A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (2)
Müəllif: Qüdrətullah Məşayixi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Beşinci: Camaat namazı qılınması sayəsində, namaz qılanların bir-birinə şəhadət vermələri və alış verişdə inanıb e`timad etmələri.

Altıncı: Camaat namazının ilk vaxda bərpa olunmasına görə Allaha yaxın olub, duaların qəbul olunması.

Yeddinci: Camaat namazında insan bütün maddi aləmə olan meyillərindən ayrılıb, "Təkbiratul-ehram" deməklə, Allahdan başqa hər şeyi arxada qoyub, yalnız, Allaha təvəccö etməsi.

Səkkizinci: Camaat namazları səbəb olur ki, məscid və ibadətgahlar düzəldilsin. Bu da, həm zahiri, həm də batini düzəlişdir.

Doqquzuncu: Namaz qılanların bir-birindənxəbərdar olması, camaat namazı sayəsində qardaşlıq və ülfətin möhkəmlənməsi.

Onuncu: Müxtəlif şəxslərin bir yerə toplanması, kasıb-dövlətli, qara-ağ, ağa-nökər, alim-cahil hamısı bir sırada dururlar. Camaat namazı, insanlar arasında millətçilik və ayrı-seçkiliyi aradan qaldıran ən yaxşı amildir.

Ayrı-seçkilikvə ictimai təbəqələşmə, camaat namazında iştirak etməklə aradan qalxır. Müsəlmanları camaat namazınarəğbətləndirən rəvayətlər arasında bu, tə`sirlərin çoxusu açılıb şərh edilmişdir. Bu rəvayətlərdən bə`zilərini nəql etməklə, camaat namazının savabı ilə tanış olaq.

CAMAAT NAMAZININ ƏHƏMİYƏTİ AŞKARDA OLMASIDIR

İmam Rza (əleyhisalam)-dan nəql olunur ki, buyurur:“ Camaat namazı o, cəhətdən şəriətdə tə`yin olunub ki, bəndələrin Allah müqabilində ixlası və təslim olması yalnız, pərdəsiz və aşkarda ibadəti ilə təhəqqüq tapır. Bu işin cəmiyyət içində baş verməsi, şərq və qərbdə insanların yalnız, tək Allahları olmasına dəlalətdir. Münafiq və xar olunmuş, dili ilə iqrar etdiyini aşikarda yerinə yetirsin və bununlada, onların İslamda olmaları aşkar olsun. Bunlardan əlavə, camaat namazında insanların bir-birinin əlindən tutub köməklik göstərmələri, Allaha pərəstiş və dostluq asanlaşır. Camaat namazı, Allahın nəhy buyurduğu bir çox şeylərdən çəkinilməsinə səbəb olur."

Başqa bir rəvayətdə İmam Sadiq (əleyhissalam) camaat namazının fəziləti barəsində buyurur:

"İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Hər kəs gündəlik namazlarını camaatla qılsa, onun barəsində xeyirə fikirləşin. “

Bu həmin məsələdir ki, əvvəlcədən işarə etmişdik. O da namaz qılanların bir-birinə e`timad etmələridir. Əvvəlki rəvayətdə İmam Rza (əleyhissalam) buyurur: Ümumiyyətlə, Allah-taala, camaat namazının şəriətdə tə`yin edib ki, bəndəlik və Allaha ibadət insanların gözü önündə aşkarda keçirilsin. Dünyanın şərq və qərbində hamı bu İlahi fərizəni dərk etsinlər.

Həmçinin, İmam (əleyhissalam) həmkarlıq və köməkliyə işarə edərək, buyurur: Camaat namazının bərəkətlərindən biri də, cəmiyyətdə pis və bəyənilməmiş işlərin qarşısı alınır, insanlar arasında yaxşı işlər artır.

Məşhur İslam alimi Hacı mirzə Cavad Mələki Təbrizinin "Əsrarus-salat" kitabından

Camaat namazının şəriətdə tə`yin olunmasının əsas hikməti, Allah qarşısındavəzifələrini yerinə yetirməkdə müsəlmanların birliyinin olmasıdır. Bu birliyin hədsiz dərəcədə faydaları vardır. Bundan əlavə, camaat namazının, nəfslərin kamala yetib, Allah yolunda qüvvət tapması və Onun rəhmətinin cəlb olunmasında böyük rolu vardır. Çünki, əgər onlardan hər birisinə Allahın rəhməti aid olsa, xüsusilə əgər onların birliyi Allaha görə və Onun yolunda olsa, bu rəhmət, ləyaqətləri olmasa da, hamıya aid olar.

Cəmiyyətin qəlblərinin birliyi, az suların bir-biri ilə birləşməsi kimidir. Belə sular birləşərkən, az su hökmündən xaric olub, kür su olur. Bununla da, az nəcasətlə paklıqları aradan getməz.

Ümumiyyətlə, mühüm qəlblərin birliyidir. Bəs hər kəs, qəlbləri Allah yolunda bir-biri ilə bağlı olan cəmiyyətlə namaz qılmağa fürsət tapsa və cammat namazı qılsa, ravayətlərdə camaat namazının fəziləti barəsində nəql olunanlara aid olmasına ümidvar ola bilər. Lakin, hər kim camaata qarşı qəlbində kin-küdurət olan haldacamaat namazı qılsa və rəvayətlərdə Allahın camaat namazına verdiyi savaba ümidvar olsa, bilsin ki, bu arzu qürur və özünü aldatmaqdan başqa bir şey deyldir.

Qəlbini paklaşdırıb nəfsini təmizləyən hər bir pişnamazı, sözsüz ki, hamı tanıyıbsevəcəkdir. O da öz növbəsində həmin İlahi məhəbbətin onunla mö`minlar arasında olduğuna xatir, onlara qarşı özlərindən də qabaq məhəbbətli olub, onları çox sevər. Nəticədə, onların camaat namazları İlahi istək üzrə olub, savabı çox olacaqdır.

Lakin, qəlbləri bir-birinə qarşı kin-küdurətdə olub, müxalif niyyətli, zahirdə bir yerə yığışıb camaat namazı qılanlar, biri digərinin pisliyini istəyənlər, Allahın başqasına verdiyi ne`mətə xatir həsəd aparanların namazları heç də güman edilmir ki, bu İlahi feyzə çatsın və belə cəmiyyətin Allah yanında fəziləti olsun. Çünki, ibadətin əsası budur ki, qəlbə müsbət tə`sir qoyub onu nurlandırsın.[159]

Camaat namazının savabı

Əbi Səid Xidri, İslam Peyğəmbərindən (əlləlləahu əleyhi və alehi və səlləm) nəql edərək buyurur:

"Əsr namazından sonra Cəbrail yetmiş min mələklənazil olaraq buyurdu: Ya Məhəmməd! Allah-taala salam göndərir və səndən əvvəl heç bir peyğəmbərə vermədiyi iki hədiyyəni sənə bağışlayır. Peyğəmbər (səlləlləahu əleyhi və alehi və səlləm) soruşur: O iki hədiyyə nədir?

Cavab verir: Birinci: Bir rək`ət “vitr" namazı. İkinci: Gündəlikbeş vaxt namazı camaatla birlikdə qılmaq.

Peyğəmbər (səlləlləahu əleyhi və alehi və səlləm) soruşdu: Mənim ümmətim üçün camaat namazında nə savab var? Cəbrail buyurur:

Ya Məməmməd! Camaat namazında iki nəfər olsa , hər bir rəkətin müqabilində, Allah-taala onların hər birinə yüz əlli rəkət namazın savabını yazar. Üç nəfər olarsa, Allah-taala onların hər birinə hər bir rəkətə görə iki yüz əlli rəkət namazın savabını yazar. Namaz qılanlarının sayı dörd nəfərə çatarsa, Allah-taalaonların hər birinə, hər bir rəkətin müqabilində min iki yüz rəkət namazın savabını yazar. Əgər namaz qılanların sayı beş nəfərə çatarsa, hər bir rəkətin müqabilində, Allah-taala onların hər birinə min üç yüz rəkət namazın savabını yazar.Əgər namaz qılanların sayı altı nəfərə çatarsa, hər bir rəkətin müqabilində, Allah-taala onların hər birinə iki min dörd yüz rəkət namazın savabını yazar. Əgər namaz qılanların sayı yeddi nəfərə çatarsa, hər bir rəkətin müqabilində, Allah-taala onların hər birinə dörd min altı yüz rəkət namazın savabını yazar. Əgər namaz qılanların sayı səkkiz nəfərə çatarsa, hər bir rəkətin müqabilində, Allah-taala onların hər birinə doqquz min altı yüz rəkət namazın savabını yazar.

Əgər namaz qılanların sayı doqquz nəfərə çatarsa, hər bir rəkətin müqabilində, Allah-taala onların hər birinə on doqquz min rəkət namazın savabını yazar. Əgər namaz qılanların sayı on nəfərdən çox olarsa, yer və göylərdəki dəryalar mürəkkəb, ağaclar qələm, bütün cin, insan və məlaikələr yazan olsalar, onların namazlarının bir rəkətinin savabını yazmağa qüdrətləri olmaz.

Ya Məhəmməd! Mö`minin "təkbir"lə (Allahu-Əkbərlə) qoşulduğu camaat namazının savabı, ondan ötrüvacib olmayan yetmiş həcc və min ümrədən üstündür.”[160]

Başqa bir rəvayətdə, raviİmam Sadiq (əleyhissalam)-dan soruşur: “İki nəfərlə camaat namazı bərpa olurmu? Buyurur: Bəli!İkinci nəfər pişnamazın sağ tərəfində durmalıdır”[161]

Başqa bir hədisdə nəql olunur ki, Cuhni adlı bir nəfər İslam Peyğəmbərinin (səlləlləahu əleyhi və alehi və səlləm) hüzuruna gəlir və soruşur: Mən səhralıqda yaşayıram. Azandan sonra zövcəm, övladlarım və xidmətçilərimlə birlikdə camaat namazı qılıram. Bu camaat namazı sayılırmı? Həzrət buyurur: Bəli!

Bütün bu rəvayətlərə diqqət etdikdən sonra nəyə görə əmirəl-mö`minin Əli (əleyhissalam)-ın şiələri bu qədər savabı əldən verməlidirlər? Məgər bu, ən pis xəsarət sayılmazmı?

Pişnamazlardan əhvalvtlar

Camaat namazının savavbı barəsində qısa şəkildə rəvayətlər nəql etdikdən sonra yerinə düşər ki, tarixçi Qapançının "Şərh risalətul-hüquq" kitabında nəql etdiyi bir neçə əhvalata işarə etməklə bu bəhsimizi sona yetirək.[162]

Birinci: Mucrim adlı bir nəfər ərəb, pişnamazın arxasında birinci sırada durub namaz qılırmış. Pişnamaz öz qiraətinin arasında bu ayəni oxuyur:

”Məgər biz öndə gedənləri həlak etmədikmi? Sonra isə başqalarını da onlara birləşdirdik!"

Ərəb bu sözü eşitcək üçüncü sıraya keçir. Pişnamaz öz qiraətində bu ayəni oxuyur:

“Biz cinayətkarlara belə cəza veririk “

Ərəb öz-özünə deyir: Allaha and olsun ki, məndən başqa heç kimi nəzərdə tutmayıb!. Ayaqqabısınıgötürüb məsciddənqaçır!

İkinci: İbrahim, Musa və Hacı Əhməd adlı üç qardaş vardı. Onlar köməkli bir məscid tikdirərək camaat namazından ötrü bir nəfər pişnamaz tə`yin etmiş, məscidi birlikdə idarə edirdilər. Günlərin birində pişnamaz namazda bu ayəni qiraət edir:

"Həqiqətən, bu deyilənlər əvvəlki kitablarda mövcuddur. İbrahimin və Musanın kitablarında.”

Namaz qurtardıqdan sonra hacı Əhməd pişnamaza belə müraciət edir: Məgər bilmirsən ki, bu məscidi biz qardaşlar tikib idarəsində də müştərəkik? Pişnamaz cavab verir: Bəli! Bəs necə olur ki, o iki qardaşımın adını namazda çəkirsən , amma məni yaddan çıxarırsan?!

Pişnamaz cavabında buyurur: Bu Qur`an ayələridir, onu artırmaq olmaz.

Hacı Əhməd cavab verir: Xeyr! De ki: Bu mənim o iki nəfərə qarşı məhəbbətimdir. Əgər bundan sonrakı namazda mənim də adımı çəkməsən əlimdəki əsa ilə səni möhkəm əzişdirəcəm! Pişnamaz canının qorxusundan növbəti namazda oxuyur:

İbrahimin, Musanın və hacı Əhmədin kitablarında"

Namazdan sonra namaz qılanlar pişnamazdan soruşurlar: Hacı Əhmədin adını hardan Qur`ana saldın?! Cavab verir: Möhkəm əsa zərbəsilə hədələmək səbəb oldu ki, hacı Əhmədin adı Qur`ana düşsün!

Üçüncü: Nəql olunur: Bir nəfər pişnamaz, bazardanvedrə alıb, məscidə namaza gəlir. Namaz qılarkən vedrəni gözünün qabağına qoymaqdan utanıb, onu arxa tərəfinə qoyur. Rükuya gedərkən vedrə yadına düşür. Güman edir ki, vedrəni oğurladılar. Ona görə də, başını rükudan qaldırarkən: "Rəbbəna! Ləkəl həmd!" (İlahi Sənə həmd olsun!)- deməyin əvəzinə, buyurur: "Rəbbəna! Ləkəs-sətl!” (İlahi! Vedrəni Sənə tapşırdım!). Bu zaman, dalda namaz qılanlardan biri deyir: :Əs-sətlu xəlfəkə la bə`sə bi ”! (yə`ni, vedrə yanındadır, bir şey olmayıb)

Dördüncü: Bir nəfər pişnamazın arxasında namaz qılırmış. Pişnamaz nə qədər çalışırsa, "Fatəhə" surəsi yadına düşmür. Bədəninə titrəmə düşür.Başlayır: "Əuzu billahi minəş-Şeytanir-rəcim" cümləsini təkrar-təkrar deməyə. Bu vaxt arxadan bir nəfər deyir: Şeytanın günahı yoxdur, sən namazı unutmusan!

Bəli! Camaat namazı barəsində zikr olunmuş savablar, həm pişnamaza, həm də arxada namaz qılana aiddir.

31. MƏCLİS YOLDAŞINIHAQQI

وَأمّا حَقُّ الجَلِيسِ فَأَنْ تُلِينَ لَهُ كَنَفَكَ وَتُطِيبَ لَهُ جَانِبَكَ، وَتُنْصِفَهُ فِي مُجَارَاةِ اللَّفْظِ ولا تُغْرِق فِي نَزْعِ اللَّحْظِ إذَا لَحَظْتَ وتَقْصُدَ فِي اللَّفْظِ إلَى إفْهَامِهِ إذَا لَفَظْتَ. وَإنْ كُنْتَ الْجَلِيسَ إلَيْهِ كُنْتَ فِي الْقِيَامِ عَنْهُ بالْخِيَارِ وَإنْ كَانَ الجَالِسَ إلَيكَ كَانَ بالخِيَارِ. ولا تَقُومُ إلا بإذْنِهِ وَلا قُوَّةَ إلا باللهِ.

“Məclis yoldaşının haqqı odur ki,biləsən, onunla mülayim davranmalı, açıq ürəklə qəbul etməli , xoş gəlmisənlə qarşılamalı və danışıqda onunla insaflı olmalısan. Bir dəfə görməklə ondan nəzərini çəkmə. Danışıqda hədəfin onu başa salmaq olsun. Əgər bu yoldaşlıq zamanı sən onunla oturmaqdan ötrü onun yanına daxil olsan, ixtiyar səninlədir. Nə vaxt istəsən dura bilərsən. Yox, əgər o bu işdə o sənə müqəddəm olsa, ixtiyar onunladır. Ondan icazə almamış durub məclisi tərk etmə. Allahdan başqa heç bir güc-qüvvət yoxdur"

Məkarimul-Əxlaq " kitabında bu cümlələr yazılıb:

“Məclis yoldaşının xətalarını unut, yaxşılıqlarını yadda saxla və qulağına yalnız yaxşı sözlər de! "

Beləliklə, səninlə bir yerdə oturub-duran dostunun hüquqları bunlardır:

1. Onunla yaxşı rəftar et.

2. Danışıqlarında onunbarəsində insafa riayət et.

3. Danışanda hədəfin onu anlatmaq olsun.

4. Məclisdə oturmaq haqqına riayət et.

5. Əgər əvvəl özün onun yanına gəlimisənsə, ondan icazəsiz məclisi tərk etmə.

6. Xətalarını görməməzliyə vur.

7. Onun haqqında həmişə yaxşı fikirlər niyyətində olasan.

İmam Səccad (əleyhissalam) bu kitabda yoldaş, dost və məclis yoldaşının hüquqlarına işarə etmişdir. Əslində, ola bilsin, bu üç söz bir mə`naya işarə olsun. Lakin, bə`zi fərqlər var ki, dost və yoldaşın hüquqlarında onlara işarə olunacaq.

İNSAN İCTİMAİ MÖVCUDDUR

Bu bəhsdə, məclis yoldaşından məqsəd, həmişə bir məclisdə oturub və ya bir-biri ilə yoldaşlıq edənlərdirlər. Hər halda, insanın kiminləsə bir yerdə oturması, hüquq və haqqın olmasına səbəb olur. Ümumiyyətlə, bəşər övladı bütün ömrü boyu bir nəfər məclis yoldaşına, dosta və həmkara möhtacdır. Çünki, insanın ictimai yaşayış meyilli olması artıq bir həqiqətdir. İnsan tənhalıqdan əziyyət çəkir və qürbət hissi keçirir. Əksinə, yaxşı yoldaş və dostla olmaqından ruhlanır və xoşhal olur.

DOSTUN İNSANIN ŞƏXSİYYƏTİNDƏ ROLU

Hər bir insanın yoldaşı, dostu və həmkarının onun şəxsiyyətinin formalaşmasında, dünya və Axirətinə böyük tə`siri vardır. Yoldaşın mənfi yaxud, müsbət rəftarı insanın həyatının müxtəlif mərhələlərinədə öz əsərini qoyur. Bu tə`sir o dərəcədədir ki, İslam Peyğəmbəri (əlləlləahu əleyhi və alehi və səlləm) insanın şəxsiyyətinin me`yarvə mizanını onun dostunun şəxsiyyəti ilə ölçür, buyurur: “Hər kəs öz dostunun yolunda və raftarında olar "[163]

İnsanın dost və yaxşı yoldaşının olmaması ondan ötrü böyük bir müsibətdir. Həzrət Əli (əleyhissalam) buyurur:

“Hər kim, Allaha görə dost tutduğu şəxsi əldən verərsə, bədəninin ən şərəfli əzasını əldən vermiş şəxs kimidir."[164]

İndiki, dostun insanın həyatında böyük rol oynamağı mə`lum oldu, onun seçilməsində çox diqqət olunmalıdır. Bununlada yaxşı dostun əldən verilməsinin qarşısı alınar.

LƏYAQƏTLİDOSTUNSEÇİLMƏSİ

İmam Sadiq (əleyhissalam) dost seçmək barəsində buyurur: “Hər kim sənə qarşı üç dəfə qəzəblənsə və eyni halda sənin barəndə pis söz danışmasa belə şəxs dostluğa layiqdir. Onu özünə dost seç.”[165]

HƏMİŞƏKİ VƏ MÜVƏQQƏTİ DOSTLAR

Həzrət Əli ( əleyhissalam ) bu barədə buyurur:

“Hər kim, doğru imtahandan sonra birini özünə dost seçsə, bu dostluq möhkəm və məhəbbətləri çox olar.”[166]

Həzrət yenə bu mövzuda buyurur:

“Hər kim yoxlamadan başqası ilə dostluq peymanı bağlasa, məcbur olar ki, fasid və əşrar şəxslərə yoldaş olsun.”[167]

PİSLƏRLƏ OTURUB-DURMAĞIN TƏ`SİRİ

Həzrəti Əbdül-Əzim Hüseyni, İmam Baqir (əleyhissalam)–dan, o da babası İmam Əli (əleyhissalam)-dan nəql edir, buyurur:

“Pislər və şər adamlarla oturub-durmaq, insanın yaxşı və saleh şəxslərə qarşı pis fikirdə olmasına səbəb olur."

İmam Sadiq (əleyhissalam), İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql edir, buyurur:

“Üç dəstə var ki, onlarla oturub-durmaq qəlbi öldürər: Birinci: Şərəfsiz, abırsız və imansız şəxslərlə oturub-durmaq. İkinci: Qadınlarla çox danışmaq. Üçüncü: Dövlətlilərlə oturub-durmaq.”[168]

Yuxarıdakı iki hədisdə, iki tayfa pislərlə oturub durmağı qəlblərin ölməsinə səbəb olması vurğulanır. Onlardan bir tayfası, təkəbbürlü sərvətlilərdir. Başqa bir hədisdə İmam Baqir (əleyhissalam)-dan sərvətlilərlə oturub-durmağı soruşan bir kişinin cavabındabuyurduğunu oxuyuruq:

“Ey kişi! Sərvətlilərlə çoxda oturub-durma. Çünki, insana pis tə`sir qoyur. Belə şəxslərlə oturub-duran şəxs, onunla yoldaşlıqdan əvvəl öz vücudunda Allahın ona verdiyi ne` məti görüb duyurdu, lakin sərvətli ilə yoldaşlıq etdikdən sonra özündə olan ne`məti unudub, sərvətlinin mal-dövlətinə göz tikər və öz ne`mətindən qəflətdə qalar."[169]

Başqa bir hədisdə İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur:

“Ölülərlə oturub-durmayın! Soruşdular: Ya Rəsuləllah! Ölü kimdir? Buyurdu: Allahı yaddan çıxarıb, hər şeyi mal-dövlətdə görən sərvətli bir şəxs.”[170]

Belə şəxsin qəlbi ölmüş olar. Ona görə də İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) ondan ölü kimi ad aparır. Ölülərlə oturub-durmağın nəticəsi isə insanın qəlbinin ölməsidir. Bu cəhətdən də, İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) nəzərində onlarla oturmaq,münasib deyildir.

Şeyx Səduqun "Sefatuş-Şiə" kitabında Əmirəlmö`minin Əli (səleyhissalam)-dan nəql olunur, Həzrət buyurur: “Şərəfsiz şəxslərlə oturub-durmaq, yaxşı insanlara qarşı bədbinlik əmələ gətirir. Yaxşı və saleh şəxslərlə oturub-durmaq, pislərin yaxşılara qoşulmasına səbəb olur. Yaxşıların günahkarlarla oturub-durmaları, salehlərin fasiqlərə qoşulmasına səbəb olur. Bəs hər kimin işi sizə şübhəlidirsə və dini cəhətdən onu tanımırsınızsa, oturub-durduqları şəxslərə baxsın! Əgər dindar şəxslərdirsə, onda Allahın dinindədir. Əgər oturub-durduğu, Allahdan-qeyrisinin dinindədirsə, onun Allahın dinindən heç bir bəhrəsi yoxdur. Çünki, İslam Peyğəmbəri (əlləlləahu əleyhi və alehi və səlləm) buyurub:

Hər kimin Allaha və qiyamət gününə imanı varsa, kafirlə qardaşlıq edib, günahkarlarla oturub-durmaz. Yoxsa, özü də fasiq olar!”[171]

BELƏ ŞƏXSLƏRLƏ OTURUB-DURUN

Həzrət Zeynəlabidin (əleyhissalam ) övladına belə buyurur:

“Din və bilik əhli ilə oturub-durun. Əgər onları tapa bilməsəniz, təklikdə qalın ki, sağlam qalasınız. Əgər əhali ilə oturmaqdan başqa çarəniz olmasa, pis söz danışmayıb, söyüş söyməyən mürüvvət əhli ilə bir məclisdə olun!."

İmam Sadiq (əleyhissalam )-dan nəql olunur, buyurur:

“Hər kim şəkk-şübhədə olan şəsxlə oturub-dursa, özüdə şəkk-şübhəli olar. “

ALİMLƏRLƏ OTURUB-DURMAQ

İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: “Alimlər və bilik əhli ilə oturub-durun ki, sizi beş şeydən beş şeyə də`vət edərlər:

1.Sizi şəkk-şübhəli haldan çıxarıb yəqinliyə çatdırarlar.

2.Sizi işdə riyakarlıq və təkəbbür halından ixlaslı olmağa də`vət edər.

3.Dünyaya meyilli olub ona bel bağlamaqdan zöhd və pərhizkarlığa də`vət edər.

4.Təkəbbür və özünü öyməkdən təvazökarlıq və mülayimliyə də`vət edər.

5.Düşmənçilik və kinyəçilikdən dostluq və məhəbbətə də`vət edər."

Bu hədisdən alimlər və bilik əhli ilə oturub-durmağın böyük rolu vəİslam Peyğəmbərinin(səlləlləahu əleyhi və alehi və səlləm) bu barədə müsəlmanlara tövsiyə etməsinin səbəbi də aydın olur.

AĞILLI DOST VƏ YOLDAŞLA OTURUB DURMAĞIN TƏ`SİRİ

İmam Sadiq (əleyhissalam) buyurur: “Səmimi dostlar və qardaşlar üç dəstədirlər:

Birinci: O kimsələr ki, qida kimi həyatda zəruridirlər. İnsan bütün hallarda onlara möhtacdır. Onlar ağıllı dostlardır.

İkinci: O kəslər ki, vücudları xəstəlik və ağrı kimidir. Onlar axmaq dostlardır.

Üçüncü: O kəslər ki, vücudları şəfaverici olub, üfunətə qarşı olan dərman kimidir. Onlar, çox ağıllı dostlardır."[172]

XƏLİFƏ MÖ`TƏSİM, VƏZİRİN QONAĞLIĞINDA

Fəzl Mərvan Əbbasi vəzirlərindən biri idi. O, ləyaqət və xidmətinə görə bütün işçilərdən xəlifəyə yaxın olub onun yanında böyük məqama malik idi. Özünü camaatın gözündə xəlifənin yaxın adamlarından olduğunu göstərməkdən ötrü xəlifəni axşam üstü qonağlığa də`vət edir.xəlifəni yaxşı qəbul etməkdən ötrü evinə ən yaxşı xalçaları, parçaları və rəngarəng gülləri düzdürür. Çoxlu qızıl və gümüş qab-qaşıq alır. Ən yaxşı meyvə və şirniləri hazırlatdırır. Xəlifə gəlib otağa girərkən bu mənzərədən təəccübə gəlir və ürək ağrısı bəhanəsi ilə oranı tərk edir.

Vəzir bu gözlənilməz işdən nigaran olur. Təşkil etdiyi məclisin nəticəsini anlayıb səhfini düzəltmək fikrinə düşür. Artıq fikirləşməyə vaxt yox idi. O həssas anlarda yaxın ağıllı dostu İbrahimlə məsləhətləşib məsələni ona açır. İbrahim huşdarlıqda məşhur idi .Bir an fikirləşib vəzirə dedi: Sən xəlifədən ayrılma və müşayət ünvanı ilə onunla saraya gedib mənim məktubumu gözlə. Məktubum sənə yetişəndə onu xəlifənin hüzurunda ucadan oxu. Vəzir dostunun göstərişi üzrə yola düşür. Çox çəkmir ki, ona bir məktub gətirirlər. Məktubda yazılır: Cəvahir və xalçaların sahibləri gəliblər. Deyirlər ki, xəlifənin məclisi qurtardı, icazə verin mallarımızı aparaq. Mö`təsim məktub barəsində soruşur. Vəzir əhvalatı məktub üzrə ona nəql edir. Xəlifənin batini əqidəsi dəyişir. Anlayır ki, bunlar hamısı borc imiş. Nəticədə çox huşyar bir dostun köməyi ilə vəzir də nicat tapır.[173]

YAXŞI DOSTUN XÜSUSİYYƏTİ

İmam Sadiq (əleyhissalam ) buyurur:

“Dostluq və sədaqətin həddi-hüdudu var. Hər kimdə bu me`yar və xüsusiyyətlər varsa onu dostluqda sadiq sana bilərsən:

Zahiri və batini səninlə bir olsun.

1.Sənin abır-həyanı öz abır həyası bilsin.

2.Dünya malı və məqam onun sənə qarşı olan münasibətini dəyişməsin.

3.İxtiyarında olan güc və qüdrətdən səni məhrum etməsin.

4.Səni dünyada olan gözlənilməz hadisələrə qurban verməsin.”[174]

Bütün bunlar yaxşı yoldaşın xüsusiyyətləridir.Əgər tapsaq, yoldaş olağın!

PEYĞƏMBƏRİN (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALEHİ VƏ SƏLLƏM) QƏLBLƏRİ TƏMİZ YOXSULLARLA OTURUB-DURMASI

Qur`ani-Kərim buyurur: “Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar.(nəfsini qoru) Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan (yoxsul mö`minlərdən) çevirmə. Qəlbini Bizi xatırlatmaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və hər işində ifrata varan bir kimsəyə itaət etmə! “[175]

Bu ayədən mə`lum olur ki, insanların dəyəri məqam və mal-dövlət deyildir. Ayənin nazil olma səbəbində nəql olunur:

Bir dəstə təkəbbürlü sərvətlilər İslam Peyğəmbərinin (səlləlləahu əleyhi və alehi və səlləm) hüzuruna gələrək, Salman Abuzər, Süheyb və Xubab kimi imanlı yoxsul şəxslərin Həzrətin yanında oturmalarına işarə edib dedilər: Ya Məhəmməd! Əgər özün məclisin baş tərəfində oturub iyləri bizə əziyyət edən və libasları panbıqdan olan bu yoxsulları yanından uzaqlaşdırsan biz də sənə qoşulub sənin məclisində iştirak edərik. Bu zaman ayə nazil olur ki, ya Peyğəmbər! Onların aldadıcı sözlərinə uyma. Ya Peyğəmbər! Təkcə o kəslərlə oturubdur ki, yalnız Allahın pak zatını tələb etsinlər. Pis əməllərinin nəticəsində qəlblərini Məni yada salmaqdan qafil etdiklərimizlə oturma![176]

Yuxarıdakı ayə, yaşayış mühitində təbəqələşmə ruhiyyəsini aradan aparır və sərvətlilərlə yoxsullar arasında rabitə yaratmaq istəyir. Ayədə buyurur: Nəfsə pərəstiş və Allahdan qəflət olmaq arasında rabitə vardır. Hər kim nəfsinə pərəstiş edirsə, Allahdan qəflətdədir. Qafillərə öz məclisinə yol vermə. Əksinə, səhər-axşam Allaha pərəstiş edənlərə öz evində yer ver!

Necə ki, Allah-taala İslam Peyğəmbərinə (səlləlləahu əleyhi və alehi və səlləm)buyurur: Məclisində təqvalı və fəzilət sahibi olanlara yer ver. Onlara böyük ehtiram göstər.İmam Səccad (əleyhissalam) da yoldaşlıq barəsindəki bu bəhsində buyurur ki, yaxşıvə saleh dostlara ehtiram göstərin. Onlarla ədəblə söhbət edin. Açıq ürəklə qarşılayıb, xudafizləşərkən ehtiramına tamamilə riayət edin.

32. QONŞUNUN HAQQI



Geri   İrəli
Go to TOP