A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (2)
Müəllif: Qüdrətullah Məşayixi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Başqa ayədə buyurur:

Hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik. (Qüvvəsini alar, gözünün nurunu aparar, hafizəsini zəiflədib bildiklərini unutdurar, özünü də uşaq kimi edərik). Məgər bu işi dərk etməzlərmi?"[323]

İnsanın qocalıq vaxtında bütün qüvvələri dəyişib zəifliyə doğru gedir. Anlamaq, başa düşməməzliyə, hafizə unutqanlığa, qüvvə zəifliyə, kamal naqisliyə,qüdrət acizliyə, gözəllik solğunluğa və çirkinliyə çevrilir. Son günlərini yaşayan qocalar, heç bir təzə mətləb hifz etməyə qadir olmadıqlarından əlavə, bəlkədə, keçmişdə öyrəndiklərini də yaddan çıxarırlar. Qur`ani-Kərim bu barədə buyurur:

"Allah sizi yaratmışdır sonra yenə də (əcəliniz çatanda) öldürəcəkdir. Sizin bir qisminiz ömrün ən rəzil (ixtiyar) çağına çatdırılar ki, (vaxtilə) bildiyi hər şeyi unudar."[324]

Hər kimin ömrü uzun olarsa, qocalıq dövrünə çatıb müxtəlif hadisələrə, o cümlədən, müsibətlərə düçar olar. Qocalığa görə cismi qüvvləri tamamilə işdən düşər. Ruhi qüvvələri zəifləyər və batini və zahiri fəaliyyətləri azalar.

QOCALIQ,CƏMİYYƏTDƏN KƏNARLAŞMAQ

Qocalığın ən böyük müsibətlərindən biri də budur ki, təbii olaraq insanı cəmiyyətin fəaliyyətindən uzaqlaşdırır, zəiflik və qüvvətsizliyin üzündənnaçar olaraq əhalinin çox qaynar yerlərini tərk edib, ən çox ev mühitində yaşayırlar. Bundan da müsibət qocalara odur ki, ailə və ev mühitində haqq tanımaz övladlar və övlada bənzərlər, onlarla yaxşı rəftar etməyib, onlara qarşı mehribansızlıq etsinlər. Bə`zən də, onlarla kobud rəftar oluna bilər və ailə mühitində kobudcasına şəkildə təhqir olunaraq çölə çıxarılmaq ehtimalı var. Dözümləri az olan qocalar, bu vəziyyətə çox da davam gətirməyib həyatlarını dəyişirlər.

RUHİ SIXINTIYA GÖRƏ ÖLÜM

AmerikaKallecinin üzvü"doktorAdolf" yazır:"Xəstəxanaların birində, sümük nahiyəsindən xəsarət almış yetmiş yaşlı bir qadını müalicə edirdim.Müalicə vaxtı xüsusi aparatla yoxlanıldıqda mə`lum oldu ki, sınmış sümüklərinin sağalması tez başa gələcək. Bu müstəsna sağalmağa görə ona təbrik ərz etdim. Qadın daha əl arabası ilə yox, qoltuğ ağacı ilə yeriyə bilərdi.

Onu müalicə edən cərrah mənə dedi: Bu qadın iyirmi dörd saatdan sonra xəstəxanadan çıxarıla bilər, artıq sağalmışdır. Tez sağaldığına görə qadının üzü gülürdü. Birinci gün, (yə`ni, mən qadının cərrah həkimi ilə söhbət etdiyim gün)həmişə oduğu kimi bir nəfərqız onu yoxlamağa gəldi. Mən ona dedim: Sabah ananızı xəstəxanadan çıxara bilərsiniz. Artıq ananız kifayət qədər sağalıb və qoltuq ağacı ilə yeriyə bilər.

Qız öz planlarından mənə bir şey demədən, bir başa anasının sorağına gedib onunla müzakirəyə başlayır. Ona deyir: Ərim mənimlə söhbət edib. Təəssüflər olsun ki, sənin xəstəxanadan evə qayıtmağına razı deyil. Əlbəttə, bu imkan var ki, səni qocalar evində yerləşdirək. Bir neçə saat sonra mən hələdə xəstəxanada idim. Məni qoca qadının yanına çağırdılar. Əvvəlcə, halı yaxşı olan bu qadın artıq ölmüşdü. Lakin, sümük sınığından yox, bəlkə də, qəlbinin sınmasından dünyasını dəyişmişdi. Sınmış sümük sağaldı lakin, sınmış qəlb sağala bilmədi.”[325]

Bəli! Bu günkü dünya, qocaları mehr ocağı sayılan ailə mühitindən ayırıb, qocalar evinə göndərir. Onların dərdlərinə dava etmək əvəzinə, dərdlərini artırırlar. Lakin, İslam dini bu mövzuda qocaların hüququ ünvanı ilə onların ən yaxşı şəkildə ehtiramına göstəriş verir.

RƏVAYƏTLƏRDƏ QOCALARIN EHTİRAMI HAQQINDA

"Üsul-Kafi" kitabında, “Ağsaqqal müsəlmanın ehtiramının vacib olması" ünvanı ilə çoxlu rəvayətlər gətirilib. Biz bu rəvayətlərə işarə etməklə, İslam əxlaq məktəbində yaşlılara necə ehtiram olunmasını bəyan edəcəyik. Rəvayətlərdə, ağsaqqaları olan ailələrə, onları qocalar evinə göndərməkdənsə, belə şəxslərdən necə müvazib olmaları bəyan olununur.

İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur: "Qoca və yaşlı müsəlmana ehtiram göstərib hörmətini saxlamaq, Allahın ən çox xoşuna gələn işlərdəndir. “[326]

Başqa bir rəvayətdə yenə də İmam Sadiq (əleyhissalam)-dan nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "Hər kim qoca və yaşlının qədrini bilib ona ehtiram etsə, Allah-taala onu qiyamət gününün heybət və vəhşətindən amanda saxlayar. “[327]

Yenədə başqa rəvayətdə İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:

"Üç dəstə var ki, yalnız münafiq şəxslər olar ki, onların haqqını tanımasınlar: Əvvəl: Saqqalını İslam yolunda ağardan. İkinci: Qur`anvə İlahi vəhyi həml edəni. Üçüncü: Cəmiyyətdə ədalətlə rəftar edən adil hakimi.”[328]

Üçüncü rəvayətdə ibni Sənan, İmam Sadiq (əleyhissalam)-dan nəql edir ki, Həzrət mənə buyurdu:

“Qoca və mö`min müsəlmana ehtiram göstərmək, Allah-taalaya ehtiramdır.Hər kim qoca mö`minə ehtiram göstərsə, Allaha-taalaya ehtirama başlayıb. Hər kim mö`mini yüngül tutub, hörmətsizlik etsə, Allah-taala, ona ölməmişdən əvvəlelə bir kəsi mübtəla edər ki, ona qarşı həmin hörmətsiliyi edər.“[329]

Bəli, budur əməl və əksül-əməl. “Hədisi Qüdsüdə" Allah-taala buyurur:

Saqqalın ağartısı mənim nurumdur. Mən Öz nurumu cəhənnəm atəşinə atıb əzab verməkdən həya edirəm. “[330]

"İbni Əbi Şeybə" nəql edir ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) ağ tükü saqqaldan yolmaqı qadağan etdi, buyurdu: O, mö`minin nurudur! "[331]

"Hüzeyl" qəbiləsindən bir nəfər İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) hüzuruna gəlir və ərz edir:

“Ey Allahın Peyğəmbəri! Mənim yaşım çoxalıb. Sümüklərim və qüdrətim zəifləyib. Belə ki, namaz və orucumu lazım olan kimi yerinə yetirə bilmirəm. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Sözlərini təkrar et. Sənin ətrafında olan bütün mövcudat sənin halına yanır. Necə ola bilər ki, Allah-taala sənə rəhm etməsin? “[332]

Allah-taala Lut peyğəmbərin tayfasının şəhərlərini alt-üst edib dağıtmağı sübhə kimi tə`xirə salır. Lut bu tə`xirin səbəbini soruşur. Cəbrail ərz edir: Allah-taala buyurur: Bu cəmiyyətin arasında saqqalı ağarmış bir kişi arxası üstə yatıb. Onun saqqalının ağlığına görə əzabı sübhə kimi tə`xirə saldım ki, o da üzü üstə çevrilsin.

İslam Peyğəmbəri(səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

"Allah-taala, hər gün sübh və şam vaxtı qoca mö`min kişinin ağarmış saqqalına baxıb buyurur: Ey Mənim bəndəm! Yaşın çoxalıb. Sümüklərin boşalıb. Bədəninin dərisi nəzilib. Əcəl yaxınlaşıb Vaxt çatıb ki, Mənə tərəf gələsən. Məndən utan ki, Mən, sənin ağ saqqalını cəhənnəm atəşində yandırmaqdan həya edirəm. Sonraİslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) ağladı. Peyğəmbərdən soruşdular: Ağlamağının səbəbi nədir? Buyurdu: Ağlayıram ki, Allah ona əzab verməkdən həya edir, bəs o, necə Allahdan utanmır?!"[333]

Yenədə başqa bir rəvayətdə İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:

"Allah-taala yetmiş yaşlı qoca kişilərə ehtiram göstərir. Həştad yaşlı qocalardan isə həya edir. Bəs əmr edir ki, onların günahlarını bağışlayıb əməllərinə yaxşı işlər yazılsın! “[334]

QOCALARA EHTİRAM ƏZABDAN XİLAS OLMAQDIR

Qocalara ehtiram mövzusundaİslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

Hər kim ağsaqqal mö`min kişiyə ağ saqqalına görə ehtiram etsə, Allah-taala onu Cəhənnəmin əzab və narahatlıqlarından amanda saxlayar.”[335]

Bura kimi İmam Səccad (əleyhissalam)-ın sözlərinə münasib olaraq, rəvayətlərdə qoca və ağsaqalların ehtiramı barəsində bəhs etdik. Belə bir nəticəyə gəldik ki,hər bir cəmiyyətdə qocaların sayı çox ola bilər və bu müasir mədəniyyətə malik dünya, onların çarəsini, qocaları isti ailə yuvalarından ayırıb qocalar evlərinə aparmaqda bilir. Lakin, müqəddəs İslam, əvvəla, ağsqqalın başının ağ tükünü bərəkət və əzəmət nişanəsi sayır. İkinci, göstəriş verir ki, onlara çox ehtiram göstrilsin. Bəli! Onlar ömürləri qürub etməyə yaxın olan günəşə bənzəyirlər. Onların müqabilində müxalifət göstərməməli və onlara qəzəb gözü ilə baxılmamalıdır. Bir mətləbi qəbul etməliyik ki, onlar yaşlarının çoxluğuna görə kəmhövsələ olub, aclığa, susuzluğa və çox çətinliklərə dözə bilmirlər.

Rəvayətlərdən mə`lum olan başqa mətləblərdən biri də budur ki, Allah-taala, qocaları cəhənnəm atəşində yandırmaqdan həya edir. Ona görə də qocalar da həya edib, qoca vaxtlarında günahlardan çəkinməlidirlər. Elələri də var ki, günaha adət ediblər. Belələri, tezliklə özlərini tövbə suyu ilə yumalı, özlərinə qarşı Allahda mərhəmət v məğfirət yaratmalıdırlar.

44. KİÇİKLƏRİN HAQQI

وَأمّا حَقُّ الصَّغِيرِ فَرَحْمتُهُ وتَثقِيفُهُ وتَعْلِيمُهُ وَالعَفْوُ عَنْهُ وَالسِّترُ عَلَيهِ وَالرِّفْقُ بهِ وَالمَعُونَةُ لهُ وَالسِّترُ عَلَى جَرَائِرِ حَدَاثتِهِ فَإنّهُ سَبَبٌ لِلتَّوبَةِ وَالْمُدَارَاةُ لَهُ وتَرْكُ مُمَاحَكَتِهِ، فَإنَّ ذَلِكَ أَدنى لِرُشْدِهِ.

"Kiçik yaşlının haqqı budur ki, ona mehribançılıq göstərəsən. Tərbiyə və tə`lim verib xətalarına göz yumasan. Onunla yumuşaq rəftar edəsən. Ona kömk edib uşaqcasına etdiyi səhvləri bağışlayasan. Çünki, bu tövbəyə səbəb olar. Həmçinin, onu bir daha bu işə tərəf gəlməməyə məcbur edər. Çünki, bu əməl, onun inkişafına daha yaxındır. "

İmam Səccad (əleyhissalam)-ın kiçiklərin haqqı barəsində sözünün qısası budur ki, tə`lim və tərbiyə zamanı uşaqlarla mehriban olub, eyblərini örtməli və həmişə onlara kömək etmək lazımdır.

Şübhəsiz ki, uşaqların tərbiyə olunmasında xoşrəftarlıq ən mühüm tə`siredici yollardan biridir. Bu hissiyyat, uşaqda düzgün şəkildə istifadə olunarsa, sadət və xoşbəxtliyin qaynağıdır. Uşaqların şəxsiyyətlərinin formalaşması və tərbiyələrinin möhkəm olma yollarından biri də uşaqa şəxsiyyət kimi diqqət edib, mərhəmətlə yanaşmaqdır. Mehribançılıq olmayan ailədə böyümüş uşaq, özündə bir növ həqarət və xarlıq hiss edəcək. Belə uşaqın ruhiyyəsi sınmış və hər cür inhiraf yollarına düşmək təhlükəsində var. Ona görə də İmam Səccad (əleyhissalam) uşaqın xətalarını görməməzliyə vurub, onun şəxsiyyətinin hər şeydən ötrü alçadılmasına yol verilməməsinə işarə edir.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) öz tərbiyət məktəbində xırda uşaqlar barəsində belə buyurur:

"Övladlarınıza ehtiram göstərin və onların yanınıda öz rəftar və ədəblərinizi islah edin!”[336]

İmam Səccad (əleyhissalam) uşaqın böyüklərin boynunda olan hüquqlarından, tə`lim-tərbiyət və pərvərişnə işarə edir. Bu barədə mə`sum İmamların (əleyhimussalam)-ın yolunu nümunə kimi göstərə bilərik.

UŞAQDA MƏHƏBBƏT YARATMAQ

İmam Həsən (əleyhissalam) bir gün öz uşaqların və qardaşı uşaqların çağırıb onlara buyurdu:

"Sizin hamınız bu günkü cəmiyytin uşaqlarınsınız. Ümüdvarəm ki, sabahkı cəmiyyətin böyükləri olasınız. Elm öyrənin və bilik yolunda çalışın. Hər birinizin yaxşı hafizəsi olmasa, müəllimin dediklərini yazıb öz yanınızda saxlayın və lazım olan vaxtda onlara müraciət edin."

Bu hədisdə, İmam Həsən (əleyhissalam) övladlarında elm və bilik əldə etməyə qarşı məhəbbət oyatmaqdan ötrü qorxutmaq və hədələmək yolu ilə deyil, bəlkə də ən yaxşı mehribançılıqla onlarda bu işə qarşı məhəbbət icad edir. O da onlara,bu gün uşaq, sabah isə cəmiyyətin böyükləri olmalarını xatırlatmasıdır. Bu hədisdə istifadə olunan yol, bu günkü dünyanın tərbiyət və tə`lim məsələlərində ən yaxşı vətə`siredici yoldur. Hər bir ailə bu yolla eliyə bilər ki, öz uşaqlarını elm və bilik əldə etməyə sövq etsin və onlara yaxşı ümidlər versin. Bu zaman uşaqlar eşq və əlaqə ilə elm dalınca gedib, bilik əldə edərlər. Bu yolda heç bir güc və qarxutma vasitələrindən istifadə etməyə ehtiyac yoxdur.

UŞAQLARIN TƏRBİYƏ YOLU

Uşaq və böyüklərin iste`dadlarının ən yaxşı inkişaf yollarından biri yaşayış mühitinin azad olmasıdır. Zorakılıq və zülümkarlıq olan mühitdə sözsüz ki, inkişafdan söz ola bilməz. Əksinə, azad və sağlam mühitdə iste`dadlar açılır və inkişaf edir. Ona görə də İslam məktəbində hər nə qədər imkan varsa, müəllimə zor və gücdən istifadəyə icazə verilmir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) bəşərin müəllimi idi. İbni Mə`sud nəql edir:

"Bir nəfərİslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) hüzuruna gəlir. Söz demək istədikdə, birdən qorxub dayanır. Həzrət buyurur: Qorxma! Mən şah deyiləm."[337]

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

“Hər kimin yanında uşaqı varsa, onun pərvərişində uşaq kimi olmalıdır!“[338]

Həzrət Əli (əleyhissalam) buyurur:

"Hər kimin uşaqı varsa, onun tərbiyəsindən ötrü özünü uşaq həddinə qədər aşağı salmalıdır!“[339]

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

"Allah rəhmət eləsin o ataya ki, öz uşığının yaxşı olub, xeyirxah kimi böyüməsində ona kömək olsun. Ona ehsan etsin, uşaqlıq dostu olsun və onu ədəbli alim kim yetişdirsin! “[340]

PEYĞƏMBƏRİN (səlləllahu əleyhi və alihi və səlləm) UŞAQA EHTİRAMI

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm)səfərdən qayıdarkən uşaqlarla rastlaşır. Onların ehtiramına görə dayanır və buyurur ki, uşaqları gətirin. Uşaqları yerdən götürüb Həzrətə verirlər. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm)bə`zilərini qucağına, bə`zilərini də çiyninə mindirir. Bu vaxt öz əshabına buyurur: Uşaqları qucağınıza alın və çiyninizə mindirin. Uşaq bu işdən həddən artıq xoşhal olar və şadlığından dərisinə sığmaz. Uşaqlar bu şirin xatirəni heç vaxt unutmazlar və çox vaxt bir müddət sonra bir yerə yığışıb bu şirin xatirəni bir-birnə söyləyərlər. Fəxrlənərək biri deyər ki, Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) məni qucağına alıb. Səni çiyninə mindirmişdi. Başqası deyər: Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) öz əshabına buyurdu ki, səni çiyninə götürsün."[341]

UŞAQIN XƏTALARINI GÖRMƏMƏZLİYƏ VURMAQ

İmam Səccad (əleyhissalam) buyurur: "Uşaqın kiçik xətalarını bağışlamalı və görməməzliyə vurulmalıdır!"

Bə`zi günahların bağışlanılıb görməməzliyə vurulması, əxlaq məktəbində istifadə olunan ən mühüm mövzulardan biridir. Bə`zən eybləri görməməzliyə vurmaq və çox şeydə həssas olmamaq, islah məsələsində çox tə`sirlidir.İmam Sadiq (əleyhissalam) buyurur:

"İnsanlarla yaşayışın səlahı, dolu bir peymanəyə bənzər ki, onun iki də biri anlaşmaq və agahlıq, üçdə biri isə özünü görməməzliyə vurmaqdır."[342]

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) rəvayətlərin birində görməməzliyin dəyəri barəsindəbuyurur:

"İmanlı şəxsin yarısı, başqalarının xətasına göz yummaqdır.”[343]

Əlbəttə,bu sahədəki qafillik də iki qisimdir: Bəyənəlmiş və bəyənilməmiş. İslam tə`limlərindəvə övliyaların məsləhət gördüyü qəflət və görməməzlik, ağıl və məsləhətdən sərçeşmə almış bəyənilmiş bir qəflətdir. Qəflət edən şəxs, bu işi yaxşıvə pak niyyətlə yerinə yetirir.

Valideyn və müəllimlərin uşaqların kiçik xətalarına göz yummaları, əgər doğru və öz yerində olarsa, tərbiyəvi məsələlərdə müsbət tə`sir göstərəcəkdir. Məsələn, bütün dünyada uşaqlar arasında az-çoxda olsa, xırda oğurluq halətləri müşahidə olunur. Malik olmaq hissi uşaqda həddən artıq tez inkişaf edir və ətrafında gördüyü hər şeyi özününkü bilir. Başqa uşaqların oyuncaqlarını özününkü bilib, oğurluğa da əl ata bilər. Bə`zən atasının cibinə əl atıb pul götürür. Belə halda ata soruşanda ki, mənim cibimdən pul götürülüb? Ana gileylənərək deməli: Məgər bu evdə kimsə bu çirkin işə əl atar? Ata üzürxahlıq edib deyir: Ola bilsin cibimdən düşüb. Yaxud, meyvə satandan on manat əvəzinə beş manat almışam. O gecə, pulu götürən uşaq fikrə gedəcək. Bu nə işdi mən gördüm? Yaxşı oldu ki, kimsə başa düşmədi. Qərara alır ki, birdə belə işə əl atmasın və özünün abır-həyasının getməsinə səbəb olmasın. Belə halətdə, xilaf iş görən uşaqın işini, onun islah olmasından ötrü görməməzliyə vurmaq lazımdır. İmam Səccad (əleyhissalam) buyurur:

Uşaqların xətaları ilə belə rəftar etmək, onların islahına səbəb olur."

45- 46. DİLƏNÇİ VƏ DİLƏNİLMİŞİN HAQQI

وَأمّا حَقُّ السَّائِلِ فَإعْطَاؤُهُ إذا تَيَقَّنتَ صِدْقَهُ وَقَدَرْتَ عَلَى سَدِّ حَاجَتِهِ، وَالدُّعَاءُ لَهُ فِيمَا نزَلَ بهِ، وَالْمُعَاوَنةُ لَهُ عَلَى طَلِبَتِهِ، وَإن شَكَكْتَ فِي صِدْقِهِ وَسَبَقْتَ إلَيهِ التُّهْمَةُ لَهُ وَلَمْ تَعْزِمْ عَلَى ذَلِكَ لَمْ تَأْمَنْ أَنْ يَكُونَ مِنْ كَيْدِ الشَّيْطَانِ أَرَادَ أَنْ يَصُدَّكَ عَنِ حَظِّكَ ويَحُولَ بَيْنَكَ وبَينَ التَّقَرُّب إلَى رَبكَ فَتَرَكْتَهُ بسِترِهِ وَرَدَدتَهُ رَدًّا جَمِيلاً. وَإنْ غَلَبتَ نفْسَكَ فِي أَمْرِهِ وَأَعْطَيتَهُ عَلَى مَا عَرَضَ فِي نفْسِكَ مِنْهُ، فإنَّ ذلِكَ مِنْ عَزْمِ الأُمُورِ.

DİLƏNÇİNİN HAQQI

"Dilənçinin sənin boynunda haqqı odur ki, əgər hazır sədəqən varsa, ona ver və ehtiyacını ödə. Fəqirliyinin aradan getməsindən ötrü ona dua et və istəyinə kömək et. Əgər onun sözünün doğruluğuna şəkk edirsənsə və əlində buna dəlilin yoxdursa, ola bilsin bu Şeytanın sənə olan tələsidir və bununla, sənin Allaha yaxın olmaq bəhrəni əlindən alsın. Allahla sənin aranda pərdə olsun. Onda, onu öz halına burax və yaxşı cavab ver. Əgər bu halda da ona bir şey versən, yerində iş görmüsən!"

وَأمّا حَقُّ المَسئولِ فَحَقُّهُ إنْ أَعْطَى قُبلَ مِنْهُ مَا أَعْطَى بالشُّكْرِ لَهُ وَالمَعْرِفَةِ لِفَضْلِهِ وَطَلَبَ وَجْهِ الْعُذْرِ فِي مَنعِهِ، وَأَحْسَنَ بهِ الظَّنَّ. وَاعْلَمْ أنَّهُ إنْ مَنِعَ [فَ]مَالَهُ مَنَعَ وَأَنْ لَيْسَ التَّثرِيبُ فِي مَالِه، وَإنْ كَانَ ظَالِمًا فَإنَّ الإنسَانَ لَظلُومٌ كَفَّارٌ.

DİLƏNİLMİŞİN HAQQI

"Dilənçinin boynunda, sual etdiyi şəxsin haqqı odur ki, əgər bir şey verərsə, təşəkkür və qədirdanlıqla ondan qəbul olunsun. Əgərverməsə, xoşluqla onun üzürlü bilsin və onun barəsində yaxşı nəzərdə olsun. Bil ki, əgər bir şey vermədisə, zalim də olsa, öz haqqından vermədi və heç bir məzəmmət yeri yoxdur. Çünki, insan sitəmkar və haqqı gizlədəndir." ndə iş görmüsən.na dəlilin yoxdursa, ola bilsin bu şeytanın sənə olan tələsidir və bunun

İmam Səccad (əleyhissalam), "dilənçi və dilənilmişin haqqı" barəsindəki sözünün qısası budur ki, imkan olan həddə insan dilənçini boş qaytarmasın və onun fəqirliyinin aradan getməsindən ötrü dua etsin. Dilənçinin sözlərində şəkk edərsə öz şəkkinə fikir verməyib, binanı qoysun ki, Şeytan onu İlahi feyzə çatmasından məhrum etməkdən ötrü vəsvəsə edir. Əgər dilənçiyə bir şey verməyə imkanı yoxdursa, ehtiram və alicənablıqla onu yola salsın. Sual olunmuşun haqqının xülasəsi budur ki, əgər bir şey bağışlayarsa, ona təşəkkür edib qədirdanlıq göstərsin. Əgər bir şey verə bilmsədə onu ittiham edib məzəmmət etməsin.Çünki, insan öz malını çox sevir.

YERLİ VƏ YERSİZ SUALLAR

İslam nəzərində ümumi olaraq, öyrənməkdən ötrü olan suallar bəyənilmişdir. Bəlkədə, bu işə əmr olunmuşdur. Qur`an bu barədə buyurur:

Əgər bilməsəniz, zikr əhlindən (mə`sum İmamlardan (əleyhissalam)) soruşun! [344]

Sual, alim olmaqdan ötrü bir yoldur. Lakin, İmam Səccad (əleyhissalam)-ın bu bəhsindəki "sual edən və sual olunmuş”-lar və onların hüquqlrından məqsəd, mütləq soruşanlar deyildir. Bəlkədə, insanın pula olan sualı və ya fəqir və miskinlərin suallarıdır. Görəsən belə dilənçiliyin əsli İslamda bəyənilmişdir ya yox? Bir şey şübhəsizdir ki, İslam dinin nəzəri bu mövzuda mənfidir və belə sual və ya dilənçilik haramdır. Yalnız, xüsusi zəruruət halında, fəqir öz canını xətərdə görərsə, bu vaxt canını qorumaqdan ötrü başqasından bir şey istəyə bilər. Bu vaxt hər kimdən bir şey istənilsə, dərhal müsbət cavab verməlidir. Qur`an, "Məaric" surəsində buyurur:

"O kəslər ki onların mallarında müəyyən bir haqq (pay) vardır. Dilənən və (hər şeydən) məhrum olan (lakin abırına qısılıb dilənməyən) kimsə üçün. “[345]

Beləliklə, dilənçini boş qaytarmaq lazım deyildir. “Zuha"surəsində buyurur: "Dilənçini də qapından qovma!“[346]

Ayədə məqsəd, xums, zəkat və sair vacib hüquqlardan, yaxud qeyri-vaciblərdən söhbət olması barəsində müfəssirlər arasında müxtəlif nəzəriyələr var. Bə`ziləri mö`təqiddirlər ki, ayədə məqsəd, qeyri-vacib olanlardır və vacib şər`i vergilərə aid deyil. Çünki, vacib şər`i hüquq, hamının malında vardır. İstər pərhizkar, istərsədə qeyri-pərhizkar olsun. Əgər belə mə`na olunsa, ayəninin mə`nası budur: Namaz qılanlar özlərinə vacib bilsinlər ki, öz mallarından Allah yolunda fəqir-füqəraya versinlər.

İkinci ayədə, "qovmaq" sözü,dilənçi ilə qaba şəkildə rəftara aiddir. Ayədəki dilənçidən məqsəd, kimin olması barəsində təfsirçilər arasında müxtəlif nəzərlər var: Əvvəl: Elmi və e`tiqadi sahədə bir şey bilmək istəyənləri qovma. İkinci: Maddi cəhətdən fəqirlikdə olub qapına gələnləri qovma. Üçüncü: Hər iki mə`na nəzərdə tutula bilər.[347]

DİLƏNÇİLİYİN RƏVAYƏTLƏRDƏ MƏZƏMMƏT OLUNMASI

Mə`sum İmamların (əleyhimussalam) rəvayətlərində əhali arasında xalqa əl uzadıb dilənmək şiddətlə məzəmmət olunmuşdur. Çünki, əhalidən dilənmək, Allaha e`timadsızlıq və dilənənin camaat içində zillətə düşməsinə səbəb olur. Başqa tərəfdən, mö`minin izzəti var və dilənməklə öz izzət və şəxsiyyətinə zərbə vurur.İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) rəvayələrin birində buyurur:

"Allah-taala bir şey var ki, onu Özü üçün sevir ancaq, bəndəsi üçün bəyənmir. Bəndənin kiməsə əl açmağını bəyənmir və Allahın qəzəbinə səbəb olur. Lakin, çox sevir ki, bəndəsi Ondan bir şey istəsin. Allah yanında Ondan bir şey istənilməsindən sevimli bir şey yoxdur. Bəs sizlərdən heç biriniz hətta, ayaqqabı bağı da olsa, Allahdan bir şey istəməkdə həya etməyin! "[348]

Mə`lum olduğu kimi hədisdə bəndənin başqasından bir şey istəməsindən məqsəd, dilənməklə əhalinin malından bir şey istəməsidir. Aydındır ki. hər kim camaatdan dilənsə, Allaha olan e`timadını əldən vermişdir. İndi ki, ən yaxşı şeylər Allahın yanındadır, bəs hər şeyi Allahdan istəyək!

Başqa rəvayətdə yenədə İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql olunur, buyurur:

“Əhali arasında dilənməkdən çəkinin! Çünki, dilənmək, dünyada zillət və fəqirliyə, Qiyamətdə isə uzun müddətli hesaba səbəb olur."[349]

Başqa bir rəvayətdə İmam Sadiq (əleyhissalam)-dan oxuyuruq, buyurur:

"Allah rəhmət eləsin o bəndəyə ki, iffətli olub dilənməkdən çəkinir. Çünki, əhalidən dilənmək dövlətli olmağa yox, dünyada zillətliyə səbəb olur."[350]

İNSANIN HÖRMƏTİNİ HİFZ ETMƏK

Əmirəl-mö`inin Əli (əleyhissalam)-ın İmam Həsən (əleyhissalam)-a etdiyi sifariş və vəsiyyətlərdən biri də insanın kəramət və ehtiramının qorunması, dilənməyin isə insanın şəxsiyyətinin məhv olmasının səbəbi kimi tanıtdırır, buyurur:

"Oğlum! Səni məqsdinə çatdırsa da, öz nəfsini hər cür zillət və qiymətsiz şeylərlə bulaşdırma. Çünki, bu yolda əldən verdiyin abır-həyanı və şəxsiyətini heç vaxt təzədən ələ gətirə bilməzsən. Başqasının da köləsi olma ki, Allah səni azad yaratmışdır. “



Geri   İrəli
Go to TOP