A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (2)
Müəllif: Qüdrətullah Məşayixi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


İslam peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

“Hər kim zövcəsini günahı olmadan vursa, Qiyamətdə mən onun düşməniyəm. Qadınlarnızı vurmayın. Bəs hər kim zövcəsini nahaqdan incitsə, Allaha və Peyğəmbərə qarşı günah etmişdir.”[51]

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) yenə də buyurur:

“Hər kim dövləti çox olan halda zövcəsini çətinlikdə qoysa, bizdən deyildir.”[52]

ZÖVCƏNİN HƏYATINI YAXŞILAŞDIRMAQ

İmam Səccad (əleyhissalam)-dan nəql olunur. Buyurur:

“Allah dərgahında sizlərdən ən sevimlisi onlardır ki, zövcəsinin yaşayış səviyyəsini yaxşılaşdırsınlar! “[53]

İmam Rza (əleyhissalam) buyurur: “Kişiyə lazımdır ki, həyat yoldaşının yaşayış səviyyəsini yaxşılaşdırsın tainki, heç vaxt onun ölümünü arzulamasın."[54]

Bura qədər bəhs olunurdu ki, kişilər arvadlarına qarşı mehriban və mərhəmətli olsunl və onlara əziyyət verməsinlər. Onları çətinliyə salmayıb, köməklik göstərsinlər. İndi də İslamdakişilərin bu xidməti müqabilində qadınlara hansı göstəriş verilir və onların həyatda hansı tə`sirləri vardır?

KİŞİNİN QADININ BOYNUNDA OLAN HAQQI

İmam Baqir (əleyhissalam)-dan nəql olunur: “Qadınlardan birisi İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) hüzuruna gəlir və soruşur: Ya Rəsulallah! Kişinin qadının boynunda olan haqqı nədir? Həzrət buyurur: Öz yoldaşından itaət etsin. Onunla müxalifət etməsin, ərin icazəsi olmadan evin heç bir malından sədəqə verməsin, onun icazəsi olmadan müstəhəb oruc tutmasın, özünü ərinin ixtiyarında qoysun, atın üstə oturmuş olsa, da ərinin istəklərindən boyun qaçırtmasın, ondan icazəsiz evdən bir yerə getməsin. Əgər ondan icazəsiz bir yerə çıxsa, evə qayıdana qədər yerin və göylərin qəzəb və rəhmət mələklərinin lə`nətinə düçar olar. Qadın soruşdu: Ya Rəsuləllah! İnsanlardan kimin kişinin boynunda ən çox haqqı vardır? Buyurdu: Ata-anasının. Qadınlara ən çox kimin haqqı var? Buyurdu: Ərinin. Soruşdu: Onun haqqı olan qədər mənim də haqqım varmı? Buyurdu: Xeyr! Bəlkə də, yüzdən biri qədər yox! Qadın cavab verdi: Səni Peyğəmbərliyə seçənə and olsun ki, heç bir kişi mənə malik olmayacaq! "[55]

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm)buyurur:

"Qadının boynunda kişinin haqqı budur ki, çırağı yandırmaq, kişi evdə olmayanda, evə qayıdarkən yemək hazırlamaq, onu qarşılamaq, ona xoş gəlmisən demək, ondan ötrü su və dəstmal gətirmək, əllərini yumaq, mane olmayan halda kişinin istəklərindən boyun qaçırmamaq.“[56]

Yenə də İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

"Qadın ərinin haqqını olduğu kimi əda etməyincə,[57] Allahın haqqını verə bilməz."

İmam Sadiq (əleyhissalam) buyurur:

“Hər bir qadın əri ondan narahat olan halda gecəni-gündüzə çatdırsa, ərini razı salmayınca Allah onun namazını qəbul etməz.”[58]

QADINLARIN CİHADI

İmam Baqir (əleyhissalam)-dan nəql olunu ki, buyurur:“Allah-taala, cihadı kişi və qadınlara yazıb. Kişinin cihadı odur ki, öz malı və canın qurban verməklə şəhadət dərəcəsinə çatsın. Qadının cihadı odur ki, ərinin əziyyət və qeyrətinə dözsün.[59]

Bu hədisdə İmam Baqir (əleyhissalam) ev həyatını cəbhə kimi tanıtdırır və bu cəbhənin əsgərləri qadınlardan ibarətdir. Bu döyüşdə ən mühüm silah, kişinin əziyyət nizələri və şəmşiri müqabilində qadının səbridir. Qadın, bu cəbhədən qaçmamalı, bəlkə də,bütün çətinliklərə sinə gəlib aqibəti xeyirlə ömrünü başa vurmalıdır. Bir çox təcrübəsiz və tərbiyə görməmiş qadınlar bu cəhətdən məğlub olub, ev mühitini tərk etməklə öz əziz övladlarını ana mehr və məhəbbətindən məhrum edirlər. Bununla da, ərinə və övladlarına yaşayışın acısını həmişəlik dadızdırırlar. Onların müqabilində elə səbr və hövsələli qadınlar var ki, həyatın fırtınalı dalğaları arasında və ərinin əziyyət və qeyrət dalğalarına riayət etməklə bu həyat gəmisini istədikləri kimi sahilə çatdırırlar. Qələbə və aqibət xeyrini həm özünə, həm də övladlarına nəsib edirlər.

İmam Sadiq (əleyhissalam), qadınları öz ərlərindən başqaları üçün bəzənməkdən çəkindirib, buyurur:

“Özünü ərindən başqası üçün ətirli və zinətli edən qadının namazını,yuyub aradan aparmayana qədər Allah-taala qəbul etməz. Cənabət qüsllu olan şəxslərkimi olarlar.“[60]

Yenə də Həzrət, qadının ərinin qədrini bilməsi barəsində buyurur: “Hər qadın ərinə desə: Mən həyatda səndən xoş gün görmədim. (Yə`ni, kişinin bütün zəhmətlərini görməməzliyə vursa) Bütün xeyir əməlləri silinib pak olar."[61]

Bura qədər müxtəsər də olsa, ərlə arvadın birinin digərinin boynunda olan hüquqa işarə etdik. Əgər İslam cəmiyyətində kişilər və qadınlar bu göstərişlərə əməl etsələr, şirin və xoşbəxt həyat sürərlər. Qur`ani-Kərim Bəqərə surəsində kişi və qadın barəsində gözəl ifadə gətirərək, buyurur:

"Oruc gecəsi qadınlarnıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız”. (Hər ikiniz bir-birinizin zinətisiniz və hifz edənisiniz) “

Ərlə arvadın bir-birindən ötrü libas olmaları lətif bir ifadədir. Libas bədənin örtüyü, aram və rahatlığı olduğu kimi ərlə arvad da libas kimi bir-birinin eyblərini örtsünlər və bir-birinə rahatlıq vasitəsi olsunlar.

Bu örtük, onların həyatında bütün sahələrə aid olur. Qadın və kişi borcludurlar ki, bir-birinin eyib və nöqsanlarını gizlətsinlər. Bir-birlərinin pis hərəkətlərini başqalarına söyləməsinlər. Bir-biri ilə ehtiramla rəftar etsinlər.

Əvvəlcədən rəvayətlərdə qeyd edildiyi kimi bir-birini həlak etmək yoluna gətirən töhmət vurmaqdan uzaq olsunlar. Bir-birinin pis hərəkətlərinə səbr etməklə, Allahın böyük mükafatlarını ələ gətirsinlər.

İmam Səccad (əleyhissalam)-ın buyurduğu kimi ərlə arvad bir-birinə böyük ne`mətdirlər. Bəs bu ne`mətə şükür etməlidirlər. Həyatın yaxşı və pisliklərini öz aralarında bölüb yüksək ruhiyyəli və hədəfli olsunlar ki, cəmiyyətə saleh övladlar versinlər. Kişinin borcudur ki, qəlbinin dərin sevgisini arvadına açsın. Necə ki, rəvayətdə İmam Sadiq (əleyhissalam) İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir, buyurur:

“Kişinin arvadına dediyi: "Doğurdan da, mən səni sevirəm”- sözü heç vaxt arvadın qəlbindən silinməz. Bu da səbəb olur ki, qadın ərinə eşq göstərsin və çətinliklərdə ona arxa və kömək olsun."

21. KÖLƏNİN HAQQI

وَأمَّا حَقُّ رَعِيَّتِكَ بمِلْكِ اليَمِينِ فَأَنْ تَعْلَمَ أنَهُ خَلْقُ رَبكَ، وَلَحْمُكَ وَدَمُكَ وَأَنَّكَ تَمْلِكُهُ لا أنْتَ صَنَعْتَهُ دُونَ اللَّهِ وَلا خَلَقْتَ لَهُ سَمْعًا وَلا بَصَرًا وَلا أَجْرَيتَ لَهُ رِزْقًا وَلَكِنَّ اللَّهَ كَفَاكَ ذَلِكَ، ثُمَّ سَخَّرَهُ لَكَ وَائْتَمَنَكَ عَلَيْهِ وَاسْتَوْدَعَكَ إيَّاهُ لِتَحْفَظَهُ فِيهِ وتَسِيرَ فِيهِ بسِيرَتِهِ فَتُطْعِمَهُ مِمَّا تَأْكُلُ وَتُلْبسَهُ مِمَّا تَلْبَسُ وَلا تُكَلِّفَهُ مَا لا يُطِيقُ، فَإنْ كَرِهْتَ[هُ] خَرَجْتَ إلَى اللَّهِ مِنْهُ وَاسْتَبْدَلْتَ بهِ وَلَمْ تُعَذِّبْ خَلْقَ اللَّهِ وَلا قُوَّةَ إلا باللهِ.

Əlinin altında işləyən kölənin haqqı budur ki, biləsən, o, Rəbbinin yaratdığıdır. Əti ətindən, qanı qanındandır. Xəlq olunduğuna görə sən onun maliki deyilsən. Onu Allah yaratmışdır. Sən onun qulaq və gözünün yaradanı deyilsən və ruzisi də sənin əlində deyil. Bütün bunları, Allah yaratmış və öhdəsinə götürmüşdür. Sonra onu sənə ram etmişdir və səni ona əmin qərar vermişdir. Onu sənin əlinə əmanət kimi vermişdir. O əmanəti hifz etvə onunla yaxşı rəftar et. Bəs özün nə yesən, ona da ondan yedizdir. Hər nədən geyinirsənsə, ona da ondan geyindir. Ona qüdrətindən artıq iş yükləmə. Əgər ondan xoşun gəlmirsə özünü Allah müqabilində mə`suliyyətdən qurtarmaq üçün başqası ilə dəyiş. Allahın yaratdığına əziyyət və işgəncə vermə. Allah tərəfindən başqa heç bir güc-qüvvət yoxdur!"

İmam Səccad (əleyhissalam), malik barəsində əvvəlcədən bir sıra mətləblər buyurmuşdur. Həzrətin yuxarıdakı sözləri kölələr barəsindədir. O bəhsdə deyildi ki, İslam dini ilk zühurunda müvəqqəti də olsa, köləlik məsələsini qəbul edib onların birdəfəlik azad olma hökmünü verməmişdir. Bəlkə də, tədriclə kölələrin azad olması məsələsini qarşıya məqsəd qoymuşdur. Ona görə ki, iqtisadi cəhətdən belə bir imkan yox idi ki, kölələr bir dəfəlik azad olsunlar. Bir halda ki, İslam çarəsiz qalıb köləlik məsələsini qəbul edirsə, onda onlara görə hüquq tə`yin edib, müsəlmanlara tövsiyə edir ki, kölələrin haqqını əda etməkdə ciddi olsunlar.

İSLAM VƏ KÖLƏLƏRİN DƏYƏRİ

İslam, köləliklə azadlıq sərhədini aradan götürüb bütün müsəlmanları qardaş edir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

“Sizin kölələriniz qardaşlarınızdır. Allah-taala imtahan üçün onları sizin əlinizin altında qərar verib. Bəs hər kimin qardaşı onun himayəsində olsa, öz yeməyindən ona yedirdər və libasından ona geyindirər. Həmçinin, gücü çatmayandan artıq iş ondan tələb etməz. Əgər onun işi çətin olarsa, ona köməklik edər."[62]

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) kölələri elə ehtiramla rəftar edirdi ki, hətta, heç kim onları kölə yaxud, kəniz deyə çağırmağa hazır deyildi. Həzrət buyurur:

“Heç kimin haqqı yoxdur ki, öz xidmətçisini, kölə yaxud, kəniz deyə çağırsın. Bəlkə də, kişi xidmətçini “cavan", qadın xidmətçini isə “xanım”- deyə çağırın!"[63]

İslam, kölələrə elə ehtiram qail olub onları əzizləyir ki, əgər birisi öz köləsinə kötək vursaydı, onu ən pis şəxs kimi tanıyardılar. Bununla da, heç kim cür`ət etmirdi ki, Allah bəndələrini incitsin və təcavüz əllərini onlara tərəf uzatsın. İmam Sadiq (əleyhissalam), İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm)belə buyurduğunu nəql edir:

“Sizə inanların ən pisindən xəbər verimmi? Əshab ərz etdilər: Bəli! Ya Rəsuləllah! Həzrət buyurur:O kimsə ki, səfərə tək çıxsın, qonaq qəbul etməsin və köləsini kötəkləsin”[64]

Bu hədisdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) kölələrini incidənləri ən pis insan kimi tanıtdırır.

ƏLİ (ƏLEYHİSSALAMIN) ÖZ QULAMINA BƏXŞİŞİ

Həzrəti Əli (əleyhissalam) bir gün libas bazarına gedib, biri üç dirhəmə, digəri isə iki dirhəmə olan köynək alır. Üç dirhəmlik libası qulamı Qənbərə verir. Özü isə iki dirhəmlik libası geyinir. Qulam ərz edir: Siz, Əmirəl-mö`minin kimi mənbərdə əhaliyə söhbət etdiynizə görə üç dirhəmlik libasa daha layiqsiniz.

Əli (əleyhissalam) buyurur: Mən özümü səndən üstün tutmağa həya edirəm. Çünki, İslam Peyğəmbərindən eşitmişəm ki, buyurur:

“Özünüz geyindiklərinizdən kölələrə də geyindirin və özünüz yediklərinizdən onlara da yedizdirin!"

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "Kölələrniz sizin qardaşlarınızdır. Onlara yaxşılıq edin və çətin işlərində əl tutun.”[65]

Yenə də Həzrət buyurur:

“Dostum Cəbrail, kölələrlə xoş rəftar etmək barəsində mənə o qədər tapşırdı ki, güman edirdim ki, onların azad olmalarından ötrü Allah müəyyən vaxt tə`yin edib.”[66]

ƏBUZƏR VƏ LİBASIN BÖLÜNMƏSİ

Əbuzər Ğəffarinin iki qiymətli parçası var idi. Birini üstünə örtürdü. Bir müddət sonra onlardan birini libas tikdirib, üstünü əbası ilə örtür. Digər parçasını isə qulamına verir. Əhali, Əbuzərdən belə əməli gördükdə məzəmmət üçün dedilər: Əgər hər iki parçanı libas tikdirib geysəydin yaxşı olardı. Əbuzər cavabında dedi: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

“Kölələrinizə, öz geyindiklərinizdən geyindirin və yediynizdən yedizdirin."

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm), qulamı yanında piyada gedən bir atlı görür. Buyurur:

“Qulamını da mindir! O sənin qardaşındır. Ruhu sənin ruhundandır.”[67]

İMAM RZA (ƏLEYHİSSALAM) VƏ KÖLƏLƏR

İmam Rza (əleyhissalam) kölələrindən, Yasir və Nadir nəql edirlər ki, İmam Rza (əleyhissalam) bizə buyurdu:

"Hər vaxt yemək yediyiniz halda məni başınızın üstə görsiniz, yemək tamam olmayınca yerinizdən qalxmayın."[68]

İMAM SADİQ (ƏLEYHİSSALAM) KÖLƏLƏRİ İLƏ RƏFTARI

İmam Sadiq (əleyhissalam), qulamlarından birini iş dalınca göndərir. Qulam gec qayıdır. Həzrət özü onun dalınca gedir. Görür ki, yatıb yuxudadır. Başının üstündə oturub oyanmasını gözləyir. Oyanandan sonra ona buyurur: Ey cavan! Nəyə görə gecə də, gündüz də yatırsan? Gecə istirahət etməli, gündüz isə ehtiyacınız olanı ələ gətirməlisiniz! [69]

Yuxarıdakı misallar nişan verir ki, Məsum İmamlar (əleyhimussalam) kölələrlə hansı ehtiramla rəftar edirdilər!

KÖLƏLƏRİN PEYMANI

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) kölələrin şə`nini yüksək etməkdən ötrü kölələr arasında qardaşlıq peymanı bağlatdırır. Məsələn, kölələrdən, Bilal Həbəş, Zeyd ibni Harisə, Xaricət ibni Zeydi, azad şəxslərdən, Xalid ibni Ruvəyhə Xəsəmi, Həmzə ibni Əbutalib, Əbu Bəkr, Əbu Quhaf kimilərlə qardaşlıq peymanı bağlatdırır. Kölələrin ən yaxşı ailələrdən evləndirirdi. İlk nöbədə bibisi qızı Cəhimin qızı Zeynəbi, Zeyd ibni Harislə evləndirir. İkinci mərtəbədə Ziyad ibni Ləbidi, bəni Bəyazə qəbiləsinin başçısının qızı Cuvəybərlə evləndirir. Həmçinin, azad kişilərdən, Ömər, Əbu Bəkr və başqa mühacir və ənsarlar olan yerdə, azad olunmuş Usamət ibni Zeydi, İslam qoşununa başçı tə`yin edir və rumlularla döyüşməkdən ötrü Şama göndərir.

KÖLƏLƏRİ AZAD ETMƏYİN SAVABI

Bu vaxta kimi kölələrin hüquqlarına dair İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) və mə`sum İmamların (əleyhimussalam) bəyanları ilə tanış olduq. Bəhsin sonunda kölələrin azad olunmasına işarə edək. "Malikin haqqı" bəhsində, kölələrin azad olunması yollarını izah etdik. Amma kölələrin azad olunmasının savabı barəsində “Kitabul itq"kitabında çoxlu rəvayətlər gəlmişdir.Bu kitabın “Bab istihbab" qismətində nəql olunan bə`zi rəvayətlərə işarə edirik. İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:

Hər kim öz köləsini azad etsə, Allah-taala, kölənin hər bir üzvü müqabilində, azad edənin üzvünü Cəhənnəm atəşindən azad edər."[70]

Başqa rəvayətdə yenə də İmam Sadiq (əleyhissalam)-dan nəql olunur buyurur:

“Hər kim saleh köləni, Allahın razılığna xatir azad etsə, Allah taala onun hər üzvünə xatir azad edənin günahlarından keçər və onu Cəhənnəm atəşindən azad edər."[71]

ƏRƏFƏ GÜNÜNÜN ƏSİRİ VƏ KÖLƏLƏRİ AZAD ETMƏK

Həmin kitabın səkkizinci babında İmam Sadiq (əleyhissalam)-dan nəql olunur buyurur: ”Həzrəti Əli (əleyhissalam) öz əlinin zəhməti ilə qazandığı maldan min nəfər köləni azad etmişdir.”

Ərəfə günü günortadan sonra kölə azad etməyin savabı barəsində İmam Sadiq (əleyhissalam)-dan rəvayət nəql olunur, buyurur:

“Ərəfə günü əsr zamanı, Allaha daha yaxın olmaq (dua oxumaq), kölə azad etmək və sədəqə vermək müstəhəbdir."[72]

İmam Zeynalabidin (əleyhissalam)-ın kölələr barəsində zikr etdikləri dərin mə`nalı sözlərin məcmuəsindən bu nəticə alınır: Kölələrin hüquqlarına riayət edin, çünki, onlar sizin yox, Allahın məxluqudurlar. Bəs onlara əzab-əziyyət verməyin və onlarla yaxşı rəftar edin. Necə ki, Peyğəmbər və mə`sum İmamlar (əleyhimussalam) rəftar etmişdilər.

QOHUMLARIN HAQQI

22. ANANIN HAQQI

فَحَقُّ أُمِّكَ، فَأَنْ تَعْلَمَ أَنَّهَا حَمَلَتكَ حَيْثُ لا يَحْمِلُ أَحَدٌ أَحَدًا وَأَطْعَمَتكَ مِنْ ثَمَرَةِ قَلْبها مَا لا يُطْعِمُ أَحَدٌ أَحَدًا، وَأَنَّهَا وَقَتكَ بسَمْعِهَا وبَصَرِهَا ويَدِهَا وَرِجْلها وَشَعْرِهَا وبَشَرِهَا وَجَمِيعِ جَوَارِحِهَا مُسْتَبشِرَةً بذَلِكَ، فَرِحَةً مُوَابلَةً مُحْتَمِلَةً لِمَا فِيهِ مَكْرُوهُها وأَلَمُها وثِقْلُها وَغَمُّهَا حَتَّى دَفَعَتهَا عَنْكَ يَدُ القُدْرَةِ وَأَخرَجَتكَ إلَى الأَرضِ فَرَضِيَتْ أَنْ تَشْبَعَ وتجوعُ هِيَ، وَتَكْسُوكَ وَتعْرَى، وَتُرْوِيكَ وَتَظْمَأُ، وَتُظِلُّكَ وتَضْحَى، وَتُنَعِّمَكَ ببُؤْسِهَا، وَتُلَذِّذُكَ بالنَّوْمِ بأَرَقِهَا، وَكَانَ بَطْنُهَا لَكَ وِعَاءً، وَحِجْرُهَا لَكَ حِوَاءً وثَدْيُهَا لَكَ سِقَاءً، ونَفْسُهَا لَكَ وِقَاءً، تُبَاشِرُ حَرَّ الدُّنيَا وبَرْدِهَا لَكَ وَدُونَكَ، فَتَشْكُرَهَا عَلَى قَدْرِ ذَلِكَ وَلا تَقْدِرُ عَلَيْهِ إلاّ بعَونِ اللَّهِ وَتَوفِيقِهِ.

"Ananın sənin boynunda olan haqqı budur ki, o, səni bir müddət həml etmiş, halbuki, heç kəs digərini həml etməz. (doqquz ay hamiləlik dövründəki zəhmətlərə işarədir). Öz canının şirəsindən sənə yemək verib, halbuki, heç kəs başqası üçün belə etməz. Ana, həmişə bütün vaxtınıbütün vücudu ilə, göz, qulaqı, əl, ayaq, tük, dəri və nəhayət, bütün əzalarını sənə sərf etmişdir. Halbuki, bu işə görə çox sevinir. Rəbbinin qüdrət əli ilə onu səndən ayırıb torpağa tapşırana kimi ana, həmişə sənin zəhmətlərinə, narahatçılığına və ağırlığına dözür. Sənin tox, özünün isə ac olmasına razı olur. (Aclığa dözür ki, sən doyasan) Özünə yarıçılpaq olmaqı rəva bilir ki, təki sən geyinəsən. Özü susuz qalır ki, sən sirab olasan. Özü günəşin istisinə dözür ki, təki sən kölgədə qalasan.

O, narahatlıq içində olarkən, sən ne`mət və xoşluqla yaşayırdın. Yuxusuz və gecəni oyaq qalmaqla, səndən ötrü yuxu ləzzətini özünə haram edir. Ananın qarnı sənin vücudunun boy atma yeri, evi isə səni saxlamaq məkanı olub. Sinəsi, sənin süd içmək üçün çeşmən, şirin canı isə səni qoruyub saxlamaq vasitəsiolub.

Ana, ruzigarın isti və soyuğuna dözüb ki, sən yaşayasan. Bəs, bütün bu zəhmətlər və xidmətlər müqabilində ondan təşəkkür et. Lakin, Allahdan kömək istəməsən heç vaxt ananın təşəkkürünü yerinə yetirə bilməzsən. Bu yolda Allah sənə tofiq və fürsət verməlidir ki, ananın xidmət və zəhmətlərinin əvəzini çıxasan! "

“ÜMM" (ANA) KƏLMƏSİ

“Ümm" yə`ni, başqa şeylərin ona birləşdiyi əsas və kök. Hədisdə oxuyuruq: “Şərab içməkdən çəkinin ki, “ümmül"fəsaddır." (Yə`ni, fəsadların əsasıdır) "Ümm" sözü ərəbcə, mə`na cəhətdən bir neçə mə`nada müştərəkdir. Bu sözün “ana" mə`nasında işlənməsi o qədər şöhrət tapmışdır ki, bəlkə də, məcazi mə`na daşıyır.

“ÜMM"(ANA) GƏLMƏSİNİN QUR`ANDA İŞLƏNMƏ YERLƏRİ

1. Həqiqi ana: "Biz, Musanın anasına vəhy etdik ki, ona süd versin!"[73]

2. Kök və əsas mə`nasında: Quran buyurur: "Ya Məhəmməd! Sənə Qur`anı nazil edən odur. Onun bir hissəsi Qur`anın əslini və əsasını təşkil edən möhkəm, digər qismi isə mütəşabeh ayələrir.[74]

3. Bir şeyin mərkəzi, “Ümüul–qura" (Şəhərlər mərkəzi) Qur`anda Məkkəyə işarədir.Qur`an buyurur: "Ümmül qura və ətrafındakıları qorxudasan. "[75]

Bu şəhərə o cəhətdən “Ümmül-qura" deyilir ki, hicaz məntəqələrinin mərkəzi sayılır. “Lüğətçi Rağib" və başqaları yazır: Məkkənin “Ümmül-qura" adlanması ona görədir ki, yer kürəsi ilk dəfə vücuda gələndə onun altında genişlənməyə başlayıb. Bə`zi rəvayətlərə görə torpaq ilk quruluşunu Məkkədən başlayıb.

Qur`anda, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) zövcələri, mö`minlər anası adlandırılır. Qur`an buyurur:

"Peyğəmbər, mö`minlərə onların özlərindən daha üstündür. Onun zövcələri mö`minlərin analarıdır.[76]

Yuxarıdakı üç mə`naya diqqət etməklə, “həqiqi ana, əsas, əsl və bir şeyin mərkəzi" kəlmələrinin mə`naları arasındakı münasibətlər aydınlaşır.

Ana, ağacın kökü və əsli yerində, övladları isə qol-budaqları olub kök üzərində göyərirlər. Belə bağılılıq kökdən asılıdır. Ağacın əsli və kökü nə qədər şərəfli və əsil olsa, qol budağı da, əsil və kökü təmsil edəcək və kökünə oxşayacaqdır.

ANA VƏ ƏZİYYƏTƏ DÖZMƏK

“Ümm" sözünün mə`nası aydın olandan sonra İmam Səccad (əleyhissalam)-ın anasının haqqı barəsində söylədiyi mətləbə qayıdaq. İmam Səccad (əleyhissalam) ananın hamilə olmaq mövzusundan başlayır. Buyurur: Sənin anan səni elə bir müddətdə həml edib ki, heç kəs insanı o qədər həml etməz!

Bu mühüm mövzu, Qur`anın iki surəsində geniş şəkildə izah edilmişdir. Ə`raf surəsində belə oxuyuruq:

“Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Çünki, anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğulmşdur. Onun (ana bətnində) daşınma və süddən kəsilmə müddəti otuz aydır. Nəhayət, (insan) kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə deyər: Pərvərdigara! Mənə mənim özümə və ata-anama əta etdiyin ne`mətə şükr etmək və sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi saleh et. Mən günahlardan Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam. [77]"

“Loğman" surəsində isə belə buyurur:

“Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətinində) çox zəif bir halda daşımışdır. Uşaqın süddən kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq): Mənə və ata-anana şükr et. Axir dönüş Mənədir[78] "

Ananın hamiləlik dövranı onun ən çətin və sıxıntılı günlərindəndir Nütfənin rəhimdə ilk gündən rüşeym bağlaması ilə ananın halı dəyişir. Ondan ötrü dalbadal narahatçılıqlar baş verir. Bu narahatçılıq halını “viyar" adlandırırlar. Nəyə görə anada belə hallar qarşıya çıxır? Həkimlər cavab verirlər: Ananın öz enerjisindən uşaqına əta etdiyinə görə öz bədənində çatışmamazlıq yaranıb narahat olur!

ANANIN HAMİLƏLİK DÖVRÜ

Bu dövrdə uşaqın rüşeymi nə qədər çox inkişaf edərsə, ananın canından bir o qədər şirə çəkir. Hətta, bu halət ananın sümüklərinə və əsəblərinə tə`sir edir. Bə`zən, ondan yuxunu və istirahəti alır. Hamiləliyin son vaxtında ana yol yeriməyə hətta, oturub durmağa da əziyyət çəkir. Lakin, səbr, hövsələ və dünyaya gələcək övladın eşqi ilə təbəssüm edir və bütün narahatlıqlara dözür.

Hamiləlik dövründən sonra uşaq doğmaq haləti ananın həyatında ən çətin halətdir. Hətta, bə`zən övladı yolunda öz canını da əldən verir. Bu dövrdə ana, ən böyük əmanət və müsafiri öz məqsədinə çatdırmalıdır. Ona görə də bu dövrdə ana, əmanətdən ötrü lazım olan bütün ehtiyatlarını görməlidir. Hərəkətlərində, dayanmaq, yol getmək, yemək və sağlamlığının bütün cəhətlərini gözləməlidir. Bütün bunlar, bu dövrdə ananın vəzifələrindənhesab olunur.

Ananın həml etdiyi müsafirin səfərinin müddəti iki ay yox,beş ay yox, bəlkə də doqquz aydır. Necə ki, müsafir öz məqsədinə yetişməkdən ötrü uzun məsafəni keçməlidir, ananın müsafiri də yol arasında müxtəlif xətlərlə üzbəüz ola bilər. Uşaq doğularkən ana rahatlaşır ki, müsafiri öz yerinə çatdırdım.

Ana bətnində dörd ay və on gündən sonra uşaqın rüşeyminə ruh daxil olur. Bu vaxt anaya çətin olur. Qarın və böyrəklərini ağrı tutur. Amma, bir neçə dəqiqə sonra şükür edib deyir: "Əlhəmdulillah uşaqım diridir!" Allah, Öz tərəfindən ona ruh verib.

Bu çətin dövrandan sonra ananın başqa çətin dövranı başlayır. Qur`an bu dövrandan “dalbadal çətinlik" ünvanı ilə ad aparıb. Süd vermək və gecə-gündüz uşaqdan muğayat olmaq dövranı. Elə dövran ki, uşaqın bütün ehtiyaclarına cavab verməlisən. Bu dövrdə uşaqın dili yoxdur ki, ağrıyan yerini tə`yin etsin. Dili təkcə ağlamaqdır. Ana bu ağlamaqdan hər şeyi anlamalıdır. Hər şeydən müşkül uşaqın bu dövrdə təmizlənməsi, ən çətin işdir. Müxtəlif xəstəliklərə şərait yarana bilməsinin qarşısını almaqdan ötürü ana bütün qüvvəsini bu dövrdə səfərbər etməlidir.

SÜD VERMƏK DÖVRÜ

Qur`an nəzərində uşaqa süd vermək dövrü tam iki ildir. Bəqərə surəsində oxuyuruq:



Geri   İrəli
Go to TOP