A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (2)
Müəllif: Qüdrətullah Məşayixi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


“Qonşunun haqqı budur ki, olmayan vaxtı onun abır-həyasını qoruyan, olarkən isə hörmətini saxlayan ol. Sirrini axtarmaq niyyətində olmayıb həmişə ona köməkçi ol. Pisliklərini görməməzliyə vur. Əgər qəsdüzündən olmadan onun pis işini bilsən, bildiyini möhkəm qala və nizə ilə də yırtılmayan pərdə içində saxla. Çünki, bu iş dolaşıq və gizlindir. Bilməsədə, onun zərərinə söz danışma. Çətin anlarda onu bada vermə. Qonşunda ne`mət görsən ona həsəd aparma. Xətalarından keçib günahlarını bağışla. Əgər sənə qarşı nadanlıq edərsə, səbrlə müqabilində dayan. Ona qarşı pis söz işlətmə. Əgər kimsə onunla pisləşsə qarşısını al. Onunla möhtərəmcəsinə rəftar et. Allahdan başqa heç bir güc-qüvvət yoxdur "

“CAR" (QONŞU) SÖZÜNÜN LÜĞƏTDƏ MƏ`NASI VƏ İSTİFADƏSİ

Ərəbcədən“car" sözü lüğətdə qonşu mə`nasındadır. Qur`anda Nisa surəsində, yaxın və uzaq qonşulardan ad aparılıb. Çünki, onlar bir-birlərinə yaxındırlar. Qonşulardan Qur`anda “qitə`un mütəcavirat" yə`ni, bir-birinə yaxın kəsiklər ünvanı ilə ad aparılıb.[177]

Yenədə Qur`anda pənah olmaq məsələsi barəsində buyurur:

“Əgər müşriklərdən kimsə səndən aman istəsə, ona aman ver."[178]

İcarə və isticarə sözləri, hər ikisi “car" kökündən olub, aman və pənah mə`nasında işlədilir. Sanki qonşu qonşunun pənah və amanındadır. Lüğət ustası Rağib yazır: Qonşunun haqqı ağılca və şəriətcə böyük olduğuna görə hər kimin boynundaböyük haqq olsa və ya başqasının haqqını böyük bilsə, ərəbcə ona "car" deyərlər. Məsələn, ayədə buyurur:

“Mən sizin aman yerinizəm və sizin haqqınızı böyük sanıram “[179]

Qeyd etdik ki Qur`ani-Kərimdə, yaxın və uzaq qonşulara aşkarcasına işarə olunmuşdur. İndi də Qur`nın bu barədə nəzərinə diqqət edək.

QUR`ANDA QONŞUNUN HÜQUQU

Nisa surəsində oxuyuruq: “Allaha ibadət edin və Ona şərik qoşmayın! Ata-anaya, qohum-əqrabaya, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın yoldaş və dostlara, (pulu qurtarıb yolda qalan) müsafirlərə, sahib olduğunuz qul və kənizlərə yaxşılıq edin! “[180]

Yuxarıdıkı ayədə, Allahın, bəndələrin hüquqları barəsində həmçinin, insanlarla birlikdə yaşamağın ədəblərindən bəhs olunmuşdur. Ümumiyyətlə, ayədə on göstərişə işarə olunmuşdur.

Ayədə buyurur: “Yaxın qonşu“. Yaxın qonşudan məqsəd kimdir? Müfəssirlər müxtəlif nəzəriyyələr irəli sürür. Bə`ziləri onları yaxınlıqda olan qohumlar kimi mə`na edirlər. Lakin, bu təfsir, əvvəlki ayələrdə işarə olunmuş qohumları nəzərə alsaq, bu mə`na uzaq nəzrə gəlir. Bəlkədə, ayədəyaxın məkan nəzərdə tutulur. Çünki, ən yaxın qonşuların haqqı və ehtiramı daha böyükdür. Yaxud, o qonşulardır ki, din və məzhəb cəhətdən insana daha yaxındırlar.

Ayənin davamında buyurur: ”Uzaq qonşular”. Uzaqdan məqsəd, məkan cəhətdən uzaq olmaqdır. Çünki, bə`zi rəvayətlərə görə insanın evindən qırx o tərəfə onun qonşusu sayılır. Gələcək bəhslərdə bu rəvayətlərə işarə edəcəyik. Qonşu sözü məhdud mə`nada olub, təkcə yaxın qonşulara deyilir. İslamda, bu sözün mə`nasına genişlik verməkdən ötrü “uzaq qonşu" adından istifadə etməkdən başqa çarəsi yoxdur. Ola bilər “uzaq qonşulardan “məqsəd qeyri-müsəlmanlar"olsun. Çünki, İslamda qonşuluq haqqı təkcə müsəlmanlara yox, müsəlmanlarla yaşayanqeyri müsəlmanlara da aiddir.

Qur`anın, yaxın və uzaq qonşular barəsində nəzərini bildikdən sonra rəvayətlərdə İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm), mə`sum İmamlardan (əleyhimussalam)-dan bizə çatan mətləblərə qısa da olsa diqqət edək

RƏVAYƏTLƏRDƏ QONŞULARIN HÜQUQLARI

Rəvayət kitablarında qonşunun ehtiramı və insanın həyatda əmin-amanlıqla yaşamasında onunrolu bizə bəyan olmuşdur. Əvvəlcə, “Müstədrəkül-Vəsail" kitabından, İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunan geniş bir hədisə diqqət yetirək:

İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur, buyurur:

“Hər kim evinin qapısını, qonşusunun onun mal və namusuna əmin olmadığına xatir bağlasa, qonşusu mö`min deyildir. Peyğəmbərə dedilər: Ya Rəsuləllah! Qonşununqonşusunun boynunda haqqı nədir? Buyurdu:

Qonşunun qonşusuna ən kiçik haqqı budur ki, əgər ondan borc istəsə, ona borc versin. Əgər kömək istəsə, ona kömək etsin. Bir şeyi istifadə edib qaytarmasını istəsə ona versin. Bəxşiş və hədiyyəyə ehtiyacı varsa, ondan əsirgəməsin. Əgər onu də`vət etsə, onu qəbul etsin. Xəstələnsə, onu yoxlasın. Dünyadan köçsə, dəfnində iştirak etsin. Qonşusuna xeyir və ne`mət çatsa, xoşhal olsun. Əgər ona müsübət baş versə, qəminə şərik olsun. Evini qonşusunun evindən uca tikməklə onun yaşayışına əziyyət etməsin. Ən mühüm budur ki, qonşunun qapısının havasının qarşısını alıb, onun evinə təmiz havanın getməsinin qarşısını almasın. Bazardan aldığı meyvə yaxud, başqa şeydən bilsə ki, qonşusunun yoxudur, ona da versin. Yaxud, aldığı şeyi, qonşunun uşaqlarının görüb dözə bilməyəcəklərini bilsə, üstü örtülü evə aparsın.

Sonra İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurdu: Sizə dediklərimi eşidin! Qonşuların haqqını əda edin! Allah-taala çoxlarına rəhmətini aid edər. Qonşular barəsində, mənə elə tövsiyə buyurmuşdu ki, güman edirdim ki, qonşu irs aparanlardan biridir. "[181]

Bu geniş həcmli hədisdə, İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) başqa mövzulardan mühüm olan üç məsələyə toxunmuşdur:

Birinci: Qonşunun mal və abır-həyasının əhəmiyyəti. Ümumiyyətlə, hər bir insanın evi, əmin-amanlıq yeri sayılır. Əgər bu məhəl əmniyyətini itirsə demək olar ki, insan ən əmin yerini əldən vermişdir. Bu aramlıq hər bir insanın həyatda olan ən böyük haqqı sayılır və heç kimin onu pozmağa ixtiyarı yoxdur. İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: Əgər qonşu elə öz yaşayış tərzi iləqonşusunun əmin-amanlığına təhlükə törətsə, belə şəxs mö`min və ləyaqətli insanlar sırısından kənardadır. Ona görə də sual soruşan, İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) soruşur: Qonşunun qonşusunun boynunda haqqı nədir?Bu vaxtİslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) qonşunun hüquqlarnı necə lazımdırsa bəyan edir.

İkinci: Evlərinizi hündür tikməklə qonşulara əziyyət verməyin. Bildiyimiz kimi İslam Peyğəmbərinin (səlləlləahu əleyhi və alehi və səlləm) peyğəmbərliyi dövründə uca binalardan xəbər yox idi. Ən azı, Hicaz və Məkkədə belə binalar yox idi. Lakin, Peyğəmbərin gətirdiyi din və tə`limlər bütün zamanalara aiddir. O səbəbdən, bəsirət gözü ilə uzaqgörənlik edib, qonşuların evlərindən uca evlər tikib onlara çatan havanın və yollarnın qarşısını almağı nəhy buyurmuşdur. Bu da, İslam dininin qanunlarının ümumi olmasının sirlərindən biri olub, bu dinin son haqq din olmasına dəlildir.

Bu günkü yaşayışın ən böyük müşküllərindən biri həmin, məskən və yaşayış yerini tapmaqdır. Bumüşkül təkcə bizim ölkənin yox, bəlkədə bütün dünyanın müşkülünə çevrilib. Təxminən, demək olar ki, bu müşkül, bu gün həll olunmaz bir məsələyə çevrilib. Qərb mədəniyyəti uca binalarda yaşamaq yolunu seçib və onun da acı nəticələrini dadıblar.

Üçüncü: Qonşu özünə aldığından, əgər qonşusunda olmasa ona da verməlidir. Xüsusilə, kiçik uşaqları bu məsələdə daha çox nəzərə almaq lazımdır.Əgər aldığından bir şey vermək istəməsə, yaxud imkanı olmasa, aldığı şeyi üstüörtülü evinə aparmalıdır ki, qonşusu görməsin. Çünki, İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: Əgər açıq qəlbli olmasanız qonşunuza olan ne`mətə dözə bilməzsiniz. Bu da, İslam Peyğəmbərinin (səlləlləahu əleyhi və alehi və səlləm) qonşunun haqqı barəsində tövsiyə etdiyi mühüm bir psixoloji məsələdir.

QONŞUYA ƏZİYYƏT HARAMDIR

İmam Sadiq (əleyhissalam) buyurur: “Hər kim qonuşsunun əziyyət çəkməsinə səbəb olsa, Allah dərgahında məl`un və tərk olunmuşdur."[182]

Əksinə, qonşunun sevindirilməsi günahların bağışlandırılmasına səbəb olur. İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur,buyurur:

“Hər kim dünyadan köçsə və üç qonşusu ondan razı olsa, Allahın rəhmət və bağışlamağına aid olar.[183]"

Yenə də İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur,buyurur:

“Allaha və qiyamət gününə inanan, qonşusuna əziyyət etməz."[184]

Başqa hədisdə İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur, buyurur:

“Qonşunun qonşuya ehtiramı, övladın anaya qarşı olan ehtiramı kimidir. Sözsüz, riayət olunmalıdır[185]

QONŞUDAN ŞİKAYƏT

İmam Sadiq (əleyhissalam) buyurur: “Bir nəfər İslam Peyğəmbərinin (səlləlləahu əleyhi və alehi və səlləm) yanına gəlib qonşusundan şikayətlənir. İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) üzünü ondan çevirir. Ərəb yenidən gəlib şikayətlənir. Peyğəmbər (səlləlləahu əleyhi və alehi və səlləm) həzrət Əli (əleyhissalam)-a, Salmana və Miqdada buyurur: Gedin car çəkin ki, Allahın və mələklərin lə`nəti o şəxsə olsun ki, qonşusuna əziyyət edir."[186]

QONŞULARLA XOŞRƏFTARLIQ

İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur:“Yaxşılıq etmək və yaxşı qonşu olmaq, ruzini artırar və şəhərlərin abadlaşmasına səbəb olar.“[187]

“Fiqhur-Rza" kitabında İmam Rza (əleyhissalam)-dan nəql olunur, buyurur: “Qonşularına, yoldaşlarına və oturub-durduğun şəxslərə qarşı yaxşı rəftar et. Çünki, Allah-taala, qonşun barəsində səndən sual edəcək. İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: Allah-taala qonşular barəsində mənə elə sifariş buyurmuşdur ki, güman edirdim ki, qonşum məndən irs aparacaq.“[188]

QONŞULARINIZDANMÜĞAYƏT OLUN!

İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur,buyurur:

“Kənarında qonşusu ac olan halda, özü qarnı dolu yatan kəs mö`min deyil!“[189]

Başqa hədisdə buyurur: “Qonşusunun acından qarnı burulan halda, özü toxyatan kimsə, mənə iman gətirməmişdir. Qonşusu çılpaq olan halda, özü geyimli olan kimsə də mənə iman gətirməmişdir.”[190]

Həzrət Əli (əleyhissalam) öz nümayəndəsi Osm`an ibni Hənifə məktub yazarkən belə buyurur:

“Məgər mən o halda toxolum ki, ətrafımda qarınları boş, qəlbləri və cigərləri teşnə olanlar olsunlar? “[191]

PİS QONŞU

İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql olunur,buyurur:

“Pis qonşudan Allaha pənah aparıram. Evində oturub gözləri ilə sənə baxır, qəlbi ilə səni izləyir. Əgər bir şey baş versə və səni xeyirdə görsə, narahat olar. Əgər sənə giriftarçılıq və bəla üz versə, xoşhal olar.”[192]

EV ALMAMIŞDAN ƏVVƏL QONŞUDAN XƏBƏR TUTMAQ

İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur:“Ev və məskən almamışdan əvvəl, qonşusunda olanlar barəsində soruşun. Yol getməzdən yol yoldaşınızı tə`yin edin.[193]"

QONŞULUĞUN HƏDDİ

İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur:

“Əmirəlmö`minin Əli (əleyhissalam) buyurur: Məscidin və evin qonşusu, dörd tərəfdən qırx evdir.[194]

İmam Səccad (əleyhissalam) qonşunun haqqı barəsində buyurur: “Evinin dörd tərəfindən qırx ev o tərəfə qonşularındır. Onların haqqına riayət edib onlarla sülh və əmin-amanlıqda yaşamaqdan ötrü Allahdan fürsət dilə!"

33. YOLDAŞLIQ HAQQI

وَأما حَقُّ الصَّاحِب فَأَنْ تَصْحَبَهُ بالفَضلِ مَا وَجَدْتَ إلَيهِ سَبيلاً وإلا فَلا أَقَلَّ مِنَ الإنصَافِ، وَأَنْ تُكْرِمَهُ كَمَا يكْرِمُكَ، وَتحْفَظَهُ كَمَا يحْفَظُكَ، ولا يَسْبقَكَ فِيمَا بَينَكَ وبَينَهُ إلَى مكْرَمَةٍ، فَإنْ سَبَقَكَ كَافَأتَهُ. ولا تُقَصِّرَ بهِ عَمَّا يَسْتَحِقُّ مِنَ الْمَوَدَّةِ. تُلْزِمُ نفْسَكَ نصِيحَتَهُ وَحِيَاطَتَهُ وَمُعَاضَدتَهُ عَلَى طَاعَةِ رَبهِ وَمَعُونتَهُ عَلَى نَفْسِهِ فِيمَا لا يَهُمُّ بهِ مِنْ مَعْصِيةِ رَبهِ، ثُمَّ تَكُونُ [عَلَيْهِ] رَحْمَةً ولا تَكُونُ عَلَيهِ عَذَاباً. ولا قُوَّةَ إلا باللهِ.

“Yoldaşının haqqı odur ki, nə qədər mümkünsə, onunla bağışlayan və ehsanla yoldaşlıq et. Əgərmümkün deyilsə, ən azı onun haqqında insafa riayət et. Sənə ehtiram və hörmət etdiyi kimi sən də onun ehtiramını gözlə. Sənin abır-həyanı gözlədiyi kimi sən də onun abır-həyasını gözlə. Çalış ki, heç bir kəramətli işdə səndən qabağa düşməsin. Əgər səndən qabağa düşsə, xeyirli işlə əvəzini çıx. Nə qədər bacarırsansa, yoldaşlığınızı qoruyun. Özünə vacib bil ki, onu qoruyub pənahgahı olasan. Allah-taalaya itaətdə ona kömək ol. Günah iş görməsini qərara almasının qarşısını al. Ondan ötrü rəhmət qaynağı ol və ona əziyyət verən olma! Allahdan başqa heç bir güc-qüvvət yoxdur "

İmam Səccad (əleyhissalam)–ın bu bəhsdəki sözlərinin xülasəsi bunlardır:

Birinci: İmkan olan hala qədər yoldaşın barəsində mərhəmət edib, onunla yaxşı rəftar et və onun haqqında ən azı insafa riayət elə.

İkinci: O sənin ehtiramını gözlədiyi kimi səndə onun ehtiramını gözlə. Xeyir işlərdə səndən öndə getməsin. Əgər səndən qabağa düşüb sənə qarşı yaxşılıq etsə, səndə onun müqabilində yaxşılıqla əvəzini çıx.

Üçünci: Dostluqda, məhəbbətdə, nəsihətdə və Allaha itaət etməkdə əlindən gələni ona köməklik göstər.

Dördüncü: Həmişə onun günaha düşüb Allahın əmrindən çıxmasının qarşısını al və ona qarşı əziyyət yox, rəhmət ol!

Ərəbcə “söhbət" sözü, yoldaşlıq və həmişə bir yerdə olan yoldaşa deyilir. “Sahib" sözü də yoldaş mə`nasındadır. Məşhur lüğətçi Rağib İsfahani yazır: “Sahib" sözü, o yoldaşlığa deyilir ki, bir-birinin yanında çox olsunlar. Qur`anda buyurur:

“(Yusif dedi:) Ey mənim iki zindan yoldaşım! (sizə nə bir xeyir, nə də bir zərər verə bilən) ayrı–ayrı tanrılar daha yaxşıdır, yoxsahər şeyə qadir və qalib olan bir Allah?"[195]Başqa ayədə buyurur:

“Allah Özünə nə yoldaş, nə də övlad götürmüşdür.”[196] Ayədə yoldaşdan məqsəd, zövcədir. Yenədə buyurur:

“Sizin yoldaşınız nə haqq yoldan sapmış, nə də azmışdır”[197] Ayədə məqsəd, İslam Peyğəmbəridir (səlləlləahu əleyhi və alehi və səlləm).

”Əshab" sözü, sahib sözünün cəmidir. Yoldaşlar və həmrahlar mə`nasındadır. “Əshab" sözü, Qur`andayetmiş yeddi dəfə işlədilmişdir. Ən çox cənnət, nar və cəhim kəlmələrinə nisbət verilmişdir. Bə`zən də, “Əshabus-səbt”, “Əshabul-Mədyən”, “Əshabul-Kəhf”, “Əshabu-yəmən”, “Əshabul-qubur”, “Əshabul-fil" və sair mə`nalarına nisbət verilimşdir.[198]

İndi ki, aydın oldu, “sahib" sözü, yoldaş və dost mə`nasındadır, Yusif də zindanda yanında olanları“yoldaş"adlandırır, Qur`an, Peyğəmbəri insanların dostu adlandırır, deyə bilərik ki, “sahib" və ya “müsahib" o şəxsdir ki, insanın yol yoldaşı və həmkarı olsun. Bu yoldaşlıq, qısa müddətli və uzun müddətli ola bilər. Bu yoldaşlıq, insanda qarşı tərəfə görə haqq və hüquq icad edir. Hər bir şəxsin vəzifəsidir ki, bu hüquqlara riayət eləsin.

İNSANIN DOSTUNDAN XASİYYƏT GÖTÜRMƏSİ

İnsanın adi xüsusiyyətlərindən biridə, onun başqalarından tez xüsusiyyət qəbul etməsidir. İnsan həm özü xüsusiyyət qəbul edir, həm də öz xüsusiyyəti başqasına tə`sir edir. İnsanın şəxsiyətinin formalaşmasının yollarından biri də onun bu xüsusiyyətidir. Belə olduğuna görə müqəddəs Qur`an məntiqində insanlara xəbərdarlıq olunur və qiyamətdə insanın nadan və qafil dostlarından necə peşiman olduğu təcəssüm olunur. Həmin səbəbdən insan qiyamətdə arzu edir ki, ey kaş fılankəsi dost tutmayaydım! Lakin, bu əfsusluq onun halına heç bir tə`sir qoymur. Qur`ani-Kərim bu mövzuda buyurur:

O gün zalim əllərini çeynəyib deyəcəkdir: Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol tutaydım. Vay halıma! Kaş fılankəsi özümə dost etməyəydim. And olsun ki, Qur`an mənə gəldikdən sonra məni ondan o azdırdı! Şeytan həmişə insanı xar edəndir!.“[199]

Bu ayələrdə, insanın qiyamət günündəki vəziyyəti bəyan olunur. O da insanın nadan dostuna görə qiyamətdə çəkdiyi həsrətdir. Ayədə “yəğuzzu" sözü, “ğəzzə" kökündən olub, dişləməyə deyilir. Adətən, bu ifadə, şiddətli təə`ssüflənən şəxs barəsində işlədilir. Məsəl var deyərlər: Fılankəs həsrət barmağını yeyir. Ərəbcə barmaq yerinə "əl" deyilir.

Oxuduğumuz ayələr Qiyamət səhnəsini canlandırır. Lakin, çoxları var ki, bu dünyanın özündə pis dost və yoldaşın əlindən fənaya uğramışdır.

RƏVAYƏTLƏRDƏ NADAN DOSTLAR BARƏSİNDƏ

İnsanın bu bəlalara mübtəla olmamasından ötrü rəvayətlərdə dostluğu qadağan olunmuş şəxslərə işarə edirik:

Həzrət Əli (əleyhissalam) pis dostun insana tə`siri barəsində buyurur:

“Şər insanlarla dostluqdan çəkinin! Çünki, insaının təbiəti özü də bilmədən, qarşı tərəfin pislik və çirkinliklərini oğurlayır. Səninbu işdən xəbərin də olmur."[200]

Həmin mövzuda İmam Sadiq (əleyhissalam) buyurur:

“Hər kim özünə pis dost seçsə, onun pisliyindən özünün sağlam ruhiyyəsindən bir şey qalmaz.“[201]

Yenə də Həzrət buyurur: “Hər kim axmaqla dost olmaqdan çəkinməsə. onun axmaqcasına gördüyü işlərin tə`siri altına düşəcək və tezliklə xoşagəlməz əxlaqa malik olacaq."[202]

Belə yerində deyilmiş bəyanlardan istifadə olunur ki, insan, xasiyyət qəbul etmək xüsusiyyətinə görə başqalarınınrəftar, hərəkət və davranışını özündə tez icad edir. Əgər insanın ətrafındakılar pis, axmaq və nadan şəxslər olarsa, istər istəməz onlarda olan davranışların şəraiti onda da vücuda gələcək. Bir də anlayacaq ki, o şeydən ki, qaçırdı ona mübtəla olub.

Həkimlər deyirlər: Bə`zi xəstəliklər var ki, keçicidirlər. Sağlam şəxs, belə xəstənin yanından keçən kimi ona mübtəla olur və başqasına keçirmək təhlükəsində qalır. Bunlar, cismdə olan xəstəliklərə məxsus deyildir. Bəlkədə, ruhi və rəvani xəstəliklər də vardır ki, başqalarına keçə bilərlər. Həzrət Əli(əleyhissalam)-ın buyurduğu cümlədə oxuyuruq:"Sənin təbiətin pislik və şər işi pis yoldaşdan oğurlayır." Buda həmin çirkin xüsusiyyətlərin insanın özünün də xəbəri olmadan dostundan ona sirayət etməsinə işarədir. İmam Sadiq (əleyhissalam) buyurduğuna diqqət etsək, oxuyuruq:

“Hər kim pislərlə dostluq etsə, onların pis xüsusiyyətlərinin özünə keçməsindən amanda deyildir. Yaxud, hər kim ağıldan kəm insanlarla yoldaşlıq etsə, özüdə bu xəstəliyə mübtəla olmaq yolunda qərar tutmuş və o vaxt ayılacaq ki, artıq dostunun pis xüsusiyyətlərindən yaxa qurtara bilmir!"

AXMAQ DOSTA TABE OLMĞIN NƏTİCƏSİ

Bir nəfərin evində su quyusuna ehtiyacı olur. Fəhlə çağırıb, evin içində bir quyu qazdırır. İş qurtaranda görür ki, evin içi torpaqla doludur. Təəccübdə qalıb nə edəcəyini bilmir. Axmaq bir dostu var idi. Onun yanına gedib ondan məsləhət istəyir. Dostu ona deyir: Fəhlənə de ki, evin başqa bir tərəfində, başqa bir quyu qazıb torpağı ora töksün. Kişi dostunun göstərişi üzrə əməl edir. Evin bir tərəfində başqa bir quyu qazdırıb, birinci quyunun torpağını ora tökür. Sonradan anlayır ki, ikinci quyunun torpağını nə edəcək? Yenə də dostunun məsləhətinə gəlir. O isə deyir: İndi də torpağı birinci quyuya töküb özünü bu işdən rahat et!

NADAN DARĞA İLƏ MƏSLƏHƏT!

Günlərin birində, bir kişinin inəyi başını bir qabın içinə salıb nə isə yemək istəyərkən başı ilişib qabın içində qalır. İnəyin sahibi nə qədər fikirləşirsə, bir çarə qıla bilmir. Naəlac qalıb kəndin darğasının yanına məsləhətə gedib müşkülü ona nəql edir. Darğa deyir: Özüm hadisə yerinə gedib baxmayınca bir söz deyə bilmərəm. İnəyin sahibi darğanı özü ilə hadisə yerinə aparır. Darğa səhnəni görcək deyir: İnəyin başını kəsin! İnəyin başını kəsirlər. Bu zaman baş qabın içinə düşür və çölə çıxara bilmirlər. Darğa deyir: İndiki, belədir qabı sındırıb başı çölə çıxarın. Axmaq darğanın fikrindən həm inəyin başı kəsildi, həm də qab sındırıldı. Axmaq dosta tabe olmağın nəticəsi budur.[203]

Həzrəti Süleyman peyğəmbərdən nəql olunur, buyurur:

“Dostlarına baxmamış, heç kimin barəsində qəzavət etməyin. Çünki, insan, dostları və yoldaşları vasitəsilə xüsusiyyətləşir."[204]

Həzrət Əli(əleyhissalam) buyurur:

“Bu altı sifətə malik şəxslərlə dostluq və yoldaşlıq etməyin faydası yoxdur:

1.Əgər sənə söz desə, yalan desin.

2.Əgər səndə ona söz desən, səni də yalançı sansın.

3.Sən onu əmin tənıyasan, o isə sənə xəyanət etsin.

4.Səni əmin tanıyan halda, sənə töhmət vura.

5.Əgər ona ne`mət versən, təşəkkür etmək fikrində olmasın.

6.Ne`mətə qarşı küfr etsin və sənə ne`mət versə, boynuna minnət qoysun.

Bəs belə şəxslərlə dostluq etmək lazım deyildir."[205]

BELƏ ŞƏXSLƏRLƏ YOLDAŞLIQ ETMƏYİN

İmam Baqir (əleyhissalam) buyurur: “Atam mənə vəsiyyət edib buyurdu: Oğlum! Beş tayfa ilə mütləq şəkildə nə yoldaşlıq və nə də dostluq edərək həmsöhbət olub yol getmə! Soruşdum: Sənə qurban olum atacan! O beş tayfa kimlərdir? Buyurdu:

Əvvəla, fasiq şəxslərlə yoldaşlıq etmə.Çünki, səni bir qarın yeməyə satacaq. Bəlkədə, ondanda aza satar. Soruşdum ki, ondan az nədir?Buyurdu: Səni bir loğmaya da satar. Lakin, istədiyinə çatmaz. İkinci dəstə kimlərdir? – deyə soruşdum. Buyurdu: Paxıl şəxslərlə yodaşlıq etmə. Çünki, onun malına şiddətli ehtiyacın olduğu halda, səni öz malından məhrum edər. Soruşdum: Üçüncü dəstə kimlərdir? Buyurdu: Çox yalançılarla yoldaşlıq etmə. Çünki, belə dost ilğım kimidir. Yaxın itaət yolunu sənə uzaq edər və yolu uzaq olan günahı sənə yaxınlaşdırar. Dördüncü tayfa kimlərdir? – deyə yenə soruşdum. Buyurdu: Nadanq və ağıldan kəm insanlarla yoldaşlıq etmə. Çünki, o, sənə xeyir vermək istədiyi halda zərər verər. Nəhayət soruşdum: Beşincilər kimdirlər? Buyurdu: Qohum-əqrabaları ilə əlaqəsini kəsənrlə də yoldaşlıq etmə. Çünki, mən , Qur`anda onların üç dəfə Allah-taala tərəfindən lə`nətləndiklərini görmüşəm.[206]

İmam Baqir (əleyhissalam) əvvəlcə bu bəyanda buyurur: Fasiqə yoldaşlıq etmə. “Fasiq" sözü lüğətdə, həddən xaric olmaq mə`nasındadır.Sözün kökü “fisq”-dir. Yə`ni, Allahın hökmünü görməməzliyə vurmaq, təcavüz və zülm etmək, xurmanın öz qabığından çölə çıxması, bəndənin Allahın əmrindən çıxması, əyyaşlıq və qeyrətsizlik mə`nalarında işlənilir. Fasiq şəxs, Allahın haram buyurduqlarından kənara çıxmışdır. Hər kimin haram buyurulanlara ehtiramı olmasa, heç kimə hətta, dostuna da məhəll qoymaz.

İkinci dəstə paxıllardır. “Boxl"sözü lüğətdə, xəsislik, əli bərk, az xərc edən, tamahkar, pulsevər və rüsvayçı mə`nalarında işlənilir. “Kəzzab"sözü də mübaliğə şəklində olub çox yalan danışana deyilir.[207]

İmam Səccad (əleyhissalam) buyurur: Qohum-əqrabasından üz döndərən, Qur`anda üç yerdə lə`nətlənmişdir. O üç yerə işarə edirik:

1.”Əgər üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və qohumluq tellərini qırmaqdan başqa bir şey gözləmək olarmı? Onlar Allahın lə`nət elədiyikar və gözlərini kor etdiyi kimsələrdir."[208]

Bu ayələr bir dəstə münafiqlər barəsində nazil olmuşdur. Allah-taala buyurur: Əgər müxalifət yolunu tutub Allahın əmrindən boyun qaçırsanız və Kitabdan (Qur`andan) üz döndərsəniz, yer üzündə fəsad törətmək və qohumluq tellərini kəsməkdənbaşqa, sizdən heç bir iş intizarında olmaq olarmı? Bu mə`na, o vaxt ələ gəlir ki, ayədəki “təvəlləytum"sözü, “təvəlla"kökündən olub, üz çevirmək mə`nasında olsun. Amma, əgər bu kəlmə, “vilayət"kökündən, yə`ni, hökumət mə`nasında olsa, müfəssirlərin əksəriyyəti ayəni belə mə`na edirlər: Əgər hökumət cilovu əllərinizə keçsə, fitnə-fəsad, qan tökmək və qohumluq tellərini kəsməkdən başqa, sizdən başqa bir iş intizarında olmaq olarmı?



Geri   İrəli
Go to TOP