A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Azadlıq (Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Çox təəssüf ki, bu gün bəşər cəmiyyətinin qlobal problemlərindən biri budur: Azadlıq tərəfdarı kimi çıxış etmək, lakin praktiki olaraq digərlərinin azadlığına riayət etməmək.>

Amerika başçılarının öz rəsmi çıxışlarında danışdıqları sözlərə, insan haqları, demokratiya və azadlığın inkişafı iddialarına dünyada inanan yoxdur. Bunlar öz təsirini itirmiş şüarlardır.[54]>>>>

Bütün xalqların, həmçinin böyük güclərin təmsil etdiyi xalqların öz mənafeyini düşünmək haqqı var; amma elə >mənafelər ki, digər xalqların mənafeyini tapdamaqla qeyri-qanuni sayılmasın. Lakin onlar, yəni imperialist ölkələr bu sərhədi tanımırlar. Qaldırdıqları bayraq insan hüquqları, azadlıq və demokratiya bayrağıdır, öz bayraqları üzərinə aldadıcı əlamətlər vururlar, amma onlar həm dünya ictimaiyyətini aldadırlar, həm də öz xalqlarını. Onların məqsədi dünyaya hakim olmaqdır.[55]>>>>

Qərbdə cinsi azadlıq

Qərbdə qadınla kişinin qeyri-sağlam əlaqəsi geniş yayılıb, qadın-kişi münasibətlərində pərdənin götürülməsi adi hal alıb. Demirik ki, Qərb ölkələrində kişilərin, yaxud qadınların hamısı əxlaqsızdırlar. Xeyr, belə bir iddia etmirik, bunun həqiqəti də yoxdur. Heç şübhəsiz, onların arasında yaxşı və nəcabətli kişi və qadınlar da var. Lakin ümumilikdə cinsi azadlıq Qərb cəmiyyətlərinə hakimdir. Bu, orada bir mədəniyyətdir. Qərb mədəniyyətində cinsi ehtirasların azadlığı icazəli və qeyd-şərtsiz bir məsələdir.[56]>>>>

Siz Qərbin müstəmləkəsi olan ölkələrə baxın. Onların hansı biri qərblilərin müsbət keyfiyyətlərini örnək götürüb, vaxtının qədrini bilib, riski bacarıb və işində ciddi olub? Onlar cinsi ehtirasların azadlığını öyrənmişlər, belə məsələləri yox.[57]>>>>

Maddiyyata, pul və kapitalın dəyərinə, şəhvət azadlığına söykənən quruluşların vəziyyəti bu gün görüb təcrübə etdiklərindən başqa bir şey ola bilməz.>

Xalqların süqutu qəfildən olmur, tədricən həyata keçir. Bu tədrici məsələni qərbli mütəfəkkirlərin iti gözləri Avropada və Amerikada müşahidə edirlər. Bu cəmiyyətlərdə gənclər pozğunluğa meyllə, həyadan uzaq, cinayətkar və təcavüzkar ruhda tərbiyə alırlar. Adətən əxlaqi pozğunluqlarda qərq olurlar. Belə bir gənc nəsil elm və sərvətin səviyyəsindən asılı olmayaraq, yaşadıqları cəmiyyətin və quruluşun sütunlrını qarışqatək çeynəyib məhv edəcəklər.[58]>>>>

Qərb və İslamda azadlıq modeli

Düşmənin bütün təbliğatı və qalmaqal yaratması İslamda olan əsaslı məqamlarla bağlıdır. Siyasi dava-dalaşlar məsələnin kiçik hissəsidir. Daha mühüm hissə onların İslam düşüncəsində, İslam ideologiyasında, İslam görüşlərində və İslam məntiqində olan azadlıq, demokratiya və itaətkarlığa qarşı olan mübarizələridir. Bu, bizim üzərimizə ağır vəzifə qoyur.[59]>>>>

Onlar azadlıq və demokratiyanın müdafiəçisi qiyafəsində yalan danışırlar; çünki Amerikanın bir çox dünya ölkələrinə hakim olduğu son 30-40 ildə, onlara baş əyən diktatorların və totalitar hakimiyyətlərin daim dayağı olmuşlar.[60]>>>>

Avropada hicab əleyhinə  qalmaqallara baxın. Azadlıq şüarları səsləndirmələrinə rəğmən, özlərindən qeyrisinin, özlərinə zidd olanın təfəkküründən kiçik bir görüntüyə, məhdud bir təzahürə belə dözümləri yoxdur. Bu, həmin imperialist ruhudur, “Ey Şüeyb, səni mütləq ixrac edəcəyik!”[61]>>> təfəkkürüdür. Yəni bizim fikrimizə qarşı danışırsansa, sənə əsla dözməyəcəyik.[62]>>>>

Fransada və bir sıra Avropa ölkələrində “başörtüyü müharibəsi” adlanan tendensiya, əslində Qərb mədəniyyəti başçılarının İslam mədəniyyətinin ildırım kimi sıçrayışı və İslamın günbəgün artan nüfuzunun əlaməti saydıqları fenomenlərə qarşı tələsik və qeyri-peşəkar mübarizəsidir. Onlar bu məsələyə qarşı mübarizədə səbir və təmkinlərini o qədər əldən verirlər ki, ölkə başçıları birdən bir neçə inanclı qız uşağının və bir neçə dindar müsəlman ailəsinin müqabilində mübarizə məqamında görünür. Bunlar o kəslərdirlər ki, azadlığı və şəxsi seçimləri riyakarcasına müdafiə fəryadları dünyanın qulağını kar edib. >

Bir milyard müsəlmanın müqəddəsliklərini həyasızcasına təhqir edən bir yazıçıya etiraz bildirəndə, bunlar söz və etiqad azadlığının tərəfdarı olurlar. Amma söhbət öz dini etiqadına uyğun geyinmək istəyən müsəlman qadından və ya qızdan düşdükdə, fərdi azadlıqlar >yaddan çıxır, hər bir şeyin rəngi dəyişir, əxlaq əleyhinə, azadlıq və fərdi haqlar əleyhinə hər növ hərəkət mürtəceliklə mübarizə adlandırılır.[63]>>>>

Bu arada bəzi ölkələrdə, eləcə də bəzi Avropa ölkələrində yaşayan müsəlman azlıqlara işarə etmək lazımdır. Öz müsəlman kimliklərini qorumaq istəyən bu müsəlmanlara göstərilən təzyiq, Qərbin həmişə dəm vurduğu demokratiya və azadlığı ifşa edir.[64]>>>>

ABŞ-ın nəzərində azadlıq

Bu gün dünyada eşitdiyimiz, Amerikanın bayraqdarı olduğu azadlıq, həm məna, həm real nümunə baxımından mənim və sizin inandığımız və sevdiyimiz azadlıqdan tamamilə fərqlənir; o, başqa bir şeydir. İki yüz il bundan qabaq Amerikanın İstiqlal Bəyannaməsində göstərilən, onun üçün vuruşduqları, mübarizə apardıqları, insan tələfatı verdikləri, sonra da qəbul edilib, indiki Amerika quruluşunu vücuda gətirən azadlıq, mənim və sizin istədiyimiz, can atdığımız dəyər deyil. O azadlığın mənası budur ki, insan öz həyatının əxlaqi, iqtisadi, ictimai, siyasi və digər məsələlərində qanundan başqa heç bir mədəniyyət tanımasın. Qanunu da bu imkanlara malik olan adamlar yazırlar. Yəni qanunu Amerikanın birinci dərəcəli sahibkarları yazırlar, xalq yox.[65]>>>>

Azad və hətta Amerikasayağı azad bir cəmiyyətdə ədalət olmasa, (oralarda onsuz da yoxdur və həmin azadlıq bir təbəqənin xeyrinə və başqa bir təbəqənin əleyhinədir) bir neçə ağdərili bir əlil qaradərilini vilçerdən qaldırıb,  avtomobillərinin arxasına bağlayır, yerlə sürüyürlər. Budurmu azadlıq?[66]>>>>

Bu gün Amerikada görürsünüz ki, hüquq və azadlıq iddiasında olan ölkə başçısı, Hitler ədəbiyyatı ilə danışır. Məgər belə deyil? Bu, Qərbin liberal-demokratiyasının rüsvayçılığı deməkdir. Qərbin liberal-demokratiyasının aldadıcı pərdə arxasında belə bir mahiyyəti var.[67]>>>>

Amerika başçılarının öz rəsmi çıxışlarında danışdıqları sözlərə, insan haqları, demokratiya və azadlığın inkişafı iddialarına dünyada inanan yoxdur. Bunlar öz təsirini itirmiş şüarlardır.[68]>>> Onlar tribunalarda azad müzakirədən, dialoqdan və demokratiyadan danışırlar, amma bu, yalançı şüardır. Onlar dialoq, demokratiya və azad müzakirə tərəfdarı olmaqdan> >dəm> >vururlar. İran daxilində plüralizmi, skeptikliyi, qəti etiqadi məsələlərdə şübhələri, sazişi və loyallığı >yayırlar. Deyirlər əqidələrinizi buraxın, onlara qarşı həssas olmayın. Lakin bu, İran cəmiyyətinin və müsəlman cəmiyyətlərinin daxilinə aiddir. Özlərinin Amerika və Qərb dəyərləri dedikləri məqamlara çatdıqda isə, daha dialoqa yer qalmır. İnteqrasiya və qloballaşma o dərəcədə qətiyyətlə ortaya qoyulur ki, dünya onun qarşısında ən kiçik etiraz belə sərgiləyə bilməz. Burada artıq özlərinə diktatura siması alırlar. Demokratiya və azadlıqsevərlik şüarları aşkar yalandır. Dünya xalqlarına azadlıq hədiyyə etmək istəyən hansı Amerikadır?! Öz maraqlarını qorumaq üçün xalqları ən faciəli vəziyyətdə bədbəxtliyə sövq edən Amerikamı?! O Amerika ki, Vyetnam və Əfqanıstanda törətdiyi cinayətlər> >unudulmayıb və unudulmayacaq, indi də davam etdirilir və bu gün də İraqı hədələyir. O, burada demokratiya bayrağı ilə qarşıya çıxır, amma növbə Fələstin xalqına çatanda demokratiyadan bir xəbər olmur. Fələstin xalqı insan deyil?![69]>>>>

Biz illər öncə bir cümlə eşidirdik, onu təkrarlayırdılar. O cümlə bu idi: “Ey Azadlıq, sənin adınla baş verməyən cinayət varmı?!”. Bu gün bizim düşmənlərimiz həmin cümləni bir daha reallığa çevirirlər. İndi Amerika bizim söz azadlığımızın tərəfdarı olub. Məgər bu məmləkətdə uzun illər boyu muzdur və çirkin Pəhləvi rejimini dəstəkləyən siz deyildiz?! Halbuki o rejimdə heç kimin bir kəlmə söz deməyə cürəti yox idi.>

Bu gün dünyada Amerikanın himayəsi altında yaşayan ölkələr və azadlıqdan danışan cənablar var. Halbuki bu ölkələrdə hökumətin fikrinin ziddinə bir sətir yazmağa kimsənin icazəsi yoxdur. Təhlükəsizlik orqanları toplantılarda və cümə namazlarında minbər üzərində oxumaq üçün xətiblərə hazır mətn verirlər. Əgər siz azadlıq tərəfdarısınızsa, bunları niyə demirsiz? İran xalqı 20 ildir bu azadlığı əldə edib. İnqilab bizə azadlıq, söz demək qüdrəti və cəsarət verdi. İslam bizi azad etdi. İndi amerikalılar azadlıq şüarının tərəfdarı olublar və azadlıq adı ilə xalq arasında çəkişmə yaratmaq istəyirlər. >

Bütün bunlar azadlıq adı altında baş verir. Azadlıq Allahın və inqilabın hədiyyəsidir. Azadlıq bütün xalqa məxsusdur, onun fitri hisslərindəndir. Amma yuxarıda yada salınan işlərin azadlıq məsələsinə aidiyyəti yoxdur; bunlar düşmən planının bir hissəsidir.[70]>>>>

Amerika və yalançı demokratiya

İnsan hüquqlarının müdafiəsindən dəm vurub, bir göz qırpımında bütöv bir xalqın hüququnu tapdayanlar, insan haqlarının müdafiəçisi kimi çıxış edir, ölkələrində demokratiyanın, azadlığın və insan haqlarının ən ibtidai elementləri belə mövcud olmayan rejimlərlə  səmimi dostluq qurur. Onları tənqid etməyən amerikalılar, parlamenti belə olmayan, cəmiyyətlərində xalqın siyasi iştirakı təmin edilməyən ölkələrin mövcudluğunu eyib saymayan Amerika  İslama qarşıdır və onların vuruşduqları tərəf əslində İslamdır.[71]>>>>

Amerikalılar bir sıra prinsipləri Amerika prinsipləri kimi təqdim edir və onların cahanşümul olmasını deyirlər. Bu prinsiplər insan azadlığı, düşüncə azadlığı, insanın dəyəri, insan haqları və bu tip məsələlərdir. Bunlar Amerika prinsipləridir? Bugünkü Amerika cəmiyyətinin səciyyələri bunlardır? Bu gün Amerika dövlətinin xüsusiyyətləri bu dediklərinizdir? Amerika torpaqlarının yerli sakinlərini qətli-am və Amerika qırmızıdərililərini məhv edən bu dövlət deyildi?! Milyonlarla afrikalını öz evlərində əsir götürən, cavan qız və oğlanları köləlik üçün oğurlayan və uzun illər onlara qarşı vəhşiliklər törədən bu hökumət və onda təsirli olan amillər deyildimi?! Bu gün ən faciəli incəsənət əsərlərindən biri Amerikanın quldarlıq həyatını əks etdirən “Tom dayının daxması” əsəridir. Bəlkə də bu əsərin yazılmasından 200 il keçib, amma o hələ də yaşayır. Amerika reallıqları budur. Amerika dövləti budur. Amerika quruluşunun dünyaya göstərdiyi parametrlər bunlardır, insan azadlığı və insan bərabərliyi yox. Hansı bərabərlik?! Siz hələ də ağla-qara arasında bərabərlik tanımırsınız. Bu günün özündə də sizin baxışınızda bir adamın qırmızıdərili irqi bütün idari seçim pillələrində onun üçün zəif nöqtə sayılır. İnsanların bərabərliyi?! Düşüncə azadlığı?! Siz bu çıxışın, yaxud cənab prezidentin çıxışının Amerika mediasında yayımlanmasına razı olarsız?! Əgər orada düşüncə və söz azadlığı varsa, cənab Xatəminin bu yarım saatlıq çıxışını yayımlayın. Hansı fikir azadlığı?! İnformasiya vasitələri növbənövdür, amma hamısının göbəyi kapitalizm sisteminə və Amerikadakı, əksəriyyəti sionistlərə qulluq edən böyük kapitalistlərə bağlıdır. Amerikada KİV azadlığının mənası budur. Niyə dünya xalqlarına yalan deyirsiniz? Bunlar Amerika prinsipləridir? Sonra da deyirlər ki, Amerika prinsipləri cahanşümuldur. Siz kimsiniz ki, ümumbəşəri  qayda-qanunlar yaratmaq istəyirsiniz?! Sizdən qabaq kommunistlərin də qlobal qanunları vardı. Stalinin də qlobal qanunları vardı və deyirdi bütün dünya mənə itaət göstərməli, bu qanunlara əməl etməlidir. Dünya faşistlərinin də, özlərinə görə, qlobal qanunları vardı.[72]>>>>

Amerika KİV-i

Deyirlər Amerika və İngiltərə qəzetləri azaddır. Mən soruşuram hansı qəzet xalqın orta və aşağı təbəqələrinə məxsusdur ki, adam qəzetin azadlığından o təbəqənin azadlığını anlasın? Qəzetlər kimindir? Böyük kartel və trestlərin, milyonçuların. Bəli, qəzetlər azaddırlar; yəni istədiyini yazmaqda azaddırlar. Onlar öz mənafelərinə zidd olanı demirlər. Bu onlara aiddir, demokratiyanın tərənnümü, anası və beşiyi olanlara, onunla fəxr edənlərə.[73]>>>>

Bəziləri mətbuat, media, söz azadlığı və digər bu kimi sahələr barədə İslam hökumətinə eyham vurmaq üçün iddia edirlər ki, Qərb dünyasında və Amerikada informasiya vasitələri azaddır. Lakin son təcrübələrdə bəlli oldu ki, belə deyil. Açıqcasına elan etdilər ki, haqqınız yoxdur. Hətta mərkəzi bir ərəb ölkəsində olan  qeyri-Amerika televiziya kanalı, onların istəyinə uyğun şəkildə senzura tətbiq etmədiyi üçün təpkiyə məruz qaldı.[74]>>>>

Amerika daxilində ciddi senzura hakimdir. Amma azad olan və senzura tətbiq edilməyən kimlərdir? Böyük firmalar! Amerika mətbuatı kimlərindir? Xalqa məxsusdur? Qayğıkeş ziyalılarındır? Vətənpərvər insanlarındır? Əsla! Böyük şirkətlərə məxsusdur, onların mənafeyinə xidmət edir. Qərbdəki mətbuat, radio və televiziya azadlığı, nəyi necə istəyir deyən, öz maraqlarını rəhbər tutan və onlara yüz faiz riayət edən kapitalistlərin azadlığıdır. Əlbəttə, onların maraqları üçün təhlükə yaratmayan azadlıq var və hər bir şəxs istədiyini deyə bilər; lakin onların maraqları təhdid edilməməlidir![75]>>>>


>

Dördüncü fəsil: Azadlıq və İslam

İslam və Qərb azadlıqlarının fərqləri>

Mən burada İslam məntiqindəki azadlığın Qərb məntiqindəki azadlıqla iki-üç ümdə fərqini deyəcəyəm. Əlbəttə, dedim ki, bu məktəbdə mövcud olan bütün nəzəriyyələrin və müxtəlif cərəyanların əsası liberalizmdir. Bu nəzəriyyə və cərəyanlar bəzi sahələrdə digərləri ilə müəyyən ziddiyyətlər təşkil etsə də, məcmusu bunlardır. >

Qərb liberal məktəbində insan azadlıqlarında din və Allah adlı həqiqətlərə yer yoxdur. Onlar azadlığın Allah tərəfindən verildiyini düşünmürlər. Onlar demirlər ki, azadlığı insana Allah verib, bunun üçün fəlsəfi qaynaq axtarırlar. Bu haqda bəzi əsaslar göstərilmiş və müxtəlif izahlar verilmişdir. >

İslama görə, azadlıq ilahi qaynağa malikdir. Bunun özü əsaslı bir fərqdir və digər fərqlərin çoxu məhz buna qayıdır. İslam məntiqinə görə, azadlıq əleyhinə hərəkət  ilahi hökm əleyhinə hərəkətdir. Yəni qarşı tərəfdə dini vəzifə yaradır. Lakin Qərbdə belə bir şey yoxdur. Qərbin liberalizm təfəkkürünə görə, dünyada azadlıq üçün aparılan ictimai mübarizələrin heç bir məntiqi yoxdur. Məsələn, deyilən sözlərdən biri “ümumi mənafe”, yaxud “əksəriyyətin mənafeyi” məsələsidir. Bu, ictimai azadlığın əsasıdır. Mən nə üçün gedib əksəriyyətin mənafeyi üçün ölməliyəm, məhv olmalıyam? Bu məntiqsizdir. Düzdür, ötəri və ani həyəcanlar çoxlarını döyüş meydanlarına çəkir, amma belə təfəkkürlər əsasında meydana atılan mübarizlərin hər biri - əgər mübarizə doğrudan da bu təfəkkürlərə əsasən baş veribsə - mübarizə gərginliyindən çıxan kimi tərəddüd edəcəklər: Nə üçün mən gedib ölməliyəm? İslam təfəkküründə isə belə deyil. Azadlıq uğrunda mübarizə bir şəriət vəzifəsidir. Çünki  Allah əmri üçün mübarizədir. Məsələn, siz bir insanın canına qəsd edildiyini gördükdə, gedib ona kömək etməyə borclusunuz. Bu, bir dini vəzifədir; etməsəniz, günah işlətmiş olursunuz. Azadlıq məsələsində də belədir; getməlisiniz, bir şəriət vəzifəsidir. >

Bu əsaslı fərqə digər fərqlər də əlavə olur. Biri budur ki, Qərb liberalizmində əxlaqi  dəyərlər nisbi olduğundan azadlıq da hüdudsuzdur. Niyə? Siz bir sıra əxlaqi dəyərlərə etiqad bəslədiyinizə görə, bu dəyərlərə qarşı hörmətsizlik edəni qınaya bilməzsiniz. Çünki onun bu dəyərlərə etiqadı olmaya bilər. Buna əsasən, azadlıq üçün heç bir hədd tanınmır, yəni mənəvi və əxlaqi baxımdan heç bir hədd yoxdur, azadlıq sərhədsizdir. Niyə? Çünki sabit həqiqət yoxdur; onlara görə, həqiqət və əxlaqi dəyərlər nisbidir.>

Azadlıq İslamda belə deyil. İslamda şəksiz və dəyişməz dəyərlər var, həqiqət var. Hərəkət bu dəyər və kamal olan, dəyər yaradan həqiqət yolundadır. Elə buna görə də, azadlıq bu dəyərlərlə məhdudlaşdırılır. Bu dəyərləri necə anlamaq və əldə etmək başqa bir məsələdir. Bəzi şəxslərin bu dəyərləri anlamaqda yanlış yolla getməsi mümkündür. Mümkündür kimlərsə də düzgün yolları getsinlər. Bu, söhbətin mövzusundan xaricdir. Hər halda, azadlıq həqiqətlə və dəyərlərlə məhdudlaşır.[76]>>>>

İslam təfəkkürü ilə Qərb məktəbləri arasında azadlığın sərhədləri barədə baxış fərqləri

İslam təfəkkürü və Qərb məktəbləri arasında azadlığın sərhədlərini və çərçivəsini müəyyən etməkdə əsaslı fərqlər mövcuddur. Qərb ictimai məktəblərinin məntiqində azadlığı qanunla, yaxud digərlərinin azadlığına xələl yetirməmək şərtilə məhdudlaşdırırlar. İslam bəzi sahələrdə çərçivəni  daraldır, bəzi sahələrdə isə genişləndirir. Azadlıq məsələsində İslamla Qərb dünyasının məşhur baxışları arasında çarpazlaşan münasibətlər anlayışı mövcuddur. Biz Qərbin baxışını bəzi məsələlərdə çox məhdud, dar, bəzi məsələlərdə isə həddən artıq geniş və özbaşınalığa yaxın bilirik. Burada ixtisarla bu fərqləri araşdırmaq istəyirik. >

İslamda insan azadlığını məhdud edən xarici amillərdən, məsələn, gücsüz təbəqənin azadlığını məhdudlaşdıran qüvvələrdən, istismarçılardan, zalımlardan və quldurlardan əlavə, bu azadlığı məhdud edən bir sıra daxili amillər də qəbul olunub. Qərbin azadlıq tərəfdarları insanın vücudunun xaricindən onun azadlığı ilə vuruşan, azadlığını məhdud edən amillərə qarşı mübarizə aparırlar. Bəzi cəmiyyətlərdə mövcud olan avtoritar ab-hava, xalqı nəfəs almağa qoymayan qüvvələrin işlətdiyi zor, öz qulunu qamçı altında öldürən ağa və insan azadlığına mane olan digər xarici amillər bu qəbildəndir. Lakin İslamın baxışı daha genişdir və digər maneələri də əhatə edir; məsələn, insanı zəifliyə, xar olmağa və əl altda qalmağa sürükləyən bəzi insani səciyyələr.>

İslama görə, pis xarakterlər, nəfs istəkləri, arzular, yersiz nifrət və məhəbbətlər, xülasə, insan vücudunun daxili amilləri də insan azadlığını məhdud edir. Bir insanın azad olması üçün onun digər bir insanın, yaxud zalım hökumətin qüdrəti altında olmaması yetmir, onun öz qəzəb və şəhvət qüvvələrinin qüdrəti altında olmaması da lazımdır. Zəiflik, qorxu, tamahkarlıq, acgözlük və azğın ehtiraslar səbəbindən bəzi işləri və məhdudiyyətləri qəbul edən insan da, həqiqətdə, azad deyil.>

Bu gün dünyada çox xalqlara ondan güclü olmayan bir neçə insandan təşkil olunan  qrup hakimlik edir. Onlar, dəvənin yüyənini əlinə alıb, onu istədiyi yerə aparan bir uşaq kimi, bu xalqı istədiyi yerə aparırlar, xalqın mənafeyi haqda düşünmürlər. Dünyadakı müsəlman və qeyri-müsəlman xalqların vəziyyəti belədir. Nə üçün bu xalqlar belə vəziyyətə dözürlər?>

Belə ölkə xalqlarının köləliyinin amillərindən biri daxili köləlikdir. Öz daxillərində qorxu və tamaha düçar olduqlarından, bu dünyada bir neçə dəfə artıq xörək yemək, yaxud daha yağlı və daha yaxşı xörəklər yemək, rifah və öz bədənlərinə qulluq göstərmək onlar üçün əhəmiyyət daşıyır. Onlar həmin güclər tərəfindən məmur edilən bir polisdən qorxduqda, çəkindikdə, öz varlıqlarını bildirməyə və nəfəs çəkməyə cürət etmədikdə, ölümdən, işsizlikdən, aclıqdan və çətinlikdən qorxduqda, yəni bu hisslərin və öz zəifliklərinin köləsi olduqda, təbii ki, vücudlarından xaric zəncirlərin də əsiri olacaqlar. >

Siz öz xalqımıza baxın. Bu xalq zalım şah rejiminin boğucu təzyiqi altında nəfəs alanda, heç kimdən səs çıxmayanda və insan o vəziyyətə, bütün o pisliklərə, şərə və zülmə qarşı etiraz etməyə cürət tapmayanda, zalım rejim də xalqı rahatlıqla minib-çapırdı. Niyə də etməsin?! İnsan Allahla tanış olmayanda Allahın bəndələrinə mərhəmət və məhəbbət də olmaz! >

Bizim xalqımız qorxu və tamah hasarını sındıranda, tacir öz gündəlik gəlirindən, tələbə bir, yaxud bir neçə semestr dərsindən, fəhlə öz qazancından və hərbiçi topladığı məziyyətlərdən imtina edəndə tamah və qorxu hasarı uçdu, məhv oldu. Yəni xalq öz daxili zəncirlərindən azad olanda istər-istəməz küçələrə axışdılar, yumruqlarını düyünlədilər. O zaman zalım şah rejimi gördü ki, öz ruh və nəfs zəncirindən azad olan bu xalqın önündə dayanmağa, onu yerində oturtmağa heç bir imkanı yoxdur. Qlobal miqyasda da belədir. Bir xalq  alçaq duyğuların, mənfi xislətlərin, azğın nəfsin, ehtirasın, qorxu və tamahın köləsi olmasa, heç zaman xarici qüvvələrin, zalım və qəddar güclərin də köləsi olmayacaq. Bu qayda dünyanın bütün xalqlarına eyni səviyyədə şamil olur, bütün xalqların dərdinin dərmanıdır. Bu, daxili azadlıq, mənəvi azadlıq, insanı hərəkətdən, fəaliyyətdən və iradədən saxlayan zəncirlərdən azadlıqdır. Bu zəncirlər onun daxilindədir. Bu, İslamla Qərb məktəbləri arasında azadlıq barədə əsaslı fərqlərdən biridir. >

Qərb məktəbləri bu məqama əhəmiyyət vermir, diqqət göstərmirlər. Əlbəttə, əxlaq müəllimləri, - onların əxlaqı da mənəviyyatdan uzaqdır, ilahi fikir və mənəviyyatdan ayrıdır; buna görə də quru və məzmunsuz bir əxlaqdır, - tövsiyələr edir və kitablar yazırlar, amma bunu insan azadlığı bilmirlər. İslam isə onu insan azadlığı sayır.[77]>>>>

İslam quruluşu - azadlığın təzahürü

Bu gün İslam Respublikası quruluşunda mövcud olan azadlıq heç bir yerdə yoxdur. İnsanlar azaddırlar, sözlərini deyirlər, fikirlərini bildirirlər.>

İslam Respublikasında, orda-burda deyinib “bizdə azadlıq yoxdur” söyləyən bir sıra insanlar inqilabın əvvəlindən bu günədək olub və indi də var. Onlar harada deyinirlər? Bağlı bir otaqda danışırlar? Azadlığın mövcud olmadığı avtoritar quruluşda azadlığı olmayan insan sözünü danışa bilmir. Əgər “mənim azadlığım yoxdur” demək istəsə, bu sözü də bir otaqda, keçmiş rejimdə xüsusi çevrədə bizim  kimi deməyə məcburdur. Amma bu cənablar çoxtirajlı qəzetdə, bir neçə min sayda çap edilən jurnalda, hətta İslam Respublikasının radio və televiziyasında danışır və deyirlər ki, bizim azadlığımız yoxdur. Allah onları öz əllərilə rüsvay etsin! Bir nəfərin “bizim azadlığımız yoxdur!” yazıb qəzetdə çap etdirməsinin özü onun yalan danışmasına dəlildir. Əgər azadlıq olmasaydı, bu söz çap edilməzdi, yaxud ölkənin ümumi tribunasından yayımlanmazdı. Bəllidir ki, o, doğru danışmır və özünü rüsvay etdiyini anlamır.[78]>>>>

İslam Respublikasında hər bir fəaliyyət xalqın çiynindədir və xalqın iradəsilə baş verir. Bu gün Allahın lütfü ilə bu ölkədə elə bir azadlıq mövcuddur ki, İranın keçmiş tarixində misli olsa da, çox az olub. Bizim keçmişimiz avtoritar şahlıq dövrü olub. Biz keçmişə baxdıqda qara və boğucu zülmət dövrü görürük. Allaha həmd olsun ki, bu gün İran xalqı azaddır, fikirləşir, düşünür, seçir və qərar verir. Belə bir xalqın çiynində dayanan quruluş möhkəm bir quruluşdur, düşmənlərin planı bu quruluşa heç bir zərər yetirə bilməz.[79]>>>>

Bu gün bu məmləkətdə elm və texnologiya, universitet və sənaye  inkişaf edir, insanların şəxsiyyəti və düşüncələri inkişaf edir, sözün əsl mənasında azadlıq inkişaf edir, təhsil inkişaf edir. Bu xalqın hərəkəti yavaş-yavaş elə bir yerə çatacaq ki, dünyada öz yerini tapacaq.[80]>>>>

Dinə əsaslanan bir hökumət qurulduqda dəyərlər bunlar olur: ədalət, istiqlaliyyət, azadlıq, iman, qardaşlıq, əməkdaşlıq, əxlaq. Bu o deməkdir ki, bunlar dəyər bilindikdən az sonra cəmiyyətdə də gerçəkləşəcək? Xeyr. Mənası budur ki, bunlar hərəkəti yönəldən tablolardır. Məsələn, bu gün bir cavan qalxıb İranın Amerikanın təsiri altına düşməsini müdafiə etsə, daha bunun adını müasir təfəkkür, gənclik yaxud tələbə hərəkatı, tələbə amalı qoymaq olmaz. Bu, ümumiyyətlə mənasız və imkansızdır; bəllidir ki, o, gəncliyə yaddır.[81]>>>>

Əsas şüar: İstiqlaliyyət, Azadlıq, İslam Respublikası



Geri   İrəli
Go to TOP