A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (2)
Müəllif: Qüdrətullah Məşayixi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Birinci: Yaxşılıq edənin xeyir işinin müqabilində təşəkkür edilsin.

İkinci: Başqasının yaxşılığını yadında saxla və hər yerdə onun xeyir işini təbliğ et. Həmçinin, onun haqqında Allaha dua et! Əgər belə etmiş olsan, gizlin və aşkarda onun təşəkkürünü yerinə yetirmiş olursan.

Üçüncü: Özünü bu yaxşılığın əvəzini çıxmağa hazırlaşdır. İmkan həddində özündə belə bir təsəvvür yarat ki, nə vaxt imkanım olsa, bu yaxşılığın əvəzini çıxacam.

YAXŞILIQ VƏ PİSLİK BƏRABƏR DEYİLDİR

Qur`ani-Kərim öz əxlaqi tə`limində belə buyurur:

"Yaxşılıqla pislik eyni ola bilməz. (Ey mö`min kimsə!) Sən pisliyi yaxşılıqla dəf et. Belə olduqda, aranızda düşmənçilik olan şəxsi sanki, yaxşı bir dost kimi görərsən!"[137]

Ayədə buyurur: Yaxşılıq müqabilində yaxşılıq təbii bir işdir. Bəlkə də, bu əməl hamıya vacibdir. Mühüm odur ki, insana hətta, pislik olunsa da, onun müqabilində yaxşılıq göstərsin. Bununlada, Qur`nanın, "Pisliyi yaxşılıqla dəf et!" - əmri öz yerini tutsun.

SALAMA ONDAN DA YAXŞI CAVAB VERİN

Qur`ani-Kərimdə oxuyuruq: "Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın.! Şübhəsiz Allah hər şeyi hesaba alandır!"[138]

"Təhiyyət" (salam) lüğətdə, əslində "həyat" və başqalarına həyat istəmək mə`nasındadır. Bu dua, "Salamun Əleykə" və ya "Həyyakəllah" şəklində əda olunur. Bu söz insanların bir-birinə qarşı göstərdikləri hər növ məhəbbətə aid olur. Ən aydın nümunəsi isə həmin, "Səlamun Əleykə" deməkdir. Lakin, bir sıra rəvayət və təfsirlərdən mə`lum olur ki, insanın əməli cəhətdən bir-birinə məhəbbət göstərməsi də, "Təhiyyət" sözünün mə`nasında işlənilir.

Əli İbni İbrahimin təfsirində, İmam Baqir və İmam Sadiq (əleyhissalam)-dan nəql olunur:

Ayədə "təhiyyətdən" məqsəd, salam və hər cür yaxşılıqa deyilir."Mənaqib" kitabında belə bir rəvayət var:

Kənizlərdən birisi İmam Həsən (əleyhissalam)-a bir şaxə gül hədiyyə edir. İmam onun müqabilində,kəniziazad edir. Bu işin səbəbini soruşduqda isə buyurur: Allah-taala buyurur: "Sizə salam verildiyi zaman onu daha gözəl alın!".Sonra əlavəedir: Ən yaxşı salam, kəniz azad etməkdir"

Beləliklə, ayədə ümumi olaraq hər cür izhar məhəbbətə, istər sözlə, istərsə də əməllə olsun, hökm verilir ki, daha yaxşı cavab verin.[139]

YAXŞILIQINMÜKAFATI YAXŞILIQDIR

Qur`ani-Kərim buyurur: "Yaxşılığın əvəzi ancaq yaxşılıqdır"[140]!

Doğrudur ki, İslami rəvayətlər və təfsirlərdə müfəssirlər ehsan sözünü yalnız, tövhid və İslami mə`rifət mə`nasında olduğnu qeyd edirlər. Lakin, bütün bunlar ayənin aydın nümunələrindəndir. Yoxsa, yaxşılıq, həm əməldə, həm də sözdə olan hər bir xeyir işə aid olur. İmam Sadiq (əleyhissalam)-dan hədislərdən birində nəql olunur, buyurur:

"Qur`anda mə`nası ümumiyyət çatdıran ayələrçoxdur. Ravi soruşur: Hansı ayədir? Buyurur:

Allahın bir sözü var ki, mö`min, kafir, yaxşı əməl sahibi, pis iş görənə də aiddir. O, da yaxşılıq müqabilində yaxşılıqdır. Hər kimə yaxşılıq olunsa, yolu bu deyil ki, səndə ona yaxşılıq edəsən, bəlkə də, ona daha yaxşı yaxşılıq etməlisən. Çünki, həmin qədər olsa, o səndən üstündür. Ona görə ki, işi başlayan odur.[141]

Rağib İsfahani, "Müfrədat" kitabında yazır: "Ehsan", ədalətdən üstündür. Çünki, ədalət odur ki, insan boynunda olanı əda etsin və yalnız,ona aid olanı götürsün. Lakin, ehsanbudur ki, öhdəndə olandan çox verib, haqqından az götürəsən.

ALLAHIN EHSANININ CAVABI!

Allah-taala Qur`anın Qəsəs surəsində buyurur: "Allahın sənə verdiyindən özünə axirət qazan.(Malını Allah yolunda sərf et!) Dünyanın nəsibini də unutma!"

Bu bir həqiqətdir ki, insan həmişə gözünü Allahın ona ehsan əta etməsinə dikib. Onun dərgahından hər cür xeyiri tələb edir. Allahdan hər növ intizarı var. Belə olan halda necə ola bilər ki,Allah-taala aşkar tələbi və ya başqa tələbləri görməmiş olsun və onlara əhəmiyyət verməsin. Bu sözə oxşar Nur surəsinin 22-ci ayəsində var, buyurur:

"Mö`minlər əfv edib bağışlasınlar. Məgər siz Allahdan bağışlanmağı istəmirsinizmi?"

Bu cümlənibaşqa ifadə ilə belə mə`na etmək olar. Bə`zən, Allah-taala insana elə əzəmətline`mət bəxş edir ki, insanın onların hamısına ehtiyacı yoxdur. Elə bir əqli qüvvə verir ki, təkcə özünü yox, bütöv bir ölkəni idarə edə bilər. Elə bir elm verir ki, təkcə özü yoxbəlkə də, bütün insanlar ondan istifadə edə bilər. Elə mal-dövlət verir ki, bütün dünyanın dərdinə dəyər. Belə İlahi bəxşişlərin zehni mə`nası odur ki, onun hamısı sənin deyildir. Bəlkə də, sən bunları başqalarına ötürməkdə Allahın vəkilisən. Allah bu ne`mətləri sənə verib ki, sənin əlinlə bəndələrinə çatdırsın![142]

BAŞQALARI İLƏ DOSTLUQ ETMƏK.

Zikr olunan ayələrdən mə`lum olur ki, Qur`an başqalarına yaxşılıq etməyin nə qədər mühüm olduğnu bildirir. Xüsusilə o kəslərə ki,bizlərə yaxşılıq edirlər. Hədis kitablarında da, bu mövzuda maraqlı hədislər zikr olunub. Onlardan bə`zilərinə işarə edirik. "Kafi" kitabında insanlara məhəbbət fəsli adlı qismətində ilk rəvayətdə belə nəql olunur: İmam Baqir (əleyhissalam)-dan nəql olunur, buyurur:

"Bəni Tə`mim" qəbiləsindən bir nəfər ərəb İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) hüzuruna gələrək, ərz edir: Mənə tövsiyə edin! Həzrətin ona buyurduğu tövsiyələrdən biri də bu idi. İnsanlara qarşı dostluq və məhəbbətli ol ki, səni də sevsinlər."[143]

İmam Sadiq (əleyhissalam) nəql olunur buyurur:"İnsanlarla yaxşı rəftar etmək, ağılın üçdə bir hissəsidir.[144]

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

"Hər kimə yaxşılıq olunsa, onun əvəzini çıxmalıdır. Əgər imkanı olmasa, xatırlamalıdır. Əgər xatırlasa, ehsan edənə təşəkkür etmişdir."[145]!

Başqa yerdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

"Bu əmələ ləyaqəti olan və olmayana da yaxşılıq et! Əgər ləyaqətli şəxsə yaxşılıq etmisənsə, bu ona layiqdir, yox əgər ləyaqətsizə yaxşılıq etmisənsə, sən özün bu yaxşılıqa layiqsən."[146]

Bəhsimizin sonunda İmam Səccad (əleyhissalam)-ın ifadəsində gələn "mə`ruf" kəlməsini izah edək. "Mə`ruf" sözü, hər bir işin yaxşı olması, ağıl və şəriətlə sabit olmasına deyilir. Həmçinin, o şəxsə "mə`ruf" deyilir ki, Allah adamı olub, vacib və müstəhəb işlərdə insanlara kömək etmiş olsun.

"Mə`ruf" sözü, "münkər" sözünün ziddidir. "Mə`ruf" şəriət və ağılla vacib və müstəhəb sayılan əməllərə məxsusdur. Lakin, mübaha, mə`ruf deyilməz. Çünki, mübah (ixtiyarı iş) hər cür üstünlükdən boşdur.[147]

Üstünlüyü olmayan əməldə isə xeyir yoxdur. Mə`ruf nə varsa, xeyirdir. İbni Əbbasdsan nəql olunan hədisdə oxuyuruq:

"Mə`ruf və tanınmış saleh şəxslər Qiyamət günü məhşərə daxil olarlar. Mə`ruf olduqlarına görə günahlarının hamısı bağışlanmış, yaxşılıqları isə yerində qalmışdır. Ehsanları o şəxsə verərlər ki, günahları yaxşılıqlarından çox olar vəyaxşılıqlarına görə bağışlanar. Sonra hamısı Behiştə daxil olarlar. Beləliklə, insanlar barəsində ehsan və yaxşılıq hamını, dünya və Axirətdə cəmləşdirəcək. Budur ehsan və yaxşılıq edənin haqqının ödənilməsi![148]

29. AZANÇININ HAQQI

وَأمّا حَقُّ الْمُؤَذِّنِ فَأَنْ تَعْلَمَ أنّهُ مُذَكِّرُكَ برَبكَ وَدَاعِيكَ إلَى حَظِّكَ وَأَفْضَلُ أَعْوَانِكَ عَلَى قَضَاءِ الْفَرِيضَةِ الَّتِي افتَرَضَهَا اللهُ عَلَيْكَ فَتَشْكُرَهُ عَلَى ذَلِكَ شُكْرَكَ لِلْمُحْسِنِ إلَيكَ. وَإنْ كُنْتَ فِي بَيْتِكَ مُهْتَمًّا لِذَلِكَ لَمْ تَكُنْ للهِ فِي أَمْرِهِ مُتَّهِماً وَعَلِمْتَ أنَّهُ نِعْمَةٌ مِن اللَّهِ عَلَيْكَ، لا شَكَّ فِيهَا، فَأَحْسِنْ صُحْبَةَ نِعْمَةِ اللَّهِ بحَمْدِ اللَّهِ عَلَيْهَا عَلَى كُلِّ حَالٍ. وَلا قُوَّةَ إلا باللهِ.

"Azan verənin haqqı budur ki, biləsən, Pərvərdigarını sənə xatırladıb, nəsibinə (bəhrənə) tərəf də`vət edir. Allahın sənə vacib buyurduqlarını yerinə yetirməkdə, sənə ən yaxşı köməkçidir. Onu, bu xidmətinə görə sənə ehsan edən kimi qiymətləndir. Əgər sən evinin içində, onun işinə bədbinsənsə, bədbin olmamalısan. Sən bilirsən ki, şübhəsiz, o Allahınne`mətidir. Allahın ne`məti ilə yaxşı rəftar et. Allah tərəfindən başqa heç bir güc və qüvvə yoxdur!".

İmam Səccad (əleyhissalam)-ın bu bəhsdə buyurduqlarının xülasəsi budur ki, hər bir müsəlman bilməlidir ki, azan verənin onun boynunda haqqı vardır. Çünki, o, aşağıdakı mühüm işləri yerinə yetirir:

Birinci: İnsana, Rəbbini xatırladır.

İkinci: Namaz tərəfindən ona yetişən bəhrəyə tərəf də`vət edir.

Üçüncü: Allahın insana vacib etdiklərini yerinə yetirməkdə, ən yaxşı köməkdir. Beləliklə, ondan elə təşəkkür etməlisən ki, ehsan edənin təşəkkürü kimi olsun. Əgər kimsə evində azan verənin işindən xoşu gəlmirsə, Allahın əmri olan bu işdə, ona bədbin olmamalıdır. Bunu da bilməlidir ki, azançı, Allahın ne`mətlərindəndir. İnsan, Allahın ne`mətinə ehtiram etməlidir. Ne`mətə ehtiram, hər halda ona şükr etməklə ələ gəlir.

Gündəlik həyat işləri və məşğuliyyət, gecə-gündüz insanı özünə məşğul edir və onu Allahdan qafil edir. Azançı, Pərvərdigarın nida edəni hökümündə olub, insana maddi ləzzətlər içində qərq olmaqdan nicat verir. Özünün ruhu oxşayan nəğməsi ilə onun əlindən tutub, namazın əsası olan, kamal və səadətə tərəf çəkir. Fiqh və hədis kitablarında azan verən şəxsin yüksək məqam və hörməti barəsində çox mətləblər vardır. Azançıya elə savab və mükafatlar verilib ki, çox az adamlar bu savabı ələ gətirə bilərlər. İslamda azançıdan ötrü xüsusu hüquq vardır ki, bu qismətdə ona işarə edəcəyik. İmam Səccad (əleyhissalam) əxlaqi cəhətdən də azançının haqqını əda etməyə tövsiyə edir.

AZAN SÖZÜNÜN LÜĞƏTDƏ MƏ`NASI

Azan, ərəbcə lüğətdə "e`lan" mə`nasındadır.Tövbə surəsində oxuyuruq:

"Bu Allahdan və Onun Peyğəmbərindən saziş bağladığnız müşriklərə e`landır"!

İslamda "azana", o cəhətdən azan deyilir ki, azançı öz uca səsi ilə namaz vaxtının daxil olmasını e`lan edir. Ərəf surəsində buyurur:

"Bu zaman onların arasında bir azançı e`lan edəcəkdir".[149]

AZANIN ŞƏR`İ OLUNMA TARİXİ

Azan, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) Mədinəyə hicrətin ilk ilində tə`yin olunur. Bu mövzuda başqa nəzər də vardır.Bə`zilərinə görə azanın şər`i olması o vaxtdan başlayır ki, müsəlmanların sayı çoxalır və namazın vaxtının bilinməsi, onlara müşkül olur. Bu zaman müsəlmanlar, namazın vaxtının hamıya çatdırılması və bu savabdan mərhum olmamaqdan ötrü məsləhətə başlayırlar. Bə`ziləri bundan ötrü zəng vurulmasını təklif edirlər. Lakin,İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) bunu qəbul etmir. Buyurur: Bu cür çağırış xaçpərəstlərə aiddir. Bə`ziləri şeypurdan istifadə olunmasını təklif edirlər. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) qəbul etmir. Bu da yəhudilərə aid idi.

Bə`ziləri dəf çalmağı məsləhət bilirlər. Həzrət buyurur: Bu da, rumluların işidir. Bə`ziləri atəş yandırmağı təklif edirlər. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: Bu da məcuslara aiddir. Bə`ziləri bayraq qaldırmağı məsləhət bilirlər. Həzrət susur. Nəhayət, onların müəyyən bir mövzuda ittifaqı olmur. Bu zaman Cəbrail nazil olur. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Əli (əleyhissalam)-ın evində idi. Azan hökümünü müsəlmanlara xəbər verirlər.

"Şeyx Səduq" özünün, "Mən la yəhzurul fəqih" kitabında nəql edir: İmam Sadiq (əleyhissalam)-dan nəql olunur buyurur:

"Cəbrail İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alihi və səlləm) nazil olanda, Həzrət Əli (əleyhissalam) evində yatmışdı. Cəbrail, azan və iqamə dedi. Sonra Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Əli can! Eşitdin? Ərz etdi! Bəli! Ya Rəsulallah! Buyurdu: Hifz etdin? Həzrət Əli (əleyhissalam): Bəli! Ya Rəsulallah! Buyurdu: Bəs, Bilala öyrət! Həzrət azanı Bilala öyrətdi.

AZANIN ŞƏR`İ HÖKÜMÜ

Kişi və qadına müstəhəbdir ki, gündəlik namazdan əvvəl, azan və iqamə desinlər. Məşhur fəqihlər, mütləq şəkildə azan və iqamənin deyilməsinə və savabının çox olmasına tə`kid edirlər. Bə`zi kitablarda, o cümlədən "Cüməl", "Məqnə" "Nihayə", "Məhsub Vəsilə", "Mühəzzəb" və "Əhkamun-nisa" kimi kitabın müəllifləri camaat namazında, kişilərə azanın vacib olmasını bildirirlər.

Aşağadakı hallarda azanın saqit olması, alimlər arasında məşhurdur:

Birinci: Cümə günü, cümə namazı qılarkən yaxud, zöhr namazını qılarkən.

İkinci: Ərəfə günü, əgər əsr namazı zöhrlə birlikdə qılınsa, azan saqitdir.

Üçüncü: Qurban bayramı gecəsində, məş`rul həramda olub, işa namazını məğrib namazı ilə birlikdə qılan vaxt.

Dördüncü: İstihazə qadının əsr və işa namazında o vaxt saqit olur ki, bu namazları dərhal, zöhr və məğrib namazından sonra qılsın.

Beşinci: Özünü bol və ğaitin xaric olmasınından saxlaya bilməyənin əsr və işa namazında.

Bu beş yerdə o vaxt azan saqit olur ki, bu namazları fasiləsiz əvvəlkindən sonra qılsınlar."[150]

Azan və iqamə demək şəraiti aşağıdaklardan ibarətdir.

Birinci: Niyyət. Azan və iqamədə axıra kimi niyyət olunmalıdır. Beləliklə, qəsd qürbətsiz deyilən azan və iqamə düzgün deyildir.

İkinci: İman. Azançı mö`min olmalıdır. İmam Sadiq (əleyhissalam)-dan bu barədə hədis var. Amma, həddi buluğa yetişmək azanda şərt deyildir. Xüsusi ilə əhaliyə e`lan olunan azanda, bu şərt deyildir. E`lan azanında kişinin olması şərtdir. Kişilərin də namazında, kişi azançı olması şərtdir.

Üçüncü: Azanla iqamə arasında tərtib gözlənilməlidir.

Dördüncü: Azan və iqamənin cümlələri arasında ardıcıllığı gözləmək.

Beşinci: Ərəbcə səhih oxumaq.

Alimlər, azan və iqamənin müstəhəb əməllərini də zikr etmişlər. Onlardan:

Birinci: Müstəhəbdir ki, təzə doğulmuş uşağın sağ qulağına azan, sol qulağına isə iqamə deyilsin.

İkinci: Biyabanda, cin və başqa şeydən dəhşətə gələn anda azan demək savabdır.

Üçüncü: Qırx gün ət yeməyənin qulağına azan demək müstəhəbdir.[151]

Bura kimi şiə alimlərinin, azan və iqamənin deyilməsini tə`kidini haqqında bəhs etdik. İndi də sünnü alimlərinin bu barədəki nəzərinə işarə edək.

Sünnü alimlərindən, Maliki, Əbu Hənifə, Şafei,azan və iqamənin deyilməsinin müstəhəb olmasında şiə alimləri ilə müvafiqdirlər.

Onlar da deyirlər ki, azan və iqamə bütün namazlarda, vətəndə, səfərdə, camaat və tək namazda, vacib yox, müstəhəbdir. Amma, Əhməd İbni Hənbəli, azan və iqamənin kifayi vacib[152] olmasını bildirir. Şafei və Malikinin də əshabı bu nəzərdə idilər.[153]

AZANIN SÖZÜNDƏ İXTİLAF

Şiələr mötəqiddirlər ki, "Həyyə əlal-fəlah", iki dəfə deyilməlidir. Həmçinin, "Həyyə əla xeyril-əməl" də, iki dəfə deyilməlidir. Lakin, əhli-sünni mötəqiddirlər ki, bu sözlərin yerinə: "Əssəlatu xeyrün minən-növm" deyilsin. Amma, ixtilafın haradan başlanması barəsində şiələr mö`təqiddirlər ki: "Həyyə əla xeyril-əməl" cümləsi, İslam Peyğəmbərinin (səllallahu əleyhi və alihi və səlləm) dövründə tə`yin olunmuşdur. Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm), Əhli-beyt (əleyhissalam) və mə`sum İmamlar (əleyhissalam) hamısı tarix boyu, "Həyyə əla xeyril-əməl" cümləsini demişdirlər.

Həzrət Əli (əleyhissalam)-dan nəql olunur ki, buyurur: "İslam Peyğəmbəri (səllallahu əleyhi və alihi və səlləm) eşitdim ki, buyurur:

Sizlərin ən yaxşı əməli namazdır.Bilala buyurur ki, namazda "həyyə əla xeyril-əməl" desin"!

Amma, sünnü alimləri mö`təqiddirlər ki, "həyyə əla xeyril-əməl" cümləsi, İslam Peyğəmbərinin (səllallahu əleyhi və alihi və səlləm) dövründə olub və Həzrət onu deyib. Lakin, sonradan Ömər ibni Xəttab göstəriş verir ki, "həyyə əla xeyril-əməl" cümləsini, "Əssalatu xeyrun minə-novm" cümləsi ilə əvəz etsinlər.

Sə`dəddin Təftəzani "Şərh-Üzəd" kitabının haşiyəsində Ömərdən nəql edir:

"Ömər dedi: Üç şey var ki, İslam Peyğəmbərinin dövründə var idi, amma mən onu haram edirəm və sizi bu işi görməkdən çikindirirəm. Biri "həcc təməttö", ikinci, "müt`ə" (siğə), üçüncü, azanda "həyyə əla xeyrül-əməl" deməkdir."

Məşhur İslam alimi Quşçu özünün "Şərh-Təcrid" kitabının "İmamaət" bəhsinin sonunda qeyd olunan hədisi nəql edir və Ömərin bu sözləri deməsini də nəql edir: Hər kim bu üç əməli yerinə yetirsə, onu cəzalandıracağam!"- Alim yazır: Mən bilmirəm, Ömər hansı sənədə və dəlilə əsasən, Peyğəmbərin (səllallahu əleyhi və alihi və səlləm) dövründə olan bu üç əməli ləğv etməyi iddia edir? Görəsən, İlahi hökmlərə dəxalət edib, dəyişməkdə özünü haqlı bilirmi? Onun bu işə şər`i icazəsi varmı? Bu sualın cavabını, həmin əqidəyə mö`təqid olanlar verməlidirlər!

AZANIN SÖZLƏRİ

"Vəsail-Şiə" kitabında nəql olunmuş çoxlu rəvayətlərdə azanın sözləri aşağıdakılar kimi qeyd olunmuşdur:

1. Alahu Əkbər. 4-dəfə.

2. Əşhədu ən-la İlahə iləlləllah. 2-dəfə.

3. Əşhədu ənnə Məhəmmədən Rəsulullah. 2-dəfə.

4. Həyyə əlas-səlah. 2-dəfə.

5. Həyyə ələl-fəlah. 2-dəfə.

6. Həyyə əla xeyril-əməl. 2-dəfə.

7. Allahu- Əkbər. 2-dəfə.

8. La ilahə illəllah. 2-dəfə.

Ancaq, azanın, "Əşhədu ənnə Əliyyən vəliyyullah" cümləsi, azanın əsl tərkib hissəsi olmayıb, azanda deymilməsi savabdır. Hədislərdə bu cümlənin də deyilməsinə tə`kid olunmuşdur.

İMAM RZA (ƏLEYHİSSALAM), AZANIN HİKMƏTİ BARƏSİNDƏ

Şeyx Səduq İmam Rza (əleyhissalam)-dan nəql edir ki, Həzrət buyurur:

"Həqiqətən, müsəlmanlar bir neçə səbəbə görə azana əmr olunmuşdular. O onlardan, namazı unudanlara xatırlatmaq, qafilləri agah etmək, namazın vaxtını bilməyənlərə xəbərdarlıqdır. Həmçinin, azançı öz azanı ilə insanları Allahın ibadətinə də`vət edir. Onları namaza meyilli edib, Allahın təklifinə iqrar etdirir. İman və İslamını aşikar e`lan edib, unudanlara xatırladır.

Azançıya, namazıe`lan etdiyinə görə azançı deyirlər. Azan, təkbirlə (Allahu Əkbər) başlayıb, la ilahə illəllah deməklə qurtarır. Çünki, Allah-taala Öz adını əvvəldə və sonda, La ilahə illəllah deməyi sevir. İki dəfə təkrar edir ki, eşidənə tə`sir etsin. Əgər birinci cümləni deməklə qafil ayılmasa, ikinci cümlə ilə özünə gələr. İmanın əsli şəhadəti deməkdir.Beləliklə, şəhadəti demək iki dəfə qərara alınmışdır.Necə ki, başqa hüquqlarda da, iki şahid tutulur. Bəndə, Allahın təkliyinə və Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm) risalətinə iqrar etdikdə, imanın bütün rükununa iqrar etmiş olur. Çünki, imanın əsası, Allaha və Peyğəmbərinə iqrar etməkdir. Şəhadət verdikdən sonra namaza də`vət edir. Çünki, azan əsasən, namaza də`vətdən ötrü tə`yin olunmuşdur. Bu da, azanın sözləri arasında namaza olan nidadır. Daha sonra nicat və hidayət olunmağa də`vət olunur. Sonra "Həyyə əla xeyril-əməl"lə, ən yaxşı əmələ də`vət olunur. Nəhayət, azan sonda, Allahın adı ilə sona yetir.[154]

AZAN VERMƏYİN SAVABI

İmam Sadiq (əleyhissalam)-dan nəql olunur ki, İslam Peyğəmbəri (səllallahu əleyhi və alihi və səlləm) buyurur:

"Hər kim müsəlman şəhərlərindən birində bir il azan versə, Behişt ona vacib olar!"[155]

Başqa yerdə İmam Baqir (əleyhissalam)-dannəql olunur ki, buyurur:

"Behiştə daxil olacaq ilk şəxslərdən biri də, Bilaldır. Soruşdular: Nəyə görə? Həzrət buyurur: Çünki, ilk azaçı olub!"[156]

Başqa yerdə, yenə də İmam Baqir (əleyhissalam)-dannəql olunur ki, İslam Peyğəmbəri (səllallahu əleyhi və alihi və səlləm) buyurur:

"Azan verən, qılıncını sıyırıb İslam düşmənləri ilə cihad edən kimidir!"

Həzrət Əli (əleyhissalam) buyurur:

"Qiyamət günü azan verənlər, uca boylu və boyunları yuxarı çəkilmiş halda gələrlər!"[157]

Şeyx Səduq öz kitablarından birində İslam Peyğəmbərindən (səllallahu əleyhi və alihi və səlləm)rəvayət nəql edir ki, Həzrət buyurur:

"Allaha görə azan verənə, Allah-taala qırx min şəhidin, qırx min saleh şəxsin savabını əta edər. Onun əli ilə ümmətimdən qırx min günahkar Behiştə daxil olar. Agah olun! Azançı Allahın təkliyinə şəhadət verərkən, yetmiş min məlaikə ona salam verər və ondan ötrü istiğfar edərlər. Qiyamət günü Allah-taala məxluqatın hesabını qurtarana kimi onlar, Allahın ərşi sayəsində olarlar. Azançının, Peyğəmbərin (səllallahu əleyhi və alihi və səlləm) risalətinə şəhadətinə xatir, qırx min mələk ona salam göndərir!" [158]

30. PİŞNAMAZIN HAQQI

وَأمّا حَقُّ إمَامِكَ فِي صَلاتِكَ فَأَنْ تَعلَمَ أنّهُ قَدْ تَقَلَّدَ السِّفَارَةَ فِيمَا بَيْنَكَ وبَيْنَ اللَّهِ وَالْوِفَادَةَ إلَى رَبكَ، وتَكَلَّمَ عَنْكَ وَلَمْ تَتَكَلَّمْ عَنْهُ، وَدعَا لَكَ وَلَمْ تَدْعُ لَهُ، وَطَلَبَ فِيكَ وَلَمْ تَطْلُبْ فِيهِ، وَكَفَاكَ هَمَّ الْمَقَامِ بَينَ يدي اللهِ وَالمُسَاءَلَةَ لَهُ فِيكَ وَلَمْ تَكْفِهِ ذَلِكَ، فَإنْ كَانَ فِي شَيْءٍ مِنْ ذَلِكَ تَقْصِيرٌ كَانَ بهِ دُونَكَ، وَإنْ كَانَ آثِماً لَمْ تَكُنْ شَرِيكَهُ فِيهِ وَلَمْ يَكُنْ لَهُ عَلَيكَ فَضلٌ، فَوقَى نَفْسَكَ بنَفْسهِ، وَوَقَى صلاتَكَ بصَلاتِهِ، فَتَشْكُرَ لَهُ عَلَى ذلِكَ. ولا حَوْلَ ولا قُوَّةَ إلا باللهِ.

"Camaat namazında, sənin pişnamazının haqqı budur ki, biləsən, o, Allaha tərəf seyr etməyi Allahla sənin aranda öz öhdəsinə götürmüşdür. O, bu məqamda sənin tərfindən söz danışır və sən onun tərəfindən danışmırsan. O səndən ötrü dua edir, amma sən ondan ötrü dua etmirsən. O səndən ötrü Allahdan istəyir, amma sən ondan ötrü istəmirsən. Allah-taalanın dərgahında dayanmaqvəsənin tərəfidən istəmək kimi əhəmiyyətli və məs`uliyyətli bir işi öz öhdəsinə almışdır. Sən isə ona görə bir şeylə kifayətlənməyib, öhdənə bir şey almırsan. Əgər bu işdə bir eyb qarşıya çıxsa, sən yox, o cavabdehdir. O, özünü sənə, namazını isə sənin namazına sipər qərar verib. Bəs buna görə də, ona təşəkkür etməlisən.Allah tərəfindən başqa heç bir güc-qüvvət yoxdur!"

İmam Səccad (əleyhissalam)-ın buyurduqlarının xülasəsi budur:

Namaz qılan bilməlidir ki, pişnamaz, Allahla onun arasında vasitə olub, onun tərəfindən söz danışır, dua edir və dua məqamında onun tərəfindən təvazökarlıq və razi-niyaza dözür. Əgər onun namazında qüsur və naqislik olarsa, imam camaat cavab verər, günahında da, heç kəs şərik deyildir.

Pişnamazın, arxasında durub namaz qılanın heç bir üstünlüyü yoxdur, bəlkə də, pişnamaz, Allah dərgahında sənin namazını qoruyandır.

Bu fəsildə bəhs, namazın əslindən yox, pişnamazdan gedir. Mehrabda duran pişnamaz, bütün namaz qılanları Şeytanla döyüşə və mübarizəyə cəm etmişdir. Həmçinin, pişnamaz, bütün namaz qılanları, Allahın feyz və rəhmətini qazanmağın qaynağına cəlb etmiş, qəlb karivanını Allaha tərəf çəkib, onların hamısının tərəfindən ən nəhayət təvazökarlıq və pişnamazlığı ilə dövlətli və kasıbı bir yerə cəm etmişdir. Padşah-rəiyyət, ağ-qara, alim-cahil, dövlətli-kasıb, hamısını bir sıraya düzüb, təkəbbürü aradan aparmışdır.

CAMAAT NAMAZININ HİKMƏT VƏ TƏ`SİRLƏRİ

Allah-taala, insanların kamal yolunu seyr edib, mö`minlərin ibadətin bərəkət və tə`sirlərindən bəhrələnmələrindən ötrü bə`zi ibadətləri birlikdəvə xüsusi vaxtda qərar vermişdir. Camaat namazının tə`sirləri aşağadakılardan ibarətdir:

Birinci: Hamının namazda eyni halda rukuya, səcdəyə gedib təşəhhüdü demsilə, Allah-taalanın əzəmət və camalının insanların qəlbinə nüfuzu.

İkinci: Müsəlmanların camaat namazı vasitəsilə şövkət və əzəmətlərin cilvələnməsi.

Üçüncü:Bir sıra işlərin nəzmini tanıyıb pişnamaza iqtida etməklə, işlərin yola düşməsi.



Geri   İrəli
Go to TOP