A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (2)
Müəllif: Qüdrətullah Məşayixi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Bəhsimiz, məşvərət və müşavirədən getdiyinə görə bəhsin sonunda İslamın zühurunun əvvəllərində altı nəfərdən ibarət xəlifə seçmək səlahiyyətinə malik olan şuraya işarə edirik.

İSLAMIN ZÜHURUNUN ƏVVƏLLƏRİNDƏ ALTI NƏFƏRLİK ŞURA

Əhli-təsənni alimlərinin və təfsirçilərinin bir dəstəsi keçən bəhsimizdə şahid kimi qeyd etdiyimiz, “Ali-İmran" surəsinin 159-cu ayəsini bu "altı nəfərlik şuraya" işarə kimi şərh edirlər.[288]

Burda işarə etmək yerinə düşərdi ki, bu mətləb həqiqətdən çox uzaqdır və aşağıdakı dəlillərə əsasənheç də məntiqi deyildir:

Əvvəla: Peyğəmbərin (səlləllahu əleyhi və alehi və səlləm)canişini və İmamın seçilməsi yalnız, Allah-taala tərəfindəndir. Necə ki, e`tiqadi kitablarda subuta yetirmişdik. Çünki, İmam da peyğəmbər kimi rəhbərliyə layiq sifətlərə o cümlədən, ismət, kamil elm və sairə malik olmalıdır. Onun da tanınması yalnız, Allahın əlindədir. Peyğəmbəri məşvərətlə seçə edə bilmədiyimiz kimi İmamı da məşvərətlə seçə bilmərik.

İkinci: Altı nəfərdən ibarət şura, heç vaxt məşvərət qanunlarına uyğun olmamışdır. Çünki, əgər məqsəd, bütün müsəlmanlarla məşvərət idisə, bəs altı nəfərin nə mə`nası var? Əgər məqsəd, müsəlman ümmətinin mütəfəkkirləri ilə məşvərət etmək idisə, ümmətin mütəfəkkirləri yalnız, bu altı nəfər deyildi. Bəlkədə,İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) nüfuzlu məşvərətçilərindən sayılan Salman, Əbuzər, Miqdad və İbni Abbas kimi şəxsiyyətlər və hədis söyləyənlər bu şuraya buraxılmamışdılar. Beləlikə, müşavirləri yalnız, o altı nəfərə münhəsir etmək olmaz. Onlar yalnız, kiçik bir məşvərət heyə`ti idilər.

Əgər məqsəd, güclü nüfuz sahiblərinin nəzərləinin toplanması və bu da başqaları tərəfindən qəbul olunması sayılırdısa,yenə də düzgün deyildi. Çünki, Ənsar tayfasının müləq başçısı, "Sə`d ibni İbadə" və "Bəni Ğəffar" tayfasının başçısı, Əbuzər kimi nüfuzlu şəxsiyyətlər bu şurada yox idilər.

Üçüncü: Bildiyimiz kimi bu müşavirənin çətin və təhlükəli şəraiti var idi. Müxaliflər ölümlə qorxudulmuşdular. Halbuki, İslam dininin məşvərət hökmündə belə bir hökm ola bilməz və yoxdur.[289]

40. MÜŞAVİRİN HAQQI

وَأمّا حَقُّ المُشِيرِ عَلَيْكَ فَلا تتَّهِمْهُ فِيمَا لا يُوافِقُكَ عَلَيهِ مِنْ رَأْيِهِ إذا أَشَارَ عَلَيْكَ فَإنَّمَا هِيَ الآرَاءُ وَتصَرُّفُ النَّاسِ فِيهَا وَاختِلافُهُمْ. فَكُنْ عَلَيهِ فِي رَأيِهِ بالخِيَارِ إذا اتَّهمْتَ رَأْيَهُ، فَأَمّا تُهْمتُهُ فَلا تَجُوزُ لَكَ إذَا كَانَ عِنْدكَ مِمَّنْ يَسْتَحِقُّ الْمُشَاوَرَةَ. وَلا تَدَعْ شُكْرَهُ عَلَى مَا بَدَا لَكَ مِن إشْخاصِ رَأْيِهِ وَحُسْنِ وَجْهِ مَشُورَتِهِ، فَإذا وَافَقَكَ حَمِدتَ اللَّهَ وَقَبلْتَ ذلِكَ مِن أَخِيكَ بالشُّكْرِ والإرْصَادِ بالْمُكَافَأَةِ فِي مِثلِهَا إنْ فَزِعَ إلَيْكَ.وَلا قُوَّةَ إلا باللهِ.

"Sənin müşavirininvə öz nəzərlərini sənin ixtiyarında qoyanın haqqı budur ki, sənin nəzərinlə düz gəlməyən nəzəriyyəyə işarə etdiyinəgörə onu müttəhim sayma. Çünki, nəzəriyyə mərhələsində insanlar müxtəlif olub, nəzəriyyələri fərqlidir. Əgər məşvərət etdiyin şəxsin nəzəriyyəsinə qarşı bədbinsənsə, onu qəbul etməkdə azadsan. Sənin yanında məşvərət almağa layiq görülən halda, onu müttəhim etmək yaxşı deyil. Əgər öz məsləhətində sənə yaxşı çıxış yolu göstərərsə, ona təşəkkür etməyi unutma. Allaha da bu ne`mətə görə həmd və səna et. Elə bir halda ol ki, əgər bir gün səninlə məşvərət etsə, ona yaxşı mükafat verə biləsən.Allahdan başqa heç bir güc-qüvvət yoxdur! ”

İmam Səccad (əleyhissalam)-ın müşavirin haqqı barəsinə sözünün qısası budur ki, əgər onun məşvərət nəzəriyyəsi sənin nəzərinlə müvafiq deyilsə, onu bu işdə müttəhim sayma. Əgər istədiyin mövzuda nəzəriyyəsi sənin nəzəriyyənlə düz gəlsə, bu ne`mətə görə Allaha şükür və müşavirinmüvafiq nəzəriyyəsindən təşəkkür et!

MÜŞAVİRƏDƏ ƏMANƏT VƏ SƏDAQƏT

Keçən bəhsimizdə izah olundu ki, kimlərlə məsləhətləşmək olar. Rəvayətlərdən yaxşı müşavirin xüsusiyyətlərini qeyd etdik. Bu mövzuda bir neçə rəvayəti nəzərdən keçirək. İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur: "Bir nəfər, əmirəl-mö`minin Əli(əleyhissalam)-ın hüzuruna gəlir və ərz edir: Gəlmişəm ki, sizinlə İmam Həsən, İmam Hüseyn, Abdullah və Cə`fərin evlənmələri barəsində məşvərət edəm. Həzrət buyurdu: Hər kim məşvərət etməyə layiq görünürsə, əmindir və əslində ayrıd etdiyini bəyan edir. Bu vaxt məsələ barəsində öz nəzərini bildirir. "[290]

Başqa rəvayətdə yenə də İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:

“Hər kim din qardaşı ilə məşvərətə gəlsə və müşavir həqiqətdə, anladığını ona deməsə, Allah-taala onun məşvərət qüvvəsini ondan alar.”[291]

Bu iki rəvayətdə, iki mühüm mətləb bəyan olur. Birinci rəvayət deyir: Hər kim məşvərət olunmağa layiq görülürsə, əmindir. Əmin şəxs isə heç vaxt xəyanət etməz. Bəs məşvərət edən, məsləhət verənə qarşı töhmət vurmamalı və ona qarşı bədgüman olmalı deyildir. Necə ki, İmam Səccad (əleyhissalam) onu bir haqq kimi ünvanlamışdır. İkinci rəvayətdə bəyan olunur: Müşavir, Allahla özü arasında nə qənaətə gəlirsə, onu bəyan etməlidir. Əgər səhlənkarlıq etsə, Allaah-taala onun məsləhət qüvvəsini ondan alar. Çünki, məşvərət ne`məti müqabilində şükr etməmiş olur.

MƏŞVƏRƏT VƏ ƏLALTINDAKILARDAN MƏSLƏHƏT ALMAQ

Məşvərət mövzusunun cəlbedici cəhətlərindən biri budur ki, insan özündən aşağı şəxslərlə də məsləhətləşə bilər. Lazım deyil ki, müşavir yüksək səviyyəli və ya böyük şəxs olsun. Həmin mövzuda, Fuzeyl ibni Yəsar İmam Sadiq (əleyhissalam)-dan nəql edir, buyurur:

“İmam Sadiq (əleyhissalam) bir mövzu barəsində mənimlə məşvərət etdi. Ondan soruşdum ki, mənim kimi bir nəfərin məsləhəti, sizin kimi bir şəxsiyyətin dərdinə dəyirmi?Həzrət buyurdu: Bəli! Hər vaxt səndən məsləhət istəsəm, istifadə edirəm.”[292]

Üçüncü rəvayətiHəsən ibni Cəhim nəql edir: "İmam Rza (əleyhissalam)-ın hüzurunda idik. Birdən atasından yad edib buyurdu: O həzrətin ağlı o həddə idi ki, zəmanəsində heç kimin ağlı ona çata bilməzdi. Lakin, bə`zən qara dərili kölələrlə məsləhətləşirdi. Həzrətə dedilər: Məgər qara dərili kölə ilə məşvərət edirsiniz? Həzrət buyurur: Çox ola bilsin ki, Allah-taala həqiqəti onun dili ilə bəyan etsin. İmam, bağ və bostan işlərində çox vaxt qulamı ilə məsləhətləşirdi.”[293]

HƏZRƏT ƏLİ (ƏLEYHİSSALAM), MÜŞAVİR BARƏSİNDƏ

Seyyid Rəzi "Nəhcül-Bəlağədə "nəql edir ki, əmirəl-mö`minin Əli (əleyhissalam), Abdullah ibni Abbas onunla məsləhətləşdikdən sonra məşvərət olunan məsələ barəsindəonun nəzəri ilə razılaşmadıqda buyurur:

“Sənə vacibdir ki, mənimlə məşvərətləşəsən. Əgər mənim nəzərim səninkilə düz gəlməsə, mənə tabe olmalısan! "[294]

Əli ibni Məhziyarın da İmam Baqir (əleyhissalam)-dan nəql etdiyi cümlələr də,İmam Səccad (əleyhissalam)-ın sözləri ilə uyğundur, buyurur:

“İmam Baqir (əleyhissalam) mənə məktub yazır ki, bir nəfərlə məşvərət edim və hər nəyi səlah bilirəmsə onu seçim. Çünki, məşvərət olunan şəxs öz şəhərinin mühiti və vəziyyəti ilə daha yaxından tanışdır. Hökumətlə necə rəftar etməymi daha yaxşı bilir. Məşvrət mübarək işdir. Allah-taala, Qur`anda Peyğəmbərə buyurur: “İşlərində əhali ilə məşvərət et. Nəticə aldıqdan sonra isə Allaha təvəkkül et!” Əgər müşavirin dediyi düzgün olsa, mən onun dediyi düzgün məsləhətdən istifadə edərəm. Əgər doğru olmasa, ümüdvarəm ki, Allahın istəyi ilə onu doğru yoldə qərar verəm. İşində onunla məsləhətləş. Yə`ni, onlardan xeyir-dua tələb et! “[295]

Əmirəl-mö`minin Əli(əleyhissalam) buyurur: "İnsana həmişə məşvərət kimi arxa lazımdır.”[296]

41. NƏSİHƏT İSTƏYƏNİN HAQQI

وَأمّا حَقُّ المُسْتَنصِحِ فَإنَّ حَقَّهُ أَنْ تُؤَدِّيَ إلَيهِ النَّصِيحَةَ عَلَى الحَقِّ الَّذِي تَرَى لَهُ أنّهُ يحْمِلُ وَتخرُجَ المَخرَجَ الَّذِي يَلينُ عَلَى مَسَامِعِهِ، وتُكَلِّمَهُ مِنَ الْكَلامِ بمَا يُطِيقُهُ عَقلُهُ، فَإنَّ لِكُلِّ عَقْلٍ طَبقَةً مِنَ الْكَلامِ يَعْرِفُهُ ويَجْتَنِبُهُ، وَلْيَكُنْ مَذهَبَكَ الرَّحْمَةَ. ولا قُوَّةَ إلا باللهِ.

Səndən nəsihət istəyənin sənin boynunda haqqı odur ki, dözümü olan miqdarda ona nəsihət ver. Elə yolla sözə başla ki, qulağına xoş gəlsin və onun ağılı miqdarında onunla danış. Çünki, hər bir ağılın sözü başa düşüb dərk etməsindən ötrü müəyyən dərəcədə danışmaq lazımdır. Məsləhət verməkdə mehribançılıq yolunu tutmalısan! “

İmam Səccad (əleyhissalam)-ın nəsihət istəyənin haqqı barəsinə sözünün qısası budur ki, ona qabiliyyəti olan qədər nəsihət et və onunla elə danış ki, qəbul olunası olsun. Bu işdə çox mehribançılıq göstər.

"Nəsh" sözü ərəbcə lüğətdə, xalis olmaq və xalis etməyə deyilir. Ərəbcə: “Nəsəhu əsəl" cümləsi, balı saflaşdırıb xalis etməyə deyilir. "Nihayə" kitabında yazır: "Nəsh" lüğətdə, saf mə`nasındadır. "Nush" sözü isə ixlas mə`nasındadır. "Əqrəbul-Məvarid" kitabında müəllif yazır: "Nəsəhəhu, nəshən və nusuhən”, yə`ni, ona nəsihət verdi və onu saflaşdırdı.[297]

İslam əxlaq məktəbində ən mühüm və dəyərli mövzulardan biri də insanların bir-birinə qarşı nəsihət verməsi və xeyirxah olmalarıdır. Qur`ani-Kərim İlahi peyğəmbərləri cəmiyyətin nəsihət verənləri kimi tanıtdırır. Nümunə üçün aşağıdakı ayələrə diqqət yetirək.

PEYĞƏMBƏRLƏR, CƏMİYYƏTİN NƏSİHƏT VERƏNLƏRİ

Həzrət Nuh (əleyhissalam) öz tayfasına belə buyurur: "Mən sizə Rəbbimin əmirlərini təbliğ edir və öyüd-nəsihət verirəm. Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!"[298]

Saleh peyğəmbər barəsində Qur`an buyurur: "Saleh onlardan üz döndərib belə dedi: Ey camaatım! Mən sizə Rəbbimin əmrini təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz nəsihət verənləri sevmirsiniz! “[299]

Həzrət Şüeyb peyğəmbər barəsində Qur`an buyurur:"Şüeyb onlardan üz döndərib belə dedi: Ey camaatım! Mən sizə Rəbbimin əmrini təbliğ etdim və sizə öyüd-nəsihət verdim. İndi kafir bir tayfadan ötrü necə yas tutum?"[300]

Bütün peyğəmbərlərin hədəfi, insanlara öyüd-nəsihət verib onları düzgün yola yönəltmək olub. Hər bir insan, xeyirxah və nəsihətçi insanı açıq ürəkliyi ilə qəbul edir. Lakin, pak tövhid fitrətini əldən verib, peyğəmbərlərin nəsihətlərinə qulaq asmayan insanları tezliklə şiddətli əzab tutar.Maraqlıdır ki, Şeytanda insanı nəsihət yolu olə aldadıb yoldan çıxarır. Ə`raf surəsində Şeytan barəsində oxuyuruq:

"(Şeytan) həm də onlara (Adəm və Həvvaya): "Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm"– deyə and içdi."[301]

Burdan aydın olur ki, bə`zən düşmən, xeyirxah adı ilə insanı yoldan azdıra bilər. Necə ki, Adəm və Həvva barəsində bu işi görmüşdü.

Gördüyümüz kimi Qur`anda peyğəmbərlər nəsihət verən və xeyirxah kimi tanıtdırılmışdır. İmamlardan (əleyhimussalam) da belə rəvayətlər var ki, mö`minlər bir-birinə qarşı nəsihətçi və xeyirxah olmalıdırlar.

MÖ`MİNLƏR BİR-BİRİNİN NƏSİHƏT VERƏNLƏRİDİR

İmam Sadiq (əleyhissalam) buyurur: "Mö`minin başqa mö`mini nəsihət etməsi vacibdir.”[302]

Mərhum əlləmə Məclisi, özünün "Mira`tul-Uqul" kitabında yazır: Rəvayətdə nəsihətdən məqsəd, mö`minə din, dünya, tə`lim-tərbiyət və qafil şəxsləritanıtdırmaqla ona yol göstərməkdir. Zərəri ondan dəf edib, onun xeyirinə çalışmalıdır. Əgər qəbul etməsə, “əmr be mə`ruf və nəhy əz münkər" cəhətindən öz xeyirxahlığını ona bildirsin.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "Özünün nəsihətçi olduğu kimi sizlərdən hər biriniz digərinizə nəsihət etməlidir.”[303]

Bu rəvayət nəsihətin bütün cəhətlərinə görə hamıya aiddir.

NƏSİHƏTÇİLƏR ƏN YAXŞI İNSANLARDIR

İmam Sadiq (əleyhissalam), İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir, buyurur: “Qiyamət günü, Allah dərgahında ən böyük mənzilət və məqamı olan şəxslər onlardır ki, yer üzündə Allah bəndələrinə ən çox nəsihət ediblər! “[304]

Bu hədisdə “məşvərət”-dən məqsəd, ola bilsin, insanların hidayətindən ötrü həqiqi addım atanlar olsun. Yaxud, ola bilsin, cəmiyyətin işlərinə ən çox əhəmiyyət verənlərdir.

İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur: "Allah bəndələrinə nəsihət etmək sizə lazımdır. Nəsihətdən üstün bir əməl görmədim! “[305]

Bu rəvayətlərdə ən çox qeyd olunan məsələ, nəsihətin hədəfidir. O dabudur ki, qeyd olunan dəyər və savablar o zaman insana çatır ki, Allaha görə xalisanə nəsihət verilsin. Lakin, əgər nəsihətdən hədəf, Şeytani fikirlər, o cümlədən, özünü göstərmək və ya maddi hədəflərə görə olsa, insana məhrumiyyətdən başqa bir şey qalmaz.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Məkkədə, Mina çölündəki xütbəsində bu mövzuya işarə edərək buyurur:

"Üç şey var ki, heç bir müsəlmanın qəlbi onda xəyanət etməməlidir. Əvvəl: Allaha görə xalis əməldə. İkinci: Müsəlmanların hakimlərini nəsihət etməkdə. Üçüncü: Camaat namazında yaxud, müsəlmanların toplantısında iştirak etməkdə.”[306]

Bu hədisdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) əməlin cəhətini Allaha görə qərara alır. Nəsihət, təkcə cəmiyyətin adi üzvləri üçün deyil, bəlkədə, cəmiyyətin hakimləri və rəhbərlərinə də aiddir. Bu barədə keçən bəhslərdə danışmışdıq.

NƏSİHƏTİN YOLU

Keçən bəhslərdə, rəvayətlərdən mə`lum oldu ki, nəsihətin qarşı tərəfdə əsər qoymasından ötrü Allaha görə nəsihət etmək lazımdır. Həmçinin, nəsihət, qarşı tərəfin qəbul etməsi ölçüsündə olmalıdır. Hamıya istədiyimiz qədər nəsihət verə bilmərik. Bəlkədə, nəsihətin yolunu, ölçüsünü və həddini bilib, hansı sözün nəsihət olduğunu və qarşı tərəfə necə çatdırmağı dərk etməliyik.

İmam Səccad (əleyhissalam) buyurur: "Heç də icazə yoxdur ki, istədiyini deyəsən.Çünki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Allah rəhəmət eləsin o kəsə ki, yaxşı söz danışa və fayda götürə. Yaxud, sakit olsun və sağlam qalsın! "[307]

Əmirəl-mö`minin Əli (əleyhissalam) buyurur:"Yolunu danışa bilmədiyiniz və həqiqətindən agah olmadğınız sözü danışmaqdan çəkinin! Çünki, dediyin söz, ağlının dərəcəsinə dəlalət edir və dediyin ifadə mə`rifət və agahlığından xəbər verir.“[308]

Nəsihət etməyin yollarından biri də odur ki, eşidən nəsihətdən yorulmasın. Əksinə,yüksək meyllə qulaq assın. Əmirəl-mö`minin Əli (əleyhissalam) buyurur: "Ən yaxşı söz odur ki, eşidənlər ondan meyilsiz olmayıb, ağılları çətinliyə salmasın.”[309]

Həmin mövzunu İmam Səccad (əleyhissalam), nəsihət istəyənin bir haqqı ünvanı ilə bəyan edərək buyurur: Nəsihətin onun qulağında aram və yumuşaq eşidilsin. Elə söz danışılsın ki, ağıl və dərkin qəbul etməyə qüdrəti olsun. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Biz peyğəmbərlərin mə`muriyyəti var ki, insanlarla öz ağılları səviyyəsində söhbət edək!

İmam Səccad (əleyhissalam) buyurur: Nəsihətdə qorxutmaq və vəhşətdən yox, mehribançılıq və mərhəmət yolundan istifadə etmək lazımdır.Çünki, belə nəsihətin heç bir tə`siri yoxdur. Tə`siri olmayan nəsihətin isə faydası yoxdur.

Bu bəhsin sonunda xəlifə Mənsur Dəvaniqinin İmam Sadiq (əleyhissalam)-dan istəyinə işarə edirik.

XƏLİFƏ MƏNSURUN İMAM SADİQ (ƏLEYHİSSALAM)-DAN NƏSİHƏT İSTƏMƏSİ

Mənsur Dəvaniqi, İmam Sadiq (əleyhissalam)-ı saraya çəkməklə, özünün haqq olmasını camaata nişan verməkdən ötrü həzrətə xəbər göndərir. Xəbərdə yazır: "Nəyə görə camaat kimi bizim sarayımıza gəlib-getmirsiniz?“. Mənsur elə fikirləşir ki, İmam Sadiq (əleyhissalam) onun bu məharətinə görə hesab açacaq. Ancaq, İmam (əleyhissalam) cavabında buyurur:

Ey Mənsur! Bizim dünyada bir şeyimiz yoxdur ki, ona görə sizdən qorxaq və sənin yanında axirətlik də bir şey yoxdur ki, ona ümidvar olaq! Beləliklə, mənim sənin yanına gəlməyimin nə mə`nası? "

Bu söz, Mənsura çox ağır gəlir və ona görə də sözünü dəyişib belə yazır: “Siz bizim sarayımıza gəlib bizə nəsihət edin. Biz də sizin nəsihətinizdən bəhrələnək! “İmam (əleyhissalam) cavabında yazır:

Ey Mənsur!Hər kim dünya ne`mətlərinə yetişmək istəyərsə, səni nəsihət etməz. Çünki, aydındır ki, nəsihətin bir miqdarı dünyanın vəfasızlığı və qiymətsizliyi barəsindədir. Dünyanı istəyən nəsihətçi bu işi görməz. Çünki, onun hədəfi dünyadır. Ancaq, axirət tələbində olan şəxs də səninlə yoldaş və həmsöhbət olmayacaq.“[310]

Bu da mə`lumdur ki, Mənsur kimi şəxslərlə oturub-durmaq, əsl hədəfin əksinədir. Ağıllı insan isə hədəfinin əksinə hərəkət etməz!

42. NƏSİHƏT VERƏNİN HAQQI

وَأمّا حَقُّ النَّاصِحِ فَأَنْ تُلِينَ لَهُ جَنَاحَكَ ثُمَّ تشرأب لَهُ قَلبَكَ وَتفْتَحَ لَهُ سَمْعَكَ حتَّى تَفْهَمَ عَنهُ نصِيحَتَهُ، ثُمَّ تنْظُرَ فِيهَا، فَإنْ كَانَ وُفّقَِ فِيهَا لِلصَّوَاب حَمِدْتَ اللَّهَ عَلَى ذَلِكَ وَقَبلْتَ مِنْهُ وَعَرَفْتَ لَهُ نَصِيحَتَهُ، وَإنْ لَمْ يَكُنْ وُفّقَِ لَهَا فِيهَا رَحِمْتَهُ وَلَمْ تتَّهِمَهُ وَعَلِمْتَ أَنَّهُ لَمْ يألُكَ نُصْحًا إلا أنَّهُ أَخطَأَ إلا أَنْ يَكُونَ عِنْدَكَ مُسْتَحِقًّا لِلتُّهْمَةِ فلا تَعْبَأ بشيء مِنْ أَمْرِهِ عَلَى كُلِّ حَالٍ. ولا قُوَّةَ إلا باللهِ.

Nəsihət verənin haqqı sənin boynunda budur ki, ona qarşı təvazökar olasan. Ona ürək bağlayıb, qulaq as ki, söylədiyini anlayasan. Sonra onun dediklərində fikirləş. Əgər düz nəsihət edibsə, buna görə Allaha həmd və səna et, ondan qəbul et və nəsihətinin qədrini bil. Əgər düzgün nəsihət verməmişsə, onunla mehriban ol və onu müttəhim etmə. Bilki, xətadan başqa, sənin üçün xeyirxahlıqda heç bir səhlənkarlıq etməmişdir.Yox əgər sənin nəzərində töhmətə layiq olsa, hansı halda olursa, heç bir sözünə e`timad etmə. Allahdan başqa heç bir güc-qüvvət yoxdur! ”

İmam Səccad (əleyhissalam)-ın nəsihət verənin haqqı barəsinə sözünün qısası budur ki, insan, özünün nəsihət verəninin müqabilində təvazökarcasına onun sözlərinə qulaq asmalı və sözlərində diqqətlə fikirləşməlidir. Əgər düzgün nəsihət vermişsə, buna görə Allaha şükr etməli və nəsihət verənin qədrini bilməlidir. Əgər düzgün nəsihət verməmişsə, tələsik ittiham etməsin və bilsin ki, o, xeyirxahlıqdan başqa bir şey istəmirdi. Yalnız, sözlərində səhvə yol verib və onun sözlərinə əməl etməsin.

Keçən bəhslərdə, nəsihəti qəbul edənin haqqı barəsində İmam Səccad (əleyhissalam)-ın söylədiklərinə uyğun olan ayə və rəvayətləri zikr etdik. İndi də Əli (əleyhissalam)-ın "Ğürərül-Hikəm" kitabında nəsihət verənin haqqı barəsində söylədiklərinə işarə edək. Həzrət buyurur: “Sənin yanında ən istəkli, o şəxs olmalıdır ki, sənə mehribançılıq və ürək yanğısı ilə nəsihət verir.“[311]Yenədə buyurur:

Hər kim nəsihət verənin nəsihətindən üz döndərsə, qiyamətdə atəşdə yandırılar!“[312]

Əmirəl-mö`minin Əli (əleyhissalam) bə`zi xütbələrindəbuyurur:

Mehriban, ürəkyandıran və təcrübəli nəsihət verənin müqabilində günah edib nəsihətinə əməl etməmək, insanın peşimançılığına səbəb olar. "[313] Həzrət yenə də buyurur:

"Sizə nəsihət hədiyyə edəndən nəsihətini qəbul edib, onu hifz edin və yadınızda saxlayın. Hər vaxt ehtiyac olsa, istifadə edin. “[314]Başqa yerdə buyurur:

“Sənə qarşı insanların ən mehribanı o kəsdir ki, sənə özünü islah etməkdə kömək edib, dinində nəsihət verir. Beləliklə, belə şəxs sənə köməkçi və insanlərın sənə ən çox nəsihət verənidir. “[315]Həzrət yenədə buyurur:

"İnsanın ən böyük macal və tofiqlərindən biri budur ki, mehriban nəsihət verənlərə qulaq asır və onları əməl etməkdən ötrü xatirində saxlayır. “[316]Başqa yerdə buyurur:

"Sənin nəsihət verənin, sənə qarşı mehribandır. Sənə yaxşılıq edəndir. O, öz nəzərində həyatın sonunu görür. İtaətdə sənin təqsirlərini biləndir. Onda tabe olmaqın, kamal və səadətinə, müxalifət etməyin isə özünün fəsadə düşməyinə səbəb olar! “[317]

Əmirəl-mö`minin Əli (əleyhissalam) sözlərinin sonunda nəsihət edənə buyurur:

"Ona gizlində nəsihət ver. Əhalinin içində yox. Camaatın içində aşkarda nəsihət etmək, qəlbinin sınmasına səbəb olar! “[318]

43. BÖYÜKLƏRİN HAQQI

وَأمّا حَقُّ الكبيرِ فَإنَّ حَقَّهُ تَوقِيرُ سِنِّهِ وَإجْلالِ إسْلامِهِ إذَا كَانَ مِنْ أَهْلِ الْفَضلِ فِي الإسْلامِ بتَقْدِيمِهِ فِيهِ وتَرْكِ مُقَابَلَتِهِ عِنْدَ الْخِصَامِ ولا تَسْبقْهُ إلَى طَرِيقٍ، ولا تَؤُمَّهُ فِي طرِيقٍ ولا تَسْتَجْهِلْهُ. وَإنْ جَهِلَ عَلَيْكَ تحَمَّلْتَ وَأَكْرَمتَهُ بحَقِّ إسْلامِهِ مَعَ سِنِّهِ فَإنّمَا حَقُّ السِّنِّ بقَدْرِ الإسْلامِ. ولا قُوَّةَ إلا باللهِ.

"Yaşlının (səndən böyükün) haqqı budur ki, ona yaşına görə hörmət elə və əgər İslamda fəzilət sahibi sayılırsa, dinini böyk hesab et. Belə ki, onu müqəddəm bil və onunla üzbə-üz düşmənçilikdən çəkin. Ondan qabaqda yol getmə. Yol gedərkən arxadan gəlib onu ötmə və onunla nadanlıq etmə. Əgər səninlə nadanlıq etsə, döz! Yaş və İslama xatir ona ehtiram göstər. Çünki, yaş böyüklüyü İslama bərabərdir. (yə`ni, uzun müddət ərzində İslama xidmət etdiyinə görə möhtərəm olur) Allahdan başqa heç bir güc-qüvvət yoxdur! ”

"Kibər” ərəbcə yaşın böyüklüyü və ehtiramın çoxluğuna deyilir. Qur`anda buyurur:

"Zəkəriyya: Ey Rəbbim! Üzərimə qocalıq çökdüyü və zövcəm doğmayan olduğu halda, mənim necə oğlum ola bilər?"[319] Ayədə qocalıqdan məqsəd, yaşlı olmaqdır. Başqa surədə buyurur:

"(Onlar gedən kimi) İbrahim bütləri parça-parça edib yalnız aralarındakı böyük bütü saxladı.[320]

Ayədəböyükdən məqsəd, cüssə və heykəl cəhətdəndir. Həmçinin, bu söz, rəhbər və hakim mə`nasında da gəlmişdir. Qur`anda buyurur:

"Firon dedi: Çünki o, həqiqətdə sizə sehr öyrədən böyüyünüzdür."[321]

İmam Səccad (əleyhissalam)-ın yaşlıların barəsinə sözünün qısası budur ki, qocalara, yaşlarına, qocalıqlarına və müsəlman olmalarına görə ehtiram olunmalıdır. Həmçinin, onlarla kobud rəftar olunması da pislənmişdər. Qur`ani-Kərim, insanın bu dövrü barəsində nə buyurur?

İNSANIN HƏYATININ ƏVVƏLİ VƏ SONU ƏZİYYƏTLƏDİR

İnsanın həyatı zəif uşaqlıq dövranı ilə başlayıb, əldən düşmüş qocalıq günləri ilə sona yetir. Yə`ni, insanın həyatının əvvəli və sonu zəiflik və qüdrətsizliklədir. Bu fərqlə ki, uşaqlar inkişaf yolunu keçib,qüdrət və qüvvə ələ gətirməklə həyat yollarını keçirlər. Onlara keçən hər gün, cavanlıqlarına qüvvə verir. Gündən-günə qüvvətlənirlər. Ancaq, qocalar özlərinin xüsusi yollarını keçib, üzüaşağı hərəkətdədirlər. Onlara keçən hər gün, qocalıq və qüvvətsizliklərinə əlavə olur. Qur`ani-Kərim bu barədə buyurur:



Geri   İrəli
Go to TOP