A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Nəssin müqabilində ictihad
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Buradan Əli (əleyhissalam)-ın necə böyük məqamda olduğu gözəl şəkildə aydın olur. Amma əgər Peyğəmbər elə birinci dəfə Əli (əleyhissalam)-ı sərkərdə təyin edib göndərsəydi, belə nəticələr alınmazdı (Əli (əleyhissalam)-ın başqalarından üstünlüyü o qədər də məlum olmazdı.)

Bəzən də müəyyən bir şəxsi mühüm bir işə göndərirdi, hamı təəccüblənirdi. Allah vəhy göndərirdi ki, bu işi sən və ya səndən olan bir kəsdən başqası yerinə yetirə bilməz.

Bunu “Bəraət” surəsinin Məkkəyə göndərilməsində gördük. Belə ki, Əli (əleyhissalam) Əbu Bəkrin yerinə bu surəni Məkkəyə aparıb böyük həcc günündə müşriklərə qiraət etdi.

(51) PEYĞƏMBƏRİN ÜHÜDDƏ ƏBu SÜFYANA CaVAB VERMƏyi QADAĞAN ETMƏSİ

Ühüd müharibəsində Peyğəmbəri Əkrəm səhabələrdən 700 nəfərlə birlikdə Ühüd dərəsinə daxil oldu və arxada dağ olmaqla öz cərgələrini möhkəmlətdi. Müşriklər isə 3000 min nəfər idi. Aralarında 700 nəfər zirehli paltar geymişdi, iki yüz nəfər atlı, on beş nəfər qadın var idi.

Müsəlmanların qoşununda 200 nəfər zirehli paltar geymişdi, iki nəfər atlı idi. Hər iki qoşun müharibəyə ciddi hazırlaşırdı. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Mədinə ilə üzbəüz dayanmışdı, qoşunun arxası Ühüd dağına tərəf idi. 50 nəfər ox atan dağın başındakı yarıq yerdə qoymuşdu ki, Əbdüllah ibni Cübeyrin sərkərdəliyi ilə düşmən qoşununun hücumunun qarşısını arxa tərəfdən alsınlar.

Peyğəmbər Əbdüllah ibni Cübeyrə buyurdu: Düşmən süvarilərini bizdən uzaqlaşdır ki, arxadan bizə həmlə etməsinlər. Siz öz yerinizdə qalın. Biz qələbə də çalsaq, məğlub da olsaq, siz öz yerinizi tərk etməyin. Çünki yalnız bu yarıqdan təhlükə gözlənilir.

Bu zaman Təlhə ibni Osman düşmən qoşunundan irəli çıxıb dedi: Ey Muhəmmədin səhabələri! Siz inanırsınız ki, əgər bizi öldürsəniz, biz cəhənnəmə gedəcəyik, əgər siz bizim əlimizlə öldürülsəniz, behiştə gedəcəksiniz. Sizdən bir kəs varmı, mənim qılıncımla behiştə getsin, yaxud öz qılıncı ilə məni cəhənnəmə göndərsin?

İbni Əsir yazır: Əli ibni Əbi Talib onun qarşısına çıxıb güclü bir zərbə ilə onun ayağını qırdı və yerə sərdi. Bu zaman onun paltarı qalxdı və ovrəti göründü. O, Həzrətə yalvarıb and verdi, Əli (əleyhissalam) ondan əl çəkdi. Çünki bilirdi ki, o bir az çabaladıqdan sonra cəhənnəmə vasil olacaqdır.

Bu zaman Peyğəmbər təkbir deyərək buyurdu: Ləşkərin qəhrəmanı öz işini gördü!

Müsəlmanlar da Peyğəmbərə baxıb təkbir dedilər. Sonra Həzrət soruşdu: Ya Əli, nə üçün onu buraxdın və öldürmədin?

Əli (əleyhissalam) dedi: Məni qohumluğumuza and verdi, mən də utandım ki, onu təqib edim.

Əli (əleyhissalam) bundan sonra müşriklərin bayraqdarlarına hücum etdi və onları bir-bir qətlə yetirdi. İbni Əsir və sair tarixçilər yazırlar: Müsəlmanlar müşriklərin bayraqdarlarını öldürdülər və onların bayrağı yerə düşdü. Onu qaldırmaq üçün heç kəs cür”ət edib qabağa çıxmırdı. Nəhayət Əlqəmə Harisin qızı Ümrə onu götürüb qaldırdı. Bunu görən müşriklər yenidən onun ətrafına yığışdılar.

Sonra Bəni-Əbdüddarın qulamı Sov”əb onu götürdü. O da güclü pəhləvanlardan biri idi. Amma çox keçmədi ki, o da öldürüldü. Əbu Rafe deyir: Bayraqdarları qətlə yetirən–Əliyyibni Əbi Talib idi.

O iki qoşun arasında güclü müharibə başlandı. Hamıdan artıq Əli, Həmzə, Əbu Dücanə Ənsari döyüşüb ağır həmələrə məruz qalırdılar. Nəhayət müşriklərə qələbə çaldılar Qadınlar da qaçıb dağa dırmaşırdılar. Müsəlmanlar meydana dolub qənimətləri yığmağa başladılar. Dağın başındakı ox atanlar İslam ordusunun qənimət yığdığını gördükdə bu işi həmin yerdə dayanmaqdan üstün hesab edərək Peyğəmbərin təkidli tövsiyələrini unutdular.

Xalid ibni Vəlid orada dayananların azlığından xəbər tutduqda onlara həmlə edib hamısını məğlub etdi, daha sonra öz ordusu ilə arxadan İslam ordusuna həmlə etdi. Bu zaman fərari müşriklər də gəlib onlara qoşuldular və müsəlman ordusunu mühasirəyə aldılar. Təkbətək döyüş başlandı, müsəlmanlardan yetmiş nəfər, o cümlədən, Peyğəmbərin əmisi “Allahın şiri” Həmzə ibni Əbdül Müttəlib şəhadətə yetişdi.

Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) o ağır döyüşdə çox rəşadətlə vuruşurdu, o qədər ox atdı ki, oxlar qurtardı və kamanı da sındı. Həzrətin alnı və üzü yaralandı, dişləri sındı və dodağı parçalandı. Bu zaman İbni Qüm”ə öz qılıncını siyirib Peyğəmbərə hücum etdi.

Əli (əleyhissalam) Peyğəmbərin ətrafında pərvanə kimi dolanıb qılınc vururdu. Ənsardan beş nəfər Peyğəmbəri müdafiə edərkən şəhid oldu. Əbu Dücanə Ənsari Peyğəmbərin qabağında qalxan kimi dayanmışdı və öz kürəyini Peyğəmbərə atılan oxlara hədəf edir, bu oxların Peyğəmbərə dəyməsinin qarşısını alırdı.

Müs”əb ibni Ümeyr (Peyğəmbərin mübəlliği idi və Mədinədə o Həzrətin vasitəsi ilə müsəlman olmuşdu) o qədər vuruşdu ki, axırda şəhid oldu. İbni Qüm”ə onu qətlə yetirdi və güman etdi ki, Peyğəmbəri öldürmüşdür, buna görə də Qureyş başçılarının yanına qayıdıb dedi: Muhəmmədi öldürdüm!

Camaat arasında “Muhəmməd öldürülüb” deyə şayiə yayıldı. Müsəlmanlar bu xəbəri eşidən kimi qaçmağa üz qoydular. Peyğəmbəri sağ görən ilk şəxs Kə”b ibni Malik idi. O deyirdi: Ey müsəlmanlar, Peyğəmbər sağdır, öldürülməyib! Amma Peyğəmbər ona işarə etdi ki, sakit olsun, düşmənlər bu sözü eşidib ona yenidən hücum etməsinlər. Bu zaman Həzrət Əli (əleyhissalam) ətrafında qalanlarla birlikdə Peyğəmbəri bir dərəyə aparıb orada gizlətdilər. Əli (əleyhissalam) və onun ətrafındakılar qılınc vurur və Peyğəmbəri canla-başla müdafiə edirdilər.

Məhəmməd ibni Cərir Təbəri, İbni Əsir və s. kimi tarixçilər yazmışlar ki, Peyğəmbəri Əkrəm həmin sığınacaqda olduğu zaman bir dəstə müşriki gördü və Əli (əleyhissalam)-a buyurdu: “Onlara həmlə et!” Əli (əleyhissalam) da həmlə etdi, onların cərgələrini dağıdıb, bəzilərini də öldürdü.

Sonra Həzrət başqa bir dəstəni görüb Həzrət Əliyə buyurdu: Onlara da həmlə et! Əli (əleyhissalam) da acıqlı bir şir kimi onlara həmlə edərək onları dağıdır və öldürürdü. Cəbrail onlara nazil olub səsləndi: Ya Rəsuləllah, fədakarlıq, bax budur! Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Bəli, Əli məndən, mən də Əlidənəm.

Cəbrail dedi: Mən də sizinləyəm. Bu zaman göydə belə bir səs eşidildi:

“La fəta illa Əli, la seyfə illa Zulfəqar–Əlidən başqa comərd, Zülfüqardan başqa qılınc yoxdur!”

Əli (əleyhissalam) su gətirib Peyğəmbərin yaralarını yuyurdu, lakin qan dayanmaq bilmirdi. Nəhayət Fatimeyi Zəhra bir həsir parçasını yandırıb külünü Peyğəmbərin yaralarına tökdü, qan dayandı. Fatimə (əleyha salam) qollarını Peyğəmbərin boynuna salıb yaralı atasını öpür və ağlayırdı.

Əbu Süfyanın arvadı Hind və sair Qureyş arvadları müsəlman şəhidlərinin bədən üzvlərini kəsib doğrayırdılar. Onlar şəhidlərin qulaqlarını, burun-larını, əl və ayaq barmaqlarını və sair bədən üzvlərini kəsib özlərinə boyunbağı və bilərzik düzəldirdilər. Hind özünün qiymətli qızıl bilərziyini və boyunbağısını Həmzəni öldrdüyü üçün Cübeyr ibni Müt”imin qulamı Vəhşiyə bağışladı, sonra Həzrəti Həmzənin sinəsini yararaq ciyərini çıxarıb çeynəməyə başladı.

Bu zaman Əbu Süfyan dağa qaçmış müsəlmanlara xitab edərək ucadan səsləndi: Muhəmməd sizin aranızdadırmı?

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Ona cavab verməyin.

Əbu Süfyan yenə səsləndi: Ey Ömər, biz Muhəmmədi öldürmüşükmü?

Ömər dedi: Allaha and olsun, o hal-hazırda sənin səsini eşidir!

Müəllif:

Bizim məqsədimiz də elə Ömərin-Əbu Süfyana cavab verməyin qadağan olunmasına baxmayaraq-öz rəyinə əməl etməsi idi. Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in Əbu Süfyan və sair müşriklər tərəfindən təhlükəsizliyi təmin olunmamışdı, əgər Peyğəmbərin sağ olduğunu bilsəydilər, ona həmlə edə bilərdilər. Buna görə də Həzrət göstəriş vermişdi ki, ona cavab verməsinlər. Lakin Ömər Həzrətin buyuruğuna əhəmiyyət vermədi, o, Peyğəmbərin canının qorunması fikrində deyildi, ona görə də Əbu Süfyana cavab verdi.

(52) ÖMƏRİN İCaZƏSİZ AXTARIŞ APARMaSI

Mütəal Allah buyurur:

“Ey iman gətirənlər, gümanların çoxundan uzaq olun. Çünki gümanlardan bəziləri günahdır. (Həmçinin, bir-biriniz barəsində icazəsiz) axtarış aparmayın və bir-birinizin qeybətini etməyin. Heç xoşlayarsınızmı ki, ölü qardaşınızın ətini yeyib narahat olasınız? Allahdan qorxun, həqiqətən Allah tövbələri qəbul edən və rəhimlidir.”[303]

Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunan səhih bir hədisdə deyilir: “Bəd güman etməyin, çünki bəd güman hər danışıqdan daha yalandır. Bir-biriniz barəsində icazəsiz axtarış aparmayın, baha satmayın, həsəd etməyin, düşmənçilik, kin-küdurət yaratmayın, Allah bəndələri ilə qardaş olun.”

Amma Ömər öz xilafəti dövründə öz mənfəətinə olduğu üçün icazəsiz camaatın evlərinə girib axtarış aparırdı. Çünki bu iş onun dövlətinin məsləhətinə idi. O, gecələr gəzir və camaatın barəsində axtarış aparırdı.

Gecələrin birində Mədinənin küçələrində gəzərkən bir evin içərisində kişinin oxumasını eşitdi. Dərhal divardan aşaraq o evin həyətinə düşdü. Gördü ki, bir kişi, bir qadın və yanlarında şərab vardır. Ömər qəzəblənib dedi: Ey Allahın düşməni! Güman edirsən ki, Allah sənin bu günahını örtəcək?

O kişi dedi: Mənim barəmdə fikirləşmədən mühakimə yürütməyə tələsmə! Mən bir xəta etmişəmsə, sən üç xəta etmisən: birincisi budur ki, Allah-taala buyurur:

«, “İcazəsiz bir-birinizin barəsində axtarış aparmayın.” Amma sən Allahın bu əmrini pozub axtarış aparmısan.

İkincisi: Allah-taala buyurur:

“Evlərinizə qapıdan daxil olun.” Amma sən divardan aşmısan.

Üçüncüsü: Allah-taala buyurur

“Evlərə daxil olanda ev əhlinə salam verin.” Lakin sən salam vermədin.

Ömər dedi: İndiyə qədər yaxşı bir iş görmüsənmi ki, səni əfv edim?

Dedi: Bəli.

Ömər də onu bağışlayıb evindən çıxdı.[304]

Sədidən rəvayət olunmuşdur ki, bir gecə Ömər ibni Xəttab Əbdüllah Məsud ilə birlikdə evdən çıxdı. Uzaqdan, bir evdən işıq görüb ora yaxınlaşdı. Evə daxil olub Əbdüllah ibni Məsudu çöldə saxladı. Ömər gördü ki, qoca bir kişi oturub, yanında da bir şərab camı vardır. Bir qadın da onun üçün mahnı oxuyur. Kişinin heç nədən xəbəri olmadığı halda Ömər onların yanına gəlib dedi: Bundan da rüsvayçı mənzərə görməmişəm: ölüm ayağında olan qoca bir kişi gör necə də çirkin əmələ mürtəkib olur!

Qoca başını qaldırıb dedi: Düz deyirsən, amma sənin əməlin mənim əməlimdən də çirkindir. Çünki sən icazəsiz axtarış aparmısan. Halbuki Allah-taala bu işi qadağan etmişdir və sən icazəsiz başqasının evinə daxil olmusan.

Ömər dedi: Düz deyirsən.

Sonra əllərini qoynuna qoyub ağlar halda evdən çıxdı və dedi: Ömərin anası matəmində otursun!

Bir müddət həmin qoca kişi Ömərin məclislərində iştirak etmədi. Amma sonralar gizli şəkildə gəlib məclisin bir guşəsində əyləşirdi. Bir dəfə Ömər onu görüb dedi: O kişini mənim yanıma gətirin.

Ona dedilər ki, xəlifə səni istəyir. O, cəzalan-dırılacağını fikirləşən halda Ömərə tərəf gəldi. Ömər dedi: Yaxına gəl. O da yaxınlaşdı, Ömər yenidən dedi: Yaxına gəl.

Sonra Ömər onun qulağına dedi: Allaha and olsun, səndən gördüyüm şeyləri heç kimə, hətta mənimlə oraya gələn İbni Məsuda da deməmişəm.[305]

Şə”bi deyir: Ömər öz dostlarından birini itirmişdi. Əbdürrəhman ibni Ovfa dedi ki, mənimlə gəl, filankəsin evinə gedək, görək oradadırmı, yoxsa yox. O şəxsin evinə çatdıqda gördülər ki, evin qapısı açıqdır. özü oturmuşdu, arvadı da qabdakı içməli şeydən süzüb ona içirdir.

Ömər Əbdürrəhmana dedi: O şərab içdiyinə görə bizim yanımıza gəlməmişdir.

Əbdürrəhman dedi: Sən haradan bilirsən ki, o qabdakı şərabdır?

Ömər dedi: Qorxursan ki, mənim işim icazəsiz axtarış və qadağan olunmuş işlərdən olsun?

Əbdürrəhman dedi: Bəli, bu icazəsiz axtarışdır.

Ömər dedi: Bu işin tövbəsi nədir?

Əbdürrəhman dedi: Budur ki, burada gördüklərini heç kimə deməyəsən.[306]

Müsəvvər ibni Müxrimə Əbdürrəhman ibni Ovfdan nəql edir ki, o, bir gecə Ömər ibni Xəttabla Mədinə küçələrində gəzirdilər. Bir evdən çıraq işığı gəlirdi. Onun ardınca gedirlər, yaxınlaşdıqda görürlər ki, qapı bağlıdır və içəridən bir dəstə camaatın qarışıq səsləri gəlir.

Ömər Əbdürrəhmanın əlindən tutub dedi: Bu, Rəbiə ibni Üməyyənin evidir. Onlar hal-hazırda şərab içirlər. İndi nə etməliyik?

Əbdürrəhman dedi: Deyəsən, biz elə yerə gəlmişik ki, Allah bizim həmin yerə gəlməyimizi qadağan etmişdir. Çünki biz icazəsiz axtarış aparmışıq.

Ömər də oradan getdi və onlarla heç bir işi olmadı.[307]

Tavus Yəmani deyir: Bir gecə Ömər eşiyə çıxmışdı. Bir evin yanından keçəndə gördü ki, camaat şərab içirlər. Ömər dedi: Fisq, günah, günah!

Evdəkilər cavab verdi: Allah sənin bu işini qadağan etmişdir!

Ömər oradan qayıtdı və onlarla işi olmadı.

Əbu Qülabə deyir: Ömərə xəbər verdilər ki, Əbu Möhcəm Səqəfi dostları ilə birlikdə şərab içir. Ömər gəlib evə daxil oldu. Əbu Möhcəm dedi: Ey möminlərin əmiri, bu iş sənin üçün caiz deyildir! Çünki Allah sənin icazəsiz axtarış aparmağını qadağan etmişdir.

Ömər Zeyd ibni Sabitdən və Əbdürrəhman ibni Ərqəmdən bu barədə soruşdu. Onlar dedilər: Ey möminlərin əmiri, o düz deyir!

Ömər də onları boşladı.

Müəllif:

Hər kəs Ömərin camaatın işləri və evləri barəsində icazəsiz axtarış aparmasına dair nəql olunan rəvayətləri diqqətlə araşdırsa, Ömərin bu işə nə qədər əhəmiyyət verdiyini və onu icra etmək üçün nə qədər səy etdiyini görəcəkdir.

Ömər belə güman edirdi ki, şəriət cəza qanunları hakimin onu isbat etmək üçün buraxdığı səhv və xəta ilə bağışlanır. Buna görə də müqəssirlər üçün ilahi cəza qanunlarını tətbiq etmədi, onların heç birinə əzab-əziyyət də vermədi. Biz başa düşə bilmirik: xəlifə onun icazəsiz axtarış aparmasının günahkarların günah əməllərində daha da ürəklənmələrindən və inadkar olmalarından başqa bir təsiri olmayan işə necə razı olur? özü də bu günahkarlar öz rəhbərlərinin onların əməlləri barəsində səhlənkarlıq göstərdiyini gördükdən sonra!

(53) ÖMƏRİN QADINLARA MEHRİYYƏ TƏYİN OLUNMaSINDAKI BİDƏTİ

Qadına mehriyyə vermək vacibdir. Mehriyyə elə şeylərdən olmalıdır ki, o, müsəlman kişinin ixtiyarında olsun. İstər hal-hazırda mövcud olsun, istər borcla və ya mənfəətlə. Onun miqdarı da ər-arvad arasında razılaşma ilə təyin olunur. Mehriyyənin vacibliyi onun çox və ya az olmasından asılı deyildir. Bu şərtlə ki, onun azlığı maliyyə sayılacaq qədərdən az olmasın. (Məsələn, bir buğda dənəsi kimi.) Əlbəttə, müstəhəbdir ki, onun miqdarı 500 dirhəmdən çox olmasın. Ömər qərara almışdı ki, mehriyyənin artırılmasının qarşısını alsın, insan nəslinin artımına səbəb olan evlənmə məsələsini yüngülləşdirsin və nəticədə cavanlar haram işlərə düşməkdən amanda qalsınlar. Çünki Peyğəmbəri Əkrəm buyurmuşdur ki, evlənən şəxs dininin üçdə birini qoruyub saxlamış olur.

Ömər bu məqsədlə bir gün minbərdə dedi: Mənə xəbər çatmasın ki, hansısa qadının mehriyyəsi Peyğəmbərin arvadlarının mehriyyəsindən çoxdur. Əks halda ondan çox olan miqdarı qaytaracağam.

Bu zaman bir qadın ayağa qalxıb dedi: Belə bir haqqı Allah sənə verməmişdir. Allah-taala buyurur:

“Əgər bir arvadı boşayıb onun yerinə başqa arvad almaq istəsəniz və əvvəlki qadına çoxlu mal-dövlət mehriyyə təyin etmiş olsanız, əlbəttə onun mehriyyəsindən bir şey geri almamalısınız. Yoxsa qadına töhmət vurmaqla ondan mehriyyəni alırsınız? Bu, böyük günahdır və bu işin çirkinliyi aşkardır. Mehriyyəni onlardan necə (geri) ala bilərsiniz, halbuki hər kəs öz haqqına çatmışdır? Belə qadınlar da mehriyyəni ər-arvadlıq əqdi və möhkəm əhd müqabilində sizdən almışlar.”[308]

Bu sözləri və ayəni eşidən Ömər verdiyi hökmdən döndü və dedi: Məgər təəccüb etmirsiniz bir rəhbərdən ki, özü səhv etdi və düzgün yol gedən bir qadın onunla mübahisə edib sizin rəhbərinizə qalib gəldi?!

Başqa bir rəvayətə görə dedi: Hər bir kəs Ömərdən biliklidir. Siz kişilər bu sözü məndən eşitdiniz və heç bir irad tutmadınız. Nəhayət sizin qadınlarınızdan düşüncəli və fərasətli bir qadın mənə irad tutdu!

Başqa bir rəvayətə görə bir qadın ayağa qalxıb dedi: Ey Xəttabın oğlu! Bu haqqı Allah bizə verib, sən isə onu qadağan edirsən?

Sonra yuxarıdakı ayəni oxudu. Ömər dedi: Hər kəs Ömərdən biliklidir.

Sonra öz hökmündən döndü.

Fəxr Razi bu rəvayəti həmin ayənin təfsirində nəql etmişdir,[309] amma o, iki böyük səhvə–həm qələm səhvinə, həm də əqli səhvə yol vermişdir. O deyir: “Mənim nəzərimcə bu ayə qadınların mehriyyəsinin verilməsinə əsla dəlalət etmir.” O, bu sözlə Öməri müdafiə, həmin qadının sözlərini isə batil etmək istəmişdir.

Lakin o, bu işində heç nəyə diqqət yetirmədən öz axmaqlığını aşkar etmişdir. Mütaliə əhli onun sözlərinə müraciət etsələr, onun səfehliyini görərək heyrətə dalacaqlar.

Əbul Fərəc ibni Covzi “Ömər ibni Xəttabın tarixi” adlı kitabının 150-ci səhifəsində Əbdüllah ibni Müs”əbdən və sairləri ibni Əcdə”dən nəql etdikləri rəvayətdə Ömər ibni Xəttabın qadınların mehriyyəsini məhdudlaşdırmaqda xəta etdiyini, habelə yuxarıda qeyd olunan qadının ona irad tutmasını, Ömərin də öz fikrindən dönərək xətasını etiraf etməsini və qadının doğru deməsini təsdiq etmişlər.

Müəllif:

Sünnü alimləri bu və bu kimi hədisləri Ömərin insafına və etirafına dəlil gətirmişlər. Nə çox hadisələr olmuşdur ki, Ömər kişilərlə, qadınlarla və ümumxalq kütlələri ilə bu cür rəftar etmişdir. Sünnü alimləri bunların hamısını Ömərin insaflığına dəlil gətirmişlər!! Ömər hər zaman təəccüblü söz və ya iş müşahidə etsəydi, bəzən sevinərdi. Belə ki, Peyğəmbərlə onun arasında olan hadisələrdə bunu gördük.

Buxari Əbu Musa Əş”əridən belə rəvayət edir: Peyğəmbərdən elə şeylər soruşurdular ki, o narahat olurdu. Çünki bu suallar ağlasığmaz və Peyğəmbərin şə”ninə yaraşmayan suallar idi. Onlar lazımsız şeylərdə öz suallarını israr etdikdə Həzrət qəzəbləndi.

Sonra camaata buyurdu: Yaxşı suallar verin!

Bununla da onları ədəbləndirmək istədi. Amma onların öz yersiz suallarından xəcalət çəkdiklərini gördükdə yenidən lütf və mehribançılıq nəzəri ilə buyurdu: (Eybi yoxdur) soruşun.

Bu zaman Əbdüllah ibni Xüzafə soruşdu: Ya Rəsuləllah, mənim atam kimdir?

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Sənin atan Xüzafədir.

Sə”d ibni Salim ayağa qalxıb dedi: Ya Rəsuləllah, mənim atam kimdir?

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Sənin atan Əbu Şeybənin qulamı Salimdir.

Bu suallar ona görə verilirdi ki, camaat bu iki şəxsin atasının kim olması barəsində şəkk edirdilər. Ömər Peyğəmbərin qəzəbləndiyini gördükdə dedi: Ya Rəsuləllah! Biz səni qəzəbləndirən suallar verdiyimiz üçün Allah dərgahında tövbə edirik.

Amma görəsən, Xüzafəni Əbdüllahın atası və Salimi Sə”din atası bildiyi üçün xoşhal oldumu?

“Səhihi-Buxari”də Ənəs ibni Malikdən də belə nəql olunub: Əbdüllah ibni Xüzafə Peyğəmbərdən soruşdu: Mənim atam kimdir?

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Sənin atan Xüzafədir.

“Səhihi-Müslüm”də rəvayət olunmuşdur ki, Əbdüllahın atasını başqa şəxs hesab edirdilər. Anası onun Peyğəmbərdən belə sual soruşduğunu eşitdikdə dedi: Anasına qarşı səndən də çox ağ olan bir şəxs görməmişəm! Sən güman edirsən ki, anan cahiliyyət dövrü qadınlarının etdikləri çirkin əməllərə mürtəkib olmuşdur?! Bununla da məni camaat içində rüsvay etmək istəyirsən?

Bu zaman Peyğəmbərin qarşısında dizləri üstündə oturan Ömər ayağa qalxdı və Peyğəmbərin Əbdüllahın anasının sözünü təsdiq etməsindən son dərəcə təəccüb edərək dedi: Razı olduq ki, məbudumuz yeganə Allah, dinimiz İslam və Peyğəmbərimiz Muhəmməd olsun!

Ömər bu sözləri elə bir halda deyirdi ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) cahiliyyət dövründə qadınların çirkin əməllərinin çoxunun üstünü örtmüş və İslamı qəbul etdiklərinə görə onları bağışlamışdı. Çünki İslam keçmiş əməlləri örtür və heç birini nəzərə almır.

Bu hədis “Səhihi-Buxari”də “Rəhbərin qarşısında dizləri üstündə oturan şəxs” bölməsində və ondan da əvvəl Əbu Musa Əş”ərinin “Səhihi-Buxaridə nəql olunan hədisində (1-ci cild, səh.19) mövcuddur.

(54) ÖMƏRİN VASİTƏSİ İLƏ ŞƏRİ CƏZA QANUNLARInIn DƏYİŞDİRİLMƏSİ

Məsələ belə olmuşdu: Hatib ibni Bəltəənin qulamları Müreynə qəbiləsindən olan bir nəfərin dəvəsini oğurlamaqda iştirak etmişdilər. Oğruları Ömərin yanına gətirdilər, hamısı öz əməllərini etiraf etdilər. Ömər də Kəsir ibni Sələtə göstəriş verdi ki, onların əllərini kəssin. Amma bu hökmü verən zaman onların sahiblərinin oğlu Əbdürrəhman ibni Hatibi çağırdı və dedi: Allaha and olsun! Əgər sizin bunlardan bəhrələnməyiniz olmasaydı və onları ac saxlamasaydınız, mütləq göstəriş verərdim ki, onların əllərini kəssinlər. Allaha and olsun, bu işi etmədim, amma onun əvəzində səndən elə ağır məbləğdə cərimə alacağam ki, o, belini sındıracaqdır.

Müəllif:

Bəlkə də Ömərin Hatibin qulamlarına icra edilməli olan şəriət hökmünü ləğv etməsinin səbəbi bu ola bilər ki, mümkündür ki, bu oğurluq naçarlıq üzündən baş vermiş olsun. Çünki Allah-taala buyurur:

“(Bir kəs) İnadkarlıq və təcavüz (məqsədi) olmadan müəyyən bir (günah) işə məcbur olsa, ona günah yoxdur.”

Onlar da acından ölməmək üçün bu işə əl atmış olsunlar.

Amma göründüyü kimi, onlar öz oğurluqlarını etiraf etdilər və bu əməl sübuta yetdi. Amma onlardan heç biri demədi ki, bu işi məcburiyyət və naçarlıq üzündən görmüşlər. Əgər onların bu iddianı etmələrini fərz etsək, onda lazım gəlir ki, hakim öz müddəasını isbat etmək üçün onlardan şahid və dəlil istəsin. Amma bu işi Ömərdə görmədik. Yalnız bunu gördük ki, Ömər onlara qarşı mehr-məhəbbət göstərir. Bunun əksinə olaraq Hatibin oğlunun cərimə verməsi məsələsinə çox ciddi yanaşır. Amma məlum deyildir ki, Ömər Hatibin ailəsinin onları ac saxlamasını haradan bilmişdir?!

(55) ÖMƏRin QANUNSUZ DİYƏ ALMasI

Yəmən əhalisindən bir qrupu öz aralarında mövcud ixtilafları həll etmək üçün Əbu Xəraş Həzəlinin yanına gəldilər. (O, şair idi.) Əbu Xəraş gecə ikən su tuluğunu götürüb qonaqlar üçün su gətirməyə getdi. Su tuluğunu doldurub gəlmək istəyəndə yolda ilan onu vurdu. O təcili olaraq suyu gətirib onlara verdi və dedi ki, kəsdiyim qoyunun ətini özünüz bişirib yeyin, amma onu ilan vurduğunu onlara demədi. Onlar əti bişirib yedilər. Sübh açılanda gördülər ki, Əbu Xəraş can üstündədir. O, can verən halda ilan vurduğunu şerlə onlara başa saldı və bildirdi ki, çəkdiyi əzab-əziyyət ilan vurması nəticəsindədir:

Qonaqları onu dəfn etdilər. Bu xəbər Ömərə çatdıqda bərk qəzəblənib dedi: Əgər sünnətin icra olmamasından qorxmasaydım, hökm verərdim ki, heç bir yəmənlini qonaq kimi qəbul etməyin.

Sonra bu hökmü İslam dünyasının hər yerinə elan etdi və Yəməndəki hakiminə yazdı ki, Əbu Xəraşın qonaqlarını tutsun, diyəsini (qan pulunu) onlardan alsın. Bu əməli cübran etmək üçün onlara əzab-əziyyət, işgəncə versin.

(56) SÜBuT olunmamIş ZİNA ÜÇÜN CƏZA

Məhəmməd ibni Sə”d “Təbəqat” adlı kitabının 3-cü cildinin 205-ci səhifəsində mötəbər sənədlərlə qeyd edir ki, bir nəfər Ömərin yanına gəlib öz xurcununu boşaltdı, içindən bir yazılı kağız çıxarıb ona verdi. Ömər onu alıb oxumağa başladı. Bu kağızda bir neçə beyt şer var idi ki, o şerlərdə “ÓSəlim” qəbiləsindən olan Cö”də adlı bir kişinin ərəb qəbilələrindən olan cavan qadınlara təcavüz etməsi yazılmışdı. Həmçinin qeyd olunmuşdu ki, o, cavan qadınları tutub evində saxlayır və onlardan ləzzət alır.

Ömər məktubu oxuyub dedi: Cö”dəni bura gətirin.

Elə ki, onu gətirdilər, əmr etdi, qollarını zəncirlədilər və yüz şallaq vurdular. Sonra əmr etdi ki, ehtiyatlı olsunlar, o, əri evdə olmayan qadınların yanına getməsin.

Müəllif:

Bu şerlərə istinad edərək cəza qanunlarının tətbiq edilməsinə heç bir əsas yox idi. Çünki nə o şerləri deyən, nə də onu göndərən məlum deyildi. Bundan əlavə, Bəni-Sə”d Əsləm, Cühəynə və Ğəffar qəbiləsinin qadınlarına qarşı həddini aşmış Cö”də barəsində xəlifənin ciddiyyətindən başqa bir şeyi çatdırmır.

Bu şerdə deyilirdi:

Cö”də onları çağırıb həbs edirdi ki, onlardan ləzzət alsın. O qadınlar da bir müddət orada qalandan sonra həya və iffətləri aradan gedirdi.

Bu, Cö”dəyə aid edilən şerin mənası idi. Şəriət baxımından onun zina etməsi sübut olunmamışdı. Və əgər onun bu işi (yəni qadınları evə aparmağı) sübut olunsaydı (zina etməyi deyil) onda o şeylər ilahi cəzalara səbəb olmazdı. Onu nəzarət altında saxlamalı və ədəbləndirməli idilər.

Bəlkə də xəlifənin məqsədi belə olmuşdur! Amma onun bu işini Müğeyrət ibni Şöbənin aşkar zina etdiyi zaman daş-qalaq etməmək üçün bəhanə gətirməsi ilə necə müqayisə etmək olar?!

(57) MüĞEYRƏ İBNİ ŞÖBƏ ZİNA EdƏrkƏn CƏZA QANUNLArI lƏğv edildi

Bu mövzu Müğeyrə ibni Şöbənin Əmrin qızı Ümmü Cəmil ilə etdiyi zina ilə əlaqədardır. O, Qeys qəbiləsindən olan bir qadın idi. (Bu hadisə ərəb tarixində ən məşhur hadisələrdən biridir.) Hicrətin 17-ci ilinin hadisələrini yazan hər bir tarixçi bunu qeyd etmişdir.



Geri   İrəli
Go to TOP