A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (2)
Müəllif: Qüdrətullah Məşayixi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Kömək istəmək və əl tutmaq, mö`minlərin nişanələrindəndir. Qur`an "Şura" surəsində buyurur:

"O kəslər ki, hər vaxt zülmə mə`ruz qalsalar, təslim olmayıb başqalarından kömək istəyərlər."[376]

Mə`lumdur ki, başqalarının kömək istəmələri müqabilində, köməklik göstərmək vəzifəsi də durur. Əslində, məzlum, həm zülmün müqabilində müqavimət göstərməli, həm də başqa mö`minlərdən köməklik tələb etməlidir. Mö`minlər də bu tələbin müqabilində məzluma köməklik göstərməlidirlər. "Ənfal" surəsində həmin məsələyə işarə olunur, buyurur:

"Lakin əgər onlar (müsəlmanlar) din yolunda sizdən kömək istəsələr, onlara kömək göstərmək sizə vacibdir.“[377]

Bu göstəriş əslində, zalimlərə xəbərdarlıq edir ki, bilsinlər, mö`minlər öz dindaşlarının zülmü müqabilində sakit oturmayacaqlar."Şura" surəsində pisliyə qarşı pislik cavabında buyurur:

"Hər hansı bir pislyin cəzası onun özü kimi bir pislikdir. Bununlə belə hər kəs pislik edəni bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, Allah zalimləri sevməz! “[378]

Əlbəttə, zalimin işi pisliklə tanınmalıdır. Necə ki, ayədə ona işarə olunmuşdur. Lakin, vacib deyil ki, onun cəzası pisliklə qaytarılsın. Əgər ayədə pislik edənin cavabında "pislik" sözü işlədilmişdirsə, əvvəlcə qeyd olunmuş zalimə görədir. Yaxud, zalimin işinin pisliyini nişan verməkdən ötrü bu ifadə işlənilmişdir. Yaxudda, ola bilsin bu səbəbdəndir ki, cəza, azar və əziyyət sayılır, əziyyət isə zatən pisdir. Doğrudur ki, zalimin qisası öz-özlüyündə pis iş adlandırılmır. Bu ayə, Bəqərə surəsindəki ayəyə oxşayır, buyurur:

"Sizə qarşı həddini aşanlara siz də həmin ölçüdə həddi aşın (cavab verin). Allahdan qorxun (qədərindən artıq əvəz çıxmayın) və bilin ki, Allah müttəqilərlədir.“[379]Kömək istəmək heç də eyib deyildir. Bu barədə Qur`anda buyurur:

"Hər kim zülmə mə`ruz qaldıqdan sonra kömək tələb etsə, ona heç bir irad tutulmaz"[380]

ƏFV VƏ BƏXŞİŞ ƏN YAXŞI YOLDUR

İmam Səccad (əleyhissalam)öz sözlərində başqa ayəni zikr edir, buyurur:

"Əlbəttə, hər kəs (pisliyə) səbr edib (qisası) bağışlasa, (onun bu hərəkəti şəriətcə) çox bəyənilən əməllərdəndir! “[381]

Bundan əlavə, İmam Səccad (əleyhissalam)Nəhl surəsinində gələn ayəyə işarə edir, buyurur:

(Ey mö`minlər!) İntiqam almaq məqsədilə (birinə) cəza verəcək olsanız, sizə nə cəza verilibsə onu da o cür cəzalandırın. Agər onlardan (intiqam almayıb) səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir! "[382]

Bə`zi rəvayətlərdə gəlib ki, bu ayə "Ühüd" döyüşündə nazil olmuşdur. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) öz əmisi Həmzənin cəsədini parə-parə gördükdə, narahat olur və buyurur:

İlahi! Həmd və səna Sənin üçündür. Sənə şikayət edirəm. Gördüyüm mənzərə müqabilində Səndən kömək istəyirəm! "Sonra buyurur: "Əgər onlara qələbə çalsam, parça-parça edəcəm! Parça-parça edəcəm! Parça-parça edəcəm!" Bə`zi rəvayətə görə buyurur: Onlardan yetmiş nəfərini bu cür edəcəm! Sonra bu ayə nazil olur.İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "İlahi! Səbr edərəm! Səbr edərəm! "[383]

ƏFV VƏ VAZ KEÇMƏYİN FƏRQİ

Qur`ani-Kərimdə "Nur" surəsində buyurur: "Aranızda olan fəzilət və sərvət sahibləri, qohum-əqrabaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey verməyəcəkləri, heç bir köməklik göstərməyəcəkləri barədə) and içməsinlər. Onları əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz Allahın sizi bağışlamağını istəmirsiniz? Allah bağışlayan və rəhm edəndir! "

Qeyd olunan ayə, Nur surəsində "İfk "əhvalvtının ardınca gəlib. Bu ayədə, belə bir həqiqətə işarə olunmuşdur ki, sizlərdən hər biriniz Allahın sizi bağışlamağını istədiyi kimi siz də, başqaları ilə münsibətdə sizin hüququn pozulması qarşıya çıxan hadisələrdə başqalarını cəzalandırmaqdan vaz keçin!

Maraqlısı budur ki, ərəb dilində “əfv "sözü ilə "səfh" (vaz keçmək, göz yummaq ) arasında mə`na cəhətdən fərq vardır. Rağib yazır: Günaha göz yummaq (səfh) bağışlamağın ən ali mərtəbəsidir. Çünki, bu halət, günahdan minnət qoymadan vaz keçməkdir. Hər kim intiqamını əfv etsə, lakin dili ya işarə ilə sonradan qarşı tərəfin günahını xatırlatsa, əslində əfv etməmişdir.

PİSLİYƏ YAXŞILIQLA CAVAB

Qur`ni-Kərimdə, əfv və bəxşişdən də mühüm bir mərhələyə işarə olunmuşdur. O da budur ki, pisliyə yaxşılıqla cavab verilsin. Şübhəsiz ki, bu əməl insaniyyatın ən ali ruhi səviyyəsi olub, xüsusi əxlaq və ruhiyyə istəyir. Həmçinin, təcavüzkar və günahkarlara dərs veriləcək ən yaxşı yoldur. Bütün bunlər cəmiyyət arasında düşmənçilik və ədavətə son qoymaqdan ötrü ən yaxşı yollardır. Qur`anın "Fussilət" surəsində bu mətləbə ən yaxşı şəkildə işarə olunur, buyurur:

"Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mö`min kimsə!) Sən pisliyi yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi yaxın bir dost kimi görürsən! Bu (xislət) yalnız (dünyada məşəqqətlər) səbr edənlərə verilir və yalnız böyük qismət (savab, fəzilət) sahiblərinə əta olunur! “[384]

Bu ayədə əvvəlcə, "yaxşılıqla dəf etmək" yolunun mö`cüzəli tə`sirinə işarə olunur və bildirilir ki, bu yolla ən qatı düşmənləri, ən səmimi dostlara çevirmək olar. Həmçinin, tə`kid olunur ki, belə xüsusiyyət yalnız, möhkəm iman, elm və əməli fəzilət sahibi, səbr və dözümli, nəfsani istəklərinin qarşısını ala biləcəkşəxslərə qismət olur.

"Yaxşılıqla dəf etmək" yolunun mö`cüzəli tə`siri ondan başlanır ki, təcavüzkar şəxslər həmişə qarşı tərəfin intiqamının intizarındadırlar. Çox vaxtı batində vicdanları özlərini bu intiqamın müstəhəqqi bilirlər. Lakin, elə ki, onların intizarının əksinə olaraq pisliyə yaxşılıqla cavab görsələr, yatmış vicdanları oyanar və batindən onları islah etməyə başlayar. Onların vicdanları, bu işlə qarşı tərəfin günahsız, özlərinin isə günahkar olduğunu onlara inşan verər. Bununlada, öz pis yollarını dəyişməyə məcbur olarlar.

QÜDRƏT OLAN VAXTDA ƏFV ETMƏK

Ümümiyyətlə, birinin əfv və bağışlamağına o vaxt əfv deyilir ki, intiqam almağa qüdrəti olmuş olsun. Bu halda intiqam almaqdan vaz keçsin. Lakin, bir halda ki, birisi initiqam almağa qadir deyil, deyə bilməz ki, bağışladım. Bu məsələni sübuta yetirməkdən ötrü aşağadakı iki nümunəyə işarə edirik:

HƏZRƏTİ YUSİFİN BAĞIŞLAMASI

Qur`anda Yusif peyğəmbərin və cinayətkar qardaşlarının əhvalatında bu məsələyə işarə olunub. Qardaşlar üçüncü dəfə Misirə səfərə çıxdıqda, Yusiflə tanışlıqlarının müqəddəmisi hazırlanır. Qur an buyurur:

"Onlar (qardşlar): Yoxsa sən Yusifin özüsən?! – dedilər. O da : Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə lütf etdi. Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə, (bilsin ki) Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz! – deyə cavab verdi.“[385]

Bu vaxt Yusif onların keçmiş günahlarını onlara xatırladıb soruşdu: İndi sizin barənizdə nə etmək lazımdır? Dedilər: Ey Yusif! Biz xətakarıq! Bizi hər nə cür cəzalandırsan, haqlısan! Amma, bizə qarşı alicənablıq et və bizi bağışla! Yusif cavablarında buyurdu:

Yusif dedi: Bu gün sizə (etdiklərinizə görə ) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! O, rəhm edənlərin mərhəmətlisidir! “[386]

Bu əhvalatdan göründüyü kimi Yusifin intiqam almağa hər cür imkanı var idi. Lakin, bununla belə onları əfv edir.

İSLAM PEYĞƏMBƏRİNİN (S)MƏKKƏNİN FƏTHİNDƏKİ ƏFVİ

Hicrətin səkkizinci ilində, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm), Məkkəni nizami cəhətdən mühasirəyə aldıqda, "Məscidül-Hərama" gəlib, “Həcərül-Əsvədi" öpür və bu ayəni oxuyur:

"Haq gəldi, batil getdi. Həqiqətən, batil gedəsidir!" Göstəriş verir ki, bütün bütləri sındırsınlar. Sonra "La ilahə illəllah vəhədhu lə şərikə ləh "– şüarını oxuyur. Məkkə əhlinə xitab edərək buyurur: "Özünüz barəsində nə deyirsiniz? Nə fikirləşirsiniz?" Dedilər: “Xeyir söz deyirik. Sizin barənizdə yaxşı gümandayıq. Kərim qardaş və kərim qardaş oğlu ki, indi qalibsən!"

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurdu: Mən bu gün sizə qardaşım Yusifin dediyini deyirəm: “Bu gün sizə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! O, rəhm edənlərin mərhəmətlisidir!“[387]Sonra buyurur: Sizin hamınızı intiqamdan azad etdim!

İslam Peyğəmbərinin(səlləllahu əleyhi və alehi və səlləm) tam qüdrəti var idi ki, Məkkə əhlini etdikləri cinayətlərə görə tamamilə məhv etsin. Lakin, bir neçə nəfər ağır cinayətə mürtəkib olan şəxslərdən başqa hamını azad edir.[388] Bu barədə əmirəl-mö`minin Əli (əleyhissalam)buyurur:

"Tam qüdrət olan yerdə, əfvin fəzilət və dəyəri zühur edir! "[389]

Həzərət həmin mətləbə işarə edir ki, bağışlamaq o yerdə ünvanlanır ki, tərəfin intiqam almağa tam qüdrəti olmuş olsun. Yoxsa, intiqama qüdrəti olmayanın bağışlamaqdan başqa çarəsi yoxdur. Həzrət başqa cümlədə buyurur:

Ən yaxşı əfv, o əfvdir ki, qüdrət və qüvvədən sərçeşşə alsın! “[390]

"Nəhcül-Bəlağə “də qısa kəlmələr qismətində buyurur:

"Düşməninə qələbə çalarkən əfv və bağışlamağı, qələbə ne`mətinə şükür qərar ver! “[391]

Bəli! Azad insanların böyük ruhiyyələri belə tələb edir ki, intiqam almağa tam qüdrət və qüvvələri olan halda, igidlik və mərdliklə qarşı tərəfi bağışlayıb onda batini dönüş yaratsınlar.

49. MİLLƏTİN HAQQI

وَأمّا حَقُّ أَهْلِ مِلَّتِكَ عَامَّةً فَإضْمَارُ السَّلامَةِ وَنشْرِ جَنَاحِ الرَّحْمَةِ وَالرِّفْقِ بمُسِيئِهمْ وَتأَلُّفُهُمْ وَاسْتِصْلاحُهُمْ وَشُكْرُ مُحْسِنِهِمْ إلَى نفْسِهِ وَإلَيْكَ، فَإنَّ إحْسَانهُ إلَى نفْسِهِ إحْسَانهُ إلَيكَ إذا كَفَّ عَنْكَ أَذاهُ وَكَفَاكَ مَئونتَهُ وَحَبَسَ عَنكَ نفْسَهُ فَعَمِّهِمْ جَمِيعًا بدَعْوَتِكَ وَانصُرْهُمْ جَمِيعاً بنُصْرَتِكَ وَأَنزَلتَهُمْ جَمِيعاً مِنْكَ مَنَازِلَهُمْ، كَبيرَهُمْ بمَنْزِلَةِ الْوَالِدِ وَصَغِيرَهُمْ

بمَنْزِلَةِ الْوَلَدِ وَأَوْسَطَهُمْ بمَنْزِلَةِ الأَخِ. فَمَنْ أَتاكَ تَعَاهَدْتَه بلُطْفٍ وَرَحْمَةٍ. وَصِلْ أَخَاكَ بمَا يَجِبُ لِلأَخِ عَلَى أَخِيهِ.

Ümumiyyətlə, millətinin sənin boynunda haqqı odur ki, qəlbinin dərinləyində onların səlamətçiliyini istə, rəhmət və mərhəmət qanadını onlara aç. Pisləri ilə güzəştlə rəftar edib, onlarla ünsiyyətdə ol və islah olmalarını istə. Onlara, özlərinə və sənə yaxşılıq etdiklərinə görə təşəkkür et. Onların özlərinə yaxşılığı, sənə yaxşılığı kimidir. Çünki, sənə əziyyət verməkdən çəkinib, zəhmətə salmayıblar. Onların hamısına dua et. Öz köməkliyinlə, onların hamısına köməklik göstər. Hər birinə özünə görə məqamına ehtiram et. Onların böyüklərini öz atan, kiçiklərini öz övladın kimi tanı. Orta yaşlılarını öz qardaşın bil. Hansı yanına gəlsə, ondan rəhmət və mərhəmətlə əhvalını soruş. Qardaşınla qardaş hüququ kimi rəftar et! "

"MİLLƏT" SÖZÜ LÜĞƏTDƏ

"Millət" sözü, sözüntək şəklindədir. Cəm şəkli, "miləl" şəklində işlədilir. Bu söz, əqidə, iman, camaat və firqə mə`nasında işlənilir. Qur`anda buyurur:

"İbrahimin pak dininə tabe olun".

Millət, din kimidir. Onu da şəriətin adı kimi Allah-taala, peyğəmbərlərin vasitəsilə insanlara göndərmişdir. Millətlə din arasında fərq budur ki, millət, Allaha və tək-tək şəxslərə nisbət verilmir. Məsələn, deyə bilmərik ki, Allahın milləti və ya Zeydin milləti. Amma millət təkcə,peyğəmbərə nisbət verilir. Lakin, dini həm Allaha, həm də şəxslərə nisbət verə bilərik. Məsələn, Allahın dini, Zeydin din və sair.[392]

Xülasə, din, Allaha, peyğəmbərə və şəxsə nisbət verilə bilər. Amma, millət, yalnız, rəhbər və dini gətirənə nisbət verilə bilər. Qur`anda, din bə`zən, tayfa və onun kimi şeylərə də nisbət verilib. Məsələn, həzrət Yusifin Qur`anda dediyi sözdə oxuyururq:

"Mən Allaha inanmayan və Axirətidə inkar eliyən bir tayfanın dinini tərk etdim! Mən ata babalarım İbrahim, İshaq və Yəqubun dininə tabe oldum ! "[393]

Başqa surədə müşriklərin dilindən buyurur:

"Biz bu sözü sonuncu dində də eşitməmişik. Bu ancaq bir uydurmadır.“[394] Bu söz, bütpərəstlərin də təriqətlərinə aiddir. Qur`an buyruru:

"Allah bizi sizin (batil) dininizdən xilas etdikdən sonra biz sizin dininizə dönsək, Allaha qarşı yalan uydurmuş oluruq. “[395]

Bütün bu lüğət barəsindəki bəhsdən sonra aydın olur ki, İmam Səccad (əleyhissalam)bu bölmədə, millət və dindaş hüquqları barəsində söhbət edir.Başqə sözlə desək, İslam millətindən bəhs olunur.

İSLAM VƏ İCTİMAİYYƏTƏ ƏHƏMİYYƏT

İslam dini öz nəzəriyyəsində, insanı ictimai bir mövcud kimi tanıyır və onun təkamülünü ictimaiyyətin sayəsində bilir. Bu məsələni, Qur`ani-Kərimdə insanlara olunan ümumi xitablardan aydıncasına başa düşmək olar. Bu mövzudakı ayələrin nümunələrinə işarə edirik:

İNHİRAF YOLARINDAN ÇƏKİNMƏK

Qur`an buyurur:

"Bu, şübhəsiz ki, bu, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi Allahın yolundan sapdıracaq yollara uymayın. Allah sizə bunları tövsiyə etdi ki, bəlkə, pis əməllərdən çəkinəsiniz! "[396]

Bu ayədə Aallah-taala, şəxslə yox, insanlarla söhbət edir.

BİRLİYƏ VƏ HƏMRƏYLİYƏ DƏ`VƏT

Qur`an buyurur: "Hamınız bir yerdə Allahın ipindən (İslam və Qur`andan)möhkəm yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi ne`məti xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və Onun ne`məti sayəsində bir-birinizlə qardaş oldunuz. “[397]

Bu ayədə, vəhdət, birlik və qardaşlıqdan bəhs olunur. Dünənki düşmənlər bu günki qardaşlardır. Özgələr də bu işdən təəccübə gəlirlər. Məsələn, İngilis alimi "Can Dyun Port" yazır:

"Məhəmməd" bir nəfərsədə ərəb idi. Özünün kiçik, ayaqyalın və ac tayfasını, inzibatlı və əxlaqlı bir cəmiyyətə çevirir. Dünya millətləri arasında onları əxlaqlı və mədəni bir millət kimi tanıtdırır. Otuz ildən az müddətdə bu yolla, Qostaniniyya imperatorluğunu məğlub edib, İran soltanların aradan aparır. Suriyanı, Bəhreyni və Misiriözünə ram edir. Fəthlərinin sorağı atlantik okeanından Xəzər dənizinəvə Seyhun çayına qədər çatır.“[398]

Məhşur siyasətçi və hind alimi "Nehru" yazır: "Ərəblərin keçmişi, Asiya və Avropaya necə sürə`tlə yayılmaları bəşər tarixinin mö`cüzələrindən biridir. Ərəbləri oyadıb, onların özlərində e`timad və qüdrət hiss etmələri, İslam dininin planlarının tə`sirindən idi. Bu din, 570-ci ildə Məkkədə dünyaya gəlmiş, “Məhəməd" adlı təzə peyğəmbərin vasitəsilə başlayır.“

Bu iki nümunə, bəhsimizin mövzusuna aid müxtəsər tarix idi. Bu cür e`tiraflardan dünyada o qədər qeydə alınıb ki, onların hamısından ötrü xüsusi kitab lazımdır.

TƏFRİQƏDƏN ÇƏKİLİB İCTİMAİ QANUNLARI HİFZ ETMƏK

Qur`an buyurur: “(Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar “[399]

Bu ayədə söhbət, birlik və ayrılıqdan gedir. Müsəlmanlar özlərindən əvvlki, yəhudi və xaçpərəstlər kimi təfriqə və ayrılığa yol verməməlidirlər.Qur`anın təfriqə və ayrılığın qarşısını almağa tə`kidi o cəhətdəndir ki, əgər belə bir hadisə düşsə, (necə ki düşüb) müsəlmanların əzəmət və birliyi aradan gedəcəkdir. Qur`an başqa yerdə buyurur:

Allaha və Onun peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir! “[400]

Bu ayədə, rəhbərlikdən itaət və ixtilaflardan çəkinməyə tövsiyə olunur. Yoxsa, cəmiyyətin abır-həyasının getməsi və şə`ninin aşağıdüşməsinə gətirib çıxarır. Bundan əlavə, belə keşməkeşlər cəmiyyətin əzəmətlə qarşıya apardığı hədəflərini puça çıxarır. Çünki, mühitdə, düzgün və müvafiqətçliklə yaşamaq, hədəf gəmisini həmişə məqsədə tərəf çəkir. İxtilaf isə bütün bu hərəkəti tamamilə saxlayır.

QARDAŞLIQ VƏ DOSTLUQMÜSƏLMANLARIN ŞÜARIDIR

Keçən ayələrdən mə`lum olur ki, Qur`an bizləri yersiz ixtilaf və çəkişmələrdən çəkindirir və bu işin acı nəticələrini çatdırır. Bunların müqabilində Qur`an, müsəlmanları qardaşlıq və dostluğa də`vət edir, buyurur:

"Həqiqətən, mö`minlər (dində) qardaşdırlar. Buna görə də iki qardaşınızın arasını düzəldin və Alahdan qorxun ki, bəlkə, rəhm olunasınız."[401]

İCTİMAİ İXTİLAFLARDA GÜZƏŞTİN ROLU

Qeyd etdik ki, insan, ictimai mövcuddur və şübhəsiz ki, ictimaiyyətdə yaşayan şəxslər öz mənafe`lərini güdəcəkdir. Bu cəhətdən də cəmiyyətdə ictimai çəkişmələr baş verir. Bəs, biz necə rəftar etməliyik ki, cəmiyyətdə ixtilafdan məhfuz qalaq? İslam əxlaq məktəbində elə göstərişlər var ki, əgər bir dəfə onlara əməl olunarsa, insan bütün ixtilaflardan amanda qalar."Üsul Kafi" kitabında iki mühüm fəsl var: "Güzəşt etmək" və "həmkarlıq“.

İmam Sadiq (əleyhissalam), İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir buyrur:

"Üç şey var ki, əgər insanda olmasa, heç bir əməl ondan qəbul olmaz: Əvvəl: Onu Allaha qarşı günah etməkdən çkindirən qorxu və təqva qüvvəsi. İkinci: İnsanlarla güzəştlə rəftar etmək. Üçüncü: Helm və möhkəm nəfsə malik olsun ki, nadanların nadanlıqlarına güzəştə gedə bilsin.“[402]

Başqa bir rəvayətdə İmam Baqir (əleyhissalam)-dan nəql olunur, buyurur:

"Həzrət Cəbrail, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) hüzuruna gəlir və buyurur: Ey Peyğəmbər! Allah salam göndərir və buyurur: Mənim bəndələrimlə güzəştlə rəftar et! "[403]

Başqa bir rəvayətdə İmam Sadiq (əleyhissalam), İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir, buyrur:

"Allah-taala, mənə insanlarla güzəştlə rəftar etməyə əmr etmişdir!"[404]

GÜZƏŞT VƏ ONUN TƏ`SİRLƏRİ

Keçən bəhsdə işarə etdik ki, Mərhum Kuleyni, "Üsul Kafi" kitabında iki mühüm fəsl, “güzəşt etmək""həmkarlıq", adı altında rəvayətlər nəql etmişdir. Onu da qeyd edək ki, mə`na cəhətdən, "güzəşt" və "həmkarlıq" bir-birinə yaxındır. Çünki, "güzəşt”, insanın cəmiyyətdə mülayim rəftar edib bir çox namülayimliklərə dözməsidir. Bə`zən bu iki terminin arasında fərq qoyurlar. O da budur ki, “güzəşt”də, insanların əziyyətlərinə dözmək xüsusiyyəti var, amma bu halət“həmkarlıqda" yoxdur.Əllamə Məclisi özünün "Mira`tul uqul"kitabında yazır:

"Həmkarlıq", insanın bütün hallarda mülayim, ülfət, danışıq və əməlində zorakılığa yol verməməsidir."[405]

İmam Baqir (əleyhissalam) -dan nəql olunur, buyurur:

"Hər bir şeyin kilidi var, imanın da kilidi həmkarlıqdır "[406]

Bu hədisdə "iman”, hifzində çalışmalı olduğumuz "qəlbə" oxşadılmışdır. Bu qəlbin kilidi isə həmkarlıq və mülayim rəftar etməyə bənzədilib. Həmkarlıq, əslində insanın qəlbində imanını qoruyur və Şeytanın qəlbə girməsinin qarşısını alır. Əgər bu xüsusiyyat, insanda aradan getsə, hər cür çirkinlik və fəsad onun yerini tuta bilər.

Başqa bir rəvayətdə İmam Baqir (əleyhissalam), İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir, buyrur:

"Əgər həmkarlıq görünmək qabiliyyətinə malik olan bir məxluq olsaydı, məxluqatların arasında ondan üstünü olmazdı. "[407]

Başqa bir rəvayətdə İmam Baqir (əleyhissalam)-dan nəql olunur, buyurur:

Allah-taala, güzəşt edəndir. Hər kim bu cür olsa, onu sevir və mülayimliyə verdiyi mükafatı hər rəftara vermir! "[408]

Başqa bir rəvayətdə İmam Sadiq (əleyhissalam), İslam peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir, buyrur:

Həmkarlıq və mülayimlik bəyənilmiş, qabalıq və zorakılıq isə bəyənilməmiş sifətdir."[409]

Bu mövzudanəql olunan rəvayətlərdən İmam Səccad (əleyhissalam)-ın sözlərinin mə`nasını daha yaxşı anlayırıq. İmam (əleyhissalam) buyurur: Öz dindaş və millətinin pisləri ilə yaxşı və mülayimcəsinə rəftar edin. Onların yaxşı və salehlərindən təşəkkür edin. Öz köməkliyini onlardan əsirgəmə və onların hər birinə özünə görə məqam ver. Millətinin böyük və ağsaqqalları öz mehriban atan, kiçiklərini əziz övladın, orta yaşlılarınıisə öz qardaşın kimi bil. Sənə vacib olan hüquqları onların barəsində tam yerinə yetir!

İmam Səccad (əleyhissalam)keçən bəhslərdə böyük, kiçik, və qardaş barəsində geniş şəkildə bəhs etmişdir. Bu qismətdə onların hüquqlarının sonunda buyurur: Onlardan hər biri sənin yanına gəlsə. Onu mərhəmət, açıq üzlü, mehriban, və təbəssümlə qarşıla. Qardaşınla necə rəftar edirsənsə, onlarlada o cür rəftar et!

Bununlada, İmam Səccad (əleyhissalam), müsəlmanın öz din qardaşlarının hüquqlarına necə riayət etmələrinə yol göstərir. Ümumilikdə demək olar ki, İmam Səccad (əleyhissalam)müsəlmanlara öz dindaşlarının və millətinin hüquqlarına riayət etməsinə çox tə`kid etmişdir. Allah-taaladan, bütün bu zikr olunan hüquqlara riayət etməkdə tofiq və fürsət istəyirik!

50. KİTAB ƏHLİNİN HAQQI

وَأمّا حَقُّ أَهْلِ الذِّمَّةِ فَالحُكْمُ فِيهِمْ أَنْ تَقبَلَ مِنْهُمْ مَا قَبِلَ اللهُ، وَتَفِي بمَا جَعَلَ اللهُ لَهُمْ مِنْ ذِمَّتِهِ وَعَهْدِهِ وَتكِلُهُمْ إلَيهِ فِيمَا طَلبُوا مِنْ أَنْفُسِهِمْ وَأُجْبرُِوا عَلَيْهِ وَتحْكُمَ فِيهِمْ بمَا حَكَمَ اللهُ بهِ عَلَى نفْسِكَ فِيمَا جَرَى بَيْنَكَ [وَبيْنَهمْ] مِنْ مُعَامَلَةٍ وَلْيَكُنْ بَينَكَ وَبيْنَ ظُلْمِهِمْ مِنْ رِعَايَةِ ذِمَّةِ اللَّهِ وَالْوَفَاءِ بعَهْدِهِ وَعَهْدِ رَسُولِ اللَّهِ – صَلَّى اللهُ عَلَيْهِ وَآلِهِ – حَائِلٌ فَإنَّهُ بَلَغَنَا أنَّهُ قَالَ «مَنْ ظَلَمَ مُعَاهِدًا كُنْتُ خَصْمَهُ» فَاتَّقِ اللَّهَ. ولا حَوْلَ ولا قُوَّةَ إلا باللهِ.

فَهذِهِ خَمْسُونَ حَقًّا مُحِيطًا بكَ لا تَخرُجْ مِنْهَا فِي حَالٍ مِن الأَحْوَالِ، يَجِبُ عَلَيْكَ رِعَايَتُهَا وَالْعَمَلُ فِي تَأْدِيَتِهَا وَالاسْتِعَانَةُ باللهِ جَلَّ ثَنَاؤُهُ عَلَى ذَلِكَ. وَلا حَوْلَ وَلا قُوَّةَ إلا باللهِ وَالْحَمْدُ للهِ رَب العَالَمِينَ.

"Kitab əhlinin (İslam dinin pənahında olanların) sənin boynunda haqqı budur ki, Allahın onlardan qəbul etdiyini sən də qəbul et. Allahın onlardan ötrü tə`yin etdiyi əhdə və peymana vəfadar ol. Onları məcbur olduqları və istədiklərinə tərəf irşad et. Onlarla alverdə Allahın hökmünə əməl et. İslam pənahında, Allahla və Peyğəmbəri ilə əhdlərinə vəfa etdiklərinə görə onlara zülm etmə. Çünki, bizə çatıb ki, Allah buyurur: "Hər kim əhd bağladığı tərəfə zülm etsə, onun tərəf müqabili və düşməni Mənəm!" Allahdan qorx. Allahdan başqa heç bir güc-qüvvə yoxdur!“

"Zimmə" sözü lüğətdə, əhd və peyman mə`nasındadır. Qur`ni-Kərimdə gəlib:



Geri   İrəli
Go to TOP