A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (2)
Müəllif: Qüdrətullah Məşayixi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


İmam Baqir (əleyhissalam), İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm)nəql edir ki, "Həccətul-vidada" buyurdu:

Bilin!Cəbrail mənə xəbər vermişdir ki, heç kimin ruzisi tamam və kamal verilməyincə dünyadan getməz! Bəs, Allahdan qorxub günah etməyin və ruzi üçün çalışmaqda müxtəsər yol tutut. Əgər ruziniz bir az gecikərsə, bu sizi vadar etməsin ki, haram yola əl atıb, günahla öz ruzinizi qazanasınız. Çünki, Allah-taala bəndələri arasında haramı yox, halal ruzini bölmüşdür. Bəs, hər kim səbr etsə, Allah-taala onun ruzisini halal yolla yetirər. Ancaq, ismət pərdəsini yırtıb, tələsik haram yolla ruzi qazanmaq istəsə, ruzisi azalar və qiyamət günü onunla haram ruzinin hesabı aparılar!"[243]

Bu hədisdə, səbr etmək mühüm sayılır. Əgər insanın ruzisi gec çatıb meyli üzrə olmasa, tələsib haram yola düşməli deyil. Çünki, QiyamətdəAllah dərgahında bu işin hesabını verəcəkdir!

ZƏHMƏTLƏ VƏ ZƏHMƏTSİZ RUZİ

İmam Sadiq (əleyhissalam) buyurur: "Ruzi, iki qismə bölünür: Bir qismi, tələb etməsədə sahibinə çatar. İkinci qismət isə tələb etmək və ardınca getməyə bağlıdır. İnsanın qismətinə düşən ruzi tələb etməsədə, ona yetişəcək. Ancaq, insanın tələb etdiyi ruzini yaxşı olar ki, halal yolla özü qazansın. Əgər həmin ruzini haram yolla qazanıb götürsə, ruzisi sayılır ancaq, qiyamətdə onunla haram yolla qazandığına görə hesab çəkiləcək!”[244]

Nəql olunan rəvayət, İmam Səccad (əleyhissalam)-ın ruzini haram yolla yox, halal yolla qazanılması barəsində buyurduqlarının təkmilidir. Həzrət buyurmuşdu: İmkan var ki, sənin haram yolla qazandığın ruzi, varislərin əlinə keçsin və onlar o maldan xeyirxahlıqla bəhrələnsinlər ancaq, qiyamətdə acı nəticəsi sənə çatacaq.

Əmirəl-möminin Əli (əleyhissalam) buyurur: "Qiyamət günü ən böyük həsrət budur ki, birisi qeyri-şər`i yolla mal-dövlət yığsın və bu mal başqasına irs çatmaqla, başqası onu Allah yolunda xərcləsin. O kişi Behiştə gedər. Ancaq malı qazanan Cəhənnəmə düşər!"[245]

Bəli! Bu ən böyük xəsarətdir ki, sənin haram yolla qazandığın mal, dünyada başqasının əlinə düşsün və o da bunu halal yolda sərf etsin. İkinci şəxs, həm dünyada, həm də Axirətdə bəhrə aparır. Bədbəxt o şəxsdir ki, həm dünyada əziyyətlə haram qazanır, həm də axirətdə onun əzabına düçar olur!

36. TƏLƏBKARIN HAQQI

وَأمّا حَقُّ الغَرِيمِ الطَّالِب لَكَ فَإنْ كُنْتَ مُوسِرًا أَوفَيتَهُ وَكَفَيتَهُ وَأَغْنَيتَهُ وَلَمْ ترْدُدْهُ وتَمْطُلْهُ فَإنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَآلِهِ - قَالَ – «مَطَلُ الغَنِيَّ ظُلْمٌ». وَإنْ كُنْتَ مُعْسِرًا أَرْضَيتَهُ بحُسْنِ القَوْلِ وَطَلَبتَ إلَيهِ طَلَباً جَمِيلاً وَرَدَدتَهُ عَنْ نفْسِكَ ردًّا لَطِيفًا، وَلَمْ تَجْمَعَ عَلَيْهِ ذهَابَ مَالِهِ وَسُوءَ مُعَامَلَتِهِ فَإنَّ ذلِكَ لؤمٌ. ولا قُوَّةَ إلاّ باللهِ.

"Tələbkarın sənin boynun da haqqı budur ki, əgər imkanın varsa, onun haqqını ver, işini youna qoy, ehtiyacını ödə və onu gecikdirib məətəl qoyma. Çünki, İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm)buyurur: "İmkanı olub borcunu verməmək zülmdür." Əgər yoxundursa, onu yaxşı dillə xoşhal et, aramlıqla ondan möhlət istə və onu xoşluqla özündən qaytar (səndən inciyib getməsin). Malını ondan alıb onunla pis rəftar etmə. Çünki, bu iş alçaqlıqdır! Allahdan başqa heç bir güc-qüvvət yoxdur! "

İmam Səccad (əleyhissalam) kitabın bu qismətində tələbkarın haqqında xülasə olaraq belə buyurur:

1.Borclu öz borcunu ödəməyə imkanı varsa, tə`xirə salmadan borcunu ödəməlidir. Tələbkarla elə rəftar eləsin ki, onu özündən incitməsin. Əgər elə etməsə, özünün alçaqlığını nişan vermişdir. Çünki, həm qarşı tərəfin malını almış, həm də onunla dava-dalaş edir. Belə şəxs məzəmmətə layiqdir.

İnsanın həyatının xüsusiyyətlərindən biri budur ki, enişli-yoxuşludur. İnsan bə`zən dövlətli, bə`zən fəqir və möhtac olur. Hər iki halda çalışmalıdır ki, möhkəm iradə ilə özünü saxlasın. Nə dövlətli vaxtı tüğyan etsin və nə də möhtac olan vaxtı şəxsiyyətini sındırsın. Müqəddəs İslam məktəbinin ən mühüm məsələlərindən biri də borc vermək, başqalarına kömək və borcunu qaytara bilməyənlərə möhlət verməkdir. Bu barədə Qur`ani-Kərimdə çoxlu ayə zikr olunub və bu məsələnin əhəmiyyətini açıqlayır. İndi də bu ayələrdən bə`zilərinə işarə edək.

QUR`ANDA BORC VERMƏYƏ BAXIŞ

Təğabun surəsində, mal-dövlətdən söhbət açıb onu fitnə kimi ünvanlaşdırdıqdan sonra buyurur:

"Əgər Allaha (Allah yolunda) gözəl (könül xoşluğu ilə) borc versəniz, Allah sizin üçün onun əvəzini qat-qat artırar və sizi bağışlayar. Allah qədirbilən və həlimdir! “[246]

"Qərz" (borc) sözü ərəbcədən, bir şeyin qət olunmasına deyilir. Əgər "həsənə" (gözəl), sözü ilə birlikdə işləsə, maldan ayırıb xeyir işə sərf etmək mə`nasındadır. Ayədən mə`lum olur ki, borc vermək günahların bağışlanmasına səbəb olur. Həmçinin, mə`lum olur ki, Allah-taala da Öz bəndələrinə bu əməlin müqabilində böyük mükafatlar verməklə, onlardan təşəkkür edir. Hədid surəsində oxuyuruq:

"Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin, Allah da onun əvəzini qat-qat artırsın?! Onu həm də çox qiymətli bir mükafat gözləyir! “[247]

Yenədə həmin surədə buyurur:

"Şübhəsiz ki, infaq (Allah yolunda xərc) edən kişi və qadınların, Allah yolunda gözəl (könül xoşluğu ilə) borc verənlərin mükafatları qat-qat artırılacaqdır. Onları həmdə çox qiymətli bir mükafat gözləyir! “[248]

Bə`ziləri ehtimal verirlər ki ayədəki, "gözəl borc" sözündən məqsəd, bəndələrə borc verib sonra onu almaqdır. Çünki, Allahın Özünün borca ehtiyacı yoxdur. Mö`min bəndələrin borca ehtiyacları vardır. Lakin, ayələrin ləhnindən mə`lum olur ki, "gözəl borc" sözündən məqsəd, "Allah yolunda xərc etmək" nəzərdə tutulur. Bununla belə bəndələrə borc vermək də böyük fəzilət sayılır.[249]

Qur`anın Bəqərə surəsində buyurur: "Allah yolunda (könül xoşluğu ilə halal maldan) yaxşı borc verən kimdir ki, Allah da onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada) gördüyünüz işlərin əvəzini almaq üçün Onun hüzuruna qaytarılacaqsınınız.”[250]

QUR`ANDA RİBA (SƏLƏMÇİLİK) HAQQINDA

Qeyd etdiyimiz kimi İslam dinində ən mühüm məsələlərdən biri də, borc vermək və ümumiyyətlə, sədəqə və Allah yolunda xərc etməklə yoxsullara kömək etməkdir. Borc verənin niyyəti yalnız, Allaha görə olmalıdır. Bu barədə, Qur`an ayələrini də zikr etdik. Bunun müqabilində Qur`an elə bir məsələni də açmışdır ki, bu gün əksər cəmiyyətlər ona mübtəla olmuşdur. Bəqərə surəsində oxuyuruq:

"Ey mö`minlər! Əgər doğurdanda iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! Əgər belə etməsəniz, o zaman Allaha və Onun Peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, səmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar." [251]

Birinci ayədə deyilir: Sələm yemək, iman ruhu ilə yol getməz. İkinci ayədə sələm yemək, Allah və Peyğəmbəri ilə müharibə kimi ünvanlandırılıb. Əgər sələmçi bu işdən tövbə edərsə, onun barəsində ədalətlə hökm olunar. Yə`ni, əsl sərmayələri gəlirsiz olaraq onlara qaytarılar. Bu zaman nə səlmçi zalim olar, nə də borcluya zülm olunmuş olar. Həmin surədə başqa ayədə buyurur:

"Sələm (faizli borc verməklə) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan vurmuş (dəli) kimi qalxarlar. Bunların belə olmaları: "Alış-verişdə sələm kimi bir şeydir! ”- dedikləri ucundandır. Halbuki, Allah alış-verişi halal, sələm almağı isə haram etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur. Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar! Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafir və günahkarı sevməz. “[252]

Ərəbcə "xətb" sözü, insanın öz müvazinətini saxlaya bilmədən yol getməsi və ya durmasına deyilir. Bu ayədə sələm yeyən divanə və yol gedə bilməyənə oxşadılıb. Görəsən bu sözdən məqsəd, sələm yeyənlərin cəmiyyətdəki yollarına işarədir ki, onların bu əməli dəlilikdir?Yə`ni, onlarda, həmdərdlik, köməklik, insani hisslər və dostluğun mə`nası yoxdur.

Yoxsa, ayədən məqsəd, qiyamətdə əməllərinin tə`sirindən dəlilər kimi qalxıb məşhur olmalarıdır? Əksər müfəssirlər ikinci ehtimalı qəbul edirlər. Çünki, insanın o dünyadakı vəziyəti, bu dünyadakı əməllrinin təcəssümüdür. Ehtimal da var ki, hər iki mə`na nəzərdə tutulsun.İmam Sadiq (əleyhissalam) hədislərin birindəbuyurur:

"Sələm yeyən dünyada bir növ dəlilik xəstəliyinə mübtəla olmayınca dünyadan getməz! “[253]

Bu məqamda belə bir sual qarşıya çıxır ki, dəlilik və divanəliyin qaynağı Şeytandandırmı? Yaxud, dəlilik bir çox tanınmış amillərin səbəbindən əmələ gəlmiş bir növ ruhi xəstəlikdir? Cavabında demək lazımdır: Bə`ziləri mö`təqiddirlər ki, ayədəki "Şeytan vurmuş" sözündən məqsəd, bir sıra ruhi xəstəliklərdən kinayədir. Bu cür ifadə, o vaxt ərəblər arasında çox işlədilirmiş. Lakin, çoxda uzaq nəzərə gələn deyil ki, Şeytan insana toxunmaqla, insanbir sıra hiss üzvlərini əldən versin və bunun da nəticəsində düzgün təfəkkür və məntiqi fikirləşmək qüdrəti insanda yox olsun!Hər halda bu ayədə, dünya və Axirətdəsələm yeyənlərin vəziyyəti bəyan olunur.

SƏLƏMÇİLƏRİN MƏNTİQİ

Sələm yeyənlər deyirdilər: Alış-veriş də sələm kimi bir şeydir. Onların nə fərqi var? Hər ikisi müamilədir. Qur`an onların cavabında buyurur: Allah-taala alış-verişi halal, sələm yeməyi isə haram buyurmuşdur. Fərq çox aydındır. Çünki, adi alış-verişdə hər iki tərəf bərabər olub, alverin xeyir və zərərində şərikdirlər. Halbuki, sələm alverində sələmçi heç vaxt zərər görmür. Bundan əlavə, adi alver və ticarətdə hər iki tərəf istehsal və məsrəfdə qədəm atırlar. Halbuki, sələmçinin bu əməlində heç bir müsbət cəhət yoxdur. Bütün bunlardan əlavə, sələmçiliyin yayılması ilə sərmayələr napak şəxslərin əlinə düşür və iqtisadiyyatın kökləri təzəlzül tapır. Halbuki, düzgün ticarət, sağlam sərvətin artmasına səbəb olur. Sələmçilikdə təsəvvür olunan başqa zərərlərdən biri də, sələmçilik cəmiyyətintəbəqələri arasında düşmənçilik və müharibələrin sərçeşmələri sayılır. Amma, düzgün ticarət belə deyildir.

Ali-İmran surəsinin 130-cu və Nisa surəsinin 159-cu ayələrində də sələm barəsində bəhs olunmuşdur. Lakin, ixtisar üzündən biz onlara işarə etmirik. Nəticə budur ki, İslam, infaq, sədəqə və borclar verməyə təşviq edir. Ancaq, sələmçilik və təbəqələşmənin vücuda gəlməsinin qarşısını alır.

BORCLUYA MÖHLƏT VERİLMƏSİ

İmam Səccad (əleyhissalam) buyurur: "Borclunun imkanı varsa, öz borcunu saxlamadan ödəməlidir. Əgər imkanı yoxdursa ona möhlət verilməlidir ki, borcunu verməyə qüdrəti olsun.”Qur`ni-Kərim bu barədə buyurur:

"Əgər sizə borclu olan şəxs çətin vəziyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək itəyirsinizsə, (borcu) ona bağışlamağınız daha yaxşıdır! “[254]

Keçən bəhslərdə, borc və sələmçilik barəsində olan ayələri araşdırdıq. Bu ayədə, tələbkarın heç bir faiz olmadan öz haqqını almasının ardınca borclunun da hüquqlarından birinə toxunulur. O da budur ki, əgər borclular öz borclarını verməkdə qüdrətləri yoxdursa, cahiliyyət dövründəki kimi onun üstüna faiz gəlib sıxıntıda saxlamamalı, əsl borcunu qaytarmaqdan ötrü ona möhlət verilməlidir. Bununlada, borclunun nə vaxt imkanı olsa,öz borcunu qaytarsın. Əslində, həmin ayənin izahı olan İslam qanunlarında aşkarcasına gəlib ki, heç kimin icazəsi yoxdur ki, borclunun öz borcunu qaytara bilməməsindən ötrü onun həyatında zəruri olan şeylərini ondan alsınlar. O cümlədən, evini və başqa yaşayış vəsilələrini ondan tələb etsinlər. Bəlkədə, tələbkar yalnız, zəruri şeylərdən artıq olan şeyləri tələb etməyə haqqı vardır. Bu da İslamda zəif təbəqələrin hüquqlərını müdafiə edən bir növ insani haqqdır.

Ayənin ardınca bundanda yuxarı mərhələyə işarə olunur. O da budur ki, həqiqətən, əgər borclu öz borcunu ödəyə bilmirsə və tamamilə acizdirsə, yaxşı olar ki, tələbkar bir addım da böyük bir insani addım atsın və öz pulundan Allaha xatir keçsin. Bu əməl, hər cəhətdən tələbkarın insaniyyətinə xeyir gətirər. Hər kim bu işin mənafesini anlasa onu təsdiqləyər.

Əgər bu ayəni, İmam Səccad (əleyhissalam)-ın buyurduğu:“Malını ondan alıb onunla(tələbkarla) pis rəftar eləmə. Çünki, bu alçaqlıqdır"– sözləri ilə müqayisə etsək onda görərik ki, Qur`an və onun ardınca İmamət, (İmamlar) şər`i məsələri müsəlmanlara necə də gözəl ifadə ilə çatdırıblar. Tələbkar və borclunun hüquqlarını ən yaxşı üslubla izah etmişlər.

Bu hüquq bəhsinin sonunda mərhum Feyz Kaşaninin "Şafi" kitabının ikinci cildində, borcunu qatarmaqdan aciz olana,onu bağışlamağın savabı haqqında gətirdiyi rəvayətlərin bə`zisinə işarə edirik:

İmam Sadiq (əleyhissalam) hədislərin birindəbuyurur:

"Kim istəyir, o gün ki, Allahın kölgəsindən (rəhmətindən) başqa heç bir kölgə yoxdur,Haqqın kölgəsində qərar tutsun? (Bu cümləni üç dəfə təkrar edir. Camaat yığışıb bu məslənin cavabını gözləyir) Həzrət buyurur: Hər kim borcludursa və borcunu qaytara bilmirsə, ona möhlət verin! Yaxud, öz haqqınızı ona bağışlayın. Bu əməlin nəticəsi, Qiyamət günü həzrəti Haqqın rəhmətində qərar tutmaqdır! "[255]

Yenə də İmam Sadiq (əleyhissalam) hədislərin birindəbuyurur: "Günlərin birində, İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) mənbərə çıxıb buyurur: Həmd və tə`rif Allaha məxsusdur. Peyğəmbərlərə salam olsun! Sonra buyurur: Ay camaat! Hər kim şahiddir və mənim sözlərimi eşidirlər olmaynlara da xəbər versinlar. Agah olun! Hər kim borcunu qaytara bilməyənə qüdrəti olana qədər möhlət versə, Allah-taala tələbkarın borcu qayıdna qədər, hər günü üçün bütün malının sədəqə verməsinin ölçüsndə ondan ötrü savab yazar.”[256]

Sonra İmam Sadiq (əleyhissalam) Qur`an ayəsinə işarə edir: "Əgər sizə borclu olan şəxs çətin vəziyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək itəyirsinizsə, (borcu) ona bağışlamağınız daha yaxşıdır!”. Buyurur: Borclu çətin vəziyyətdədirsə, öz malnızı ona sədəqə verin! Bu sizin öz xeyirinizədir.

İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur:

"İnsana qüdrəti olan halda borcunu saxlayıb tə`xirə salması halal olmadığı kimi tələbkara da halal deyil ki, borclunun imkanı olmayan halda ondan borcunu tələb etsin!"[257]

İmam Sadiq (əleyhissalam)-a buyurdular: "Abdurrəhman ibni Siyabənin boynunda ölmüş bir kişinin borcu vardı. Biz onunla söhbət etdik ki, onun borcundan keçib ona bağışlasın, o isə qəbul etmədi. İmam buyurdu: Vay olsun ona! Məgər bilmir ki, əgər bağışlasa, hər dirhəmin müqabilində on dəfə artıq mükafatı var? Əgər bağışlamasa, bir dirhəmin müqabilində bir dirhəm savab aparır!"[258]

37. HƏMKARIN HAQQI

وَأمّا حَقُّ الخَلِيطِ فَأَنْ لا تَغُرَّهُ ولا تَغُشَّهُ ولا تُكَذِبَهُ ولا تُغَفِّلَهُ ولا تَخدَعَهُ ولا تَعمَلْ فِي انتِقَاضِهِ عَمَلَ الْعَدُوِّ الَّذِي لا يُبقِي عَلَى صَاحِبهِ وَإنِ اطْمَأَنَّ إلَيكَ اسْتَقْصَيتَ لَهُ عَلَى نفْسِكَ وَعَلِمْتَ أَنَّ غَبْنَ الْمُسْتَرْسِلِ رِِبًا. ولا قُوَّةَ إلا باللهِ.

"Həmkarın haqqı səninlə budur ki, onu aldadmayasan, ona yalan deyib hiylə gəlməyəsən, onu qəflətdə saxlamayasan və düşmən kimi öz qarşı tərəfini diqqətə alıb, onun işlərini pozmayasan. Əgər sənə e`timad edərsə, nə qədər imkanın var onu doğrult. Bilki, sənə e`tibar edəni aldadmaq sələm əməli kimi bir şeydir. Allahdan başqa heç bir güc-qüvvət yoxdur!”

İmam Səccad (əleyhissalam) buyurur: Hər kim səninlə hər növ yodaşlıq və həmkarlıq edərsə, sənə qarşı haqqı vardır. O da budur ki, onu aldadmayasan və ona qarşı hər cür hiylə və kələkdən çəkinəsən. Onunla düşmən kimi rəftar etməyəsən. Sənə e`timad edən halda ona zərbə vurmayasan!

Keçən bəhslərdə yoldaşın vədostun hüquqları barəsində çoxlu ayə və rəvayətlər zikr etdik. Onların həmkarlıqla bağlılığı çoxda az deyildi. Onları təzədən təkrarlamırıq. Ancaq, həmkarlığa aid bir neçə rəvayətə işarə edəcəyik.

HƏMKARLIQ BARƏSİNDƏ RƏVAYƏTLƏR

İmam Sadiq (əleyhissalam), İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql edir, buyurur:

"İnsanların ən xoşbəxti o kəsdir ki, əhali ilə dahicəsinə həmkarlıq etsin! [259]

Bu hədisdə, insanın səadətinin amillrindən birinin yaxşı həmkar və səmimi dostları olması qeyd edilir. Yenə də həmin mövzuda,İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur, buyurur:

"Alimlərdən soruşun, ariflərlə əlaqəniz olsun və fəqirlərlə oturub-durun! “[260]

Bu hədisdə də, İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) cəmiyyətin üzvlərinə tövsiyə edir ki, öz rabitələrini arif və hikmətli şəxslərdən kəsməsinlər.

YAXŞI DOSTUN XÜSUSİYYƏTLƏRİ

İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur:

"Allah-taala, hər kimə bir xeyir yetirmək istəsə, ona saleh bir dost yetirər. Əgər Onu unutsa, xatırladar, əgər xatırlasa, ona kömək edər.”[261]

İnsanın seçdiyi dostu sağlam əqlli və təcrübəli olmalıdır. Keçən bəhslərdə qeydetdik ki, əvvəla,nadan və ağıldankəm dostlardan çəkinmək lazımdır. İkinci, dost, dindar olub niyyəti xeyir olsun. Üçüncü, dostunyaxşı bəyənilmiş əxlaqi xüsusiyyələri olsun. Çünki, pis dost, insanı şər və xətaya çəkəcək. Dördüncü, dostluğa meyli olsun və insanla həqiqi dost olsun.

İmam Səccad (əleyhissalam) insanı dostluqda, hiylə və məkrdən çəkindirir. Hiyləgər insan aqil deyildir. Məkr və hiylə o şeyə deyilir ki, insanın batini ilə əməli fərqli olsun.İmam Sadiq (əleyhissalam) buyurur:

İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: Hiyləgər, mənim ümmətimdən deyildir“[262]

Əmirəl-mö`minin Əli (əleyhissalam) yalançılığa mübtəla olan şəxs barəsində buyurur:

"Yaxşı olar ki, insan, yalançılığa mübtəla olmuş şəxslə, dostluq və qardaşlıq etməsin!. Çünki, belə xasiyyətə mübtəla olmuş şəxs, doğru da danışsa, yalan kimi qələmə veriləcək.“[263]

Bu qismətdə bəyan olan haqqın qısası budur ki, yaxşı dost və yoldaş, Allah-taalanın böyük ne`mətlərindən biridir və insanın boynunda haqqı vardır. Onun haqqını hiylə və kələklə zay etmək olmaz. Əksinə, hər bir dost öz dostunun haqqını gözləməlidir.

38. İDDİAÇI VƏ ƏLEYHİNƏ İDDİA OLUNMUŞUN HAQQI

وَأمّا حَقُّ الخَصْمِ المُدَّعِي عَلَيْكَ، فَإنْ كَانَ مَا يَدَّعِي عَلَيكَ حَقّاً لَمْ تنفَسِخ فِي حُجَّتِهِ وَلَمْ تَعمَلْ فِي إبطَالِ دَعْوَتِهِوَكُنْتَ خَصْمَ نفْسِكَ لَهُ والحَاكِمَ عَلَيْهَا والشَّاهِدَ لَهُ بحَقِّهِ دُونَ شَهَادَةِ الشُّهُودِ، فَإنَّ ذلِكَ حَقُّ اللَّهِ عَلَيْكَ، وَإنْ كَانَ مَا يَدَّعِيهِ بَاطِلاً رَفَقْتَ بهِ وَرَوَّعْتَهُ وناشَدتهُ بدِينِه وَكَسَرْتَ حِدَّتهُ عَنكَ بذِكْرِ اللهِ وَأَلْقَيْتَ حَشْوَ الْكَلامِ وَلَغَطَه الَّذِي لا يَرُدُّ عَنْكَ عَاديَةَ عَدُوِّكَ بَلْ تبُوءُ بإثمِهِ وَبهِ يَشْحَذ عَلَيْكَ سَيفَ عَدَاوَتِهِ لأَنَّ لَفْظَةَ السُّوءِ تَبعَثُ الشَّرَّ. وَالخَيْرُ مُقْمِعَةٌ لِلشَّرِّ. وَلا قُوَّةَ إلا باللهِ.

"Sənə qarşı iddiaçının haqqı budur ki, əgər iddiasında doğrudursa, dəlilini sındırma və iddiasını batil etmə. Özün onun xeyrinə və öz əleyhinə hökm et. Şahid olmayan halda, ona şahid ol. Çünki, bu, Allahın sənin boynuna qoyduğu haqqdır. Əgər öz iddiasında batildirsə, onunla yumuşaq rəftar et və onu qorxuzub dininə and içdir. Allahı ona xatırlatmaqla batil yolunun qarşısını al. Onunla çoxda pisləşmə, çünki, bu işin düşməninin sənə qarşı təcavüzünün qarşsını almaz. Bəlkədə, onun günahına giriftar olub, onun düşmənçilik şəmşiri sənə qarşı daha da itilənər. Çünki, pis söz şər gətirər və yaxşı söz şərri aradan götürər. Allahdan başqa heç bir güc-qüvvət yoxdur! ”

Sözün qısası budur ki, sənə qarşı iddiası olan şəxs, iki haldan xaric deyildir. Ya iddiasında doğrudur. Bu vaxt haqq onunladır. Bu anda onun haqqı sənin boynunda budur ki, iddiasını qəbul edib öz əleyhinə hökm verəsən. Çünki, burada haqq, Allahdır. Əgər iddiasında batildirsə, onun haqqı sənin boynunda budur ki, onunla yumuşaq rəftar edib, həddini aşmağın qarşısını alasan. Acı sözlərinlə onun acılığını çoxaltma ki, acı şəmşir sənə qarşı, daha da acılansın. Bəlkədə, səbr və aramlıqla öz səhvini ona başa salmağa çalış!

وَأمّا حَقُّ الخَصْمِ الْمُدَّعَى عَلَيهِ فَإنْ كَانَ مَا تدَّعِيهِ حَقًّا أَجْمَلْتَ فِي مُقَاوَلَتِهِ بمَخرَجِ الدَّعْوَى، فَإنّ لِلدَّعْوَى غِلْظَةً فِي سَمْعِ الْمُدَّعَى عَلَيهِ. وَقَصَدْتَ قَصْدَ حُجَّتِكَ بالرِّفْقِ وَأَمْهَلِ الْمُهْلَةِ وَأبْينِ الْبَيَانِ وَألطَفِ اللُّطْفِ ولَمْ تَتشَاغَلْ عَنْ حُجَّتِكَ بمُنازَعَتِهِ بالقِيلِ وَالقَالِ فَتَذهَبْ عَنْكَ حُجَّتُكَ ولا يَكُونَ لَكَ فِي ذَلِكَ دَرْكٌ. ولا قُوَّةَ إلا باللهِ.

Əleyhinə iddia etdiyin şəxsin sənin boynunda haqqı budur ki, əgər ona qarşı iddianda haqqlısansa, davadan xaric olmaqdan ötrü onunla yumuşaq rəftar et. Çünki, qarşı tərəfin qulağında sənin iddianın çox tə`siredici əsəri vardır. Tam aramlıq və aydınlıqla öz dəlilini ona başa sal və onunla deyişməyə görə öz dəlilindən əl götürmə. Çünki, dəlil əlindən çıxandan sonra ələ gətirmək çətindir. Allahdan başqa heç bir güc-qüvvət yoxdur! ”

Qısası,əgər haqq səninlədirsə, onun haqqı sənin boynunda odur ki, rahatçılıqla öz dəlilini ona bəyan edəsən və öz iddianı sübuta yetirəsən. Öz dəlilini bir elə bəyan et ki, haqqın aradan getməsin!

İXTİLAF VƏ ŞİKAYƏTİN KÖKLƏRİ

İnsanların dünyadakı qısa ömürlərindəki arzularından biri də aram və əmniyyətlə yaşamaqdır. Heç kim razı deyil ki, həyatda kimsə onların haqqına təcavüz etsin. İnsan, eşq və məhəbbətlə həyat sürmək istəyir. Dava və ixtilafı xoşlamır. Lakin, başqa tərəfdən, insanı hərislik və arzular əhatə etmişdir. Özündə olan təkəbbür və öyünmək hissi onu məcbur edir ki, öz haqqına qane olmayıb başqalarının haqqına təcavüz etsin. Həmin səbəbdən insanlar arasında müharibə və ixtilaflar yaranmağa başlayır. Təbii ki, hər hansı mühitdə insan cəmiyyəti çox olarsa, ixtilaf və çəkişmədə çox olacaqdır. Bu ixtilaf və çəkişmədə hər iki tərəf eynihalda haqq ola bilməz. Şübhəsiz ki, tərəflərdən biri təcavüzkardır. Bu cəhətdən, cəmiyyətdə olan ixtilafları həll edib, hərənin haqqını özünə verə bilən ədalətli bir qaziyə ehtiyac duyulur. Əvvəlcədən işarə etdik ki, peyğəmbərlərin göndərilmələrinin səbəblərindən biri də cəmiyyətdə ixtilafları aradan qaldırmaqdır.

İSLAM DİNİ İXTİLAFLARIN KƏSLMƏSİNƏ DƏ`VƏT EDİR

İslam dinin məntiqi, insanları ilk növbədə bir-birinə qarşı məhəbbət və mərhəmətə də`vət etməsidir. Bundan da üstün, onları bir-birinə qarşı bağışlamaq və əvf hissi ilə baxmağa səsləyir. Tövsiyə edir ki, öz həyatınızda ixtilaflarınkök atmasına yol verməyin. Allah-taala, Qur`anda mühacir və ənsardan sonra gələn tabeiinlər barəsində buyurur:

Onlardan (mühacirlərdən və ənsardan) sonra gələnlər (tabeiin) belə deyirlər: Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə, həsədə yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlivə mərhəmətlisən! "[264]



Geri   İrəli
Go to TOP