A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (2)
Müəllif: Qüdrətullah Məşayixi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


"Ğill” ərəbcədən lüğətdə, bir şeyin gizli nüfuzuna deyilir. Ona görə də ağacların altından axar suya da "ğiləl" deyilir. Həsəd və düşmənçilik gizli şəkildə insanın qəlbinə nüfuz etdiyindən ona "ğill" deyrilər. Bəs "ğill"təkcə həsəd yox, bəlkə də, insanın qəlbinə gizli nüfuz edən bütün çirkin sifətlərə deyilir. Ayədən göründüyü kimi əsl müsəlmanların fikri, bir-biriləri arasında dostluq və qardaşlıq yaratmaqdır.

Əvvəlki ayədə deyilənlər, onların dünyadakı işlərinə bağlı idi. Lakin, əbdi həyat olan axirətə görə onların barəsində "Ə`raf" surəsində buyurur:

"Biz onların (cənnət əhlinin) ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq. Onların (qaldığı yerin) altından çaylar axar. Onlan (Rəbbinin bu lütfünü gördükdə) deyərlər: Bizi bura gətirib çıxaran Allaha həmd olsun! “[265]

Bəşərin ömür boyu axtardığı şirin və sədətli yaşayışı, Allah Behiştdə onlara və`də vermişdir. Ayələrdən mə`lum olur ki, İslam dini ilk növbədə insanlərı kinsiz və düşmənçiliksiz yaşayışa də`vət edir. Belə olmayan halda, onların arasında ixtilaf yaranacaq. İslamda bundan əlavə, xüsusi "barışdırma və islah etmək" göstərişi vardır.

İXTİLAFLAR ARADAN GETMƏLİDİR

"Kafi" kitabında, "İnsanlar arasında islah" ünvanı ilə rəvayətlər vardır. Öz din qardaşları arasında islah işləri aparmaq müsəlmanların vəzifəsidir. Bundan əlavə, onların arasında ibadət ünvanı ilə də islah işləri aparmalıdırlar. İmam Sadiq (əleyhissalam)bu barədə buyurur:

"Allahın ən çox sevdiyi və qəbul etdiyi sədəqə, müsəlmanlar arasında islah işi aparıb, mübahisəli vaxtı onları bir-birinə yaxınlaşdırmaqdır!"[266]

Başqa bir hədisdə İmam Sadiq (əleyhissalam)buyurur:

"Mənim üçün iki nəfərin arasında islah işi aparmaq, iki dirhəm sədəqə verməkdən üstündür."[267]

Əgər islah işi ilə müsəlmanlar arasında razılaşma olmasa, onların işi məhkəmə və qəzaya çəkiləcək. İslam dini, yaşayış mühitində ədaləti hərtərəfli bərpa etməkdən ötrü çoxlu məhkəmə göstərişləri tə`yin etmişdir. Bu yüksək dərəcəli ali və dəqiq hökmlərlə hər bir şəxs cəmiyyətdə öz hüquqi haqqına layiqincə çata bilər. Mühakimədə bir neçə şey şərt buyurulmuşdur. Əvvəla, məhkəməni aparan hakim, müsəlmanlar içində ən ədalətli şəxslərdən olub, ixtilafda olanların hər ikisinə eyni gözlə baxmalıdır.

İkinci, qazi öz qəzavətində yalnız, Allahın razılığını əsas götürməlidir. Bu bəhsimizdə, İslam dininin bir neçə qəzavət göstərişlərinə işarə edirik.

MƏHKƏMƏ QANUNLARI

Avropa ölkələrində məhkəmə barəsində atılan ən yüksək addımlar aşağıdakı üç mövzuda xülasə olunur:

1. Qazi, canilərin hansı təbəqədən olmasına baxmayaraq mühakimə etməkdə müstəqil və toxunulmazdır.

2. Qazi öz ehtiyaclarını ödəməkdən ötrü kifayət dərəcədə imkana malik olmalıdır. Bununlada, hər hansı bir sərvətli cinayətkar müqabilində, puluna gözü düşübhökmündə xəyanət etməsin.

İngiltərə dövləti bu barədə ən böyük addım atmışdır. Qazilərdən ötrü maaş tə`yin olunmamışdır. Bəlkədə, qazinin ixtiyarında məbləği yazılmamış ağ dövlət çekləri qoyulmuşdur. Qazi istədiyi və ehtiyacı olan vaxt bu çeklərə məbləği yazır və pulunu istənilən dövlət bangından ala bilər.

3. Məhkəmədə hamı qazinin nəzərində bir olub, heç kimə üstünlük verilməli deyildir.

Bu üç qanun, bu gün avropa ölkələrində əməli olan ən böyük məhkəmə qanunlarındandır. Lakin, İslam dinin məhkəmə göstərişləri bunlardan daha kamil şəkildə müsəlmanların ixtiyarında qoyulmuşdur.

QAZİNİN QÜDRƏTİ

Müqəddəs İslam dinində qazilərə o qədər ixtiyar və qüüdrət verilmişdir ki, hətta, dövlət üzvləri arasında hakim və ya onun xüsusi müavinindən başqa heç kimə o qədər qüdrət verilməmişdir. Əmirəl-mö`minin Əli(əleyhissalam) Misirə göndərdiyi Malik Əştər adlı nümayəndəsinə fərman ünvanı ilə belə yazır:

"Şəhərin qazisini əhalinin ən bilikli, layiqli və pak şəxslərindən birini tə`yin et. Öz yanında qazinin rütbə və məqamını o qədər böyük qərar ver ki, dövlət üzvlərindən, dostlardan və həmkarlardan heç birisi bu məqamı qəlblərindən dəkeçirməsinlər. Ey Malik! Qaziyə qüdrət cəhətdən verilən bu məqam ona görədir ki, əl-qolu açıq olmaqla, vəzifəsindənasılı olmayaraq, azadcasına, qorxusuz-hürküsüz bütün cinayətkarları mühakimə edə bilsin və onların barəsində qanunu icra etsin! "[268]

QAZİNİN MAL-DÖVLƏTDƏ MÜSTƏQİLLİYİ

İslam qanunları, qazinin yaşayışında ehtiyacı olduğu bütün imkaları və müstəqilliyi qərara almışdır. Bu cəhətdən, qaziyə ən böyük müstəqillik verilmişdir. Əmirəl-mö`minin Əli(əleyhissalam) həmin məktubda yazır:

"Beytül-maldan, qaziyə o qədər ver ki, insanlardan heç kimə ehtiyacı olmasın!”

Bu göstərişdə Həzrət öz nümayəndəsinə fərman verir ki, qazi üçün hüquq ayıranda diqqətli ol. Çünki, ola bilsin sənin tə`yin etdiyin maaş onun ehtiyacını ödəməsin və bu da səbəb olsun ki, fürsət tələblər ondan istifadə etsinlər.

QAZİNİN MƏHKƏMƏDƏ VƏZİFƏLƏRİ

Mühakimə bəhsində üçüncü mövzu qazinin müttəhim və iddiaçılara bərabər şəkildə və bir gözlə baxmasıdır. Müqəddəs İslam dinində, məhkəmədə bərabərlik məsələsində o qədər diqqətə yer verilmişdir ki, demək olar ki, təkcə avropada yox, yüz əsrlər sonra belə bəşəriyyətdə bu bərabərlik kimi qanun qərara gəlməyəcək. İslam nöqteyi nəzərindən məhkəmədə qazinin vəzifələri bunlardır:

1. İxtilafı olan iki tərəf arasında tamamilə bərabərliyi bərqərar etmək. Müqəddəs İslam dinində qərara alınıb ki, məhkəmədə ixtilafı olan iki tərəfi bərabər yerbə otuzdurub hətta, məclisin yuxarı-aşağı tərəfində olmalarında da bərabərliyə riayət olunmalıdır. Əgər tərəflərdən biri böyük şəxsiyyələrdən digəri ən pis adamlardan olsada belə, qazi bu bərabərliyə tam riayət etməlidir. Onların arasında heç bir ayrı-seçkiliyə yol verməməlidər. Bu mövzuda nümunəüçün aşağadakı olmuş əhvalata diqqət edək.

HARUN VƏ QAZİNİN TƏ`YİNİ

Tarix yazır: Abbasi xəlifələrində Harun Rəşid, həcc əməllərini yerinə yetirdikdən sonra Mədinəyə qayıdır. Mədinə əhalisi şəhərin qazisinin dünyadan köçdüyünə görə ondan xahiş edirlər ki, şəhərə təzə bir ədalətli qazi tə`yin etsin. Mədinəin iki nəfər ədalətli və pak alimlərini xəlifəyə təklif edirlər. Harun, onlardan hansının qazilik məqamına daha layiqli olduğunu bilməkdən ötrü birini yanına çağırtdırır. Vəziri yanında olarkən alimə deyir: Mənimlə vəzirim arasında bir mülk üstündə ixtilafımız var. İxtilafın səbəbini də ona danışıb bu məsələnin hökmü barəsində onun nəzərini tələb edir. Alim bir qədər fikirləşdikdən sonra dedi: Bu işdə haqq xəlifə ilədir. Belə deyib, xəlifənin xeyirinə hökm verir. Harun ona getməyə icazə verir. Sonra göstəriş verir ki, ikinci alimi gətirsinlər. Həmin məsələni olduğu kimi ikinci alimə də açıqlayıb ondan qəzavət etməsini istəyir. İkinci alim buyurur: Mən qəzavət edə bilmərəm, çünki, məhkəmə şəraiti mövcud deyil. Davanın bir tərəfində sizsiniz ki, məclisin yuxarı başında oturmusunuz. Halbuki, vəzir sizin mühakimənizin qarşı tərəfidir və sizin qabağınızda durub. İslam qanuna görə məhkəmə zamanı hər iki tərəf bərabər şəkildə bir yerdə oturmalıdırlar. Harun alimin azad ruhundan xəbər verən bu sözlərini eşidib ləzzət alır və dərhalonu qazi mənsəbinə tə`yin edir.

2. İki tərəf arasında bərabərliyi bərqərar etəməkdən ötrü qazi hətta, baxışında və işarəsində də bərabərliyə riayət etməlidir. Məhkəmədə, birinə digərindən çox baxmamalıdır. Hətta, hər ikisinə eyni səviyyədə işarə etməlidir.

3. Qazinin vəzifəsidir ki, məhkəmə zamanı hər iki tərəflə eyni miqdarda söhbət etsin. Haqqı yoxdur ki, biri ilə çox digər ilə az danışsın.

4. Qazi məhkəmə zamanı hər iki tərəfə qarşı eyni baxışla baxmalıdır. Haqqı yoxdur ki, birinin üzünə xoş digərinə turş baxsın.

Əmirəl-mö`minin Əli(əleyhissalam) Məhəmməd ibni əbi Bəkrə əmrində yazır:

"Əhali ilə təvazökarcasına rəftar et. Həmişə üzü açıq və gülərüz ol. İstər gözünün ucu ilə istərsə də açıq gözlə baxsan, hamıya bir gözlə bax. Bununlada sərvətlilər səni tamaha tərəf çəkib, zəiflər ədalətindən mə`yus olmasınlar! “[269]

Başqa məktubda öz nümayəndələrindən birinə yazır:

“Hamıyla bir cürə rəftar et. İstər gözünün guşəsi ilə baxmaqda, istər açıq üzlə baxmaqda, istər birinə işarə etməkdə, istərsə də, onlara salam verməkdə bir ol! Bununla da, sərvətlilərin səni tamaha salmaq istəmələrnin qarşısı alınar və zəiflər sənin ədalətindən mə`yus olmazlar."[270]

MƏŞHUR İSLAM ALİMİ “ŞƏHİD ƏVVƏLİN" QAZİNİN VƏZİFƏLƏRİ BARƏSNDƏ SÖZLƏRİ

"Qaziyə vacibdir ki, bərabərlik, salam, müxtəlif ehtiramlar, qulaq asmaq və insafda hər iki tərəfi bərabər nəzərə alsın. Əgər ixtilafda olanların biri müsəlman digəri kafir olsa, qazi, oturmaqda müsəlmanı kafirdən yuxarıda otuzdura bilər. Məsələn, müsəlman oturmuş halda, kafir isə ayaq üstə ola bilər. Bu halda qaziyə vacib deyil ki, qəlbində hər iki tərfə eyni səviyyədə meyilli olsun. ![271]

Bu hökm, qazinin iki tərəfə nisbət vəzifələrindən sayılır. Ancaq məhkəmə vaxtı :

"Əgər iki tərəfdən biri danışıqda digərindən qabağa düşsə, qazi onun sözünə qulaq asmalıdır. Əgər hər ikisi birdən danışığa başlasa, qazi sağ tərəfdə olanı birinci dinləyə bilər.Əgər hər ikisi sükut etsə, qazi deyə bilər:Hansınız iddiaçısınızsa öz iddianızı bəyan edə bilərsiniz. Yaxud desin: Hər ikiniz sözə başlaya bilərsiniz. Qazinin onlardan birini müxatəb qərar verməsi məkruhdur.

İDDİAÇI VƏ ƏLEYHİNƏ İDDİA OLUNAN

İddaçı və münkir kimdir? Şəhid Əvvəl buyurur: İddiaçı o kəsdir ki, əgər öz iddiasından əl çəksə, ixtilaf aradan gedər. Münkir isə onun müqabilinda qərar tutub. Yə`ni, bu cür deyil ki, əgər getsə, ixtilaf yatar bəlkədə, iddianın müqabilində cavab verməlidir. Əleyhinə iddia olunmuş da cavab verməkdə üç haldan kənarda deyildir. Ya cavabında iddianı qəbul edir, ya rədd edir, ya da sükut ixtiyar edir. Bunların hər biri üçün qazinin xüsusi hökmü vardır.

DƏLİL (ŞAHİD) VƏ AND, QƏZAVƏTİN ƏSASI

İmam Sadiq (əleyhissalam) İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir,buyurur:

"Şahid iddia edənindir. And içmək isə əleyhinə iddia olunanındır.[272]

Əbi Bəsir İmam Sadiq (əleyhissalam)-dan nəql edir ,buyurur:

"Allah-taalanın sizin qanınız barəsində verdiyi hökmü ilə mallarınızın hökmü fərqlidir. Mallarınızda hökm etmişdir ki, iddia edənin şahidi (dəlili) olmalıdır. Əleyhinə iddia olunan isə and içməlidir. Amma qan bahalarınızda əleyhinə iddia olunanın şahidi olmalı, iddiaçı isə and içməlidir. Bununla da müsəlmanın qanı batmasın."[273]

İmam Rza (əleyhissalam) ondan soruşulan sualın cavabında buyurur:

"Qan məsələsindən başqa hər yerdə iddiaçının şahidi və əleyhinə iddia olunana isə and içilməsinin səbəbi budur ki, əleyhinə iddia olunanın imkanı yoxdur ki, öz inkarına görə şahid gətirsin. Çünki, mə`lum deyil. Lakin, qan məsələsində əleyhinə iddia olunmuş öz inkarına şahid tutmalıdır. Bu bir ehtiyatdır ki, onun vaitəsilə müsəlmanın qanının batması qorunur. Bundan əlavə, bu əməlin özü qatildən ötrü bir növ əzab və cinayətin qarşısının alınmasıdır. Əleyhinə iddia olunan üçün şahid tapmaq çox çətindir. Çünki, onun qatil olmamasına şəhadət verən çox az adam olar! "

Bu rəvayətlərdən, İslamda qəzavətin me`yarı aydın oldu. Bunlar, iddiaçı və əleyhinə iddia olunanın hökmləri idi. Ancaq, İmam Səccad (əleyhissalam) bu mözuda yalnız, əxlaqi cəhətlərə toxunmuşdur. İmam Səccad(əleyhissalam) iddiaçı və münkirin əxlaqi vəzifələrini onlara xatırladır, haqqı onlardan ötrü belə aydınlaşdırır: Sənin əleyhinə düşmənçilik iddiası edənin sözü haqqdırsa, onun lehinə və özünün əleyhinə şəhadət ver. Ona zülm etməyib, haqqını tamamilə ödə.Əgər iddiasında batildirsə, onunla mülayim rəftar et və onun işində mehribançılıqdan başqa yol tutma. Allahı onun barəsində qəzəbləndirmə.

Amma, sənin kiminsə əleyhinə iddia etdiyinin haqqı odur ki, əgər öz iddianda haqlısansa, onunla yumuşaq və gözəl danış. Onun haqqını əda et. Əgər öz iddianda batilsənsə, Allahdan qorx və Ona tərəf tövbə et. Öz iddiandan əl götür. İmam Səccad(əleyhissalam) iddiaçı və münkiri haqqı, həqiqəti görməyə də`vət edir və onları bir-birinə qarşı zülm və sitəmdən çəkindirir. Bəli! Yaxşı olar ki, hər kimin birisilə mal və hüquqda ixtilafı olsa, İmam Səccad (əleyhissalam)-ın göstərişlərini gözünün önünə gətirsin, bununlada həqiqətə çatıb nicat əhli olsun!

Bu bəhsin sonunda qeyd olunmalı mövzulardan biri də budur ki, ixtilaflı tərəflər öz ixtilaflarını həll etməkdən ötrü adil və vilayəti olan şəxsə müraciət eləsinlər. Buna görə də zalim qazilərə üz tutmaqdan çəkinsinlər.

39. MƏŞVƏRƏT İSTƏYƏNİN HAQQI

وَأمّا حَقُّ المُسْتَشِيرِ، فَإنْ حَضَرَكَ لَهُ وَجْهُ رَأْىٍ جَهَدْتَ لَهُ فِي النَّصِيحَةِ، وَأَشَرْتَ عَلَيهِ بمَا تَعْلَمُ أَنَّكَ لَوْ كُنْتَ مَكَانهُ عَمِلْتَ بهِ، وَذَلِكَ لِيَكُنْ مِنْكَ فِي رَحْمَةٍ وَلِينٍ، فَإنَّ اللِّينَ يُؤْنِسُ الْوَحْشَةَ وَإنَّ الْغِلْظَ يُوحِشُ مَوضِعَ الأنْسِ. وَإنْ لَمْ يَحْضُرْكَ لَهُ رَأيٌ وَعَرَفْتَ لَهُ مَنْ تثِقُ برَأيِهِ وَترْضَى بهِ لِنَفْسِكَ دَلَلْتَهُ عَلَيْهِ وَأَرْشَدتَهُ إلَيْهِ، فَكُنْتَ لَمْ تَألُهُ خَيرًا وَلَمْ تَدَّخِرْهُ نُصْحاً. ولا حَوْلَ ولا قُوَّةَ إلا باللهِ.

"Səninlə məşvərətə gələnin haqqı budur ki, əgər aydın nəzəriyyən varsa, ondan əsirgəmə. Hər nə bilirsənsə ona öyrət. Ona de ki, əgər sənin yerinə olsaydım belə edərdim. Bu ona görədir ki, sənin tərəfindən ona qarşı mehribanlçığının nişanəsi olsun. Çünki, yumuşaq rəftar vəhşəti aradan aparır və çətin tutmaq, insanı vəhşətə çəkir. Əgər özün ona məsləhət verə bilməsən və e`timad etdiyin kimisə tanıyırsansa, onu, o şəxsin yanına yolla. Onun barəsində səhlənkarlıq etmə və nə başarırsansa nəsihət elə.Allahdan başqa heç bir güc-qüvvət yoxdur! ”

İmam Səccad (əleyhissalam)-ın məşvərət istəyənin haqqı barəsinə sözünün qısası budur ki, bu məşərət, məşvərət edənin boynuna haqq gətirir. O da budur ki, Əgər məsləhət verən, tələb olunan sahədə nəzəriyyə sahibidirsə, öz məşvərətində səhlənkarlıq göstərməsin və öz nəzərini ona aydıncasına bəyan etsin. Əgər o məsələdə məşvərət etməyə qüdrəti yoxdursa, yaxşı tanıyıb e`timad etdiyi bir şəxsin yanına göndərsin.

İSLAMDA MƏŞVƏRƏT MÖZUSU

İslam dinin ən mühüm məsələlərindən biri bütün işlərin möhkəm olmasına səbəb olan məşvərət məsələsidir. Məşvərətsiz görülən iş, çiy və naqis olar. Hər hansı bir şəxs, nə qədər təfəkkürə və güclü ağıla malik olsada, yenə də məsələyə müxtəlif nöqteyi-nəzərdən baxmaqda, məsləhət və məşvərətə ehtiyacı vardır. Lakin, məsələ şuurda araşdırılsa, başqalarının ağıl və müxtəlif təcrübələri bir-birinin köməyinə gəldikdə, tamamilə aydın və çox az nöqsanlı olur. Məşvərət mövzusu İslamda o qədər mühümdür ki, hətta, vəhydən əlavə, özünün güclü təfəkkür qüvvəsindən bəhrələnən İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) də məşvərətdən istifadə edirdi. Çünki, bir tərəfdən müsəlmanlara, gündəlik yaşayışlarında məşvərətdən istifadə etməklə onun böyük əhəmiyyətini çatdırmalı, digər tərəfdən isə əhalidə təffəkkür qüvvəsini möhkəmlətməyə çalışırdı.İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) şəriət qanunlarında yox, müsəlmanların ümumi tədbir işlərində həmişə, müsəlmanlarla məşvərətləşirdi. Bu işdə, nəzəriyyə sahiblərinə böyük ehtiram göstərirdi.

MƏŞVƏRƏTİN NƏ`TİCƏLƏRİ

Birinci: Öz işlərini məsləhət və məşvərət üzrə aparan camaat, çox az giriftarçılığa mübtəla olurlar. Əksinə, özlərinə öyünüb, özlərini başqalarının fikrindən ehtiyacsız bilənlər fikri cəhətdən fövqəladə yüksək səviyyədə olsalar da,təhlükəli səhvlərə giriftar olurlar. Öz nəzərinə arxalanmaq, insanın şəxsiyyətini alt-üst edir, təfəkkürün qarşısını alır və iste`dadları məhv edib aradan aparır.

İkinci: Başqaları ilə məşvərət edərək müvəffəqiyyətə çatan şəxs, çox az insanların ona həsəd aparmasına düçar olar. Çünki, başqaları əsilində, onun qələbəsini özlərininki bilirlər. İnsan çox vaxt öz gördüyü işə həsəd aparmır. Həmçinin, əgər bu məşvərətdən məğlub olarsa, camaatın məzəmmət dili ona qarşı bağlanar.Çünki, heç kim öz işinin nəticəsinə e`tiraz etməz bəlkədə, qarşı tərəfin məğlubiyyətinə görə ona can yandırarlar.

Üçüncü: Məşvərətin yaxşı nəticələrindən biri də insanın dost və düşmənlərinin dəyərinin mə`lum olmasıdır. Bu tanışlıq, qələbə yolunun ondan ötrü həmvar olmasına səbəb olur. Ola bilsin, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm), fövqəl`adə təfəkkür qabiliyyəti olmasına baxmayaraq məşvərətdən istifadə etməsi, qeyd olunan bu səbəblər görə olsun.

MƏŞVƏRƏT,QUR`AN BAXIMINDAN

Qur`an buyurur: "{Ya Məhəmməd!} Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumuşaq rəftar etdin. Əgər kobud, sərt ürəkli olsaydın, əlbətə onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah (Ona) təvəkkül edənləri sevər!”[274]

"Fəzz" sözü ərəbcə, sözləri tünd olan şəxsə deyilir. "Ğəlizəl-qəlb" o kəsə deyilir ki, daşürəkli olsun. Bu iki kəlmə, hər ikisi qaba və hirs mə`nasında olsada, çox vaxt biri sözdə, digəri isə əməldə qaba olmaqa deyilir.[275]

"Ühüd" döyüşü ilə əlaqadar İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alehi və səlləm) nazil olan bu ayə, layiqli rəhbərə lazım olan xüsüsiyyətlərdən birini xatırladır.O da budur ki,xəta edib sonradan peşiman olaraq öz xətalarına iqrar edənlərin müqabilində, rəhbərdə bağışlamaq və güzəşt hissi olmalıdır. Təbiidir ki, rəhbərlik məqamında qərar tutan bir şəxsdə, yaxşı rəftar və insani hisslərə malik ruhiyyə olmazsa, tezliklə öz planlarında məğlubiyyətə uğrayacaq və əhali onun ətrafından dağılacaqdır. Bununlada, rəhbərliyini davam etdirə bilməyəcəkdir.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) bu ayədə, Allah-taala tərəfindən göstəriş alır ki, onlarla məşvərət etsin. Doğrudur ki, ayədə “iş" sözünün geniş mə`nası olub çox işlərə aid olur, lakinşübhə yoxdur ki, Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) İlahi hökmlərdə heç vaxt insanlarla məşvərət etməz. Belə işlərdə tamamilə vəhyə tabedir. Beləliklə, bu cür məşvərətlər təkcə, İlahi hökmlərin cəmiyyətdə necə icra olunmasına aidiyyatı var idi. Başqa sözlə desək, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) qanun tə`yin etdikdə heç vaxt insanlarla məşvərət etmirdi. Təkcə qanunun cəmiyyətdə necə icra olunma tərzi barəsində əhali ilə məsləhətləşirdi. Necə ki, “Bədr" döyüşündə İslam qoşunları bir məntəqədə ordu salmaq istəyirdilər ki, həzrətin “Hübab ibni Münzir" adlı köməkçisi ərz edir: Ya Rəsulullah! Bu yerdə qoşun salmaq, Allahın əmridir yoxsa, özünüz səlah bildiniz? Həzrət buyurdu: Bu barədə Allahdan xüsusi əmr gəlməyib. Münzər ərz edir: Bura ordu üçün münasib yer deyil. Peyğəmbər da onun sözünü bəyənib ordunun yerini dəyişir.

“Şura" surəsində oxuyuruq: “O kəslər üçün ki Rəbbinin də`vətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər. “[276]

Bu aydə, namaza və haqqın bərpa olunmasına də`vətdən sonra mühüm məsələ sayılan, şura və məşvərət məsələsinə tə`kid olunur. Bu surənin adının "Şura" qoyulması da həmin münasibətlədir.

MƏŞVƏRƏT, RƏVAYƏT BAXIMINDAN

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) və mə`sum İmamlarımızdan (əleyhimussalam) məşvərət barəsində çoxlu rəvayələr nəql olunmuşdur. Əvvalcə, əsl məşvərət barəsindəİslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql olunur ki, buyurur:

“Heç kim indiyə kimi məşvərət etməklə bədbəxt olmayıb və öz fikrinə qürrələnməklə də xoşbəxtliyə çatmayıb.”[277]

Həzrət Əli (əleyhissalam) buyurur: "Hər kim öz nəzərinə arxalanaraq iş görsə həlak olar və hər kim böyük şəxsiyyətlərlə məşvərət etsə, onların ağlında şərik olar. “[278]

İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) yenə də nəql olunur ki, buyurur:

"Əgər hakimləriniz sizin ən yaxşı və saleh, qüdrətli və səxavətli şəxslərinizdən olub işlərini məşvərət üzrə görsə, yerin üstü sizin üçün altından yaxşıdır! (yə`ni, yaşamağa daha layiqsiniz). Lakin, əgər hakimləriniz, sizin ən pislərinizdən, sərvətlilərinizdən və paxıl şəxlərinizdən olub işlərində məşvərət etməsə, bu zaman sizin üçün yerin altı üstündən yaxşıdır.”[279]

İmam Kazim (əleyhissalam) buyurur:

Ey Hişam! Dindar və mö`min şəxslərlə oturub-durmaq, dünya və axirətdə şərəf sayılır. Aqil şəxslərlə məşvərət etmək, Allah tərəfindən verilmiş bərəkət qaynağı, xoşbəxtlik və fürsətdir. Bəs əgər ağıllı şəxs birinə nəsihət etsə, onunla müxalifət etməsin ki, zəhmətə düşər. “[280]

KİMLƏRLƏ MƏŞVƏRƏTLƏŞƏK?

“Vəsail Şiə" kitabında kimlərlə məşvərət etmək barəsində çoxlu rəvayət gətirilmişdir. İmam Sadiq (əleyhissalam) atasından nəql edir, buyurur:

“İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) soruşuldu: Həzm nədir? Buyurdu: Ağıl sahibləri ilə məşvərətləşib onlara tabe olmaq. “[281]

İmam Sadiq (əleyhissalam) buyurur: “İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) həzrət Əli (əleyhissalam)-a tövsiyə olunanlardan biridə bu idi: Məşvərətdən möhkəm arxa yoxdur.İşlərdə düşünüb tədbir tökmək istəyən ağıldan da, üstün bir ağıl yoxdur.”[282]

İmam Baqir (əleyhissalam) buyurur: "Tövratda dörd sətir yazılıb. Onlardan birinci sətirdə budur: Hər kim işlərində məsləhətləşməsə, peşiman olar."[283]

Əmirəl-mö`minin Əli(əleyhissalam) buyurur: “Məşvərət etmək kimi möhkəm iş yoxdur!”[284]

İmam Sadiq (əleyhissalam) buyurur: “Öz işlərində o kəslərlə məşvərət et ki, Allahdan qorxusu olsun.”[285] Yenədə İmam Sadiq (əleyhissalam) buyurur:

“Ağıllı adamlarla məsləhətləş. Çünki, belə şəxslər işin xeyirini istəyirlər. Ağılı mö`min şəxslərlə müxalifət etməkdən çəkin, çünki, bu iş insanın dünya və axirətin fəsadına gətirib çıxarır.”[286]

İmam Sadiq (əleyhissalam) buyurur: "Məşvərətində öz həddi var. Əgər yerində olmasa, zərəri məşvərət edənə hamıdan çox çatar. Əvvəl: Ağıllı adamla məşvərət olunsun. İkinci: Azad və dindar şəxslə məşvərət olunsun. Üçüncü: İnsanla dostluq və qardaşlıq hissi olanla məşvərət olunsun. Dördüncü: Əgər sirrini ona açsan, öz sirri kimi möhkəm saxlasın.”

KİMLƏRLƏ MƏŞVƏRƏT ETMƏYƏK?

Şübhəsiz ki, hər kim insanın məşvərət verəni ola bilməz. Keçən bəhslərdə rəvayətlərdə oxuduq ki, doğru və düzgün nəzəriyyə sahibləri ilə məşvərətləşmək lazımdır. Allahdan qorxan, mö`min, doğru danışan və əminşəxslərlə məsləhətləşmək insana fayda verər.Lakin, bə`zi şəxslərlə məşvərətləşmək insanın geridə qalıb pis günə düşməsinə səbəb olur.

Əmirəl-mö`minin Əli (əleyhissalam) məşvərətləşməyi məsləhət olmayan şəxsləri öz məktubunda Malik Əştərə belə tanıtdırır, buyurur:

1.“Paxıl şəxslərlə məşvərətləşmə. Çünki, səni fəqirlərlə qorxudub, səxavətli olmaqdan saxlayacaq.”[287]

2."Qorxaq şəxslərlə də məşvərətləşmə. Çünki, onlar səni mühüm işlər görməkdən çəkindirəcək.”

3. "Həris şəxslərlə də məşvərətləşmə. Çünki, onlar mal-dövlət,sərvət toplamağı, zülm və sitəmisənin nəzərində yaxşıcilvələndirəcəklər."



Geri   İrəli
Go to TOP