyü ümdə boşluq burada yoxdur.[91]>>>>

Böyük imamın və bizim inqilabımızın dünya səviyyəsində vücuda gətirdiyi yeni dövrün xüsusiyyətlərindən biri də super dövlətlərin qüdrətindən və təsirindən azad olmaqdır; yəni bizim inqilabımızda “nə şərqli, nə qərbli” kimi tanınan məsələ.>

Bizim böyük inqilabımızın özünəməxsus səciyyələri vardır. Dəfələrlə xalqımızın və inqilabla tanış olanların təhlillərində təkrar edilən bu xüsusiyyətlər ilk dəfə olaraq bir inqilabda müşahidə olunurdu: İslama arxalanmaq, İslam hakimiyyəti qurmaq məqsədi, azadlıq, istiqlaliyyət, ictiami ədalət və bu kimi sair siyasi anlamlara yenidən baxış, İslam dəyərləri üzərində qurulan dünyaya və cəmiyyətə doğru hərəkət.[92]>>>>

Xalqın azadlığını qorumaq  hökumətin əsas vəzifələrindən biridir

İslam rəhbəri cəmiyyətin mühüm məsələləri, o cümlədən xalqın yoxsulluğu, ayrıseçkiliklər və ictimai fəsadlar, xalqın əxlaqı və mənəviyyatı, ölkənin müstəqilliyinin qorunması və xalqın azadlığının İslamın təyin etdiyi çərçivə daxilində qorunmasında məsuliyyət daşıyır. Bunlar məsuliyyətlərdir, İslam bunları istədiyi üçün xalqa öyrədilib. Bizim xalqımızın İslama etiqadı olduğundan, ölkənin bütün məqamlarında olan vəzifəli şəxslərindən gözləyirlər ki, bu məsuliyyətləri icra etsinlər, öhdələrinə düşən vəzifələri yerinə yetirsinlər.[93]>>>>

İslam Respublikası quruluşunda öhdəsinə məsuliyyət götürən şəxsin bütün fikri-zikri xalq üçün olmalıdır; həm xalqın dünyası və maddiyatı üçün, həm xalqın mənəviyyatı üçün, həm xalq arasında ədalətin yaradılması üçün, həm xalqın insani məqamının dirçəldilməsi üçün və xalqın azadlığı üçün. Bunlar hakimiyyətin əsas vəzifələrindəndir.[94]>>>>

İslam quruluşunda və Qərbdə olan azadlıqların fərqi

İslam Respublikası quruluşundakı azadlığı güc və kapital sahiblərinin özbaşınalığı, həmçinin insanların rəftarda və əməldə heç bir məhdudiyyət tanımamasından ibarət olan Qərb azadlığı ilə qarışdırmaq lazım deyil. İslamdakı azadlıq həm ictimai, həm mənəvi, həm də İslamla şərtlənən, İslamın tərif verdiyi və yönəltdiyi fərdi azadlıqdır. İslam Respublikasının və İslam inqilabının prinsip seçdiyi  mənəviyyat və əxlaqı da bir çox cəmiyyətlərdə mövcud olan qapalı, məntiqsiz və durğun dindarlıqla qarışdırmaq olmaz. O dindarlıqlar zahirdə və dildə dindarlıqdır, əslində isə durğunluqla, qapalılıqla, cəmiyyətin və insanın səadət yolunu anlamamaqla birgədir. Ədalət, azadlıq və mənəviyyat sözlərinin önündəki bu “islami” sözü çox dərin məna ifadə edir, ona diqqət yetirmək lazımdır.[95]>>>>

Görürsünüz ki, dini azlıqlar  ölkəmizdə tam azad yaşayır, dini ayinləri icra edir, ölkənin ictimai mərkəzlərində təmsil olunurlar və onlara qarşı heç bir təzyiq və zor göstərilmir. Yenə dünyanın heç bir yerində belə bir şey yoxdur. Demokrat adlandırılan və Qərb demokratiyasına arxalanan ölkələrin çoxunda bu sözlər yoxdur, çoxlu yerlərində belə deyil. İslamın əsası budur, əvvəldən də belə olub.[96]>>>>

Bu məsələyə də diqqət yetirmək lazımdır ki, İslam cəmiyyətində dini inanc və imanın azad olması o demək deyil ki, İslam hiyləgərlərin və fırıldaqçıların İslam cəmiyyətində xalqın imanını oğurlamağa icazə verib. İslam buna əsla icazə vermir. Maddi cazibələr göstərib, bəşəri istəkləri təmin etməklə zəif ürəkləri özlərinə sarı cəzb edə bilən əllər İslam cəmiyyətində azad olsalar, zəif və sadəlövh insanları öz təsiri altına salıb azdırar, cənnətdən cəhənnəmə aparar.[97]>>>>

Ümumiyyətlə, fikirlərin azad olması, yəni insanların özlərinin müxtəlif fikir və münasibətlərini söyləyə bilmələri İslam cəmiyyətinin xeyrinədir. Qanunda da nəzərdə tutulub ki, fikirlərin sağlam toqquşması düşüncələrin inkişafına səbəb olur. Yəni birinin bir fikri, o birinin buna zidd fikri var; burada fikir toqquşması yaranır - lakin bu sağlam toqquşmadır, yanlış üsullarla olan toqquşma deyil. Bu yanlış üsulların qarşısını almaq mümkündür, İslam hakimi və hökuməti bunlara mane olmalıdır.>

Bu zaman cəmiyyətin fikir inkişafı daha çox təmin olunacaq, onun cəmiyyətdəki ictimai və siyasi təsirləri çox olacaq. İnsanlar fikirlərini deyə bildiklərini hiss etsələr, cəmiyyət sağlam nöqtəyə və vəhdətə sarı irəliləyəcək. Bəziləri o fikirləri deyir, digərləri cavab verirlər; nəticədə fikirlər bir-birinə yaxınlaşır. Danışmamaqdan, gizlətməkdən və bir-birindən saxlamaqdan irəli gələn fikir ixtilafları tədricən azalar və aradan qalxar.>

Mən qətiyyətlə demək istəyirəm ki, inqilabda və İslam Respublikası quruluşunda bizim üsulumuz bu olub; yəni konstitusiyada mövcud olan və bu gün İslam Respublikası quruluşunda qəbul olunan budur. >

Əlbəttə, həmişə cəmiyyətdə elələri tapılır ki, yaranmış azad şəraitdən faydalanır, amma deyirlər ki, azad deyillər. Bəziləri İslam Respublikasında azad danışır, yazır, broşur çap edir, eyni zamanda bütün məsələləri sual altına alırlar; bəzən bu işləri hətta qeyri-sağlam da olur. Yəni işlərində söz azadlığının şərti olan sağlam üsul da yoxdur. Azad şəraitdən istifadə edərək yazıb nəşr etdirdikləri həmin yazıda deyirlər ki, azadlıq yoxdur. Əslində bu bir hiylə və dəcəllikdir. Lakin həqiqət budur ki, qəzetlər məqalə, broşur və kitab müəllifləri müxtəlif nəzərlərə malikdirlər. >

Bu gün islami, iqtisadi, hökumətə və siyasətə aid olan məsələlərdə müxtəlif fikirlər var; bunları kitablarda yazırlar, bu kitabları çap etdirirlər və kimsə demir ki, niyə çap etdirirsiz. Düzdür, bəzi qadağalar var, bu qadağalar İslam Respublikası quruluşunun vəzifələrindəndir.[98]>>>>

İslam quruluşu İslamın və Quranın bayraqdarı olduğu azadlığı heç zaman Qərb quruluşlarındakı yalançı azadlıq iddiaçılarından öyrənmək istəməyib. Biz fəsad və pozğunçuluq azadlığını, yalan və kələk azadlığını, Qərbin bayraqdarı və düçarı olduğu zülm, istismar və xalqlara təcavüz azadlığını aydın surətdə və qətiyyətlə rədd edirik. Biz əxlaqsız mürtəd Salman Rüşdiyə bir milyard insanın müqəddəsliklərini təhqir etmək icazəsi verən, amma İngiltərə müsəlmanlarına ondan şikayət etmək haqqı tanımayan azadlığı; Amerika dövlətinə bir xalq hakimiyyətinə qarşı çıxan quldurları qızışdırmaq, onlara rəhbərlik etmək haqqı verən, lakin həmin “xalq hakimiyyəti”nə bu quldurların qarşısını almaq haqqı verməyən azadlığı; qarətçi kapitalistlərə zəif ölkələrə qanunsuz daxil olmağa və o xalqların var-yoxunu talamağa icazə verən, amma o xalqların ekspansionistlərlə mübarizə hüququnu qəbul etməyən azadlığı rədd edir, nifrətlə qarşılayır və bəşəriyyətə ar hesab edirik!>

Bizim məntiqimizdə azadlıq, İslamın xalqlara verdiyi və onları zalım və təcavüzkar istismarçılar qarşısında yenilməz dağa çevirən azadlıqdır. Necə ki, İran xalqı üçün belə oldu və bu möcüzə baş verdi. Bu azadlıq həmişə bizim ölkəmizdə olub və olacaq; insanlarımızın hər biri onu qorumalıdır.[99]>>>>

Azadlıq məntiqi heç zaman icazə vermir siz ölkədə elə bir addım atıb siyasət icra edəsiniz ki, nəticədə hansısa bir qrup əl-ayaq altda əzilib məhv olsun; məsələn, ümumi daxili məhsulun istehsalı beş dəfə artırılsın, lakin eyni zamanda yoxsulların sayı da ikiqat çoxalsın.[100]>>>>

Görün insanların hüquqlarının nə qədər geniş dairəsi var; bunların hamısı təmin ediləndə ədalət bərqərar olur. Bu ədalət fəzasında, təbii ki, azadlıq da var; düzgün mənada olan azadlıq, yaydıqları, izlədikləri və iddia etdikləri yanlış azadlıq yox.[101]>>>>

Hər halda, İslamın azadlıq haqda görüşü bilinməlidir. Bu, lazımi bir mövzudur. Bu, həm xalq və həm də beynəlxalq məsələlərlə əlaqədə olanlar üçün lazım olan bir mövzudur. Bu, bizim özümüz və ölkəmizin vəzifəli şəxsləri üçün də örnək ola bilər. Bu hüdudların əsasında vəzifələrimizi daha artıq tanıya bilərik inşallah.[102]>>>>

Mətbuat azadlığı

Bu gün ölkə mətbuatında və mütəfəkkirlər arasında azadlıq mövzusu aktual mövzudur. Bu yaxşı əlamətdir. İnqilabın əsaslı və təməl məsələlərinin müzakirə obyektinə çevrilməsi, bəzi şəxslərin bu haqda düşünüb, fikir bildirməsi həmişə gözlədiyimiz və az-çox baş vermiş bir məsələdir. Bu mövzu bu gün də gündəmdədir; mən də az-çox yazılanlara və deyilənlərə baxıram, oxuyuram və bəzən onlardan istifadə edirəm. Fikirlər müxtəlifdir, yəni hamı eyni məzmunda yazmır, bir-birinə zidd nəzərlər var. Bu zidd nəzərlərin hər iki tərəfində doğru-düzgün sözlər də müşahidə olunur. Bu müzakirələri davam etdirmək də yaxşıdır. Kaş bizim nəzər sahiblərimiz mətbuatda köklü məsələlərin müzakirəsinə meyl göstərəydilər. Mətbuat məzmunsuz haldan çıxarılıb, xalq üçün düşündürücü və hidayətedici mövzulara yönəldiləydi! Biz həmişə tövsiyə edirik ki, inqilab mədəniyyətini dərinləşdirsinlər. Dərinləşdirmək üçün də belə işlər lazımdır. >

Yazıb müzakirə edən bu şəxslərə mənim birinci tövsiyəm budur ki, azadlıq anlayışını başa düşməkdə müstəqil olaq, müstəqil düşünək, asılı olmayaq. İkinci tövsiyəm budur ki, azadlıqdan sui-istifadə edilməsin. Bəziləri tez-tez bunu işarə edirlər: “Yeni əldə edilmiş mətbuat azadlıqları”. Məncə, bu, həqiqətdən kənar bir sözdür; elə bir sözdür ki, onun qaynağı xarici radiolardır. Əlbəttə, indi qəzet-jurnallar da bəzi sözlər yazır, hücumlar edirlər. Bu insanların bəziləri keçmişdə belə işlər görmürdülər. Biz ötən illərdə mətbuatda o vaxtkı prezident əleyhinə, müxtəlif məmurlar əleyhinə, hətta inqilabın bəzi təməl məsələləri əleyhinə yazıların yazılmasına çox şahid olmuşuq; onlara heç kim təzyiq göstərməyib...>

“Yeni əldə edilmiş azadlıq” sözünü çox təkrarlamaq lazım deyil. Bəzi vəzifəli şəxslər də mətbuata müraciətlə təkrar-təkrar deyirlər ki, azadlıqlardan çox istifadə etməyin, azadlığın özü təhlükəyə düşə bilər. Bu nə sözdür?! Azadlıqdan nə qədər çox isifadə etsələr, bir o qədər yaxşıdır, lakin sərhəddən çıxmamaq şərtilə. İnsanlar Allahın verdiyi haqdan nə qədər çox istfadə etsələr, İslam quruluşu ali məqsədlərinə daha çox çatar. Bizim həmişə yazıçılardan gileyimiz bu olub ki, niyə yazmırlar, niyə tədqiqat aparmırlar, niyə təhlil etmirlər.[103]>>>>

Söz azadlığı

Qələm və söz azadlığının xalqın və mətbuatın danılmaz haqqı olmasına inanıram. Buna heç bir şübhəm yoxdur və bu, konstitusiyanın aydın qanunlarındandır. Məncə, bir cəmiyyət azad və mütərəqqi mətbuatı, azad və düşüncəli qələmləri əldən verərsə, bir çox başqa şeyləri də itirməli olacaq. Azad mətbuatın olması bir xalqın inkişaf əlamətlərindən və özü də inkişafa səbəb olanlardandır. Yəni bir tərəfdən xalqın inkişafı və azadlığı onu vücuda gətirir, digər tərəfdən o da öz növbəsində xalqın inkişafını artırmağa qadirdir. Əlbəttə, məncə bu dəyərin yanında başqa dəyərlər və həqiqətlər də var. Mətbuat və söz azadlığı adıyla onları tapdamaq olmaz. Hünər odur ki, insan həm azadlığı qorusun, həm həqiqəti dərk etsin; həm azad mətbuatı olsun, həm bu ziyanlardan qoruna bilsin.[104]>>>>>

Mətbuatın azadlığından sui-istifadə

Mətbuat, hətta radio-televiziya ölkə barəsində həmişə müxtəlif görüşləri əks etdirib və xalqı müxtəlif fikir və üsullarla tanış edib. Bu, aydın məsələdir. Hətta inqilabın əvvəlindən müxtəlif imtahanlardan keçə bilməyən, xalqın yanında rüsvay və onun tərəfindən təcrid edilən qruplar və siyasi müflislər də əcnəbilərin təhrikilə İslam quruluşu və ölkə rəsmiləri əleyhinə zəhərli və düşmən mövqeli məqalələr yazanda, onlara növbənöv ittihamlar yağdıranda, bu yazıları heç bir maneəsiz çap etdirirlər, bununla da praktiki olaraq azadlığın mövcudluğunu isbatlayırlar.[105]>>>>

Bu gün də bizim ölkənin mətbuatında bəzi şəxslər haray salıb yazırlar ki, İslam Respublikasında söz azadlığı yoxdur. Biz də istədiklərini yazmağa qoyuruq ki, özləri özlərini inkar etsinlər. Söz azadlığının olmamasından danışırlar, amma bu “söz azadlığı yoxdur!” sözünü də azad şəkildə söyləyirlər. Bütün dünya belə yazıçılara, belə sözlərə gülür. “Onlar hiyləyə əl atdılar. Allah da onların hiyləsinə əvəz verdi”.>[106]>>>> İslam Respublikası quruluşuna şər yaxırlar, elə o halda da öz yaxaları ələ keçir. Özləri nə baş verdiyini anlamırlar, yenə də dayanmadan deyirlər ki, azadlıq yoxdur. Dövrün ən dəyərli fenomeni olan İslam inqilabını hədəfə almağı və töhmətlər yağdırmağı özlərinə rəva bildikləri, azad şəkildə danışdıqları bu mətbuatda çalışırlar desinlər ki, inqilabın baharı sona çatıb. “İnqilabın baharı sona çatıb” nə deməkdir? Yəni İnqilab ixlaslı, fəal, mömin və fədakar insanlar yetişdirməkdə acizdir. Məgər belədir?..[107]>>>>>

Media məsuliyyət daşıyır, qəzetlər həssasdır... Mətbuat və qəzetlər üstündə müzakirə azadlıq üstündə müzakirə deyil. Bəzi şəxslər azadlığı bizə izah etmək istəmirlər. Biz bir söz demirik, bəhrələnərik. Lakin biz azadlığın mənasını bilirik, onu ürəkdən istəyirik. Azadlıqda məqsəd də elə söz və fikir azadlığıdır. Amma  siz öz vəzifə borcunuzu yerinə yetirib bir qaçaqçının dükanını bağlasanız, o deyə bilməz ki, siz mənim ticarətimə qarşı çıxırsınız. Xeyr, söhbət ticarətin azadlığından getmir, ticarət azaddır, qaçaqçılıq qadağandır. Burada da söhbət söz azadlığından getmir. Söz və fikir azaddır, təxribat və yoldan çıxarmaq qadağandır; özü də bizim ölkəmizin düşdüyü bugünkü həssas şəraitdə.[108]>>>>

İranda mətbuat azadlığı

Siz hansı ölkədə bu qədər qəzet-jurnal, nəşriyyə görə bilərsiniz? Bunlar hamısı dövlətindirmi? Ölkənin rəsmi qəzetləri açıq-aşkar hökumətin siyasətlərini sual altına aparır və tənqid edirlər. Hökumət də çox nəzakətlə qulaq asır və cavab verir. İndi İranda elə jurnallar çap olunur ki, ölkənin keçmiş zamandakı mədəniyyət ünsürləri ilə qısa tanışlığı olan, Şah dövrünün incəsənət xadimlərini tanıyan, düşməndən qorxanların və Amerikanın dostlarının kimliyini bilən adam bu jurnalların büdcəsinin haradan gəldiyini anlayar. Bunu təxmin etmək olar. Biz də xəbərsiz deyilik. Mən də xəbərdaram. İcra orqanları da xəbərdardır. Amma bunlar çap olunur. Bizim onlarla işimiz yoxdur. Bizim hansısa jurnalın dörd-beş kəlmə söz deməsindən qorxumuz yoxdur. Biz də yazırıq.>

İranda mövcud olan mətbuat azadlığı başqa ölkələrdə yoxdur. İran dövləti mətbuat azadlığı sahəsində məzlumdur. Dəlili də budur ki, bu cənaba azadlıq verib, sonra o gəlib bir jurnalı, bir qəzeti dövlət əleyhinə tənqidlərlə doldurub və bu tənqidlərdə tez-tez nəqarət kimi təkararlayır: “Bizə azadlıq vermirlər! Bizə azadlıq vermirlər!” Əgər azadlıq yoxdursa, siz bunları necə yazırsınız?! Bu gün bu ölkədə kimi şişə taxıb deyiblər ki, siz niyə filan sözü yazmısınız, siz niyə filan qəzeti nəşr edirsiniz? Bəli, əgər kimsə mətbuatda cinayət tərkibli fəaliyyətə yol versə kimliyindən asılı olmayaraq cinayətkardır. Qanunun cinayət kimi müəyyən etdiyi işi görən şəxs mütləq cəzalandırılacaq. Qanunda nəzərdə tutulan cəzalardan biri də cinayətə vasitə olmuş qəzeti bağlamaqdır. Hökumət görür ki, onu “Azadlıq yoxdur” adı ilə vururlar... Düşmənin istəyi budur ki, imperializmə bağlı ideoloji  cərəyanın qələm sahibləri istədiklərini yazsınlar, amma İslam quruluşunun və İslam cərəyanının tərəfdarı olan yazarlar onlara cavab verməsinlər. Əgər cavab versələr, deyəcəklər: “Azadlıq yoxdur, siz bizi qorxudursunuz”.[109]>>>>

Bizim cəmiyyətdə mətbuat, kitab nəşri, yazmaq və nəşr etdirmək məsələsinə həssas yanaşmağımızı kimsə azad təfəkkür, azad düşüncə və azad müzakirəyə zidd olduğunu güman etsə, yanılıb. Xeyr, bu məsələnin şüarını birinci verən biz olmuşuq və Allaha həmd olsun ki, indiyə qədər də bunu istəmişik, lakin günahın və dağıdıcılığın azadlığına ziddik. Bizə etimad göstərdiklərinə görə sizdən kitab alan və ölkənin “bunlar dindardırlar, işin içindədirlər” - deyən cavan nəslin bu yolla azğınlığa və fəsada düşməsinə, yaxud bu yolla düşmənin öz işlərini görməsinə icazə vermək olmaz.[110]>>>>

Mətbuat - cəmiyyətdə aydınlığın səbəbi

Mən nə mətbuatın azadlığı ilə müxalifəm, nə də onun çoxluğu ilə. Əgər bu ölkədə iyirmi qəzetin yerinə iki yüz qəzet çıxsa, mən daha çox sevinəcəyəm. Mən ölkənin qəzetlərinin çoxalmasına pis baxmıram. Əgər mətbuat, konstitusiyada nəzərdə tutulduğu kimi, aydınlığa və şəffaflığa səbəb olsa, ölkənin mənafeyini nəzərə alsa, xalqın xeyrinə yazsa, dinin xeyrinə yazsa, nə qədər çox olsa, bir o qədər yaxşıdır. Lakin bu gün bəzi mətbu orqanları tapılır ki, bütün fikir-zikirləri cəmiyyəti təşvişə salmaq, ixtilaf salmaq, xalqda və oxucuda quruluşa ümidsizlik yaratmaqdır. 10-15 qəzet sanki bir mərkəzdən idarə olunur. Müxtəlif məsələlərdə bir-birinə oxşar başlıqlar dərc edirlər. Kiçik məsələləri böyüdürlər və elə manşetlər verirlər ki, bu manşetləri görən şəxs ölkədə hər  şeyin məhv olduğunu güman edir. Bunlar gənclərdə olan ümidi öldürürlər. Yalan məlumat vətəndaşların hər birində vəzifəli şəxslərə olan etimad ruhiyyəsini zəiflədir. Ölkənin əsas orqanlarını təhqir edir.[111]>>>>

Mətbuatın yaxşı bir şey, azadlıq və insan haqlarının əsas təməllərindən biri olması o demək deyil ki, biz mətbuat meydanında baş verən hər bir məsələni qəbul edək, onun barəsində heç nə deməyək və sükutla qarşılayaq. Belə olmaz. Qayda-qanun lazımdır.[112]>>>>



Geri   İrəli
Go to TOP