A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslam şəriətində sağlamlıq və uzun ömürlülük elmi və tibbi sübutlarla
Müəllif: Mehdi Tahiri
Naşir: Əsre-rəhayi
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


2- Hicamət körpələrin, uşaqların və yeniyetmələrin iştahının artmasına səbəb olur.

3- Hicamət uşaq və yeniyetmələrdə 91 dərdin o cümlədən: Xənazir (su çiçəyi), migren, xroniki öskürək, ardıcıl soyuqdəymə, astma, alergiya, körpələrdə sarılıq (fizioloji sarılıq), gecə yerini islatmaq, zəif görmə və s. kimi xəstəliklərin müalicəsində müsbət təsirə malikdir.

4- Görmə qabiliyyəti yaxşı olmayan bəzi uşaqlar hicamət etdikdən sonra gözlərinin zəifliyi düzəlir və daha eynəyə ehtiyacları olmur.

5- Hicamət, uşaq və yeniyetmələrin üz və dərilərinin şəffaflıq və gözəlliyinə səbəb olur. Habelə saçların böyüyüb təravətlənməsində də təsirlidir.

6- Uşaq və yeniyetmələrin əksər dəri xəstəlikləri hicamət etməklə düzəlib.

7- Hicamət uşaq və yeniyetmələrin yaddaşını, qavrama qüvvəsini şiddətli dərəcədə gücləndirir.

8- Hicamət uşaq və yeniyetmələrin qan dövranını yaxşılaşdırır və qanazlığının dərmanıdır.

9- Hicamət yeniyetmə qızlarda menstruasiyanın nizamlanmasında eləcə də aylıq adətlərindəki narahatlıq və ağrının azalmasında çoxlu təsiri malikdir.

10- Hicamət uşaq və yeniyetmələrdə bədənin müqavimətinin artmasına, əzələlərin daha çox genişlənməsinə, idman və hərəkət zamanı onların cismi təsirinin artması və bədən fəaliyyətinə səbəb olur.

11- Demək olar ki, hicamət bütün cismi və ruhi xəstəliklərin dərmanıdır, ya da nisbi surətdə müalicə edir və ya heç olmasa başqa dərmanların müalicəvi təsirini gücləndirir.

12- Cavad Fazil "İslamda tibb və gigiyena" kitabında belə yazır: "Hicamət vasitəsilə müalicə olan ən mühüm xəstəliklər: diş ağrısı, diş ətlərinin korlanması, ürək sıxılması, böyrəyin fəaliyyətində pozuntu, sidik kisəsinin xroniki narahatlıqları, uşaqlığın narahatlıqları, aybaşı pozuntuları, dəri səpkiləri, çibanlar və s.- dən ibarətdir.[181]

Hicamət tədqiqat müəssisələrinin apardıqları axtarışların nəticəsi

Son 17 il ərzində İran hicamət tədqiqatları müəssisəsi şöbəsində aparılan tədqiqatlar və hicamət olunan 500 yüz min nəfərdən götürülmüş statistika hicamətin təxminən 200 xəstəlik üzərində tam yaxud nicbi təsirini sübuta yetirmişdir. Hicamətin aradan qaldırdığı xəstəliklərin bəziləri aşağıdakılardan ibarətdir:

1- Güclü baş ağrıları və migren;

2- Siqaret və narkomaniyaya aludəlik;

3- Görmə qabiliyyətinin zəifliyi;

4- Qan təzyiqi və qanın laxtalanması;

5- Qanda yağlanma, şəkər və cövhər;

6- Üzdə səpkilər və ləkələr;

7- Dəri və bədəndə qaşınma xəstəlikləri;

8- İnfarkt və apopleksiya (beynə qan sızması nəticəsində iflic);

9- Saçın tökülməsi və baş kəpəyi;

10- Bədənin təhlükəsizlik qüdrətinin zəifliyi (immun sisteminin zəifləməsi);

11- Revmatizm;

12- Əl və ayağın keyiməsi;

13- Uşaqların qısaboy olması;

14-Astma, öskürək, təngnəfəslik, allergiya və həssaslıqlar;

15- Xroniki soyuqdəymə və qrip;

16- Sonsuzluq və zöhrəvi xəstəliklər;

17- Uşaqlarda huş və yaddaşın zəifliyi;

18- Qadınlarda menstruasiya pozuntuları;

19- İştahşızlıq və arıqlıq;

20- İmiasın (oturaq əsəbinin iltihabı) və damar genişlənməsinin müalicəsi;

21- Pis həzm etmə və mədə vərəmi;

22- Qan zəhərlənmələri və xroniki infeksiyalar;

23- Hormonların pozulması;

24- Əsəbi və ruhi xəstəliklərin nəzarəti;

25- Ruhdan düşmək və süstlük;

26- Toxumluqda kista (şiş);

27- Ağız uçuqlaması;

28- Sinozit;

29- Bədəndə artıq tüklərin tökülməsi;

30- Yuxu pozuntuları;

31- Radikulit və bel ağrıları;

32- Xərçəng xəstəliklərinin müxtəlif növləri;

33- Örə və eqzema;

34- Dildə pəltəklik;

35- Prostat vəzi xəstəlikləri;

36- Böyrək və öd kisəsində daş;

37- Su çiçəyi və xənazir;

38- Hepatit;

39- Körpələrdə sarılıq;

40- Hamilə qadınların yerikləməsi və s.[182]

Hicamətə aid bir neçə məsələ

1- Hicamət etmək üçün uğurlu günlər

A- Şənbə günü

B- Bazar günü: Allahın Rəsulu (s) buyurub: "Bazar günü olunan hicamət bütün dərdlərə dərmandır".

C- Bazar ertəsinin sonu: İmam Sadiq (ə) buyurub: "Bazar ertəsi gününün sonu olunan hicamət bədəndə olan ağrıları çəkir çıxardır".

Ç- Çərşənbə axşamı günü ayın 17, 19, və 21-ə təsadüf edərsə, Peyğəmbərin (s) buyurduğuna əsasən, bu gündə olunan hicamət bir illik ağrıların dərmanıdır.

D- Cümə axşamının sonu.

E- Ayın 12-dən 15-ə kimi olunan hicamət bədənin sağalmağına səbəb olur.

Ə- Mübarək Ramazan ayında axşam hicamət etmək lazımdır.

2- Hicamət etmək üçün uğursuz günlər

A- Cümə günü günorta.

İmam Sadiq (ə) buyurub: "Cümə günü günorta hicamət etdirən şəxsin halı pisləşərsə, özündən başqasını məzəmmət etməsin"

B- Çərşənbə günü. Peyğəmbər (s) buyurub: "Hər kəs çərşənbə günü hicamət etdirib üzündə ləkə əmələ gələrsə özündən qeyrisini məzəmmət etməsin."

V- Ayın axırı. Bu işin səbəbini İmam Rza (ə) belə buyurub: "Ay yarımçıq olarsa qanda da nöqsan yaranır və ayın dolmağı (dairə formasını alması) ilə qan da artır. (Tədqiqatların bunun səbəbini 100 illər sonra kəşf etməsi mümkündür. Qanın artıb-azalmasının ayın dolub boşalması vasitəsilə olması ola bilsin dənizdəki "çəkilmə və qabarma" hadisəsinə bənzəyir ki, bu da ayla bağlıdır.)[183]

3- Hicamətdən əvvəl yemək

Hicamət bir az yemək yedikdən sonra edilməlidir, çünki, İmam Kazim (ə) buyurub: "Hicamət yeməkdən sonra olmalıdır. Ona görə ki, insan tox olarkən hicamət edərsə qan bir yerə yığılar və xəstəlik bədəndən çıxar. Ac olarkən hicamət edəndə isə, qan xaric olacaq amma xəstəlik olduğu kimi bədəndə qalacaqdır".[184]

Yeməyin yaxşı çeynənilməsi

Həzrət Əli (ə) İmam Həsənə (ə) etdiyi vəsiyyətində buyurur: "Övladım, sənə dörd mətləb öyrədimmi ki, onlara riayət etməklə tibbə ehtiyacın olmasın?" İmam Həsən (ə) deyir: “Bəli”.  Həzrət Əli (ə) buyurur: "1-Acmamış yemək yemə; 2-İştahın kəsilməmiş əlini yeməkdən çək; 3-Yeməyi yaxşı çeynə; 4-Yatmazdan əvvəl özünü rahat et (ayaq yolu). Bu göstərişlərə riayət etsən, təbibə müraciət etməyə ehtiyacın olmaz".[185]

Yeməyin yaxşı çeynənməsinin elmi faydaları.

Yeməyin yaxşı çeynənməsinin faydalarından biri budur ki, yaxşı çeynənilmiş yemək, tez və asan həzm olunur. Nəticə etibarı ilə bədən bir neçə səbəbə görə sağlam qalır:

1- Dişlərin vəzifəsi çeynəmək və xırdalamaqdır. Əgər dişlər öz işlərini layiqincə yerinə yetirməsələr, mədə dişlərin işini çətin və ağır da olsa öz öhdəsinə götürməyə məcbur olur. Beləliklə həzmin çətinləşməsinə səbəb olur və nəticədə mədə və həzm sistemi pozulur.

2- Yemək nə qədər çox çeynənilsə bir o qədər də ağız suyu ilə islanır və həzm yaxşılaşır. (Ağız suyu özü bir növ turşudur.) Bununla da həzm sistemi və mədə sağlam qalır.

3- Bəzən yemək yaxşı çeynənilmədiyi üçün həzm olunmur. Bir müddət keçdikdən sonra mədə-bağırsaqda qalaraq xarab olur. Bu da mikrobların yaranma mənbəyinə çevrilərək sonda xəstəliyə səbəb olur.

Yeməyin çeynənilməsi və bir elmi təcrübə

Spalanzani adlı italiyalı bir alim 1780-cı ildə mədə barəsində elmi tədqiqat aparır. O, parçadan düzəlmiş kiçik bir kisənin içinə çeynənilmiş yemək yığaraq ağzını iplə möhkəm bağlayır. Belə ki, ipin bir ucunu əlində saxlayaraq kisəni ağız yolu ilə mədəyə salır. Bir müddətdən sonra kisəni mədədən çıxarir və kisənin içində heç nəyin qalmadığını görüb heyrətə gəlir. Mədədə olan güclü turşu, çeynənilmiş yeməyi əridərək kisənin daxilindən çixarmış və mədənin içərisinə sormuşdu.

Bir müddətdən sonra Spalanzani kətan parçadan hazırlanmış iki kisəylə yeni təcrübə aparır. Birinci kisənin içərisinə bir miqdar tam çeynənilmiş ət qoyur. İkinci kisənin içərisinə isə bir tikə çeynənilməmiş ət qoyur. Sonra növbə ilə bir-birinin ardıyla hər iki kisəni udur. Bir müddətdən sonra kisələri çıxararaq görür ki, çeynənilməmiş ət olan kisədə hələ bir az ət qalıb. Amma çeynənilmiş ət olan kisə isə tamamilə boşdur. O, belə bir nəticəyə gəlir ki, çeynənilmiş yemək daha yaxşı həzm olunur.[186]

Yeməyi nə qədər çeynəyək?

Bir çoxları bu suala cavab olaraq onun miqdarını müəyyən edib və 33 dəfə çeynəmək lazım olduğu bildiriblər. Amma çeynəmək üçün ədəd təyin edilməsi düzgün nəzərə çarpmır. Belə ki, bəzən yeməklər on dəfə çeynəməklə udulmağa hazır olurlar. Bəziləri isə 40 dəfə çeynəməyinə baxmayaraq udmaq üçün münasib deyillər. Belə nəticə almaq olar ki, yeməyin çeynənilməsində meyar onun ağızda xırdalanıb yumuşalana kimi çeynənməsidir. İstər 50, istərsədə 33 dəfə. Ya az, ya çox.

Süfrədə çox oturmaq və uzunömürlülük barəsində elmi mövzu

İmam Sadiqdən (ə) nəql olunan rəvayətdə deyilir: "Süfrə arxasında oturmağı uzadın. Doğrudan da süfrə arxasında çox oturmaq sizin ömrünüzdən hesablanmır".[187] İllərdən bəri bu fikirdə idim ki, (bir tərəfdən İslam ömrə bu qədər əhəmiyyət verir, vaxtdan və ömürdən səmərəli istifadə etməyi tapşıraraq buyurur ki, vaxtınızdan o qədər yaxşı istifadə edin ki, Allah dərgahında cavab verə biləsiniz. Digər tərəfdənsə az yeməyi, doymamış yeməkdən əl çəkməyi göstəriş verir) bu rəvayətdə görəsən nə sirr vardır ki, buyurur: nə qədər süfrədə otursanız, ömrünüzdən hesab edilmir. (yəni: nigaran olmayın süfrə başında nə qədər otursanız da vaxtın tələf olmasına bais olmayacaq. Allah dərgahında da bu vaxtın uzadılmasına cavab vermək lazım olmayacaq). Sonda belə bir nəticəyə gəldim: "süfrə arxasında çox oturmaq ömürdən hesab edilmir" sözündən məqsəd, səbəbsiz süfrə başında oturmaq ya insanın ürəyi istədiyi qədər yeməsi yox, (çünki başqa hədislərdə buyurulur ki, "doymamış əlini yeməkdən çək") yeməyin çox çeynənilməsidir. Ona görə ki, yeməyi çox çeynəmək üçün vaxt lazımdır.

Görəsən, yeməyin çox çeynənilməsiylə ona sərf olunan vaxtın ömürdən hesab edilməməsi arasında nə kimi əlaqə var?! Demək lazımdır ki, biz yeməyi nə qədər çox çeynəsək (sübut olunmuş dəlillərə əsasən) mədənin işi bir o qədər azalır və çeynənilməmiş yeməyin həzmi üçün yaranan çətinlik aradan götürülür. Beləliklə həzm sistemi və orqanizm sağlam qalır. Əgər yeməyi yaxşı çeynəmədiyimiz üçün həzm sisteminin pozulması nəticəsində xəstələnib 70 il yaşayacaqdıqsa, süfrə başında çox oturmaqla və yeməyi yaxşı çeynəməklə 80 il yaşaya bilərək. Bu, əlavə 10 il süfrə arxasında əyləşdiyimiz günlərin yerini doldurur. Yeməyi yaxşı çeynəməyin sayəsində aldığımız müxtəlif xəstəliklər nəticəsində: o cümlədən mədə və həzm sisteminin pozulmasına görə xəstəxanalarda və gigiyena mərkəzlərində keçirdiyimiz çoxlu vaxtlara qənaət olunduğu üçün süfrə arxasında keçirdiyimiz saatların əvəzi ödənir.

Qozla pendirin birgə yeyilməsi

İmam Sadiq (ə) buyurub: "Pendirlə qoz birgə yeyilərsə onların hər biri şəfa verər, ayrı ayrılıqda yeyildikdə isə onlardan hər biri xəstəliyə səbəb olar"[188] (demək lazımdır ki, bunlar səhərə aiddir).

Bildiyimiz kimi pendir kalsiumla qoz isə fosforla zəngindir. Buna əsasən pendiri qozla bir yerdə yemək lazımdır. Çünki Kalsiumla fosfor hər ikisi dəyərli maddələrdir. Bu iki maddə birləşərsə boş yerə ifraz olmurlar. Əgər pendiri qozsuz (fosforsuz) yesək, kalsiumu həddən artıq istifadə etdiyimiz üçün bədənin fosforu qarşısında ifraz olar. Yox əgər bu kalsiumla (pendiri) fosforla (qozla) birgə olsalar onların həzmi də olduqca yaxşı, asan və tam olar.[189]

Səhərlər tək pendiri yemək

İmam Sadiq (ə) buyurub "Sübh vaxtı (təklikdə, qozsuz) pendir zərər verici, axşam isə xeyirlidir.

Elmi araşdırma

Nə üçün pendir sübh çağı məkruh axşamsa faydalıdır?

Bu barədə aşağıdaki ehtimallar mümkündür.

1- İslamın nəzərinə görə ən yaxşı yemək səhər yeməyi olmalıdır. Pendir təklikdə İslamın tövsiyə etdiyi normal səhər yeməyi ola bilməz (İnsan axşama kimi işləyib fəaliyyət göstərdiyinə görə güclü yeməyə ehtiyacı var).

2- Keçmişdə yuxu zamanı qanın beyindən uzaqlaşmasını təsəvvür edirdilər. Buna görədir ki, yuxuda olan heyvanın kəllə qapağını açdıqda beyni ağ rəngdə görünür (Pişik üzərində aparılan təcrübəyə əsasən). Amma sonralar aydın oldu ki, bədən hüceyrəsindən xaricdəki mayedə və qanda olan kalsium beyin dincələrkən kalsiuma daha çox ehtiyacı olduğuna görə beyinin qidalanması üçün ona tərəf gəlir. Əhəngin çoxluğu onu ağ rəngli göstərir. Elə buna görə də pendiri axşam yemək lazımdır. Pendir kalsiumla zəngin olduğu üçün gecələr dərin yuxularda ona daha çox ehtiyac olur.

3- Həzm olmaq baımından pendir yuxuya mane olan yeməklərdən deyil.

Tədqiqatçılar deyirlər: "Yatmazdan əvvəl pendir yemək gecə boyu yaxşı və rahat yatmağa xoş xəbər ola bilər". Tədqiqatların birində 200 nəfər bir həftə müddətində yatmazdan öncə pendir yedilər. Onların 90%-i yaxşı yatdıqlarını bildiriblər. Tədqiqatçılar deyirlər: "Pendirin tərkibində "Teriptufan" adlı ruhi təzyiqi azaldan və yuxuya kömək edən Amin turşusu var".

Səhərlər mövüç[190] yemək.

Əmirəlmöminin buyurub: "Kim ac qarına 21 dənə mövüç yesə xəstələnməz". Başqa bir rəvayətdə buyurulub: "Ölüm xəstəliyindən başqa bir xəstəliyə düçar olmaz."[191] Tədqiqatçıların yeni araşdırmaları göstərir ki, mövüc yemək alzaymer xəstəliyinin qarşısını ala bilər. İngiltərədə "Kimya-sənaye" jurnalının son sayının yazdığına əsasən mövüçün tərkibində alzaymer xəstəliyi ilə yaranan pozuntuların qarşısını ala biləcək çox güclü təsirə malik olan maddələr var. Laboratoriya muhitində aparılan araşdırmalar göstərir ki, mövüçün tərkibində alzaymer xəstəliyinə tutulan şəxslər üçün müsbət təsirə malik olan "antosiyanin" və "polifonulik" birləşmələri vardır və tutulan "Antosiyanin"in miqdarı nə qədər çox olsa, "Alzaymer" xəstəliyinin qarşısını almaqda mövüçün təsiri bir o qədər çox olar. Antosiyanin bitkiləri qara rəngdə edir. Elə buna görədə onun qara rəngli növləri daha təsirli olur. Bu birləşmələrin Alzaymer xəstəliyinin qarşısını necə aldığı hələ də məlum deyil. Bu birləşmələrin əsəb hüceyrələrilə yaxşı əlaqə yarada bilməsi mümkündür.

Meyvənin mövsümün əvvəlində yeyilməsi

Sağlamlığın amillərindən biridə meyvəni öz mövsümünün əvvəlində yeyilməsi və axırında isə tərk edilməsidir. Allahın Rəsulu (s) buyurub: Hər bir meyvəni təzə yetişdiyi zaman (öz mövsümünün əvvəlində) meyl edin. Belə olarsa bədənin sağlamlığına və qəmin aradan getməsinə səbəb olar. Hər meyvənin öz mövsümünün sonunda tərk edin, çünki bədənin xəstəliyinə səbəb olur.[192]

Qida mütəxəssislərindən biri deyir: "Müxtəlif meyvələrdə olan qidaların miqdarı öz fəsliylə uyğundur. Hər bir meyvəni öz fəslində yeyilməsi daha yaxşıdır. Doktor Rəhmani gigiyena və müalicə verilişinin müxbiriylə apardığı söhbətində bu mövzunu "İran tələbələri" xəbər agentliyinə bəyan etməklə bildirib: "Müxtəlif meyvələrdə olan qidaların miqdarı fərqli olmağına bamayaraq, bu maddələrin bütün meyvələrdən alınması bərabər olmalıdır ki, onlarda olan maddələrin hamısı bədənə çatsın. Diqqət etmək lazımdır ki, hər bir meyvə öz fəsilində yeyilərsə bədənə faydası daha çox olar. Misal üçün: Qarpızın suyu çox olduğu üçün qışa nisbətən yayda daha faydalı və o fəslə daha uyğundur. Başqa bir misal: Qış fəsilinə məxsus olan portağalda C və D vitaminləri olduğuna görə bu fəsildə bədənə lazımlıdır. Halbuki başqa fəsillərdə qışda olduğu qədər lazım deyil, (Əksinə zərərlidir. Buna misal olaraq xiyar və pomidoru qeyd etmək olar. Soyuq tərəvəz olduqları üçün əgər yayda istifadə edilsələr, faydalıdırlar. Halbuki qışda bu tərəvəzlər zərərlidir.) Doktor Rəhmani söhbətinə davam edərək dedi: "İndiki zamanda müxtəlif fəsillərdə bütün meyvələri tapmaq olduğu üçün yaxşı olar ki, bu məsələlərə riayət edək, çünki qida cəhətdən dəyərsiz olduğu üçün məsləhət görülmür".

Yeməkdən əvvəl və sonra duzun yeyilməsi

Xəstəliyi aradan qaldıran müstəhəblər işlərdən biri də yeməkdən əvvəl və sonra duzun yeyilməsidir. Allahın Rəsulu (s) Əmirəlmömininə (ə) buyurub:

"افتتح بالملح واختتم بالملح..."

"Ey Əli yeməyi duzla başla və duzla qurtar. Çünki bu işdə 72 dərdin dərmanı var".[193]

Bu barədə həkimlər və alimlər çoxlu tövsiyələr etmişlər. Biz onlardan bir neçəsini kifayətlənərək istərik ki, məsumların digər göstərişləri kimi, bu əməlin də hikmətsiz olmadığını biləsiniz.

Yeməkdən öncə duz

Ağızda duzun olması potaş (qələvi ağ maddə) mühitinin apasını qoruduğuna görə nişastalı maddələr üçün faydalı olan ağız şirəsini ifraz olunmağa təhrik edən amillərdən hesab olunur. Duzun mədəyə daxil olması, bir növ nişastalı maddələrin həzminə köməkdir. Yeməkdən əvvəl duz yemək on iki barmaq bağırsağı əhatə edən turşunu zərərsizləşdirərək on iki barmaq bağırsaqda yara əmələ gəlməsinin qarşısını alır.

Yeməkdən sonra duz

Bir damcı duz bədənə o vaxt yayılır ki, mədə şirəsi nişastalı maddələrin qarşısında qeyri-fəal olur. Bu zaman duz qüvvətləndirmə rolunu ifa edir.[194]

Üç məsələ

1- Duz kiməsə zərərlidirsə bu işi görməsin .

2- Bu məsələdə duzu çox az (barmağın ucu qədər) istifadə etmək lazımdır.

3- İstifadə edilən təbii və çıxarılmış duzun dəniz ya dağ duzu olması İslamın tələblərindən biridir. Qaynadılmış və qazana yığılmış duzun dəyəri yoxdur. Bir damcı olsa da belə təbii duz olsun.[195]

Allahı zikr etmək

Sağlamlığın alimlərindən biri də dua və zikirdir. O cümlədən: "Bismillahir-rəhmanir-rəhim La həvlə və la quvvətə illa billahil Əliyyil Əzim" zikri.

Şeyx Abbas Qumi "Məfatih" kitabında yazır: İmam Sadiq və İmam Kazimdən (ə) nəql olunmuş mötəbər sənədli hədislərin birində deyilir: "Kim sübh və məğrib (şam) namazlarından sonra kəlmə kəsməmiş, hərəkət etməmiş bu duanı yeddi dəfə oxusa 70 cür bəla ondan uzaq olar. Bu bəlaların ən kiçiyi cüzam, ekzema, şeytanın və padşahların şərləridir." Bu zikrin sayı bəzi mötəbər rəvayətlərdə 3 dəfə bəzilərində isə 10 dəfə qeyd olunub. Ən aşağısı 3 dəfə ən yuxarısı 100 dəfə deyilib. Nə qədər çox oxunsa savabı bir o qədər çoxdur.[196]

Sədəqə

 Sədəqə rəvayətlərdə sağlamlığın amillərindən biri kimi adı çəkilən işlərdəndir. "Ölümdən qurtarmaq və sağlamlıqla sədəqənin arasında nə kimi əlaqə var" sualının cavabında deməliyəm ki, bu bir mənəvi məsələdir. O Allah ki, canlarımız onun əlindədir sağlamlıq da ondandır. Allah-taala sədəqənin vasitəsiylə sağlamlığı və xəstəlikdən uzaq olmağı istəmişdir.[197]

Əziz Peyğəmbərdən nəql edilmiş hədisdə buyurulur: "Sədəqə 70 cür bəlanı dəf edir. Onlardan ən sadəsi cüzam və ekzemadır."[198]

Bu barədə çoxlu rəvayətlər deyilib. Müxtəsər etmək üçün bununla kifayətlənirik.

Təbii ehtiyacı dəf etmək

A- Yatmazdan əvvəl təbii ehtiyacın dəf olunması:

Həzrət Əli (ə) əziz övladı İmam Həsənə (ə) təbibə ehtiyacı olmasın deyə 4 şeyi tövsiyə etdi. Onlardan biri yatmazdan öncə özünü rahat etməsi idi.

Elmi bəhs

Doktor Şəhid Paknejad bu barədə deyir: "Bu söhbət mövzunun adət halına düşməsini çatdırır. Hər yatmazdan əvvəl ayaq yoluna getmək, tədricən adətə çevriləcək. Belə olmasaydı o həzrət ehtiyac olarkən ayaq yoluna getməyi buyurardı.

Digər tərəfdənsə gecə istirahət zamanı olduğu üçün şübhəsiz bir neçə saat davam edəcək. Bildiyimiz kimi zaman keçdikcə nəcisin zəhərlərini cəzb etmək qüdrəti artır və istirahət zamanı (yəni yuxuda olarkən) kapiliyarlarda qan dövranının hərəkəti səbəbindən zəhərlər cəzb olduğu üçün narahatlıqlar yarana bilər. Belə ki, səhər yuxudan durub hərəkət etdikdən və qan dövranı işə düşdükdən sonra sıradan çıxır. Yatan və istirahət edən insan üçün nəcis olduqca ziyanlıdır. Kim yatmazdan əvvəl ayaq yoluna getməyi və sağlamlığı qəbul etməyi adət edə bilsə onun üçün faydalı olar. Ən mühümü də budur ki, ayaq yoluna getməzdən əvvəl bağırsaqların və böyrəyin boşalmaq istədiyini hiss etsin.[199]

B- Ehtiyac zamanı özünü rahat etmək

İmam Rzadan (ə) nəql edilmiş rəvayətdə sağlamlıq üçün bir neçə işin adı çəkilib. Onlardan biri "sidik güc gələn zaman özünü rahat et" ifadəsidir.



Geri   İrəli
Go to TOP