A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslam şəriətində sağlamlıq və uzun ömürlülük elmi və tibbi sübutlarla
Müəllif: Mehdi Tahiri
Naşir: Əsre-rəhayi
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Nümunə olaraq demək olar ki, qan hüceyrələri ilikdə yaranır və inkişaf edir və bunun yaranması üçün də çoxlu miqdarda enerjiyə ehtiyac var; onanizmə düçar olmuş şəxslərdə, iliyin inkişafı və nəticədə qan hüceyrələri problemlə üzləşərək, qan azlığının, ümumi zəiflik və yorğunluğun yaranma mənşəyinə çevrilir. Eləcə də təkrarlı onanizm vasitəsilə əsəb hüceyrələri üçün son dərəcə həyati olan hədsiz dərəcədə fosfor və lesitinin ifraz olunması, bu maddələrin ehtiyatının azalmasına və beləliklə məhsulu unutqanlıq, fikri cəmləyə bilməmə və s. olan, əsəb sisteminin pozulmasına (anomaliya) gətirib çıxarır.[17]

Alimlərin söylədikləri

Məşhur alman filosofu İmmenuel Kant yazır: Fərdin özündən ləzzət alması qədər heç bir şey, zehn və cismi zəiflətmir və bu tip həvəsbazlıq ümumiyyətlə insan təbiətinin ziddinədir. Lakin bu mövzu cavanlardan gizli qalmamalıdır, bu iş bütün çirkinliyi ilə göstərilməlidir. Deməliyəm ki, belə bir əməlin sahibi bu minvalla nəsil artırmadan qalacaqdır. Xatırlamalıyam ki, bu vərdiş hər şeydən çox cismi qüdrətini azaldacaq, onu vaxtından tez qocaldacaq və həqiqətən şüurunu zəiflədəcəkdir və ...

Gənclərin və cavanların cinsi məsələləri üzrə uzun illər araşdırma aparan bir tədqiqatçı yazır: Onanizmdən daha effektli davamlı olaraq insan şəxsiyyətinə zərbə vuran bir faktoru təsəvvür etmək çətindir.

Silvanus adlı digər bir mütəfəkkir deyir:

Bu iş (onanizm) təşviş, həyacan, pərişan olmağa səbəb olur, təkrarlandığı surətdə isə, kədərli çətinliklərlə nəticələnir; onanizm yaddaşı zəif, əxlaqı pis və aktiv qüvvəni xarab edir. Onu təkcə Allaha günah deyil, bəşəriyyət aləmində bütün yaxşılıq və paklıqlara haqsızlıq, rəhmsizlik adlandırmaq lazımdır. Əgər bu çirkin əməl, səngiməzsə, təkrarlanarsa, ona düçar olmuş bədbəxtin bütün nail ola biləcəyi xoşbəxtlik yollarını məhv edəcəkdir.[18]

Onanizmə düçar olmuş şəxslərin məktublari

İndisə haqq yolunun yolçuları üçün, bu xəstəlikdən əziyyət çəkən insanların məktublarına işarə edirik.

1- 18 YAŞLI OĞLAN:

Başgicəllənmə, dizlərin süstləşməsi, gözlərin yorğunluğu uzun müddətdir düçar olduğum ananizm adlı müsibətin narahatlıqlarındandır. İdmançı olmağıma baxmayaraq, nə etməli olduğumu bilmirəm.[19]

2- 21 YAŞLI BİR CAVANIN MƏKTUBUNDAN BİR PARÇA:

 Əvvəllər bilmirdim ki bu iş günahdır və insanın bədən və ruhuna mənfi təsirlər bağışlayır, lakin bir neçə ildir ki bu məsələləri anlamağıma baxmayaraq, tərk edə bilmirəm. Allaha and olsun ki, artıq heç bir iradəm qalmamışdır, siz deyin, mən neyləyim?[20]

3-DİGƏR BİR CAVANIN MƏKTUBU:

 Gecələr yuxum yoxdur, gündüzlər unutqanam, həmişə guşənişinəm, məhlə uşaqları mənə: "Özünə neyləmisən? Rəngin niyə qaçıb? Üzün niyə saralıb? Niyə günbəgün arıqlayırsan? Gözünün kənarlarında niyə çuxur yaranıb?" deyirlər. Onlara deyim, onanizmlə məşgulam? Əgər demək istəsəm, hansı dillə?[21]

4- HANSI ÜZLƏ

Onu da deyim ki, gənc ikən 16-17 yaşlarımda iki dəfə intihar etməyə qəsd etdim, amma biz bədbəxtləri ölməyə də qoymurlar. İndi çox zəifləmişəm, son vaxtlar üzr istəyirəm məndən ixtiyarsız olaraq damcılar... gəlir, indi bu müdhiş tufanın arasında o tərəfə, bu tərəfə gedirəm, bəlkə də elə bir tərəfi ölüm və məhv olmaq və ...[22]

Qan yemək

İslamda günah əməllərdən biri də qan yeməkdir. Pakizə Allah Qurani-kərimdə bizi bu əməldən çəkindirərək buyurur:

"O (Allah) sizə ölmüş heyvanı, qanı, donuz ətini ...qəti haram etmişdir". [23]

Hazırda qan yemək əsasən heyvanların şəri qanunlarla düzgün kəsilməməsi nəticəsində baş verir. Belə ki, ya kəsildikdən sonra heyvanı, damarlarında qalmış qanın normal həddə axması üçün başıaşağı tutulmalıdır ki, təəssüflə bu iş bəzən görülmür və beləliklə xalq qan yeməyə düçar olurlar. Ya da ümumiyyətlə heyvan kəsilmir (qeyri-İslami ölkələrdə). Bu səbəbdən görürsünüz ki, bu şəxslərin bir çoxu minlərlə insanı öldürərək, heç nigəran olmayacaq və özünə fəxr biləcək qədər daşürərklidirlər.

Qan yeməyin cismi zərərləri

Qan yemək həm cismi baxımdan, həm də əxlaqi nöqteyi-nəzərdən zərərlidir. Çünki qan, müxtəlif mikrobların inkişafı üçün bir tərəfdən tam hazır maddədir.

Bədənə daxil olan bütün mikroblar, qana hücum edir və qanı öz fəaliyyət mərkəzi bilirlər. Bu cəhətdən bədən ölkəsinin əsgərləri, qoruyucuları sayılan leykositlər (ağ qan cisimcikləri), bədənin bütün məntəqələri ilə sıx əlaqədə olan bu həssas səngərə mikroblar yol tapa bilməsin deyə, qan məntəqəsini mühafizə edirlər. Xüsusilə qan dövranının dayanması və necə deyərlər ölməsi ilə, leykositlər məhv olur və bu səbəbdən, meydanı hərifsiz görən mikroblar sürətlə artaraq yayılmağa başlayır. Bu üzdən əbəs deyilməmişdir ki, qan, dövranının dayandığı an, insan və heyvanın ən çirkin bədən üzvüdür.

Başqa bir tərəfdən, hazırda qidaşünaslıq elmində (dietologiyada) isbat olmuşdur ki, yeməklər vəzlərə təsir edib hormonlar yaratmaq vasitəsilə, insanın əxlaqı və ruhiyyəsində iz qoyur, qədimdən də daşürəkli olmaqda qan yeməyin təsiri təcrübə edilmiş, hətta bu barədə atalar sözü də gəlmişdir. Bu baxımdan bir hədisdə oxuyuruq: "Qan yeyən şəxslər atalarına, analarına və övladlarına rəhm etməyərək, onları öldürəcək qədər daşürəkli olarlar".[24]

Donuz əti yemək

"O (Allah) sizə ölmüş heyvanı, qanı, donuz ətini... qəti haram etmişdir" [25]

Donuz əti yemək İslam dinində haram sayılan əməllərdən biridir. Əsrlərdən sonra bu heyvan (donuz) barəsində alimlərin araşdırmaları və donuz ətində neçə növ mikrobun tapılmasını, bir növ Qurani-kərimin möcüzəsi hesab etmək olar.

Cismi zərərləri

 Donuz ətinin cismi zərərləri xeyli sayda olsa da, biz onun iki əsas növünü qeyd etməklə kifayətlənirik. Aşağıda izahı gələcək bu iki ziyan, trixin və solityordan ibarətdir.

1-TRİXİNOZ[26] (trixinlərin törətdiyi xəstəlik)

Trixin, donuz ətinin arasında özünə yuva quran kiçik parazitdir. Xırda həşəratdan ibarət olan trixin, erkəyinin 1.5, dişisinin isə 3 mm-ə qədər diametri olduğu kiçik qurddur. Bu heyvan 1 ay ərzində 10-15 min yumurta qoymaq qabiliyyətinə malikdir. Donuz ətini yeməklə trixinin insan bədəninə daxil olduğu andan etibarən, qırmızı qan cisimcikləri (eritrositlər) əvvəlcə artaraq, daha sonra aradan getməyə başlayır. Sonda isə eritrositin azalması, insanın xəstəliyə düçar olması, hətta bəzi hallarda onu ölümə yuvarlaması ilə nəticələnir.

Trixinlər mədəyə daxil olarkən, mədə şirəsinin dəxaləti nəticəsində, öz əhəng divarını itirir və sürətlə artaraq mədə yolu ilə insan qanına daxil olurlar.

Bunun ilk təsiri, başgicəllənməsi və xüsusi qizdirmalar, o cümlədən: ishaldan sonra baş verən həzm orqanı ilə əlaqəli qızdırmalardır. Bu vəziyyətdən doğan qızdırma ilk öncə zəif, getdikcə isə, çətinləşərək xroniki xəstəliyə çevrilir.

Bir sıra digər ağrılar isə, o cümlədən: müxtəlif çeşidli revmatizm, əsəb dartılması, bədəndaxili qaşınma, piylərin qalanması, bütün bədəndə möhkəm yorğunluq-əzginlik, üz əzələlərinin yığılması bir sözlə, bədənin son dərəcə zəifliyindən doğan ağrılar dörd-beş gün sonra ölümü özləri ilə ərməğan gətirirlər.

Bundan əlavə xəstədə çeynəmə və təənəffüs baxımından da, bir sıra əngəllər üzə çıxır. Ola bilər ki, ölümün səbəbi tam başqa bir faktor olsun. Çünki, qurdlar, mədədə məskunlaşdıqlarının üçüncü həftəsində əzələlərə hücum gətirir, yeddinci həftədə isə, bağırsağa soxularaq bədən üzvlərində ümumi zəiflik icad edir və bununla da xəstənin ömrünə son qoyurlar.

Trixin qurdundan yaranmış xəstəlik, Trixinoz adı ilə tanınmışdır. Bu xəstəlik donuz ətindən çoxlu istifadə edilən ölkələrdə çox sayda müşahidə edilir, donuz ətinin yeyilməsini haram bilən İslami ölkələrdə isə, ümumiyyətlə gözə çarpmır.

Mədəyə daxil olan trixini, heç bir qurdöldürən dərman məhv etməyə qadir deyil. Trixin nəslinin əzələlərə hücum gətirdiyindən sonra, ölümə təslim olmaqdan başqa çarə qalmır.

Bu xəstəliyin önəmini və yoluxuculuğunu göstərmək üçün, yalnız bunu demək yetər ki, 1 kq donuz ətində, 400 milyon trixin balası mövcuddur.[27]

2- Digər bir xəstəlik

Donuz ətinin yeyilməsi vasitəsilə, yaranan təhlükəli xəstəliklərdən biri də, donuz ətində parazit halında yaşayan solityor adlı yastı qurdun yaratdığı xəstəlikdir. İnsan tenya (solityor) balasının daşıyıcısı olan donuz ətini yeyərsə (çox az hallarda donuz əti belə bir qurda malik deyil), balalar insan bağırsağına daxil olduqları andan etibarən böyüməyə və tenyaya çevriləcəkdir. Solityorlar insan bədənində bir sıra fəsadların amilinə çevriləcək və bundan qorunmağın ən gözəl yolu isə donuz ətini yeməməkdir.

Bu xəstəlik donuz ətinin çox istifadə edildiyi ölkələrdə, məsələn Almaniyada çox yayılmışdır.[28]

Sələmçilik  (riba)

Sələmçilik böyük günahlardan biri sayılır. Bu əməlin sahibi bu işdən əl götürməzsə, Allah və onun Peyğəmbəri (s) ilə müharibəyə qalxmış kimi hesab edilir. Bu barədə Allah-taala Qurani-kərimdə buyurulur:

"Ey iman gətirmişlər! Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!) Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar! [29]

Sələmin tibbi, cismi zərərləri

A) "İslam və müasir tibb" kitabının yazarı doktor Əbdüləziz yazır: Borclu şəxsə borcunu verə bilmədiyi surətdə əsəb gərginliyindən doğan mənfi təsirlər üz gətirir.

Bu şəxslərdə müşahidə etdiyimiz bir sıra hallar şəkər xəstəliyi, yüksək qan təzyiqi, yarımiflic və ruhi çatışmamazlıqla bitən qanazlığı ilə sonlanmışdır. Çünki belə vəziyyətdə əsəb gərginliyi bədəndə Adrenalin maddəsini çoxaldaraq, qan təzyiqinin yaranmasına və "Bankeryas"ın ifrazına səbəb olur.[30]

B) Doktor Əbdüləziz eləcə də yazır: Kredit-girov müamiləsi (bir növ sələm) vasitəsilə yaranan ziyan, tibbi baxımdan çox kəskindir. Belə ki, sələmçi şəxslər adətən qısa zaman fasiləsində zəhmətsiz, xeyli sərvətə yiyələnirlər və təbii ki, bu tip varlanmaq, daha çox əsəb sisteminə öz mənfi təsirini bağışlayır; çünki insan baş vermiş hər hansı bir bəlanın tədricən aradan getməsi və ya axirət savabının ümidilə təskinlik tapa bilər. Bu isə, insanı həyatın təzyiqləri qarşısında qoruyan ilahi hikmətdir. Lakin ani tərəqqilərdən yaranan ruhi reaksiyalar, bir çox hallarda dözülməzdir, çünki şəxs onun məhv olmasını təsəvvür etmir. Əgər belə bir təsəvvür onda baş qaldırarsa, sevinci aradan gedəcəkdir. Ruhi-əsəbi xəstəliklərin bir çoxu bu növ hallardan baş qaldırır.

Lakin ticarət və əkinçilik kimi halal qazanclar isə, nəticənin çox olduğu təqdirdə belə, şiddətli ruhi-əsəbi korlanmayla nəticələnməyəcəkdir. Çünki sözügedən şəraitdə mənfəət və zərərin hasil olması tədrici şəkildədir. Gündəlik zərər və xeyiri gözləyən tacir və ya əkinçi, bu keçici və tədrici reaksiyalar vasitəsilə gələcək zərbələr qarşısında hazırlıq əldə edir.[31]

C) Doğrudur, borclu ehtiyac üzündən sələm verir, lakin bu heç vaxt ədalətsizliyi unutdurmayacaqdır. Hətta iş o yerə çatır ki, sələmçinin pəncəsinin sıxıntısını öz boğazında hiss edir, belə bir vaxtda yazıq borclunun bütün vücudu sələmçiyə lənət, qarğış göndərir və onun qanına susayır. Axı o gözləri ilə görür ki, canı bahasına tamamlanan gəliri, var-dövləti sələmçinin cibinə tökülür, bəzən borclu intihara da əl atır və bəzən narahatçılığın təsirindən amansızcasına borc sahibini qətlə yetirir və bəzən də bu problem ümumi böhran, partlayış və inqilab halına çevrilir.[32]

D) Sələm üçün qeyd edilə biləcək cismi ziyanlardan biri də, sələmçi şəxslərin xeyli hissəsinin bekar qalması və cismi fəaliyyətdən yayınmasıdır. Bu insanlar sələmin pulu ilə kifayətlənərək işləmirlər. Cismi fəaliyyətlərin dayandırılması və işsizlik özü bir çox xəstəliklərin mənşəyidir və hərəkətsizlikdən yaranan xəstəliklər haqda danışmağa lüzum yoxdur.

Üz qırxmaq

Üz qırxmaq məşhur fəqihlərin nəzərində düzgün hesab edilmir. Üz qırxmaqda icazəli hədd isə, xalqın baxarkən "fülankəsin saqqalı var" deməsidir. Üzü qırxarkən isə, maşınla və ya ülgüclə qırxmaq arasında heç bir fərq yoxdur.

Üz tükünün xeyirləri haqda həkimlərin söylədikləri

Tanınmış doktor "Finkor Corc" deyir: Saqqal bir çox xeyirlərə malikdir, o cümlədən: ağızın qorunması, ağız boşluğunda əlavə rütubətin qarşısının alınması, dişlərin və selikli vəzlərin sağlamlığı.[33]

"Gigiyenik cəhətdən üzün qırxılması" kitabının müəllifi yazır: Mimika və rəng dəyişkənliyi, bir sıra boğaz və ağız xəstəliklərinin yaranması, baş, üz və boğaz soyuqdəyməsi, yanaqların kənarında bitən xüsusi səpkilər, bəzən ağır dişağrıları, qripləmələr müasir elmi kəşflərə əsasən, bir çox hallarda üz tükünün qırxılması nəticəsində baş verir.

"Amerika tarixi" kitabının müəllifi "Səcan Maryoni" öz kitabında saqqalın xeyirləri və onu qırxmağın zərəri haqda söz açaraq yazmışdır ki, bəzi şəxslər üz tükünü xoşlamırlar, lakin onlar üz tükünün xeyirlərindən xəbərsizdirlər. Xüsusilə tanınmış təcrübəli həkim Viktor Corc bu qənaətdədir ki, saqqal xeyli faydaları özündə cəmləmişdir, şübhəsiz saqqal ağızı və ətrafını ona üz gətirə biləcək bəzi ağrılardan qoruyur. Eləcə də ağızyani istiqamətdə yarana biləcək artıq rütubətin qarşısını alır. Viktor Corcdan əlavə, başqa həkimlər də vurğulamışlar ki, qış fəslində dəmiryolu işçilərinin saqqalını qırxdıqdan sonra, onların bir çoxu şiddətli ağrılara, şişginliyə düçar oldular. Bu ağrılar xüsusilə ağız və boğaz selikinin axdığı vəzlərdə yaranır. Eləcə də deyilmişdir ki, başqa bir həkim müalicə edərkən, zökəm xəstəliyinə yoluxmuş şəxsləri saqqal saxlamağa əmr etdi, bununla hamı bu xəstəlikdən yaxa qurtardılar.[34]

Həkimlərin etiraf etdiyinə görə saqqalın xeyirlərindən biri də budur ki, uzun müddət saqqallarını qırxmayan şəxslərin dəriləri daha sağlam və təravətli qalır. Çünki hazırda isbat edilmişdir ki, tüklər havanın ötürülməsi üçün çox xırda dəliyə, nəfəsliyə malikdir. Bu nəfəslik vasitəsilə oksigeni dərinin altına ötürürlər. Məhz bu cəhətdən üzündə tük olan şəxslərin dəriləri daha təravətli qalaraq, asanlıqla qırışmır.

Saqqalın faydalarına dair yığıncaqların təşkili və məqalələr

Saqqalın faydaları və üz qırxmağın zərərləri bir çox həkimlərə gizli deyil. Belə ki, hər il dünyanın müxtlif nöqtələrində bu məsələ ilə bağlı məqalələr nəşr edilir. O cümlədən, 1911-ci ildə xarici ölkələrdə üz qırxmağın yayılması və bu işin zərərli olması səbəbindən, bir sıra avropa alim və həkimləri İngiltərədə saqqalın qırxılması ilə mübarizə cəmiyyəti yaradıldı və ümumi gigiyenanın qorunması və bu işin qarşısını almaq məqsədilə əsərlər nəşr edildi.[35]

 

Zina

Xeyli sayda zərərlərə malik olan böyük günahlardan biri də, zinadır. Burada yalnız onun cismi zərərlərinin bir hissəsinə toxunmaqla kifayətlənəcəyik.

Zinanın cismi zərərləri

Zinanın acı nəticələrindən biri də, cinsi əlaqə yolu ilə yaranan zöhrəvi xəstəliklərin yayılması və ya insan ömrünü zəiflik və xəstəliklə başa çatdıran onun yaratdığı çətinliklərdir. Hətta bir qrup insanlar, bu xəstəliklərdən qaynaqlanan cismi və ruhi sıxıntının təsiri altında, intihar edərək bununla da həyat iplərini öz əlləri ilə kəsirlər.[36]

Qeyri-qanuni cinsi əlaqənin (zinanın) törətdiyi yoluxucu xəstəliklərdən bir sirası aşağıdakılardan ibarətdir:

1 – Sifilis

2 – Süzənək

3 – Şankr (yoluxucu zöhrəvi xəstəlik)

4 – QİÇS (SPİD, AİDS).

Zinanın gigiyenik cəhətdən evlənmə ilə hansi fərqi vardır?

Bir sıra şəxslər belə söyləyirlər ki, zinada olan xəstəliklər evlənməkdə də ola bilər, demək bu ikisi bir-biri ilə fərqlənmirlər.

Cavab:

Əvvəla: Zinayla məşğul olanlar, istər qız, istərsə də oğlan, adətən bir nəfərlə kifayətlənməyib, müxtəlif adamlarla cinsi əlaqə yaradırlar. Bu insanlardan heç olmasa biri infeksion xəstəliyə malikdir və ya bu əməlin təsiri altında tədricən infeksion xəstəliyə yoluxurlar. Bu da, xəstəliyin həmin şəxslə əlaqə yaradan insanlara ötürülməsinə səbəb olur. Eləcə də intim əlaqədə olan bu şəxslər kiçik mikroba malik ola bilərlər və bu mikroblar, xəstəliklər bir-biri ilə qovuşduğu surətdə qarşısıalınmaz bir xəstəliyə çevrilə bilər.

İkincisi: "Üzünömürlülüyün sirri" kitabında bu sualın cavabına dair yazılır: "Subaylıq dövründə (xüsusilə əməlin tam sərbəstlik və laqeydliyilə), cinsi münasibətlərdə ifratçılığın mümkünlüyü, özü bir çox cismi-ruhi xəstəliyin yaranmasının amilidir. Belə ki, evlənmə əlaqəsində ərlə arvad arasında ruhi ünsiyyət, ülfət və davamlı təmasda olmaq, cinsi meyldə bir növ müvazinət yaranmışdır. Evliliyin ilkin mərhələsində müəyyən ifratçılıqların yaranması mümkündür, sonrakı dövrlərdə isə cinsi meylin təbii ehtiyacından başqa cinsi ehtiras yaratmaq üçün (qeyri-qanuni münasibətlərdə olduğu kimi) maraq olmayacaqdır və nəticədə bu münasibətlərdə mötədilliyi qorumaq şansı, qeyri-qanuni əlaqələrdən daha çoxdur.



Geri   İrəli
Go to TOP