A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Azadlıq (Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Quranda Əhzab surəsinin 60-cı ayəsində belə buyurulur: “Əgər münafiqlər, qəlblərində (ruhlarında) xəstəlik olanlar və (mürciflər, yəni) Mədinədə qəsdən yalan şayiələr yayanlar (bu əməllərinə) son qoymasalar, şübhəsiz ki, səni onların üstünə qaldırarıq”.>

Burada “mürcif”lər münafiqlərin və qəlbixəstələrin yanında göstərilir. Münafiqlər bir qrupdurlar, qəlbixəstələr başqa bir qrup. Mürciflər onların yanında göstərilir. Mürciflər daimi olaraq xalqı qorxudanlardır. Yeni qurulmuş İslam cəmiyyətinin Quran könüllüsü, Peyğəmbər (s) könüllüsü olduğu kimi düşmənləri də var. Ölkəni və bu böyük xalq quruluşunu müdafiə etmək üçün ruhi cəhətdən hazırlıq lazımdır. Bu arada bir qrup insan xora kimi xalqın canına düşüb, ruhiyyələri zəiflədirlər. Bunlar mürciflərdirlər. Quran deyir ki, əgər bu mürciflər – yəni davamlı olaraq xalqı qorxudanlar, insanı ümidsiz edənlər, xalqı fəaliyyətdən saxlayanlar bu işlərindən əl çəkməsələr, səni onların canına salacağıq. Bu, azadlığın sərhədidir. Deməli, İslam məntiqində azadlığın başqa bir fərqi odur ki, mənəvi dəyərlərdən sərhədi var.>

Daha bir fərqi budur ki, Qərb liberalizmi təfəkküründə  azadlıq şəriət vəzifələrinə ziddir: Azadlıq, yəni şəriətdən azad olmaq. İslamda isə azadlıq, şəriət vəzifələri sikkəsinin o biri üzüdür. Ümumiyyətlə, insanlar mükəlləf, yəni şəriət hökmlərinə vəzifəli olduqları üçün azaddırlar. Əgər vəzifəli olmasaydılar, azadlığa lüzum yox idi, onlar da mələklər kimi olardılar. Mövləvi deyir:>

Hədis var, hökm etmiş məcid Yaradan

   Üç növ xəlq olunsun, biri də insan.

     Ağlı var, elmi var, səxavəti var,

       Bir səcdə halında mələklər olar. 

Bəşərin xüsusiyyəti belədir ki, onda bir-birinə zidd duyğu və istəklər məcmusu var. O, bu müxtəlif istəklərin arasında təkamül yolunu seçməlidir. Ona azadlıq verilib ki, təkamül yolunu keçsin. Həmin azadlıq təkamül üçündür; necə ki, insan həyatının özü də təkamül üçündür: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!”.[24]>>> Allah cin və insanı çox uca məqam olan bəndəliyə çatmaq üçün yaradıb. Azadlıq da həyat haqqı kimidir: bəndəlik üçün müqəddimədir.>

Qərbdə fərdi, ictimai, ilahi məsuliyyəti inkar etməkdə o qədər ifrata varıblar ki, təkcə dini təfəkkürü yox, hətta praktiki vəzifəyə, vacib və harama, olar və olmaza etiqadlı qeyri-dini təfəkkürlərin inkarına çalışmışlar. İndi bu amerikalı və amerikalıyabənzər liberalistlərin və onların peyğəmbərlik etdiyi insanların (onların ümmətləri başqa ölkələrdə, o cümlədən, təəssüf ki, bizim ölkəmizdə də var) son əsərlərində görünür ki, azad Qərb təfəkkürünün olar və olmaz prinsiplərinin ideoloji prinsiplərlə zidd olduğunu söyləyirlər. İslam qətiyyətlə bunun qarşısında dayanır. İslam azadlığı praktiki vəzifə ilə birgə tanıyır ki, insan bu azadlıqla vəzifələrini düzgün yerinə yetirə bilsin, böyük işlər görsün, böyük seçimlər etsin və təkamülə çata bilsin. >

Buna əsasən, azadlıq məsələsi islami məsələdir. Onun barəsində islami yöndən düşünməli, hamılıqla onun nəticələrinə bir islami hərəkət və bir şəriət vəzifəsi kimi inanmalıyıq. Allahın lütfü ilə cəmiyyətdə olanların qədrini bilək və bu imkandan maksimum bəhrələnək. Fikir və düşüncə sahibləri çalışmalıdırlar. Əlbəttə, bəzi sözlər peşəkar formullarla ortaya qoyulur. Bunlar məktəblərdə, universitetlərdə, xüsusi mətbuatda və xüsusi çevrələrdə bəyan olunmalıdır. Bəzi sözlər isə, xeyr, hamıya aiddir. Bunlar da deyilməlidir ki, hamı istifadə etsin.[25]>>>>

Azadlıq hədislərdə

Mən burada İslam rəhbərlərinin bir neçə sözünü demək istəyirəm. Görün İslam dini, həqiqətdə mənəvi qurtuluş və insanın daxili zəncirlərdən azad olması sayılan bu azadlıq məsələsinə necə baxır. >

Bir cümlə belədir: “Ey insan, tamah əsiri olma, çünki Allah səni azad yaratmışdır”.[26]>>>>

Tamahın məhv etdiyi azadlıq necə azadlıqdır? İnsanın tamahkarlığı və acgözlüyü onu əsir edir. Bu, azadlığın ziddinədir. Azadlıq o deyil ki, insan özünü azadlıq tərəfdarı və azad bilsin, amma tamahının qulu olsun. Bu, onun özünü qul edəcək.>

Başqa bir cümlə: “Şəhvətləri və nəfs istəklərini tərk edən insan azaddır”.[27]>>> Şəhvətlərin əsiri olan, nəfs istəklərində qərq olan insan necə azad ola bilər? Bu məsələ İslam görüşündə olan azadlığı Qərb görüşündə olan azadlıqdan tamamilə ayırır. Onlar deyirlər əgər kimsə öz həvəslərinin əsiri olmuşsa, onu azad buraxın. Bu, azadlıq deyil, əsarət, köləlikdir. Şəhvət və daxili meyllər kimi ikinci bir amil insanı xaricdən kölə edə bilməz. Buna görə, bu gün görürsünüz ki, dünyadakı istismarçılar xalqları qul etmək, şəxsiyyətləri, hətta mübariz insanları ilişdirmək üçün bu yoldan istifadə edir və onları şəhvət tələsinə salırlar. Bu gün casus şəbəkələrinin bütün dünya miqyasında məşğul olduğu işlərdən biri də budur. Onlar çəkindikləri, qorxduqları, problem hesab etdikləri şəxsiyyətləri ehtiras tələsinə, qadın və pul tələsinə salırlar. Fəryad qoparıb haray çəkən azad bir insan nəticədə qul və əsir kimi onların itaətində dayanır. Deməli, insanı qul edən ehtirasdır.>

Başqa bir hədis: “Dünya gözəlliklərinə, dünyəvi istəklərə etinasız yanaşan insan özünü azad və Rəbbini razı etmişdir”.[28]>>>>

Nəhayət: “Azad insan bütün hallarda azaddır. Ona çətinlik üz verəndə dözür, müsibətlər hücum çəkib onu sındıra bilmir”.[29]>>> >

Azad insan problemlər qarşısında sarsılmır, qorxu və müsibət önündə məğlubiyyətə uğramır. Problemlər, bəlalar hər bir tərəfdən hücum edib onu sıxsa, sındıra bilmir. Buna azad insan deyirlər. İslami anlamda olan azadlıq budur.[30]>>>>

Əmirəl-mömininin (ə) oğlu İmam Həsən Müctəbaya (ə) vəsiyyətində azadlıq sözü işlənib. “Qeyrisinin qulu olma, Allah səni azad yaradıb”.[31]>>> Bu gün Böyük Fransa İnqilabının çox mühüm sənədlərində bu söz saxlanır, ağız dolusu ilə təkrarlanır, Monteskyü və digər yazıçı, mütəfəkkirlərin adından söylənilir ki, “hər bir insan azad doğulub”. Bu mətləb 1400 il bundan qabaqkı dövrdən yazılı və inkaredilməz sənəd kimi mövcuddur: “Qeyrisinin qulu olma, Allah səni azad yaradıb”.>

İslamdan öncə həzrət Musa (ə) Firona deyir: “Boynuma minnət qoyduğun bu nemət də (məni sərbəst buraxıb) İsrail oğullarını qul etdiyinə görədir”.[32]>>> Burada da yenə köləlik və azadlıq məsələsi önə çəkilir.

İlkin İslam dövründə Azadlıq

İslam ədəbiyyatında və ilkin İslam dövrü tarixində bu anlayış uyğun ad, söz və xüsusiyyətlərlə dəfələrlə təkrar edilib. Burada heç bir tərəddüdə yer yoxdur.[33]

İkinci xəlifənin dövründə Misir valisi Əmr As idi. Əmr Asın oğlu gənc bir kəndli ilə söhbət edərkən onun üzünə bir sillə vurdu. O kəndli gəncin atası Əmr Asın yanına gəlib qisas hökmünün icra edilməsini tələb etdi: “Mənim oğlum döyülüb, sənin oğlun da döyülməlidir!” Əmr As etina göstərməyib, onu qovdu.>

Kəndli ata və oğul Mədinəyə gəldilər. Məsciddə xəlifəyə yaxılaşıb əhvalatı danışdılar. Xəlifə dərhal məktub yazıb Əmr Asın və oğlunun Mədinəyə gəlməsini əmr etdi. Onları məscidə gətirib dedi ki, bu kəndli oğlan valinin oğlundan qisas almalı, valinin özü də cəzalandırılmalıdır. Vali dedi ki, mən nə üçün cəzalanmalıyam? Dedi ona görə ki, oğlun sənin qüdrətinə arxalanaraq bu işi görüb. Sonra xəlifənin tarixdə mövcud olan bir cümləni söyləməsi nəql olunur. O, Əmr Asa belə dedi: “Siz nə vaxtdan bəri bu xalqı öz qulunuz etmisiniz, halbuki anaları onları azad doğub?!”. >

Bu, İslam məntiqidir. İslamda azadlıq bir mədəniyyət kimi formalaşıb. Yoxsa xəlifə öz valisini cəzalandırmaq istəyərkən bu cümləyə və belə bir əsasa istinad etməzdi. Ona görə bəlli olur ki, bu məsələni hamı bilirdi. İnsanların azad olmaları, analarından azad doğulmaları, onları özünə kölə etməyə, onların azadlıqlarını almağa heç kəsin haqqının çatmaması o zamankı İslam ümmətinin tanıdığı və onların arasında geniş yayılmış mədəniyyətin tərkib hissəsi idi.[34]>>>>

 

Üçüncü fəsil: Qərbdə Azadlıq

Azadlıq və qərb filosofları

Qərb filosofları ilk dəfə dünyanın mədəniyyət məsələləri haqda nəzəriyyələr irəli sürüb, kitablar yazdılar. Bu prinsiplərin çoxu, bu gün beynəlxalq sənədlərdən olan və çoxlarının qəbul etdiyi insan haqları bəyannaməsində qeyd olunub. Onlar azadlığın hüdudları barəsində deyiblər: “azadlıq qanun çərçivəsində olmalıdır”; “azadlığın həddi digərlərinin azadlığına zərər yetirməyənə qədərdir”. Bunlar qərb filosoflarının dediyi və çoxlu müsəlman yazıçılarının da onlardan götürdüyü, İslamın nəzərini araşdırmadan, Quran ayələrinə baxmadan, islami nəzərləri təhlil etmədən şüar edib səsləndirdiyi məşhur sözlərdəndir. Əlbəttə, bəzi sözlər düzgündür. Lakin bəziləri yanlış, məntiqsizdir və onların müdafiəsi qeyri-mümkündür. Biz bunların təfərrüatı haqqında danışacağıq.[35]>>>>

Qərbdə azadlığın hüdudu

Qərbdə azadlığın hüdudunu maddi mənafelər müəyyənləşdirir. Onlar əvvəlcə ictimai və fərdi azadlıqlar üçün məhdudiyyətlər təyin etdilər. Bu, onların biridir. Maddi mənafelər təhlükəyə düşdükdə azadlığı məhdudlaşdırırlar. Maddi mənafelərə misal kimi bu ölkələrin elmi əzəmətini və potensialını göstərmək olar. Təlim-tərbiyə elə məsələlərdəndir ki, ondakı azadlıq insanların əsla danılmaz hüquqlarından sayılır. İnsanların təhsil almaq hüququ var. Lakin Qərb dünyasının böyük universitetlərində bu azadlıq məhdudlaşdırılır. Yüksək elm və texnologiyanı, onların dililə desək, H>I>GH TEC-i köçürmək olmaz. Müəyyən ölkələrə texnologiya vermək qadağandır. Nə üçün? Çünki əgər bu elm verilsə, inhisardan çıxacaq və bu maddi güc öz əvvvəlki vəziyyətində qalmayacaq. Azadlığa sərhəd qoyulur. Yəni müəllimin haqqı yoxdur üçüncü dünyanın şagirdinə, məsələn iranlı, yaxud çinli tələbəyə hansısa elmi sirri öyrətsin. >

Xəbər və informasiyaların ötürülməsi azadlığı da belədir. Bu gün dünyada bütün qalmaqallar xəbər və informasiya azadlığı üçündür. Qoyun xalq xəbərdar olsun! Qoyun xalq bilsin! Qərbdə azadlığın mövcudluğunun bariz nümunələrindən biri budur. Amma Buşun prezidentlik dövründə Amerika İraqa hücum edərkən bir həftə, yaxud daha artıq müddətdə informasiya yayımına senzura qoyuldu. Bununla fəxr edib dedilər ki, Amerikanın İraqa hücumundan bir şəkil, yaxud bir xəbər dərc etdirməyə heç bir müxbirin haqqı yoxdur. Hamı bilirdi ki, hücum olunub, amerikalılar özləri də xəbər vermişdilər, amma onun təfərrüatından heç kimin xəbəri yox idi. Onlar iddia edirdilər ki, bu iş hərbi təhlükəsizliyə zərər yetirə bilər. Deməli, hərbi təhlükəsizlik azadlığı məhdudlaşdırdı; yəni maddi bir sərhəd, maddi bir divar! >

Bu hökumətin təməllərini möhkəmləndirmək də başqa bir sərhəddir. Təxminən 4-5 il əvvəl Amerikada bir qrup meydana çıxdı. Mətbuatı izləyənlər bu barədə oxuyublar. Mən o zaman bu hadisədən təfsilatı ilə xəbərdar oldum. Bizim qəzetlər də yazdılar. Onlar cənab Klintonun dövründə xüsusi bir məzhəb kimi Amerika hökuməti əleyhinə fəaliyyətə başladılar. Onlara qarşı bəzi hərbi və təhlükəsizlik tədbirləri gördülər, lakin xeyri olmadı. Onların toplandığı evi mühasirəyə alıb od vurdular, təxminən 80 nəfər diri-diri yandı. Şəkillərini dərc etdilər, bütün dünya da gördü. Bu 80 nəfər arasında qadın da, uşaq da vardı. Bəlkə bir nəfəri də hərbiçi deyildi. Baxın, sağ qalmaq azadlığı, əqidə azadlığı və siyasi mübarizə azadlığı bu həddə məhdudlaşdırılır.>

Beləcə, maddi Qərb dünyasında da azadlığın hüdudları və sərhədləri var. Lakin bu sərhədlər maddi sərhədlərdir. >

Orada əxlaqi dəyərlər azadlığa heç bir maneə yaratmır. Məsələn, Amerikada homoseksualizm hərəkatı geniş yayılmış hərəkatlardandır. Bununla fəxr də edirlər. Küçələrdə mitinqlər təşkil edir, jurnallarda şəkillərini vururlar. Fəxrlə deyirlər ki, filan tacir və filan siyasi adam da bu qrupdandır. Heç kim xəcalət çəkmir, inkar etmir. Daha pisi budur ki, bu hərəkata qarşı çıxan bəzi insanlar bəzi mətbuat və qəzetlərin kəskin hücumuna məruz qalırlar. Deyirlər ki, bunlar homoseksualizm hərəkatına qarşı çıxırlar. Yəni əxlaqi dəyər azadlıq üçün heç zaman sərhəd müəyyən etmir. >

Başqa bir misal Avropa ölkələrinə aiddir. Məsələn, söz azadlığını faşizmin xeyrinə təbliğat məhdudlaşdırır. Bu da maddi və hökumət məsələsidir. Amma başqa bir hərəkət, çılpaqlığın təbliğatı məhdudlaşdırılmır. Yəni o fəlsəfəyə, o fəlsəfi köklərə və o baxışa malik olan Qərb liberalizmində azadlığın sərhədləri maddi sərhədlərdir, əxlaqi sərhədlər deyil. Lakin İslamda əxlaqi sərhədlər var. İslamda azadlığın, maddi hüdudlardan əlavə, mənəvi sərhədləri də var. Əlbəttə, kimsə ölkənin mənafeyinə, xeyrinə qarşı hərəkət etsə, azadlığı məhdudlaşdırılır. Bu məntiqidir, amma mənəvi sərhədlər də mövcuddur.[36]>>>>

Qərb və azadlıqdan başa düşülən anlamın ümumiləşdirilməsi

Qərb fikir azadlığından dəm vura-vura öz mədəniyyətini dünyanın bütün xalqlarına qəbul etdirməkdə çox israrlıdır. Çox mövzular Qərb və Avropa mədəniyyətinin ünsürüdür, amma təkidlə bunları bütün dünya xalqlarına, o cümlədən müsəlman xalqlara qəbul etdirmək istəyirlər. İnsanları, təşkilatları və hakimiyyətləri qəbul edib-etməməkdə meyarları budur ki, onlar Qərb mədəniyyətinin standartlarını hansı həddə qəbul edirlər. Bu gün mikrofonlar da onların əlindədir və təbii ki, onların mədəniyyətində ərimək istəməyənlər kəskin hücumlara məruz qalırlar.[37]>>>>

Bu gün qərblilər özlərini dünyada demokrat və fikir azadlığı tərəfdarı kimi təqdim etmişlər. Halbuki bu, dünyanın ən böyük yalanlarındandır. Bu gün beynəlxalq anlamda və Qərb dünyasında tərif olunan, onunla fəxr edilən demokratiya nə Amerikada, nə Fransada, nə də İngiltərədə var.[38]>>>>

Qərbdə siyasi azadlıq

Fransa inqilabının əsas şüarı azadlıq, Bolşevik inqilabının əsas şüarı isə bərabərlik idi. Bu azadlıq Qərbdə tamamilə yanlış bir mənaya çevrildi. İnsanların həyat yolu seçməkdə azad olduqlarını ifadə edən bu dəyər, fərdi və cinsi azadlıqlara, fəsad azadlığına çevrildi. Xalq demokratiya adı altında və müxtəlif təbliğat vasitələrilə, gözəgörünməz torla müəyyən rejimlərin başçılarının istədiyi bütün səmtlərə çəkildilər. Uyğun vəziyyət günümüzədək davam etməkdədir.>

Siyasi azadlığın Qərbdə  hiylə və riyakarlıq olması bu gün təkcə bizim sözümüz deyil; bu, Qərbin özündə çoxsaylı mütəfəkkirlərin, vicdanlı alimlərin sözüdür. Zahirdə görünən demokratiyadır, əslində isə həmin gözəgörünməz təbliğat torudur (seçkilərdə xalqın yalnız 30-35 faizindən 60 faizə qədəri  iştirak edir; ABŞ-da səsvermə hüququ olanların yalnız 35-40 faizi səs verir). Bütün təbliğat maşınları da güclülərin, şirkət sahiblərinin və multimilyonçuların ixtiyarındadır; yəni hər bir avtoritar rejimdə sözü keçənlərin! Bu gözəgörünməz tor xalqı istədiyi tərəfə çəkir, xalqlara zorla qəbul etdirilən məqsəd və usulların dəyişdirilməsinə imkan vermir. Bunlar fəsad azadlığını, seksual azadlığı, tüfeylilik və əxlaqdan qurtuluş azadlığını yayırlar; çünki bunlar yenə bu böyük güclərin xeyrinədir.[39]>>>>

Qərbin demokratik quruluşu və təbliğatın rolu

Bəzi quruluşlar hiylə və təbliğatla idarə olunur; məsələn, Qərbin zahiri demokratik quruluşları kimi. Bəli, bu məkanda  təzyiq, qamçı, bizləmə və dağlama totalitar quruluşlardakı kimi deyil. Xalqın zahirən də olsa, azadlığı var; amma hiylə ilə idarə olunurlar. Bu quruluşların ixtiyarında nəhəng təbliğat maşınları var və xalqın bütün həyatını inhisara almışlar.[40]>>>>

Siz baxın, bu  illər boyu kimsə, nə vaxtsa, haradasa düşmənlərdən, imperialistlərin planlarından, Amerika, İsrail və azadlığın digər əleyhdarlarının düşmənçiliyindən danışmışsa, beynəlxalq təbliğatçılar tərəfindən günahlandırılmışdır.[41]>>>>

Qərbdə azadlıq var, amma zülmlə, pozğunluqla birgə olan azadlıq. Qərbdə qəzetlər azaddır və hər şeydən yazırlar. Amma onlar kimlərindir? Məgər xalqındır? Bu aydın məsələdir, gedib baxsınlar. Siz Avropa və Amerikada kapitalistlərə məxsus olmayan bir sanballı qəzet göstərin. Orada mətbuat azadlığı dedikdə öz sözünü danışan, istədiyini gözdən salan, istədiyini böyüdən, ictimai rəyi istədiyi tərəfə yönəldən kapitalistin azadlığı nəzərdə tutulur. Bu daha azadlıq olmadı ki! >

Əgər bir şəxs iri kapital sahiblərinə və onların qüvvə mərkəzlərinə bağlı olmasa, nə sözü eşidilir, nə səsi kimsənin qulağına çatır, bir sözlə söz azadlığından bəhrələnmir. Bəli, iri kapital sahibləri özlərinin qəzet, radio və televiziyaları vasitəsilə ürəkləri istədiyini deməkdə azaddırlar. Amma bu azadlıq dəyər deyil, dəyərin ziddinədir. Bu azadlıq xalqı pozğunluğa və imansızlığa sürükləmək, istədikləri yerdə müharibə yaratmaq, istədikləri yerdə sülhə məcbur etmək və istədikləri yerdə silah satmaqdır.[42]>>>>

Deyirlər Amerika və İngiltərə qəzetləri azaddır. Mən soruşuram, hansı qəzet xalqın orta və aşağı təbəqələrinə məxsusdur ki, adam qəzetin azadlığından o təbəqənin azadlığını anlasın? Qəzetlər kimindir? Böyük kartel və trestlərin, milyonçuların. Bəli, qəzetlər azaddırlar, yəni istədiklərini yazmaqda azaddırlar. Onlar öz mənafelərinə zidd olanı demirlər. Bu onlara aiddir, demokratiyanın tərənnümü, anası və beşiyi olanlara, onunla fəxr edənlərə.[43]>>>>

Qərbin liberalizmdə məqsədi

Qərb demokratiyası liberalizmə söykənir; onun fəlsəfəsi və kökü liberalizmdir. Deyirlər insan azadlığı diktaturanın yox, respublikanın bərqərar olunmasını tələb edir. Liberalizm anlamında olan bu azadlıq mütləq azadlıqdır. Yəni əgər xalq qərara gəlsə, yüz faiz zərərlərinə olan bir şeyi qəbul edə bilərlər. Məsələn, homoseksualizmi parlamentdə qəbul edən İngiltərə xalqı heroini, yaxud məhrəmlə evlənməyin azad olmasını qərara alır. Burada qulaq asmamağa məntiqləri yoxdur, gərək qəbul etsinlər. Həmcinsbazlıqla məhrəmlə nikah arasında nə fərq var?! Burada bunun üçün məntiq yoxdur. Əgər bu gün Amerika konqresi, yaxud İngiltərənin parlamenti məhrəmlə evlənmək barədə qanun qəbul etsə, bu baxışla kişilik qeyrəti əbəs söz olacaq. Buna əsasən, bu azadlığın çərçivəsinə heç bir məntiq hakim deyil. Əgər belə yerlərdə azadlığın əxlaqa zidd olduğunu desələr, deyərik ki, hansı əxlaqa? Əxlaq yoxdur ki. Azaddırlar, çünki liberalizmin məntiqi azadlıqdır və heç bir sərhəd onu məhdud edə bilməz. Azadlıq yalnız ümumi azadlığın ziddinə, onun təməllərinə qarşı olduqda məhdudlaşdırılır. Onların qırmızı xətti yalnız budur. Qərb demokratiyası liberalizm məntiqinə və fəlsəfəsinə arxalanmaqla, əslində öz məzmunsuzluğunu isbatlayır. Bu zaman bir cəmiyyətdə bütün əxlaqi dəyərlər məhv ola bilər. Düzdür, bu gün məntiqə inananlar bu deyilənləri etiraf etmək istəmirlər, amma onun zəruri nəticəsi budur.[44]>>>>

Qərb ikinci əsasın, yəni xalqın iradəsinin, liberalizmə və insanların azadlığına söykənən demokratiyanın bayrağını ucaltdı. Amma tez başa düşdü ki, bu sözün zahiri və şüar forması yaxşıdır, lakin əməl olunası deyil.[45]>>>>

Onların birinci məğlubiyyəti demokratiya və Qərb azadlığı şüarındadır. Dünyada geniş yayılan liberal-demokratiya bununla da məğlubiyyətə uğradı. Onlar göstərdilər ki, liberal-demokratiya bir xalqı, sözün əsl mənasında insan azadlığı məqamına çatdırmağa qadir deyil. Bu təfəkkür, maddi maraqları tələb etdikdə insanların azadlığını, canını və seçim haqqını asanlıqla tapdaya bilər.[46]>>>>

Terrorla mübarizə adı altında dünyaya od vurmaq istəyirlər. Terrorun ən çirkin və ən faciəli növü bu gün müqəddəs Fələstin torpaqlarında reallaşır. Onlar nəinki üz turşutmurlar, hətta buna həvəsləndirirlər də. Onu müdafiə edib, lazım bilirlər. Bunlar təqlid etməli hökumətlərdirmi?! >

Bunlar demokratiya, liberalizm, insan haqları və azadlıq adı altında cərəyan edən məsələlərdir. Biz onların yolunu getməklə, bu məsələləri əxz etməklə nə etmək istəyirik? Onların özü kimi zülm edək, sonra ədalətdən danışaq? Bu, ikiüzlülükdən başqa bir şey deyil.[47]>>>>

Qərb liberalizm dedikdə bir şeyi nəzərdə tutur. O,  mütləq azadlıq istəyir, yəni istədiyi hər işi görsün. Küçə və bazardakı camaat əqidə azadlığını, geyim azadlığını, ehtirasların təmin edilməsi azadlığını və sair məsələləri başa düşürsə, onun ümumiyyətlə bunlarla işi yoxdur. Bunlara baxanda da alət gözü ilə baxır. O, özünün qeyri-məhdud azadlığını istəyir ki, dünyada istədiyini etsin, istədiyi yeri işğal etsin. Məsələn, bir kapitalist müəyyən səbəbdən, qəfildən bir həftə ərzində bir çox ölkələri bədbəxt etsin. Bir neçə il öncə Malayziya, İndoneziya və digər ölkələrdə baş verən hadisəni nəzərdə tuturam. Əlbəttə, o kapitalistin də özünə görə dəlilləri vardı, onlara arxalanaraq bir neçə ölkəni iqtisadi inkişafdan ayırıb yoxsulluğa sövq elədi. Bu liberalizmdir. >

Bunların izlədiyi azadlığın axırı budur; elə zəif təzahürü də budur. İdeologiya bununla mübarizə aparır; sözsüz ki, onların xidmətində duran ideologiya yox![48]>>>>

Qərbdə KİV azadlığı: sözdən həqiqətə

Qərb demokratiyası rüsvay olub. Bu demokratiya və Qərbin kütləvi ifonrmasiya vasitələrinin azadlığı bu gün bir sözdür, reallığı əks etdirmir. Media azadlığı onu idarə edənlərin azadlığıdır. Dünyada medianı kimlər idarə edirlər? Məgər onları cəmiyyətin məhrum təbəqələri, yoxsullar və azlıqlar idarə edir? Amerikada KİV-i kim idarə edir? Taym və Nyusvik jurnalları, CNN televiziya kanalı kimindir? Hamısı kapitalist nəhənglərə məxsusdur. Azadlıq onların azadlığıdır. Görün onlar nə istəyirlər, istədiklərinin hamısı yerinə yetirilir. Siz bu media qovğasında əxlaq və mənəviyyatı bir addım irəli apara bilərsinizmi? Doğrudur, deyirlər siz də gəlin bu izdihamda, tribunanın yanında dayanın və sözünüzü deyin. Siz də gedib öz-özünə danışa bilərsiniz, özünüz deyər, özünüz də zorla eşidərsiniz. Bu, söz azadlığıdırmı?>

Bu gün Qərb azadlığı bu yalan və hiylələrdən ibarətdir; dünyada çoxları bu hiylələrə uyurlar. Bu azadlıq elə  azadlıqdır ki, on qəddar rejim qılınc və qamçıyla xalqlarının canına düşürlər, lakin elə bu rejimlər tərəfindən də maksimum dərəcədə dəstəklənirlər. Sionist rejimin, özününkü olmayan torpaqlarda təşkili azadlıqdırmı?[49]>>>>

Bu gün Qərb ölkələrində qəzetlərin sionistləri pisləməyə icazəsi yoxdur. Bir nəfər kitabda yazır: “Yəhudilər İkinci Dünya müharibəsində Hitlerin əlilə öldürülmələrini şişirtmişlər”. Bu zaman bu kitabı müsadirədən əlavə, onun müəllifini də mühakimə edirlər.[50]>>> Özləri bu gün azadlığa qarşı belə rəftar edirlər.[51]>>>>

Bu gün Qərb quruluşlarında mövcud olan acı həqiqət budur ki, onlar azadlıq iddiası edə-edə, ölkələrində olan yüzlərlə televiziya və radio kanalı, digər media vasitələrilə fikir azadlığına, xəbər və informasiya azadlığına mane olurlar. Əslində, bu ölkələrdə onların iddia etdiyi azadlıq əsla mövcud deyil. Niyə? Çünki bütün bu təbliğat şəbəkələri və informasiya resursları – televiziya, radio, qəzet və sair, o ölkələrin siyasətlərini təyin edən mərkəzlərin inhisarındadır.[52]>>>>

Qərb və insan hüquqlarının müdafiəsi

Söz çoxdur, insan hüquqları iddiası gündəmdədir, amma gerçək deyil. Bəşəriyyətə qarşı ən böyük cinayətləri həyata keçirən dövlətlər bu gün insan hüquqlarının tərəfdarı olmalarını iddia edirlər. Dünyada söz və düşüncə azadlığı iddiası ilə elə rejimlər çıxış edirlər ki, dünyanın ən böyük diktaturaları onların mənfur vücudlarından güc alır.>

Pəhləvi rejiminin İranda onillərlə davam edən müstəbidliyini kim müdafiə edirdi? Amerika və İngiltərədən başqa birimi? İndi bu iki ölkə insan haqlarının və söz azadlığının tərəfdarı olduqlarını iddia edirlər. >



Geri   İrəli
Go to TOP