A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (2)
Müəllif: Qüdrətullah Məşayixi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Göründüyü kimi bu hədisdə aşkarcasına bildirilir ki, əgər valdeynin övladına zülm etməsi fərz olunsa da, onu görməməzliyə vurub övladçılıq vəzifəmizi yerinə yetirməliyik.

GÜNAHLARIN TƏ`SİRİ VƏ ATANIN QƏTLİ

Məhəmməd ibni Səhldən rəvayət olunur ki, Müntəsərin xilafəti dövründə günlərin birində gözüm, üstündə şahların şəkli çəkilmiş xalçaya düşdü. Farsca aşağısında yazılmış, yazıya diqqət etdim. O xalçada bir padşahın şəklini gördüm ki, başında tac və altında bu sözlər yazılmışdı: Bu atasının qatili, Xosrov Pərvizin şəklidir. Atasının qətlindən sonra altı aydan çox şahlıq etməmişdir. Ondan başqa şəkilləri də gördüm. Birdən gözüm xalçanın sol tərəfinə düşdü. Padşahın şəklini gördüm ki, altında yazılmışdır. “Bu şəkil Yəzid ibni Vəlid ibni Əbdül Məlik, əmisi oğlu Vəlid ibni Yəzid ibni Əbdül Məlikin qatilinin şəklidir. Şahlıq müddəti altı ay olub. Sonra Müntəsərin şəklinə baxdım. Zehnimə gəldi ki, Müntəsərin də xəlifəliyi altı aydan çox çəkməyəcək. Çünki, o da atasının qatili olub. [96]

Bəli, Mütəvəkkil bəni Əbbas xəlifələrindən biri idi. Əmirəlmö`minin Əli (əleyhissalam)-ın müqəddəs vücuduna qarşı kinli olub, onun adını həmişə “Əbu Turab" ləqəbi ilə yad edərdi. Özünün sarayındakı ümumi məclislərindən birində Həzrətin adına hörmətsizlik edib, ona cəsarət edir. Cavan oğlu Müntəsər Əbbasi məclisdə idi. Atasının Əli (əleyhissalam)-a qarşı bu çirkin rəftarından qəzəblənir. Bə`zən ona etiraz edir, bə`zən də sakit dayanırdı. Tainki, günlərin birində böyük şəxsiyyətlərdəntəşkil olunmuş ümumi məclisdə, Mütəvəkkil Həzrətin müqəddəs adını çirkinliklə yad edir. Müntəsər çox qəzəblənib atasına e`tiraz edir. Mütəvəkkil hamının gözü önündə oğlu Müntəsəri təhqir edir. Ona bu məzmunda bir ş`er deyir.

“Bu cavana bax! Əmisi oğlunun arxasınca hirslənib qəzəblənir. Başın ananın övrətinə olsun!"

İyirmi beş yaşında cavan Müntəsər ümumi məclisdə atasının bu hörmətsizlik və təhqirinə dözə bilməyir. Ona görə də, intiqam almaq fikrinə düşüb atasını öldürmək planı çəkir.

MÜTƏVƏKKİLİN QƏTLİ VƏ BU ÖLÜMÜN TƏ`SİRİ

Müntəsər, atasını qətlə yetirmək fikrinə düşən zaman bu məsələni, Mütəvəkkilin sarayında onun sirrini bilən bir neçə nəfər türk qulamları ilə araya qoyur. Əslində öz planını onların əli ilə həyata keçirir.

Gecələrin birində Mütəvəkkil sarayda özünün xüsusu şərab məclisini təşkil edib, yeyib-içməklə məşğul idi. Gecə yarıdan keçir. Sarayın məclis işlərinə baxan Bəğai Səğir məclisin dağılmasını e`lan edib, xəlifənin istirahət vaxtı olduğunu bildirir. Hamı saraydan çıxır. Sarayda qalan təkcə, Mütəvəkkilin yanında böyük məqamı olan Fətih ibni Xaqan qalır. Bu vaxt türk qulamları sıyrılmış qılıncla xəlifənin otağına həmlə edirlər.

Fətih ibni Xaqan Mütəvəkkilin canını qorumaq üçün özünü onun üstünə atır. Lakin, bu işin faydası olmur. Hər ikisini tikə-tikə edirlər vəhəmin gecə, qanlı nizələri ilə Müntəsərə xilafət salamı verirlər.

Bu əhvalatda doğrudur ki, Mütəvəkkil (məsu`liyətsiz ata) özü öz qətlinə səbəb olur və həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alehi və səlləm) bu hədisinə aid olur: Əli (əleyhissalam)-a buyurur: “Ya Əli! Allah lə`nət eləsin o valideynə ki, övladlarının onların üzünə ağ olmasına şərait yaradırlar”.[97] Lakin, başqa tərəfdən, atasını qətlə yetirmək günahının tə`siri səbəb olur ki, Müntəsərin ömrü altı aydan çox çəkməsin və həyat qapısı bu dünyada əbədi bağlansın.

Mütəvəkkilin ardıcıl məzəmmətləri səbəb olur ki, inadkarlıq atəşi daha çox şö`lələnsin. Nəticədə, öz övladı vasitəsi ilə onun canını yandırsın. Əli (əleyhissalam) bu barədə buyurur:

“Məzəmmət və acıqlanmaqda ifrata varmaq inadkarın atəşini çoxaldır! "[98]

ATANIN ÖVLADA ŞƏR`İ HAQQI

Mühəqqiq Ərdəbili yazır: “Ağıl və rəvayətlər, valideynin üzünə ağ olmağın haram olduğuna dəlalət edir. Ayələr və rəvayətlər, valdeynə itaətin vacib olmasını bildirir." Sonra yazır: Fəqihlər deyirlər: “Əgər İmam tərəfindən cəbhəyə getmək əmri verilməsə və ya kafirlər müsəlmanların ölkələrinə hücum etməyən halda, ata-ana övladlarını döyüşə getməkdən saxlaya bilərlər.[99]

Şəhid Saninin “Qəvaid" kitabında bu mövzudakı ifadəsi belədir: “Şübhəsiz ki, əcnəbilərə haram və vacib olan hər bir şey valideynə də o cürdür. Ata-ananın bu sahədə xüsusi hökmü vardır.

Birinci: Mübah səfər (övlada), ata-ananın icazəsi olmadan qadağandır.

İkinci: Şübhəli məsələlərdə də olsa, valideyndən itaət vacibdir. Çünki, şübhəli məsələnin tərki müstəhəbdir.

Üçüncü: Əgər xüsusi hökm olmasa, valideyin övladının cəbhəyə getməsinə mane ola bilər.

Dördüncü: Əgər iş, namaz qılmaqla, valideynə itaət arasında təzaddolsa, namazı gecikdirib valdeynə itaət etmək vacibdir.

Beşinci: Valideyn bə`zi vaxtlar övladını camaat namazından saxlaya bilər.[100]

24. ÖVLADIN HAQQI

وَأمَّا حَقُّ وَلَدِكَ فَتَعْلَمَ أنَّهُ مِنْكَ وَمُضَافٌ إلَيكَ فِي عَاجِلِ الدُنْيَا بخَيْرِهِ وَشَرِّهِ، وَأَنَّكَ مَسْئولٌ عَمَّا ولِّيتَهُ مِنْ حُسْنِ الأَدَب وَالدّلالَةِ عَلَى رَبهِ وَالْمَعُونةِ لَهُ عَلَى طَاعَتِهِ فِيكَ وَفِي نفْسِهِ، فَمُثابٌ عَلَى ذلِكَ وَمُعَاقَبٌ، فَاعْمَلْ فِي أَمْرِهِ عَمَلَ الْمُتَزَيِّنِ بحُسْنِ أَثرِهِ عَلَيْهِ فِي عَاجِلِ الدُّنْيَا، الْمُعْذِرِ إلَى رَبهِ فِيمَا بَيْنَكَ وبَيْنَهُ بحُسْنِ الْقِيَامِ عَلَيْهِ وَالأَخذُ لَهُ مِنْهُ. وَلا قُوَّةَ إلا باللهِ.

“Övladın haqqı budur ki, biləsən, dünyada o səndən olub və sənə bağlıdır. Xeyiri və şəri səninlədir. Sən ona yaxşı tərbiyə, yol göstərmək, Allah-taalaya və sənə itaət etməkdə, məs`ul və öhdədarsan. Sonra əgər bu vəzifəni yerinə yetirsən, savab qazanarsan. Əgər səhlənkarlıq etsən, əzaba düçar olarsan. Bəs, onun barəsində yaxşı əməl et ki, dünyada bəhrəsini alasan. Axirətdə ondan yaxşı himayət etdiyinə və nəticə aldığına görə Allah dərgahında üzrün olmasın. Allah tərəfindən başqa heç bir güc və qüvvə yoxdur! "

İmam Səccad (əleyhissalam)-ın övladlarının hüquqları barəsində xatırladığı məsələnin xülasəsi bunlardır.

Birinci: Ata unutmasın ki, onun övladı ona bağlıdır. Həmçinin, xeyir və şəri onunla əlaqədardır.

İkinci: Övladın yaxşı ədəblə tərbiyəsi və Allaha-itaət etməsinə tərəf yönəldilməsi də atanın vəzifəsidir.

Üçüncü: Övladın əməllərinin tə`sirləri barəsində qəflətdə olunmamalıdır. Çünki, əgər yaxşı iş görərsə, ataya savab, pis iş görərsə, ona da da əzab gələr.

Dördüncü: Ata övladını elə böyüdüb başa çatdırsın ki, Qiyamətdə Allahın müqabilində həm övladı, həm də özü üzünü ağa çıxara bilsin.

İmam Səccad (əleyhissalam) əvvəlki mövzularda valideynin haqqını bəyan edib, övladın onların müqabilində vəzifələrini aydınlaşdırdı. İndi də qarşılıqlı haqq kimi, valideynlərin öhdəsindəki övladların hüquqlarına işarə edib buyurur:

Şübhəsiz ki, övladların şəxsiyyətlərinin əsası, kişi ilə qadının öz yaradılış qanununa uyğun olaraq bir–biri ilə ailə peymanı bağlamasıdır. Onlar bilməlidirlər ki, onların vücudlarının meyvələri cəmiyyətə təhvil veriləcək. Bir sıra şəxsiyyət əsasları var ki, ata-ananın xüsusiyyətləri ilə bağlı olub irsi övlada keçir. Əslində, övladlar ata-analarının ruhiyyələrinin tam şəkildə güzgüləridirlər. Əlbəttə, bunlar bir sıra xüsusiyyətlərdir ki, nəsilbənəsil irs keçir. Bu, bütün bitki, heyvan və insanlarda olan ümumi xilqət qanunudur. Bu barədə geniş bəhsə ehtiyac olduğuna görə bura qədər kifayətlənirik.

Uşaq, Allah-taalanın əmri ilə maddə və dünya aləminə gəldiyi zamandan müqəddəs İslam dini, valideynlərin öhdəsinə ağır vəzifə və məs`uliyyət qoyur. Onlar, ilk növbədə məs`uliyyətlərni tanımalı, ikinci növbədə isə bu vəzifələri yerinə yetirməkdə Allahdan fürsət tələb etməlidirlər. İndi də qısa şəkildə bu vəzifələrə işarə edirik. Ata-analar övladları xoşbəxtliyə və kamala çatdırmaq yolunda tərbiyətdə iki əslə diqqət etməlidir.

Birinci: Faydalı iste`dadları canlandırmaq:

İkinci: Düzgün olmayan meyl və şəraitləri aradan aparmaq.

Müvəffəq tərbiyəçi odur ki, uşaqın bütün iste`dadlarını elmi və əməli təcrübələrlə tədriclə oyatsın və yatmış halətindən fəaliyyət halına salsın. Başqa tərəfdən valideynlərin və ya babaların qoyduğu bə`zi bəyənilməmiş xüsusiyyətləri aradan aparıb, pərvəriş tapmasına şərait yaratmasınlar.İmam Sadiq (əleyhissalam) bu barədə buyurur:

"Valideynlərə övladları barəsində üç şey vacibdir. 1. Onu ananın ixtiyarında qoysun. 2. Ona yaxşı ad qoysun. 3. Ədəbli olmaqında həddən ratıq çalışsınlar."[101]

İmam Səccad (əleyhissalam) "Səhifyi Səccadiyyə" kitabında övladları üçün dua etdikdə buyurur:

"İlahi! Mənə övladlarımın ədəbli və tərbiyəli olmasında və onlara yaxşılıq etməkdə kömək ol! ".[102]

Bu cümlələrlə mə`lum olur ki, övlad tərbiyə etmək çox ağır işdir. Bu işdə hamı, Allah-taaladan kömək diləməlidir.

ÖVLADLARIN HÜQUQU

Övlad dünyaya gələn andan valideynlərin boynuna bir sıra hüquqlar qoyulur. Onlardan birincisi, yaxşı ad seçməkdir. Çoxlu rəvayətlərdə bu işə tə`kid olunmuşdur. Onlardan bə`zilərinə işarə edirik:

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "Övladlarınıza peyğəmbərlərin adlarını qoyun. Ən yaxşı ad Əbdullah və Əbdülrəhimdir."[103]

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

"Övladların valideynlərin boynunda üç əsas haqqı vardır. 1. Yaxşı ad. 2.Xətt və savad öyrətmək.3. Həddi büluğa çatdıqda evləndirmək. "[104]

Bu hədisdə, savad və evlənməkdən əlavə, yaxşı ad qoymaq da sifariş olunur. Həzrət Əli (əleyhissalam) Nəhcül-bəlağədə, övladın atanın boynunda olan haqqı barəsində buyurur:

"Övladın atanın boynunda haqqı odur ki, ona yaxşı ad seçsin, yaxşı İslam ədəbini və Qur`an öyrətsin."[105]

Bu hədisdə ad seçmək bildirilir.

İSLAM PEYĞƏMBƏRİNİN (səlləllahu əleyhi və alehi və səlləm) VASİTƏSİ İLƏ PİS ADLARIN DƏYİŞMƏSİ

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) pis adları və pis yer adlarını yaxşıları ilə dəyişirdi. Hər kimin öz pis adından xoşu gəlmirdisə, ona xəcalətdən nicat verirdi. Bu barədə aşağıdakı misallara diqqət edək:

İmam Sadiq (əleyhissalam) İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) pis adam və şəhər adlarını dəyişdirirdi.

Ömərin "Asiyə"(yə`ni, günahkar) adlı qızı var idi . İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) onun adını dəyişib "Cəmilə" (yə`ni, gözəl) qoyur.

Ümmu Sələmənin qızı Zeynəbin adı əvvəlcə, "Bərrə" (yə`ni, yaxşı iş görən) idi. Bu addan özünü bəyənmək mə`nası hiss olunurdu. O qadın barəsində deyirdilər: Bu adla paklıq iddiası etmək istəyir. Əhalinin təhqir və töhmətinin qarşısını almaqdan ötrü İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) onun adını dəyişib "Zeynəb" qoyur.

Əhməd ibni Heysəm İmam Rza (əleyhissalam) soruşur: Nəyə görə ərəblər öz övladlarına it, pələng və ona bənzər adlardan qoyurdular? Həzrət cavabında buyurur: "Ərəblər döyüş və müharibə adamları idilər. Bu adları onlara qoyurdular ki,elə ki , onları çağırırlar, düşmən qorxuya düşsün."[106]

PİS AD, TƏHQİR VƏ MƏZƏMMƏTƏ SƏBƏB OLUR

Ərəb qəbilələrinin başçılarından birinin adı "Cariyə" idi. "Əqrəbül–Məvarid" adlı lüğət kitabında "Cariyə" sözünün ərəbcə mə`nasında yazılır: "Cariyə", zəhərli ilan növlərindən birinin adıdır.

Qəbilə başçısı Cariyənin, güclü və yaxşı danışıq qabiliyyəti var idi. O və bir dəstə, Müaviyənin zalim hökumətindən narazı idilər. Müaviyə bu mövzunu hiss edirdi. Qərara alır ki, əhalinin gözü qarşısında onu təhqir edib, onun adını məsxərə ünvanı ilə çağırsın. Fürsət qarşıya çıxdı. Müaviyə Cariyə ilə üzbəüz gəlir. Müaviyə ona belə dedi:"Tayfan və qəbilənin yanında nə qədər alçaqsan ki, adını "ilan" qoyublar?Cariyə fikirləşmədən cavab verir: "Sən özün, tayfan və qəbilənin yanında o qədər alçaqsan ki, adını Müaviyə qoyublar. Yə`ni, dişi it". Müaviyə çox narahatlıqla ona deyir ki, "Sakit ol! Anasız! Cariyə cavab verir: Mənim anam var! Allaha and olsun! Sənin qəzəbini özündə yetişdirən qəlblər, bizim sinələrmizdədir. Müaviyə dedi: "Allah sənin kimilərini cəmiyyətdə çoxaltmasın."[107]

İkinci misal, Müaviyənini dövründə yaşayan böyük bir tayfanın başçısı, "Şərik ibni Ə`vər" adlı bir kişi barəsindədir. Bədheybət bir görkəmi var idi. Adı Şərik idi. Bu ad, insan üçün yaxşı deyil. Atasına, "Ə`vər" deyirdilər. Ə`vər, ərəbcə bir gözü eyibli olana deyirlər.

Müaviyənin qüdrətinin ən çox tüğyan edən günlərinin birində Şərik ibni Ə`vər onun məclisinə daxil olur. Müaviyə ona deyir: Sənin adın Şərikdir, Allahın isə şəriki yoxdur. Sən Ə`vərin oğlusan. Sağlam gözlü səndən yaxşıdır. Pis üzün var. Xoş üzlü, pis üzlüdən yaxşıdır. Nəyə görə qəbilən səni özünə başçı seçib?Şərik cavabında deyir: Allaha and olsun ki, sən Müaviyəsən. Müaviyə "av-av"edən itə deyilir. Sən "av–av" etdin. Adını Müaviyə qoydular. Sən Hərbin oğlusan, halbuki, sülh müharibədən yaxşıdır. Sən Səxrin (daşı)oğlusan halbuki, düz yer, daşlıqdan yaxşıdır. Bütün bunlarla necə oldu ki, səni müsəlmanlara rəhbər seçiblər. Bu sözlər Müaviyəni məğlub edir və Şərikə and verir ki, onun məclisindən çıxsın."[108]

Əzaların naqis və surətin çirkin olması, insanda təhqirlik hissi əmələ gətirdiyi kimi pis ad və ləqəb də insana təhqirlik hissi verir. Ona görə də, İslam tövsiyə edir ki, övladlarınıza yaxşı ad qoyun. Bu ad onların şəxsiyyətinə çox tə`sir edir. Onların ruhlarını təhqirlik hissindən xilas edir.

Bura kimi qısa da olsa, valideynlərin vəzifələrindən olan yaxşı ad seçmək barəsində bəhs etdik. İndi də onların iş vəzifəsi barəsində bəhs edəcəyik. İmam Səccad (əleyhissalam) bu vəzifəyə işarə edərək buyurur:

"Ata övladını yaxşı ədəblə tərbiyə etmək və Allahı ona tanıtdırmaqda mə`suliyətlidir."

İndi də rəvayətlərdə övladın tərbiyə olunması barəsindəki göstərişlərə nəzər salaq.

ÖVLADIN TƏRBİYƏSİNDƏ MƏHƏBBƏTİN ROLU

Şübhəsiz ki, uşaq, cismi cəhətdən yeməyə ehtiyacı olduğu kimi ruhu cəhətdən də qidalanmağa möhtacdır. Cismin qidası ananın südü və Allahın yaratdığı münasib yeməklərlə tə`min olunur. Lakin, ruhun qidası, ata-ananın lazımi tə`limləri və dəqiq gözləmələri ilə vücuda gəlir. Övlad, həm qidaya, həm də məhəbbətə möhtacdır. Məhəbbət, övladın canı sayılır.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

"Övladlarınızı sevib, onlara məhəbbət bəsləyin. Hər vaxt onlara və`də versəniz, ona əməl edin. Çünki, övladların dərki budur ki, ataları onların ruzi verənidirlər."

Bu hədisdə iki ən mühüm tərbiyə mövzusuna işarə olunur: Birinci, övladı çox istəmək və ona mehr-məhəbbət göstərmək. İkinci, uşaqa verilən və`dələrə vəfadar olmaq. Bununla da, övlad uşaq vaxtındanəhd pozan vəvə`də xilaflığına meyl etməsin.Övlada məhəbbət göstərməyin müxtəlif yolları vardır. Onlardan biri uşaqı öpmək və nəvaziş etməkdir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

"Övladlarınızı öpün! Çünki, övladlarınızı öpməyin müqabilində, Allah-taala elə bir məqam vermişdir ki, hər dərəcə arasında beş yüz il fasilə vardır."

Həmin mövzuda Əli (əleyhissalam) buyurur:

"Övladı öpmək rəhmətdir. Qadını öpmək şəhvətdir. Ata-ananı öpmək ibadətdir, kişinin qardaşını öpməsi dindir."[109]

Məhəbbəti izhar etmək, qeyri-valideyn üçün xüsusi vaxtı vardır. Elə ki, o vaxtdan keçdi öpmək qadağandır. İmam Sadiq (əleyhissalam) bu barədə buyurur:

"Qız altı yaşına çatdıqda yad kişi onu öpməməlidir. Oğlan uşaqı yeddi yaşına çatdıqda yad qadın onu öpməməlidir."

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm), İmam Həsənlə İmam Hüseyn (əleyhissalam) çox sevirdi və onları nəvaziş edib öpürdü. Günlərin birində Əqrə ibni Habisi, Həzrətin hüzurunda idi. Həzrət öz övladlarını öpür. O kişi deyir. Mənim on oğlum var, onların heç birisin öpməmişəm. Həzrət buyurdu: "Əgər Allah, məhəbbəti sənin qəlbindən götürübsə, onun mənə heç bir bağlılığı yoxdur! "

Bu söhbətdə göründüyü kimi İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm),o şəxsin övladlarını öpməməsini onun qəlbinin qəsavətində görür.

MƏHƏBBƏTDƏ İFRATA YOL VERMƏK

Müqəddəs İslam dini, valideynləri övladlarına qarşı məhəbbət izah etmələrinə göstəriş vermələri ilə bərabər onları ifrat dərəcədə olan məhəbbətdən çəkindirmiş və ifrat məhəbbətin nəticələrini onların qulaqlarına çatdırmışdır. İmam Baqir (əleyhissalam) bu barədə buyurur:

"Ən pis atalar onlardır ki, övladlarına məhəbbət göstərməkdə həddi aşıb ifrata varırlar! Ən pis övlad onlardır ki, vəzifələrini yerinə yetirməkdə səhlənkarlıqları ilə atanı özlərindən narazı salırlar."[110]

Bu hədisdə, ifrat məhəbbətin törətdiyi bədbəxtliklərə işarə olunur. Məhəbbətdə ifrat, övladın təkəbbürünə səbəb olur və onu öz sözünü yetirməyə cəhd edən şəxsə çevirir. Əli (əleyhissalam) bu barədə buyurur:

"Ən pis ruhi halət, özünü bəyənmək və özündən razı olmaqdır."[111]

QIZLAR ƏN YAXŞI ÖVLADLARDIR

Allah-taalanın valideynə verdiyi övladların qədrini bilmək lazımdır. Bilmək lazımdır ki, onlar İlahi əmanətlərdir. Valideynlər, onların müqabilində öz məs`uliyyətlərini bilməlidir. Onların tərbiyəsində çox çalışmalıdırlar. İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) nəzərində qız uşaqları oğlanlardan daha çox məhəbbət və nəvaziş tələb edir. Ona görə də görürük ki, Mə`sumların (əleyhimussalam) rəvayətlərində qız uşaqlarına daha çox məhəbbət göstərilməsinə tə`kid olunub. Aşağıdakı misallara diqqət edək:

Həzifə Yəməni, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm)-dən nəql edir ki, buyurur: "Ən yaxşı övladlarınız qızlarınızdır. [112]

Yenə də Həzrətdən nəql olunur, buyurur:"Qızlar ehsan, oğlanlar isə ne`mətdirlər. Ehsana mükafat və savab veriləcək. Ne`mət barəsindəinsandan sorğu-sual olunacaq."[113]

İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alehi və səlləm) müjdə verilir ki, Allah sizə qız uşaqı bağışlayıb. Əshab bu xəbəri eşitməklə üz gözlərini turşudaraq narazılıq haləti alırlar. Həzrət buyurur: Sizə nə oldu? Bu nə haldır baş verib? Qız uşaqı bir güldür ki, onu iyləyərəm. Ruzisi də Allahladır."

Yenə də İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Ən yaxşı övladlar özlərini qoruyan qız uşaqlarıdır. Hər kimin bir qızı olsa, Allah onun ata-anasını atəşdən hifz edər. Hər kimin iki qızı olsa, Allah onlarla valideynlərini behiştə salar. Hər kimin üç qızı və ya üç bacısı olsa, Allah ondan cihad və sədəqə əmrini götürər."

İbni Abbas, İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir ki, buyurur:

"Hər kim bazara girib əhli-əyalına töhfə alsa, ehtiyaclı şəxslərə sədəqə verən hökmündədir! Qızlar, oğlanlardan üstün tutulmalıdır. Çünki, hər kim qızını sevindirsə, sanki İslam övladlarından olan bir köləni azad etmişdir."

ÖVLADI ELƏ BÖYÜDÜN Kİ, İZZƏTİNİZ SAYILSIN

İmam Səccad (əleyhissalam) övladların haqqı barəsində bə`zi yerdə belə buyurur:

"Övladlarınızla elə rəftar edin ki, sənin tərbiyənin yaxşı tə`siri onların ictimai gözəllik camallarına səbəb olsun. Onu elə yetişdir ki, dünyasının müxtəlif yollarında abırlı və izzətlə yaşayış edib, sənin camalının qaynağı hesab olunsun! "

Əvvəlcədən işarə etdik ki, məhəbbətdə ifrat, övladda təkəbbür əmələ gətirir. Bu işin nəticələrindən biri də uşaqın ictimaiyyətdə tüfeyli böyüyüb, özünə e`timad edə bilməməsidir. Atalar uşaq yaşlarından öz övladlarında müstəqillik və özlərinə e`timad etmək xüsusiyyətini yetişdirməlidirlər. Bununla da, onlar müxtəlif müşküllər müqabilində möhkəm dayanıb sinə gələrlər.

Bu mövzunu İmam Sadiq (əleyhissalam)-dan nəql olunan, Loğmanın öz oğluna etdiyi tövsiyədə müşahidə edirik ki, buyurur:

"Loğman öz oğluna belə dedi: Ey oğlum! Əgər uşaqlıqda ədəb öyrənsən, böyüyəndə ondan bəhrələnərsən. Hər kim ədəb öyrənmək istəsə, ona ciddi yanaşar. Hər kim ədəb öyrənməkdə ciddi olsa, əxlaq və tərbiyə elmlərini öyrənmək zəhmətinə düşər. Hər kim tələb yolunda ciddi olsa, nəhayət, məqsədinə yetişər və ondan fayda götürər! "

Əziz oğlum! Həmişə öz nəfsini, vəzifələrini və vacib işlərini yerinə yetirməyə məcbur et! Öz canını insanlar tərəfindən sənə gələ biləcək əzab-əziyyətlərin müqabilində səbrli və dözümlü olmaqa hazırla. Əgər dünyada böyük izzət və məqama yetişmək istəyirsənsə, əhalidən tamahını yığışdır və onlara ümüdvar olma. Peyğəmbərlər və Allah adamları əhalidən öz mənfəət gözünü çəkməklə böyük və ali məqamlara nail olublar."[114]

Bu göstərişdə görürük ki, Loğman-həkim, öz övladına özünə e`timad ruhiyyəsi verib, əhalinin əlində olanlardan gözünü çəkməsini tövsiyə edir. Bu həmin halətdir ki, övladların müstəqil və tərbiyəli böyüməsinə səbəb olur. Atalar övlad tərbiyəsində bu göstərişlərə diqqət etməlidirlər.

25. QARDAŞIN HAQQI

وَأَمّا حَقُّ أَخِيكَ فَتَعْلَمَ أَنّهُ يَدُكَ الَّتِي تَبسُطُهَا، وَظَهْرُكَ الَّذِي تَلْتَجِئُ إلَيهِ، وَعِزُّكَ الَّذِي تَعْتَمِدُ عَلَيهِ، وَقُوَّتُكَ الَّتِي تَصُولُ بهَا، فَلا تَتَّخِذْهُ سِلاحًا علَى مَعصيةِ اللَّهِ ولا عُدَّةً لِلظُّلْمِ بحَقِّ اللَّهِ، ولا تَدَعْ نُصْرتَهُ عَلَى نفْسِهِ وَمَعُونتِهِ عَلَى عَدُوِّهِ وَالْحَوْلَ بَيْنَهُ وبَيْنَ شَيَاطينهِ وتَأْديَةِ النَّصِيحَةِ إلَيهِ والإقبَالِ عَلَيْهِ فِي اللَّهِ فَإنْ انقَادَ لِرَبهِ وَأَحْسَنَ الإجَابَةَ لَهُ وَإلاّ فَلْيَكُنِ اللهُ آثرَ عِنْدَكَ وَأَكْرَمَ عَلَيْكَ مِنْهُ

"Qardaşının haqqı barəsində onu bilməlisən ki, o sənin əlindir və onunla iş görürsən. Arxa və dayağındır. Ona pənah aparırsan. E`timad etdiyin qüvvəndir. O, hücuma keçdiyin qüvvəndir.

Allaha qarşı günah etdikdə ondan silah ünvanı kimi istifadə etmə. Ondan Allahın yaratdıqlarına qarşı zülm atəşi kimi istifadə etmə. Özünə görə dost ol. Düşməninə görə ona kömək ol. Şeytandan xilas olmaqdan ötrü ona kömək edib, azda olsa haqqını yerinə yetir. Allaha xatir ona tərəf get. Əgər Allaha itaət etsə, Onu yaxşı qəbul etsə, lap yaxşı. Yoxsa, Allah sənin üçün müqəddəm və daha hörmətli olsun!"

İmam Səccad (əleyhissalam) qardaşın haqqı barəsində üç mətləbə işarə edir:

Birinci: Qardaş bir əl kimi həmişə insanın güc və qüdrətinə səbəb olur. Bu güc və qüdrəti, günah silahı qərar vermə.

İkinci: Özünə kömək, düşmənlərinə qarşı ona arxa ol.

Üçüncü: Onu Şeytanın yolundan azad edib, Allahına tərəf qaytar. Əgər qəbul etməsə, Allahın əmr və göstərişni ona başa sal.

İSLAMDA QARDAŞLIQ BÖLÜMÜ

Qardaşlıq məsələsi, İslam və Qur`anın mühüm məsələlərindən biri olub iki qismə bölünür: Birinci: Əsl qardaş, ata-anadan bir olub, bir–birinə ən yaxın insani bağlılıqda olan qardaşlar. Bu bağlılıq, onların bir-birindən irs aparmasına səbəb olur. İrs aparmaqda ikinci təbəqələrdə olub, xüsusi hökmləri vardır. İkinci: İman qardaşları. Əslində, bu qardaşlıq bütün müsəlmanları bir-birinə bağlayır və dünyada müsəlmanların vəhdətinə səbəb olur.

"Əx" sözü ərəbcə lüğətdə, qardaş, rəfiq, və yoldaş mə`nasındadır. Sözün kökü "əxəvudur". Əslində, o şəxsə deyilir ki, ata-ana da və ya onların birində başqası ilə şərik olsun. "Müfrədat" lüğət kitabında süd qardaşı da, bu mə`nadan hesab edir. "Əx" kəlməsinin ərəbcə istifadəsi, "əb"və "Ümm" kimi çoxdur. "Müfrədat" kitabında sözün əsl mə`nasını zikr etdikdən sonra yazır: Hər kim başqası ilə, qəlbdə, dində, sənətdə, alverdə, dostluqda və başqa şeylərdə şərik olsa, ərəb ona "əx" deyir. Qur`ani kərimdə, bu söz həm əsl mə`nasında, həm də məcazi mə`nada işlənmişdir.



Geri   İrəli
Go to TOP