A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (2)
Müəllif: Qüdrətullah Məşayixi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Əhqaf surəsində hamiləlik və süd vermə dövrünün cəmisi otuz ay zikr olunmuşdur. Əgər otuz aydan, tam iki ilini çıxsaq, hamiləlik vaxtı altı ay olar. Məgər altı ayda uşaqın dünyaya gəlməsi mümkündürmü? İslam alimləri hədis və rəvayətlərə əsasən deyirlər: Ən az hamiləlik dövrü altı aydır və ən çox süd vermə dövrü iyirmi dörd aydır.

Calinus vəİbni Sinadan nəql olunur ki: Özləri öz gözləri ilə altı aydan sonra uşaqın dünyaya gəlməsini müşahidə ediblər

Qeyd etmək lazımdır ki, Qur`anın bu ifadəsindən mə`lum olur ki, hamiləlik vaxtından nə qədər azalarsa , o qədər də süd vermə dövrü artırılır. Məcmuən, otuz aya aid olur. İbni Abbasdan nəql olunur ki, hər vaxt qadının hamiləlik dövrü doqquz ay olarsa, iyirmi bir ay süd verməlidir. Əgər hamiləlik dövrü altı ay çəkərsə, iyirmi dörd ay süd verməlidir.[80]

Təbiət qanunu da bunu tələb edir. Çünki, hamiləlik dövründəki çatışmamazlıqlar süd vermək dövründə əvəzi çıxmalıdır. Həmin səbəbdən ayədə zikr olunur: "Tam süd vermə iki ildir."

Hər halda, ana bu otuz üç ay müddətində ruhi, hissi və cismi cəhətdən ən böyük fədakarlıq göstərir və övladına xidmət edir.

Maraqlıdır ki, Qur`an əvvəl ata-ananın hər ikisinə yaxşılıq etməyi tövsiyə edir. Lakin, zəhmət və əziyyətləri bəyan edərkən, ananın zəhmətlərini əsas tutur. Bununla da, ananın böyük zəhmət və haqqına işarə olunur. Sonra buyurur: Tövsiyə edirəm ki, Mənə və ata-anana təşəkkür edəsiniz! Mənim şükrmü, sizin Xaliq və ne`mət verəniniz olduğuma, ata və ananıza isə bu feyz və ne`məti sizə çatdırmaq vəsiləsi olduğuna görədir.

UŞAQIN QURULUŞUNDA ANANIN ROLU

Əhqaf və Loğman surələrindən zikr etməklə “insanın ata-anasına" yaxşılıq etmələrinə sifariş olduğunu aydınlaşdırdıq. Onların hər iksinin övladının boynunda haqqı vardır. Lakin hansının daha çox haqqı vardır: Qur`an ananın hamiləlik süd vemə dövründəki zəhmətlərini xüsusi qeyd edir.

Nütfənin bədəndə qərar tutması ilə uşaqın ilk vücudu əmələ gəlir. Ata-ana bərabər şəkildə bu işdə rol oynayırlar. Lakin, ana hamiləlik, uşaqı qidalandırmaq və uşaqın quruluşunda çox zəhməti vardır.Aleksis Karl yazır:

“Ata-ana uşaqın ilk rüşeyminin vücuda gəlməsində bərabər rol oynayırlar. Lakin, ana, bundan əlavə uşaqa lazım olan bütün qidanı özündən verir. Ananın vəzifəsi, uşaqın rüşeymində atadan mühümdür. Atanın uşaqın vücuda gəlməsində vəzifəsi azdır. Lakin, ana doqquz ay bu vəzifəni yerinə yetirir. Bu müddət ərzində rüşeym ananın qanının paklaşıb, ciftdən keçib ona çatmaqla qidalanır və inkişaf edir."[81]

ANANIN VƏZİYYƏTİNİN UŞAQIN RÜŞEYMİNƏ TƏSİRİ

Ananınbütün ruhi və cismi halətləri uşaqa tə`sir bağışlayır. Çünki, uşaq ananın rəhmində onun bir bədən üzvü hesab olur. Ananın maddi qida və yemək cəhətindən uşaqa tə`siri olduğu kimi fikir və əxlaq cəhətdən də uşaqın canında və cismində tə`sir qoyur. Əgər ana hamiləlik dövründə bərk qorxarsa , bu vaxt özündə rəngin qaçması, uşaqda isə bu işə görə böyük zərər görmək ehtimalı vardır. “E`caze Xurakiha" kitabında yazılır:

"Əgər ana, hamiləlik dövründə möhkəm qorxarsa, belə ki, rəngi qaçıb titrəyərsə, uşaqın bədənində “ay tutumu" adlanan ləkələr görünər."[82]

Ümumiyyətlə, ananın bütün qəm-qüssələri, əsəbləşməsi, təəccübü, pisliklər və kin-küdurəti, həsədləri, bəşərdə bütün bəyənilmiş və bəyənilməmiş sifətləri uşaqa tə`sir bağışlayır[83].

QUR`AN NƏZƏRİNDƏ SÜD VERMƏ DÖVRÜ

Qur`an buyurur: “Analar uşaqlarını əmizdirmə müddətini tamamlamaq üçün tam iki il əmizdirsinlər. Anaların yeməyi və geyimi öz qüvvəsi dairəsində uşaqın atasının üzərinə düşür.Heç kəs gücü çatmadığından artıq yüklənməz. Nə bir ana, nə bir ata uşaqına görə zərər çəkməsin! (Ata öləndən sonra) bu vəzifə həmin qaydada varisin üzərinə düşür. Əgər ata-ana öz aralarında məsləhətləşib, uşaqı (iki ildən tez) süddən kəsmək qərarına gəlsələr, ikisinə də heç bir günah olmaz. Əgər siz uşaqınızı başqasına (süd anasına) əmizdirmək istəyirsinizsə, onun zəhmət haqqını müəyyən olunmuş qayda üzrə (şəriətə müvafiq) ödəsəniz yenə də sizə günah gəlməz. Allahdan qorxun, Allah həqiqətən sizin etdiklərinizi görəndir.[84]

“Validə"sözü lüğətdə, “ana"mə`nasındadır. Lakin “Ümm" daha geniş mə`nadadır. Ümm sözü anaya, nənəyə, və bə`zən hər bir şeyin əsas və əslinə deyilir. Əvvəlcədən bu barədə bəhs olunmuşdu.Qur`an, bu ayədə uşaqa süd vermək və ata-ananın müxtəlif hüquqlarına göstəriş verir. Onların hamısı yeddi göstərişdir.

Birinci: Uşaqa süd vermək haqqı anaya məxsusdur. Uşaqı bu müddətdə gözləyən odur. Doğrudur ki, uşaqın vilayəti atanın üzərindədir. Lakin, bu müddətdə uşaqın qidalanması anaya bağlı olub, ana ilə qırılmaz məhəbbət bağlılığı olduğuna görə uşaqdan ana himayətçilik edir. Beləliklə, süd vermək haqqı ananındır. Tam iki il uşaqına süd verir.

İkinci: Lazım deyil ki, ana uşaqına iki il tam süd versin. Bu göstəriş, tam iki il süd vermək istəyənlər üçündür. Lakin, ananın haqqı var ki, öz sağlamlığını nəzərə alaraq iki ildən az süd versin.

Üçüncü: Ananın bu dövrdəki xərci, yemək libas və sair cəhətdən hətta, boşanmış olsa da uşaqın atasının öhdəsindədir. Bununla da, ana uşaqına asudə süd versin.

Dördüncü: Ata-anadan heç birinin haqqı yoxdur ki, uşaqın həyatını özlərinin ixtilafı ilə zay etsinlər. Bununla da, uşaqa aradan getməz zərbə vurulmuş olsun. Kişilər ehtiyatlı olmalıdırlar ki, uşaqa süd vermək dövranında uşaqı anadan almasın və onun haqqını zay etməsin. Analar da öz vəzifələrini yerinə yetirib, bu fürsətdən pis istifadə etməsinlər.

Beşinci: Əgər bu dövranda ata ölərsə, süd verən ananın və uşaqın bütün xərcləri vərəsənin öhdəsindədir.

Altıncı: Uşaqı süddən kəsmək ixtiyarı ata-ananın ixtiyarına qoyulmuşdur. Keçmiş ayələrdə süd vermə müddəti tə`yin olunmasına baxmayaraq, ata-ana uşaqın cismi vəziyyətini və səlahını nəzərə almaqla südü kəsə bilərlər.

Yeddinci: Ananın süd verməsinin qarşısını heç kim ala bilməz. Yalnız, ana özü bunu istəsə və ona bu işdə bir mane qarşıya çıxsa, bu vaxt uşaqa süd verib saxlamaq üçün dayəyə verilir. Bununla da, anaya uşaqı saxlamaqda kömək olunur[85].

Bura kimi Qur`andan mə`lum oldu ki, süd vermək ananın haqqıdır. Bu işi, Allah-taala bir vəzifə kimi onun üçün tə`yin etmişdir. İndi də görəyin ananın vücudunda bu süd necə vücuda gəlir?

SÜD NECƏ YARANIR

Qur`an buyurur: “Şübhəsiz ki, davarda (sağmal heyvanlarda) da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içirdirik. O, içənlərin (boğazından) rahat keçər.[86]

Bu ayədə buyurulur: Süd, ifrazat sistemi ilə qanın arasından çıxır. Fiziologiya elmi bu gün sübut etmişdir ki, qida maddəsi mə`dədə həzm olduqdan sonra geniş şəkildə mə`də və bağırsaqlara yayılır. Lazım olan ünsürlər onu cəzb edib qidalandırır. Bu halət, kökləri müxtəlif yerlərə dağılmış ağaca bənzəyir. Ana yemək yeyir, əsas vitamini qana keçir, qanın şaxə və budaqları rüşeymə bitişikdir. Uşaq nə qədər ki, ananın qarnındadır, bu yolla qidalanır. Uşaq dünyaya gələrkən göbəyinin bağırsağı qırılır. Bununla da qanla qidalanması qət olur. Uşaqın qida-həzm sistemi ananın sinəsinə tərəf yönəlir. Bu halda təzə dəyşiklik baş verir. Uşaqın istəyinə uyğun olan süd, ifrazat və qanın arasından çıxıb vücuda gəlir. Südün tərkibi qanla ifrazatın arasında qərar tutmuşdur. Nə tam təmizlənmiş qan, nə də həzm olunmuş qidadır. Qandan üstün, lakin, hazır həzm olunmuş qida məhsuluna da çatmır. Ananın sinəsi, porotoenli maddələri hazırlamaqdan ötrü bu işə tamamilə hazırdır. Südə lazım olan bə`zi maddələr qanda mövcuddur və onlar da döş qəfəsində vücuda gəlir.

Qazoin kimi maddələr və süddə olan bə`zi başqa maddələr qandan keçmədən vücuda gəlir. Bir sıra maddələr və müxtəlif vitaminlər, qidanın duzu, fosfot və qənd kimi maddələr qandan alınır. Bütün bunlar ananın sinəsində dəyşildikdən sonra südə çevrilir. Diqqət etdiyiniz kimi, südün əmələ gəlməsi müxtəlif qida maddələrinin qanla və sinədə olan vəzilərlə reaksiyasının nəticəsidir. Maraqlıdır ki, nə ifrazatın xüsusi iyi və nə də qanın rəngi südə keçmir. Alimlər deyirlər: Ananın sinəsində bir litr südün əmələ gəlməsindən ötrü ən azı sinədən beş yüz litir qan dövranı keçməlidir. Bununla da, südə lazım olan qidanı qandan alsın. Bir litr südün yaranmasından ötrü bağırsaqlardan çoxlu qida maddəsi keçməlidir. Bu haldadır ki, Qur`anın südün yaranması barəsində dediyi aydınlaşır.

Südün əsas tərkib maddələri bunlardan ibarətdir.: Sidiom, patasiom, kalsium, maqnezium, mis, dəmir, fosfor, xlor, yod, kükürd, qazlardan oksigen, azot, əsid, karbon və qənd maddələri süddə kifayət qədər mövcuddur. Süddə olan vitaminlərdən, B, P, A, D-ni qeyd etmək olar. Həmin səbəbdən İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

“Su və yeməyin yerini tamamilə tuta biləcək bir şey varsa, o da ananın südüdür.”[87]

AZ HƏCMLİ VƏ ÇOX QÜVVƏLİ MADDƏ

Süd, dadlı qida maddəsi olub uşaqlıqdaq qocalana qədər bütün insanlara faydası vardır. Ona görə də, xəstə şəxslərə süd içmək məsləhət görülür. Südün sümüklərin inkişafına fövqəl`adə tə`siri vardır. O səbəbdən sümük sınıqları hallarında süd içmək məsləhət görülür.

“Xalis" sözünün mə`nalarından biri də peyvənd və bağlılıqdır. Ola bilsin, həmin mə`naya görə Qur`anda xalis süd ifadəsi, südün sümüklərə olan fövqəladə tə`sirinə işarə olsun. Maraqlıdır ki, İslamda süd verməyin hikmətlərində bu mə`na aydın şəkildə gözə çatır. Çünki, bir tərəfdən görürük ki, fəqihlər yazır: “Əgər uşaq, hər hansı bir anadan süd əmib sümükləri möhkəmlənib ət bitirsə, onda uşaq o qadına məhrəm olar." Başqa tərəfdən alimlər yazır:

"Əgər uşaq, on beş gün hətta, bir gecə-gündüz süd əmərsə, məhrəmiyyət əmələ gələr."

Əgər bu iki sözü bir–biri ilə birləşdirsək, mə`nası bu olar ki, hətta, uşaqın bir gecə-gündüz də süd əmməsi, sümüklərin möhkəmlənməsi və ət bitməsinə səbəb olur.[88]

Onu da qeyd edək ki, İslami göstərişlərdə “ağuz"ərəbcə, “liba" südünə və onun fövqəl`adə tə`sirinə tə`kid olunmuşdur. Hətta, fiqh kitablarında oxuyuruq: Uşaqın həyatı o südə bağlıdır. Ona görə də ağuz südünü uşaqa vermək vacibdir.[89]

Həmçinin, həmin mövzuda Qur`anın Qəsəs surəsində yeddinci ayədə buyurur: “Musanın anasına ilham etdik ki, ona süd versin və əgər ona görə qorxsa onu dalğalara tapşırsın."

Ananın bir çox bəyənilmiş xüsusiyyətləri süd vasitəsi ilə uşaqa keçir.

Həzrət Əli (əleyhissalam) əlini Məhəmməd Hənəfiyyənin kürəyinə vurub buyurdu: "Qorxu damarı anandan sənə keçib."

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) süd əmən vaxtı qadınlar içindən yalnız, Həlimə Səidinin sinəsini qəbul edir və başqa qadınlardan süd əmmir. Bura kimi ananın süd verməsinin əhəmiyyəti və bununla da, uşaqın inkişafına tə`siri aydın oldu.

ANA BÜTÜN VÜCUDU İLƏ UŞAQIN XİDMƏTİNDƏ

Uşaqın dünyaya gəlməsi anından ananın bütün vaxtı uşaqa xidmətdə keçir. Ananın bir an uşaqdan qafil olması bə`zən onun aradan getməsi ilə bərabərdir. Ananın gecə-gündüz uşaqı gözləməsi onun aramlıq və istirahətini əlindən alır. Amma, ananın təbiətinə və mehribançılığına uyğun olaraq bütün bu zəhmətləri və əziyyətləri bal kimi bilir.

İmam Səccad (əleyhissalam) bu mövzunu, "o bu işə xoşhaldır" ifadəsi ilə bəyan edir.

ANA MƏHƏBBƏTİ

Məhəbbət, insanın mühüm ehtiyaclarından biridir ki, onun dünyaya gəlməsi ilə tələb olunur. Demək olar ki, insanın yeməyə və suya ehtiyacından sonra məhəbbətə ehtiyacı vardır.

Psixoloqlar, bu xüsusiyyəti insanın ən güclü ruhiyyəsindən sayırlar. Məhəbbət, insana təkcə uşaq vaxtı deyil, bəlkə də bütün ömrü boyu müxtəlif şəkildə bu hissə ehtiyac duyur.

Uşaqlarda elə mehriban tələblik və xüsusiləşmə hissləri görürük ki, əgər azca ondan azaltsaq, ata-anasına naz edib küsürlər. Əgər bu məhəbbətdən başqa uşaqa göstərilməsini görsə, həsədlik edər. Böyük yaşda qadınların, “günü" gəlməsindən xoşları gəlmir. Cavanlarda müşahidə olunur ki, qəlbləri açmaq və ya ram etmək istəyirlər.

Bə`zi psixoloqlar mö`təqiddirlər ki, uşaqların məhəbbətə xüsusi ehtiyacları vardır. Bu ehtiyaclar ananın bədəninin hərarəti və ya ananın uşaqı qucağına alması və ya oxşaması ilə aradan gedir. Əgər uşaqın bu ehtiyacı ödənilməsə, onun ruhunda çox pis tə`sir qoyur. Məşhur insanşünaslardan biri bu e`tiqadın tə`siri altına düşüb məclislərin birində belə deyir:

“Körpə doğulduqdan sonra anasının yanında yatmalıdır və onu yataqxanaya göndərmək lazım deyildir. Çünki, əgər uşaqı bu anda anasından ayırsaq, onun ananın istilik və hərarətinə olan ehtiyacı ödənilməmiş olar. Hətta, bə`zi pisxoloqlar bu əqidədədirlər ki, əgər, ana hər hansı müşkülə görə uşaqın yanında yata bilməsə, onun yerinə uşaqa nəvaziş etməkdən ötrü başqa anadan da istifadə etmək olar. Ona görə də yetimləripərvəriş etmək üçün xüsusi mərkəzlərə ehtiyac var.[90]

MƏGƏR UŞAQ ANANIN HƏRARƏTİ OLMAMASINI DƏRK EDİRMİ?

Uşaq özünün həyatının bu dövründə söz danışa bilməz. Ona görə də, bu sualın cavabı hələlik cavabsız qalır. Amma bu suala cavab tapmaqdan ötrü bir neçə təcrübə keçirildi. Bu təcrübədə bir neçə meymuna texniki bir ana verildi. Bu təcrübələrdə meymunun balaları, maşın anaya qarşı uşaqlara məxsus bütün ehtiyac və hərəkətlərini nişan verdilər. Meymunun anasının yerinə qəbul etdiyi ən münasib canişin, qırıq ağac budağının başına dolanmış paçanı və aşağı qismətləri bükülmüş gəlincik olur.

Həmçinin, bu canişin ana, başqa bir canişin maşın anadan ki, isti süd verir, lakin, meymun balası onun qucağında otura bilməməsinə görə, ondan daha tə`sirli olur. Bu təcrübələrdə müşahidə olunur ki, meymun balasında ruhu narahatçılıq baş verdikdə, canişin anaya tərəf qaçır və onu qucağına alır. Bu təcrübədən belə nəticə almaq olar ki, meymun balalarının ananın bədəni ilə əlaqəyə ehtiyacları vardır.[91]

ANANIN FƏDAKARLIĞI

Ana övladının vücudunu öz vücudundan üstün bilir. Bə`ziləri özlərini övladına fəda edir. Öz gözünə tikan batmasına dözür, amma uşaqının naləsinə dözmür. İmam Səccad (əleyhissalam) buyurur: "Ana, suyu övladına verib, özü isə susuz qalır. Özünə lazımı libas almasa da, onu uşaqına alır.”

Ana uşaqına qarşı iki növ məhəbbət bəsləyir. Birinci: Hissi məhəbbət. İkinci: Əqli məhəbbət. Hissi məhəbbət, bu vaxta kimi söhbət etdiklərimizdir.

Amma əqli məhəbbət odur ki, uşaqı xəstələndiyi vaxt həkimə müraciət edir. Onu cərrah həkimin ixtiyarında qoyur ki, qarnını yarsın və bağırsağını götürsün. Anası onun vəziyyətinə ağlayaraq dözsə də bu işə razılıq verir. Əgər ondan soruşsaq ki, nəyə görə uşaqını həkimin ixtiyarında qoymusan? Cavab verir: Çünki, onu sağlam görmək istəyirəm. Az zərərə, mənfəətdən ötrü dözmək və övladı sağlam görmək daha məntiqlidir.

BEHİŞT ANANIN QƏDƏMLƏRİ ALTINDADIR

Ananın məqam və mərtəbəsi o qədər yüksəkdir ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Behiştə getməyin yolunu ananın ayaqları altında və ona xidmət etməkdə görür. Necə ki, başqa yerdə, Behiştə getməyin şərtini Allah yolunda cihad edənlərin şəmşirlərinin kölgəsində tanıtdırır. İndi də İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) ananın haqqı, ehtiramı və məqamı barəsindəki söylədiklərinə işarə edək:

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: “Cənnət anaların qədəmləri altındadır.[92]

Həzrət Musa (əleyhissalam) üç dəfə Allah dərgahına tövsiyə olunmasını ərz edir: Allah-taala, hər dəfə onu Öz pak zatına tövsiyə edir. Sonra yenə də tövsiyə olunmasını istəyir. Allah ona iki dəfə anasını, üçüncü dəfə isə atasını tövsiyə edir

Bir nəfər, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) hüzuruna gəlib ərz edir: Ya Rəsuləllah! Kimə yaxşılıq edim? Buyurur: Anana!Ərz edir: Daha kimə? Buyurur: Anana! Yenə ərz edir: Daha kimə? Buyurur: Anana! Dördüncü dəfə buyurur: Atana yaxşılıq et!

Yuxarıdakı iki rəvayətdən bir sualın cavabı aydın olur. O da budur ki, ananın haqqı çoxdur yoxsa, atanın? Cavab budur ki, ananın haqqı atadan üç dəfə çoxdur. Bəli! Anaın üç dövrdə, hamiləlik, süd vermək və övlad böyütmək dövrlərində xüsusi rolu vardır. Doğrudur ki, ata, uşaqın və ananın xərcində mühüm rol oynayır, ailəni idarə edir, yemək, libas, və bütün ehtiyacları tə`min edir amma, bütün bunlar övladı anaya təhvil verməklədir. O da bir anda baş verir. O, anadır ki, bütün vücudu ilə övladını böyütməlidir.

ANAYA XİDMƏT YAXUD DÖYÜŞ CƏBHƏSİ?

Bir nəfər cavan, anası ilə İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) hüzuruna gəlir və anasının cəbhəyə getməyə icazə verməməsini ərz edir. Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

"Ananın xidmətində ol! Cəbhəyə getməkdən savabı az deyildir!"[93]

23. ATANIN HAQQI

وَأمَّا حَقُّ أَبيكَ فَتَعْلَمَ أنَّهُ أَصْلُكَ، وَأنَّكَ فَرْعُهُ، وَأَنَّكَ لَوْلاهُ لَمْ تَكُنْ. فَمَهْمَا رَأيْتَ فِي نفْسِكَ مِمَّا يُعْجِبُكَ فَاعْلَمْ أَنَّ أَبَاكَ أَصْلُ النِّعْمَةِ عَلَيْكَ فِيهِ وَاحْمَدِ اللَّهَ وَاشْكُرْهُ عَلَى قَدْرِ ذَلِكَ وَلا قُوَّةَ إلاّ باللهِ.

“Amma, sənin boynunda atanın haqqı budur ki, biləsən, o sənin vücudunun kök və sərçeşməsidir. Sən onun bir şaxəsisən. Əgər olmasaydı, sən də olmazdın. Hər vaxt özündə bir şey müşahidə etsən ki, bəyənirsən və səni təəccübləndirir, bil ki, bu ne`mətin əsli atadandır. Bəs, Allaha pərəstiş et və Ona bu ne`mətə görə şükr et! Allah tərəfindən başqa heç bir güc qüvvə yoxdur! "

ATA ƏSL, OĞUL ŞAXƏ

Həzrət Zeynalabidin (əleyhissalam) bu haqqın əvvəlində, elmi və fəlsəfi məsələyə işarə edir. O da əsl səbəb və nəticə məsələsidir. Əgər səbəb olmasa, nəticə dəolmaz. Əslində bütün məxluqatın vücudu bağlı və qeyri-müstəqildir.Bələliklə, bu qanun bütün maddə aləmində özünü biruzə verir. İmam Səccad (əleyhissalam) övladlara atanını vücudunun əzəmətini bəyan edərəkaşkarcasına buyurur: Ata əsas və kökdür. Övlad isə budaqdır. Kök olmasa, övladın vücudu dünyayagəlməz və zühur etməz. Bəs, övlad da hər nə zühur edirsə, öz kökü və əsli olan atadan hekayətdir.

İmam Səccad (əleyhissalam)-ın bəyanında diqqəti cəlb edən başqa bir mühüm mövzu da budur ki, övlad dünyaya gəlib maddi həyata qədəm atarkən öz inkişafına başlayır və kamal hərəkətinə davam edir. Lakin, ola bilsin, ata elə bir vəziyyətdə olsun ki, maddi inkişafı tamam və ya tamamlanmaq halında olsun. Beləliklə, ata və övladın maddi hərəkəti zamanı, ata öz inkişafını qurtarmağa doğru (qocalıq) halbuki, övlad inkişaf və maddi kamal qülləsinə tərəf hərəkət edir. Ata, günbəgün zəiflədiyini və qocaldığını hiss edir. Lakin, övlad qüvvətlənir və şadlanır. Övlad özünü atadan güclü bilir. Ola bilsin, tədriclə bu ona qürur və təkəbbür gətirsin. Bu halda övladda özünü atasından üstün tutmaq ehtimalı da var. Bu da səbəb olur ki, övlad atasına ehtiram etmək vəzifəsini unutsun yaxud, düzgün yerinə yetirməsin.

Həzrət bu məsələni övlada anlatmaq istəyir ki, hər vaxt səndə belə bir iş baş versə və Allah eləməmiş, təkəbbür halına düşsən, bil ki, sənə kamal və inkişaf cəhətdən nə müvəffəqiyyət üz veribsə, maddi sərçeşməsi atandır. Sənin özündən heç bir şeyin yoxdur. Əgər sən bu məsələni anlasan, qürur və təkəbbürdən nicat taparsan.

İmam Səccad (əleyhissalam)-ın bu haqqın bəyanında buyurduğu üçüncü mövzu, ne`məti tanımaq, təşəkkür və şükür etmək hissini oyatmağa diqqət etməklə, övladın öz vəzifəsini atası müqabilində Allahın buyurduğu kimi icra etməsidir. Bununla da valideynin üzünə ağ olmaq zərərindən qurtarsın. Sonra İmam Səccad (əleyhissalam) izah edir ki, atanın haqqına diqqət, onun müqabilində vəzifəsini yerinə yetirmək fürsətini yalnız, Allah-taala insana nəsib edir. Ona görə də bu imkanı Allahdan istəmək lazımdır.

Keçən bəhslərdə Qur`ani-Kərimdə, Loğman və Əhqaf surələrində ananın haqqı və insanı ata-anası barəsində yaxşılığa də`vət edən ayələri izah etdik. Bu bəhsdə isə həmin ayələrin təfsirində nəql olunan rəvayətlərə və atanın hüququna işarə edəcəyik.

RƏVAYƏTDƏ ATANIN MƏQAMI

Ravi nəql edir ki, İmam Sadiq (əleyhissalam)-dan bu ayə barəsində sual etdim: "Valideynlərə yaxşılıq etmək"dən məqsəd hansı yaxşılıqdır? Həzrət buyurdu: Ata-ananla kamil şəkildə həmsöhbət ol və onunla yaşa. Onların sənə möhtac olmaqına və zəhmətə düşmələrinə şərait yaratma. Özləri ehtiyacsız olsalar da, bu işi görmə. Sonra İmam Səccad (əleyhissalam) sual soruşanın diqqətini başqa ayəyə cəlb edərək oxuyur: "Özünüzün xoşladığınız şeylərdən xərc edin!" Rəvayətin ardında buyurur:

Allahın buyurduğu: "Əgər ata-anandan biri sənin yanında qocalıb əldən düşsələr onlara ən kiçik sayılan “Uf"kəlməsini də demə! "- ayədən məqsəd budur ki, onları əziyyətedici sözlərlə incitmə. Əgər səndən narahat olub səni vursalar da, onlarla yaxşı sözlərlə danış. O yaxşı söz budur ki, onlara de: "Allah sizi bağışlayıb Öz rəhmətinə aid etsin!" Ayədəki “Təvazökar qanadlarını onlara aç" sözündən məqsəd budur ki, onlara dolu və açıq gözlə baxma. Yalnız, rəhmət və mərhəmətlə nəzər sal. Səsini səslərindən ucaltma, əlini onların əllərindən, qədəmini qədəmlərindən qabağa qoyma."Qədəmini onların qədəmindənirəli qoymamaq"– yə`ni, onlarla uca və əziyyətedici səslə danışma. Üzünü onlara turşutma. Heç bir işdə onlardan önə keçmə və sözün tam mə`nasında onların ixtiyarında ol!

Üsul-Kafi kitabında İmam Sadiq (əleyhissalam)-dan nəql olunur ki, buyurur:

"Bir nəfər İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) yanına gələrək ərz edir: Mənə tövsiyə edin! Həzrət buyurur: Atəşdə yanan vəziyyətində olsan da, Allaha şirk qoşma! Yalnız, qəlbində imanına arxayın olsan, zahirdə (təqiyyə ünvanı ilə) zərurət üzündən bu işi görə bilərsən. Ata-anana itaət et və onlara yaxşılıq göstər. İstər diri, istər ölmüş olsalar. Əgər valideynlərin sənə əmr etsələr ki, mal-dövlətindən ver, hökmən bunu yerinə yetir. Çünki, bu işin özü imandandır. "[94]

Bu hədisdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm), istər həyatda olsun istərsə də, vəfat etmiş olsalar, valideynlərə ehsan və yaxşılıq etməyi tövsiyə edir. Ata-ananın məqamını o dərəcədə bəyan edir ki, hətta, əmr etsə ki, mal–dövlət və zövcəni tərk et, ona tabe olmalıdırlar. Bu əmri yerinə yetirmək, iman əlaməti kimi tanıtdırır.

Başqa rəvayətdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) yalnız, atanın haqqı barəsində buyurur:

“Atanı adı ilə çağırmayın. Ondan qabaqda yol getməyin. Ondan qabaq oturmayın. Onun sizi təhqir etməyinə şərait yaratmayın."

Beləliklə, övlad atanın məqamını belə gözləməli və ata-anasına kamil şəkildə ehtiram göstərməlidir.

Başqa rəvayətdə İmam Sadiq (əleyhissalam)-dan bir nəfər soruşur: Atam qocalıb. Çox zəifləyib. Belə ki hacəti zamanı onunla birlikdə olmalıyam. Belə işi yerinə yetirimmi? Həzrət buyurur:

“Əgər qüdrətin çatırsa, hökmən bu işi gör! Öz əlinizlə onun ağzına tikə qoyun. Bunun tə`siri, sabah Qiyamət günü Behiştin sənə qismət olması ilə nəticələnər! "

Bu hədisdə İmam Sadiq (əleyhissalam) övladlara buyurur və tövsiyə edir ki, necə ki, bir gün siz zəif idiniz, ata sizin əlinizdən tutub hacətinizi yerinə yetirirdi, indi də sizin vəzifənizdir ki, atanız üçün həmin işi görəsiniz. Bu günkü dünyada qocalar və yaşlılar üçün xüsusu evlər tikmək, həmçinin, özləri belə yerlərdə yaşamaq istəyən qocaları ora cəlb etmək tələb olunan vəbəyənilmiş işdir. Lakin, çox təəssüflər olsun ki, bə`ziləri belə yerləri bəhanə edib, öz əxlaqsızlıq və yersiz niyyətlərini həyata keçirməklə ata-analarını zorla ev mühitindən çıxarıb belə yerlərdə yerləşdirirlər. Onlar bu əməllə valideynlərinin ruhiyyəsinə böyük zərbə vurmuş olurlar. Onların qəm-qüssələrini artırır, ölümlərini tezləşdirirlər. Ata-ananın haqqı və məqamı o qədər böyükdür ki, hətta, müsəlman olmasalar da, İslam onların ehtiramını saxlamasını övladlara göstəriş verir.

Yenə də başqa rəvayətdə İmam Baqir (əleyhissalam) buyurur:

"Üç şey var ki, Allah-taala, bu işin heç kimə tərk olunmasına icazə verməmişdir: 1. Əmanəti mö`min ya fasid də olsa, qaytarmaq. 2. Saleh və kafir də olsa, əhdə vəfa etmək. 3. Saleh və pis iş sahibi də olsa, ata-anaya yaxşılıq etmək."

CAVANLARIN VƏZİFƏLƏRİ

Rəvayətlərdə müqəddəs İslam dininə mö`təqid olan cavanların vəzifələri mə`lum olur. Onlar həmişə bilməlidirlər ki, ata-analarının onların boynunda böyük haqları vardır. Vəzifələri budur ki, valideynlərinin haqqını tanısınlar, onlara qarşı diqqətsiz olub, qəzəblə baxmasınlar. Valdeynlər öz vəzifələrinə yaxşı əməl etməsələr də, övlad bir vəzifə kimi bunları yerinə yetirməlidir.



Geri   İrəli
Go to TOP