A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslam şəriətində sağlamlıq və uzun ömürlülük elmi və tibbi sübutlarla
Müəllif: Mehdi Tahiri
Naşir: Əsre-rəhayi
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Bu ekspertin sözünə görə "hər şeydən çox təhlükə yaradan və sonda ölümə səbəb olan faktor, bu dərmanların hazırlanmasında istifadə edilən qeyri-xalis maddələrdir". [117]

Tatuirovka etmə (Bədənə şəkillər döymə)

İslamda caiz olmayan və mərcəi-təqlidlərdən bəzilərinin haram sandığı əməllərdən biri də, Tatuirovkadır.[118]. Tatuirovkanın ziyanlarından bir hissəsinə işarə edirik.

Tatuirovkanın cismi zərərləri

Tatuirovka iki yolla xəstəliyə səbəb olur.

1- Qan və Tatuirovka üçün istifadə edilən vasitələrlə

Yoluxucu xəstəliklər üzrə mütəxəssis doktor Kərimi bu barədə deyir:" QİÇS, hepatit B, hepatit C kimi xəstəliklərin amili virusdur. Bu viruslar qan və bu virusa aludə olmuş alətlərlə ötürülür. Bəzən Tatuirovkalar eyni alətlərlə qeyri-gigiyenik surətdə həyata keçirilir. Bu da bir sıra şəxsin infeksion xəstəliklərə yoluxmasına səbəb olur. Əslində bu şəxslər bədənlərinin sağlamlıqlarını onun gözəlliyinə qurban verirlər.

Aparılmış araşdırmalara əsasən hal hazırda İran xalqının 2-3 milyon nəfəri, hepatit B xəstəliyinin daşıyıcısıdırlar. Həmçinin təxmin edilir ki, təqribən 200 mindən 300 min nəfərə qədər şəxs, hepatit C xəstəsidirlər. Eləcə də belə nəzərə gəlir ki, bu xəstəliyə yoluxmuş şəxslərin 2-dən 5% kiminin səbəbi Tatuirovkadır. Geniş miqyaslı tədqiqatlar göstərir ki, bədənə şəkillər döydürmüş şəxslər, başqalarından daha çox hepatit C xəstəliyinə yoluxurlar. Bundan əlavə hepatit B, cüzam və vərəm kimi digər yoluxucu xəstəliklər Tatuirovka vasitəsilə ötürülür.

Birdəfəlik iynələrlə Tatuirovka

İlk baxışda nəzərə çarpır ki, səhiyyə nazirliyinin təsdiq etdiyi birdəfəlik iynələrdən istifadə etmək, Tatuirovkaya aludə olmuş iynələrlə yoluxmuş bu xəstəliklərin qarşısını almaq üçün ən əlverişli yoldur. Ancaq doktor Kərimi bu barədə deyir: "Stril iynələrindən istifadə etmək, qan vasitəsilə ötürülən xəstəliklərə yoluxma ehtimalını azaldır. Amma əsasən gözəllik salonlarında bulaşıq fəza, Tatuirovkanın heç də münasib olmayan mühit şəraiti və buna bənzər faktorlar xəstəliyə yoluxma ehtimalını artırır.

Ənənəvi məkanlarda Tatuirovka

Tatuirovka edilən gözəllik salonlarının ümumi mühitinin qeyri-münasib şəraiti və aludə fəzasından yaxa qurtarmaq üçün, ənənəvi məkanlara üz gətirmək olmaz. Doktor Komeyli bu barədə deyir: "Ənənəvi və aludə məkanlarda Tatuirovka etmək, Tatuirovka xəstəliklərinə yoluxma ehtimalını artırır".

2- Tatuirovka üçün istifadə edilən rənglər vasitəsilə.

Bu barədə doktor Kərimi deyir: "İynədən başqa, Tatuirovkada istifadə edilən rənglər də təhlükə yarada bilər. Ümumiyyətlə, Tatuirovkada istifadə edilən rəng maddələri yağdan, bitki şirəsindən və heyvan sürməsindən və ya dəmir, və kobalt kimi yeraltı maddələrin karbonundan alınır. Amma bəzən müşahidə edilmişdir ki, hətta mürəkkəb yaxud avtomobilin yanmış yağından da istifadə edilir". Dəri həkimləri xəbərdarlıq edirlər ki, bir sıra rənglərdə xərçəng xəstəliyi yaradan, bəzən də, şiddətli allergiyaya səbəb ola bilən maddələr vardır.

Təbii rənglər süni rənglərdən daha pisdir

Bəziləri güman edirlər ki, təbii rənglərdən istifadə etsələr, problem həll olunacaqdır. Amma dəri mütəxəssisi doktor Həmid Komeyli bu barədə deyir: "Bir neçə vaxt bundan öncə Almaniyada tədqiqat zamanı, təbii rənglər kimi istifadə edilən 23 növ Tatuirovka rəngləri sınaqdan keçirildi. Bu araşdırmanın nəticəsinə əsasən, dəri altına daxil olmuş rənglərin təqribən hamısı (hətta təbii xına rəngi) xərçəng xəstəliyi törədən maddələrə malikdirlər".

Ekspertlərdən bəzisinin fikrincə, süni rənglərin əksinə olaraq təbii rənglərin sabit kimyəvi quruluşu olmadığından, dərhal parçalanaraq zərərləri maddələri qan dövranına ötürürlər. Bu baxımdan demək olar ki, təbii rənglərlə Tatuirovka etmək, hətta süni rənglərdən daha təhlükəlidir. Bu növ Tatuirovkada allergiyaya və eqzimaya yoluxma daha tez baş verə bilər.[119]

SİQARET

Siqaret haqqında mərcəi-təqlidlərin çoxunun fətvası bundan ibarətdir ki, siqaret diqqətçəkici və ağır zərərə səbəb olarsa, onun istifadəsi caiz deyildir, haramdır.

İndi isə, tütün məhsullarının zərərlərini qeyd edirik. Bu zərərlərin əhəmiyyətli olub-olmaması haqda mühakimə yürütməyi isə, oxucunun öz öhdəsinə buraxırıq.

Tütün məhsullarının bəzi cismani zərərləri aşağıdakılardan ibarətdir

1. Xərçəngə yoluxma

Siqaret bədəndə 20 növ xərçəng xəstəliyinin yaranmasında başlıca amil və ya köməkçi rolunu oynayır.[120] Buna misal olaraq qida borusu xərçəngini, bütün tənəffüs üzvləri xərçəngini, o cümlədən ağciyərləri göstərmək olar.

"Daneşmənd" jurnalı yazır: "Siqaret nikotin və menoksidkorben kimi öz öldürücü tərkib hissəsi ilə, bədən üzvlərində, ağciyər və bağırsaqlarda ölümlə sonlanan xərçəngyaradıcı virusların törənməsinə zəmin yaradır.

"Səlamət" həftəlik jurnalı yazır: "İspanıyalı alimlər geniş araşdırmadan sonra kəşf etmişlər ki, siqaretin tərkibi müxtəlif zəhərli və xərçəngtörədici maddələrlə doludur. İndiyə kimi həkimlər siqaretdə 4560 zəhərli maddə və 60 xərçəngə səbəb olan maddə aşkar etmişlər.[121]

2. Yaddaşı zəiflədir

Əgər siqaret çəkir və ağciyər xərçəngindən və 70 cür digər xəstəliklərdən nigəran deyilsizsə, yeni bir araşdırmanın nəticəsinə diqqət yetirin. "Fukus" alman jurnalında yazılmışdır ki, siqaret çəkmək insan sağlamlığına ziyan yetirməklə yanaşı, beyinin iş fəaliyyətinin ölçüsünü azaldaraq, şəxsi kütbeyin edir. Almaniya və İngiltərədə tədqiqatçılar 11 və 64 yaş arası şəxslərin qavrama dərəcəsini ölçərkən bu nəticəyə çatmışlar ki, üzün illər boyu siqaret çəkən şəxs qocaldıqda, sağlam və qüdrətli fikrə, düşüncəyə malik olmur.[122]

3. İştahanı azaldır

4. Qidanın həzmini ağırlaşdırır.

"Daneşmənd" aylıq jurnalında[123] gəlmişdir ki, yeməyin qıcqırmasının və qaytarılmasnın səbəblərindən biri də siqaretdir.

5. Sümük boşluğu (Revmatizm).

Sözügedən jurnal[124] yazır: "Sümüklərin boşalmasının faktorlarından biri də, tütün məhsullarının istifadəsi tanıtdırılmışdır".

6. Ürək infarktı.

"İnfarktla nəticələnən təhlükəli amillərdən biri də, siqaret çəkməkdir. Tütün məhsullarının istifadəsi ürəyin  ürək əzələlərində qan dövranını azaldır. Ürəyiniz üçün görəcəyiniz ən gözəl iş, siqareti kənara qoymaqdır".[125]

"Beynəlxalq gigiyena mərkəzinin ən yeni statistikasına əsasən, ürəklə bağlı ölənlərin ən azı 40%-i və dünyada ölənlərin 12,5%-nın səbəbi, həmin arıq əndamlı qatildir. Həkimlər xəbərdarlıq edirlər ki, hər 10 saniyədə bir nəfər siqaret çəkilməsi ucbatından dünyanın bir guşəsində həyatını əldən verir. Eləcə də, 2025-ci ilə kimi, siqaretdən ölənlərin sayının on milyona çatması proqnozlaşdırılır.[126]

7. Cinsiyyət üzvünün iş qabiliyyətini və fəaliyyətini zəiflədir.[127]

8. Yuxu sistemini qarışdırır və oyanmanı çətinləşdirir.

9. Dərinin qırışlarını artırır.[128]

10. Ümumi iş qabiliyyətini və faliyyəti azaldır.

11. Tənəffüsü qoxulu edir (ağız iyi).

12. Görmə qabiliyyətində əngəl yaradır.

13. Nəfəs borularını qıcıqlandırır (boru qıcıqlanmalarının xarici amillərə təsirinə girişi).

14. Hormonları və daxili və xarici selikli qişaları zəhərləyərək fasid edir (çünki zəhər bu yollarla dəf edilir).

15. Bədənin C vitaminini tələf edərək, bədəni C vitamini çatışmazlığı ilə üzləşdirir.

16. Dişləri saraldaraq çürümələrini tezləşdirir.[129]

Həyat yoldaşları üçün siqaretin təhlükələri

Amerikalı tədqiqatçılar ərlərin siqaret çəkməsini və onların siqaret çəkməyən qadınları arasında beyin infarktının yayılmasını Çinin Şankhay şəhərində 60 min kişi arasında araşdırmışlar. Tədqiqat bəlli etmişdir ki, ərləri hazırda siqaret çəkən qadınlar, ərləri heç vaxt siqaret çəkməyən qadinlarla müqayisədə, 47% daha artıq beyin infarktına məruz qalırlar".[130]

Öz uşaqlarınıza rəhminiz gəlsin

Doktor Qulamrzanejad öz müsahibəsində deyir: "Uşaqlar (valideynlərinin siqaret çəkməsi nəticəsində) çox zərər görürlər, çünki həssasdırlar. Mən həmişə deyirəm, bizim damarlarımızın cəftəsi, bu gün vurduğun lakin sabah səsi çıxacaq təbilə bənzəyir. Bu uşaqlar bu ata və ananın siqaret çəkməsinin təsiri altına düşməsələr də, ondan ziyan görməsələr də, ancaq onun zərərləri gələcəkdə onların yaxasından yapışacaqdır".[131]

İngiltərədə hər il 17 min uşaq valideynlərinin siqaret tüstülərini iyləməsi nəticəsində xəstəxanalarda yatırlar. Uşağın siqaret çəkən vaildeynindən təsirləndiyi xəstəliklərin bəzisi aşağıdakılardan ibarətdir:

1- İnfeksiya

Uşaqların infeksiyasının 13%-i valideynin siqaret çəkməsi ucbatındanır. Yəni yazıq uşaqlar infeksiyadan yaranan qulaq ağrısını valideynlərinin eqoistliyinə görə dözməlidirlər.[132]

2- Astma

Yenə də uşaqların astmasının 13%-i valideynin siqaret tüstüsü nəticəsində meydana gəlir.[133]

3- Siqaret nəticəsində uşaqların qəfil ölümü

İldə 2700 amerikalı körpə valideynin siqaret tüstüsünü udma nəticəsində yaranan qəfil ölümlə həyatlarını dəyişirlər.[134]

Siqaret rahatlıq gətirirmi?

Bir çox hallarda siqaret çəkən şəxslər, əsəbi və narahat olduqları zaman siqaret çəkir və bu işin narahatlıqların azalmasına səbəb olduğunu güman edirlər. Və ya siqaret çəkənlərə "siqaretin filan ziyanı var" deyildikdə, "biz siqaret çəkdiyimiz vaxt yorğunluğumuz aradan qalxır və rahatlanırıq" deyirlər. Ancaq bu tip insanların nəzərlərinə çatdırıram ki:

Hər şeydən əvvəl, siqaret aramlığa səbəb olsa və ya sizin yorğunluğunuzu aradan qaldırsa da, bu bir aldadıcı aramlıqdır. Bu eynilə, ağrını müvəqqəti olaraq sakitləşdirən ağrıkəsici dərmana bənzəyir, amma əvəzində başqa xəstəlikləri bədənə daxil edir. Bu şəxslərin işi o kəsə bənzəyir ki, 10 manatını ələ gətirmək üçün minlərlə manat dalğaca xərcləyir. Yəni bir narahatlığı aradan qaldırmaq üçün, siqaret çəkmək nəticəsində yüzlərlə narahatlıq özünə əlavə edir.

Bundan əlavə, alimlərin sübuta yetirdiklərinə əsasən, siqaret düşkünlüyə səbəb olur. Aşağıdakı tədqiqata diqqət edin.

"İransəlamət" xəbər agentliyinin məlumatına görə "Oslo" universitetinin alimlərinin araşdırmalarına əsasən, siqaret çəkən şəxslərdə düşkünlüyün ehtimalı daha artıqdır. "Royterz"dən verilən məlumatda bildirilir ki, Norveç alimlərinin  18 yaşlı 1190 nəfər üzərində 11 il araşdırması göstərir ki, siqaret çəkənlər siqaret çəkməyənlərdən daha çox düşkünlüyə düçar olur və düşkünlüyün dərəcəsi fərdin gündəlik çəkdiyi siqaretin sayına bağlıdır.[135]

Siqaret əvəzinə qalyan çəkməyimiz yaxşı olmazdımı?

Doktor Qulamrzanejad: Bunların heç biri yaxşı deyil, bunların hamısı pisdir, zərərlərlə doludur, amma siqaret qəlyandan daha pisdir.[136]

 

 

SON SÖZ

Siqaret və ona bənzər tütün məmulatlarının istifadəsi haqda son sözümü universitet müəllimi və ürək həkimlərindən birinin məşhur cümləsi ilə yekunlaşdırıram. O deyir: "Hər bir siqaret çəkən bir gün siqareti tərgidəcəkdir, amma kaş ki o gün gec olmayaydı".

Narkotik maddələr

Mərcəi-təqlidlərin fətvasına əsasən narkotik maddələrə qurşanmaq haram hesab edilir. Bu baxımdan biz bu maddələrin zərərlərinin kiçik bir hissəsinə toxunaraq, sözün uzanmaması  üçün onun iqtisadi, ictimai, ailəvi və axirətlə bağlı çoxsaylı zərərlərini qeyd etməyi lazım bılmirik.

Narkotik maddələrin cismi zərərləri:

1 - Mədədə və bağırsaqlarda həzm pozuntusu. Ürəkbulanma, iştahanın azalması, ishal, qusma, qanda şəkərin artması, meri xərçəngi, mədə və on iki barmaq bağırsaqda yara, mədə şirəsinin və öd kisəsinin ifrazının azalması və ifrat dərəcədə arıqlığı buna şamil etmək olar.

2 - Gözün qeyri-təbii yumulub-açılması, gözün qaranlıq gətirməsi, göz şəbəkisindəki kapilyar damarlarda pozuntu və gözün vaxtından tez görmə qabiliyyətini itirməsi.

3 - Ağciyərlərdə çatışmazlıqların üzə çıxması, çətin nəfəs alma, tənəffüsün zəifləməsi və dayanması, agciyər xərcənginin meydana gəlməsi, bronxit, astma və nəfəs borularının tutulması.

4 – Kişi və qadında cinsi meylin korlanması, öz-özünə axıtma, kişilərdə döşlərin böyüməsi.[137]

5 – Narkomanlar adi şəxslərdən 8 dəfə artıq xaya xərçənginə yoluxurlar.[138]

6 - Bağırsaqların fəaliyyətinin dayanması üzündən, onlarda güclü quruluq yaranır, bu da qida maddələrinin və vitaminlərin cəzbində problemlər yaradır. Bu da öz növbəsində, hüceyrələrin hamısının qida ilə təmin edilməməsinə səbəb olaraq, onların tədricən məhv olmasına gətirib çıxarır. Bu zaman vaxtında müalicə etməmə, narkomanın ölümü ilə nəticələnə bilər.

7 – Narkomanlar müxtəlif dəri xəstəliklərinə düçar olurlar. Bu xəstəliklər narkotik maddələri iynə ilə bədənə vuran şəxslərdə daha artıqdır.

8 – Təhlükəli mikroblar, çirklər, çəkinin düşməsi, düzgün qidalanmama, əzələ zərərləri, qaraciyər və böyrəkdə narahatçılıqların yaranması, QİÇS, hepatit, ürək ağrıları, ürək və beyin infarktları və yuxu pozuntusu və s. bütün bunlar narkotik maddələrə aludə olmağın ölümlə sonlanan ziyanlarından sayılır.[139]

Narkomanlıq və ölüm

Narkomanlıq yol qəzası, yanma, ürək və nəfəs borusu xəstəliklərindən sonra ölümün dördüncü amili hesab edilir.[140]

İranın narkotik maddələrlə mübarizə komitəsinin məsul işçilərindən biri deyir: İranda hər dəqiqədə bir narkoman dünyasını dəyişir.[141]

Statistikaya əsasən, 2002-ci ildə 3500 və 2003-cü ildə 4500 nəfər narkoman dünya ilə vidalaşmışdır.[142]

Nasirəddin şah və tiryək çəkmə

Bu bölümü Nasirəddin şahın yazdığı xatirələrinin biri ilə sona yetirirəm.

"Bir gün tiryəkin nə olduğunu bilmək üçün onun ləzzətini dadmaq istədik. Bunun üçün od və tiryək üçün çubuq hazırlanmasını əmr etdim. Biz tiryək çəkənlər kimi manqalın yanında əyləşdik. Bizim tiryək hazırlayan nökərimiz hoqqanı[143] qızdıraraq tiryəki onun üzərinə qoydu və ilk dəfə olaraq dodaqlarımız vafur çubuğu ilə tanış oldu. Tiryəyi çəkmək üçün öncə adi şəkildə güc verdik və üfürdik. Üfürməyin nəticəsində, manqaldan kül qalxaraq bizim şahlıq tacmızın üzərinə qondu. Biz o an vafuru yerə ataraq düşündük ki, hər kəs tiryək çəksə, başına kül olacaqdır.[144]

 

 

 

 

 

 

 

İKİNCİ FƏSİL

 

 

Elmi və tibbi sübutlara əsasən vacibatın bədənin sağlamlığında təsiri

 

 

 

Həcc və ömrə

Əgər bir şəxs iqtisadi baxımdan, ehtiyacsız olarsa həcc ona vacib olur belə ki, həcc və ömrə elə bir işlərdəndir ki, rəvayətlərdə sağlamlığın səbəblərindən biri kimi qeyd edilmişdir.

İmam Səccad (s) buyurub:

"حجّوا و اعتَمِروا تَصحّ ابدانُکُم و تَتَّسِع ارزاقُکُم"

"Həcc və ömrəni yerinə yetirin ki, bədəniniz sağlam və ruziniz bol olsun."[145]

Həcc və ömrədə olan sağlamlıq iki səbəbə görə ola bilər:

1. Həccin mənəvi və ruhi təsirlərinə görə. Həccdə olan mənəvi əməllər ruh yüksəkliyinə səbəb olur. Aydındır ki, ruh sağlam olduğu təqdirdə, bədənə bir başa təsir qoyur.

2. Səfərdə nəzərdə tutulan mənfəətlər, həcc və ömrədə də ola bilər.

Hicab

Hicab, təzəliyini və sağlamlığını qoruyub saxlayan meyvə qabığına bənzəyir. Nə qədər ki, qadınlarda bu hicab və iffət var təravət, gözəllik, yenilik və sağlamlıqdan bəhrələnirlər. Amma hicabı açan kimi sağlamlıq və gözəllik də aradan gedir.[146]

Allahın vacib buyurduqlarından biri də hicabı qorumaqdır ki, bir çox mənəvi, ictimai, ailəvi, ruhi və hətta cismi mənfəətlərlə doludur.

Bu yazı öz keçmiş metoduna əsasən yalnız çox qısa şəkildə cismani zərərlərə işarə edir.

Hicabsızlığın cismi zərərləri

Hicabsızlar üçün mütəmadi olaraq vəhşicəsinə cinsi təcavüzlərə məruz qalmaqdan, qətldən və bəzən müqavimət göstərdikdə kobudcasına döyülməkdən artıq zərər nə ola bilər. Bəzən də bu təcavüzlərin sonu xəstəliklərlə nəticələnir.

Statistik məlumatlara görə İsveçdə qadın hər 20 dəqiqədən bir döyülərək yaralanır və hər 3 saatdan bir təcavüzə məruz qalır. [147]

Hicablı qadınlar üçün cinsi və cismi təhlükəsizlikdən artıq hansı faydaları bəyan etmək olar?

Nyuyork Taymzın müxbirinin hicab barəsində etdiyi söhbət

Nyuyork Taymzın müxbirinin, "İslama sığınan qadınlar, yeni bir təhlükəsizlikdədirlər" sərlövhəli məqaləsində müsəlman xanımlarının günü-gündən hicaba gəlməsinə işarə edərək yazır: hansı iş bu qayıdışa səbəb olub? Elə bir qayıdış ki, sözün əsl mənasında şəxsi və ictimai azadlıqlarda formalaşmışdır.

Bunun cavabını islamçıların Orta Şərqin modern cəmiyyətinin ruhuna və kişi və qadınına bəxş etdikləri uca məqam və dəyərdə axtarmaq lazımdır.

Hicab, qadının izdihamlı şəhərlərdə rahat fəaliyyət göstərməsinə əlverişli şərait yaradır və ətraf şəhərlərdən paytaxta iş axtarmağa gələn cavan kişilərin, onlara mane olmasının qarşısını alır.

Bu geyim (hicab), ətrafında olanlara bir xəbər çatdıraraq deyir: "bu bir nəcib qadındır. Onunla işiniz olmasın". Həmçinin qadına, heç bir cinsi təcavüzlərə məruz qalmadan şəhərin cəmiyyətlə dolu olan nəqliyyat vasitələrindən istifadə etməyinə kömək edir.[148]

Hicabsızlıq və qətl

Qətldə ittiham olunan bir cavanı tuturlar. Ondan, nə üçün bu iyrənc əməli gördüyünü soruşurlar.

Cavabında deyir: "Subay oğlan idim. Min bir zəhmətlə orta məktəb şəhadətnaməmi alaraq universitetə qəbul oldum." Orada gözüm universitetin həyətində və auditoriyasında gəzib-dolaşan, deyib-gülən, və əslində heç bir şeyə riayət etməyən gözəl-hicabsız qızlara düşdü.

Mən də cavan bir oğlan, yavaş-yavaş onlarla dostlaşmağa başlayaraq çox məharətlə onlardan birini aldadaraq onunla evlənəcəyimi bildirdim.

Bir müddət keçdikdən sonra o hamilə olduğunu bildirib, "məni gərək alasan" dedi. İqtisadi vəziyyətimin münasib olmadığı üçün onunla bu gündə-sabahda evlənəcəyimə söz verdim. Nəhayət bir gün işimiz böyük bir söz-söhbətə səbəb oldu. Onunla dava etdim. Özümə gələndə onu boğub öldürdüyümü anladım.

Hicabsızlıq cinsi təcavüzləri azaldırmı?[149]



Geri   İrəli
Go to TOP