A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Fatimeyi Zəhra (ə)-ın zikrinin və salavatın savabı
Müəllif: Abbas Əzizi
Naşir: Əsre rəhayi
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


İmam Sadiqdən (əleyhis-səlam) iki türbətdən istifadə etmək barədə sual olundu ki, bu iki türbətin – həzrət Həmzə və İmam Hüseyn – hansı birindən təsbih düzəltmək daha fəzilətlidir?!

Həzrət cavabında buyurdu: “Həzrət İmam Hüseynin (əleyhis-səlam) qəbrinin torpağından düzəldilən bir təsbihin dənələri zikr deyilməzdən qabaq özü zikr deyir.”

Şiənin əlamətləri

“Rövzətül-vaizin” kitabından nəql olmuşdur ki, Həzrət Musa ibn Cə`fər (əleyhis-səlam) buyurdu: “Bizim şiələr dörd şeydən ehtiyacsız deyildirlər: üstündə namaz qıldığı səccadədən (ya möhürdən) barmağına taxdığı bir üzükdən, dişlərini yumaq üçün misvakdan və İmam Hüseynin (əleyhis-səlam) qəbrinin türbətindən düzəldilmiş 33 dənəli bir təsbihdən ki, onu zikr deyən halda əlində dolandırsa Allah-təala onun üçün hər bir dənəsinə görə qırx savab yazar, səhv və qəflət halda dolandırsa, Allah-təala onun üçün iyirmi savab yazar.”

Haqq zikri demək

İmam Sadiq (əleyhis-səlam) buyurdu:

“İmam Hüseynin (əleyhis-səlam) qəbrinin türbətinə səcdə etmək yeri yeddinci qatına qədər nurlu edir və bir nəfər Hüseynin (əleyhis-səlam) qəbrinin torpağından düzəldilmiş bir təsbihi özü ilə gəzdirsə, haqq zikr edən hesablanar, baxmayaraq ki, onunla zikr demir”[11].

İmam Səccadın (əleyhis-səlam) adəti (xasiyyəti)

Rəvayət olmuşdur ki: Həzrət İmam Zeynul-Abidini (əleyhis-səlam)  Yezidin (lə`nətullah əleyh) yanına aparan zaman Yezid (lə`nətullah əleyh) onu öldürmək qərarına gəlir. Bu cəhətdən söhbətə başladı ki, həzrət onun qətlinə səbəb olan bir söz desin, lakin İmam Səccad (əleyhis-səlam) Yezid (lə`nətullah əleyh) onunla danışdığı qədər söhbət edirdi. Həzrətin əlində kiçik bir təsbih var idi ki, barmaqları ilə onu  çevirirdi və söhbət edirdi. Yezid –(lə`nətullah əleyh) dedi: “Mən səninlə söhbət edirəm və sən barmaqlarınla təsbih  çevirən halda cavabımı verirsən. Bu işi necə rəva görürsən?

Həzrət buyurdu: “Atam Cəddimdən (əleyhis-səlam) mənə danışıbdır ki, sübh namazını qılan zaman yerindən hərəkət edirdi, bir şey deməzdi, o vaxta qədər ki, təsbihi əlinə götürüb bu duanı oxuyardı:

-                       Allahummə inni əsbəhtu usəbbihukə və uhəmmidukə və uhəllilukə və ukəbbirukə və uməccidukə biədədi ma udiru bihi subhəti

-                        

-                       Pərvərdigara! Mən səni  çevirdiyim təsbih dənələri və sayı qədər təsbih, təhmid, təhlil təkbir və təmcid etdiyim halda sübh etdim.

Sonra təsbihi əlinə götürüb onu  çevirərdi və heç bir zikr demədən ürəyi istədiyi hər sözü deyərdi və buyururdu ki, bu onun üçün hesablanıb onun qorunmasına səbəbdir o vaxta qədər ki, öz yatağına gedərdi. Yatağına uzanan zaman bu zikri deyirdi və təsbihini başı altına qoyardı. O andan yuxudan oyanana qədər o həzrət üçün zikr və təsbih sayılırdı. Mən bu işdə cəddimə iqtida edib və ondan itaət etməyə görə yerinə yetirmişəm.”

Yezid -(lə`nətullah əleyh)- neçə dəfələrlə o həzrətə dedi ki, mənə qalib gəldi. Sonra o həzrət  qətl etmək fikrindən yayındı, onların azad edilməsinə görə göstəriş verdi.

Mələklərə yol göstərən

Rəvayət olmuşdur ki: “Hər vaxt hurəl-eyn mələklərdən, birini görsələr ki, yer üzünə bir işdən sarı enirlər İmam Hüseynin (əleyhis-səlam) qəbrinin torpağından düzəldilmiş bir təsbihlə onun yolunu tapırlar.”

VI-cı fəsil

Fatimeyi-Zəhra (s) zikrini deməyin vaxtı

 

1) Namazdan sonra zikr

a) 1000 rəkət namazdan daha üstün

İmam Sadiq (əleyhis-səlam) buyurdu:

“Həzrət Fatiməyi-Zəhra (əleyha-səlam) zikri mənim yanımda hər gündə hər namazdan sonra min rəkət namazdan daha üstündür.”

b) Bağışlanmaya səbəb olur

İmam Sadiq (əleyhis-səlam) buyurdu:

“Hər kəs vacib namazdan sonra həzrət Zəhra (əleyha-səlam) zikri ilə 100 dəfə Allah-təalanın zikrinə məşğul olsa və onun ardınca “La ilahə illəl-lah”ı desə Allah-təala onu öz məğfirətinə (bağışlanmaya) aid edər.”

c) Namazın rədd olması

Əllamə Müqərrəm deyir: “Bu zikr barədə o qədər deyilib ki, hətta Allah-təalanın haqqı vardır, kamil şəkildə və bütün şəraitlərlə yerinə yetirilmiş, lakin Fatimeyi-Zəhranın (əleyha-səlam) zikri deyilməmiş bir ibadəti sahibinə qaytarsın və ondan qəbul etməsin. Pak imamlar (əleyhimus-səlam) bu barədə buyurmuşlar: “Zikri olmayan namaz sahibinə qaytarılır.” Çünki ibadət həzrət Zəhra (əleyha-səlam) zikri ilə birlikdə bəzəkli bir paltar kimidir ki, paltar bəzəksiz və zinətsiz bəyənilmir.

d) Zikrdə davam

Həzrət Zəhra (əleyha-səlam) xidmətçi almaq üçün Peyğəmbərin yanına gedən zaman əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alihi) ona buyurdu: “Ey Fatimə! Sənə bir şeyi əta edirəm ki, xidmətçidən dünya və dünyada olanlardan daha üstün olsun. Namazdan sonra 34 dəfə “Allahu əkbər”, 33 dəfə “Əlhəmdulillah” və 33 dəfə “Subhanəllah”ı de və onu “La ilahə illəllah” ilə tamamla. Bu iş sənin üçün istədiyindən, dünya və dünyada olan şeylərdən daha yaxşıdır.”

Onda həzrət Zəhra (əleyha-səlam) hər namazdan sonra bu zikrə davam etdi və ona mənsub oldu.

2) Yatan zaman zikr demək:

a) Xidmətçidən daha yaxşı

Əmirəl-mö`minin Əli (əleyhis-səlam) buyurdu:

“Həzrət Fatimeyi-Zəhra salamullah əleyha Rəsuli-Əkrəmin (səlləllahu əleyhi və alihi) yanına getdi və ondan bir xidmətçi istədi, Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu: “Görəsən sənə bir şeydən xəbər verməyim ki, sənin üçün xidmətçidən daha yaxşı olsun? Yatan zaman da 33 dəfə “Subhənallah”, 33 dəfə “Əlhəmdulillah” və 34 dəfə “Allahu əkbər” de.”

Yatan zaman zikr demək

İmam Sadiq (əleyhis-səlam) buyurdu:

“Hər kəs gecəni Fatimə (əleyha-səlam)-ın təsbihi ilə başa vursa (yatan zaman təsbih desə) Allahı  çox xatırlayan və zikr edən kişilər və qadınlar zümrəsindən olacaq.”

Yatmazdan əvvəl zikr demək

Həzrət Fatiməyi-Zəhra (əleyha-səlam) zikrini (demək sifariş verilən yerlərdən biri) öz yatağına getdiyin bir vaxtda  34 dəfə “Allahu əkbər”, 33 dəfə “Əlhəmdulillah” və 33 dəfə “Subhanəllah”, “Ayətəl-kürsü”nü, “Müəvvəzzətəyn” (FələqNassurələri ) və Saffat surəsinin əvvəldə on ayəsi və axırda on ayəsini oxu[12].

 

VII-ci fəsil

Fatimeyi-Zəhra (əleyha-səlam) zikrinin mə`nası

Həzrət Fatimə (əleyha-səlam) zikrinin uca məfhumları

İmam Sadiq (əleyhis-səlam) buyurdu: “Fatimeyi-Zəhran (əleyha-səlam) zikri bunlardan ibarətdir: Münəzzəhdir bir cəlal sahibi ki, mütəkkəbbir və böyükdür. Münəzzəhdir bir izzət sahibi ki, şə`ni və mərtəbəsi uca və yüksəkdir, münəzzəhdir bir səltənətin sahibi ki, fəxr və iftixarə sahibdir, münəzzəhdir gözəllik və cəmal sahibi, münəzzəhdir o kəs ki, nur və vüqarla bəzənmişdir. Münəzzəhdir o kəs ki, qarışqanın ayaqlarının əlamətlərini saf və şəffaf daşda görüb, ağaclar və güllərin üzərinə düşən quşlara nəzər salır.

 “Allahu Əkbər”in  mə`nası

-     Allah bizim düşüncə və xəyalımızdan daha böyük və ucadır.

-     Allah bütün şeylərdən daha böyükdür.

-      Allah bütün varlıqlardan, o cümlədən: duyduğumuz maddi aləmdən, mələklərdən və qeyri-maddi (mələkuti, metafiziki) mövcudatdan daha üstündür.

-     İmam Sadiq (əleyhis-səlam) buyurur: “Elə ki, başlanğıcda təkbir (Allahu Əkbər) deyirsən gərək ondan (Allahdan) başqa bütün varlıqlar sənin nəzərində kiçilsin.”

-     Hər “Allahu Əkbər”,  Allahın böyüklüyü duyğusunu insanın vücudunda genişləndirir və onu ülvi dərəcələrə nail edir.

-     Hər vaxt namazda münacatın şirinliyini daddınız bilin ki, sizin təkbiriniz Allah-təalanın qəbul və təsdiq məqamındadır.

-     “Allahu Əkbər” bir kəlmədir ki, müsəlman körpə doğumunun başlanğıcında azan və iqamə ünvanı vasitəsilə eşidir.

-     Və ən axırıncı bir kəlmədir ki, ölüyə oxunur.

-     Birinci və yeganə bir zikrdir ki, hər namazda vacibdir və həm də namazın rüknüdür.

“Əlhəmdulillah”ın mə`nası

-     Həmd və sitayiş o Allaha məxsusdur ki, bütün kainat onunla bəslənir.

-     Bu zikri deməklə, şükr etmək hiss və duyğusu bizdə dirilir.

-     Bu zikri demək qəflətləri aradan aparır, ne`mətləri yada salır və bizi İlahi Rübubiyyətə diqqətli və ayıq edir.

-     Qur`anda Allah üçün 100 ad gəlmişdir ki, “Allah” onların ən yığcamıdır.

-     “Həmd” kəlməsində Allaha “sitayiş və şükr”dən əlavə ayrı bir mə`nada gizlənmişdir və o “pərəstişdir”

 “Subhanəllah”ın mə`nası

İmam Sadiqdən (əleyhis-səlam) Allahın bu sözü “Subhanəllah” barədə sual oldu, buyurdu: “Onu (Allahı) pak və münəzzəh bilmək mə`nasındadır”[13].

Peyğəmbərin sözü

Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alihi) Təlhə ibn Übeydullahın “Subhanəllah”ın mə`nası barədə soruşduğu sualın cavabında buyurdu: “O, (Subhanallah) Allahı hər yaraşmaz sifətdən pak və münəzzəh bilməkdir.”

Zikrin savabında

İlahi zikrin ayrı qismlərindən biri təsbih deməkdir. Əli (əleyhis-səlam) buyurdu: “Bir nəfər bir dəfə “Subhanəllah” desə, bütün mələklər ona salavat göndərirlər və zikrin savabını Allahdan başqa kimsə bilmir.”

“İddətud-dai vəl-Ali” kitabında gəlmişdir ki, Həzrət İmam Sadiq (əleyhis-səlam) buyurdu: “Süleymanın ordusu, məsafəsinə görə 600 kvadrat kilometr ərazini əhatə etmiş quşlar və toyuqlardan, 150 kilometr vəhşi heyvanlardan və 150 kilometr adamlardan  ibarət idi. Cinlər Süleyman (əleyhis-səlam) üçün onun böyüklüyü 12 kvadrat  kilometr  olan ipək və qızıldan bir (bəsat) fərş toxumuşdular. Süleyman (əleyhis-səlam) üçün o fərşin üstündə bir minbər qoydular və onun ətrafına qızıl və gümüşdən olan kürsülər qoydular. Peyğəmbərlər qızıl kürsülərə, alimlər isə gümüş kürsülərdə otururdular. Quşlar Süleymanın (əleyhis-səlam) başı üstündə öz qanadlarını bir-birinə yapışdırırdılar ki, gün Süleymanın başına düşməsin və Allah küləyi Süleymanın ixtiyarına vermişdi ki, onun fərşini götürür və gecə-gündüz iki ay dolandırardı. Necə ki, Allah buyurur: “Və li Suleymanər-rihə ğəduha şəhrun və rəvahuha şəhr”[14].

Bir gün külək fərşi o cəlal və şövkətlə aparırdı bir kəndli səhrada durmuşdu və dedi: “Subhanəllah” Allah Davudun oğluna necədə səltənət əta edib? Külək onun sözünü Süleymanın qulağına yetirdi. Həzrət Süleyman əmr etdi külək fərşi yerə endirsin. Kəndli kişinin yanına getdi. Buyurdu: “Təsbihətun vahidətun yuqbiluhəllahə xəyrun min ma utiyə min ali Davud” yə`ni Allah bəndələrindən biri bir subhanəllah desə və Allah qəbul etsə Ali-Davuda əta etdiyindən daha üstünün ona verər. Başqa bir rəvayətdə vardır ki, bir “Subhanəllah” demək Allah yolunda verilən bir dağ gümüşdən daha fəzilətli və üstündür. Və bu “Subhanəllah” deməyin  çoxlu fayda, səmərə və bərəkətləri vardır[15].

Mələklərin salamı

İmam Əli (əleyhis-səlam) “Subhanəllah”ın mə`nası nədir sualına cavabında buyurdu: “O Allahın (əzzə və cəllə) uca məqamının ehtiram olunması və onun barəsində müşriklər dediyi hər şeydən onu münəzzəh bilməkdir. Hər vaxt bəndə bu cümləni desə, hər bir mələk ona salam göndərir”[16].

Subhanəllah zikrinin faydaları

Şeyx Səduq “Əmali” kitabında İmam Sadiqdən (əleyhis-səlam)  rəvayət etmişdir ki, buyurdu: “Bir nəfər bir gün 30 dəfə “Subhanəllah” desə Allah-təala ondan 70 növ bəlanı uzaqlaşdırar ki, onların ən yüngülü fəqirlik bəlasıdır. 2-ci faydası budur ki, qəm-qüssə, qorxu, təhlükə,  çətinlik və müsibətlərdən nicat tapmağa səbəb olur. Necə ki, balığın qarnından Yunus peyğəmbərin nicat tapmasına bu iş səbəb oldu ki, dedi: “Sübhanəkə inni kuntu minəz-zalimin[17]. Allah ona nicat verdi necə ki, buyurur: “Fəstəcəbna ləhu və nəccəynəhu minəl-ğəmmi”[18] və sonra buyurur “Fələvla ənnəhu kanə minəl-musəbbihinə lə ləbisə fi bətnihi ila yavmə yubəsun”[19] yə`ni “onun zikrinin bərəkəti ilə ona balığın qarnında qəm-qüssə, giriftarlıq və  çətinlikdən nicat verdik.

Behiştdə bir ağac

Ayrı bir rəvayətdə vardır ki, Bir nəfər bir “Subhanəllah” desə, behiştdə bir ağac onun üçün əkərlər, hər vaxt “vəl-həmdulillah” desə, ayrı ağac əkirlər.

 

ÜÇÜNCÜ HİSSƏ

SURƏLƏR VƏ DUALAR

Fatihə” surəsi

Bismillahir-rəhmanir-rəhim

 (1) Əl-həmdu lillahi Rəbbil-aləmin. (2) Ər-Rəhmanir-Rəhim. (3) Maliki yəvmid-din. (4) İyyakə nə`budu və iyyakə nəstəin. (5) İhdinəs-siratəl-mustəqim. (6) Siratəl-ləzinə ən`əmtə ələyhim ğəyril-məğzubi ələyhim vələz-zallin. (7)

 Yasin” surəsi



Geri   İrəli
Go to TOP