A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Fatimeyi Zəhra (ə)-ın zikrinin və salavatın savabı
Müəllif: Abbas Əzizi
Naşir: Əsre rəhayi
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Sonra İmam buyurdu: “O biri ayə hansıdır?.”

Ərz etdi: Bu ayədir ki, buyurur: Allah yolunda infaq edin ki, Allah da ondan daha yaxşısını sizə versin; “Və ma ənfəqtum min şəyin huvə yuxlifuhu huvə xəyrur-raziqin”

Mən Allah yolunda infaq (ehsan) edirəm; lakin onun yerini dolduran bir şey mənə yetişmir!.”

İmam buyurdu: “Əgər bir nəfər halal mal qazansa  və Allah yolunda bir dirhəm belə infaq etsə, Allah onun əvəzini verər.”

74 – Hicab və maneələri qaldırmaq

Rəvayətdə gəlmişdir: Elə bir dua yoxdur ki, onunla icabət (qəbul) olunan göy arasında bir hicab və maneə olmasın, amma o vaxt “Muhəmməd və ali Muhəmmədə” (Allahummə səlli əla Muhəmməd ali Muhəmməd) salavat zikri ortaya gəlsə, hicablar kənara  çəkilər və dua icabətə yetişər. Salavatsız dua icabətə yetişmir.”

75 – Salavatla dua kamilləşir

İmam Sadiq (əleyhis-səlam) buyurur: “Bir nəfərin ki, bir hacəti olsa, gərək başlanğıcda “Muhəmməd və ali Muhəmmədə” (Allahummə səlli əla Muhəmməd ali Muhəmməd) salavat göndərsin. Sonra öz hacətini istəsin və sonra salavatla öz duasını tamamlasın.  Çünki Allah-təala ondan daha böyük və əzəmətlidir ki, duanın (əvvəl və axırını) iki tərəfini icabət etsin və onun ortasını görməməzliyə qoysun bir şərtlə ki, salavatdan hicabda olmasın.”

76 – İmam və Muhəmməd və ali Muhəmmədə (Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd) salavat

Rəca ibn Zəhhak deyir:

İmam Rza (əleyhis-səlam) dualarını Muhəmməd və ali Muhəmmədə (Allahummə səlli əla Muhəmməd ali Muhəmməd) salavat göndərməklə başlayırdı. Namazda və ondan başqa hallarda  çoxlu salavat göndərirdi.”

VIII-ci Fəsil

Salavatın vaxtı

77 – Cümə günü tövsiyə olunur

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Cümə günündə mənə  çoxlu salam və salavat göndərin. O gün elə bir gündür ki, mələklər onu görürlər və salavat deyən şəxs salavatdan fariq olana qədər mənə ərz olunur.”

78 – İki salavatın arasında hacət

İmam Sadiq (əleyhis-səlam) buyurur:

“Hər kəsin Allaha bir hacəti olsa, gərək onu Məhəmməd (səlləllahu əleyhi və alihi) və əhli-beytinə salavatla başlasın və sonra öz hacətini istəsin və yenə axırda Məhəmməd (səlləllahu əleyhi və alihi) və əhli-beytinə salavat göndərsin.  Çünki Allah (əzzə və cəllə) ondan daha kərimdir ki, iki tərəfi qəbul etsin və ortanı buraxsın.  Çünki, Məhəmməd (səlləllahu əleyhi və alihi) və əhli-beytinə salavat ondan məhcub olmaz.”

79 – Cümə günündə 1000 salavatın tə`siri

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Hər kəs  cümə günündə 1000 dəfə mənə salavat göndərsə, onun 80 illik xətaları bağışlanar.”

80 – Cümə günündə  çoxlu salavat

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu: “ Hər cümə günündə mənə  çoxlu salavat göndərin:  çünki ümmətimin salavatı hər cümədə mənə təqdim olunur və hər kəs mənə  çoxlu salavat göndərsə onun məqam mərtəbəsi mənə daha yaxın olur.”

81 – Ona kömək edərəm

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Hər kəs hər sübhdə və gecədə 10 dəfə mənə salavat göndərsə, mən ona o, möhtac olan bir vaxtda kömək edərəm.”

82 – Axirətin 30 hacətinin həyata keçməsi

Məhəmməd ibn Füzeyl səkkizinci İmam (əleyhis-səlam)-dan rəvayət edib ki, buyurdu:

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Hər kəs cümə günü, mənə 100 dəfə salavat göndərsə, Allah onun altmış hacətini həyata keçirər, otuz hacət dünyası üçün və otuz hacət axirəti üçün.”

83 – Günahların məhv olması

İmam Sadiq (əleyhis-səlam) buyurdu:

“Cümə gecəsində və onun günündə sədəqə vermək və həmçinin “Məhəmməd (səlləllahu əleyhi və alihi) və onun əhli-beytinə” “salavat” göndərmək min ehsana bərabərdir və min günah onun vasitəsilə məhv olar və min dərəcə bir insanın məqamına artırılar.”

IX-cu Fəsil

Hər halda salavat

 

84 – Mənə salavat göndərin!

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Hər halda olsanız mənə salavat göndərin,  çünki sizin salavatınız mənə  çatır.”

85 – Hər məkanda salavatın vacib olması

İmam Rza (əleyhis-səlam) buyurub:

“Muhəmməd və ali Muhəmmədə salavat göndərmək hər yerdə: asqıran zaman, yel əsən zaman, qoyun kəsdikdə və ayrı yerlərdə vacibdir.”

86 – İzdivac xütbəsi və bütün hallarda

Məşhur təfsirçi ibn Əbbas “Ya əyyuhəl-ləzinə amənu” ayəsinin təfsirində dedi:

“Namazda, məsciddə və harada olsanız, izdivac xütbəsində ona salavat göndərməyi unutmayın.”

87 – Məsciddən keçən zaman salavat

“Ammə (əhli-sünnət) Əmirəl-mö`minindən (əleyhis-səlam) rəvayət edib ki, buyurdu: “İza mərərtum bil məscidi səllu ələn-nəbiyyi səlləllahu ələyhi alihi.”

“Yə`ni, bir məscid yanından keçdiyiniz zaman Peyğəmbər (səlləllahu əleyhi və alihi)-a salavat göndərin.”

“Məscidə nəzəriniz düşən zaman salavat göndərmək lazımdır.”

88 – Allahın adını xatırlayan zaman

Bir kişi səkkizinci İmamdan (əleyhis-səlam) “Və zəkərəsmə rəbbihi səlla” ayəsinin təfsirindən sual etdi.

İmam buyurdu: “Məqsəd budur ki, Mutəal Allahın adı dilə cari olan zaman Məhəmməd və ali Məhəmmədə (səllallahu əleyhi və alihi) salavat göndərilsin.”

X Fəsil.

Salavatı tərk etməyin tə`sirləri

89 – O bəndə bədbəxt olsun!

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) bir gün minbərin birinci pilləsinə qalxdı və üç dəfə buyurdu: “Amin.” Sonrakı pilləyə qalxan zaman buyurdu: “Elə ki, birinci pilləyə qalxdım Cəbrail dedi: “Bədbəxt olsun o bəndə ki, Ramazanı (ayını) dərk etsin və Ramazanın (ayın) axırı yetişsin və bağışlanmasın!.”

Mən dedim: Amin!

Sonra dedi: “Bədbəxt olsun o bəndə ki, ata və ana və yaxud onlardan birini dərk edə və o şəxsin behiştə daxil olmasına bais olmasın!”

Mən dedim: Amin!

Sonra dedi: “Bədbəxt olsun o bəndə ki, sən onun yanında xatırlanasan və sənə salavat göndərməsin!”

Mən dedim: Amin!

90 – Salavatı unutmağın cəzası

Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:

“Mən nəsiyəs-səlatə ələyyə xətəə təriqəl-cənnəti.”

“Hər kəs mənə salavat göndərməyi unutsa, behiştin yolunu itirmişdir.”

91 – Möhkəm olmayan söz

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“Kullu kəlamin la yəzkərul-ləhu fihi yubdəu bihi bis-səlati əleyyə huvə əqtəu məmhuqun min kulli bərəkətin”

“Bir söz ki, Allahın adı  çəkilmədən və mənə salavat göndərmədən başlansa, möhkəm deyil və hər cür xeyir-bərəkətdən uzaqdır.”

92 – Allahın Rəsuluna (səlləllahu əleyhi və alihi) cəfa

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

Mən səmməl-vərdəl-əhmərə ləm yusəlli ələyyə əla ila fəqəd cəfai.”

“Bir nəfər qırmızı gülü (Məhəmməd gülü) iyləsə və mənə salavat göndərməsə, mənə cəfa etmişdir.”

93 – Salavat təsbihati-ərbəə ilə müadildir (bərabərdir)

İmam Rza (ə) buyurdu:

“Məhəmməd (səlləllahu əleyhi və alihi) və əhli beytinə (Səllallahu əleyhi və alihi) salavat göndərmək “Sübhənəllahi vəlhəmdulillahi vəla ilahə illəllahu vəllahu əkbər” zikri ilə müadildir (bərabərdir).

94 – Ən azğın insan

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:

“İnnə əzəllən-nasi mən zukirtə indəhu ləm yusəlli ələyyə.”

“İnsanların ən azğını o kəsdir ki, mənim adım onun yanında dilə gəlsin lakin o mənə salavat göndərməsin.”

 

İKİNCİ  HİSSƏ

 

Həzrət Fatimeyi-Zəhranın (əleyha-salam )zikrinin fəziləti

Bismillahirrəhmanirrəhim

Ön söz

 

Fatimeyi-Zəhranın (əleyha-salam) zikri İlahi hədiyyədir.

Fatimeyi-Zəhranın (əleyha-salam) zikri Tovhidi bəyan edir.

Fatimeyi-Zəhranın (əleyha-salam) zikri Tovhid dərsidir.

Fatimeyi-Zəhranın (əleyha-salam) zikri kədərli dastanı xatırladır.

Fatimeyi-Zəhranın (əleyha-salam) zikri insanın me`racıdır. 

Fatimeyi-Zəhranın (əleyha-salam) zikri Namaza zinnət bağışlayır .

Fatimeyi-Zəhranın (əleyha-salam) zikri Allah dərgəhında qəbul olunmuş min rəkət namazdan üstündür.

Fatimeyi-Zəhranın (əleyha-salam) zikri  çoxlu zikrdir.

Fatimeyi-Zəhranın (əleyha-salam) zikri insan əməllərinin tərəzisinin ağır olmasına bais olur.

Fatimeyi-Zəhranın (əleyha-salam) zikri Allahın razılığına səbəb olur.

Fatimeyi-Zəhranın (əleyha-salam) zikri behiştə daxil olmağa səbəb olur.

Fatimeyi-Zəhranın (əleyha-salam) zikri İlahi zikrdir.

İmam Sadiq (əleyhis-səlam) buyurur: İbadətlər arasında  həzrət  Fatimeyi-Zəhranın (əleyha-salam) zikrindən daha üstünu yoxdur və əgər olsaydı Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) Fatiməyə (əleyha-salam) öyrədərdi.  

Fatimeyi-Zəhranın (əleyha-salam)  zikrini davamlı şəkildə deməkdə sə`y edək. Namazdan sonra və yatan zaman bu zikrdən qafil olmayaq. Öz namaz və yuxumuzu  Fatimeyi-Zəhranın (ə) zikri ilə zinətləndirək və səy edək ki, bu zikri İmam Hüseyn (əleyhis-səlam) türbəti ilə deyək.  Çünki İmam Hüseynin (əleyhis-səlam) türbəti Kərbala himasələrini (igidliklərini) xatırladır və şəhadət mədəniyyətini dirildir. Bu zikri deməklə yanaşı gözlərimizdən yaş axsın. Nəticədə İmam Hüseyn (əleyhis-səlam) ilə daha  çox ünsiyyət tapaq.

Ümidvarıq ki, Fatimeyi-Zəhranın (əleyha-salam)  zikrini deməklə öz dünya və axirət həyatımızı sığortalayaq və onu öz axirət səfərimizin azuqəsi edək

 

     Abbas Əzizi

I-ci Fəsil

 

zrət Fatimeyi-Zəhra (əleyha-salam) zikrinin əhəmiyyəti

 

« Çoxlu» zikrdən məqsəd nədir?

«O kişilər ki, Allahı  çox xatırlayırlar və o qadınlar ki, Allahı  çox xatırlayırlar[1].

-İnsan Allahı xatırlamaqla hər halda və hər şəraitdə öz qəlbindən xəbərsizlik və qəflət pərdələrini kənara  çəkir və şeytan vəsvəsələrini uzaqlaşdırır. «Çox zikrdən məqsəd nədir» sualına gəldikdə isə İslami rəvayətlər və müfəssirlərin (təfsir alimləri) söhbətlərində zikrin müxtəlif mə`naları qeyd olub ki, zahiri mə`nada zikr cəhətdən eynidir (bir-birinin oxşarıdır) və bu kəlmənin geniş məfhumu (mə`nası) bütün bunların hamısına şamil olur.

İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi) olan  bir hədisdə oxuyuruq. «Bir vaxt kişi öz həyat yoldaşını gecə yuxudan oyatsa və hər ikisi dəstəmaz alıb gecə namazı qılsalar, Allahı  çox xatırlayan və zikr edən kişilər və qadınlar sinfindən olacaqlar.”

-Həzrət  İmam Sadiq (əleyhis-səlam)  buyurur: Hər kəs Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini gecədə desə  bu ayə ona aid olar:

«Ey iman gətirənlər! Allahı  çox xatırlayın»[2].

-Maddi həyatda qəflətin amil və səbəbləri  çoxdur və şeytanın zəhərli vəsvəsə oxları hər tərəfdən insana atılır. Onunla mübarizə üçün  çoxlu zikrdən başqa yol yoxdur.

Əziz Peyğəmbərimizdən soruşdular: Qiyamət günü bəndələrdən hansı birinin məqamı daha üstündür? Buyurdu: Allahı çox xatırlayan şəxslər (daha üstün məqama sahib olarlar).

İmam Sadiq (əleyhis-səlam) buyurdu: «Hər kəs Allahı  çox xatırlasa, Allah-taala ona öz lütfü sayəsində  behiştlərində yer verəcək.”

Buradan mə`lum olur ki, «çoxlu zikrin» geniş mə`nası vardır. O cümlədən, rəvayətlərdə həzrət Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrinə (34 dəfə Allahu əkbər, 33 dəfə Əlhəmdulillahi, 33 dəfə Subhanəl-lahi) işarə olunur.

«Əlləzinə amənu və əmilus-salihati və zəkərəllahə kəsirən» «o kəslər ki, iman gətiriblər, saleh əməllər edirlər və Allahı  çox xatırlayırlar».

İmam Sadiqdən (əleyhis-səlam) olan bir hədisdə oxuyuruq ki, buyurur:  “Çoxlu zikrdən məqsəd Fatimeyi-Zəhranın (əleyha-səlam) zikridir ki, təkbir (Allahu əkbər), həmd(Əlhəmdulillahi) və təsbihdən (Subhanəl-lahi) ibarətdir”.[3]

Çoxlu zikr

 

İmam Sadiq (əleyhis-səlam) buyurdu:

«Təsbihu Fatimətəz-Zəhraleyha-səlamu) minəz-zikrilkəsirilləzi qaləl-ləhu əzzə və cəllə: Uzkurul-lahi zikrən kəsirən»

«Həzrət  Fatimeyi-Zəhranın (əleyha-səlam) zikri o  çoxlu zikrdəndir ki, Allah-taala buyurdu: Və Allahın zikrini  çox deyin ».

Əhli-beyt (əleyhimus-səlam)-ın sirəsi (adəti, həyat tərzi)

İmam Hadi (əleyhis-səlam) buyurdu: «Biz əhli-beyt yatan zaman on əməli yerinə yetiririk: Dəstəmaz almaq… və 33 dəfə «Subhanəllahi» demək, 33 dəfə «Əlhəmdulillahi» demək və34 dəfə «Allahukbər» demək.”  

Övladlara zikri öyrətmək

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) qızı Zəhraya (əleyha-səlam) zikrdən ibarət ən gözəl və ən üstün dərsi öyrətdi. O zamandan bizim dövrümüzə qədər milyonlarla insan öz namazlarının tə`qibatında (axırında) onu zikr edirlər. Allah dərgahından Fatimeyi-Zəhranın (əleyha-səlam) zikri hörmətinə hacətlərini ərz edir və həyatda  çətinliklərin aradan getməsini və muvəffəqiyyət qazanmalarını istəyirlər.

«Qürbül-İsnad» kitabında İmam Sadiqdən (əleyhis-səlam) gəlmişdir: Biz öz övladlarımıza namazı əmr etdiyimiz kimi, Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini də əmr edirik. Sən də (Əbu Haruna xitab edərək) özünü bu işə vadar et ki, hər hansı bir bəndə onu zikr etməsə, bədbəxtliyə düşər».

Zikr deməyə rəğbət və həvəsləndirmək

Bu zikr barədə mə`sum imamlardan varid olan əxbar və rəvayətlər  çoxdur ki, o böyük şəxsiyyətlər öz şiələrini onun zikrinə (təsbihə) təşviq edirdilər. Bu o dərəcədə idi ki, həzrət  İmam Məhəmməd Baqir (əleyhis-səlam) buyurdu: «Allah-taalaya hər namazdan sonra deyilən Həzrət Fatimənin (əleyha-səlam) zikrindən daha üstün bir əməl ilə ibadət olunmamışdır və əgər ondan daha üstün bir əməl olsaydı, Peyğəmbər (səlləllahu əleyhi və alihi) onu qızı Fatiməyə (əleyha-səlam) bəxş edərdi.”

İmam Zaman (əccələllahu təala fərəcəhuş-şərif) Həzrət Fatimənin (əleyha-səlam) zikrini tövsiyə etməsi

Həzrət Ayətul-lahul-uzma Mərəşi Nəcəfi (rə) deyir:



Geri   İrəli
Go to TOP