A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslam şəriətində sağlamlıq və uzun ömürlülük elmi və tibbi sübutlarla
Müəllif: Mehdi Tahiri
Naşir: Əsre-rəhayi
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


4- Şəkər xəstəliyi (Diabet). Bu xəstəlik də qan təzyiqi kimi artmağa doğru gedir. Xəstəlik başlamazdan əvvəl və yenicə özünü büruzə verən zaman əksər hallarda bədənin çəkisi ağır olur. Bu zaman yenə oruc faydalı müalicə hesab olunur. Çünki şəkər xəstəliyi kökəlməyin qarşısını almaqla azalır. Şəkər xəstəliyi yüngül olarsa yeməkdən 5 saat sonra qanda şəkərin vəziyyəti öz təbii miqdarından aşağı enər və on saatdan sonra minimum təbii səbiyyəyə enər.

Hətta xəstə unsilin iynəsi başlayıbsa (xüsusilə də xəstənin çəkisi öz təbii həddini aşarsa) ən üstün müalicə yolu oruc hesab olunur.

5- Böyrəkdə şiddətli iltihab və xroniki hal olarsa.

6- İltihablı ürək xəstəliklərindən.

7- Oynaqların xroniki iltihabı, xüsusilə kökəlmə xəstəliyilə bir olarsa. Belə ki, əksər qadınlar 40 yaşından sonra bu xəstəliyə tutulurlar. Bu xəstəlik haqqında aparılan təcrübələr göstərir ki, mübarək Ramazan ayında tutulan orucun təsiri müasir tibbi aparatlardan istifadə, xəstədən qan alma və s. müalicə üsullarından dəfələrlə çoxdur. Bəlkə də yuxarıda adı çəkilən və orucun şübhəsiz müalicə hesab edildiyi xəstəliklər barəsində deyə bilərlər ki, belə halda həkimin göstərişinə ehtiyac var. İslamda isə oruc sağlam insanların vəzifəsidir.

Deməliyik ki, bu deyilənlər düzdür. Orucun sağlam insanlar üçün faydası elə bu xəstəliklərin qarşısını almağa görədir. Xüsusilə də 1-2-3-4 və 7-ci bənddə deyilən xəstələr üçün.

Digər tərəfdənsə bütün bu xəstəliklər insanda tədricən özünü büruzə verir. Belə ki, bu xəstəliklər başlayarkən onun düzgün diaqnozunu vermək olmur. Yəni, nə xəstə və nə həkim, xəstəlik ilk dəfə özünü büruzə verdiyi zaman onu tanıya bilmirlər.

Çünki, tibb hələ o qədər inkişaf etməyib ki, xəstəliyin bütün səbəblərini tanısın. Amma tibb baxımından bu xəstəliyin qarşısını almaq üçün oruc tutmaq zəruridir, hətta hər bir xəstəliyin aşkar olmasından qabaq. Aydındır ki, hər şeydən öncə gigiyenaya riayət etmək lazımdır.

Statistikanın verdiyi dəqiq məlumata əsasən məlum olub ki, bədəndə piylənmə və kökəlmə artarsa, şəkər xəstəliyi qan təzyiqi, oynaqların xroniki iltihabı bə s. xəstəliklərin baş qaldırmasına şərait yaranır. Digər tərəfdənsə bədənin çəkisi nə qədər azalarsa, bir o qədər də bu xəstəliklərin baş qaldırma imkanı azalar.[170]

Ğ) Oruc-bıçaqsız cərrahlıq əməliyyatı

Tibb elmləri dokturu Freyts Bekr deyir: Ən etibarlı, zərərsiz və qorxusuz müalicə yolu orucdur. Heç bir müalicə metodunu onunla müqayisə etmək olmaz. Mənim və doktor Şeltunun nəzərinə görə oruc mədə, bağırsaq və sinir sisteminin ən yaxşı müalicə metodudur. Oruc vasitəsilə müalicə olunmaq bədəndə yığışmış qalıqları rahatlıqla aradan aparma qabiliyyətinə malikdir. Ümumiyyətlə orqanizmə həyat fəaliyyətini yenidən tənzimləmək imkanını verir.

Doktor Simermenin qeyd etdiyi kimi oruc bıçaqsız cərrahlıq əməliyyatıdır. Xəstəliklərin qarşısını almaqda onun effekti təsəvvür olunası deyil. Mənim nəzərimcə cavanlaşmağın bədəni normal vəziyyətə salmağın ən dəyərli metodu orucdur. Insana yeni hüceyrələrin peyvənd olunması üsulu orucla müqayisə olunası deyil. Doktor Freyts Bekr deyir: "Oruc tutmaq nə aclıq çəkməkdir, nə də sırf müalicə yolu deməkdir":- bir növ istirahət deməkdir. Belə ki, bizim bədənimizə özünü qaydaya salmaq, daxili təmizlik və artıq maddələrin bayıra tökülməsi imkanını verir. Bu kimi möcüzəli təsirin sirri bizim canlı orqanizmimizdə gizlənmişdir. Hər bir insanının daxilində Allah bir müqavimət qüvvəsi yaratmışdır. [171]

Orucla müalicənin tarixi.

Oruc tutmaq mədəniyyətininin kökləri qədim dünya tarixinə gedib çıxır. Oruc Homerdə də qədim misirlilərin zamanında xəstəni müalicə etmək metodlarından biri olub. Yunanlılar və bütün Aralıq dənizi ətrafında yaşayanlar öz xəstəliklərini oruc tutmaqla müalicə edirdilər. İtaliyada naplitonların zamanında 150 il ərzində həkimlər orucu öz xəstəliklərinə məsləhət görürdülər. Onun müddəti 40 günə çatırdı. Mən (Doktor Şeltun) neçə vaxtdır ki, yalnız orucla məşğulam və öz xəstələrimi yalnız orucla müalicə edirəm. Orucun müddəti isə bir neçə gündən 3 aya kimi çəkir. Xəstələr həm öz çəkilərini azaltmaq, həm də sağlamlıqlarının yenidən bərpası üçün oruc tuturlar.[172]

Orucun əleyhinə kitablar

Bəzi təbiblər orucun heç bir elmi əsası olmadığını bildirirlər. Çox məşhur bir cümlədə deyilir ki, "bir şeyin mümkün olmasının ən yaxşı dəlili onun baş verməsidir" əgər biz "Oruc sağlamlığın səbəbidir" – deyiriksə, dəlilimiz bunun çox nümunəsidir. Əvvəla: orucla müalicədə itirilmiş sağlamlıqlarını geri qaytarıblar. Ikincisi: On illərlə oruc tutan bir çox insanlar oruc tutmayan çox insanlardan sağlamdırlar.

Amerikalı həkimlərdən biri olan doktor Şeltunun Amerikada orucla çox uğurlu müalicəetmə müəssisəsi var. O deyir: Oruc əleyhinə yazılmış kitabların əksər müəllifləri o şəxslərdirlər ki, ömrü boyu hətta bir dəfə də olsa yeməklərini ötürməyiblər. Oruc tutmağın insanın sağlamlığında və onun qorunmasında böyük rolu vardır.[173]

Orucla müalicənin nümunələri  

1- 1961-ci ildə Vladimir adlı moskvalı cavan fizik iflic xəstəliyinə düçar olduqdan sonra 45 gün oruc tutaraq sağalmışdır. Bu iş Moskva qəzetlərinin birində nəşr olunmuş və dünya mətbuatında əks etdirilmişdir.

2- Yuqoslaviya alimi professor Aleksey Sevirin orucun gigiyenik və tibbi faydaları haqqda məşhur kitabı var. O, öz ağ saçlarını oruc tutmaqla qaralda bilib.[174]

Bu iki nümunə dənizdən bir damladır, maraqlananlar "Oruc, həyatınızı xilas edə bilər" kitabına müraciət esinlər.

Oruc tutmaqla sağlam olmaq olarmı?

Əgər sağlam olmaqdan məqsəd bu olsa ki, insanın gələcəkdə öz sağlamlığı üçün heç bir proqramı olmasın və daima vaxtlı-vaxtsız ürəyi istədiyi hər bir şeyi yesin ya zərərli adəti yenidən təkrar etsin, təbiətdə belə bir möcüzə olmamışdır. Bu iş eynilə buna bənzəyir ki, arıqlamış bir insan hər şey yesin, amma onun yenidən kökəlməyəcəyini güman edək.

Xəstəliyin səbəbi aradan getməyənədək sağlamlıq yarana bilməz. Sağlamlığı qorumaq üçün xəstəlik törədən bütün səbəbləri araşdırıb aradan qaldırmaq və gündəlik həyatdan silmək lazımdır. Hər hansı bir xəstəliyin səbəbləri xəstəlik yaradan adətlərdir ki, əgər insan yenidən ona tərəf gedərsə onu xəstələndirər. Oruc tutaraq sağalan xəstə yenidən öz zərərverici adətlərinə qayıdarsa, onun təzədən xəstələnməsi şübhəsizdir. Alkoqolizmi tərk edən insan əgər spirtli içki içərsə yenidən alkoqolizmə qurşanacaqdır. Heç bir kəs təkcə oruc tutmaqla zəmanətli sağlamlıq əldə edə bilməz. Sağlamlıq üçün nizam-intizam, özünə nəzarət və nəfsinə hakim olmaq lazımdır. Hər kəs öz bədəninin normasını bilsə və həmin miqdarda yemək yeyib həddini aşmasa sağlam qalar. İnsanlar yenidən spirtli içkilərə və siqaretə üz tutarsa, gec yatarsa, havasız evlərdə yaşayarsa, zəhərli-kimyəvi maddələrə dolu olan içkilər içərsə, həddindən artıq iş görərsə və öz pis adətlərinə başlayarsa, heç vaxt xəstələnməyəcəyini gözləməsin.[175]

Oruc tutmaq mədə yarasına səbəb olurmu?

Əvvəla: statistikanın verdiyi məlumata əsasən mədə yarası oruc tutmayan millətlərdə oruc tutan millətlərdən daha çoxdur. Bu proses əksinə olsaydı orucun mədədə yara yaratmasını bəlkə də qəbul edərdik.

İkinci bir tərəfdən: 1966-cı il sentyabr ayında Tokioda keçirilmiş "mədə xəstəlikləri" dünya konfransında bu xəstəliyin səbəbləri araşdırılmışdır. Konfransda iştirak edənlərin hər biri öz ölkələrində keçirdikləri tibbi və gigeyena ilə bağlı yığıncaqlarda əldə etdikləri nəticələri bu konfransa təqdim etmişdilər. Verilən raportlarda siqaret, isti yeməklərin həddən artıq yeyilməsi (İslamda qaynar yemək məkruhdur) həddən artıq su içmək, əsəbləri oyada bilən qəhvə və ədviyyat kimi ərzaqlara adət etmək, ifrat dərəcədə duzlu və turş yeməklər yemək və spirtli içkilərdən istifadə etmək kimi faktorlar, xəstəliklərin meydana gəlməsində əsas amillər kimi öz əksini tapmışdır.[176]

 

Qüsl

A) Cənabət quslunun tibbi və cismani faydaları

Cənabət quslu paklıq və təmizlikdən əlavə aşağıdakı tibbi faydalara da malikdir:

1- Cinsi əlaqə zamanı orqanizmdə fəaliyyətlər daha da artdığı üçün bədəndə maddələr mübadiləsi[177] başqa vaxtlardan fərqli olaraq bir az da çoxalır. Buna görə də əzələ tellərinin arasında loktik turşusunun yığılması nəticəsində siniflər və əzələlər yorularaq əzginləşir. Yorğunluq nəticəsində əzələlər sıxılaraq zəifləyir.

Qusl alarkən bu proses öz əvvəlki vəziyyətinə qayıdır. Damarların genişlənməsi nəticəsində dərinin və siniflərin qidalanması daha da yaxşılaşır. Bildiyimiz kimi insanın dərisi qaraciyərdən sonra bədənin ən fəal üzvüdür. Buna görə onun təmizliyini qorumaq üçün olduqca çox çalışmaq lazımdır. Eləcə də "hidroterapiya" və ya "su ilə müalicə" adlı bir mövzu da var ki, bizim kitabın mövzusundan xaricdir.

2- Spermanın xaric olduğu zaman dəridəki məsamələrdən (dəliklərdən) bir miqdar tər çıxır. Bu tərlə birgə duzlar da həmin dəliklərdən xaric olur. Əgər qusl verilməsə, bu dəliklər tutular və bədəndən tər vasitəsilə çıxmalı olan bir miqdar zəhər böyrək yolu ilə ifraz olar. Nəticə etibarilə böyrəklərin yükü artaraq böyrək pozuntularına səbəb olar. Bildiyimiz kimi tərləmək dərinin üzünü rütubətli və yumşaq saxlamaqla bərabər xarici amillərin qarşısında bir növ onu qoruyur. Deməli artıq ifraz olunan duzlar qusl yolu ilə aradan gedir.

3- Muhəmməd ibni Sənan İmam Rzadan (ə) belə nəql edir: "Cənabət quslunun səbəbi paklıq, natəmizliyin aradan getməsi və bütün bədənin təmizlənməsidir. Cənabət bütün bədən üzvlərindən xaric olduğu üçün bədənin hər bir üzvünü təmizləmək zəruridir".

Əmirəlmöminin Əli (ə) buyurur: "Hər bir tükün altında cənabət var".

Cinsi yaxınlıq zamanı bədəndə baş verən dəyişikliklərə diqqət etməklə yuxarıda qeyd olunan sözün əhəmiyyəti aydın olur. Çünki cinsiyyət vəzisinin digər daxili vəzilərlə, sinir mərkəzlərinin təhriki ilə əlaqəsi cinsi əlaqə zamanı yaranan zahiri əlamətlər: o cümlədən ürək döyüntüləri, tənəffüsün sürətlənməsi, qan təzyiqinin qalxması, sifətin qızarması, gözlərin axması və s. kimi işlər şübhəsizdir. Bundan əlavə praktiki tibbdə belə nəticəyə çatıblar ki, cinsi yaxınlıq edən zaman kəsilən heyvanın əti və südü xoşagəlməz dada malik olur. Yuxarıdakı qısa şərhlə bütün bədən sistemlərinin cinsi fəaliyyətdə rolu olduğu aydın olur. Belə ki, yaxınlıq edərkən bütün sistemlər öz müvazinətini itirir. Qusl etdikdə bu balans öz yerini alır.[178]

4- Yaxınlıq zamanı yaranan natəmizlik yaxınlıqdan sonra süzənək, sifilis və başqa müxtəlif xəstəliklərə səbəb olur. Bundan əlavə yaxınlıq zamanı bədənlərin bir-birinə sürtünməsi ilə, birindən o birinə dəri xəstəliklərinin keçməsi mümkündür. Bu da qusl etməklə aradan gedir, yaxud azalır.

 B) Məssi-meyyit və meyyit quslu

Müqəddəs İslam dininin buyurduğu vacib işlərdən biri də budur ki, əgər insan hələ quslu verilməyən meyyitin soyumuş bədəninə toxunarsa özünə qusl verməsi vacibdir. Bu vacib əməlin tibbi faydalarından biri də budur ki, adətən insanlar xəstəlik üzündən dünyalarını dəyişirlər. Xəstə insanın dərisində isə bir çox xəstəlik yaradan mikrobları olur. Habelə insan sağ olarkən dəri üzərində fəal olmayan bəzi mikroblar insan öldükdən sonra güclənərək artırlar. Bu zaman dərinin səthi, infeksiyalı xəstəliklərinin artma və yayılma mərkəzinə çevrilir. Bu mikroblar insana keçərsə məssi-meyyit quslu verməklə aradan gedir. Meyyit quslu verməklə də ölünün dərisində bu mikroblar yox olur ya da azalır, bəlkə də buna görədir ki, meyyit quslu verdikdən sonra insan əlini ölüyə vurarsa daha özünün məssi-meyyit quslu verməsi lazım deyil.

C- Heyz (aybaşı) quslu

Alimlərin ayın və kosmik şüaların insan və başqa canlılar üzərində qoyduğu təsirlər haqda apardıqları yeni təcrübələrə əsasən, hər 28 gündən bir, ay dairəvi forma alarkən aybaşı halında olan qadınlara tam şəkildə təsir qoyur, buna görə də onlarda qəm, narahatlıq baş qaldırır və özlərində bir növ həqarət hiss edirlər. Qusldan və ruhi qüvvələrin yeniləşməsindən sonra, bədənin təmizlənməsinə görə narahatedici hisslər aradan qalxır. Bunun səbəbi isə, hələ lazımınca aydın olmayıb.

Bu faydalar yuyunmaqda da vardır. Nə üçün məhz qusl vacibdir?

Birincisi: Demək olmaz ki, quslun vacibliyi təkcə yuxarıda deyilənlərə görə, onun yalnız tibbi xüsusiyyətlərə görə malik olduğunu bildirir. Bu tibbi faydalar bəlkə də quslun vacib olma səbəblərinin onda birini təşkil edir.

İkincisi: İstər keçmişdə, istərsə də müasir dövrümüzdə bir çox insanlar cənabətdən, məssi-meyyitdən və sair işlərdən sonra bədənin yuyulmasının hansı tibbi faydaları olmasını hələ də bilmirlər. Elə buna görə də, qusl vacib olmasaydı, nə qədər insanlar cənabətdən sonra ya əsla yuyunmazdılar və ya bir neçə gündən sonra yuyunardılar. Bu da bədənə zərərlidir. Islamda quslun tez və gecikdirilmədən verilməsi müstəhəbdir. Hədislərdə bildirilir ki, quslu gecikdirmək bir çox xəstəliklərə səbəb olur.

Üçüncüsü: Qusl vermək savab və mənəvi təsirlərə malikdir, amma sadəcə duş qəbul etməyin mənəvi təsirləri yoxdur.

 

ÜCÜNCÜ FƏSİL

 

 

Cəza qanunlarının insanın sağlamlığında təsiri

Hədd

 İslamda, dində təsis edilmiş qanunlardan biri də "həddir". Misal üçün; bir nəfər spirtli içki içərsə və bu iş, "lazımı" yollarla sübut olunarsa, içki içən şəxsə 80 şallaq vurulmalıdır. Eləcə də bir insan oğurluq edərsə müəyyən şərtlər çərçivəsində onun əli kəsilməlidir və s.

Insan zina, homoseksualizm, içki içmə, oğurluq və bu kimi işlər üçün hansı cəzaların nəzərdə tutulduğunu bilsə, bu işlərə çox az meyl göstərər. Nəticə etibarı ilə yuxarıda qeyd olunan işlərin pis təsirlərinə və xəstəliklərinə düçar olmaz. Hədd, qisas, diyə və İslam dininin bir çox qanunlarından əhəmiyyəti, belə cəzaları olmayan ölkələrin cinayət və cinsi ya qeyri-cinsi xəstəliklərin statiskasına müraciət edib bu statiskanı belə cəza qanunlarını layiqincə yerinə yetirən ölkələrlə müqayisə etdikdə aydın olur.

Diyə

 Islam dininin qanunlarından biri də, "Diyədir"

Diyənin bariz nümunələrindən biri qərəzsiz qətl, yaxud bir şəxsin bədən üzvülərindən birini sıradan çıxarmaqdır. Belə bir vəziyyətdə bu qanunun cismani, ictimai və axirət ziyanlarındakı profilaktik rolu tamamilə aydın olur. Ölkədaxili və ölkədənkənar cismi zərərlərin statistikasını müqayisə etməklə, döyülmə nəticəsində baş vermiş yaraların və bədən üzvülərinin naqisliyinin ölkəmizə nisbətən xaricdə daha çox olduğunu müşahidə etmək olar. Bunun ən başlıca səbəbi, "diyə" qanununun olmamasıdır.

Qisas

"Ey ağıl sahibləri, qisas sizin üçün həyat deməkdir. Bəlkə bununla pis işlərdən çəkinəsiniz." [179]

Bir nəfər qəsdən qətl törədərsə və ya bir nəfərin bədənini zədələyərsə, öldürülmüş insanın qan sahibinin, həmçinin zədələnmiş insanın qisas almağa haqqı vardır. Qeyd etmək lazımdır ki, bu işlər məhkəmə yolu ilə görülməmişdir. İslam dininin bu qanunu, bir tərəfdən cəmiyyətin hər bir insanlarının təhlükəsizliyinə səbəb olur. Ona görə ki, qisas hökmü olmasaydı daşürəkli insanlar cinayət törətməkdə özlərini sərbəst hiss edərdilər və beləliklə günahsız insanların canı təhlükədə olardı. Qisas hökmü olmayan ölkələrdə qətl və cinayətin sayının sürətlə artması buna əyani sübutdur. Digər tərəfdən, qətl törətmək istəyən insanın öz canı da amanda qalır, çünki qisas qanunu onun fikrini insan öldürməkdən və yaralamaqdan bir az da olsa çəkindirir. (Bu halda şəxs öldürülmüş insanın qohumları tərəfindən intiqam olunmaq, vicdan əzabı, yaralanmaq qisas və sair kimi ağır nəticələrə düçar olmaz. Beləliklə qətl törətmək istəyən şəxs qisası və onun sonunu düşündükdə bu işdən çəkinər). Üçüncü bir cəhətdən isə, qisasdakı bərabərlik prinsipi (öldürülən bir şəxsin müqabilində yalnız bir şəxsin (qatilin) qisas olunması) ardıcıl qətillərin qarşısını alır və bir qətlin ardınca bəzən bir neçə qətl yaranmasına səbəb olan cahillik adət-ənənələrinə son qoyur. Bu yolla da cəmiyyətin həyatının sərmayəsi təmin edilir. Qeyd etmək lazımdır ki, qisas hökmü yalnız qatilin bağışlanmadığı surətdə icra olunur və bununla da şərti bir həyata başqa bir qapı açılır.

Qisasla insanların sağlamlığı və uzunömürlülüyü  arasında ziddiyət yoxdurmu?

Doğrudur, ilk baxışdan qisas almaqla bir nəfər öz canını itirir. Amma bəzən cəmiyyətdə hər bir insanın sağlamlığını təmin etmək üçün bu işin görülməsi zəruri olur. Belə ki, cəmiyyətin dərrakəli insanları öz yersiz təssübkeşliklərini kənara qoysalar, bu işi qəbul edərlər. Qisas, alaq otlarını biçməyə bənzəyir. Bu otlar biçilməzsə meyvə və sair bitkilərə zərər vurarlar.

Bir caninin canını qorumaq üçün bütöv bir cəmiyyətin canınının təhlükəyə salınması ağılla düz gəlmir.

Qisas, bədən üzvlərindən birinin qaralması ilə onun başqa üzvülərə keçilməməsi üçün kəsilib atılmasına bənzəyir.

Ustad Şəhid Mütəhhərinin bu barədə sözü

O deyir: "Sədi Şirazidən bir şer oxuyuram:

İti dişli yırtıcıya mərhəmət

Mal-qaraya insafsızlıqdır, əlbət.

Yüzlərlə ya minlərlə qoyun parçalamış bir canavarı tutub öldürmək istəyərkən kiminsə mərhəmət hissi oyanmamalıdır. Bilmək lazımdır ki, bu cür mərhəmət qoyunlara qarşı qəddarlıq deməkdir. Bu bir misaldır. Sədinin məqsədi budur ki, "zalım insana rəhm etmək, məhrum insanlara qəddarlıqdır" deməkdir. Zəif insanlar sitəmkarlara rəhm edərlər. Eynilə bu mövzu bu gün də müzakirə olunur. Əksər insanlar deyirlər: "Edam hökmüylə cəzalandırmaq nə deməkdir?! Edam cəzası insaniyyətdən uzaq bir hökmdür. Bu insan haqlarının pozulması və humanizmin ziddinədir. Bir sözlə cani hansı cinayət törədirsə törətsin, edam edilməməlidir. Belə insanlar öz sözlərini necə izah edirlər? "Canini islah etmək lazımdır" - deyirlər.

Qəribə sofistikadır. Şübhəsiz ki, insanları islah etmək lazımdır. Amma cinayət törətməmişdən öncə islah olunmalıdırlar. Cinayət törətməyə icazə vermək olmaz.

Biz bu gün cinayətkarları islah etmək bəhanəsilə cinayət üz verdikdən sonra onları islah etsək, cinayət etmək istəyənlərə yaşıl işıq göstərmiş olarıq. Bizim bu işimiz cinayətkarları cinayətə həvəsləndirmək olar. Cinayətkar (öz özünə) deyər: indiyədək cəmiyyət məni islah etmək fikrində olmayıb. Uşaqlıqdan atam mənə düzgün tərbiyə verməyib. Böyüdükdən sonra heç kəs məni islah etməyib. Gedək cinayət edək bizi zindana salsınlar, bəlkə orada bizi tərbiyə etdilər və adam olduq. Deməli islah olmağımız üçün cinayət etməliyik.

Dördüncü fəsil

Hədislərdə cismi sağlamlığın səbəbləri, elmi və tibbi yollarla sübutu

Bu və növbəti fəsildə biz yalnız rəvayətlərdə deyilmiş sağlamlığın və xəstəliyin amillərini ümumi surətdə gətirmişik. Əgər xırdalıqları barəsində də deyilmiş rəvayətləri zikr etmək istəsəydik, bu haqda geniş kitab yazmaq lazım olardı. Ona görə də bir neçə məsələyə ümumi surətdə işarə edirik.

 

Bədənin təbii ehtiyaclarina cavab

Allah-taala alim və hikmətli olduğu üçün insan bədəninə nə vaxt su içməyi, qidalanmağı, yatmağı və sair işləri öyrədibdir. Hətta xəstələnərsə özünü mualicə etməyi də öyrədib. (Əksər dərmanlar yalnız müalicənin sürətini artırır bədən üçün köməkçi rolunu oynayır. Həqiqətdə bədəni müalicə edən dərman deyil, bədənin özüdür). Ona görə də bədənin, şəriətin icazə verdiyi istəklərinə mötədillik həddində cavab vermək lazımdır. Belə olmazsa xəstəliyə səbəb olar. İmam Rzanın (ə) buyurduğu hədisin əhəmiyyəti elə burada məlum olur. Buyurur: "Acarkən ye, susuzlayərkən su iç, sidik güc gətirərsə özünü rahat et, ehtiyacın olmasa cinsi əlaqədə olma və yuxun gələn zaman yat. Bu işlər sənin bədəninə sağlamlıq gətirər."[180]

Hədisdən bu mövzunu da başa düşmək olur ki, acmamış, susuzlamamış yeyib-içmək olmaz. Hər kəs tox olarkən yeyərsə, özü xəstəliyi yaradır. Həmçinin hədisdən anlaşılır ki, çox cinsi əlaqədə olmaz zərərlidir. Bu barədə "uzunömürlülük" bölümünün "az cinsi əlaqə" hissəsində qısa izah verilmişdir.

 

 

 

Hicamət (Bədəndən qan alma)

İmam Sadiq (ə) buyurub: "Hicamət olunan yerdən bədənin zəhərindən başqa bir şey xaric olmur" Həzrət Əli (ə) buyurub: "Uşağın bədənini hicamət etmək ağacı budamaq kimidir. Hicamət ölümdən başqa bütün dərdlərin dərmanıdır". Əziz Peyğəmbər buyurub: "Cəbrayıl (ə) mənə hicamət etməyi elə tapşırdı ki, onun vacib olduğunu sandım".

Hicamətin cismi faydaları



Geri   İrəli
Go to TOP