A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Fatimeyi Zəhra (ə)-ın zikrinin və salavatın savabı
Müəllif: Abbas Əzizi
Naşir: Əsre rəhayi
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Allah-taalaya heç həmd və sitayiş ilə Fatimeyi –Zəhranın (əleyha-səlam) zikrindən daha üstün heç bir ibadət yoxdur. Əgər ondan daha üstün bir şey olsaydı, əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alihi) onu qızına bəxşiş edərdi. O (təsbih zikri) hər vacib namazdan sonra İmam Sadiqin (əleyhis-səlam) yanında hər gündə  qılınan min rükət namazdan  daha sevimlidir. Hər bir bəndə ona nisbət daimi surətdə əhəmiyyət verib  çalışsa heç vaxt bədbəxt olmayacaqdır. Bu səbəbdən uşaqlara namaz qılmağa əmr etmək lazım olduğu kimi bu tə`qibatları oxumağa da əmr etmək lazımdır. Çünki baxmayaraq bu zikr dildə 100 ədəddir. Lakin İlahi tərəzisində 1000 ədəd sayılır. Şeytanı uzaqlaşdırır və Allahın razılığını cəlb edir. Qulaqlarda olan ağırlıqları aradan aparır. Fatimeyi –Zəhranın (əleyha-səlam) zikrini hər hansı bir bəndə zikr etsə, səccadədən (canamazdan) ayağını  hərəkətə gətirib götürməzdən əvvəl Allah-taala onu bağışlayar və behişti ona vacib edər. Məxsusən, sübh namazından sonra onu «la ilahə illəllah»ı deməklə kamil etsin və sonra bağışlanma istəsin. Bu zikri deməklədir ki, Allah bəndəsi o kəslərin sırasında məşhur  olar ki, onlar Allahı  çox xatırlayırlar « əz-zakirinəllahə kəsirən» və Allahın onu xatırlamaq ləyaqətini qazanırlar. Necə ki, Allah və`də verib və buyurmuşdur  «Fəzkuruni əzkurum»  Məni xatırlayın ki, mən sizi xatırlayım»[4]

Mö`minin nişanəsi

«Məkarimul–əxlaq» kitabında hekayət olub ki, Fatimeyi –Zəhranın (əleyha-səlam) zikri mö`minin beş əlamətlərindən biridir.

 

II-ci Fəsil

 

Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrinin fəlsəfəsi

 

Misilsiz hədiyyə

Hədisdə gəlmişdir:

Əmirəl-mö`minin (əleyhis-səlam) Həzrət  Fatimeyi-Zəhraya (əleyha-səlam) buyurdu ki, getsin və Peyğəmbərdən bir xidmətçi (qulluqçu) istəsin. O xanım getdi və əlinin qabarlarını göstərdiyi əsnada dedi: «Asyabı (dəyirman daşını) dolandırmaq məni zəhmətə salmışdır» bir xidmətçi istədiyini bildirdi. Peyğəmbər (səlləllahu əleyhi və alihi) cavabında buyurdu: Xidmətçi əvəzinə bütün dünyadan daha qiymətli bir hədiyyəni sənə verməyimi istəmirsənmi? Yatmağa hazırlaşdığın zaman 34 dəfə «Allahu-Əkbər», 33 dəfə «Əlhəmdulillah» 33 dəfə «Subhənallah» de.

sbih xidmətçidən daha üstündür

«Dəaimul-İslam» kitabında Əlidən (əleyhis-səlam) nəql olmuşdur ki, buyurdu: Əcəm Padşahlarından biri Peyğəmbərə bir qul hədiyyə etdi. Fatiməyə (əleyha-səlam) dedim: Allah Peyğəmbərinin yanına get və ondan özün üçün bir xidmətçi istə Fatimeyi-Zəhra (əleyha-səlam) yanına getdi və bu məsələni ona söylədi.

Peyğəmbər buyurdu: «Fatiməcan! Sənin üçün xidmətçidən və dünyadan daha üstün olan bir şey sənə verim; namazdan sonra  34 dəfə «Allahukbər», 33 dəfə «Əlhəmdulillah» 33 dəfə «Subhənallah» de və axırda bu üçlük zikri «La ilahə illəllah» ilə tamamla. Bu sənin üçün istədiyindən, dünya və dünyada olanlardan daha yaxşı və üstün olacaq. Buna görə də Fatiməyi-Zəhra (əleyha-səlam) bu zikrləri hər namazdan sonra zikr etməyə diqqət yetirirdi və bu səbəbə görə bu zikr ona nisbət verildi və camaat arasında «Fatimeyi-Zəhra (əleyha-səlam)» zikri (təsbihatı) adı ilə  məşhurdur.

Zikrin sirri

İmamlardan olan hədislərdə gəlmişdir ki, Fatimeyi-Zəhranın (əleyha-səlam) bu məşhur zikrini (34 dəfə Allahu –Əkbər, 33 dəfə Əlhəmdullilah və 33 dəfə Subhanəllah) əlavə olaraq La ilahə illəllah ilə tamamlayın.[5]

Bütün bu fəzilətlərin sirri bəlkə bu olsun ki, bir dilənçi İmam Cə`fər Sadiqdan (əleyhis-səlam) sual edir ki, Kə`bə evinin 4 sütunu var.və kub şəkilində dörd güşəlidir.Bunun sirri nədir ? İmam (əleyhis-səlam) buyurdu: Çünkü Beytul-Mə`murun 4 rükunu (sütunu) var. Dilənçi soruşdu: Niyə Beytul-mə`murun 4 sütunu vardır. İmam (ə) buyurdu: Çünki ərşin 4 sütunu vardır. Dilənçi soruşdu: Ərşin niyə 4 sütunu vardır ?  Çünki hər  ərş bir rüknün üstündə durur. 1-cisi Allahukbər, 2-cisi Subhənallah, 3-cü sü Əlhəmdulillah, 4-cüsü La ila illəllah-dır. Bu hədis bir daha çatdırır ki, ilahi qanunvericilikdə olan qanunlar, yaradılış aləmində müəyyən sirrə, hikmətə sahibdir.

Əziz Peyğəmbərin (s) bu zikri Fatimeyi-Zəhraya (ə) tə`lim edərək,  xanımın adını bu zikrin üzərinə qoyması və İmam Sadiqin (ə) “bu zikri oxumaq bizim üçün min rəkət namazdan üstündür” deyə buyurması, bəlkə də bu  zikrin insanı yüksəklərə qədər (Allaha qovuşmağa) ucaltması səbəbindəndir. Və elə bu zikri deyərkən dəstəmazlı olmağın, qibləyə tərəf yönəlməyin şərt olması da, bu zikrin insanı namaztək me`raca aparmaq potensialına malik olmasına görədir və əgər bir insan xalis niyyətlə bu 3 mühüm zikri iqrar etsə və onu «La ilahə illəllah» ilə tamamlasa onun müqabilində Allahdan başqası böyük olsun və ya başqasına həmd etsin və Allaha vəsl olmadan və ya başqa şəxsi özünə mə`bud qərar versin. Bununla belə ki,  «La ilahə illəllah» cümləsi bütün tanrıları inkar edərək, vahid Allahı isbat edir. Bəli, belə bir şəxsin zaman keçdikcə azmasının imkanı azdır;  çünki ondan daha möhkəm bir şeyin olmadığı bir şeydən yapışmışdır.  Çünki o Allahın ərşindən yapışmışdır və Allahdan istəyirik ki, biz günahkar bəndələrinə öz ərşinə yetişməyi  və həblul-mətinə  (Sarsılmaz ipinə)yapışmaqda yardım etsin.  

Fatimeyi-Zəhra (əleyha-səlam) zikrinin şəriətə mənsub olmasının səbəbi

Həzrət  Peyğəmbərin (səlləllahu əleyhi və alihi) qızı Fatiməyə (əleyha-səlam) hər namazdan sonra və yatan zaman onları deməsi üçün  zikrlər öyrətdi ki, həzrət  Fatimənin (əleyha-səlam) zikri adı ilə məşhurdur.

Əllamə Məclisi (rə) deyir: Bu təsbihin şər`i olmasının səbəbini bir qayda olaraq İmamiyyə və başqaları rəvayət etmişlər. O idi ki, Əmirəl-mö`minin (əleyhis-səlam) buyurdu: Ev işlərində Fatimənin (əleyha-səlam) bərk zəhmət və  çətinlik  çəkdiyini gördükdə, digər tərəfdən Allah elçisi üçün döyüş qəniməti adı ilə əsirlər gətirildiyindən xəbərdar olduqda  Fatiməyə (əleyha-səlam) dedim: Niyə atanın yanına getmir və ondan ev işlərində sənə kömək etmək,  çətinlik və əziyyətini azaltmaq üçün bir xidmətçi istəmirsən? Xanım o Həzrətin yanına getdi, lakin bir dəstənin o Həzrətin hüzurunda oturduğunu  müşahidə etdi və öz mətləbini deməyib qayıtdı. Həzrət  Peyğəmbər (səlləllahu əleyhi və alihi) başa düşdü ki, Fatimə (əleyha-səlam) onun üçün əhəmiyyətli bir iş üçün gəlmişdir. O günün sabahı sübh çağı Fatimənin (əleyha-səlam) mənzilinə gəlib dünənki gəlişinin səbəbini sordu. O xanım öz istəyini bəyan etmək üçün xəcalət çəkdi. Əziz İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alihi) ərz etdim: Siz ev işlərinin nə qədər  çox olduğunu bilirsiniz. Su çəkmək, dəyirmanda un üyütmək, süpürmək və bunun kimi işlər ki, ağır şəkildə onu narahat etmişdir. Mən ona demişdim ki, yaxşı olar yanımıza gəlib  çətinlik və əziyyətlərini azaltmağa görə onun üçün bir xidmətçi tə`yin etməyinizi istəsin. Həzrət buyurdu: Xidmətçidən daha üstün bir şeyi deyimmi?  Dedi: Bəli! Ey Allahın rəsulu! Həzrət bu məşhur zikri ona yatan zaman və hər namazdan sonra oxumasını  tə`lim etdi.

 

III-cü fəsil

Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrinin faydaları

 

1)     Bədbəxtçilikdən nicat tapmaq

 

İmam Sadiq (əleyhis-səlam) buyurdu: Ey Əba Harun! Biz öz uşaqlarımızı namaz qəlmağa əmr etdiyimiz kim Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini etməyə də əmr edirik. Onu zikr etməyə diqqət və sə`y et və zikrləri qoru. Hər bir bəndə onu qorusa bədbəxt olmaz.

2) Günahların bağışlanması

İmam Sadiq (əleyhis-səlam) buyurdu: Hər kəs vacib namazdan sonra sağ ayağını sol ayağının üstündən götürməmişdən əvvəl Fatimeyi–Zəhranın (əleyha-səlam) zikrini desə bütün günahları bağışlanar və bu zikri «Allahu-Əkbər»dən başlasın»[6]

3) Behiştin vacib olması

İmam Sadiq (əleyhis-səlam) buyurdu: «Hər kəs Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini vacib namazdan sonra təşəhhüd  və salam oturuşu halından  çıxmamışdan əvvəl zikr etsə  Allah-taala behişti ona vacib edər.”

4) Mələklərin qayğısı

«Hər vaxt sizdən biriniz yatağına sarı getsə alicənab bir mələk və üsyankar bir şeytan sürətlə ona sarı gələrlər. O mələk ona deyir: «Gününü yaxşılıqla sona  çatdır, gecəni yaxşılıqla başla». Şeytan ona deyər: «Gününü günahla qurtar və gecəni günahla başla.”

«Bu vaxt əgər o şəxs alicənab mələyə itaət etsə və gününü Allahın zikri ilə başa vursa və gecəsini yatağına gedən zaman Allahın zikri ilə başlasa və 34 dəfə «Allahu-əkbər» 33 dəfə «Subhanəllah» və 33 dəfə «Əlhəmdulillah» desə, o mələk şeytanı onun yanından qovur və şeytan uzaqlaşır və o mələk o şəxs yatana qədər onu qoruyar. Və o şəxs  yuxudan oyanan vaxtda şeytan (yenə də) ona tərəf tələsər və yatmazdan əvvəl ona dediklərini yenə deyər. O mələk də o şəxs yatmazdan qabaq dediklərini ona deyər. Əgər o bəndə Allahı keçən gecə yuxudan əvvəl xatırladığı kimi (yenə də) zikr etsə o mələk şeytanı ondan qovar və şeytanı ondan uzaqlaşdırar. Allah-təala gecənin ibadət savabını onun üçün yazar»[7].

5) Təhlükələrdən qorunmaq

İmam Sadiq (əleyhis-səlam) buyurur:

“İki qardaş Allah Peyğəmbərinin (səlləllahu əleyhi və alihi) yanına gəldilər və ərz etdilər. Biz ticarət etmək üçün Şama getmək istəyirik. Təhlükələrdən qorunmaq üçün nə demək (etmək) lazım olduğunu  bizə öyrədin.”

Həzrət buyurdu: “Karvansaraya  çatan zaman işa namazını qılın, sizdən hər hansı biriniz yatağına gedən vaxt Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini desin və ondan sonra “Ayətul-Kürsü”nü oxusun. Bu halda sübhə qədər hər bir şər və təhlükədən amanda qalacaqsınız.”

Yol əsnasında bir dəstə oğru onları tə`qib etdi və o, iki qardaş karvansaraya daxil olan zaman öz qulamını mə`mur etdilər ki, getsin və görsün ki, bu iki qardaşın halı necədir, hansı vəziyyətdədirlər, yatıblar, yaxud oyaqdırlar? Qulam onlara yetişən zaman gördü ki, iki qardaş öz yataqlarına sarı yollandılar və onların hər ikisi “Ayətəl-kürsü”nü və Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini etdilər və bunun ardınca (Qulam görür ki,) birdən iki divar o iki qardaşı əhatə etdi. Qulam onların ətrafına nə qədər dolansa da iki divardan ayrı bir şey görmədi. Oğruların yanına qayıtdı. Onlar ona dedilər: “Allah səni zəlil etsin! Sən bizə yalan danışdın. Bəlkə bacarıqsızlıq etdin və qorxdun!” Bu vaxt özləri qalxdılar və baxdılar. Lakin onlar da iki divardan başqa bir şey görmədilər. Sonra o iki divarın kənarında qərar tutdular. Lakin bir şey eşitmədilər və kimsəni görmədilər. Onda öz yerlərinə qayıtdılar.

Sübh olandan sonra oğrular o iki qardaşın yanına gəldilər və dedilər: “Siz harda idiniz?”

Dedilər: “Biz elə burda idik və öz yerimizdən tərpənmədik.”

Oğrular dedilər: And olsun Allaha ki, biz gəldik və iki divardan başqa ayrı bir şey görmədik. Bizə deyin görək sizin dastanınız nə məsələdir?”

O iki qardaş dedilər: “Biz Allah elçisinin yanına getdik və ondan bizə bir şey öyrətməsini istədik. O Həzrət (səlləllahu əleyhi və alihi) “Ayətəl-kürsü” və Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini  bizə öyrətdi və biz də onları dedik (zikr etdik).”

Oğrular dedilər: “Gedin, And olsun Allaha ki, biz (daha) sizin ardınızca gəlməyəcəyik və bu kəlamın (“Ayətəl-kürsü” və təsbihat) olması ilə heç bir oğru sizə təcavüz edə bilməz.

6) Fatimeyi-Zəhranın (əleyha-səlam) zikri ilə dərman

Bir kişi İmam Sadiqin (əleyhis-səlam) yanına gəldi. Həzrət onunla söhbət etdi. O kişi Həzrətin kəlamını eşitmədi və qulağının ağır eşitməsindən Həzrətə şikayət etdi. Həzrət ona buyurdu: “Niyə Fatimənin (əleyha-səlam) zikrindən qafilsən”

O kişi dedi: “Sənə fəda olum, Fatimənin (əleyha-səlam) zikri nədir?”

Həzrət buyurdu: “34 dəfə Allahu Əkbər, 33 dəfə Əlhəmdulillah və 33 dəfə Subhənallah yüz ədəd və kamil olana qədər deyirsən”

O, kişi deyir: “Qısa bir müddətdən sonra bu təsbihata davam etdim və qulağımın ağırlığı aradan getdi”[8]

Şeytanın uzaqlaşması

İmam Baqir (əleyhis-səlam) buyurdu:

“Hər kəs Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrindən sonra istiğfar etsə, (bağışlanma istəsə) bağışlanar və o zikr dildə yüz ədəddir və əməllər tərəzisində 1000 olacaq, şeytanı uzaqlaşdırıb və rəhman Allahı razı edir.”

 

IV-cü fəsil

Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrinin qaydası (ədəbləri)

 

Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrində davamlı olmaq

Məhəmməd ibn Cə`fər (əleyhis-səlam) nəql edir:

“İmam Cə`fər Sadiq (əleyhis-səlam) həzrət Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini ardıcıl olaraq yerinə yetirirdi və onu kəsmirdi”[9].

Fatimeyi-Zəhra (əleyha-səlam) zikrinin deyilmə qaydası

İmam Sadiq (əleyhis-səlam) buyurur:

“Fatimənin (əleyha-səlam) zikri “Allahu Əkbər” ilə başlayıb 34 dəfə deyirsən, ondan sonra 33 “Əl-həmdulillah” və sonra isə 33 dəfə “Subhənallah” deyirsən”[10].

Zikr zamanı göz yaşı tökmək

Şeyx Qasım Əli ibn Hilal Cəzairi həzrət Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini bir saatdan  çox uzadardı.  Çünki zikrlərindən hər bir kəlməni dilinə gətirsəydi onunla bərabər göz yaşlarını axıdardı.

V-ci fəsil

Zikrin növü

Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrinin növü

“Məkarimul-əxlaq” kitabında nəql olunub ki, Fatimeyi-Zəhranın (əleyha-səlam) əlində 100 düyün vurulmuş sapdan bir parça var idi. Onda o təsbihdə təkbirlərin sayı qədər düyün var idi ki, əlində dolandırırdı və təkbir deyib zikr edirdi. O vaxta qədər ki, Peyğəmbərin əmisi Seyyiduş-şühəda Həmzə (rə) şəhid oldu. Həmzənin şəhadətindən sonra təsbih dənələrinin düzəldilməsi üçün onun türbətindən istifadə olundu. Şəhidlər ağası Həzrət Əba Əbdillahil-Hüseyn (əleyhis-səlam) şəhadət hadisəsi baş verən zaman, camaat təsbih dənələrini düzəltmək üçün o əziz şəxsiyyətin türbətindən istifadə etdilər.  Çünki dünya fədakarlarının ağasının torpaq və türbətində böyük bir fəzilət vardır. İmam Sadiq (əleyhis-səlam) buyurdu: “Təsbih (abi ümmün) göy saplarından düzəldilmiş və 34 dənəsi var idi və o anamız Fatimeyi-Zəhra (əleyha-səlam) zikri idi. Həmzə şəhid olan vaxt onun qəbrinin torpağından təsbih dənələri düzəldildi ki, hər namazdan sonra onunla zikr olunurdu.”

Türbət təsbihi

İmam Sadiq (əleyhis-səlam) buyurdu:



Geri   İrəli
Go to TOP