A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslamda hüquq nəzəriyyəsi (2)
Müəllif: Qüdrətullah Məşayixi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
  İrəli


İSLAMDA HÜQUQ NƏZƏRİYYƏSİ-2

(İmam Səccad (ə)-ın "Risalətül-Hüquq" kitabının şərhi)

ELMİN MƏQAMININ ƏHƏMİYYƏTİ

Müəllimin haqqı barəsindəki bəhsin başlanğıcında yaxşı olar ki, bir az da elmin İslam və Qur`anda elmin dəyərindən söz açaq. Elmin dəyəri hamıya aydındır. Hər bir insan fitri olaraq elmi çox sevir, elmin və alimin müqabilində təvazökardır. İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm)-ə ilk dəfə vəhy olunarkən elm mövzusunda danışılır: Qur`an buyurur: “Səni yaradan Rəbbinin adı ilə oxu!”

Rəbb və tərbiyət məsələsi yaranmış və xilqət məsələlərindən olub, mühüm elmi mətləblərdəndir. Oxumağa əmr olunmasının ardınca, qələmlə tə`lim mövzusu bəyan olunur, buyurur:

O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. O Rəbbin ki, insana bilmədiklərini öyrətdi.”[1]

Tə`lim, bilik öyrətmək, öyrənmək, qələm və yazmaq və nəhayət, insanın bilmədiklərini öyrətmək. Bu mövzu o qədər mühümdür ki, vəhyin başlanğıcında insanın yüksək elmi məqama çatması və insaniyyətin ali dərəcələrindən sayılıb, maddi aləmdən mələkut aləminə və Allaha yetişməklə bəyan olunur.

Qur`an, elm və bilik mövzusunda insanların vicdanlarını münsifliyə çağırır, buyurur:

“De ki: Heç bilənlərlə bilməyənlər (alimlə-cahil) eyni ola bilərmi? Allahın ayələrindən, dəlillərindən yalnız, ağıl sahibləri ibrət alar!”[2]

Əgər Qur`an deyirsə: “De ki: Murdarla təmiz bir ola bilməz!”[3] “Kor ilə görən eyni olmaz! Zülmətlə nur da eyni deyildir! Kölgə (sərin) ilə isti eyni olmaz!”[4] Ayələrdəki “pak, görən, nur və gölgə”, elm və bilik mə`nasındadır. Başqa tərəfdən, “murdar, kor, zülmət və isti"sözləri də nadanlıq və cəhalətə işarədir.

Qur`an başqa yerdə buyurur:

“Onlara belə cavab ver: Mənimlə sizin aranızda Allahın və kitabı bilənlərin şahid olması yetər!”[5]

Bu ayədə, “alim”, peyğəmbərliyə şahid ünvanı ilə “Allah”ın şəhadətinin yanında qeyd olunur. Bu da alimin Allah yanında məqam və mənzilətini bəyan edir.Qur`an buyurur:

“Allah sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaldar.”[6]

Elm və biliyin əhəmiyyəti müxtəsər bəyan olduqdan sonra müəllim və ustadın məqamına nəzər salaq.

MÜƏLLİMİN MƏQAMININ ƏHƏMİYYƏTİ

İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm) buyurur:

“Alimləri ziyarət etmək, Allah yanında Kə`bə evini yetmiş dəfə təvaf etməkdən istəklidir. Həmçinin, yetmiş qəbul olunmuş həcc və ümrədən fəzilətlidir. Allah onu yetmiş dərəcə yuxarı qaldırar. Rəhmətini ona nazil edər və mələklər şəhadət verər ki, behişt belə şəxsə vacib olub.”[7]

İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm) əhalini alimlərin dərslərində iştirak etməyə də`vət edir, buyurur:

“Ey Əbuzər! Elmi müzakirə ilə məşğul olan alimin məclisində oturmaq, Allah yanında min gecə oyaq qalıb, hər gecə min rəkət namaz qılmaqdan fəzilətlidir. Ey Əbuzər! Elmi mövzuları araşdıran alimin hüzurunda bir saat oturmaq, Allah yanında min döyüşdə iştirak edib, bütün Qur`anı oxumaqdan əfzəldir.”[8]

İslam Peyğəmbəri (səllləllahu əleyhi və alehi və səlləm) yenə də buyurur:

“Alim və müəllim yanında oturan hər bir mö`minə, Allah buyurar: Mənim dostumun yanında oturmusan. And olsun izzət və cəlalıma, səni behiştdə onunla birlikdə sakin edəcəyəm və buna heç bir şey mane ola bilməz!”[9]

Bu bəyanda, tədris və elmi müzakirə ilə məşğul olan müsəlman mö`min alim, Allahın dostu və həbibidir. Mərtəbələrio qədər ucadır ki, onun dərsində iştirak edən hər bir tələbə və şagirdə behişt vacib olur. Əlbəttə, bu savablar, o müəllim və şagirdə çatır ki, Allahın razılığına xatir dərs deyib, dərs öyrənsinlər. Hədəfləri dünya olmasın!

USTAD VƏ MÜƏLLİMİN ROLU!

İmam Cavad (əleyhissalam) buyurur:

“Hər kim natiq və danışana qulaq assa, ona pərəstiş etmiş olur. Əgər danışan Allah tərəfindən olsa və Allah sözü danışsa, eşidən ibadət etmiş olur. Əgər danışan Şeytanın dili ilə danışsa, eşidən Şeytana ibadət etmiş olur.”[10]

Bu hədisdə, bəyan və sözün tə`siri o həddə çatır ki, əgər eşidən danışan müəlliminsözünə diqqət etsə, sözün qiymətini yaxşı anlayar.

ƏLİ (ƏLEYHİSSALAM)-IN MALİK ƏŞTƏRƏ TÖVSİYƏSİ

Həzrəti Əli (əleyhissalam) Malik Əştərə buyurur:

“Ey Malik! Alimlərlə çox oturub, ariflərlə danışmağını çoxalt. Onların bəyanlarından, ölkənin işlərini möhkəmlətməkdə və səndən əvvəlki insanların bərpa etdiklərini təzədən bərpa et!”[11]

MÜƏLLİMİN ROLUNA AİD ƏHVALATLAR!

Birinci: Ömər ibni Əbdül Əzizin özü Bəni Üməyyə nəslindən idi. Uşaqlarla oynayarkən, Müaviyənin Həzrəti Əli (əleyhissalam) barəsində öyrətdiyi söyüşü təkrar edirdi. Günlərin birində müəllimi onun yanından keçərkən bu söyüşləri ondan eşidir. Dərs vaxtı onunla qəzəblə və narahatcasına rəftar edir. Elə ki, narazılığın səbəbini müəllimdən soruşur, müəllimdeyir: Bu gün eşitdim ki, Əlini lə`nətlədin. Nə vaxtdan sənə mə`lum olub ki, o bu lə`nətə layiqdir?

Ömər müəllimə söz verir ki, bir daha o söyüşü təkrar etməyəcək. Bu rəftar səbəb olur ki, Ömər ibni Əbdül Əziz xilafətə gəldikdə, bu şüarı aradan götürür və qadağan edir. Onun yerinə göstəriş verir ki, bu ayəni oxusunlar: “Allah, ədalətli olmaqı və ehsan verməyi əmr buyurmuşdur.”[12]

Bəli! Bu, müəllimin rəftarının kiçik bir tə`siridir.

İkinci: Yəzidin oğlu Müaviyə xilafətə çatdıqdan bir neçə gün sonra əhalini də`vət edir və mənbərə çıxıb xilafətdən iste`fa verir. Mərvan və anası nə qədər israr edirlərsə, faydası olmur. Nəhayət, bu fikrə düşürlər ki, görəsən nəyə görə Müaviyə iste`fa verir. Təhqiqatdan sonra bu nəticəyə gəldilər ki, müəllimi Ömər Əl-Məqsusun onun həyatında dəyişiklik olmasında böyük rolu olub. Müəllimi tapıb ona deyirlər: Sən nəyə görə Əlini sevməyi onun qəlbində canlandırmısan? Bu işə görə xəndək qazıb müəllimi diri-diri dəfn edirlər.[13]

Budur həyat yolunu əvəz etməkdə tə`sir göstərən müəllim. Bunun səbəbinə də bütöv bir millətin həyat yolu əvəz ola bilər.

HANSI MÜƏLLİMİ SEÇƏK?

Allah-taala, Qur`anda bu mövzunu bizə aydınlaşdırır ki, hansı müəllimlə dərs oxuyaq və kimin dərsində oturaq. Buyurur:

İnsan hələ bir yeməyinə baxsın! Həqiqətən, biz yağışı bol yağdırdıq. Sonra yeri yaratdıq. Belə ki, orada dən göyərtdik.”[14]

Ayənin zahiri mə`nası, insanın yeməkləri barəsindədir. Çünki, yağış yağması, yerin yarılıb dən bitməsi və bitkilərdən söz açılıb. Lakin, vəhyə alim olan İmamlarımız (əleyhissalam) bunları insanın ruhi və mə`nəvi qidalarına yozurlar. Mərhum Feyz Kaşani “Safi"təfsirində belə yazır: “İmam Baqir (əleyhissalam)-dan bu ayədə “qida və təam”ın mə`nasının nə olduğu soruşulur. Həzrət cavabında buyurur:

Məqsəd elmdir. İnsan bilməlidir ki, elmi kimdən və hansı müəllimdən alır?"

Həmin yerdə, Feyz Kaşani yazır: Təam iki qismdir: Cismani və ruhani. Çünki, insan cism və ruhdan tərkib tapmışdır. Cismani qidalara ehtiyacı olduğuna görə ona lazımdır fikirləşsin ki, yağış necə yağır, yer yarılır, toxumlar göyərir və çətinliklə yerdən çıxırlar. Həmçinin, insan özünün ruhi qidası barəsində də fikirləşməlidir. Elm və bilik, vəhy şəklində Peyğəmbər (səllləllahu əleyhi və alehi və səlləm)-in müqəddəs qəlbinə necə nazil olur?

Tərbiyə olunmaq iste`dadı olan ruhlar bu vəhy yağışından istifadə edirlər. Bu qidadan məqsəd budur ki, öz elm və biliyinizi Əhli Beyt (əleyhimussalam) yolu ilə ələ gətirin.

Aydındır ki, sağlam olmayan qida insanın cisminə pis tə`sir qoyub, onu ölüm həddinə qədər çatdırdığı kimi eşidilən və görülənlər də insanın ruhuna birbaşa tə`sir qoyur. O həddə qədər ki, onu inhirafa çəkib insanın səadət və xoşbəxtliyini viran edir. Onun dünya və axirətini dağıdır. Biz bu mövzuda, keçmiş bəhslərimizdə qulaq və göz barəsində bəhs etmişik.

İMAM BAQİR (ƏLEYHİSSALAM)-IN NƏZƏRİNDƏ MÜƏLLİMİN HAQQI!

İmam Baqir (əleyhissalam) buyurur:

“Alim və müəllimin hüzurunda oturarkən, özün danışmağın əvəzinə ondan mətləbi eşitməyə daha çox meyl et. Yaxşı qulaq asmağı öyrən. Necə ki, yaxşı söz danışmağı da öyrənməlisən. Söz danışarkən kimsənin sözünü kəsmə!”[15]

Ümumiyyətlə, kiminsə danışarkən sözünü kəsmək, ədəbsizlik və məzəmmət olunmuş haldır. Xüsusilə, əgər danışan müəllimdirsə, şagird səbr etməlidir ki, müəllim danışıb qurtarsın, sonra danışsın. Əgər başa düşmədiyi mətləb varsa, bu vaxt soruşa bilər.

Bu hədisdə İmam Baqir (əleyhissalam), İmam Səccad (əleyhissalam)-ın işarə etdiyi müəllim hüququna toxunmuşdur. O da yaxşı qulaq asmaq və müəllimin sözünü yarıda kəsməməkdir.

HƏZRƏT ƏLİ (ƏLEYHİSSALAM)-IN NƏZƏRİNDƏ MÜƏLLİMİN HAQQI

İmam Sadiq (əleyhissalam) buyurur ki, Həzrəti Əli (əleyhissalam) buyurur:

“Müəllimin və ustadın hüquqlarından biri də budur ki, ondan çox sual etməyəsən. Libasından tutmayasan. Onun yanına gələrkən və onun yanında başqa bir dəstə oturarkən, hamıya salam söylə və müəlliminə qarşı xüsusi salam və ehtiram göstər. Onunla üzbəüz oturub ədəb dizlərini yerə vur. Onun arxa tərəfində oturma və gözünlə ustadın dediyinin xilafına bir şeyi işarə etmə. Onun hüzurunda çox oturmaqla müəllimini yorma. Həqiqətən, alim, meyvə verən ağaca oxşayır. İntizarda olmaq da lazımdır ki, ağacdan meyvə düşsün. Müəllimin ağzına göz dikmək lazımdır ki, elm meyvələri nə vaxt insana tərəf töküləcək? "

Həzrəti Əli (əleyhissalam) bu hədisdə, İmam Səccad (əleyhissalam)-ın buyurduğu mətləblərə işarə etmişdir.

İndi elə bir müəllim və şagirdə işarə edək ki, özü Allahın "Ulul-Əzm" peyğəmbərlərindən olub. Görək bu şagird, müəlliminin müqabilində hansı ədəbə riayət edir, sorğu-sual və elm öyrənməklə, bizlərə bilik öyrənmək yolunu necə öyrədir?

QUR`ANDA MÜƏLLİMİN EHTİRAMI

Həzrəti Musa (əleyhissalam) və Xızr peyğəmbərin əhvalatı Qur`anda "Kəhf" surəsində gəlmişdir. Bu əhvalatda Musa (əleyhissalam)-a mə`muriyyət verilir ki, müəlliminin ardınca getsin və bilmədiklərini ondan öyrənsin. Qur`an, həzrəti Xızr peyğəmbərin adını aşkarcasına çəkmir, ondan "bəndələrimizdən biri" ünvanı ilə ad aparır. Lakin, çoxlu rəvayətlər, bu alim və müəllimi, Xızır kimi tanıtdırırlar.

Musa kəlimullah (əleyhissalam),risalət sahibi olan peyğəmbərlərdən olmasına baxmayaraq, mə`mur olur ki, müəllimə müraciət etsin. Həzrəti Musa (əleyhissalam), İsrail övladlarından "Yuşə ibni Nun" adlı şücaətli bir cavanla müəllimi ardınca hərəkətə gəlir və nəhayət, onu tapır. Qur`an buyurur:

"Musa və yoldaşı nəhayət, müəllimi tapırlar". Bu dahi müəllimin xüsusiyyətlərindən biri budur ki, ona yüksək bəndə məqamı vermişik. İkinci xüsusiyyəti budur ki, Allah tərəfindən ona böyük rəhmət və fəzl əta olunmuşdur. Üçüncü xüsusiyyəti, Allahın ona elm əta etməsi idi.

Bir şey şübhəsizdir ki, bu şagird, (Musa (əleyhissalam) müxtəlif cəhətlərdən öz müəllimindən üstün idi. Lakin, bütün elmlərin öz müəllimi tərəfindən ona verilməyəcəni bilən halda, bu çətin səfərə dözür və müəlliminin azacıq da olsa, elmindən bəhrələnmək istəyir. Müəllimi ilə görüşərək tam ədəblə sualını belə başlayır:

"Musa ondan soruşdu: Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?"(Xızr) belə cavab verdi: Sən mənimlə bir yerdə olsan (törədəcəyim işlərə) əsla dözə bilməzsən". "Axı sən bilmədiyin (batininə mahiyyətinə bələd olmadığın) bir şeyə necə dözə bilərsən?""Musa dedi: İnşallah səbrli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam!"[16]

Bu sual-cavabda hər bir şagirdin onu bilməsi və əməl etməsi olan ədəblər və göstərişlər gözə dəyir:

Birinci: Musa (əleyhissalam) özünü öz müəlliminə tabe və tərəfdar kimi tanıtdırır. Ona görə də öz məqam və mərtəbəsini müəlliminin məqamından aşağı bilir.

İkinci: Böyük təvazökarlığla sual edib, soruşur: "İcazə verirsinizmi sizin hüzurunuzda elm öyrənim?"-özünü ən son təvazökarlıqla müəllimə nişan verir.

Üçüncü: Bu şagird, özünü müəllimin müqabilində cahil və nadan kimi tanıtdırır. "Əgər mənə öyrətsəniz"cümləsi ilə müəlliminə böyük hörmət və məqam verir.

Dördüncü: Şagird və müəllim əlaqələrində bu mövzulara işarə olunur: Tabe olmaq, tə`lim, öyrənmək xidməti. Yəni, şagird ilk növbədə müəlliminə tabe olmalıdır ki, nəhayətdə, onun elm və biliyindən bəhrələnə bilsin.

Beşinci: "Əgər mənə öyrətsən"cümləsindən mə`lum olur ki, Musa (əleyhissalam) yalnız, elm ardıncadır. Mal-dövlət və məqam ardınca deyildir. Bu da böyük bir mətləbdir ki, tələbələr və şagirdlər təhsil mərhələlərində ona diqqət etməlidirlər. Şagirdin müəllimdən elmi cəhətdən istifadə etməsindən başqa heç bir niyyəti olmamalıdır.

Altıncı: "Öyrədildiyin elmin" cümləsindən mə`lum olur ki, Musa (əleyhissalam) e`tiraf edir ki, Xızra Allah-taala tərəfindən xüsusielm öyrədilmişdir. Nəticə alırıq ki, müəllimin məqamı Allah yanında ucadır və bəşər elmini kökdə, Allahdan alır.

Yeddinci: "İnkişaf" kəlməsi, Musa (əleyhissalam)-ın ondan irşad və elm tələb etdiyini bəyan edir. Musa (əleyhissalam) Xızrın hidayət bərəkətindən bəhrələnmək istəyir.

MÜƏLLİMİN TƏRBİYƏVERİCİ SÖZLƏRİ

Birinci: "Sən mənimlə olsan, səbr edə bilməzsən" cümləsindən mə`lum olur ki, səbirsizlik və taqətsizliklə elm öyrənməyin faydası olmaz. Bəlkə də, insan elm öyrənmək yolunda bütün müşkülatlara dözüb səbirli olmalıdır. Bundan əlavə, səbr edənlərin məqamı mühüm və böyükdür.

İkinci: Müəllimin (Xızrın) Musa (əleyhissalam)-dan səbri inkar etməsi ola bilsin, o cəhətdəndir ki, onu Xızrın işlərində və onların hikmətlərində tələsik nəticə almamağa hazırlaşdırsın.

Üçüncü: Musa (əleyhissalam) bütün bu zəhmət, məşəqqət və səfərlə nəyin ardınca idi? Layiqli müəllim ardınca gəzirdi. Bu mətləb bizə anladır ki, layiqli müəllimdən ötrü bütün zəhmət və əziyyətlərə dözmək lazımdır. Rəvayətlərdə gördüyümüz kimi rəhbərlərimiz, bizim öz elmimizi hər kəsdən yox, bəlkə də, vilayət məktəbindən almağı əmr edirlər. Musa (əleyhissalam) bə`zən öz elmi səfərində müəlliminin işlərinə etiraz edir.Müəllim gəmini deşir. Müəllim uşaqın başına vurub öldürür. Müəllim uçmuş divarı tə`mir edir. Bütün bunların hamısı Musa (əleyhissalam)-ın etirazına səbəb olur. Lakin, sonradan onun bütün işlərinin sirlərinə agah olur. Bu əhvalat, Quranda "Kəhf" surəsində müfəssəl gəlmişdir. Bizim hədəfimiz ondan bə`zi mətləblərin istifadəsi idi.

QƏZZALİNİN NƏZƏRİNDƏ MÜƏLLİMİN MƏQAMI

Məhəmməd Qəzzali yazır: İnsan öyrəndiyi elmlərdə dörd haldadır. Yə`ni, insan təhsil sərvəti ardıncadır. Mal sahibinin halları bunlardadır:

Birinci: Mal kəsb etmək halı.

İkinci: Mal-dövlət yığmaq və anbar etmək.

Üçüncü: Öz mal-dövlətindən bəhrələnmək.

Dördüncü: İnfaq, başqalarına kömək etmək, zəhmətlərinin nəticəsindən başqalarının bəhrələnməsidir. Bu, mal sahibinin ən yaxşı halıdır. Bu halda, ona səxavətli və bağışlayan deyirlər.

Alimin də bu halətləri var: Birinci: Təhsil və elmi mətləbləri cəm etmək haləti. Mal kəsb etmək yox. İkinci: Elmi mətləbləri yazıb zəxirə saxlamaq. Üçüncü: Ələ gətirdiyin elmdən bəhrələnmək və ondan istifadə etmək. Dördüncü: Elmi bağışlamaq və başqalarına tə`lim etmək. Bu həmin alimin ən yaxşı halıdır və cəmiyyətə nicat verəndir.

Nəticədə, Qəzzali mö`təqiddir ki, alim və müəllimin ən yaxşı halı, tədris edib öz elmindən başqalarını bəhrələndirməkdir. Həmçinin, insanlara dünyagörüşü və təfəkkür bəxş etməkdir.[17]

MÜƏLLİM YAXUDPSİXOLOQ?

Şagird, müəllimə bir həkim gözü ilə baxmalıdır. Həkim, dava-dərmanla xəstəni, salamatçılıq və sağlamlığa tərəf apardığı kimi müəllim də şagirdini ağıl, din və insaniyyətçilikdə sağlamlığa tərəf çağırır. Müəllim, bu yolda öyüd-nəsihət və möizə adlı şəfa dərmanlarından istifadə edir. Ona görə də şagird müəllimin sözlərinə yaxşı qulaq asmalıdır ki, elm öyrənməklə təkəbbür və qürur kimi xəstəliklərdən nicat tapsın.[18]

USTADA HÖRMƏT, ELMİN MƏQAMINA HÖRMƏTDİR

Qədim alimlərdən birisi müəlliminin dərsinə gedərkən yol arası fəqirə bir miqdar sədəqə verib deyir: İlahi! Müəllim və ustadımın eybini məndən gizli saxla və onun elm və biliyinnin bərəkətini məndən əsirgəmə!

Başqa alim yazır: Ustadın heybətinə xatir kitabımın vərəqəsini ahəstə çevirirdim ki, kağızın xışıltısı müəllimə əziyyət verməsin. Əlbəttə, belə işlərin riayəti o kəslərlədir ki, özlərini arif şəxslər kimi tanımış olsunlar.

Əhməd İsfahani nəql edir: Şəriklə birlikdə idim. Birdən xəlifə Əbbasinin övladlarından birisi yə`ni, Məhdi içəri girdi. Divara söykənib Şərikdən hədislərin biri barəsində sual etdi. Şərik cavab vermədi. Yenə də sualını təkrar etdi. Şərik, yenə dəe`tinasızlıq etdi.

Xəlifənin oğlu, Şərikə xitab edərək dedi: Xəlifənin oğluna hörmətsizlik edirsən? Şərik dedi: Xeyr! Lakin, Allah dərgahında elm və bilik o qədər əzəmətlidir ki, mən onu istədiyim vaxt zay edə bilmərəm. Xəlifənin oğlu qarşıya gəlib, Şərikin müqabilində ədəb dizini yerə qoydu. O zaman dedi: Elmi belə öyrənmək lazımdır![19]

Bəli! Həmin səbəbə görə İmam Səccad (əleyhissalam) buyurur: Şagird, müəllimin müqabilində başı aşağı və təvazökar olmalıdır. Müəllim ruhani bir ata kimi fikri və ruhi qidanı, şagirdin ixtiyarında qoyur. Ona görə də şagirdin ehtiramı ona vacibdir. Müəllim, bu qidanı eşitmək qüvvəsinin yolu ilə şagirdin ixtiyarında qoyur. Şagirdə lazımdır ki, müəlliminin sözlərinə yaxşı qulaq assın.

Şagird bilməlidir ki, müəllim onunelmi atası sayılır. Elmi atanın ehtiramı, cismi atanın ehtiramından heç də az deyildir. Bəlkə də, ondan üstün və mühümdür. O cəhətdən, şagird öz səsini müəllimin səsindən uca çıxarmamalıdır, əksinə, ustadının müqabilində söz danışmaq ədəbinə riayət etməlidir.

Şagird müəllimin eyblərini örtməkdə ciddi və onun fəzilətlərini aşkar etməkdə çox çalışmalıdır. İskəndərə dedilər: Nəyə görə müəlliminə bu qədər ehtiram göstərib, ata- anandan da üstün bilirsən? Cavab verdi: Müəllim mənim əbədi həyatıma səbəbdir. Halbuki, ata-ana fani dünyamın səbəbidirlər. Cəmiyyətin təkamül mərhələlərindən biri layiqli müəllimlərinin olmasıdır. Müəllimlər cəmiyyətə nicat verib, onu nadanlıq, cəhl, fikri və mədəni sitəmkarlıq və zülmkarlıq qaynağından qurtarmaqdan ötrü qiyam edir, bu yolda özünün ən böyük sərmayəsini yəni, ömrünü fəda edir. Sokrat zindana düşür. Şagirdləri döyüşənə qədər onun azadlığından ötrü çalışırlar. Lakin, o bunu qəbul etməyib, ölümü qanunsuzluq və hərc-mərcliyə müqəddəm bilir.

Sonda İmam Hüseyn (əleyhissalam)-ın adətinə işarə edirik. Əba Əbdürrəhman Süləmi, İmam Hüseyn (əleyhissalam)-ın övladlarından birinə "Həmd"surəsini öyrədir. Həzrət, o müəllimə min əşrəfi (pul vahidi), min libas əta edib, ağzını mirvari ilə doldurur. Bə`ziləri bu bəxşişi çox bilirlər. İmam Hüseyn (əleyhissalam) buyurur: "Bu əta müəllimin öyrətdiyi şeyin hansının əvəzidir? Quran təliminin müqabilində hər nə verilsə, yenə azdır!"[20]

17. MÖVLANIN HAQQI

وأمَّا حَقُّ سَائِسِكَ بالمِلْك فَنَحْوٌ مِنْ سَائِسِكَ بالسُّلْطَانِ إلاّ أَنَّ هذَا يَمْلِكُ مَالا يَمْلِكُهُ ذاكَ، تَلْزِمُكَ طَاعَتُهُ فِيمَا دَقَّ وَجَلَّ مِنْكَ إلاّ أَنْ تُخرِجَكَ مِنْ وُجُوب حَقِّ الله، ويَحُولَ بَينَكَ وبَيْنَ حَقِّهِ وَحُقُوقِ الخَلْقِ، فَإذَا قَضَيْتَهُ رَجَعْتَ إلَى حَقِّهِ فَتَشَاغَلْتَ بهِ. ولا قُوَّةَ إلاّ باللهِ.

“Sənə malik olan mövlanın haqqı hakimin haqqı kimidir. Yalnız, bu fərqlə ki, malikin xususi haqqı var, amma bu haqq hakimdə yoxdur. Onun xususi haqqı, az və çox hər şeydə onun itaətində olmaqı lazım bilir. Bütün bunlar o, vaxtdır ki, onun haqqı ilə Allahın sənəvacib buyurduğu əməllə təzadda olmasın. Sənin əməlinlə, Allahın haqqı arasında mane olmasın. Yox əgər belə olarsa, onda Allahın haqqı müqəddəmdir. Hər vaxt Allahın haqqını yerinə yetirsən, onda malikin haqqının ədasının vaxtı yetişir, ona məşğul olmalısan. Allahın güc və qüdrətindən başqaheç bir-güc qüvvə yoxdur!"

"Məkarimül-Əxlaq" kitabında belə gəlib:

“Malikin sənin boyununda haqqı budur ki, onun itaətində olub, ona qarşı günah etməyəsən. Yalnız, o şeydə itaət etmə ki, Allahın qəzəbinə səbəb iş olsun. Çünki, Allaha qarşı günah etməkdə heç vaxt bəndəyə itaət etmək olmaz!.”

İmam Zeynalabidin (əleyhissalam)-ın gözəl bəyanlarından mə`lum olur ki, maliklə hakimin haqqını bir-birinəoxşar bilir. Bu fərqlə ki, malikə görə xususi haqqı var. O, da onu özünə itaətkar edir. Yeri gəlmişkən, bu haqqın şərhindən belə bir şərhə başlayaq ki, köləlik hansı zamandan başlayıbdır və kökü nədir? Əlbəttə, bu bəhsdə təkcə köləlik yox, ümumi mülkiyyət nəzərdə tutulur.

QULDARLIĞIN TARİXİ

Quldarlığın yaranma tarixi çox da mə`lum deyildir. Onun kökləri barədə müxtəlif nəzəriyələr vardır. Montöskye quldarlığın amilləri barəsində yazır: Quldarlığınibtidasıaşağıdakı amillərdən biri ola bilər:

1. Beynəlxalq hüquq normaları zəruri bilir ki, döyüşdə əsir düşənlər ölümdən amanda qalmaqdan ötrü qulam hökmündə qalsınlar.

2. Rum dövlətinin mədəni qanunu, borcunu qaytara bilməyənlər barəsində icazə vermişdir ki, onların özləri satılsın və ya tələbkarın pulunun əvəzində ona bəndəlik etsin.

3. Təbiət qanunu atanı kölə etdiyi kimi, övladı da kölə edir. Beləliklə, oğul ataya tabe olur.

4. Köləlik haqqı, bir millətin başqa bir millətə qarşı təhqirindən qarşıya çıxır, o da adət və ən`ənələrin ixtilafı üzərində qurulub.

5. Quldarlığın əsas mənşəsi insan cəmiyyətində qüdrətli və zəiflərin tuğyanlar və istismarçı ruhiyyəsi ilə birlikdə olmasıdır." Sonra Montöskye yazır:

Aristotel subut etmək istəyir ki, kölə və qul fitrətən olub və olacaq. Bu, o mə`nadadır ki, Allah-taala, bə`zi insanları yaradıb ki, başqalarının kölələri olsunlar. Əgər biz bu filosofun dediyini qəbul etsək və qul olmaqı fitri bilsək, onda qulların qulluğdan azad olması kəlamını faydasız və fitrətin xilafı kimi qiymətləndirməliyik.

Bunlar, köləlik barəsində Montöskyenin "Ruhul-qəvanin" kitabında gətirdiyi bəhsdir.

İSLAM DİNİ, KÖLƏLİK BARƏSİNDƏ

Müqəddəs İslam dinində, qul olma heç də fitri deyildir. Aristotel məntiqinin əksinə olaraq, İslama görə bəşər azad yaradılmışdır.Həzrəti Əli (əleyhissalam) buyurur:

"Bütün bəşər azad yaradılmışdır. Məgər o, kəslər ki, öz zərərlərinə köləliyə iqrar ediblər (özləri elə bir iş görürlər ki, kölə olmaqlarına şərait yaransın)

Həzrət başqa bir bəyanda buyurur:

“Başqalarının qulu olma! Halbuki Allah səni azad yaratmışdır.”

Bu iki bəyan, bəşəriyyətin azadlıq carçısı sayılan, Həzrəti Əli (əleyhissalam)-dan idi.

Bəşər azad doğulmuşdur. Əgər sonradan kimin köləsi olursa, xarici amillərin tə`sirindəndir. Onun köləliyi həmişəgi yox, müvəqqətidir. Keçmiş zamanlarda kölələr necə yaşayırmışlar?

“Tarixi Rum" kitabının müəllifi Alber Male rumluların kölələri barəsində belə nəql edir:

"Qanuna görə qul və ya kölə şəxs, insan deyil . Bəlkə də, qul, bir şey və ya danışa bilən bir alətdir. Beləliklə, heç bir haqq və hüququ da yoxdur."

Montöskye yazır: Əflatunun qanununda qərara alınmışdır ki, qul özünün təbii müdafiəsindən istifadə edə bilməz. Əgər ona həmlə olarsa, bu qanuna əsasən, özünün təbii müdafiəsindən istifadə edə bilməz. Həmçinin, mədəni müdafiə haqqı ona verilmirvə məhkəməyə də şikayət etməyə haqqı yoxdur. Spart şəhərində köləyə verilmiş qanuna görə məhkəməyə müraciət etməyə haqqı yox idi.

Spartlı qullar, bu cəhətdə o qədər bədbəxt olurlar ki, təkcə bir nəfərin köləsi yox, bəlkə də, bütün cəmiyyətin köləsi hesab olnurdular.

ALÇALMAQ, HARA QƏDƏR?



  İrəli
Go to TOP