A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (2)
Müəllif: Qüdrətullah Məşayixi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Həmçinin, rumlu cinayətkar ə`yan və əşrəflərin başqa kef məclislərindən biri bu idi ki, kölələri məcbur edirdilər ki, öz əllərini arı və əqrəblə dolu yuvaya salsınlar. Onlar da kölələrin qaralmış əziyyətli çöhrələrini görməklə şad olub gülsünlər.

“Tarixi Rum" kitabının müəllifi, yenə o ölkənin kölələri barəsində belə yazır:

"Kölələr, heyvanlar kimi yalnız, ağır və müşkül işləri görməli idilər. O cümlədən, xəndəkləri təmizləmək, yolları daş asfalt etmək, tikanları təmizləmək, bağları belləmək, ziyanlı bitkiləri və kolları kəsmək, buğdanı döymək ayaq yollarını təmizləmək və sair işləri yerinə yetirirdilər.

Əgər qullardan birinin bu işləri görməməkdə qüsuru olsaydı, şiddətli və müxtəlif cəzalara mə`ruz qalır, çubuq və şallaq vururdular. Daha sonra onu dəvə və atın yerinə zəncirə bağlayıbiş gördürürdülər. Mə`dən quyularına atılır və yaş zirzəmilərdə həbs olunurdular. Heyvanların bayram günlərində işlərindən azad olmalarına baxmayaraq, kölələr bu günləri işdən azad olmurdular.

İSLAMDA KÖLƏLƏRİN TƏDRİCLƏ AZAD OLUNMASININ SƏBƏBLƏRİ

Köləliklə mübarizəaparıb onları tədriclə azad etmək tarixi İslam və müsəlmanlara məxsusdur. Əgər soruşlsa ki, nəyə görə İslam bu işi birdəfəlik yox, tədriclə görür? Onda bu sualın cavabında demək lazımdır: Əvvala, İslam zühur edən zamanda Ərəbistanın qaranlıq mühitində, quldarlıq o cəmiyyətin iqtisadiyyatının rüknu idi. Bir çoxlarının ticarət və yaşayışı kölə alveri ilə bağlı olmuşdur. İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) belə bir imkanı yox idi ki, köləlik və kölə alverini birdəfəlik aradan aparsın. Çünki, iqtisadi nəzm pozulardı. Bundan əlavə, bütün sərvətini verib kölə olanlar bu işə heç vaxt razı olmazdılar. Bir dəstə hazır yeyənlər yalnız, bu yolla dolanırdılar. Bu dövrdə İslam dini əvvəlcə, iş və fəaliyyətin savabını həmçinin, işsizlik və hazır yeməyinməzəmmətli olmasını cəmiyyətdə insanlara bəyan edir. İş, İslama görə ən yaxşı ibadətlərdən sayılır, nəticəsi, insanın özünə qayıdır. Bu yolla hazır yeyənlər tədriclə iş dalınca gedir və anlayırlar ki, başqalarının əl muzdunu yeyib talan etməklə dolanmaq olmaz.

İkinci dəlil, əməl və əksül-əməl qanununa görə əgər İslam birdəfəlik kölələri azad e`lan etsəydi, ola bilsin zülm görmüş kölələr özlərində vücüda gəlmiş e`tiqadlara görə qanlı inqilablara əl atsınlar, nəticədə, ümumi əmniyyətə zərbə dəyərdi. Bu mövzunun tarixdə oxşarı vardır. Montöskye, fəsadlar və kölələrin birdəfəlik azad olunması barəsində yazır: Saysız sayda kölələrin birdəfəlik azad olunması səlah deyildir. Çünki, cəmiyyətdə nəzm qanunlarının pozulmasına səbəb olar. Nümünə üçün belə yazır:

Velisin şəhərində kölələr dəstə cəmi azad olub seçkilərdə səsvermə hüququ qazanırlar. Əksər səsi ələ gətirib belə bir qanun yazırlar ki, ona əsasən, hər kim azad (kölə olmayan) şəxslərdən biri ilə evlənsə, kölələrdən birisi toyun ilk gecəsində azadbakirə qadınla yatmalı, ikinci gecə isə bəyə təhvil verməlidir. Üçüncü dəlildən ötrü tarixçi, Kuteov Lubonun işarə etdiyi mətləbə diqqət etmək kifayətdir. O da budur ki, kölələr qədim zamanlarda kölə şəklində yaşadıqlarına görə və tüfeyli həyat sürdükləri üçün iste`dasız və təcrübəsiz böyüyürdülər. Deyə bilərik ki, əgər İslam bütün kölələri birdəfəlik azad e`lan etsəydi, kifayət qədər iste`dları və təcrübələri olmadıqlarına görə müstəqil yaşayış həyatı təşkil edə bilməyib, nəticədə, amerka kölələri kimi azad olduqdan sonra həmin səbəbdən məhv ola bilərdilər.

Yuxarıdakı səbəblərə görə deyə bilərik ki, İslamda qanunverici, kölələrin birdəfəlik azad olmasına əl atmır. Bəlkə də, onların azadlığının tədriclə olması şəraitini hazırlayır. İndi də İslam dininin, kölələrin azad və xilas olunmaları barəsindəki nəzərinə baxaq. Əvvəlcə, İslam, kölələrinin vəziyyətinin qanunu şəkildə tanıması və şəriətdə onların xüsüsi hökmlərinə işarə etməsinə nəzər salaq. Daha sonra əxlaqi yolları araşdıraq.

İSLAMDA KÖLƏLƏRİN AZAD OLUNMA YOLLARI

Birinci: Yazışma. Bu yolla kölə və malik arasında qərar bağlanılır. Bu əsasla ki, kölə bir miqdar pul verib azad olur. Əgər öhdəsinə götürdüyü məbləğdən verə bilməsə, şəriət hakimi beytül-maldan verib onu azad etməlidir.

İkinci: Tədbir. Bu mə`nada ki, malik qərara alır ki, öldükdən sonra kölə azad olunsun.

Üçüncü: Əgər birisi ata-ana, baba, nənə, övlad, övladın övladı, bacı, bibi, xala, qardaş qızı, bacısı qızına malik olsa, dərhal onları azad etməlidir.

Dördüncü:Əgər birisi kölənin bir qismini azad etsə, o kölə tamamilə azad olar.

Beşinci: Əgər kəniz ağasından övlad dünyaya gətirsə, azad olar.

Altıncı: Əgər kölə küfr mühitində olmasından əvvəl, müsəlman olsa, azad olar.

Yeddinci: Hər vaxt malik, kölənin qulağı, burnu və ya hər hansı bir üzvünü kəssə, kölə azad olar.

Səkkizinci: Əgər kölə, kor, cüzam, bərəs, axsaq olsa və yatağa düşsə, azad olar. Yaşayış xərci isə beytül-maldan verilər.

Doquzuncu: Əgər vərəsəsi olmayan sərvətli ölsə, belə şəxsin köləsi ondan alınıb azad olunar. Mal-dövlət də köləyə çatır.

Onuncu: "Vəsail Şiə" kitabında belə bir ünvanda fəsil var ki, imanlı müsəlman kölə, yeddi ildən sonra azad olunur.

On birinci:Zəkatın sərf olunan səkkiz yerindən biri də, kölələrin alınıb azad olunmasıdır.

On ikinci: Əgər birisi öz nəzir və əhdinə əməl etməsə, andını sındırsa, orucunu qəsdən yesə, birini xətadan öldürsə və məhrəmlərindən biri ilə xəta etsə, kəffarə verməlidir. Bu kəffarələrdən biri də kölə azad etməkdir.

ƏMƏLİ VƏ ƏXLAQİ YOLLAR

Müqəddəs İslam dini, əməli və əxlaqi cəhətdən kölələrin azad olunması şərtini hazırlamışdır. Nümünə üçün İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) və mə`sum İmamların (əleyhimussalam)-mın əməli və əxlaqi rəftarlarınabaxaq.

Tarixçilər yazır: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm), Zeyd ibni Haris kimi kölələri azad edirdi. O vaxt müsəlmanlar bir-birinin ardınca Həzrətdən nümünə götürüb kölələri azad edirdilər. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Zeyd ibni Harisi azad etməsindən əlavə, onu Cəhişin qızı ilə evləndirir və qısa müddətdən sonra ayrılırlar. Yenə də İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Zeydin oğlu Usaməni, İslam qoşunlarına başçı tə`yin edir. Mühacir və ənsarın böyüklərinin ona tabe olmalarını tələbedir.

Həzrəti Əli (əleyhissalam) öz əlinin zəhməti ilə qazandığı puldan, min köləni azad edir.

Tarixçi Corc Zeydan yazır: Əbdullah ibni Süleyman yetmiş min kənizi azad etmişdir.

ƏXLAQİ GÖSTƏRİŞLƏR

İslam dini, kölələrin azad edənlərdən ötrü o qədər savab və axirət mükafatı qərara alıb ki, bununla öz tərəfdarlarını kölə azad etməyə təşviq etmişdir. Qur`an "Bələd" surəsində buyurur:

"Məgər Biz ona iki göz vermədikmi?Eləcə də bir dil və qoşa dodaq vermədikmi? Biz ona iki yolu (xeyir və şərr, küfr və iman yollarını) göstərmədikmi? Lakin o, əqəbəni keçə bilmədi. (özünə verilən bu qədər ne`mətlərə şükür etmədi.) Ya Peyğəmbər! Bilirsənmi əqəbə nədir? O bir kölə azad etməkdir. Yaxud, aclıq zamanı yemək verməkdir. Qohumluq əlaqəsi çatan bir yetiməvə ya taqətsizlikdən torpağa sərilmiş bir miskinə!”

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: “Hər kim müsəlman köləni azad etsə, Allah-taala, o kölənin hər bir üzvünün əvəzində, azad edən şəxsin üzvünü cəhənnəmin atəşindən azad edər."

İmam Sadiq (əleyhissalam) kölə azad edənlərin barəsində buyurur: Allah-taala, azad olunmuş kölənin hər bir üzvü əvəzində azad edənin əzabını atəşdən xilas edir.

Bəhsin sonunda qeyd edək ki, İmam Səccad (əleyhissalam)-ın bu sözləri, o zamana aiddir ki, hələ kölələr azad olmamışdılar. O, vaxt kölələr öz malikləri haqqında belə rəftar etməli idilər. Əlbəttə, bu bəhs genişdir. Biz yalnız, bu qədərinə kifayətlənirik.

ADİ ŞƏXSLƏRİN HÜQUQLARI

18. ƏHALİNİN HAQQI

فأَمَّا حُقُوقُ رَعِيَّتِكَ بالسُّلْطَانِ فَأَنْ تَعْلَمَ أَنَّكَ إنَّمَا اسْتَرْعَيْتَهُمْ بفَضْلِ قُوَّتِكَ عَلَيْهِمْ فَإنَّهُ إنَّمَا أَحَلَّهُمْ مَحَلَّ الرَّعِيَّةِ لَكَ ضَعْفُهُمْ وَذُلُّهُمْ، فَمَا أَوْلَى مَنْ كَفَاكَهُ ضَعْفُهُ وَذُلُّهُ حَتَّى صَيَّرَهُ لَكَ رَعِيَّةً وَصَيَّرَ حُكْمَكَ عَلَيْهِ نَافِذاً، لا يَمْتَنِعُ مِنْكَ بعِزَّةٍ وَلا قُوَّةٍ وَلا يَسْتَنْصِرُ فِيمَا تَعَاظَمَهُ مِنْكَ إلا [باللهِ] بالرَّحْمَةِ وَالْحِيَاطَة وَالأَناةِ وَمَا أَولاكَ إذَا عَرَفْتَ مَا أَعْطَاكَالله مِنْ فَضْلِ هذِهِ الْعِزَّةِ وَالقُوَّةِ الَّتِي قَهَرْتَ بهَا أَنْ تَكُونَ لِلّهِ شَاكِراً، وَمَنْ شَكَرَ الله أَعْطَاهُ فِيمَا أَنعَمَ عَلَيْهِ. ولا قُوَّةَ إلا باللهِ.

“Amma sənin hakimiyyətində rəiyyiətin haqqı budur ki, həqiqətən, sən özün artıq qüdrətinin səbəbinə onları rəiyyət ünvanı ilə seçmisən. Həqiqətən, onların zəifliyi və gücsüzlüyü özlərini rəiyyət qərar verib. Belə olan halda, kimsənin zəifliyi, zilləti və səni ehtiyacsız etməsi, sənə üstünlük deyildir. Belə ki, zəiflik və zillətlik, onu sənin rəiyyətin və əlinin altında qərar verib. Sənin hökmünü onlara tə`sirli etmişdir. Onlar öz qüvvə və izzətləri ilə sənin müqabilində yalnız, Allahdanrəhmət, himayət, səbr və kömək intizarındadılar. Əgər anlasan ki, Allah-taala sənə hansı izzət və qüvvə əta etməklə, başqalarına qələbə çalmısan, onda daha yaxşı olarki, Allaha şükür edəsən. Hər kim Allahın ne`mətinə şükür etsə, ona daha çox ne`mət bağışlar. Allah tərəfindən başqa heç bir güc-qüdrət yoxdur! “

Məkarimul-Əxlaq kitabında bu mövzudayazır

“Amma sənin hakimyyətin altında qərar tutanların haqqı budur ki, biləsən ki, onlar özlərinin zəifliyi və sənin qüdrətli olmaqına xatir sənin rəiyyətinə çevriliblər. Belə olan halda, sənə vacibdir ki, onlar barəsində ədalətlə əməl edəsən vəonlardan ötrü ürəkyandırıcı ata olub, nadanlıq üzündən etdikləri xətaları bağışlayasan. Onların pis əməlləri müqabilində cəza verməyə tələsmə. Allahın sənə verdiyi qüdrətə görə şükür et."

İmam Səccad (əleyhissalam), hakim barəsində buyurur: Rəiyyət hakimin itaətində olub onunla düşmənçilikdən çəkinsinlər. Onun müqabilində rəiyyətin hüququndabuyurur: Hakim öz qüdrət və hakimiyyətinə xatir ədalətə riayət etməlidir. Bu hüquqda İmam Səccad (əleyhissalam) neçə mühüm mövzuya işarə etmişdir:

Birinci: Hakimin ədalətli olması.

İkinci: Hakimin mehriban və ürəkyandırıcı ataya oxşaması.

Üçüncü: Rəiyyət öz həyatında xətalara yol verir. Hakim onların müqabilində bağışlamağı bacarmalıdır.

Dördüncü: Hakimin, Allahın ona bağışladığı qüdrət və hakimiyyət ne`məti müqabilində ona şükür etməsi.

RƏHBƏRLİKDƏ ƏDALƏT

İnsanlar, başqalarının hüquqlarına pis gözlə baxmayıb onların hüquqlarına təcavüz etməsələr, insanlar arasında haqq və hüquq cəhətdən heç bir ayrı-seçkiliyə yol verməsələr, həmçinin, hakim öz hakimiyyətində ən nəhayət tərəfkeşsizlikə hamıya bir gözlə baxarsa, belə şəxslər adil və ədalətli adlanırlar. Onların müqabilində o, şəxslər ki, başqalarının haqlarına təcavüz edir və öz hakimiyyəti çərçivəsində ayrı-seçkiliyi rəva bilib zalimlərdən tərəfdarlıq edirlərsə, belələrinə “zalim"deyərlər.

Beləliklə, demək olar ki, hüquqlara riayət edib hər bir haqq sahibinin haqqını özünə əta etməyə “həqiqi ictimaiədalət"deyilir. Bəşər qanununda buna riayət olunmalıdır. Hüquqa dayaq olan ədalətin mə`nası budur.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:“Hakimiyyət küfrlə davam tapar, amma zülüm və sitəmlə heç vaxt davam tapmaz.”[21]

Başqa hədisdə İslam Peyğəmbəri(səlləllahu əleyhi və alehi və səlləm)buyurur:

“Bir saat ədalətli olmaq, altımış ilin ibadətindən üstündür."

SƏXAVƏTLƏ ƏDALƏTİN FƏRQİ

Həzrət Əli (əleyhissalam)-ın səxavətlə ədalət arasında fərq barəsində gözəl bəyanı vardır. Həzrətdən bu barədə soruşulanda sualın cavabında buyurur:

Ədalət hər şeyi öz yerinə qoyur. Səxavət, onu öz yerindən çıxarır. (çünki, səxavət yə`ni, haqqından çox bağışlamaq).

Ədalət hər şeyi hifz edəndir. Səxavət yalnız, bəxşiş olunana fayda verir. Beləliklə, ədalət daha yaxşı və şərəflidir."[22]

PEYĞƏMBƏRLƏR VƏ ƏDALƏTƏ DƏ`VƏT

Bütün İlahi peyğəmbərlər öz risalətlərində bəşəriyyətin kamal və səadəti, əxlaq və ədalət sayəsində olmasını bəyan etmişlər. Qur`anda bu mövzuda olan ayələrin bə`zilərinə işarə edək.

“Ey iman gətirənlər Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərnizdən xəbərdardır."[23]

İslamda ədalət məsələsinə verilən əhəmiyyət kimi məsələ çox azdır. Çünki, ədalət məsələsinin tövhid kimi İslamın bütün kök və şaxələrində kökü vardır. E`tiqad, əməl, fərd, ictimai, əxlaqi və hüquqi məsələlərinin heç biri tövhiddən kənarda deyildir. Həmçinin, bu məsələlərin heç birisi ədalətdən kənarda qalmır. Beləliklə, heç də təəccüblü deyildir ki, ədalət İslam dininin əsas köklərindən və müsəlmanlarınfikri əsaslarından sayılır.

Ayədə bəyan olunan mühüm mövzulardan biri ədalətdən yayınmağın yollarından sayılan, kin-küdurətdir. Tayfalar arasında kin, düşmənçiliklər və şəxsi hesab-kitablar, ədalətin icra olunmasının qarşısını alır və başqalarının hüquqlarına təcavüzə səbəb olurlar. Çünki, ədalət, bunların hamısından üstündür. Təqva və pəhrizkarlığın ən mühüm rüknü sayılan ədalətə riayət edin.

DANIŞIQDA ƏDALƏT

Qur`an buyurur: “Yetimin malına xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxaltmaq) istisna olmaqla, həddi buluğa çatana qədər yaxın düşməyin. Ölçüdə və çəkidə düz olun. Biz heç kəsi gücü çatmayan işə vadar etmərik. Söz söylədiyniz zaman əleyhinə danışdığnız adam qohumunuz olsa belə, ədalətli olun Allah qarşısındakı əhdi yerinə yetirin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə düşünüb öyüd nəsiət qəbul edəsiniz! “

Allah-taala bu ayədə yetimlərin hamilərini, satıcıları və tərəzi çəkənləri ədalətə də`vət edir. Bundan əlavə, danışanda da ədaləti gözləməyitövsiyə edir. Beləliklə, cəmiyyətə danışıqda, müamilədə və yetimləri saxlamaqda ədalətli olmaq tövsiyə olunur.

Yetimin malı barəsində, ona “yaxın düşməmək" xəbərdarlıq olunur. Bu ifadə Qur`anda bə`zi günahlar barəsində də işlənmişdir. Belə nəzərə çatır ki, bu ifadə vəsvəsə gətirən günahlar barəsində işlənmişdir. Məsələn, zina, fahişəlik və yetimlərin müdafiəsiz malları və sair kimi işlərdə, insanlara xəbərdarlıq olunur ki, onlara yaxın düşməyin. Bununla da, Şeytanın vəsvəsəsinin tə`sirinə düşməzsiniz.

HÖKUMƏTDƏ ƏDALƏT

Qur`an buyurur: “Allah sizə əmanətləri öz sahiblərinə qaytarmağınızı və insanlar arasında hökm etdiyniz zaman ədalətlə hökm etməyinizi əmr edir. Həqiqətən, bununla (belə bir tapşırıqla) sizə verdiyi öyüd necə də gözəldir. Əlbəttə, Allah hər şeyi görən və eşidəndir!”[24]

Bu ayədə əmanəti sahibinə qaytarmaq əmrindən sonra ədalət məsələsinə işarə olunur. Bu tövsiyə yaxşı və gözəl moizə ünvanı ilə qeyd olunur. Allahın eşidən və görən vəsfindən söz açılır. Bununla bildirmək istəyir ki, hakim bilməlidir ki, Allah-taala onun danışıq və rəftarını nəzarətdə saxlayır.

4..Başqa ayədə ədalət və ehsan verməyi bir yerdə qeyd olunur, buyurur: “Həqiqətən, Allah-taala (Quranda insanlara) ədalətli olmaqı yaxşılıq etməyi, qohumlara (haqqını verməyi) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. Allah sizə, bəlkə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsiət verir."

Başqa yerdə Quran buyurur:“(Ya Davud!) Biz səni yer üzündə xəlifə (və ya əvvəlki peyğəmbərlərə xələf) etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et. Nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırarlar. Şübhəsiz ki, Allah yolundan sapanları haqq-hesab günü şiddətli əzab gözləyir."[25]

Bu ayədə, əvvala, Allah-taala tərəfindən Davudun xəlifə qərar verilməsi ona xatırladılır. İkinci, ədalətdən çıxmamaq xəbərdarlıq olunur. Üçüncü, ədaləti aradan aparan amillərdən biri, insanın nəfsi istəklərinə tabe olmasına işarə edir. Həmçinin, insan öz zəlalətini və hesab-kitab gününü unudarsa, ədalətsizlik edər.

Bu beş ayə, nümunə ünvanı ilə bizə ədalət mövzusunu nişan verir. İslamda hər bir hakim, cəmiyyətin bütün üzvlərinə bir nəzərlə baxmalıdır. İndi də ədalətə, rəvayət nəzərindən baxaq. Nümunə üçün aşağıdakı hədisləri nəzərdən keçirək:

İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur: “Ədalət teşnə insana, içmək istədiyi ən şirin su kimidir. Əgər ədalətlə rəftar olunarsa, az da olsa, yerlərdə icra olunsa, çox tə`sirlidir.“[26]

Yenə də o, həzrətdən nəql olunur buyurur: “Ədalət hər şirindən şirin, əldən yumşaq və müşkdən ətirlidir.”[27]

“Mən la yəhzuruhul fəqih" kitabında İmam Sadiq (əleyhissalam)dan nəql olunur:

“Həzrətdən soruşurlar ki, bir nəfərin müsəlmanlar arasında şəhadətindən ötrü ədalətli olmasını nə ilə bilək?Buyurdu: Libası, iffəti, qarnını və şəhvətini haramdan hifz etmək, əli və dili gözləmək, Allahın atəş və`də verdiyi böyük günahlardan çəkinmək, şərab içməkdən qorunub, zina, riba və valdeyn üzünə ağ olmamaq, cəbhə bölgəsindən qaçmamaq və sair...”[28]

Bu üç rəvayətdə ədalətin dəyəri və əhəmiyyəti bəyan olunmuşdur.

HAKİMLƏ ƏHALİNİN QARŞILIQLI HÜQUQLARI

Həzrəti Əli (əleyhissalam) bu barədə, Nəhcül-bəlağədə buyurur: “Ay camaat! Mənim sizin boynunuzda və sizin də mənim boynumda haqqınız vardır. Amma sizin mənim boynumda olan haqqınız budur ki, sizə nəsihət edim və qənimət və hüquqlarınızı bərabər şəkildə sizə çatdırım.

Sizə öyrədim ki, nadan olmayasınız. Sizi tərbiyət edim ki, öyrənəsiniz. Amma mənim sizin boynunuzda olan haqqım budur ki, beytinizdə qalasınız, gizlin və aşkarda dost və ixlaslı olmaq, sizi nə vaxt çağırsam cavab vermək, sizə əmr etdiymə tabe olmaq."

Bu qarşılıqlı hüquqlarda Həzrət, cəmiyyətdə nəsihət və moizə etmək, iqtisadi və maliyyat məsələlərini insanlara öyrədib tərbiyə etməyin hakimə vacib olduğunu vurğulayır. Hakim, cəmiyyətin maliyyatını və elmi səviyyəsinin şəraitini hazırlamalıdır.

Amma, hökumətin (əhalinin) haqqı isə evində sabitqədəm olmaq, gizlin və aşkarda hakimi moizə etmək, hakimin də`vətinə cavab vermək və işlərdə ona tabe olmaqdır.

Başqa yerdə həzrət Əli (əleyhissalam) belə buyurur:

"Allah-talanın buyurduğu ən böyük vacib olan hüquqlardan biri, hakimin rəiyyətə və rəiyyətin də hakimə olan haqqıdır. Bu, Allahın onlardan hər birinin digərinin boynuna qoyduğu vacibdir. Bu hüquqlara riayət etməyi onlara, nəzm, ülfət, dostuluq və izzət kimi qərar vermişdir. Hakimləri saleh olmayınca rəiyyətin işləri sabit olmayacaq.

Hakimlər sabit qədəm, möhkəm və haqqa riayət etməyincə, islah olmazlar. Əgər bu iki təbəqə cəmiyyətdəbir-birinin haqqını əda etsələr, din onlar arasında əziz olar, yolları və ədalətləri yerində qalar, ədalət nişanələri, möhkəmlik və İlahi qanunlar öz yerində icra olunar. Bu əsaslara riayət etməklə, zəmanə saleh zəmanə olar. Hökumətin davamı çoxalar. Düşmənlərin tamahları ümidsizliyə çevrilər.”[29]

Həzrət sözlərinin davamında buyurur:

“Lakin, əgər rəiyyət, hakiminin fərmanına baş qoşmasa, yaxud, hakim rəiyyətə zülm rəva bilsə, o vaxt ixtilaf yaranacaq və zülm çoxalacaq. Dinin xarab olmasına səbəb olanlar dinə daxil olacaq. İlahi qanunlar öz yolundan çıxacaq, həva və həvəslərə əməl olunar. İlahi hakimlərin icrası tə`til olar. Xüsusi və ictimai xəstəliklər zühur edər. Bir daha tə`til olunmuş əzəmətli hüquqlardan qorxan və çəkinən olmaz. Böyük cinayətlərin pisliyi aradan gedər, nəticədə saleh və yaxşılar zəlil olarlar. Əşrar və pis fitrətli şəxslər əziz olub, bəndələrin günahları Allah yanında böyük görünər. “

Bu xütbədə, həzrət, hökumətin davamının səbəbləri, hakimlə millət arasında sülh və səfanın olması, nəticədə, cəmiyyətin saədətə nail olmasına işarə etmişdir. Xütbənin başqa qismində bunların əksinə, hökumətin dağılması, cəmiyyətdə aramlıq və əmniyyətin olmaması, yaxşı və saleh şəxslərin ölkədən getmələri, cəmiyyətin iflası, şər və fasid şəxslərin cəmiyyətin işlərini ələ almaları səbəblərinə işarə edir, nəticədə, dini nişanələrin tə`til olub zəlaləti, fasidliyi vəcəmiyyətin dağılması bayrağının dalğalanması qeyd olunur.

İmam Əli (əleyhissalam) sərhəd əsgərlərinə yazdığı məktubda belə işarə edir:

“Hakimə şübhəsiz vacib olan haqdan biri budur ki, ona çatan ne`mət və fəzli rəiyyətdən əsirgəməsin və yolunu dəyişməsin. Ona yetişən xüsusi hədiyyələrdən də rəiyyəti məhrum etməsin. Allah-talanın onun qismətinə ayırdığı ne`mətdən bəndələrə versin ki, onlara yaxın olsun. Qardaşlarına qarşı mehriban olsun və öz mehribançılığından qardaşlarını bəhrələndirsin[30]

Həzrət Əli (əleyhissalam) buyurduğu hər bir şeyə əməl edən idi. Doğurdan da, qısa müddətli hökuməti ədalətli hökumət olub. Cəmiyyətə qarşı mehriban ata kimi olmuşdur. Həzrət özü buyurur:

“Məgər mənə əmirəl-mö`minin dedildiynə qənaət edib, əhalinin giriftarçılıq günlərində onlara kömək göstərməyim? Xeyir! Heç vaxt belə ola bilməz “[31]

Həzrəti Zeynalabidin (əleyhissalam) buyurur:

“Hakim, mehriban ata kimi cəmiyyətin üzvlərini öz övladları yerində bilib, onlar arasında bərabərliyə riayət etməlidir. Bu mətləb, həzrəti Əli (əleyhissalam)-ın qısa müddətli hökuməti dövründə əməli olur. İmam Əli (əleyhissalam) özünün Malik-Əştərə yazdığı məşhur məktubunda onu bu mövzuya əməl etməsinə tövsiyə edərək, buyurur:

“Öz qəlbini, mehribançılıq və dostluqla əhalini tanış et. Onların qənimətini udmağa hazır olan canavar kimi olma. Çünki, insanlar iki dəstədirlər: Ya sənin din qardaşlarındır, yaxud da, əsl insaniyyətdə və yaranışda səninlə birdilər”[32]

Həzrət Səccad (əleyhissalam) buyurur: Rəiyyət və əhalinin xətaları vardır. Hakim onları görməməzliyə vurub bağışlamalıdır.

Həzrəti Əli (əleyhissalam) Malikə yazdığı məktubda buyurur:

“Əhalinin bə`zi eybləri və çirkinlikləri vardır. Onların üstünü örtməyə ən layiq şəxs, hakimdir!"

Belə olan halda, əhalinin sənə gizlin olan eybləri ilə maraqlanma çünki, sənə aşikar olan eybləri örtmək sənə vacibdir!

Bu qismətdə hakimin cəmiyyətdə müdiriyyət vəzifələrindən biri sayılan, eybləri biləndə özünü qəflət və görməməzliyə vurması mövzusuna işarə olunur.

İmam Səccad (əleyhissalam)-ın rəiyyətin haqqı barəsindəki mövzusu, hakimin insanlara hökumət etməsi ne`məti müqabilində Allaha şükür etməsidir. Hakim bilməlidir ki, özündən heç bir şeyi yoxdur. Bu qüdrəti ona, Allah mərhəmət etmişdir. O, zəif və zəlil bəndədir. İmam Əli (əleyhissalam) Malik Əştərə sifarişində buyurur:

“Əgər öz hökumətinlə, özündə qürur və təkəbbür hiss etsən, Allahın mülkünün əzəmətinə bax. Hər şey Onundur. Allah, bu qüdrəti imtahan etməkdən ötrü sənin ixtiyarında qoyub. Belə olan halda yaxşı olar ki, hakim, bu İlahi ne`mətə şükür etsin!“

19. ŞAGİRDİN HAQQI

وأمَّا حَقُّ رَعِيَّتِكَ بالعِلْمِ فَأَنْ تَعْلَمَ أَنَّ اللهَ قَدْ جَعَلَكَ لَهُمْ فِيمَا آتاكَ مِنَ الْعِلْمِ وَولاّكَ مِنْ خَزَانةِ الْحِكْمَةِ، فَإنْ أَحْسَنْتَ فِيمَا ولاّكَ اللهُ مِنْ ذلِكَ وَقُمْتَ بهِ لَهُمْ مَقَامَ الخَازِنِ الشَّفِيقِ النَّاصِحِ لِمَولاهُ فِي عَبيدِهِ، الصَّابرِ الْمُحْتَسِب الَّذِي إذَا رأَى ذا حَاجَةٍ أَخرَجَ لَهُ مِنَ الأَمْوَالِ الَّتِي فِي يَدَيهِ كُنْتَ رَاشِدًا، وَكُنْتَ لذَلِكَ آمِلاً مُعْتَقِدًا وَإلاّ كُنْتَ لَهُ خَائِنًا وَلِخَلقِهِ ظَالِمًا وَلِسَلْبهِ وَعِزِّهِ مُتَعَرِّضًا.

“Sənin elmi rəiyyətin sayılan şagirdilərin haqqı budur ki, biləsən, Allah-taala, sənə verdiyi elm və ixtiyarında qoyduğu hikmət xəzinəsinə görə onları sənin şagirdilərin qərar verib. Əgər Allahın sənə əta etdiyi bu hamiçilikdə yaxşı əməl etsən, səbirli və Allah istədiyi xeyirxahmövla və mehriban xəzinadar olsarsan. Ehtiyaclı gördükdə öz mal-dövlətindən ona verən kimi olsan, ağıllı və imanlı xadimsən. Yoxsa, Allaha xəyanət, xalqa qarşı zalim olmuş olarsan. Həmçinin, izzət və ne`mətin aradan getməsinə səbəb olarsan! "

"Məkarimul-əxlaq kitabında yazır:



Geri   İrəli
Go to TOP