A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslam dünyagörüşü- İnsan quranda
Müəllif: Ustad Mürtəza Mütəhhəri
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri  


Bunun sirrini insanın vücudunda axtarmaq lazımdır. Bildiyiniz kimi, insan istər canlılar – heyvanat və bitkilər aləmi – istərsə də cansızlar aləmindən bir sıra fərqli xüsusiyyətlərlə yaradılmışdır. Belə ki, dünyaya gələn və ya yaradılan hər bir varlıq olduğu kimi qalaraq xilqət [yaradılış] qanununa tam şəkildə tabe olur. İnsan isə dünyaya gəldikdən sonra yeni mərhələyə qədəm qoyur. O, həyatında gedən proseslərə birbaşa təsir qoyaraq onu istədiyi istiqamətə yönəldir. O, hər şeyi özü seçir və müqəddəratının həll olunmasında başlıca rol oynayır. Başqa sözlə desək, insan bir çox istedad və qabiliyyətlərə malik olan və lakin onlardan bir çoxu hal-hazırda fəal olmayan varlıq, digər varlıqlar isə bütün imkanları əvvəl gündən fəal olan məxluqdurlar. Yəni, insaniyyətin bütün xüsusiyyətləri onun vücudunda qeyri-fəal şəkildə saxlanılmışdır və onlardan hər biri müəyyən şəraitlərdə formalaşıb zahir olur. Heç bir zərər toxunmasa, bu xüsusiyyətlər insanın vücudunda tədriclə baş qaldırmağa başlayacaqdır. Bunlar insan fitrətini təşkil edir və sonralar onun [insanın] fitri və insani vicdanını formalaşdırmağa başlayır.

İnsan heyvanat, bitkilər və cansızlar aləmindən fərqli olaraq «insan şəxsiyyəti» adlanan fövqəladə xüsusiyyətə malikdir. Onun bütün bədən üzvləri isə dünyaya gəldiyi ilk gündən xarici baxımdan digər heyvanlar kimi kamil olur, gələcəkdə ona şəxsiyyət verən ruhi baxımdan isə həmin xüsusiyyət və istedadlara malik olan, lakin onları zahir etməyən bir varlıqdır. İnsani dəyərlər onun vücudunda saxlanılaraq daim inkişafa hazır vəziyyətdə olur.

İnsan ruh və mənəvi baxımdan bədən üzvlərindən bir mərəhələ arxada yerləşir. Belə ki, insanın bədən üzvləri [hələ dünyaya gəlməmişdən əvvəl] formalaşaraq müəyyən şəkil alır. Ruh və mənəviyyat isə insan dünyaya gəldikdən sonra formalaşır və inkişafa, daha dəqiqi desək, təkamülə doğru hərəkət edir. Bunun üçün biz, «insan öz mənəviyyatının qurucusudur» dedikdə tam haqlıyıq. Şəxsiyyəti və mənəviyyatının necə və hansı istiqamətdə formalaşacağı onun öz ixtiyarına qoyulmuşdur. İnsandan fərqli olaraq, heç bir məxluqun vücud və mahiyyəti arasında fərq qoymaq olmaz. İnsan isə özü ilə mahiyyəti [yəni insan və insaniyyət] arasında fərq və fasilə olan yeganə varlıqdır. Xarici görünüşü ilə insana bənzəyən, amma mədəniyyət və svilizasiyadan geridə qalmış yarımvəhşi aboriqen tayfalarını dediklərimizə misal çəkə bilərik.

Bəs bunun [yəni vücud ilə mahiyyət arasında fərqin yaranmasına] səbəb olan nədir? Məlum olduğu kimi, hər bir varlığın əsasını onun mahiyyəti təşkil edir. Əgər vücud feli olarsa, onun mahiyyəti də təbii ki, feli olacaqdır. Yalnız «bil-qüvvə» olan vücud mahiyyətdən məhrumdur.

Bunu «əsaləti-vücud» adlandıran eqzistansialistlər belə bir nəzəriyyə irəli sürürlər ki, insan heç bir mahiyyətə malik olmayan bir varlıqdır. O, öz yolunu seçməklə mahiyyət kəsb etmiş olur.

Bu mətləbə böyük əhəmiyyət verən islam filosofları, xüsusilə Sədrul-mutəəllihin Molla Sədra Şirazi belə bir nəzəriyyə irəli sürmüşdür: «İnsan növ deyil, növlərdən ibarətdir, hər bir insanın bu günkü növü bəzən gələcək növü ilə fərqlənə bilər.» (Əsfar, məad bəhsi).

Buradan belə məlum olur ki, bioloúi və fizioloúi insan, insanlığa nümunə ola bilməz. Bioloúi insan təkcə həqiqi insanlığın zəminəsidir. Filosofların dili ilə desək, əhəmiyyət kəsb edən insaniyyətin özü deyil, onun istedad və bacarıq xüsusiyyətini daşımasıdır. Məlum oldu ki, ruhun əsalətini qəbul etmədən insaniyyət haqda danışmaq puç və əhəmiyyətsizdir.

Kiçik bir müqəddimədən sonra, biz artıq «insan agahlığı»nın nə olduğunu dərk edə bilərik. Bir qədər əvvəl qeyd etdik ki, insani agahlıq prinsipi bu nəzəriyyəyə əsaslanır ki, insanlar ümumilikdə vahid həqiqət təşkil edir və onlar müştərək insani, sinfi, dini və milli vicdandan bəhrələnmişlər.

Burada belə bir sual meydana gəlir. «İnsanlar vahid həqiqətdən ibarətdir və onların üzərinə vahid ruh hakimdir» deyildikdə, hansı təbəqə nəzərdə tutulur. Agahlıq hansı təbəqələr arasında daha çox inkişaf edir və onlarda nə kimi həmrəylik hissi yaradır? Bu həqiqət yalnız insaniyyətə nail olmuş və insani dəyərləri özündə biruzə verən şəxslərdə özünün həqiqi formasını tapırmı? Ya öz istedadlarını «bil-qüvvə» həddində saxlamış insanlardamı? Ya zahiri quruluşu dəyişərək qorxunc heyvanlar surətinə düşən kəslərdəmi? Bu proses onların hansı birində baş vermişdir? Yoxsa bunu onların hamısında müşahidə etmək olar? Əgər insanların eyni mənşədən olduqlarını və bir-birlərinin dərd və qəmlərində şərik olduqlarını qəbul ediriksə, bu qənaətə gəlməliyik ki, onların hamısı belə bir xüsusiyyətə malik ola bilməzlər. Yarımvəhşi, ibtidai icma quruluşuna oxşar bir şəraitdə yaşayan və insani fitrəti hələ də oyanmayan kəslərdə nə vaxt həmdərdlik hissiyyatı özünü biruzə verəcəkdir? Müştərək ruh nə vaxt onların üzərinə hakim olacaqdır? İnsaniyyətdən xaric olmuş kəslər haqda isə artıq hər şey bəllidir.

Demək insaniyyətə çatanlar o kəslərdir ki, onlar insaniyyətin mahiyyətini və insani fitrət baxımından öhdəsinə düşən məsuliyyət və vəzifələri dərk etmiş olsunlar. Məhz onlar müştərək ruha malik ola bilərlər. Onların təşkil etdikləri cəmiyyət bədən üzvləri kimi daim bir-birləri ilə həmdərd olar, hər hansı bir fərdin qəm-qüssəsi digərlərini rahat buraxmaz və onun keçirdiyi hissləri özlərində yaşadarlar.

Fitri dəyərləri özündə toplayan belə bir insan «mömin» adlanır. Çünki, «iman» insan fitrətinin və insani dəyərlərin əsasını təşkil edir.

Demək insanları bir-birlərinə yaxınlaşdıran, onların mənəviyyatını saflaşdıraraq əxlaqi və insani möcüzələrini aşkar edən yeganə amil onların müştərək iman və etiqadlarıdır. Belə bir nəticəyə gəlirik ki, ideal və həqiqət adlanan şey varsa da o, insanların insaniyyəti və insani dəyərlər əldə etməsidir.

Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir:

(Möminlər bir bədənin üzvü kimidirlər, onlardan biri xəstələndikdə, digərləri də onunla həmdərd olar).

İnsaniyyətə nail olmuş şəxs hamıya, hətta mahiyyət və xarici görnüşü dəyişmiş (məsx olmuş) kəslərlə də mehr-məhəbbətlə davranmağa başlayır. Elə bu səbəbdən də Allah-taala, Peyğəmbəri (s) «Rəhmətən-lilaləmin» (aləmlərin rəhməti) adlandırmışdır.»

Bu xüsusiyyətə malik olan şəxslər, hətta öz düşmənlərinə qarşı da mehr-məhəbbət göstərirlər. Əli (ə) öz qatili Əbdürrəhman ibni Mülcəm haqda deyir: «Mən onun həyatını (yaşamasını), o isə mənim ölümümü istəyir.»

Biz «qarşılıqlı mehr-məhəbbət»i və «həmdərdlik» xüsusiyyətini yalnız iman əhlində görə bilərik.

Məlum olduğu kimi, ümumi insansevərlik xüsusiyyəti sülh və əmin-amanlığın bərqərar olunmasına səbəb olur. Məsuliyyətsizlik deyildikdə isə, heç də zalim və yolunu azmış şəxslərin işlərinə dəxalət etməmək nəzərdə tutulmur. Əksinə olaraq, həqiqi insaniyyətə təmayül cərəyanı bu sahədə ən ciddi məsuliyyətlər tələb edir.

Məşhur ingilis filosofu və riyaziyyatçısı Bertrant Rassel və farnsız eqzistansialist filosofu Úan Pal Sarter, insani məslək cərəyanının tanınmış nümayəndələrindəndirlər. Rasselin irəli sürdüyü əxlaq nəzəriyyəsi insani məslək cərəyanı ilə iki cəhətdən tamamilə ziddiyyət təşkil edir. O, adətən şəxsi mənafedə uzaqgörənliyə diqqət yetirir. Yəni əxlaq normalarının əsasını əxlaqi üsul prinsiplərinin təmin olması üçün mühüm amil hesab edir. Başqa sözlə desək, Rassel əxlaq normalarına heç bir əhəmiyyət vermək istəməmişdir. Demək Rasselin nəzərdə tutduğu məsləkçi insan yalnız şəxsi mənafeyə diqqət yetirir.

Úan Pal Sarterin nəzərdə tutduğu «insaniyyətə təmayül» isə, müasir yazıçılardan birinin dediyi kimi, qərb dünyası ayaqlar altında məhvə doğru yönələn iztirab məzhəridir. O, qərbin bu günkü nehilizm dünyası haqda deyir:

« Bastini fəth edən və nasionalizm bayrağını ucaldan bruúuaziya artıq bu gün bir şey haqqında düşünməyə belə, qadir deyildir! Avropanın gənc nəsli hədəfsizlik və puçluqla qarşılaşmışdır. Qərb dünyası bir zamanlar ayrı ölkələrdə yaydığı öz təfəkkür tərzinə düçar olmuşdur. İctimai qalmaqal və pozğuntuları, ümidsizlik, tüfeyli həyat tərzi, təhqir olunma və sair bütün bunlar nehilizmin verdiyi nəticələrdir. O, bütün bunları bir zamanlar digər millət və mədəniyyətlərə qəbul etdirirdi.

Nehilistlər belə fikirləşir ki, əgər mənim deyilsə, qoy başqasının da olmasın... Bu səbəbdən də uçuruma doğru yönəlmiş olur. Eyni zamanda biz müəyyən həddə də olsa, «romantik insansevərlik» fəlsəfəsinin qərb filosoflarında əksül-əməl yaratdığının və onları özünə cəzb etdiyinin şahidi oluruq. Onun bir hissəsini özünün sadə baxışı ilə Rassel, olduqca çətin və məfhumu olan digər bir hissəsini isə Sarter fəlsəfəsi təşkil edir. «Qeyburmen» kimi siyasət və iqtisad ziyalıları isə, daim bu sahədə çətinliklərin aradan qaldırılması üçün müxtəlif yollar axtarırlar.

Amma Sarter... özünün arifanə və azadlıq şüarları ilə günah hissi keçirməklə buraxılan səhvləri aradan qaldırmaq istəyir. Rəvvaqilər kimi onun da bərabərliyə, qardaşlığa, azadlığa, dünyəvi hakimiyyətə, ixtiyar və zahidliyə etiqadı vardır.

Sarter qərb dünyasının ziyalısı kimi özünü «ümumbəşər» cərəyanına təslim etməklə, bu iztirablardan yaxa qurtarmaq istəyir. O, humanizmi dinlə dəyişmək və bununla da dünyanın qədim Allahından özünün və başqalarının bağışlanmasını istəyir.

Sarterin humanizm fəlsəfəsinin bariz nümunəsini biz [qəsbkar] İsrail dövləti üçün axıtdığı göz yaşlarında və ərəbləri zülmkarlıqda, xüsusilə Fələstin qaçqınlarını ittiham etməkdə görə bilərik.

Hamı humanizm məktəbinin insan hüquqlarına dair verdiyi şüarlarla yanaşı, onların baş verən cərəyanlara qarşı göstərdikləri təzadlı əksül-əməllərin də şahidi olmuş və olmaqdadır. (Böyük qüdrətlər və demokratiya, insan hüquqları, vicdan azadlığı, ədalət şüarı ilə bağıran qərb dünyasının torpaqları işğal olunmuş məzlum xalqımıza qarşı soyuq münasibətini də buna misal çəkmək olar. Red). Biz bu haqda bir daha geniş izahat verməyə heç bir ehtiyac duymuruq.

İctimai agahlığa istər milli olsun, istər insani, istərsə də sinfi – yaşadığımız əsrdə ziyalı agahlığı adı da verilmişdir.

Ziyalı o şəxsə deyilir ki, bu agahlıqlardan birinə nail olmuş və ictimai əsarətdən yaxa qurtarmaq üçün lazımi fəaliyyətlər göstərmiş olsun.

7. ARİFANƏ AGAHLIQ

İnsanın özü ilə əlaqəli olaraq, özündən agah olmasına «arifanə agahlıq» deyilir. Ariflər belə bir rabitəni insanın yaşadığı cəmiyyətin üzvləri ilə deyil özü, daha dəqiq desək, batini ilə bərqərar etdiyi rabitəyə bənzədirlər. Həqiqət və məcaz arasında bərqərar olan rəbitəni də buna aid etmək olar. Ziyalıdan fərqli olaraq, arifin keçirdiyi hisslər xarici deyil, daxilidir. Yəni keçirdiyi hissiyyatlar birbaşa onun fitrətindən qaynaqlanır. Ziyalının keçirdiyi hisslər xarici olduğu üçün əvvəl onu dərk edir və artıq dərk etdikdən sonra əksül-əməl göstərməyə başlayır. Arifin keçirdiyi hislər isə, batini olduğu üçün xəstəliyə tutulmuş bir kəs öz dərd və ağrılarını hamıdan tez hiss etdiyi kimi onu dərhal öz daxilindən hiss edir.

Arif ilə filosofun keçirdiyi hislər tamamilə eynidir. İstər arif, istərsə də filosof hər ikisi özündə həqiqət ağrısı duyur. Fərq yalnız bundan ibarətdir ki, filosof həqiqəti tanımaq, arif isə tanıyıb orada qərq olmaq istəyir. Filosofun keçirdiyi hislər onu təbiətin övladlarından, bütün canlı və canzıslardan tamamilə fərqləndirir. Çünki təbiətdə mövcud olan varlıqların heç biri bu hissi özündə keçirmir. Arif isə daim özündə eşq və cazibə ağrısı duyur. Bu xüsusiyyət tək heyvanlarda deyil, zatı agahlığa malik olan mələklərdə də mövcud deyildir.

Filosof fitri ehtiyacları ilə həqiqətin nədən ibarət olduğunu bilmək üçün can atır. Arif isə müəyyən mərhələləri keçərək bütün vücudu ilə onu dadmayınca rahatlıq tapmayır. Arif agahlığın ən kamil formasını Allahı dərk etməkdə görür. O, filosofun həqiqi insan haqda [mahiyyətini] irəli sürdüyü nəzəriyyəni qəbul etmir. Başqa sözlə desək, filosofun nəzərdə tutduğu insan, arifin nəzərdə tutduğu insandan bir qədər fərqlidir. Həqiqi varlıq yalnız «Allahdır». İnsan, qarşısındakı maneələri aradan qaldırdıqdan sonra özünün kim olduğunu dərk etmiş olur. Mühyiddin Ərəbi, Fəssi Şueybinin «Füsusul hikəm» adlı kitabında deyir: «Kəlam və hikmət alimləri insanın özünü tanıması haqda çox sözlər demişlər. Amma insanın özünü tanıması bu kimi yollarla hasil olmayır; Hər kim onların, insanın özünü tanımaq barəsində söylədiklərini həqiqət qəbul edərsə, yanıldığını qəbul etməlidir.»

Demək ariflər ruh və canı insanın həqiqi mahiyyəti hesab etmirlər. Həqiqi, başqa sözlə desək, mütləq varlıq Allahın özüdür. Ruh və can isə insanın xarici görünüşü və məzhəridir. İnsan qarşısındakı maneələri dəf edərək fani olduqda, ruh və candan da heç bir əsər əlamət qalmayır. Dənizdən ayrılmış bir qətrə su yenidən dənizə qovuşaraq orada yox olduğu kimi, insan da irfanın son mərhələsində Allaha qovuşaraq orada qərq olur. İrfan nöqteyi-nəzərindən həqiqi agahlıq məhz budur. İnsan artıq özünü hər şeydə və hər şeyi özündə görməyə başlayır. Və yalnız belə olduğu bir halda insan özünü dərk etmiş olur.

8. PEYĞƏMBƏRLİK AGAHLIĞI

Agahlığın bu növü digər agahlıq növləri ilə tamamilə fərqlidir. Peyğəmbər həm ilahi, həm də insani agahlıqlara malik olur. Həm Allahın, həm də insanların istəyini dərk etmiş olur. Amma bu heç də o demək deyildir ki, Peyğəmbər insanların mənəvi sarsıntılarını hiss etməklə tamamilə onlara qapılır, öz Allahını unudur və ya Ona şərik qoşmuş olur. Yəni bir hissəsi Allahda və digər bir hissəsi isə insanlarda olmaqla ikiqütblü, ikicəhətli deyildir. Onun qəlbi insanlarla ünsiyyətdə olmaqla, Allaha ibadətdə rahatlıq tapır. Arzu və hədəfləri Allah və insanlar arasında iki hissəyə bölünməyir. Əhzab surəsinin 4-cü ayəsində bu haqda deyilir:

(Allah bir insanın köksündə iki ürək yaratmamışdır).

Bir ürəklə iki dilbərə sahib olmaq olmaz. Peyğəmbərlər tohid (təkallahlıq) qəhrəmanlarıdır. Onların gördükləri işlərdə, arzu və istəklərində şirkə yol verilməyir. Allahın ad və sifətlərinin təcəllisi olan bütün varlıqları sevir və onlara eşq və məhəbbət gözü ilə nəzər salırlar.

Övliyaların dünyaya olan eşqi həqiqətə olan eşqlərinin nuru və təcəllisidir. İnsansevərlik və onların dərdlərinə şərik olmaq hissi övliyalarda ilahi mənbədən qaynaqlanır. Yeganə hədəf və arzuları varsa da o, insanları son mərhələyə, yəni Allahın haqq dininə hidayət etməkdir.

Peyğəmbərlər hər şeyi Allahı dərk etməkdən başlayır və bu onları Allaha daha da yaxınlaşmağa sövq edir. Onların təkamülə doğru qət etdikləri bu yol «insanlardan Allaha doğru apran yol» adlanır. Keçirdikləri bu hissiyyat onları bir an olsun belə, rahat buraxmayır.

Bu səfər başa çatdıqdan sonra həqiqətlə, həqiqətdə səfər adlanan başqa bir mərhələ başlanır. Burada artıq onlar təkamülün başqa bir mərhələsinə nail olurlar. Övliya burada da dayanmağın nə olduğunu bilməyir. Həqiqəti dərk edərək müəyyən mərhələləri keçdikdən sonra, Allah tərəfindən peyğəmbərliyə təyin olunur və mərhələ baxımından üçüncü – haqdan (Allahdan) insanlara (və ya həqiqətdən insanlara) adlanan yeni səfərə qədəm qoyur. Burada o, bir daha insanlara tərəf qayıdır. Amma bu qayıdış ilk mərhələyə qayıtmaq və ələ gətirdiklərini itirmək mənasında deyildir. O, nail olduğu şeylərlə insanlara tərəf qayıdır və öz Allahından bir an olsun belə ayrılmayır. Bu səfər haqdan insanlara doğru qayıdış da adlanır. Və bu peyğəmbərlərin üçüncü təkamül mərhələsidir. Peyğəmbərlik və ikinci mərhələnin (səfərin) sonunda əldə olunan təkamül, peyğəmbərlərdə ilahi agahlıq və hissiyyatla insanlara qarşı agahlıq və hissiyyatın [məhəbbətin] yaranmasına səbəb olur.

İnsanlara doğru qayıtmaqla təkamülün dördüncü mərhələsinə qədəm qoyur və bu sonuncu mərhələ (səfər) insanlarda həqiqi seyr adlanır. O, insanlar arasında olduğu müddət ərzində onları şəriət vasitəsi ilə haqqa hidayət edir. Və bu sonu bilinməyən ilahi kamala doğru yönələn yoldur. Yəni burada peyğəmbərlər haqq-ədaləti və insani dəyərləri meyar tutaraq bəşəriyyətin yatmış istedadlarını üzə çıxarmış olurlar.

Buradan belə məlum olur ki, ziyalının hədəf hesab etdiyi şey peyğəmbərlər üçün Allaha yaxınlaşmaq üçün qət etdiyi mərhələlərdən birini təşkil edir. Ariflərə gəldikdə isə, onlar özlərini peyğəmbərlərin keçdiyi yolun başlanğıcında durduqlarını iddia edirlər.

İqbal peyğəmbərlik və arifanə agahlığın arasında olan fərqi belə bəyan edir:

«Həzrət Məhəmməd (s) meraca qalxdı və oradan qayıtdı. Əbdül Qüddus Gəngəhi adlı təriqət şeyxlərindən biri deyir:

And olsun Allaha, əgər mən elə bir mərhələyə çatsaydım heç vaxt yerə qayıtmazdım». İqbal sonra deyir: «Bəlkə də sufi ədəbiyyatında bu iki növ agahlığın fərqini bəyan edən belə bir gözəl ifadə tapmaq mümkün olmaz. Arif həqiqətə və irfani agahlığa nail olduqdan sonra, bir daha bu dünyaya qayıtmaq istəmir. Əgər zərurət üzündən qayıdarsa da, onun bu qayıdışı bəşəriyyət üçün bir o qədər də səmərəli olmur. O, qayıdaraq zaman cərəyanına daxil olur və qarşısına, baş vermiş tarixi hadisələri nəzərdən keçirmək, insanların arzuladığı yeni dünya yaratmaq məqsədini qoyur.»

Biz hələlik irfani təfsir və ibarətlər, onların düz olub-olmaması haqda söhbət açmaq istəmirik. Bizə məlum olan budur ki, peyğəmbər hər şeydən əvvəl özündə ilahi dərd hiss edir. O, Allaha doğru ucalır və mənəvi susuzluğunu həqiqət çeşməsi ilə dəf edir. Sonra o, özündə ümumbəşəri dərd hiss etməyə başlayır. Onun keçirdiyi hissiyyatlar adi ziyalının keçirdiyi hissiyyatlarla tamamilə fərqli və müqayisəolunmazdır. Çünki ziyalının keçirdiyi hisslər sadə və bəşəri, peyğəmbərin keçirdiyi hisslər isə əldə etdikləri agahlıqlar kimi dərin və vəsfedilməzdir.

Şəxsiyyəti hamıdan üstün olan və bütün insani dəyərlərə yiyələnən peyğəmbərlər daim cəmiyyət içində olduqları üçün onların mənəvi ağrı və sarsıntılarını hamıdan daha çox dərk edir və sevinc və kədərlərində onlara şərik olurlar.

Tövbə surəsinin 128-ci ayəsində bu mətləbə işarə olunaraq deyilir:

([Ey ümmətim!] Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə, məşəqqətə düşməyiniz ona ağırdır, O, [sizin iman gətirməyinizi] çox istəyir, möminlərə şəfqətli və mərhəmətlidir).

Kəhf surəsinin 6-cı ayəsində deyilir:

([Ya Məhəmməd!] Yoxsa [kafirlər] bu Qurana inanmasalar, [səndən üz döndərib getdiklərinə görə] arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!)

İnsanların aclığından, kasıbçılıqlarından, məhrumiyyətlərindən mənəvi sarsıntı keçirən və müsəlman məntəqələrinin bir guşəsində kiminsə aclıqdan əziyyət çəkdiyini nəzərə alan Peyğəmbər (s) gecələrinin bir çoxunu ac yatırdı.

Əli (ə), Osman ibni Huneyfə yazdığı məktubların birində bu mətləbə işarə edərək buyurur:

(Nəfsimin mənə güc gəlməsindən və tamahkarlıq üzündən yemək-içməyə meyl etməkdən Allaha pənah aparıram. Hicaz və Yəməndə kiminsə ac qalması mənim üçün çox ağır gəlir. Ətrafımda aclıqdan və susuzluqdan əziyyət çəkən insanları gördüyüm bir halda günlərimi tox qarınlamı başa vurum?!)

Amma bütün bunları adi insanların bir-birlərinə qarşı bəslədikləri sadə ürək ağrısı və mehribançılıqlarla müqayisə etmək olmaz. Peyğəmbər, bu ilahi məqama təyin olunmazdan əvvəl sair insanlar kimi hamının keçirdiyi hisləri keçirir və lazım gəldikdə hamı kimi o, da qarşılaşdığı cərəyanlara qarşı öz əksül-əməlini göstərirdi. Peyğəmbərliyə təyin olunduqdan sonra isə, vücudunda ani dəyişikliklərin baş verdiyini və qəlbində ilahi nurun şölələndiyini hiss etməyə başlayır.

Peyğəmbərlərin qurduğu cəmiyyət, ziyalıların qurduğu cəmiyyətdən bir çox xüsusiyyətlərlə fərqlənir. Ən mühüm fərqlərdən biri bundan ibarətdir ki, peyğəmbər bəşəriyyətin yatmış fitri istedadlarını oyadaraq onlara yeni şüur və agahlıq verir.

Peyğəmbər özünü «muzəkkir» – yəni xəbər verən, agah edən adlandırır və insanda bütün varlıq aləminə qarşı xüsusi diqqət yaradır. Onun özünə olan agahlığını ümumbəşəri agahlığa çevirir. Amma ziyalı isə ən çoxu onların fərdi agahlığını ictimai agahlığa, milli və ya sinfi mənafeyə çevirir.



Geri  
Go to TOP