A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (2)
Müəllif: Qüdrətullah Məşayixi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Göründüyü kimi İmam, öz övladına tövsiyə edir ki, özünü aşağı səviyyəyə salmasın, tez gələn gəlir barəsində fikirləşmə vəehtiyac əlini əhaliyə tərəf uzatma. Çünki, hamının ruzi verəni Allahdır. Bu yolda insanın şəxsiyyəti korlanmalı deyildir. Çünki, dilənmək, insanın şəxsiyyətini alçaldır."[352]

Əmirəl-mö`inin Əli (əleyhissalam) başqa yerdə buyurur: "İnsanlardan dilənmək,gözəl danışan dili qüdrətsiz edir. Şücaətlinin qəlbini sındırır. Azad və qüvvətlini kölə yerində qərar verir. Abır-həyasını aparıb ruzisini batil edir! “[353]

Həmin dəlilə görə İmam (əleyhissalam) mübarək məktubunda buyurur: Əgər qüdrətin çatsa ki, ruzini ələ gətirməkdə heç bir ne`mət sahibini Allahla özün arasındavasitə qəarar vermə və ondan hacətinin həll olub, müşkülatlarının aradan getməsinitələb etməyəsən, onda Allaha təvəkkül et! Bu işi gör. Çünki, az da olsa qismətin yetişəcək və başqalarının çoxundan yaxşıdır. Doğrudur ki, o ne`mət sahibinin də özündən heç bir şeyi yoxdur. Hər şey Allahın yanındadır!

DİLƏNÇİLİYN ZİLLƏTİNDƏN ÇƏKİNİN

İmam Zeynəl-Abidin (əleyhissalam) buyurur: "Başqasından hacətini istəmək, həyatda zillətin qaynağı, həyanın aradan getməsi, şəxsiyyətin yüngüləşməsi və fəqirliyin gəlməsinə səbəb olur.“[354]

İmam Sadiq (əleyhissalam)-da həmin hədisə oxşar bir rəvayətdə buyrur: “Başqasından hacətini istəmək, həyatda izzətin vəhəyanın aradan getməsidir. İnsanların əllərində olandan ehtiyacsızlıq hiss etmək, mö`minin dinində izzətinə səbəb olur. Tamahkarlıq fəqirlik gətirər. "[355]

Başqa bir rəvayətdə İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql olunur ki, buyurur:

“Hər kim əhaliyə qarşı özündə dilənmək qapısı açsa, Allah-taala onun üzünə yetmiş fəqirlik qapısını açar ki, onlardan ən kiçiyi budur ki, geyinməyə bir şeyi olmaz."[356]

Başqa bir rəvayətdə yenə də həmin mövzuda İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) Əbuzərə vəsiyyətində, buyurur:

"Ey Əbuzər! Camaatdan bir şey dilənməkdən çəkin! Çünki, bu iş, zillət və tez yetişən fəqirlikdir. Qiyamət günündə isə uzun müddət hesabı var. Ey Əbuzər! Əlini dilənmək ünvanı ilə camaata tərəf uzatma. Lakin, istəmədiyin halda sənə bir şey çatsa, onu qəbul et! “[357]

İmam Rza (əleyhissalam)-dan nəql olunur, buyurur:

"Bir nəfər İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) hüzuruna gəlir və ərz edir: Mənə elə bir şey öyrət ki, Behiştə getməyimə səbəb olsun. Həzrət buyurdu: Qəzəblənmə, camaatdan dilənmə və özünə nə bəyənirsənsə onu da camaata bəyən! “[358]

Həzrəti Əli (əleyhissalam)-a nisbət verilən divanlardan birində buyurur:

“Əgər gecəni tam azadlıqla sübhə çatdırmaq istəyirsənsə, təlaş və çalışmağı bəndənin köləsi qərar ver.Bütün meyllərini camaatın mallarından qət et və heç bir ünvanla camaatın malına gözünü tikmə!"

Aşağadakı məzmundakı iki sətir divanda, İmam Həsən (əleyhissalam)-a nisbət verilir, buyurur:

"Bütün insanlardan, Allaha təvəkkül etməklə özünü biniyaz et. Bu vaxt yalançılıqdan doğruluğa doğru ehtiyacsız olacaqsan. Ruzi və mərhəməti Allahdan istə ki, Ondan başqa ruzi verən yoxdur!"

Yenə Həzrət Əli (əleyhissalam)-a nisbət verilən başqa divanlardan birində buyurur:

"Uca qüllələrdən ən ağır daşları həml etmək, mənim üçün camaatın yanınıda minnət çəkməkdən daha yaxşıdır. Camaat mənə deyir: Qazanmaq ardır. Halbuki, ar və xəcalət, dilənməyin zilltindədir.”

Əmirəl-mö`inin Əli (əleyhissalam), Ərəfatda camaatdan dilənən bir nəfər görür. Taziyanə ilə ona anladır, buyurur:

Vay olsun sənə! Belə bir gündə Allahdan başqasındanmı istəyirsən?

İslam Peyğəmbəri(səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

"Camaatdan bir şey istəməyin! Bu vaxt bir nəfər fəqir içəri girib Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) kömək tələb etmək istədi. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) bu cümləni təkrarladı: Hər kim bizdən istəsə, ona əta edirik. Hər kim Allahdan ehtiyacsızlıq istəsə, Allah onu (camaata) ehtiyacsız edər.Başqa bir nəqldə buyurur:

"Hər kim bizdən dilənməsə, bizim yanımızda daha əzizdir”[359]

Fəqir kişi bir şey istəməyib öz evinə qayıdır. Arvadı soruşur: Nəyə görə istəmədin ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bizə kömək etsin?Kişi əhvalatı arvada olduğu kimi nəql edir. Fəqir, səhra və biyabana gedir. Tikan qırmaqla dövlətləşir. Günlərin birindəİslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) hüzuruna gəlir və əhvalatı olduğu kimi Həzrətə nəql edir. Həzrət buyurur:

Həmin ki, demişdim! Hər kim Allahdan ehtiyacsızlıq istəsə, Allah onu (camaatdan) ehtiyacsız edər. “

Bura qədər dilənçiliyin məzəmmət olunası barəsində bəhs olundu. Bəhs etdiyimiz rəvayətin məzmunu bu idi ki, dilənçilik, insanın vüqar və dəyərini aradan aparır. Onun ruhiyyəsini müşkülatlara salır və fəqirlik qapılarını onun üzünə tayba-tay açır. Bəs insan nə qədər ki, imkanı var camaatdan bir şey diləməkdən çəkinsin. Ancaq, əgər doğurdan da möhtac olsa və başqsına ağız açmaqdan başqa yolu yoxdursa, İslam burada da göstəriş verir ki, hər kəsə ağız açmasın, bəlkə də əhlindən istəsin.

ƏL AÇILMALI ŞƏXSİN XÜSUSİYYATI

Əmirəl-mö`minin Əli (əleyhissalam) buyurur:

"Hacətin zay olması, qeyri-əhlinə əl açılmasından yaxşıdır.”[360] Həzrət başqa yerdə buyurur:

"Üzün suyu (abır-həya) donmuşsuya bənzəyir. İstəmək onu tökür. Bəs diqqət et, gör kimin yanında üzünün suyunu tökürsən! "[361]məqsəd, dilənçilik olunmamasıdır. Əgər qərar olsa kiməsə əl açılsın, bax gör kimə əl açırsan! Başqa yerdəƏmirəl-mö`minin Əli (əleyhissalam) buyurur:

"Hacətini yerinə yetirməyib, əlini sinənə qaytarmağından qorxduğun şəxsdən bir şey istəmə! [362]

İmam Sadiq (əleyhissalam)-da həmin hədisə oxşar bir rəvayətdə buyurur:

"Hacətin zay olması, qeyri-əhlinə əl açılmasından yaxşıdır.”[363]

İmam Baqir(əleyhissalam) buyurur:

"Sənin, əhli olmayan şəxsdən hacət istəməyin, əfi ilanın ağzındakı bir dirhəmə ehtiyacın olduğu kimidir. Lakin, ondan qorxursan.”[364]

Şair demişkən: “Hacətləri kərim və xoşsifət şəxslərdən istəmək lazımdır. Oyunbaz və ədəbsizlərdən yox.

"Bir nəfər ərəb, əmirəl-mö`minin Əli (əleyhissalam)-ın hüzuruna gəlir və ərz edir: Ya Əmirəl-mö`inin! Mən üç dirhəmin giriftarıyam. Biri: Bədənimin dərdinə görə, digəri fəqirliyimə, üçüncüsü isə cəhalət və nadanlığıma görədir. Həzrət cavabında buyurur: Ərəb qardaş! Öz bədəninin xəstəliyini həkimə göstər. Nadanlıq və cəhalət xəstəliyini alimə ərz et. Fəqirliyini isə kərim şəxsə söylə. Sail cavab verdi: Siz, həm həkimsiniz, həm alimsiniz, həm də kərimsinz! Həzrət göstəriş verir ki, beytül-maldan üç min dirhəm ona bağışlayırlar.Buyrur: Min dirhəm xəstəliyinin xərci, min dirhəm nadanlığına görə xərc et, min dirhəmlədə fəqirliyni aradan apar.

İMAM HƏSƏN (ƏLEYHİSSALAM)-DAN HACƏT

Bir nəfər İmam Həsən (əleyhissalam)-ın yanına gəlir və həzrətin müqabilində əyilib öz hacətini yerə yazır. İmam da onu müşahidə edirdi. ərəb belə yazır:

"Mənim yanımda heç bir şey qalmayıb ki, onu bir dirhəmə satıb hacətimi alam. Sizin mənim halıma nəzər salmağınız kifayətdir. Yalnız, bir miqdar abır –həyam qalmışdı və onu hifz edirdim. İndi də sizi ona müştəri tapdım! “

İmam Həsən (əleyhissalam) öz xadimini çağırıb soruşur ki, sənin yanında nə qədər pulumuz qalıb? Ərz edir ki, on iki min dirhəm pul qalıb. Həzrət buyurur: Onu bu fəqirə təqdim et! Mən ondan həya edirəm. Xadim sanki, təə`ccüblənən kimi olur ki, yə`ni, bütün pulları ona verim? Həzrət buyurdu: Ver! Allaha xatir yaxşı niyyətdə ol. Xadim pulları sailə verəndə, Həzrət saili səsləyib, buyurur: Bizi üzürlü bil. Bundan artıq bir şeyimiz yox idi. Sonra belə məzmunda bir şe`r buyurdu:

"Tələsik bizim yanımıza gəldin, sənə az pay çatdı. Əgər başqa vaxtı gəlsəydin və bizə möhlət versəydin, səhlənkarlıq etməzdik. Bu az bir hədiyyəni al, sanki heç bir mal satmamısan və müamilə etməmisən. Sanki, bizdə sənin abır–həyanın müştərisi deyilik və onu almamışıq." [365]

İnsanın sailə verdiiyi sədəqə əvvəlcə, Allahın əlinə çatır. Sədəqə barəsində olan rəvayətlərdən zikr etdik. Bu cəhətdən sailə heç də minnət qoyub, onun şəxsiyyətinə zərbə vurmaq olmaz. Bu hədisdə gördük ki, İmam Müctəba (əleyhissalam) özünün yüksək dərəcəli məqam və ruhiyyəs ilə saillə necə rəftar edir. Əvvəla, evində hər nəyi vardısa sailə verir. İkinci, az verdiyinə görə üzürxahlıq istəyir. Bu da əslində, Həzrətin məktəbinin tərəfdarlarına böyük bir tərbiyəvi dərsdir.

İMAM HÜSEYN (ƏLEYHİSSALAM)-DAN HACƏT

İbni Əsakir özünün "Tarix Kəbir" kitabında yazır:Bir nəfər dilənçi Mədinəninküçələrindən keçərək İmam Hüseyn (əleyhissalam)-ın evinin yanına çatır. Qapını döyüb belə dedi:

Bu vaxta kimi heç bir dilənçi sənin hədiyyəndən mə`yus olmamış, hər kim qapını döymüşsə, mə`yus olmamışdır. Sizlər, bəxşiş sahibi və sərçeşməsi sayılırsınız. Alicənab babalarınız isə fasiqləri məhv edənlərdir.! "

Həzrət namaz halında idi. Namazı tez qılıb dilənçiyə tərəf gəlir. Fəqirin solmuş üzünü müşahidə edir. Qənbəri çağırıb buyurur: Nə qədər pulumuz var? Ərz edir: İki yüz dirhəm varımızdı. Əmr etmişdiniz ki, onu da övladlarınıza verim. Həzrət buyurur: Onlardan da ehtiyaclı gəlib. Get pulu gətir. Qənbər pulu gətirib fəqirə verir. Həzrət fəqirin şe`rinin cavabında belə buyurur:

Bu hədiyyəni götür. Mən səndən üzr istəyirəm. Bil ki, sənə qarşı mərhəmət və mehribançılığım var. Əgər başqa cür olsaydı, bizim hədiyyəmiz sizin başınızdan yağardı. Lakin, zəmanə dəyişib və dünya bizim əlimizdə azdır. “

Fəqir ərəb hədiyyəni alıb dalı-dalı çölə çıxır və bu məzmunda şe`r deyir:

Siz Əhli-beytə pak və təmizlik libası geyindirilib və hər yerdə adınız çəkilsə, sizlərə salam göndərirlər. Böyüklərimizsiniz. Kitab elmi, İlahi vəhy və Qur`an sizin evinizdədir. Hər kim nisbət verilərkən Əlinin övladlarına nisbən verilməsə, heç bir iftixarı yoxdur! "[366]

47. XOŞHAL EDƏNİN HAQQI

وَأمّا حَقُّ مَنْ سَرَّكَ اللهُ بهِ وَعلَى يَدَيهِ، فَإنْ كَانَ تَعَمَّدَهَا لَكَ حَمِدْتَ اللهَ أَوّلاً ثُمَّ شَكَرْتَهُ عَلَى ذلِكَ بقَدْرِهِ فِي مَوْضِعِ الجَزَاءِ وَكَافَأتَهُ عَلَى فَضْلِ الابْتِدَاءِ وَأَرْصَدْتَ لَهُ الْمُكَافَأَةَ، وَإنْ لَمْ يَكُنْ تَعَمَّدَهَا حَمِدْتَ اللهَ وَشَكَرتَهُ وعَلِمْتَ أنَّهُ مِنْهُ، تَوَحَّدَكَ بهَا وأَحْبَبتَ هذا إذ كَانَ سَبَباً مِنْ أَسْبَاب نِعَمِ اللهِ عَلَيْكَ وَترْجُو لَهُ بَعْدَ ذلِكَ خَيرًا، فإنَّ أَسْبَابَ النِّعَمِ بَرَكَةٌ حَيثُ مَا كَانتْ وَإنْ كَانَ لَمْ يَتَعَمَّدَ. ولا قُوَّةَ إلا باللهِ.

Allahın, sənin xoşhal olmağını onun ilə yerinə yetirdiyi şəxsinhaqqı odur ki, əgər onun məqsədi sənin şadlanmağın olubsa, onda əvvəlcə Rəbbinin şükrünü yerinə yetir sonra isə səni xoşhal edənin haqqı müqabilində hər nə qədər layiqdirsə, mükafatın ver və ehsan etməklə, bu yaxşılığın əvəzini çıxmağa çalış. Onun yaxşılığı, sənin ehsanının başlanması ilə bir olsun. Əgər onun hədəfi sənin şadlığın olmayıbsa, onda Allaha tə`rif və şükürlər et və bil ki, bu şadlıq, Allah tərəfindən olub, sənin şadlıq qaynağındır. Bu vaxt səni şadlandıranı, Alahın onu səni şadlandırmaqdan ötrü onu bir vasitə qərar verdiyinə görə onu dost tut və onun xeyirini istə! Çünki, ne`mətlərin səbəbləri bərəkətdirlər. Harda olursa, onun hədəfi bu olmasada, sən onu dost tut! "

HƏYATDA İNSANIN MÜXTƏLİF HALLARI

Yaşadığımız bu günkü dünyada müxtəlif hallarla qarşılaşırıq. Bə`zən isanın həyatı çətinliklərlə dolu olur. Bu çətinliklər dağıdıcı dalğlar kimi insanın nicat gəmisinin qarşısına çıxır və onun sahilə çatmasının qarşısında böyük mane olur. Bə`zən də insanın həyatında xoşhallıq dalğaları dövr edir, belə ki, şadlığından dərisinəsığmır. İslam və Qur`anın nicatbəxş proqramları insanı, bu iki halətin arasında mö`tədil şəkildə səadət və xoşbəxtliyə tərəf aparır. Ən dərin qəmlərdə, insanAllahdan ümüdünü üzməməli və bütün nicat qapılarının onun üzünə bağlandığını fikirləşməməlidir. Həmçinin, şadlıq vaxtı da belə olmsın ki, insan bunun vasitəsilə qəflətə düşüb,özünü unutsun və nəticədə Allahıyaddan çıxarsın. Əksinə,hər iki halda, Allah həmişə yadda olmalıdır. Şadlıq vaxtı bilsin ki, bütün bu ne`mətlər ona, Allah tərəfindəndir. Əgər qəlblər ona tərəfdirsə, bilsin ki, bu da Allahın istəydir. Giriftarçılıqda da diqqət Allaha tərəf olmalıdır ki, xoşagəlməz hadisələr, insan həyatına çox böyük tə`sir qoya bilər. Sözün qısası, şadlıq və qəm vaxtında ifrat və təfritdən özünü gözləsin. İnsanı şadlandıran bə`zən, dünya və məqam, bə`zən, sərvət, qüdrət və imkan, bə`zən də başqalarının ona ehsanıdır. İmam Səccad (əleyhissalam) bu mövzuda, insanı xoşhal edənin hüquqlrına aid yuxarıdakı mətləbləri buyurmuşdur.

MÖ`MİLƏRİ XOŞHAL ETMƏYİN SAVABI

"Üsul-Kafi“ kitabında, "Mö`minləri sevindirmək" ünvanı ilə hədislər nəql olunmuşdur. Bu rəvayətlərdə, mö`minlərin sevindirilməsi məsələsinin əslinə və əhəmiyyətinə işarə olunmuşdur. Bə`zi rəvayətlərdə bu işin savbına işarə olnunduğundan onların bə`zilərini nəzərdən keçiririk:

İmam Baqir (əleyhissalam)-dan nəql olunur, buyurur: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:

"Hər kim bir mö`mini sevindirsə, məni sevindirib və hər kim məni sevindirsə, Allahı sevindirmiş kimidir.“[367]

Həyatda, Allah və Peyğəmbərin razılığını ələ gətirməkdən ötrü çalışan insana,bu əməlin yollarından biri kimi başqalarını sevindirməyi məsləhət görmək olar. Bu mövzu, cəmiyyətdə kin-küdurətin və düşmənçiliyn aradan getməsində böyük müsbət tə`sir göstərə bilər. Yenədə başqa rəvayətdəİmam Baqir (əleyhissalam)-dan nəql olunur, buyurur:

"Kişinin mö`min qardaşının üzünə təbəssüm etməsinin savab və mükafatı vardır. Müsəlman qardaşdan zərərli şeyləri kənarlaşdırmağın özü savab və ehsandır. Allaha ən sevimli ibadət,mö`min qardaşın qəlbini şadlandırmaqdır. “[368]

Bu hədisdə də, mö`min qardaşın üzünə təbəssümvə onun müşkülünü həll etməyi müsəlmanların bir-birinə qarşı mehribançılıqlarına dəlalət edir. Bundan əlavə, hədisdə mö`min qardaşı şadlandırmaq ibadət sayılır. Çünki, hədisdə buyurur: Mö`minin qəlbini şad etməkdən sevimli bir ibadət yoxdur. Beləliklə, başqalarının şadlığı yolunda çalışanlar əslində, Allah yolunda olunmuş ibadətlərin ən yaxşı nümunəsidir. Başqa hədisdə İmam Baqir (əleyhissalam) buyurur:

"Musa ibn İmranın (əleyhissalam) munacatında gəlib ki, Alaah-taala Musaya buyurur: Ya Musa! Mənim elə bəndələrim var ki, Behişt onlardan ötrü mübahdır və Mən Behiştdə onlara hökumət bağışlayacağam. Musa ərz etdi: Pərvərdigara! Behiştdə xüsusi məqamları olanlar kimlərdir? Buyurdu: Hər kim mö`minin qəlbinə şadlıq gətirsə! “

Hədisin ardında gəlir:"Əgər bir nəfər mö`min, elə bir ölkədə yaşasa ki, hakimi zalim və təcavüzkardır, oradan qaçıb əhalisi Allaha şirk qoşan yerdə yaşasa və müşriklərin pənahında qərar tutsa, ölüm vaxtı çatanda Allah-taala ona vəhy edər: Ey Mənim bəndəm! Əgər Mənim Behiştimdə yerin olsaydı səni orada məskunlaşdırardım. Lakin, Mənə şərik qoşana Behiştdə yer yoxdur. Atəşə xitab gələr: Onu özünə çək! Lakin, onu çox incitmə. Günortaya yaxın onun ruzisi gələcək. Soruldu: Hardan? Allah-taala buyurdu: Allah istədiyi yerdən.”

Bu hədis sitəmkarvə zalim hakimin əlindən qaçıb müşriklərin pənahında qərar tutan mö`minlərə aiddir. Bu barədə Qur`an buyurur:

"Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. “[369]

Bu hədisdə bəyan olur ki, mö`minləri xoşhal edənlər Behiştə gedib orada xüsusi məqamda olarlar. Başqa bir hədisdə İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:

"Bir nəfər mö`minin xoşhal olmasına səbəb olan müsəlman təsəvvür etməsin ki, təkcə onu xoşhal etmişdir! Bəlkədə, Allaha and olsun! Bizləri də (mə`sum İmamları) xoşhal etmişdir. Bəlkədə, Allaha and olsun! Peyğəmbəri də xoşhal etmişdir! "[370]

Bəli! Mə`sum İmamlarımız (əleyhimussalam) və alicənab Peyğəmbərimiz (səlləllahu əleyhi və alihi və səlləm) tərəfdarlarının bir-birilə mehriban olub, xoşhal olmalarını, birinin digərinə fəda olmaqa hazır olduqlarını gördükdə, onlarda öz tərəfdarlarını xoşhallıqlarından xoşhal olurlar.

XOŞHALLIĞIN İNSANIN NİCATINDA ROLU

Hədislərdən birində İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:

"Qiyamət günü mö`min qəbirdən qaldırılanda, yanında və arxasınca ona oxşar şəxslər hərəkət edəcəklər. Qiyamətin hər hansı bir dəhşət və vəhşəti qarşıya çıxsa, yanındakılar ona deyəcəklər: Qəmgin olma, qorxma, Allah tərəfindən sənə xoşhallıq və şadlıq müjdəsi var. Allah dərgahında hesab-kitab edənə qədər bu şəxslər həmin mö`minlə birlikdə olarlar. Onunla yüngül hesab çəkib ona deyilər: Behiştə tərəf get. O şəxs gedərkən, yanındakı həmin şəxsləri yenə də görüb onlara deyər: Allah sizə rəhm eləsin! Mən qəbirdən çıxandan bu vaxta kimi mənimlə olub, mənə köməklik göstərmisiniz. De görüm siz kimsiniz? Cavabında deyərlər: Biz həmin şadlıq və sevinclərik ki, sən dünyada mö`min qardaşının qəlbinə salmışdın. Allah bizi həmin sevincdən yaradıb ki. sənə müjdə verək![371] "

Bu hədisdə, qiyamətdə əməllərin təmsil olunmasından söz açılır. Belə ki, hər bir əməlin öz şəkli olacaq. Dünyada mö`minlərə qarşı olunan xoşhallıq xüsusi gözəlliklə təmsil olunmuş, insanın qabağınca və ardınca hərəkətə gəlirlər. Bununlada, insanı Qiyamətin qorxulu və vəhşətli keçidlərindən ötürüb, həmişə öz sahibinə, Allahın mərhəmət müjdələrini çatdırırlar.

İMAM SADİQ (ƏLEYHİSSALAM)-IN TƏRƏFDARLARI ƏMƏL SAHİBİDİRLƏR

Ravi Kuleyni nəql edir ki, "Nəcaşi" bir nəfəri Əhvaz məntəqəsinə fərmandar tə`yin etmişdi. Nəcaşinin işçilərindən bir nəfər İmam Sadiq (əleyhissalam)-ın hüzuruna gəlib ərz etdi: Mən, Nəcaşiyə çoxlu maliyyat borcluyam. Verməyə də gücüm çatmır. Sizin onunla aranız yaxşıdır. Əgər salah bilsəniz, ona bir məktub yazın ki, mənim halımı nəzərə alsın. Həzrət belə bir məktub yazır:

"Bismillahir-rəhmanir-rəhim. Din qardaşını sevindir, Allah da səni sevidirsin! "

Bu şəxs, İmam Sadiq (əleyhissalam) məktubunu Nəcaşiyə verir. Məclis xəlvət oduqda, Nəcaşi İmam Sadiq (əleyhissalam)-ın məktubunu öpüb gözünün üstünə qoyub dedi: Hacətin nədir? Ərz etdi: Məndən on min dirhəm maliyyat istəyirlər. Nəcaşi göstəriş verir ki,ondan maliyyat almasınlar. Sonra soruşur: Səni xoşhal etdimmi? Bəli! – deyə cavab verir. Sonra Nəcaşi göstəriş verir ki, ona bir at, qulam və bir kəniz də hədiyyə etsinlər. Sonra soruşur: Xoşhal oldunmu? Ərz edir: Bəli! Sonra Nəcaşi üstündə oturduğu fərşi də ona hədiyyə verir. Sail, bütün əhvalatı İmam Sadiq (əleyhissalam)-a nəql edir. Həzrət də xoşhal olur. Ərz edir: Siz də xoşhal oldunuz? Buyurdu: Bəli! Allaha and olsun ki, Peyğəmbər də xoşhal oldu![372]

BAŞQALARINI SEVİNDİRMƏK HƏMİŞƏ İNSALADIR

Başqa bir hədisdə İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:

"Hər kim mö`min qardaşını sevindirsə, Allah-talla, bu sevincdən xoş əxlaq bir şəxsi xəlq edər ki, ölüm vaxtı həmin müsəlmanın yanına gəlib,Allhın kəramət və razılığını ona müjdə verər. Sonra qəbrə daxil olana qədər onunla olar. Qəbirdə həmin müjdəni təzədən ona xatırladar. Qiyamət günü qəbirdən qaldırılarkən, yenə həmin cümlələrini onun üçün təkrarlayar. Qorxulu və vəhşətli hallarda, həmişə ona ürək-dirək və müjdə verər. Mö`min şəxs, bütün bu məhəbbəti onda gördükdən sonra ondan soruşar: Alah sənə rəhm eləsin, sən kimsən? Cavabında deyər: Mən, həmin şadlıq və xoşhalam ki, fulan mö`min şəxsin qəlbinə atmışdın! "[373]

Yenədəbaşqa bir hədisdə Hişam, İmam Sadiq (əleyhissalam)-dan nəql edir, buyurur:

Allah dərgahında ən yaxşı əməllərdən biri də mö`mini sevidirməkdir." Sonra sevindirməyin nümunələrinə işarə edir: "Əgər acdırsa, onu doyuzdursun. Şiddətli giriftarçılığı ondan dəf etsin. Borclarını qaytarsın!“[374]

Bütün bu rəvayətlərdən mə`lum olur ki, İslam, dünya və axirət dinidir. Ən yaxşı yaşayış mühiti, o mühitdir ki, insanlar orada bir-birinə qarşı dost və mehriban olsunlar. Bir-birinə qarşı düşmənçilik və kin-küdurətdən çəkinsinlər. Mə`sum İmamlarımız (əleyhimussalam), bütün bu rəvayətlərdə öz tərəfdarlarını bir-birinə xidmət göstərməyə də`vət etməklə, dünyanı fəzilətli şəhərə çevirmək ümüdünü doğrultmağı tövsiyə edir.

48. SƏNƏ PİSLİK EDƏNİN HAQQI

وَأمّا حَقُّ مَنْ سَاءَكَ القَضَاءُ عَلَى يَدَيهِ بقَوْلٍ أَوْ فِعْلٍ فَإنْ كَانَ تَعَمَّدَهَا كَانَ العَفْوُ أَوْلَى بكَ لِمَا فِيهِ لَهُ مِن القَمْعِ وَحُسْنَ الأَدَب مَعَ كَثِيرِ أَمْثالِهِ مِنَ الخَلْقِ، فإنَّ اللهَ يَقُولُ {وَلَمَنِ انتَصَرَ بَعْدَ ظُلْمِهِ فَأُولئِكَ مَا عَلَيْهِمْ مِنْ سَبيلٍٍ. إنمَّا السّبيلُ عَلى الَّذين يظْلِمونَ النَّاسَ ويَبغونَ في الأرْضِ بغَيرِ الحَقِّ، أُولئِكَ لهُم عَذابٌ أليِمٌ. وَلمَنْ صَبَرَ وَغَفَرَ إنَّ ذلِكَ لََمِنْ عَزْمِ الأُمُورِ}

وَقَالَ عَزَّ وَجَلَّ {وَإنْ عَاقَبْتُمْ فَعَاقِبُوا بمِثلِ مَا عُوقِبتُمْ به وَلَئِنْ صَبَرْتُمْ لَهُوَ خَيْرٌ لِلصَّابرِينَ} هَذا فِي الْعَمْدِ فَإنْ لَمْ يَكُنْ عَمْدًا لَمْ تَظْلِمْهُ بتَعَمُّدِ الانتِصَارِ مِنْهُ فَتَكُونَ قَدْ كَافَأتَهُ فِي تَعَمُّدٍ عَلَى خَطَأٍ. وَرَفِقْتَ بهِ وَرَدَدتَهُ بأَلْطَفِ مَا تقْدِرُ عَلَيْهِ. ولا قُوَّةَ إلا باللهِ.

"Qəza və qədərdən, sənə pisliyi dəymiş (və ya, ittifaqən, onun əli ilə sənə pislik yetşən) şəxsin sənin boynunda haqqı budur ki, əgər qəsdən bu işi görübsə, sənə yaxşı olar ki, onu bağışlayıb, ondan keçəsən. İnsanlarla bu cür yaxşı və ədəblə rəftar et. Çünki, Allah-taala buyurur: "Zülmə mə`ruz qaldıqdan sonra (həddi aşmadan) onun əvəzini çıxanlara heç bir cəza verilməz......."Nəhayət, buyurur:Bu, doğru işlərdəndir!" Yenə də Allah-taala buyurur: "(Ey mö`minlər! ) İntiqam almaq məqsədilə (birinə ) cəza verəcək olsanız, sizə nə cəza verilibsə, onu da o cür cəzalandırın. Agər onlardan (intiqam almayıb) səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir!" Bu mövzu, pisliyin qəsdən olması haqqında idi.

Amma, əgər onun sənə pisliyi qəsdən olmazsa, qəsdən ondan intiqm almağa çalışma. Bununla, qəsdən olan işi xəta ilə dəyişirsən. Hər nə qədər bacarırsansa, onunla mülayim rəftar et! "

İmam Səccad (əleyhissalam), "pislik edəninhaqqı" barəsindəki sözünün qısası budur ki, sənə pisliyi dəyənin işi iki haldan xaric deyildir. Ya qəsdən bu işi sənin haqqında görüb, bu vaxt sənə yaxşı olar ki, onu bağışlayasan. Əlbəttə, bunu o halda et ki, sənin bağışlamağından sui-istifadə etməmiş olsun. Yaxud, səhvən və xəta üzündən sənə pisliyi keçib. Bu zaman onun əvəzni çıxmaq istəsən, sənin bu işin xətadan olan işin əvəzini qəsdən çıxmaqla bitir. Bu da müsəlmana yaraşan iş deyil. Bu halda daha yaxşı olar ki, onun xətasını ən yaxşı rəftar və mülayimətçiliklə bağışlayıb yola verəsən.

ƏVF VƏ BAĞIŞLAMAĞA DƏ`VƏT



Geri   İrəli
Go to TOP