A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (2)
Müəllif: Qüdrətullah Məşayixi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


"Əqrəbül-Məvarid" kitabında yazır: Yəhudi və xaçpərəstlərdən o kəslərə "zimmi" (Kitab əhli) deyilir ki, müsəlmanlarla əhd-peyman bağlayıb, İslam dinin pənahında yaşasınlar. Bu kəlmə Qur`anda iki dəfə işlənmişdir.[411]

Nəhcül-Bəlağədə oxuyuruq: "Müsəlman ümmətinin içində yaşayan başqa millətlərdən, cizyə və xərac verən kitab əhlidir"

Kitab əhli, hər hansı bir səmavi kitabların tərəfdarı olan qeyri-müsəlmanlardır. Bunlara, "Əhli zimmə"də deyilir. Əgər müsəlmanların beytül-malına maliyyat və xərac versələr, İslam ölkəsində məskən salıb, İslam qanunlarının himayəsində qərar tutarlar.

İslam dövləti, onlardan maliyyat almaqla, onların canlarını və mallarını hifz edir. İslam qanunlarına görə əhli-zimmə öz aralarında olan e`tiqadi ixtilafları barəsində öz ruhanilərinə müraciət edə bilərlər. Əgər ixtilafları maliyyat və ya hüquqi məsələlərə aid olarsa, bu zaman İslami məhkəmələrə müraciət etməlidirlər. İslam qazisi onların barəsində İslam hüquq qanunlarına əsasən hökm etməlidir.

CİZYƏ NƏDİR?

"Cizyə" sözü, cəza sözündən olub, İslam hökumətinin pənahında yaşayan qeyri-müsəlmanlara aiddir. Bu advermə ona görədir ki, onlar İslam hökumətinin, onların mal və canlarını qorumağın müqabilində hökumətə verdiyi "cəza”dır (mükafatdır). Rağib İsfahani də öz lüğət kitabında həmin mə`naya işarə edir.

Bə`ziləri mö`təqiddirlər ki, bu sözün kökü qeyri-ərəbidir. Fars dilindəki, nizami qüvvələri möhkəmlətməkdən ötrü "kizyət” ünvanı ilə əhalidən alınan maliyyatın adından götürülüb. Lakin, çoxları mö`təqiddirlər ki, bu söz xalis ərəb sözü olub, İslam hökumətinin azlıqda olan məzhəblərinin əmin-amanlığını qorumaqdan ötrü onlardan aldığı maliyyata deyilir.[412]

İSLAMDAN ƏVVƏL CİZYƏ

Bə`ziləri mö`təqiddirlər ki, ilk dəfə cizyə alan şəxs, Sasani padışahlarından Ənuşirəvan olmuşdur. Bu mətləb doğru da olmasa, bir şey şübhəsizdir ki, Ənuşirəvan öz millətindən cizyə almışdır. İyirmi yaşından yuxarı və əlli yaşından aşağı, hökumət işçilərindən olmayan bütün şəxslər adam başı 12, 8, 6, 4 dirhəm fərqləri ilə hər il cizyə verməli idilər. Bu maliyyatın hikmətini, hər bir ölkənin öz müstəqilliyini və nizami qüdrətini möhkəmlətməkdən ötrü kömək etməsi kimi ünvanlayırdılar. Bu yolda bir dəstə əməli şəkildə öz cismi qüvvələri ilə bu işə kömək edir, başqa dəstə isə ticarət və başqa işlərlə məşğul olduqlarına görə ildə bir dəfə adambaşına maliyyat verməklə, öz malları ilə vəzifələrini yerinə yetirirdilər.

Cizyə verənlərin yaşlarının 20 və 50 arsında olması bu mətləbə aydın dəlildir ki, hər kim başqa işlərlə məşğul olduqları üçün ölkənin əmniyyətinə xatir silah gəzdirə bilməsə, onun yerinə "cizyə" verməlidir.İslam dinində müsəlmanlara cizyə vermək vacib deyildir. Çünki, İslam, cihadı hamıya vacib buyurmuşdur. Azlıqda olan məzhəblər bu cihaddan azad olduqlarına görə onlardan cizyə alınır. Həmçinin, onların uşaqları, qadınları, qocaları və korlarının da cihaddan azad olmaları bu məsələnin ikinci dəlilidir. Bütün bunlardan mə`lum olur ki, cizyə təkcə maliyyə köməyidir ki, müsəlmanların əhli kitabın malının, canının və əhl-əyalının əmniyyətini qorumaq məsuliyyəti müqabilindəonlardan alınır. [413]

Beləliklə, cizyənin müsəlmanlar tərəfindən əhli kitabı bir növ ram etməsi nəzəri,bu məsələnin hikmətini başa düşməyənlərin fikridir. Onlar bilmirlər ki, əgər kitab əhli müsəlman ölkəsində zimmə halına düşsə, müsəlman hökumətinin vəzifəsidir ki, onlara qarşı hər cür təcavüz və hüquqsuzluğunun qarşısını alıb, onların canlarını və mal-mövlətlərini qorusun. Bundan əlavə, bu halda olan kitab əhli müsəlman ölkəsində baş verən heç bir müharibədə və müdafiə məsələsində iştirak etməyi öhdəsinə almır və azaddırlar. Əslində, kitab əhli az miqdarda maliyyat ödəməklə müsəlman hökumətinin bütün üstünlüklərindən bəhrələnirlər. Qur`an ayəsində buyurur ki, kitab əhlindən cizyə alarkən onlar təvazökar halətində olmalıdırlar. Əslində, bu təvazökarlıqdan məqsəd, İslam və Qur`anın müqabilindəki təvazökarlıqdır. Başqa sözlə desək, azlıqda yaşayan bir dəstənin əksəriyyət və hakim olan bir dəstə ilə müsalimətamiz yaşamağına işarədir.[414]

ŞƏRİƏTDƏ CİZYƏNİN HÖKMÜ

Cizyənin hökmlərində bəhs olunan birinci məsələ bundan ibarətdir ki, cizyə kimlərdən alına bilər və şəraiti nədir? Cizyənin kimlərdən alınması sualının cavabında demək olar ki, məşhur İslam alimlərindən Mühəqqiq, "Şərae" kitabında yazır:

"Cizyəöz dinlərini iqrar edənlərdən alınır. Onlar, yəhudi, xaçpərəst və kitab əhli olmaları şübhəli olan məcusilərdir."[415]

Əmirəl-mö`minin Əli (əleyhissalam)buyuurur:

"Məcusilər qan bahası və cizyə verməkdə yəhudi və xaçpərəstlər hökmündədirlər. Çünki, keçmişdə kitabları olub "[416]

Rəvayətdə var ki, onların peyğəmbərlərinin adı "Damast" olub. On iki min inək dərisinin üzərinə yazılmış "Camast" adlı kitabları sonradan yandırılmışdır.

Qeyri-kitab əhlindən cizyə alınmır. Beləliklə, cizyə, yalnız bu üç firqədən alınır. Bütpərəst və müşriklərə gəldikdə isə onlara İslam ölkəsində yer yoxdur, o ki qaldı cizyə alınıb onları qoruyasan! Bu üç firqədən alınan cizyənin də xüsusi şəraiti vardır. Kitab əhli bu şəraitə əməl etməlidirlər. Həmçinin, onların uşaq və divanələrindən cizyə alınmır.

CİZYƏNİN MİQDARI

İslam alimləri arasında məşhur budur ki, cizyənin müəyyən şər`i miqdarı yoxdur. Bəlkədə, miqdarı, rəhbər və cizyə verənin qüdrətinə bağlıdır. İslam tarixindən ümumi şəkildə mə`lum olan odur ki, müxtəsər miqdarda cizyə tə`yin olunmuşdur. Bə`zən bir dinar miqdarında , bə`zən də dediyimiz kimi cizyə verənin maliyyat qüdrəti nəzərə alınaraq cizyə tə`yin olunmuşdur.

CİZYƏNİN ŞƏRAİTİ

Cizyənin altı şərti var:

1. Kitab əhli cizyəni qəbul etsin.

2. Amanda olan münafiq şəxslərin işini görməsin. Məsələn, müsəlmanlarla müharibə etmək niyyətində olmasın.

3. Müsəlmanlara qarşı mal və namus cəhətdən əziyyəti olmasın. Belə ki, onlardan hər kim Peyğəmbərə söyüş versə, öldürüləcək.

4. İslam dinin qadağan etdiklərinə zahirdə və cəmiyyət içində mürtəkib olmasınlar. Məsələn, donuz əti, şərab, və məhrəmlərlə evlənmək kimi şeyləri cəmiyyət içində izhar etməsinlər. Əgər adı çəkilənlərə mürtəkib olsalar, onlarla bağlanan əhd pozulmuş hesab olunur.

5. Müsəlman ölkəsində kilsələri olmayıb, kilsə zəngini vurmasınlar və öz evlərini müsəlmanların evlərindən hündür tikməsinlər.

6. Müsəlmaların qanunlarının onlara da cari olmağını qəbul etsinlər.[417]

MÜSƏLMANLARIN ZİMMƏ ƏHLİ MÜQABİLİNDƏ MƏSULİYYƏTLƏRİ

Əmirəl-mö`minin Əli (əleyhissalam)Kufə əhlinə cihada aid şiddətli xütbəsində buyuurur:

"Mənə xəbər çatıb ki, Müaviyənin qoşunundan bir dəstə, bir nəfər müsəlman qadınıvə İslam dininpənahında zimmə əhlindən olan bir qadının ziynət əşyalarını əllərindən alıb aparmışdır. Biçarə qadınlar fəryad çəkib kömək istəmiş və mallarının qaytarılmasını tələb etmişlər. Sonra zalimlərin qoşunu, kimsə onlardan azalmadan, yaralanmadan və heç birinin qanı tökülmədən sağ-salamat öz yerlərinə qayıtmışlar. Bəs, əgər bu işdən ötrü müsəlmanın ürəyi partlayıb ölərsə, yeri var və bəlkədə, bu işdən ötrüqəm çəkib ölməyə layiqdir! "[418]

Sözün tam mənasında, müsəlmanların rəhbərnin ən yüksək məhəbbət və insani hisslərini nişan verən bu aydın xütbədən mə`lum olur ki, İslam, öz pənahına aldığı şəxslərin haqqına təcavüz olunmasına necəhəssas və onların barəsində lazım olanlara riayət edəndir!

“Bəli! Əmirəl-mö`minin Əli (əleyhissalam)xaçpərəst bir kişinin Kufə bazarında dilənçilik etdiyini gördükdə soruşur: Bu kimdmr? Cavab verirlər: Xaçpərəst bir kişidir. Buyurur: Bu vaxta kimi onu işlətmisiniz, indi ki, qocalıb əldən düşüb, bu vəziyyətlə onu küçəyə atmısınız? Göstəriş verir ki, müsəlmanların beytül-malından ehtiyacını ödəyənə qədər ona pul versinlər! “[419]

VƏ`DƏ VƏ ƏHDƏ VƏFA

İmam Səccad (əleyhissalam)-ın kitab əhli və zimmə əhli barəsində mühüm hesab etdiyi və ona tə`kid etdiyi əxlaqi mövzulardan biri də onlarla bağlanmış əhd-peymana əməl etməkdir. Allah-taala Qur`ani-Kərimdə buyurur:

"Əhdinizə vəfa edin! Həqiqətən, əhd barəsində sizdən soruşulacaq. “[420]

Yenə də buyurur:

"Mö`minlər o kəslərdir ki, öz əhdlərinə və əmanətlərinə qarşı vəfadar və riayət edəndirlər."[421]

Bu iki ayədə və`də və əhdi-peyman mövzusu mühüm sayılır və onlara sadiq olmağı mö`minlərin aşkar nişanələrindən hesab olunur. Bu barədə insanın sorğu-sual olunacağına işarə olunur. Bu barədə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) və Mə`sumlardan (əleyhimussalam) bizə çatan rəvayətlər də bunları bir daha təsdiqləyir.

İmam Sadiq (əleyhissalam) -dan nəql olunur, buyurur:

"Mö`minin öz qardaşına və`də verməsi kəffarəsi olmayan and kimidir."[422]

Müsəlman öz andına əməl etdiyi kimi və`dəsinə də əməl etməlidir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

"Hər kimin Allaha və qiyamətə imanı varsa, və`dəsinə əməl etməlidir! “[423]

Həzrət başqa yerdə buyurur:

“Qiyamət günü sizlərdən mənə ən yaxın olanınız, sözündə ən doğru olan, əmanəti ən yaxşı əda edən, əhdinə ən yaxşı vəfa edən, əxlaqi cəhətdən ən yaxşı olanınız və əhaliyə ən yaxın olanlarınızdır! "[424]

MÜSƏLMAN VƏ YA KAFİRLƏ PEYMAN

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

"Üç şey var ki, onların heç birində heç kimə rüxsət yoxdur: 1. Müsəlman və ya kafirlə bağlanan əhdə vəfada. 2. Müsəlman və kafir də olsa, ata-anaya ehtiram və yaxşılıq. 3. Müsəlmandan yaxud kafirdəndə olsa, əmanəti əda etmək. “[425]

Ayə və rəvayətlərdə gələnlərin hamısı İmam Səccad (əleyhissalam)-ın bu hüquq qismətində söylədiklərini təsdiqləyir. Beləliklə, hər kim zimmə əhlinin haqqını əda etsə, Allah və Rəsulunun haqqını əda etmişdir. Əgər əda etməsə, qarşı tərəfə zülm etmişdir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

Əhdinə vəfa etməyənlə, qiyamət günü düşmənçilik edərəm! "

Qur`ani-Kərim göstəriş verir ki, İslam düşmənlərindən hər kim sizə pislik etməsə, sizdə onlara pislik etməyin. Buyurur:

"Allah sizə din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər! “[426]

Başqa yerdə buyurur:

Allah sizə ancaq, sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxaran və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalimlərdir! "[427]

Qur`an, kitab əhlini müsəlmanlarla olan müştərək e`tiqadlarında həmkarlıq etməyə də`vət edir və onlarıdağınıq olmaqdan çəkindirir. Buyurur:

"(Ya Məhəmməd!) Söylə ki: Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! (O kəlmə budur ki) : Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək! Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq. (Allaha təslim olanlarıq)"[428]

İmam Səccəd (əleyhissalam)kitabın sonunda buyurur:

"Bu əlli ədəd haqq (hüquq), sənin bütün vücudunu əhatə etmişdir. Həyatının heç bir sahəsində bu hüquqlardan boyun qaçıra bilməzsən. Bunlara əməl edib riayət etmək sənə vacibdir. Bu hüquqları yerinə yetirməkdə Allah-taaladan kömək və qüdrət istəməlisən. Alahın diqqət və nəzəri olmas,a heç bir güc-qüvvə yoxdur. Aləmlərin Rəbbi olan Allaha həmd və səna olsun! “



[1] Ələq surəsi-4-5

[2] Zümər surəsi-9

[3] Maidə surəsi-100

[4] Fatir surəsi -19-21

[5] Rə`d surəsi-43

[6] Mücadilə surəsi, ayə:11

[7] Əl-həyat, cild.2, “İddətud-dai” kitabından nəql, səh.66

[8] Biharul-ənvar, cild.1, səh.203

[9] Biharul-ənvar, cild.1, səh.203

[10] Töhəful-uqul, səh.336

[11] Nəhcül-bəlağə, 53-cü məktub

[12] Kamil ibni Əsir, cild.5, səh.42

[13] Həyatul-həyəvan, cild.1, səh.88

[14] Əbəsə surəsi-24

[15] Əl-həyat, cild.2, səh.273

[16]Kəhf surəsi-66-69

[17] Mühəccətül Beyza.c.1 s.119

[18]Adab tə`lim və təə`llüm dər İslam s. 333

[19]Adab tə`lim və təə`llüm dər İslam s. 323

[20] Lu`lu vəl-Mərcan.səh. 44

[21] Şərh Risalətül hüquq Qapançı. C.1.səh.385

[22] Nəhcül Bəlağə. Qısa kəlmələr. 429

[23] Maidə surəsi -8

[24] Nisa surəsi-58

[25] Sad surəsi-24

[26] Usul Kafi. C.2. səh. 146

[27] Usul Kafi. C.2. səh. 147

[28] Əl Mizan.c. 6. səh. 221

[29] Nəhcül Bəlağə. 34-ci xütbə.

[30] Nəhcül-bəlağə .50-ci məktub

[31] Nəhcül-bəlağə -45-ci məktub

[32] Nəhcül-bəlağə -53-cü məktub

[33] Bəqərə surəsi-44

[34] Usul Kafi. C.1. səh. 36

[35] Munyətul Murid. Səh. 182

[36] Usul Kafi. C.1. səh. 41

[37] Münyətül Mürid. Səh. 204

[38]Munyətil Murid. Səh. 204

[39]Munyətil Murid. Səh. 204

[40]Munyətil Murid. Səh. 204

[41] Munyətil Murid. Səh. 204

[42] Rum surəsi-21

[43] Məkarimul Əxlaq. Səh. 216

[44] Vəsail Şiə.c.14. səh.122

[45] Vəsail Şiə.c.14. səh.122

[46] Vəsail Şiə.c.14. səh.122

[47] Məkarimul Əxlaq. Səh. 216

[48] Cameus-Saadat. C.2.səh. 643

[49] Cameus-Saadat. C.2.səh. 643

[50] İrşadul Qulub. C.1.səh.175.

[51] İrşadul Qulub. C.1.səh.175

[52] Müstədrəkül Vəsail.c.2.səh. 643

[53] Müstədrəkül Vəsail.c.2.səh. 643

[54] Vəsail Şiə.c 15 .səh 249

[55] Məkarimul Əxlaq. Səh. 214

[56] Məkarimul Əxlaq. Səh. 214

[57] Məkarimul Əxlaq. Səh. 214

[58] Məkarimul Əxlaq. Səh. 214

[59]Məkarimul Əxlaq. Səh. 215

[60] Məkarimul Əxlaq. Səh. 215

[61]Məkarimul Əxlaq. Səh. 215

[62] İslam və Hüquq bəşər. Səh. 204

[63]İslam və Hüquq bəşər. Səh. 204

[64] İslam və Hüquq bəşər. Səh. 204

[65] İslam və Hüquq bəşər. Səh. 204

[66] İslam və Hüquq bəşər. Səh. 204

[67]İslam və Hüquq bəşər. Səh. 204

[68] İslam və Hüquq bəşər. Səh. 204

[69] İslam və Hüquq bəşər. Səh. 204

[70] Vəsail Şiə. C. 16. səh. 4

[71] Vəsail Şiə. C. 16. səh.

[72] Vəsail-Şiə. C. 16. səh. 4

[73] Qəsəs surəsi -7

[74]Ali İmran surəsi -7

[75] Şura surəsi -7

[76] Əhzab surəsi -6

[77] Əhqaf surəsi - 15

[78] Loğman surəsi -14

[79] Bəqərə surəsi-233

[80] Təfsir nümunə. cil 21 səh 321

[81] Kudək (Qaftar fəlsəfi) cil. 1 səh. 96

[82] Ecaz Xurakiha. Cil. 1 səh 172

[83] Kudək. Cil. 1 səh 118

[84] Bəqərə surəsi-223

[85] Təfsir nümunə. Cil. 2 səh 131

[86] Nəht surəsi -66

[87] Əvvəlin daneşqah və axirin Peyğəmbər

[88] Təfsir Nümunə. Cil. 11 səh 292

[89] Şərhlümə Kitabun Nikah. Cil. 5 səh 452

[90] Usul Rəvanşinasıman cil 1 səh 441

[91] Usul Rəvanşinası cil 1 səh 441

[92] Mizanul Hikmət cil 10 səh 712

[93] Mizanul Hikmət cil 10 səh 713

[94] Usul Kafi cil 2 səh 157

[95] Usul kafi cil 2 səh 349

[96] Tətimmətul-Müntəha səh 243

[97] Cavan. Səh. 462

[98] Cavan. Səh. 462

[99] Üsul Kafi. Cil. 2. Səh. 349

[100] Usul Kafi. Cil. 2. Səh. 749

[101] Töhəfül-Uqul. Səh.238

[102] Səhifeyi Səccadiyə

[103] Məkarimul Əxlaq səh 220

[104] Müstədrək Vəsail. C.2.səh. 618

[105] Nəhcül Bəlağə. Qısa kəlmələr. səh. 391

[106] Kudək. Cil. 2. səh. 228

[107] Kudək cil 2 səh 228

[108] Kudək cil 2 səh 228

[109] Məkarimul Əxlaq səh 219

[110] Tarixri Ya`qubi. C.2. səh. 320

[111] Məkarimul Əxlaq səh 219

[112] Məkarimul Əxlaq səh 219

[113] Məkarimul Əxlaq səh 219

[114] Kudək. C. 2. səh. 294

[115] Hücurat surəsi-10

[116] Mühəccətul beyza cil 1 səh 332

[117] Muhəccətul beyza cil 1 səh 332

[118] Üsul Kafi cil 2səh 166

[119] Üsul Kafi cil 2 səh 166

[120] Ali İmran surəsi-103

[121] Mühəccətül beyza cil 3 səh 311

[122] Mühəccətül beyza səh 331

[123] Müstədrəkül Vəsail. Cil. 2. səh. 61

[124] Əh-hədis. Cil. 1 səh 285

[125] Töhəful-uqul. səh. 235

[126] Zümər Surəsi - 18

[127] Ən`am Surəsi - 50

[128] Bəqərə Surəsi 256

[129] Yunis surəsi-99

[130] Bəqərə Surəsi 256

[131] Qaidə Surəsi – 21 - 22

[132] Ən`am Surəsi 104

[133] Nisa surəsi-32

[134] Nisa surəsi-39

[135] İslam və Hüquq bəşər. Səh. 316

[136] Tövbə surəsi-34-35

[137] Fussilit surəsi-34

[138] Nisa surəsi 86

[139] Təfsir nümunə. cil – 4 səh - 42

[140] Rəhman surəsi - 60

[141] Təfsir nur Səqəleyn. cil 1 səh 199

[142] Üsul Kafi cil 2 səh 642

[143] Üsul Kafi cil 2 səh 642

[144] Üsul Kafi cil 2 səh 642

[145] Tərcümə və şərh Risalətül hüquq Sipehri səh 149

[146] Tərcümə və şərh Risalətül hüquq.Sipehri səh 149

[147] Məsələn, mənim qarşımda çay var, istəsəm içərəm, istəməsəm yox.Bumübah işdir.

[148] Şərh Risalətul hüquq. Qapançı. cil. 2 səh 57

[149] Tövbə surəsi – 1

[150] Ürvətul-Vüsqa



Geri   İrəli
Go to TOP