A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (2)
Müəllif: Qüdrətullah Məşayixi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Qur`andan istifadə etməklə demək olar ki, "İxvət" və "İxvan" sözlərinin mə`nasının fərqi burdadır ki, "İxvan" sözü, istər həqiqi, istərsə də qeyri-həqiqi qardaşlar mə`nasında işlədilir. "İxvə" sözü isə yalnız, həqiqi qardaşlar mə`nasında işlədilir. Məsələn: Yusif surəsində oxuyuruq: "Öz yuxunu qardaşlarına nəql etmə"!Nisa surəsində gəlib: "Həqiqətən, mö`minlər qardaşdırlar". Qur`an və rəvayətlərdə, mö`minləri həqiqi qardaş bilirlər.

İSLAMİ QARDAŞLIĞIN ƏHƏMİYYƏTİ

Qur`ani-Kərim buyurur: "Mö`minlər bir–birləri ilə qardaşdırlar. Bəs qardaşlarınız arasında sülh bərqərar edin və Allahın rəhmətini qazanmaqdan ötürü təqvalı olun!"[115]

Bu ayə, İslam dininin ən geniş və tə`sirli şüarlarından birini bəyan edir. Müsəlman insanların bağlılığı o qədər üstündür ki, onlar bir-birləri ilə qardaş hesab olunurlar. Əslində, İslam dini bütün müsəlmanları bir ailə kimi bilir və bu məsələ, həcc mərasimində daha çox hiss olunur. Biri şərqdən, digəri qərbdən gəlsə də, hamı bir-birinə qardaş kimi baxırlar. Bu da, Qur`anın bəyanıdır. İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) sözlərinə diqqət etdikdə belə oxuyuruq: [116]

"Müsəlman müsəlmanın qardaşıdır. Heç vaxt ona zülm etməz. Ondan köməyini əsirgəməz və onu hadisələr bərabərində tək qoymaz." Başqa hədisdə Həzrət buyurur:

"İki dini qardaş, bir–birinin əlini yuyan iki əl kimidir[117]

Bu hədisdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) müsəlman qardaşları iki əl kimi fərz edir. Yə`ni, bütün müsəlmanlar bir bədən olub, fərdlari də əllərdir.

MÖMİN, MÖMİNİN QARDAŞI

İmam Sadiq (əleyhissalam) buyurur: "Mö`min, mö`minin qardaşıdır. Ona yol göstərən gözü hökmündədir. Heç vaxt ona xəyanət və zülm etməz. Onu aldadıb hiylə gəlməz. Verdiyi hər bir və`dəsinə əməl edər."[118]

Başqa hədisdə Həzrət buyurur:

"Mö`min mö`minin qardaşıdır. Hamısı bir bədənin əzasına bənzərlər ki, hər bir üzvü dərd tutsa, digəri də ağrıyar. Onların hamısının ruhu bir ruhdan tutulub. Mö`minin ruhu, Allahla, günəşin nurunun günəşlə bağlılığı kimidir."[119]

QARDAŞLIQ ƏN BÖYÜK NE`MƏTDİR

Qur`ani-Kərim, Ali-İmran surəsində qardaşlıq ne`mətini insanlara çatdırır, buyurur:

"Hamınız bir yerdə Allahın ipindən (dinindən) möhkəm yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi ne`məti xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və Onun ne`məti sayəsində bir-biriniz ilə qardaş oldunuz."[120]

Ayənin nazil olma səbəbi, bir-biri ilə düşmən olan "Ovs və Xəzrəc"adlı iki qəbilə barəsindədir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Mədinəyə gələrkən, onların arasında sülh və qardaşlıq icad edir. Doğrudur ki, bu qardaşlıqdan sonra müxtəlif səbəblərdən dində düşmənçiliyə qayıtmaq istəyiblər, lakin, Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) vaxtında onların ixtilaf atəşini söndürə bilir.

Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) müsəlmanlara göstəriş verir ki, dostluq, məhəbbət və qardaşlıqlarını bir-birinə e`lan etsinlər. Çünki, bu işin qardaşlıqda çox böyük tə`siri vardır. Həzrət buyurur: "Sizlərdən müsəlman qardaşlarnızdan birini dost tutduqda, bu dostluğu ona e`lan edin!"[121]

MÖMİN QARDAŞIN ZİYARƏTİNİN SAVABI

"Kafi" kitabında, "Mö`min qardaşın ziyarəti" fəslində, bu əməlin çoxlu savablarına işarə olunur. Onlardan bə`zilərinə işarə edirik:

İmam Sadiq (əleyhissalam) buyurur: "Hər kim dini qardaşını Allaha xatir ziyarət etsə, Allah ona buyurar: Bəndəm! Məni ziyarət etdin, savabın Mənim öhdəmdədir. Mən, sənin əməlinin savabında Behiştdən başqa bir şey bəyənmirəm! "

Başqa rəvayətdə İmam Baqir (əleyhissalam) buyurur:"Müsəlman, qardaşını ziyarət etməkdən ötrü evindən xaric olsa və onun bu işi yalnız, Allahın razılığını ələ gətirməkdən ötrü olsa, Allah-taala, yetmiş min Məlaikəni ona vəkil edər. Mənzilinə qayıdarkən səsləyərlər: Xoş halına! Behişt sənə şirin olsun!"[122]

İslam dini, müsəlmanların belə gözəl göstərişlərlə vəhdət və birliyinə zəmanət vermişdir. Belə göstərişlər sayəsində mö`minlər şirin həyat tərzi keçirirlər.

HƏZRƏTİ ƏLİ (ƏLEYHİSSALAM)-INNƏZƏRİNDƏ QARDAŞLAR VƏ ONLARIN VƏZİFƏLƏR

Əmirəl-mö`minin Əli (əleyhissalam) buyurur:"Qardaşlar iki dəstədirlər: Birinci: İnanılmış və həqiqi qardaşlar. İkinci: Zahiri qardaşlar. Amma, həqiqi qardaşlar insanın əli, qanadı və malı kimidirlər. Bəs nə vaxt belə inanılmış qardaş tanıdın, malını onun yolunda bağışla. Əlinlə ona kömək et. Hər kimlə dostdursadost ol, hər kimlə düşməndirsə, ona düşmən ol! Sirrini saxlayıb, eybini gizlət, yaxşılıqlarını aşkar et. Bil ki, onlar, qırmızı kibritdən də az tapılandırlar. Lakin, zahiri qardaşlardan yalnız, zahirdə bəhrələn və istifadə et. Bu yolda onlardan rabitəni üzmə. Ancaq, olanların batinindən bundan artıq bir şeyin intizarında olma! Onların şirin danışıq və rəftarı müqabilində, yaxşı rəftar edib şirin danış! "

Bu bəyanda Həzrəti Əli (əleyhissalam) insanların həqiqi və zahiri dostları müqabilindəki vəzifəsini tə`yin edir. Onlardan bəhrələnmə və vəzifə yollarını tanıtdırır. Yaxşı dostlardan ötrü mal, can və köməklərindən keçməli, zahiri dostlara isə gündəlik həyatda zahiri rəftarla kifayətlənməliyik.

QARDAŞLIQDA İNSAFA RİAYƏT ETMƏK

Həzrəti Əli (əleyhissalam) buyurur: "Qardaşlıq əlaqəsi, insaf və ədalətli rəftarla davam tapa bilər."[123]

Həzrət Məhəmməd (səlləllahu əleyhi və alehi və səlləm) yeddi yaşında, süd anası Həlimə Sədiyyəyə buyurur: Qardaşlarım hardadırlar? Cavab verir: Əziz övladım! Onlar, Allahın sənin vücuduna xatir bizə mərhəmət etdiyi qoyunları otarırlar. Həzrət buyurdu: Anacan mənim barəmdə insafla rəftar etməmisən! Anası soruşur: Nəyə görə? Buyurdu: Məgər layiqdir ki, mən xeymədə oturub süd içəm, amma qardaşlarım biyabanda günün altında qalsınlar."[124]

Bu mövzuda yenə də İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "Əməllərin ağası üçdür: 1. İnsafa riayət etmək 1. Allah yolunda qardaşa kömək etmək 1. Hər halda Allahı zikr etmək!"[125]

İMAM SADİQ (ƏLEYHİSSALAM)-INNƏZƏRİNDƏ QARDAŞLAR

İmam Sadiq (əleyhissalam) buyurur: "Qardaşlar üç dəstədirlər. Bir dəstə qida hökmündə olub, insanının ona həmişə ehtiyacı vardır. Bu dəstə şəxslər aqillərdir. İkinci, o dostlar ki, insan üçün dərd və mikrob kimidirlər. Bu cür insanlar nadanlar və ağılsızlardır. Üçüncü: Şəfa verən dərmanlar kimidirlər. Belə şəxslər, aqil və zirəngdirlər."

Qardaşın hüquqları bəhsinin sonunda İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) mö`min qardaşın mö`minin boynunda olan otuz ədəd haqqını zikr etmək yerinə düşərdi. Bəlkə də, bu rəvayət, həmin mövzuda ən geniş və ətraflı rəvayətdir.

İSLAM PEYĞƏMBƏRİNİN (səlləllahu əleyhi və alehi və səlləm) NƏZƏRİNDƏ QARDAŞIN OTUZ HAQQI

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "Müsəlmanın müsəlman qardaşının boynunda otuz haqqı vardır. Hər bir müsəlman, bu hüquqları yerinə yetirməyib və ya müsəlman qardaşından bunlar barəsində halalllıq almayınca, qiyamətdə üzrlü olmaz:

1. Onun xətalarını bağışlasın.

2. Narahatçılıq vaxtı ona qarşı mehriban olsun.

3. Sirrini gizlin saxlasın.

4. Səhvlərinin əvəzini çıxsın.

5. Üzrünü qəbul etsin.

6. Pis danışanların müqabilində onu müdafiə etsin.

7. Həmişə onun xeyrini istəsin.

8.Onunla dostluğu qorusun.

9. Onunla əhdinə riayət etsin.

10. Xəstələnən vaxtı onu yoxlasın.

11.Ölən vaxtı onun dəfnində olsun.

12.Də`vətini qəbul etsin.

13.Hədiyyəsini qəbul etsin.

14. Xeyirxahlığını qiymətləndirsin.

15. Onun ne`mət olmasına şükür etsin.

16. Ona kömək etməyə çalışsın.

17. Onun namusunu qorusun.

18. Onun hacətini yerinə yetirsin

19. İstəyinə şəfaət etsin.

20. Asqıran vaxtı onu salamlasın.

21. İtirdiyini tapmaqda kömək etsin.

22. Salamına cavab versin.

23. Danışığını yaxşı bilsin.

24. Hörmətini saxlasın.

25. Andlarını təsdiq etsin.

26. Dostunu dost tutsun.

27. Onunla düşmənçilik etməsin.

28. İstər zalim, istərsə də məzlum olsa, ona kömək etməyə çalışsın. Zalim vaxtı ona köməkliyi bu olar ki, onu zülm etməkdən saxlasın. Məzlum olan vaxtı ona haqqını almaqda kömək etsin.

29.Onu müxtəlif hadisələrdə tək qoymasın.

30. Özünə istədiyi yaxşılıqlardan ona da istəsin. Özünə istəmədiyi pisliyi ona da istəməsin.

ÜMUMİ HÜQUQLAR

26. KÖLƏ AZAD EDƏNİN HAQQI

وَأَمّا حَقُّ الْمُنْعِمِ عَلَيْكَ بالْولاءِ فَأَنْ تَعْلَمَ أَنّهُ أَنفَقَ فِيكَ مَالَهُ، وَأَخرَجَكَ مِن ذُلِّ الرِّقِ وَوَحْشَتِهِ إلَى عِزِّ الحُرِّيةِ وأُنسِها، وَأَطْلَقَكَ مِنْ أَسْرِ الْمِلْكَةِ، وَفَكَّ عَنْكَ حلَقَ الْعُبُودِيَّةِ وَأَوْجَدَكَ رَائِحَة الْعِزِّ، وَأَخرَجَكَ مِنْ سِجْنِ القَهْرِ، وَدَفَعَ عَنْكَ الْعُسْرَ، وبَسَطَ لَكَ لِسَانَ الإنْصَافِ، وَأَبَاحَكَ الدُنْيَا كُلَّهَا فَمَلَّكَكَ نفْسَكَ، وَحَلَّ أَسْرَكَ، وَفَرَّغَكَ لِعِبَادَةِ رَبكَ، وَاحْتَمَلَ بذَلِكَ التَّقْصِيرَ فِي مَالِهِ، فَتَعْلَمَ أَنّهُ أَوْلَى الخَلْقِ بكَ بَعْدَ أُولي رَحِمِكَ فِي حَيَاتِكَ وَمَوْتِكَ، وَأَحَقَّ الخَلْقِ بنَصْرِكَ وَمَعُونَتِكَ وَمُكَانفَتِكَ فِي ذَات اللَّهِ، فَلا تُؤثِرْ عَلَيْهِ نفْسَكَ مَا احْتَاجَ إلَيْكَ.

"Sənə azadlıq ne`məti bağışlayıb azad edənin haqqı odur ki, biləsən, o, öz malını sənin azad olmağına xərc edib, səni köləlik və onun vəhşətindən azadlıq izzəti və aramlığa çıxartdı. Səni mülk olmaq əsirliyindən xilas edib, köləlik həlqələrini boynundan uzaqlaşdırdı. İzzət yelini sənə hazır etdi. Səni, qəhr zindanından azad edib, çətinliklərdən qurtardı.Ədalət dilni sənə açdı. Bütün dünyanı sənə mübah etdi. Əsirlikdən azad edib azadlıq ixtiyarının cilovunu öz əlinə verdi. Rəbbinə itaət etməkdən ötrü sənə aramlıq verdi. Öz malının azalmasına dözdü. Bəs bil ki, qohumlarından sonra insanlar içində, həyatında və ölümündə sənə ən yaxın adamdır. Allah yolunda kömək olunmalı ən layiqli şəxsdir. Bəs nə qədər ki, möhtacdır özünü ondan qabağa salma!"

Bu bəhsdə İmam Səccad (əleyhissalam), azad olunmuş köləyə xəbərdarlıq edir ki, səni öz pulu və sərvəti ilə azad edən şəxs, köləliyin vəhşətindən, başqalarının köləliyindən, başqalarının sənin üstündə malik olmasından, iqtisadi müstəqillik, əqidə və fikir azadlığı, başqalarından xilas olub yalnız, Allaha bəndə olmaq azadlıqlarını sənə bəxş etmişdir. Belə şəxsin, azad olunmuş kölənin boynunda haqqı vardır. O da köməklik haqqıdır. Kölə çalışmalıdır ki, heç vaxt belə şəxsdən qabağa düşməsin və hər yerdə onun ehtiramını gözləsin.

Biz keçmiş bəhslərdə, malik və kölənin hüquqları, köləliyin yaranması, tarix boyu kölələrin əziyyətləri, onların azadlığa çıxması amilləri, xüsusilə, İslamda köləliklə mübarizə və tədriclə azadlığa də`vət barəsində geniş bəhs etmişik. Bu bəhsdə onları təkrar etmək istəmirik. Bu qismətdə yalnız, başqa mövzulara o cümlədən, azadlıq, əqidə azadlığı, fikir azadlığı, məkan seçmək və sair barəsində bəhs edəcəyik.

FİKİR AZADLIĞI

Fikir azadlığı, bəşərin ən əsas hüquqlarından biri sayılır. Hər bir insanın haqqı var ki, fikirləşsin və təfəkkürə dalsın. Fikir azadlığından məqsəd budur ki, hər bir insanın haqqı var ki, istədiyi hər bir mövzu barəsində fikirləşsin. Heç kimin haqqı yoxdur ki, insanın fikir və e`tiqadlarını nəzarətə alıb, ona bu işdə mane olsun.

Əgər deyilsə ki, kölənin cismi, malikin ixtiyarındadır, lakin, malikin kölənin e`tiqad və fikirləşməsinə mane olmağa ixtiyarı yoxdur. Kölə fikir və e`tiqad cəhətdən azaddır. Aydındır ki, kölənin azad fikirləşməsinə şərait yolu yoxdur. Əgər fərz etsək ki, kölə azad fikirləşir amma, görəsən imkan var ki, bu fikirlərini həyata keçirə bilsin? Heç vaxt! Beləliklə, İmam Səccad (əleyhissalam) buyurur: "Səni azad edən, səni başqalarının köləliyindən nicat verib, başqalarının qəhrində vaqe olmaqdan xilas edən odur." Bununla, belə birmövzuya işarə edir ki, azadlıqdan sonra azad fikirləşib onu həyata keçirə bilərsən. Beləliklə, demək olar ki, kölə azad olmaqla, fikri azadlıq da ələ gətirir.

İslam dini öz tərəfdarlarına azad fikirləşmək hüququnu verib, təhqiq və mütaliə yolunu onlara başa salmışdır.Həzrəti Əli (əleyhissalam) bu barədə buyurur:

"Hər kim müxtəlif fikirlər və nəzərlərlə üzbəüz olsa, xəta və səhvi tanıyıb, haqla batili bir-birindən ayıra bilər. Bu fikirlərin düzgünlüyünü və səhvini anlayar."

İslamda e`tiqadı və fikirləri zorla ram edib, qarşısını almamaqla yanaşı, insanın vəzifəsini və dəyərini onların ağlı, biliyi və təfəkkürünə əsasəntə`yin edir. Hədisdə var: "Bir saat fikirləşmək yetmiş ilin ibadətindən üstündür."

Qur`an bir çox ayələrdə insanları təfəkkür və azad fikirləşməyə də`vət edir və bu haləti, bəşərin ən yaxşı xüsusiyyəti kimi qeyd edir. Qur`an buyurur:

"O kəslər ki, sözü (öyüd nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir . Ağıl sahibləri elə onlardır! "[126]

Başqa ayədə buyurur: "Məgər korla görən eyni ola bilərmi? Bəs nəyə görə təfəkkür etmirsiniz?"[127]

E`TİQAD AZADLIĞI

Keçmiş əqidələr və insanların məzhəb e`tiqadları müxtəlif xüsusi müqəddimatlar əsasında vücuda gəlir. Tə`lim və tərbiyə növləri, fikir və e`tiqadların başqa amillərindəndir. Fikir və e`tiqadı dəyişməkdən ötrü məcburiyyət və zorla yox, məntiq və tutarlı dəlillər istifadə etmək lazımdır. Necə ki, Qur`an əqidə azadlığı barəsində buyurur:

"Dində məcburiyyət və zorakılıq yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) aydın fərqlənir.[128]

Başqa surədə buyurur: "Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən? "[129]

Yenə başqa yerdə buyurur: "Və de ki: Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim istəyir inanmasın(kafir olsun).Biz, kafir və zalimlərdən ötrü bir atəş hazırlamışıq"[130]

Həmin mövzuda başqa ayədə oxuyuruq: "Ya Peyğəmbər! Mənim bəndələrimə öyüd-nəsiət ver. Sən ancaq öyüd verənsən. Sənin onları ikrah və məcbur etməyə haqqın yoxdur. "[131]

Yenə də başqa ayədə buyurur: "(De ki:) Rəbbinizdən sizə çoxlu parlaq dəlillər gəlmişdir. Kim (onları) görsə, lehinə, kim görməsə, əleyhinədir. Mən sizə nəzarətçi deyiləm[132].

Zikr olunan ayələr insanda əqidə azadlığından söz açır. Dində icbar və zorakılıq yoxdur və e`tiqad seçmək də azaddır. Lakin İslam, ağıl, məntiq, elm və təhqiq diniolduğuna görə kor-koranə təqlidlərinin qarşısını alır. Allahdan qeyrisinə, aya, günəşə, ulduzlar və inəklər kimi məxluqatlara ibadət və pərəstiş etməyi bəşərin cəhalətinin nəticəsi kimi qələmə verir və hamını elmə tərəf də`vət edir.

MALİKİYYƏT AZADLIĞI

İmam Səccad (əleyhissalam) azad olunmuş köləyə buyurur: Səni azad edən malik, dünyada istədiyinə (halal yolla) malik olmağı sənə mübah etmişdir.Sənə fikir, əqidə, söz və malikiyət azadlığı bağışlamışdır. Beləliklə, azad olunmuş kölə, mal-dövlətə malik olmasında da, tamamilə azaddır.

Mə`lum olduğu kimi fərdi malikiyyət, insanın fitrətindən qaynaqlanır və həyatın rövnəqli olmasında, insanda ürək isintisi yaradır. İslam da, fərdi malikiyyəti müqəddəs bilib, öz qanunlarında tamammilə bu hüquqdan himayət etmişdir. Qur`an buyurur:

"Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payları vardır."[133]

Bununlada, mə`lum olur ki, İslamda hər kim halal yolla nə qədər mal-dövlət qazanarsa, öz haqqı sayılır. Qur`an yenə də bu mövzuda buyurur:

"Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarınnızı haqsız bəhanələrlə yeməyin! "[134]

Beləliklə, halal zəhmətdən qazanılmış mal halal olub, insanın şəxsi malı sayılır. Hədislərdə var, əgər müsəlman öz halal mal-dövlətini qorumaq yolunda öldürülsə, şəhid hökmündədir. Rəvayətdə, mə`sum İmamdan (əleyhissalam) nəql olunur,buyurur:

"Hər kim mal-dövlətini qorumaq yolunda ölsə, şəhiddir." [135]

Əlbəttə, bir məsələ də aydındır ki, malikiyyət azadlığı o demək deyil ki, hər kəs istədiyi yolla mal-dövlət toplasın. Bəli! Əkinçilik, heyvndarlıq, ticarət, sənətkarlıq və başqa bu kimi sənətlərlə qazanılan mal-dövlət, insanın öz malı sayılır. Ancaq, qanunsuz yollarla, o cümlədən, oğurluq, al-verdə aldatma, çəkidə azaltma, sələmçilik, qəsb etmək kimi yollarla ələ gələn mal-dövlət, sahibininki sayılmır və İslam belə hallarla qəti şəkildə mübarizə aparır. Həmçinin, insanın halal yolla qazandığı mal-dövlətin İslami maliyyatları və vergiləri da vardır. Əgər müsəlman bu dini və şər`i vergiləri öz halal mallarından ayırıb müstəhəqqinə verməsə, (məs, xums, zəkat və s), aşağadakı zikr olunacaq Qur`an ayəsinin aydın nümunəsi hesab olunacaq. Qur`an buyurur:

"Qızıl-gümüş yığıb onu Allah younda xərcləməyənləri şiddətli bir əzabla müjdələ! " "O gün (Qiyamət günü), yığdıqları qızıl-gümüş Cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq. (və onlara:) Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınızın (əzabın) dadın! – deyiləcəkdir."[136]

Bura kimi kölənin azad olması,malikin hüququ, e`tiqad, malikiyyət, fikr və söz azadlıqları barəsində bəhs olundu. İmam Səccad (əleyhissalam) azad olunmuş kölənin vücudunda təşəkkür və ne`mətlər müqabilində Allaha şükr etmək hissini oyadır. Bununla da, ona xəbərdarlıq edir ki, malikin sənin barəndə etdiyi bu mühüm xeyirxahlığı heç vaxt unutma!.

27. KÖLƏNİN HAQQI

وَأَمَّا حَقُّ مَوْلاكَ الْجَارِيَةِ عَلَيْهِ نِعْمَتُكَ فَأَنْ تَعْلَمَ أَنَّ اللهَ جَعَلَكَ حَامِيَةً عَلَيْهِ، وَوَاقِيَةً وناصِرًا وَمَعْقِلاً، وَجَعَلَهُ لَكَ وَسِيلَةً وَسَبَباً بَيْنَكَ وَبَيْنَهُ فَبالْحَرِيِّ أَنْ يَحْجُبَكَ عَنِ النَّارِ فَيَكُونَ فِي ذَلِكَ ثَوَابٌ مِنْهُ فِي الآجِلِ، ويَحْكُمُ لَكَ بمِيرَاثِهِ فِي الْعَاجِلِ إذَا لم يَكُنْ لَهُ رَحِمٌ، مُكَافَأَةً لِمَا أَنفَقْتَهُ مِنْ مَالِكَ عَلَيْهِ وَقُمْتَ بهِ مِنْ حَقِّهِ بَعْدَ إنفَاقِ مَالِكَ، فَإنْ لَمْ تَقُمْ بحَقِّهِ خِيفَ عَلَيْكَ أَنْ لا يَطِيبَ لَكَ مِيرَاثُهُ. وَلا قُوَّةَ إلا باللهِ.

"Sənin azad etdiyin kölənin haqqı budur ki, biləsən, Allah, səni onun köməkçisi, himayətçisi və pənah yeri qərar vermişdir. Allah, səni onunla Özü arasında vasitə tə`yin etmişdir. Yaxşı olar ki, bu işə görə Allah, sənə Cəhənnəmdən nicat versin və bu savab, Axirətdə ondan sənə çatan olsun. Dünyada da, əgər azad etdiyin kölənin öləndə varisi olmasa,ondan irs aparırsan. Çünki, sən malını onun yolunda xərc etmisən və onun haqqını qaytarmısan. Əgər malını onun yolunda xərc etdikdən sonra onun hörmətini gözləməsən (minnət qoysan), ondan sənə qalan irs sənin üçün şirin olmaz"!

"Məkarimul-Əxlaq" kitabında bu hüquq belə bəyan olunmuşdur.

"Azad etdiyin kölənin haqqı odur ki, biləsən, Allah taala, Özünə yaxın olmaqdan ötrü onun azad olunmasını sənə vəsilə qərar vermişdir. Həmçinin, onu atəşlə sənin aranda mane qərar vermişdir. Bil ki, bu işin mükafatı dünyada malını ona görə xərc etdiyin üçün (əgər kölənin qohumu olmasa) öləndən sonra irsi sənə çatması, Axirət də isə Behiştdir."

Hədisdə "Məvali" kəlməsi təkrar olmuşdur. Bu ad bir sıra yerlərdə müxtəlif mə`nalarda işlənilir. Onlardan, rəbb, malik, seyyid, ne`mət verən, azad olunmuş nasir, sevilən, tabe, qonşu, bibi oğlu, ne`mət verilmiş, və sair mə`naları qeyd etmək olar.

Bu hədisdə "Məvali" kəlməsi, "azad olunmuş kölə" mə`nasındadır. Əvvəlki bəhsdə, İmam Səccad (əleyhissalam) kölə azad edənin haqqı barəsində məsələlər buyurmuşdur. Bu bəhsdə isə azad olunmuş kölənin hüquqları barəsində bəhs olunmuşdur.

İnsan, başqasına xidmət göstərib bağışladığı zaman özündə qürur və təkəbbür hiss edib, minnət qoya bilər. İmam Səccad (əleyhissalam), kölə azad edən malikdə, bu qürur və təkəbbürü aradan aparmaqdan ötrü buyurur:

"Heç vaxt güman etmə ki, təkcə sənin onun boynunda haqqın var! Xeyr! Bəlkə də, onun da, (azad olunmuş kölənin) sənin boynunda haqqı vardır. Onu əda etməlisən."

AZAD OLUNMUŞ KÖLƏNİN VƏZİFƏLƏRİ

O vəzifələr bunlardan ibarətdir: Sən onu azad etməklə, Allaha yaxın olursan. Bununlada, onun vasitəsilə səninlə Cəhənnəm atəşi arasında fasilə olur. Axirətdə də, nicat tapanlardan olursan. Bu əməlin dünyadakı tə`siri budur ki, əgər azad etdiyin kölə dünyadan köçsə və qohumlarından heç kəs qalmasa, yerdə qalan irsi sənə çatır. Çünki, ondan ötrü mal-dövlətini xərcləmisən. Bu da, kölə bəhsində şər`i hökmə işarədir.

Köləni azad edən malik, o vaxt ondan irs aparır ki, əvvəla, köləni Allahın razılığına görə azad etmiş olsun. İkincisi, kölənin yaxın qohumları olmamış olsun. Nəticədə, köləni azad etməyin həm bu dünyada, həm də axirətdə mükafatı olur.

Keçən bəhslərdə, kölə azad etməyin savabları barəsində söhbət açmışdıq. Bu bəhsdə isə qısa da olsa, kölənin bə`zi hüquqlarına işarə edəcəyik. İndi də bu barədə nəql olunan rəvayətlərə nəzər salaq.

KÖLƏ AZAD EDƏNİN MƏQAMI

"Vəsail-Şiə"kitabının "kölə azad etmək" fəslində, İmam Baqir (əleyhissalam)-dan belə bir rəvayət nəql olunur, Həzrət İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql edir, buyurur:

"Hər kim kölə azad etsə, Allah-taala, azad olunmuşun hər bir bədən üzvü müqabilində azad edənin bədən üzvünü atəşdən qoruyar."

Başqa hədisdə İmam Sadiq (əleyhissalam)-dan nəql olunur buyurur:

"Günlərin birində Fatimə binti Əsəd, İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alihi və səlləm) ərz edir: Qərara almışam ki, bu kənizi Allah yolunda azad edəm! Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Əgər belə etsən, Allah-taala onun hər bir üzvü müqabilində sənin üzvünü Cəhənnəm odundan azad edər.

ŞİƏLƏRİN İMAMLAR VƏ KÖLƏLƏRİ AZAD ETMƏK HAQQINDA

Hədislərdən birində oxuyuruq: İmam Sadiq (əleyhissalam) buyurur:

"İmam Baqir (əleyhissalam) vəfat edərkən altımış köləsi var idi, onlardan iyirmisini Allah yolunda azad edir!"

Şiələrin mə`sum İmamları (səlləllahu əleyhi və alihi və səlləm) özü hər yerdə həmişə həmişə kölə azad etməkdən öndə gediblər. Bununla da dünya və axirətin savabını öz tərəfdarlarına nişan verirdilər.

28. EHSAN EDƏNİN HAQQI

وَأمّا حَقُّ ذِي المَعْرُوفِ عَلَيكَ فَأَنْ تَشْكُرَهُ وتَذْكُرَ مَعْرُوفَهُ وتَنْشُرَ لَهُ الْمَقَالَةَ الْحَسَنَةَ، وَتُخلِصَ لَهُ الدُّعَاءَ فِيمَا بَينَكَ وبَيْنَ اللَّهِ سُبْحَانَهُ، فَإنّكَ إذَا فَعَلْتَ ذَلِكَ كُنْتَ قَدْ شَكَرْتَهُ سِرًّا وَعَلانِيَةً. ثُمَّ إنْ أَمْكَنَ مُكَافَأَتَهُ بالْفِعْلِ كَافَأتَهُ وإلاّ كُنْتَ مُرْصِدًا لَهُ مُوطِّنًا نَفْسَكَ عَلَيْهَا.

"Sənə yaxşılıq və ehsan edənin haqqı odur ki, ona təşəkkür edəsən və yaxşılığını yada salasan. Onun barəsində yaxşı sözlər yayıb,özünlə Allah arasında ona dua edəsən. Çünki, sən bu işinlə ona qarşı gizlin və aşkarda təşəkkür etmiş olursan. İmkan tapanda, onun yaxşılığının əvəzinin çıx. İmkanının yoxsa, bu fikirdə olub, özünü belə bir işə hazırlaşdır! "



Geri   İrəli
Go to TOP