A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslam şəriətində sağlamlıq və uzun ömürlülük elmi və tibbi sübutlarla
Müəllif: Mehdi Tahiri
Naşir: Əsre-rəhayi
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Əhalisinin 98%-ni müsəlmanların təşkil etməsinə baxmayaraq Türkiyədə qərb mədəniyyəti daha geniş şəkildə inkişaf edib. Ölkənin statistika bürosunun məlumatına əsasən, Türkiyədə 605 rəsmi və 565 qeyri-rəsmi fəsad mərkəzləri kəşf edilib. Bu ölkədə 13671 əxlaqsız qadın axtarışda və 209 qız isə cinsi təcavüzlərə məruz qalmış halındadır.  

İngiltərənin verdiyi məlumata görə 16 yaşından 30 yaşınadək qadınların 41%-i cinsi təcavüzlərə məruz qalacaqlarına ehtimal verdikləri üçün daim nigarandırlar, 11%-dən yuxarı qadın isə onsuz da bir gün təcavüzə məruz qalacaqlarına inanır, 4% qadın cinsi təcavüzdə həyəcan siqnalından istifadə edir və 7% isə "özünü müdafiə" kurslarına gedirlər.

Statistikanın verdiyi bu məlumatlar çox gözəl sübut edir ki, hicabsızlığın özü, onun adiləşməsinə səbəb deyil, əslində həddən artıq təcavüzlərin və təhrikedici əməllərin amillərindəndir.

Sonda əziz oxucuları daha da məlumatlandırmaq üçün hicabsızlığın başqa zərərləri haqda söz açırıq.

1- kosmetikadan istifadə etmək

İslam baxımından, kosmetikadan istifadə etmiş qadını naməhrəm görərsə haram hesab edilir. Amma bu işi öz həyat yoldaşı üçün görərsə çox bəyənilir və dinin göstərişlərindən hesab edilir (bunu da qeyd etmək lazımdır ki, öz yoldaşı üçün bəzənməyin də həddi və hüdudu vardır) burada kosmetikadan istifadə etməyin yalnız bir neçə cismi zərərinə işarə edəcəyik ki, başqalarına da ibrət olsun .

Kosmetik maddələrin cismani zərərləri

Bir il ədəbli zinətlənmək dəbin yeniləmməsinə səbəb olur və bir il tünd rənglərdən, istifadə etmək və yenə də gələn il yeni bir dəb, zinət və gözəllik məsələsində çox bahalı bir dəblə sona çatır. Yalnız cibimiz üçün deyil, hətta canımız üçün də baha başa gəlir.

Dəridə xərçəng xəstəliyinin artması təravətlənmək istəyən gənc qadınların Sulariyuma üz tutmasıdır ki, bu da son illərdə dəbin məxariclərindən hesab olur.

Həddən artıq zinət əşyalarından və kosmetikadan istifadə etməyin, dərinin gözün və dodaqların gözəllik və sağlamlığının zərərilə nəticələnir. Məsələn: uzun müddətli tuşdan istifadə etmək, kipriklərin tökülməsinə səbəb olur. Pomadadan həddən artıq istifadə etmək isə dodaq dərisinin nazikləşərək çatlamasına səbəb olur.

İfrat dərəcədə krem və pudradan istifadə etməyin özü də dəri dəliklərinin tutulmasına səbəb olur və sonda dəridə səpkilərin yaranmasına bais olur.

Kosmetikanın digər zərərlərindən biri də onların bəzilərinin saxta olmasıdır ki, dərinin həssas olmasını büruzə verərək adətən qaşınma, örə xəstəliyi və üzdə səpkilər zahir olur. Zinət əşyalarının saxta olub olmamasını bir birindən ayırd etmək o qədər çətindir ki, hətta mütəxəssis kosmetoloqlar belə bu işin öhdəsindən çətinliklə gəlirlər.[150]

İngiltərə alimlərinin apardıqları tədqiqatların nəticəsinə əsasən qolaltı deodorantlarında olan aliminum duzu döş nahiyəsində xərçəng xəstəliyi törədə bilər. Belə ki, aliminum duzu deodorantın 25 % təşkil edir. Bu kimyəvi maddə asanlıqla dəri və bədənə daxil olur və "strujn" əməlini təqlid edərək döşdə xərçəng xəstəliyinə səbəb olur.[151]

 

2) DAR GEYİMLƏR(dar şalvarlar, koftalar)

Müctəhidlər dar geyimləri (bədən üzvlərini qabarıq göstərən) şəhvət oyadıcı olduqları təqdirdə, haram bilir və naməhrəm qarşısında ondan istifadə etməyi caiz hesab etmirlər.

Zaman keçdikcə və nəsillər dəyişdikcə qəribə bir vəziyyət yaranır. O da hər şeyin kiçilməsidir: balaca evlər, kiçik maşınlar, gödək və dar şalvarlar, dar manto və köynəklər. Sanki dərzi parça qıtlığı ilə üzləşmiş və bütün paltarları qısa tikmişdir. Qeyd etmək lazımdır ki, bu dar geyimlər yeni dəbin məhsuludur. Amma bu cür dəblər sağlamlıq üçün təhlükəlidir.

Dar geyimlərin cismi zərərləri

1) Əzginlik və yorğunluq.

Dar geyimlər dəri altında olan xırda damarları (kapilyarları) öz təsiri altına alaraq bəzi hissələrdə qanın düzgün dövranına mane olur. Xüsusən də bu darlıq diz, bel, sinə və qol nahiyəsində olarsa, qan dövranını daha da çətinləşdirir. Dar paltarların törətdiyi nasazlıq qan dövranını pozaraq əzginlik və yorğunluğa səbəb olur.

2) Həzm sisteminin çətinləşməsi.

Dar geyimlərin fəsadlarından biri də həzmin çətinləşməsidir. Əslində dar geyimlər həzm sisteminin tüstüvari hərəkətini pozaraq mədədə yelin yığışmasına və qarının köpməsinə bais olur ki, bu da adətən qarın ağrısıyla nəticələnir.

3) Sidik kisəsinin mikrobu.

Dar geyim hava mübadiləsini pozaraq qadınlarda sidik kisəsinin mikrobunu artırır.

4) Örə xəstəliyi.

Dar geyimlərin törətdikləri fəsadlarından biri də örə xəstəliyinin bir növü olan "təzyiqli örədir". Bu növ örə, dar geyimlərin bədəndə sıxıntı yaratması nəticəsində əmələ gəlir. Adətən 4-6 saat dar geyimləri geydikdən sonra dərin iltihabla yanaşı qaşınma, göynətmə və ağrı yaranaraq 8 saatdan 28 saata qədər aradan gedir.

Bəzən bu əlamətlərə titrətmə-qızdırma, zəiflik, yorğunluq və baş ağrısı da əlavə olunur.

5) Öd kisəsində daş.

İndiyədək öd kisəsinin daş yaratmasının əsl səbəblərini axtarmaq üçün xeyli zəhmətlər çəkilib. Bir sıra səbəblər kəşf olunub və bir sıra işlər naməlum olaraq qalır. Dar geyimlərin öd kisəsində sürətlə daş yaratmasında təsirli olduğu isə sübut olunub.

3 - QISA GEYİM(gödək ətəklik, mini yupka)

Bir çox həkimlər, fizioloqlar, mütəxəsislər və ekspertlər qısa geyimə qarşı qalxaraq onu yeni dəbin ən sağlamsız və qorxulu geyimlərindən olduğunu bildirirlər.

Həkimlər bildirirlər ki, qısa geyim adiləşən gündən müxtəlif xəstəliklər, o cümlədən sidik kisəsində iltihab, qadın ifrazatları və başqa xəstəliklər qadınlarda iki qat olur. Habelə soyuqdəymə və onun yaratdığı problemlər bu cür qadınlarda artır. Ən əhəmiyyətlisi də baldırların böyüməsidir. Qısa geyimlər baldırları 2 sm-dən 5 sm-ə qədər böyüdür. Bu iş fizioloqların nəzərinə görə olduqca təbiidir. Ona görə ki, bu hissədə soyuqdan qorunmaq üçün piylənmə gedir.

Bundan əlavə cinayət işləri üzrə statistikanın verdiyi məlumata görə qısa geyimli qızlar digər qızlardan daha çox ehtiraslı kişiləri özlərinə cəlb edərək azğınların cinayət və sadizm xarakterli hücumlarına məruz qalırlar.[152]

4 - dikdaban ayaqqabilar

Bəzi müctəhidlərin fətvalarına əsasən, dikdaban ayaqqabı geyinmək diqqəti cəlb edərsə və həvəs oyadarsa caiz deyildir.

Biz bu kitabda dikdaban ayaqqabıların tibbi və cismi zərərləri barədə söhbət açmışıq. Məlumat üçün 7-ci fəsildə "dikdaban ayaqqabılar" mövzusuna müraciət edin.

5-kişilərin qizildan istifadə etmələri

Şəriət alimlərinin (fəqihlərin) nəzərlərinə görə kişilərin qızıldan istifadə etmələri haramdır. Onun cismi zərərləri barəsində məlumat əldə etmək üçün "qızıl və gümüş" mövzusuna müraciət edin.

Sünnət

İslam dinində buyurulan vacib əməllərdən biridə sünnət etməkdir. Belə ki, oğlan uşağı yetkinlik həddinə (həddi-büluğa) çatdığı təqdirdə, ona sünnət etdirmək vacibdir. Bu işin həddi-büluğa çatmamış görülməsi daha yaxşıdır.

İslamın elmi möcüzələrini daha yaxından tanımaq üçün sünnət etməyin bir neçə əsrdən sonra kəşf edildiyi bəzi faydalarına işarə edirik.

Sünnət etməyin faydaları

1) Kişilərin xərçəng xəstəliyinə tutulmasınin qarşısını almaq.

Bəzi ölkələrdə, o cümlədən Hindistanda sünnət etmək yayılmadığı üçün cinsi orqanda xərçəng xəstəliyi, sünnət etməyin rəvac tapdıği digər ölkələrlə müqayisədə 10 dəfə artıqdır.[153]

Qeyri-müsəlman tədqiqatçıları bu tibbi iş üzərində geniş axtarış apardıqdan sonra onun müxtəlif faydalarını üzə çıxarıblar. Bir çox araşdırmalar göstərir ki, sünnətin minimum faydası xərçəng xəstəliyini azalmasıdır. Bu gün sünnət etmək xərçəng xəstəliyinin qarşısını almaq üçün bir növ vaksen hesab edilir.[154]

Cinsi orqanının xərçəng xəstəliyinə düçar olduğu 2500 nəfərdən cəmi 33 nəfəri sünnət edilmişdir ki, bu da təqribən hər 76 nəfərdən 1-i deməkdir (Ola bilsin bu 33 nəfər də gec sünnət olunublar).[155]

2) Qadınlarda xərçəngə yoluxmanın qarşısının alınması

3) QİÇS xəstəliyinin azalma ehtimalı

Sünnət olunmuş insanlarda QİÇS xəstəliyinin yayılma miqdarı azalır. Sünnət olunmağın faydası o qədər böyük maraq doğurub ki, Afrika ölkələrində QİÇS xəstəliyinin qarşısın almaq üçün bu metoddan istifadə edirlər. Çünki, artıq sübut olmuşdur ki, cəmiyyətdə 10 nəfər sünnət olunarsa bir nəfərin QİÇS xəstəliyinə yoluxmasının qarşısı alınar.[156]

QİÇS xəstəliyinin on altıncı beynəlxalq konqresində xəbər verildiyi kimi sünnət olunmaq kişilərdə QİÇS-in yayılma imkanını 60 faiz azaldır.

Bu tədqiqatlardan alınan nəticə əsasında sünnət vasitəsilə 20 ilin içində milyonlarla insanın canını xilas etmək olar.

Sünnət edilmək xüsusilə də QİÇS xəstəliyinə tutulmuş qadınlardan kişilərə yoluxmanın qarşısını almaqda çox təsirlidir.[157]

4) İnfeksion  xəstəliklərin qarşısını almaq.

Sünnət olunan yerin, dərisinin alt hissəsi bakteriya və yoluxucu mikrobların inkişafı üçün əlverişli yerdir. Ona görə də sünnət etmək cinsi əlaqə yolu ilə iltihablara yoluxmanın qarşısını alır.

Bu iltihablardan əlavə bəzi tədqiqatlar göstərir ki, sünnət olunmuş kişilərdə sidikdə olan iltihablar digərlərindən daha azdır. Ona görə də hal hazırda bir çox qərb ölkələrində də bu işi genişləndirirlər.[158]

5) Sünnət olunmayan insanlarda süzənək xəstəliyinin mualicəsi çox çətin və ağırdır.

6) Amerikalı tədqiqatçıların verdiyi məlumata görə sünnət etdirmək, kişilərdə ziyil yaradan "papilumay" virusunun azalmasına səbəb olur.[159]

7) Sünnət etməmək spermanın sıçrayışını azaldır.

8) Sünnət etməmək sidiyin sıçrayışını azaldır və bəzən də sidik kanalında daşın yaranması kimi bir çox xəstəliklərin tapılmasına səbəb olur.[160]

Yeni doğulan uşaqlarda sünnət

Müstəhəbdir ki oğlan uşağını doğulduğunun yeddinci günü sünnət etsinlər. Elmi baxımdan bu əməlin bir çox faydasını aşağıda gətiririk.

Yeni doğulmuş və südəmər uşaqları sünnət etdirmək, sidik sisteminin iltihabının qarşısını alır. Uşaqların sidik kanalındakı mikrob, başqa təhlükəli xəstəliklərlə nəticələnə bilər. Elə bir xəstəlik ki, böyrək toxumalarının məhv olmasına səbəb olar və sonda böyrəyi inkişafdan saxlayar. Şübhəsiz siz də avropalıların və amerkalıların yerində olsaydınız və sizə: “Tədqiqatlar yaşı üç ayadək olan oğlan uşaqlarının 75%-nin sidik sistemində iltihab olduğunu göstərir və bunların 95%-i sünnət olunmayan uşaqlardır”- deyilsəydi, öz yeni doğulmuş oğlan uşaqlarınızı sünnət etdirmək qərarına gələrsiniz. Müqayisə etmək istəsək, deməliyik ki, yeni doğulmuş oğlan uşağı sünnət edilməyibsə bir yaşınadək sidikliyində iltihabın olma imkanı 10 qat artır.

Şəhid Behişti adına Tibb Universitetinin müəllim, cərrah, və uroloqu Simforuş həkim bu barədə belə deyir: "Sünnət edilməyən və sidik kanalında iltihaba düçar olmuş oğlan uşağına ən yaxşı kömək onu sünnət etməkdir".

Qeyd etmək lazımdır ki, doğumdan sonra ilk 24 saatı bu işi görmək olmaz. Bu da ona görədir ki, sünnət etməyə mane ola biləcək xəstəliklərin uşaqda olub-olmamasını ayird etmək olsun.

İslam göstərişlərinin incəliyinə və dəqiqliyinə bir az artıq diqqət etməyin yeridir. Çünki, bu əməlin uşağın doğum günündən bir neçə gün sonra yerinə yetirilməsi buyrulur, hətta daha dəqiq olaraq bir həftə sonra olunması buyurulur (müstəhəb bir əməldir). Digər tərəfdənsə qeyd edilmiş faydalara görə südəmər uşaqların sünnət olunmasını tövsiyə edir.  

Hemofili kimi qanaxma yaradan xəstəliyə düçar olmuş uşaqları sünnət etmək olmaz. Habelə anadangəlmə sidik sistemi pozulmuş uşaqları da sünnət etdirmək olmaz. Bu anadangəlmə pozuntuların ən mühümü "haypuspadyazus"dir ki, cinsi orqanın altında sidik kanalında dəlik olur və bu dəliyin bərpası üçün sünnət olunan yerin dərisinə ehtiyac olur. Elə buna görə də belə körpələr dəlik bərpa olanadək sünnət olunmamalıdırlar.[161]

Südəmər uşaqları sünnət edərkən, yarada iltihab, şiddətli qanaxma, artıq dərini götürmək imkanı olmamaq və cinsi orqanı yaralamaq kimi təhlükələr olur ki, bu zaman geniş bilik və təcrübə sahibi olan həkimə müraciət etməklə yaranan hadisənin qarşısını almaq olar.

Xüms və zəkat

İslam dinində buyurulan vacib işlərdən biri də mənəvi, ictimai və iqdisadi təsirlərlə dolu olan xüms və zəkatdır. İnsanın cismani sağlamlığı üçün faydalı olan bu əməl barəsində xülasə olaraq işarə edirik.

Xüms və Zəkatın cismani faydaları

A-    Digərlərinin sağlam və uzun ömürlü olmaları

Bildiyimiz kimi hər il dünyada aclıqdan nə qədər insan tələf olur və nə qədər insan yaxşı qidalanmadıqları üçün həzm sisteminin pozulması, infeksiyon, qan və s. kimi xəstəliklərə tutulur. Bu aclığın pis qidalanmağın əsas dəlillərindın biri fəqirlik və yoxsulluqdur.

Yoxsulluq səbəb olur ki, insan yeməyə, geyməyə, ev təmirinə, alverə və s. işlərə az pul sərf etsin. Bu əməlin özü də xəstəliklərin çoxalmasına səbəb olur. Buna misal olaraq demək olar ki, yoxsul insanın yemək proqramı (heyvan ətindən olan yağlı yeməklərdən çoxlu istifadə etmək, habelə fibrlı yeməklərin, vitaminlərin və mineralların az məsrəfi) kökəlməyə, ürəklə bağlı və mikroblara zəmin yaradan sair xəstəliklərə səbəb olur. Digər tərəfdənsə rütubət və qış fəslində kifayət qədər istiliyin olmaması soyuq dəymənin, öskürəyin ağır tənəffüslü xəstəliklərin xüsusən də, uşaqlarda çoxalmasına səbəb olur. Bütün bu qeyd olunan vəziyyətlər üst-üstə yığılaraq insan sağlamlığını çətinliklə üzləşdirir.. Buna görə də xümsü verməkdən yaranan bu yoxsulluğun, sağlamlığa və yaşayışa təsirləri olaraq, cismi və ruhi sağlamlığı öz təsiri altına alır.[162]

Əgər hər bir cəmiyyətdə xalqın yoxsulluğunu aradan qaldıra bilən qanuna uyğun nizam olsaydı, yoxsulluq nəticəsində yaranan xəstəlik və ölüm kimi çətinliklər yox olar və cəmiyyət sağlam qalardı. İslam dini bu çətinliyi müxtəlif yollarla o cümlədən xüms və zəkatı verməklə aradan qaldırmışdır. İmam Kazim (ə) bu barədə buyurur: "Allah-təala zəkatı yoxsulların təmin edilməsi və sizin dövlətinizin artması üçün qərar verilmişdir."[163]

Bütün insanlar xüms və zəkatlarını versələr yoxsulluq yer üzərindən silinər və nəticədə kasıblıq ücbatından yaranan xəstəliklərin kökü kəsilərdi.

Xüms və zəkatı ödəməklə necə mal-dövlətimiz artır?

İmam Kazimin (ə) "zəkatı verməklə sizin var-dövlətiniz artır" deyə buyurması, insan şüuri ilə dərkedilməzdir. Necə ola bilər ki, insan öz malını verməklə yanaşı onun malı artsın?

 Cavab:

 Əvvəla: Bizim şüurumuz bir çox şeyləri dərk edə bilmir.[164] Əgər Allah tükənməz qüdrəti ilə hər hansı bir şeyi iradə edərsə, o qeyri-mümkün olmayacaqdır. Necə ki, o xüms və zəkat verən şəxsin malının artmasını istəmiş və iradə etmişdir.

 İkincisi: Müəyyən bir şeyin bir tərəfdən azalaraq digər tərəfdən çoxalmasının nümunələrini yaşadığımız təbiət aləmində də tapmaq olar. Misal olaraq, bağban ağacın artıqlarını budadıqda, ilk baxışda ağacdan nəsə azalır, halbuki o ağac daha da mahsuldar olur.

B) Zəkat verənin sağlamlıq və uzunömürlülüyü

 Əvvəla: İnsan toplumsuz yaşaya bilməyən ictimai bir varlıqdır. Bu baxımdan insanlarla əlaqə yaratmaq məcburiyyətindədir. Məhz buna görədir ki, xümslərin verilməməsi nəticəsində bir qrup insan kasıbçılığa, xəstəliyə düçar olarsa, bu xəstəlik bizim də yaxamızdan yapışacaqdır. Misal olaraq dünyada yayılmış hətta varlıların da düçar olduqları xəstəliklərin bəzisinin səbəbi, kasıb Afrika ölkələridir. Onlar imkanları olduqları vaxt o xəstəliyi müalicə edə bilər və başqa ölkələrə yayılmasının qarşısısnı ala bilərdilər. Eləcə də öz ətrafımızda xəstəliklərini müalicə edə bilməyən və sonda xəstəliklərini bizə də keçirən kasıb adamlar heç də az deyil. Məsələn hər hansı bir yoluxucu xəstəliyə və ya kiçik bir soyuqdəyməyə düçar olaraq məktəbə getsələr, bizim övladlarımız da çox keçmədən bu xəstəliklərə yoluxacaqdır.

 İkincisi: Statistika göstərir ki, varlı adamların bıçaqlanmaları və ölümləri çoxlu var-dövlət və xümsü ödəməməklə yaranan kasıbçılıq nəticəsində baş vermişdir. Çünki xümslər ödənilmədikdə, sinfi ayrı-seçkilik artır, bu isə bir çox oğurluqların amilidir. Bəzən kasıb pullunun evinə oğurluğa keçir və varlı şəxs müqavimət etdikdə kasıb tərəfindən bıçaqlanır və ya şiddətli şəkildə döyülməyə məruz qalaraq öz sağlamlığını əldən verir.

Yuxarıda söylənilənlərdən əlavə, hamı üçün faydalı olan onun başqa müsbət təsirini də qeyd etmək olar. O isə budur ki, zəkatın mərcəi-təqlidin izni ilə xərclənmə yerlərindən biri də, İmam Sahib əz-Zaman ağanın razı olduğu yerdir. Başqa sözlə desək, Allah yolunda (fi səbilillah) xərclənməlidir. Yəni bütün xeyir işlərdə, o cümlədən: məscid tikmək, körpü qurmaq, məktəb və xəstəxana tikmək və s. üçün məsrəf edilə bilər. Heç şübhəsiz ki, belə bir xeyir işlər fərdin və cəmiyyətin sağlamlığında necə müsbət təsirlər qoyacaqdır.

Cəsədlərin dəfn edilməsi və müasir elm

İslam dininin müqəddəs qanunvericisi - uca Allah cəsədlərin dəfn edilməsinə göstəriş verərək, onu vacib bilmişdir. Çünki cənazə dəfn edilməzsə, cəsədin çürüməsini müşahidə etmək, iyinin dəyişilməsi və onun qorxulu mənzərəsi bir dəstəni daxilən narahat edəcək və ətrafında olan bütün canlılar meyitin üfunətli iyindən əziyyətə düşəcəklər.

Hazırda bəlli olmuşdur ki, cənazədə ölümdən dərhal sonra mikrob və çirk meydana gəlir, belə ki, bağırsaq bakteriyaları qana və velnefə[165] keçərək sürətlə artmağa başlayır, əvvəl həvazilər və anarubilər (bihavazilər) inkişaf edir. Albuminoid və üfunətli qazların[166] istehsalı, anaerbuların tam inkişafından sonra başlayır. Bu yolla ki, tədricən qarın nahiyəsində, sinədə və digər üzvlərdə yaşıl rəngli ləkələr müşahidə edilir. Anaerobilər albuminiud maddələrinin sadə kimyəvi elementlərə parçalanması və üfunətli qazların (karbon, hidrogen, hidrogen sulfat və amonyak kimi) istehsalı mikrob və çürümənin əsas amilləridir.

Yayda üç-dörd gündən sonra, qazın təzyiqi qarında daha da güclənir, belə ki cənazə tabutda üzüquylu olarsa tabut partlaya bilər, cəsədin əvvəlki vəziyyətindən iki dəfə çox böyüməsi və xayaların sərcin formasını alması mümkündür. Bir neçə aydan sonra, torpağın tərkibindən asılı olaraq, divarın partlayış təzyiqi nəticəsində üfunət aradan gedir. Bədəndə mikrob infeksiyası başladıqdan sonra, bəzi həşəratlar (dipterlər) öz yumurtalarını ağız boşluğunda, burunda və gözün kənarında qoyurlar, tezliklə laru[167] törənərək buruna, gözə və qulağa daxil olur və mikroblara kömək edir.

Hazırda elmin kəşf etdiyi bu məsələləri İmam Rza (ə) əsrlər öncə buyurmuşdur.

"Ölülərin dəfn edilməsi ona görə vacib edildi ki, meyyitin fəsadı xalqı əziyyət etməsin və onun dəyişilmə çirkinliyini görməsinlər, onun üfunətli qoxusunu iyləməsinlər, dirilər ölünün iyi və fasid olmuş üzvləri ilə əziyyətə düşməsinlər və dost və düşmən gözündən uzaq torpaq altında çürüsün ki, düşmənləri onu danlamasın və dostları qüssələnməsin".

Oruc

İslam dinində vacib əməllərdən biri də, mübarək Ramazan ayında oruc tutmaqdır. Bu ibadət bir çox ruhi, cismi, iqtisadi, ictimai və s. müsbət təsirlərə malikdir. Biz yalnız onun cismi faydaları haqda müxtəsər söz açırıq.

İslam Peyğəmbəri buyurur: "Oruc tutun ki, sağlam qalasınız".[168]

Həzrətin bu dəyərli hədisinin kiçik bir hissəsini dərk etmək üçün, yüz illər keçdikdən sonra o böyük şəxsiyyətin buyuruğu ilə, orucun bir sıra faydalarını üzə çıxarmış alimlərin sözlərinə işarə edirik.

Alimlərin nəzərində orucun cismi faydaları

A) Bir rus alimi yazır:

Oruc - qanazlığı, bağırsaqların zəifliyi və sadə və xroniki iltihab, daxili və xarici çibanlar, tuperkulyoz (vərəmi), revmatizm, dəri tökülməsi, göz xəstəlikləri, şəkər xəstəliyi, dəri xəstəliyi, böyrək və ciyər xəstəliklərinin müalicəsi üçün çox əlverişlidir.

İmsak (aclıq) vasitəsilə müalicə etmək, yalnız yuxarıdakı xəstəliklərlə məhdudlaşmır. Eləcə də, insan bədənin fundamenti və bədən hüceyrələri ilə əlaqəli olan xərçəng, sifilis, vərəm və tauna da şəfa bəxş edir.[169]

B) Doktor Əbdüləzizin "İslamda tibb və gigiyeniya" kitabında söylədikləri:

Orucun ən az əhəmiyyətli hissəsi, onun ətrafında söz açdığımız maddi və səhhətlə ilgili hissəsidir. Heç danılmazdır ki, oruz bir çox hallarda faydalı, bəzi hallarda isə, müalicə üçün yeganə amildir. Başqa yerlərdə görürük ki, oruz yeganə çıxış yolu olmasa da, ən gözəl müalicə üsuludur.

Oruc aşağıdakı yerlərdə müalicə üçün istifadə edilir:

1- Bağırsaqların xroniki iztirablı şəraitlərində və zülal ya nişastalı maddələrlə mayalanma zamanı. Bu baxımlarda oruc tutmağın xüsusilə də iki yeməyin arasında su içməməyin və yeməklər arası fasilə yaratmağın şübhəsiz müalicəvi əhəmiyyətləri vardır. Bu xüsusiyyət mübarək Ramazan ayında tutulan orucda tam surətdə riayət olunmuşdur.

2- Az hərəkət və çox yemək cəbəbindən orta çəki. Bu vəziyyətdə iftar zamanı yeməkdən mötədilliyə riayət etmək və səhər oruca başlayan zaman su içməklə kifayətlənmək (səhər yalnız su içməklə oruc tutmaq) hər tərəfli faydalı müalicədir.



Geri   İrəli
Go to TOP