A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (2)
Müəllif: Qüdrətullah Məşayixi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


İmam Səccad (əleyhissalam) hüquq bəhsinin bu qismətində aşağıdakı mövzulara işarə etmişdir.

Birinci: Müəllimin öyrəndiyi və ələ gətirdiyi elm və hikmətAllahın ne`mətlərindəndir. Müəllimin özünün zatında heç bir şey yoxdur. Beləliklə, bu mövzuya diqqət etməklə, müəllimdə qürur hissi aradan gedir.

İkinci: Müəllim, bu bilik və hikmətdə başqalarının xəzinədarıdır. Bu xəzinənin bölünməsində mehriban üzügülər və üzüaçıq olmaqdır.

Üçüncü: İmam Səccad (əleyhissalam) müəllimi, elm və hikmətin xəzinədarı bilir. Elm xəzinəsindən bağışlamağı, mal-dövlət xəzinəsindən bağışlamağa bənzədib, bildirir ki, bu işdə xəsislik edilməməlidir.

Dörüncü: Əgər müəllim öz vəzifəsinə əməl etsə, öz əmanətinin hifzində ciddi olan əmanətdar kimidir. Əgər öz vəzifəsinə əməl etməsə, insanlar barəsində zülm və sitəmi rəva bilib, onların hüquq və izzətini azaltmış xəyanətkar şəxs kimidir. Nəhayət, müəllim, elm öyrətmək yolunda yaxşı yol və bəyənilmiş rəftar seçməklə şagirdləri elm və biliyə olan həvəslərini artırsın.Müəllimin pis rəftarı, əsəbləşməsi və pis xasiyyəti səbəb olur ki, şagird sinifdən soyusun, bəlkə də, təhsili tərk etməyə səbəb olsun. Əslində, müəllim bu əməllə öz elm və biliyinə qarşı xəyanət edir və şagirdlərin öyrədilməsində xəsislik göstərir.

YAXŞI MÜƏLLİMİN XÜSUSİYYƏTLƏRİ

Layiqli və yaxşı müəllim odur ki, onda müəllimlik, tədris və şagirdlərlə yaxşı davranış xüsusiyyətləri olmuş olsun. Layiqli müəllim aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

Birinci: Yaxşı müəllim o kəsdir ki, iste`dad və qabiliyyət ələ gətirməyincə tədris kürsüsünə təkyə etməsin. Elə məqama çatsın ki, yaxşı və saleh müəllimlər onun tədrisini təsdiq etsinlər.

İkinci: Müəllim, öz rəftarı ilə elmi məqam və mənzilətinin azalıb zillətə düşməsinə səbəb olmasın. Belə ki, öz elmini, əhli olmayanın ixtiyarında qoymasın.

Üçüncü: Müəllim, sözün tam mə`nasında öz elminə amil olsun və vücudundan elm meyvələri asılmış olsun. Əgər belə olmasa, bu mübarək ayənin misdaqına çevriləcək. “Əhaliyə yaxşılığı əmr edirlər, lakin özlərini unudurlar.”[33]

İmam Sadiq (əleyhissalam) Qur`anda gələn, “Həqiqətən, Allah bəndələrindən, alimlər Allahdan qorxarlar!"- ayəsinin şərhində buyurur:

“Alim o kəsdir ki, əməli dediyini təsdiq etsin. Hər kimin əməli elmini və dediklərini təsdiq etməsə, alim deyil.”[34]

Dördüncü: Müəllimin yaxşı rəftarı və xasiyyəti, səbr və hövsələ ilə elmini öyrətməsi zəruridir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) alimlər barəsində buyurur:

“Ümmətimin alimləri, İsrail övladlarının peyğəmbərləri kimidirlər.“[35] .

Peyğəmbərlərdə yaxşı rəftar və təvazökarlıq olduğu kimi müəllimlər də beləolmalıdır.

Beşinci: Müəllim, şagirdlərə xalis niyyətləri olmaması bəhanəsi ilə elm öyrətməkdən çəkinməsin. Əksinə, onları qəbul edib, dərs zamanı yavaş-yavaş onlarda ixlas icad etsin. Əgər elm xalis niyyətlə olmasa, Həzrət Əli (əleyhissalam) dediyi kimi: “Donuzun boynuna salınmış boyunbağıya bənzəyir!“

Altıncı: Müəllim hər vaxt elm öyrənmək istəyən şəxs görsə, onu başından etməsin. İmam Baqir (əleyhissalam) dan nəql olunur ki, buyurur: “Elmin zəkatı, Allahın bəndələrinə elm öyrətməkdir.”[36]

Yeddinci: Müəllimin hərəkət və əməlləri sözlərinin əksinə səbəb olmasın. Məsələn, bir şeyi haram bilib, ona əməl edən kimi olmasın.

Səkkizinci: Haqqı izhar etməkdə qüdrəti çatana qədər ciddi olsun və yersiz bəhsdən çəkinsin. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

“Əhali arasında bidə`t və batil zühur etdikdə, alimlərə lazımdır ki, öz elmini izhar etsin. Əgər belə etməsə, Allahın lə`nəti ona olsun! “

YAXŞI MÜƏLLİMİN ŞAGİRDLƏRƏ VƏ SİNİFƏ GÖRƏ VƏZİFƏLƏRİ

Birinci: Müəllim, şagirdlərə tədriclə ədəb və əxlaq xüsusiyyətlərini öyrədib, dini məsələlərlə tanış etməli və onlarda dünyaya qarşı zahid olmaqı anlatmalıdır.

İkinci: Elmin fəzilətlərini şagirdlərə izah etməli, alimlərin məqamlarını, peyğəmbərlərin məqamı kimi olduğunu anlatmalıdır.

Üçüncü: Müəllim, özünə rəva bildiyini şagirdlərə də arzu etsin, özünə rəva bilmədiklərini onlara da istəməsin.

Dördüncü: Müəllim, təhsil alan şagirdləri, pis əxlaqlı olmaq, harama düşmək və onların zərərinə olanlardan çəkindirməlidir.

Beşinci: Müəllim, şagirdlərin müqabilində təkəbbür göstərməməli və onlarla təvazökarcasına rəftar etsin. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: “Dərs öyrətdiyniz və dərs aldığnız şəxslərin müqabilində təvazökar olun”.

Altıncı: Müəllim, şagirdlərin rəftarına diqqət göstərsin. Hər vaxt dərsdə iştirak etməsə, bunun səbəbi ilə maraqlansın. Bə`zən özü yaxud başqalarının vasitəsi ilə şagirdən xəbər tutsun. Əgər xəstələnibsə, yoxlasın. Əgər ehtiyacı varsa, onu ödəməyə çalışsın.

Yeddinci: Şagirdləri xüsusi adlarla tanısın.

Səkkizinci: Elm öyrətməkdə ən sadə yolu seçsin. Lazım olan budur ki, əvvəlcə şagirdin qabiliyyətinə uyğun dərsi anlatsın sonra ondan tələb etsin.

Doqquzuncu:Dərs otağına şövq və rəğbətlə getsin.Şagirdin onu anlaya bilməyə qüdrəti olmayan məsələlərdən çəkinsin.

Onuncu: Şagirdlərin hamısına bir gözlə baxsın. Bə`zilərini digərlərinə (yersiz) üstün qərar verməsin. Əlbəttə, bu o halda olar ki, şagirdlərin hamısı eyni səviyyədə olsalar! Lakin, əgər şagirdlər arasında mərtəbə, yaş və elmi cəhətdən fərqlər olsa, üstünlərə, aşağı səviyyədə olanların təşviq olmasından ötrü daha çox ehtiram qoysun.

TƏDRİS VAXTI MÜƏLLİMƏ, AŞAĞIDAKI ƏDƏBLƏRƏ RİAYƏT ETMƏK ZƏRURİDİR

Birinci: Tədrisə gələrkən, tam vüqar və heybətli olub, təmiz libas geyinsin, bədən və zahiri paklığına tamamilə riayət etməklə, dərs otağına daxil olsun.

İkinci: Tədrisə gələrkən, Allahın adını zikr etsin, Peyğəmbər və İmamlardan (əleyhimussalam) ali mə`nada nəql olunan dualardan oxusun. Məsələn, desin: İlahi! Məni yolumu azmaqdan, yoldan azdırmaqdan, kəc anlamaqdan və pis fikirlərdən hifz et! Öz dərsini dua etməklə başlasın.

Üçüncü: Dərs otağına girərkən hazır olanlara salam versin. Əgər dərs yeri məsciddirsə, iki rəkət “Təhiyyə" namazı qılsın və Allahdan istəsin ki, ona xətalardan nicat verib, fürsət versin.

Dördüncü: Oturarkən, ruhi aramlıq, vüqar və tam hazırlıqla keçmiş dərsin mütaliəsinə başlasın.

Beşinci: İmkan olana qədər üzü qibləyə oturub, mə`nasız və batil söz danışmaqdan çəkinsin.

Altıncı: Dərs zamanı yersiz zarafatlardan pəhriz etsin. Lakin, yerli-yerində azca zarafat və yaxşı lətifələrlə şagirdlərin yorğunluq və tənbəlliklərini aradan aparsın.

Yeddinci: Dərsə gələrkən, xalis niyyətdə olub öz hədəfini elmi yaymaq və İlahi hökmləri çatdırmağa yönəltsin.

Səkkizinci: Elə otursun ki, bütün şagirdlər onu görsün. Söz danışarkən diqqət nəzərini bütün şagirdlərə yönəltsin. Əgər ondan sual olunarsa, tam diqqətlə şagirdin cavabını versin.

Doqquzuncu: Dərs deyərkən, özündən şad və təbəssümlü çöhrə nişan versin.Üzünü turşudub, pis xasiyyətli olmaqdan pəhriz etsin.

Onuncu: Dərsə başlayarkən, Qur`an oxumaqla dərs məclisini mübarək etsin.

On birinci: Müəllimdən ötürü ən mühüm mövzu budur ki, əgər ondan sual soruşsalar və cavabını dəqiq bilməsə, tam şəhamətlə: Bilmirəm! Desin.

Həzrəti Əli (əleyhissalam) buyurur:

“Əgər bilmədiyniz bir şeyi soruşsalar, cavab verməyin. Ərz etdilər necə cavab verməyək? Həzrət buyurdu: Allah bilir! – deyin.”[37]

Diqqət etmək lazımdır ki, əgər müəllim desə ki, bilmirəm, elmindən bir şey azalmaz. Bəlkə də, əhalinin qəlbində özünə daha çox yer tapacaq. Bunu da onun dəyanət və təqvalı olmasına yozacaqlar.

İSLAM PEYĞƏMBƏRİNİN (səlləllahu əleyhi və aiehi və səlləm) NƏZƏRİNDƏ, ELM ARDINCA OLANLARIN MƏQAMI

Mərhum şəhid Sani, “Muniyətul-murid" kitabında çox ədəbləri nəql edir. Biz bu bəhsdə, müxtəsər nəqllə kifayətlənirik.

Allahın elm axtaran və təhsil ardınca olanlara verdiyi savab və məqama işarə etmək istərdik:

Birinci:İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

“Hər kim elm ardınca gedib elm öyrənərsə, Allah ona iki savab və iki mükafat mərhəmət edər. Hər kim elm öyrənmək ardınca gedərsə, lakin, elmdən bəhrə ələ gətirə bilməsə, Allah ona bir savab və bir mükafat əta edər.”[38]

İkinci: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) yenə buyurur:

“Hər kim Allah tərəfindən Cəhənnəm odundan nicat tapanları ziyarət etmək istəyirsə, alimlər və elm dalınca gedənlərə baxsın. And olsun ruhumun qəbzi, Onun əlində olan Allaha ki, alimlərin evinə elm öyrənməkdən ötrü gedən hər bir tələbəyə, Allah-taala hər bir qədəminə görə bir ilin ibadətinin savabını yazır. Atdığı hər bir addıma görə behiştdə ondan ötrü bir şəhər tikilər. Yol getdiyi yerdə, yer ondan ötrü Allahdan bağışlanmaq istəyər. Sübh və şam, Allahın bağışlaması ilə birlikdədir. Mələklər şəhadət verirlər ki, bunlar atəşdən azad olunmuşlardır."[39]

Başqa bir hədisdə Rəsul Əkrəm (səlləllahu əleyhi və alehi və səlləm)-dən nəql olunur, buyurur:

“Hər kim elm ardınca gedirsə, gündüzləri oruc, gecələri isə oyaq qalıb ibadət edənlər kimidir. Elmdən öyrəndiyi hər bir fəsl ondan ötrü Əbu Qubeys dağının qızıl olub, onu Allah yolunda infaq etməsindən xeyirlidir.”[40]

Yenə də İslam Peyğəmbəri(səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

"Hər kim elm öyrənərkən əcəli gəlsə və vəfat etsə, əgər hədəfi İslam dinin canlandırmaqdan ötrü olarsa, Behiştdə onunla peyğəmbərlərin arasında bir dərəcə cənnət olar.”[41]

İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) elm tələb edənlər barəsində buyurduğu kəlamların qısası bunlardan ibarət idi.

20. HƏYAT YOLDAŞININ HAQQI

وَأمَّا حَقُّ رَعِيَّتِكَ بمِلْكِ النّكَاحِ فَأَنْ تَعْلَمَ أَنَّ اللَّهَ جَعَلَهَا سَكَنًا وَمُسْتَرَاحًا وَأُنْسًا وَوَاقِيةً، وَكَذَلِكَ كُلُّ وَاحِدٍ مِنْكُمَا يَجِبُ أَنْ يَحْمَدَ اللَّهَ عَلَى صَاحِبهِ، ويَعْلَمَ أَنَّ ذَلِكَ نِعْمَةٌ مِنْهُ عَلَيْهِ. وَوَجَبَ أَنْ يُحْسِنَ صُحْبَةَ نِعْمَةِ اللَّهِ وَيُكْرِمَهَا ويَرْفَقَ بهَا وَإنْ كَانَ حَقُّكَ عَلَيْهَا أَغْلَظَ وَطَاعَتِكَ بهَا أَلْزَمَ فِيمَا أَحْببْتَ وَكَرِهْتَ مَا لَمْ تَكنْ مَعْصِيةً، فإنَّ لَهَا حَقُّ الرَّحمَةُ وَالْمُؤَانَسَةِ، وَمَوْضِعُ السُّكُونِ إلَيهَا قَضَاءَ اللَّذَّةِ الَّتِي لا بُدَّ مِنْ قَضَائِهَا وَذَلِكَ عَظِيمٌ. وَلا قُوَّةَ إلا باللهِ.

“Evlənmək yolu ilə sənin ixtiyarında olanın, (həyat yoldaşının) haqqı odur ki, biləsən, Allah onu rahatlıq qaynağı, ünsiyyət və sənin qoruyanın qərar verib. Həmçinin, siz ər və arvaddan hər biriniz digərinizin vücuduna görə Allaha şükür etməlisiniz. Bil ki, bu, Allahın ona verdiyi ne`mətdir. Bu ne`mətlə xoş rəftar etməyiniz vacibdir. Bu nemətin qədrini bil və onunla xoş rəftar et.

Doğrudur ki, istədiyin və istəmədiyin işlərdə zövcənin sənə itaəti çətin və səndən ona itaət lazımdır. O, yerə qədər ki, günah olmasın. Lakin, o qadının sənin boynunda da mehribançılıq və ünsiyyət haqqı vardır. Sənin məqamının hifz olunması onun ətəyindədir. Kam almaq və ləzzət almaq özü böyük bir haqqdır. Allah tərəfindənbaşqa heç güc qüvvət yoxdur!”.

“Məkarimul-Əxlaq kitabında belə yazır:"

“Həqiqətən, zövcənin də sənin boynunda mehribançılıq və mərhəmət haqqı vardır. Çünki, o sənin əsirin kimidir. Ona yemək verib geyindirməlisən. Hər vaxt bilmədən xətaya düçar olsa, onu bağışlamalısan!"

Biz əvvəlcədən, qadının iffəti barəsindəki hüquqda, evlənmək və ailə hüququ barəsində müfəssəl bəhs etdik. O bəhsdə, cəmiyyətin fəhşa və çirkinliyə düşməsi və ailə həyatını yaxşı tərzdə qurmaq yollarını bəyan etdik. Bu bəhsdə isə İmam Səccad (əleyhissalam)-ın buyurduğu kimi həyat yoldaşının, Qur`an və hədis nəzərindən vəzifələrini qısa şəkildə izah edəcəyik.

Əvvəlcə qeyd etdik ki, evlənmək mübarək bir binadır. Ər və arvadın bir-birinə verdiyi əhdin əsasında qurulur. Bu bina, həyatlarının sonuna kimi davam edir. Bina, dəmir, kərpic, sement, sim və torpaqdan deyildir. Bəlkə də, aramlıq və məhəbbət evi olub, ər-arvadın bir ömür bir-birinin kənarında xoşluqla yaşayışıdır. Öz vücud ağaclarından faydalı və şirin meyvələr verir, oğlan və qız övladları tərbiyət edib cəmiyyətə təhvil verirlər.

Onu da deyək ki, bu bina, o vaxt möhkəm olar ki, ərlə arvad İslamın haqq ünvanı ilə tə`yin etdiyi əhkamları bilsin. Yoxsa, bina titrəyib pis vəziyyətə düşər.

MƏHƏBBƏT VƏ MƏRHƏMƏT

İmam Səccad (əleyhissalam)-ın bəyan etdiyi ilk xususiyyət, aramlıq və arxayınçılıqdır. Allah-taala, Qurani-kərimdə kişi və qadının xilqətində bu iki nəfərin aramlığından, ayə və əlamət kimi ad aparmışdır. Buyurur:

“Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostuluq, sevgi və mərhəmət yaranması da Onun qüdrət əlamətindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən qövm üçün ibrətlər vardır."[42]

Ə`raf surəsində də sevgi, mərhəmət və aramlığa işarə olunur. Buyurur:

"Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək (sakit rahat olmaq) üçün zövcəsini (Həvvanı) yaradan Odur!”

Bu iki ayədə, hər biri böyük İlahi bəxşişlərindən sayılan rahatlıq və sakitlikdən söz açılır. Bu rahatlıq, həm cismi, həm ruhi cəhətdəndir. Həm fərdi, həm də ictimai faydaları vardır.İnsanın evlənməməsinə görə mübtəla olduğu xəstəliklər inkar olunmazdır. Həmçinin, subay şəxslərin ruhi cəhətdən aram olmayan narahatçılıqları mə`lumdur.

İctimai cəhətdən subay şəxslər az məsu`liyyət hiss edirlər. Ona görə də, subaylar arasında intihar daha çox görünür. Həmçinin, ən çox cinayətlər də subay şəxslərdən baş verir. Subaylıq aləmini arxada qoyub evlənən şəxs, özündə təzə şəxsiyyət hiss edib daha çox məs`uliyyətli olur.

Bu mövzunun ardınca həyatın ən yaxşı növü sayılan və hamının istəyi sayılan mərhəmət və məhəbbət mövzusu bəyan olur. Əslində, bu iki xüsusiyyət, insan cəmiyyətinin məsləhətlərinin əsasını təşkil edir. Məhəbbət və mərhəmət arasında müxtəlif cəhətdən fərqlər vardır.

Birinci: Məhəbbət, işin başlanması ilə əlaqədardır. Amma sonra onlardan biri zəifləyir, məhəbbətə yox, mərhəmətə ehtiyacı olur.

İkinci: Məhəbbət, biri digərinə xidmət etməkdən ötrü böyüklərə lazımdır. Amma, uşaqlar mərhəmətin sayəsində böyüyürlər .

Üçüncü: Məhəbbət, çox vaxt qarşılıqlı olur. Amma mərhəmət bir tərəfli və canyandırıcı olur.

Dördüncü: Kişi ilə qadının həyatı aramlıq, məhəbbət, dostluq və mərhəmətlə dolu olarsa, bu yaşayışın binasına xələl gəlməz. Əksinə, bütün bu xususiyyətlərdən məhrum olan həyat, zəif və dağılmaq imkanı ehtimalındadır. Ailə həyatı, cəmiyyətin ilk sinfi olub, hüquq dərsini oxumaq üçün bir məktəbdirİslamda kişi ilə qadının arasında olan hüquq iki növdür. Biri qanun hüququ. Digəri isə əxlaqi hüquq.

Birinci: Qanun hüququ, zövcənin xərcinin kişinin boynunda olmasıdır. O da ibarətdir: Yemək, məskən və paltar. Onun müqabilində qadın kişiyə tabe olub, təmkin etməlidir. Hüquq, hər hansı binanın kökünə bənzəyir. Məsələn, binanın skeletinə oxşayır.

İkinci: Əxlaqi hüquq, o hüquqa deyilir ki, qadın və kişinin hər birinin ona riayət etməsi lazımdır. Lakin, bu hüquqa riayət etməsələr də, qanun cəhətdən müşkül yoxdur. Həyatın gözəlliyi və xoşluğu həmin əxlaqa əməl etməkdir. Məsələn, məhəbbət, səmimiyyət və anlaşmaq. Bu cür hüquq, binaya vurulan nazik rəngə bənzəyir.

“Xilqət qanunu”,kişi ilə qadını əlaqəsini bir-birinə daha yaxın etməkdən və ailə həyatını bəşərin əsas hədəfi olan xoşbəxtlik və səadət üzərində möhkəmlətməkdən ötrü onların birini digərinə ehtiyaclı halda yaratmışdır.

Əgər maliyyət cəhətdən kişini qadına dayaq qərar vermişdirsə, ruhi və aramlıq cəhətindən qadın kişinin dayağı sayılır. Bu iki müxtəlif ehtiyac onları bir-birinə daha da yaxınlaşdırır.

AİLƏ HƏYATINDA İDARƏÇİLİK

Qur`ani-Kərim buyurur: “Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu Allahın onlardan birini digərinə üstün etməsi və kişilərin öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməli saleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizlin şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşnalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, yola (gəlməsələr) onlardan yatağınızı ayırın və (o da tə`sir etməsə) tənbih edin.

Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah uca və böyükdür!”.

Onu da bilmək lazımdır ki, ailə həyatı ictimayyətin kiçik bir üzvü olub, rəhbər və idarə edənə ehtiyacı vardır.

Kişi ailənin ixtiyar sahibi, qadın isə onun müavini və nəzarəti altındadır. Bütün bunlar kişinin vücudunda olan bə`zi xüsusiyyətlərə görədir. Məsələn, (qadınların əksinə) kişilərdə hissə uymaq və fikri cəhətdən mehribançılıq qüvvəsinə qalib gəlmək, cismi cəhətdən qüvvətli olmaq daha güclüdür. Bu cəhətdən, kişi yaşayış planı çəkə bilər, başqa tərəfdən öz qüvvəsi ilə isə ailə həyatını müdafiə etməyə qadirdir.

Ayədəki, "Bu Allahın onlardan birinin digərinə üstün etməsi və kişilərin öz mallarından sərf etməsinə görədir"cümləsi də həmin mə`naya işarədir. Lakin, aydıncasına mə`lumdur ki, bu vəzifəni kişilərin öhdəsinə qoyulması, nə onların insani şəxsiyyətlərinin üstün olmasına görə, nə də dərəcə və məqamlarına görədir. Adi həyatda müşahidə olunur ki, müavin vəzifəsində işləyən insanın şəxsiyyəti, müdirdən çoxdur. Lakin, müdir ona tapşırılan işdə məharəti olduğuna görə müdirdir.

Yuxarıdakı ayədə qadınlar iki dəstəyə ayrılırlar. Birinci dəstə: Saleh qadınlar. Onlar ailə həyatının nəzm və qanunu müqabilində təvazökardırlar. Təkcə ərlərinin hüzurunda yox, bəlkədə, onun olmayan vaxtında da, mal, namus, şəxsiyyət və Allahın ailə həyatına görə tə`yin etdiyi qanuni vəzifələr və məs`uliyyətlərini layiqincə yerinə yetirirlər.

İkinci dəstə: O qadınlardır ki, öz vəzifələrindən boyun qaçırır və ailə həyatı ilə razılaşmayan nişanələr onlarda özünü göstərir. Kişilər birinci dəstə qadınların müqabilində tam ehtiram və hörmətlə rəftar etməlidir. İkinci dəstəni isə moizə və onlardan yataqlarını uzaqlaşdırmaq, nəhayət, bir nəticə verməsə, müqəddəs İslam şəriətində icazə verilən həddə qədər onları tənbih edə bilərlər.

Ayəni zikr etməkdən hədəfimiz bu idi ki, qadının xərc və nəfəqəsinin kişinin öhdəsində olmasını aydınlaşdıraq.

İmam Səccad (əleyhissalam), yemək, libas və qadının hüquqlarına riayət etməyi kişiyə tövsiyə edir. Dahi İslam alimləri də xərcin kişinin boynunda vacib olmasına fətva verirlər:

“Daimi zövcənin xərci kişiyə vacibdir. O da, yemək, libas, məkan vəyaşayışa lazım olan ləvazimatlarıdan ibarətdir. Məsələn, fərş, pal-paltar təmizlik vasitələri və sair, qadının gündəlik həyatda onlara ehtiyacı vardır. Bu şərtlə ki, zövcə kişinin evində olub ona tabe olsun. Beləliklə, qadın şər`i icazəsi olmadan evdən xaric olsa və kişini tərk etsə, xərc olunmağa layiq deyildir.”

Məşhur İslam alimləri, qadının kişi ilə cinsi ünsiyyətində narazılıq mərhələsinə çatmayınca xərcini kişiyə vacib bilirlər.

Qeyd etdik ki, qadının iki növ hüququ var.

Birinci: Qanun hüququ. O da gündəlik xərcini və yaşayışı tə`min etməkdir. Əgər kişi zövcəsinin xərcini verməkdən boyun qaçırtsa, qadının haqqı var ki, şər`i qanun yolları ilə kişidən öz haqqını alsın.

İkinci: Əxlaqi hüquqlar: Bu növ hüquqa, hər iki tərəfin riayət etməsi, yaşayışlarının davam tapmasına səbəb olur. Belə hüquqa riayət etməkdə bir neçə göstərişəəməl etmək lazımdır.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) qadınların hüquqlarına aid çox tə`kidlə sifarişlər buyurmuşdur. Onların bə`zilərinə işarə edirik. Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

“Sizlərdən ən yaxşısı, sizlərdən əhli-əyalına ən yaxşı münasibətdə olanlardır. Mən öz əhli əyalıma qarşı münasibətdə sizlərdən ən yaxşısıyam.”[43]

Həzrət yenə buyurur:

“Kişinin zövcəsi onun evində əsir kimidir. Allahın ən yaxşı bəndələri öz zövcələrinə qarşı mehriban olanlardır”.[44]

İmam Baqir (əleyhissalam), İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm)-dən nəql edərək, buyurur:

“Cəbrail (İlahi rəsul) qadınlarla münasibətdə, mənə elə tövsiyə etdi ki, güman edirdim ki, qadın aşkarcasına namusunu qorumaqda səhlənkarlıq etməyincə təlaq verilməsi yaxşı deyildir."[45]

Həzrət başqa hədisdə buyurur:

“Hər kim zövcəsinin hətta bir kəlmə (nalayiq sözünə) dözə bilsə (ailə nəzmini pozmasa), Allah-taala, onu Cəhənnəm atəşindən xilas edər və Cənnət ona vacib olar. Ondan ötrü iki yüz min ehsan yazar və iki yüz min günahından keçər, iki yüz min dəfə məqamını ucaldar və bədənindəki hər bir tükün sayına bir ilin ibadətini yazar.”[46]

Bu bəyanlar, qadınların hüquq barəsində İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) bizə çatan ən ali və yaxşı göstərişlərdir.

Kişinin vəzifəsidir ki, ailə həyatının mühitində öz zövcəsi ilə ədəb və kəramətlə rəftar edib, onun xətalarının üstündən keçsin. Zövcəsinin pis rəftarı müqabilində səbirli olsun ki, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) buyurduğu əzəmətli mükafatı ələ gətirə bilsin.

Şübhəsiz ki, ailə həyatında müxtəlif narahatçılıqlar baş verir. Bə`zən ərlə arvadın əxlaqi xüsusiyyətlərinin müvafiq olmaması üzündən bir sıra çəkişmələrə və mübahisələr olur. Bu halətdə, ər-arvadın biri digərinə qarşı soyuq münasibət göstərir. Əgər bu halətin qarşısı alınmasa, nəticədə təlağa səbəb olar. Xüsusilə, ruzigarın isti soyuğunu dadmayan və həva-həvəslərinə uyan cavanlar, tez hövsələdən çıxıb bir-birinə qarşı intiqam almaq fikrinə düşürlər.

Belə amillərin qarşısını almaqdan ötrü İslam dini, ər-arvada bağışlamaq, bir-birinin xətalarına göz yummaq və hüququna riayət etməyi sifariş edir.

İshaq ibni Əmmar, İmam Sadiq (əleyhissalam)-dan kişi ilə zövcənin hüquqlarından soruşur! Həzrət cavabında buyurur:

"Zövcənin qarnını tox et, bədənini ört və xətalarına göz yum. İbrahim (əleyhissalam) Saradan Allaha şikayət edir. Allah ona vəhy göndərir: Zövcə quru əyri ağac kimidir. Əgər onu düzəltmək istəsən, tez sınar. Əgər onu azad etsən vücudundan bəhrələnə bilərsən. (Zövcə ilə pis əxlaq münasibətdə olmaq narahatçılıqdan başqa bir nəticə verməz.)”[47]

Kişinin ailə həyatında diqqət etməli ən mühüm mövzu budur ki, bilsin, zövcəsi həyatında onun şərikidir. Onun əsiri və xidmətçisi deyil. Ona görə də, şər`i cəhətdən kişinin haqqı yoxdur ki, qadını iş görməyə vadar etsin, yaxud onun əl muzduna şərik çıxsın. Mühüm budur bilsin ki, həyat yoldaşına kömək etməlidir .Mə`sum İmamlarımız (əleyhimussalam) kişinin zövcəsinə kömək etməsinə görə qazandığı çoxlu savabları nəql etmişlər. Onlardan bə`zilərinə işarə edirik .

ZÖVCƏYƏ KÖMƏK ETMƏYİN SAVABI

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) həzrəti Əli (əleyhissalam)-a buyurur:

“Ya Əli! Eşit! Allahın mənə vəhy etdiyindən başqa heç bir şey demirəm. Hər kişi evdə zövcəsinə kömək etsə, Allah-taala ondan ötrü bədənindəki tüklərin hər birinin sayına bir il oruc tutub, gecələri oyaq qalıb, ibadətlə məşğul olanın savabını əta edər. Həmçinin, səbr edənlərə, Davud, Yə`qub və İsa (əleyhimussalam)-a əta etdiklərini ona da əta edər.”[48]

Şübhəsiz ki, bu hədisdəki bütün bu təşviqlər, mö`min kişilərin öz zövcələrinə kömək etmələrinə səbəb olur, pis rəftar və zor deməkdən çəkinirlər.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

“Ya Əli! Hər kim evdə zövcəsinə kömək etsə və bu köməklikdən inciməsə, Allah, onun adını şəhidlərin dəftərinə yazar və onun hər bir gecə-gündüzünə görə min şəhidin savabını yazar. Atdığı hər bir addıma görə həcc və ümrənin savabını bağışlayar. Həmçinin, bədənindəki damarlarının sayı qədər Behiştdə ondan ötrü şəhər salar.”[49]

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:



Geri   İrəli
Go to TOP