A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslam şəriətində sağlamlıq və uzun ömürlülük elmi və tibbi sübutlarla
Müəllif: Mehdi Tahiri
Naşir: Əsre-rəhayi
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Doktor şəhid Pak Nijad qəzəblənməyi, əsəbləşməyi və ruhi narahatlıqları mədədə yara əmələ gəlməsinin amillərindən biri bilir. O, deyir: "qəzəb zamanı mədə cəngavərcəsinə coşaraq qırmızı alov rənginə düşür. Bu vaxt turşu ifraz olunur. Deyilənə görə elə həmin turşu mədə yarası əmələ gətirir.[225]

Amerkalı həkim Uilyam Biyumant apardığı təcrübə əsasında belə bir nəticəyə çatıb ki, əsəbilik və ruh düşgünlüyü turşu ifraz etməklə mədə pozuntusuna gətirib çıxardır. Bu zaman mədə öz işini mükəmməl şəkildə görə bilmir. Halbuki, insan şadlanarkən yemək yaxşı həzm olunur.[226]

Qəzəb və sair xəstəliklər

Əsəb sıxıntıları müdafiə reaksiyası olaraq bəzən insanları ölümdən qurtarır. Adernalin kimi maddələrin azad olması potensial təhlükə ilə üzləşdikdə insanın reaksiyasıni onun qarşısında şiddətləndirir. Amma əsəb sıxıntıları həddini aşarsa onların dağıdıcı təsirləri bədəndə yığışaraq insanı müxtəlif xəstəliklərə və hadisələrə məruz qoyur. Belə nəticə çıxarmaq olar ki, 65 yaşından qabaq xəstəliklər və ölümün üçdə ikisi əsəbdəndir.

Gərgin həyat sizin bədəninizi viran edərək onu müxtəlif xəstəliklərə o cümlədən: ürək xəstəliklərinə, beynə qan sızma, mədə və on iki barmaq bağırsaq yaralarına, astmaya, mədə şişməsinə, menstruasiya pozuntularına, kolit (yoğun bağırsağın iltihabı) xəstəliyinə, ürək anginasına, bağırsaqların qızışdırıcı apterik qan təzyiqinin artmasına, beyin, ürək və böyrək damarlarında qan azlığına və baş ağrılarına məruz qoyur.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, bədənin immun sistemi, beyin və sair kimi hissələrin bir-birilə müxtəlif yollarla əlaqəsi var. İnsan həyəcanlanarkən, beyin bir sıra maddələr buraxaraq immun sisteminə və bədənin sair üzvülərinə təsir qoyur. Bədənin müxtəlif hissələridə maddələrin sızılması yolu ilə beyinə təsir qoyur. Belə ki, mənfi fikir, düşüncələr və həyacan bədənin sağlamlığını pozur. Stress yaradan səbəbləri aradan qaldırmağı bacarsanız öz cismi sağlamlığınıza kömək etmiş olarsınız.

Düşmənçilik və əsəbilik, əsəb sıxıntılarının qan qardaşlarıdır. Müvəqqəti əsəbiliyin özü də təhlükəli olmasına və ölüm vəziyyəti yarada bilməsinə baxmayaraq, uzun və xroniki tərzdə əsəbilikdən düşmənçilik yaradan rəftarlardan pis ola bilməz.[227]

Tədqiqatçılar deyir: "Bizi incidən şəxsə qarşı qəzəbinizi boğa bilsəniz ruhi və cismi sağlamlığınızda təsirli rolu olar".

Qəzəb və quduzluq

Tez qəzəblənən insanların quduzluq xəstəliyinə oxşar bir xəstəliyə düçar olması məşhurdur. Əgər əsəbi halda bir nəfəri dişləyərlərsə, dişlənilən şəxs ağrılı bir ölümə düçar olar. Buradan aydın olur ki, qəzəbli insanların ağız suyu təkcə özləri üçün deyil, digərləri üçün də zəhərdir[228] (Bəlkə də o məşhur söz bu qədər kəskin deyil. Amma heç olmasa əsəbilik və qəzəbin qorxulu olmasını çatdırır).

Gülüş

Məsum İmamlar (ə) bizə gülərüzlü olmağı, təbəssüm etməyi tövsiyə ediblər. O cümlədən həzrət Fatimə (s) buyurub: "Möminlə üzləşərkən təbəssüm edən şəxsə cənnət vacib olar".[229]

Elm və din baxımından gülüşün sağlamlıqda rolu

Psixoloqlar gülüşlə bədən sağlamlığı arasında yaxın əlaqə olduğunu bildirərək onun, sağlamlığın ən üstün dərmanı və cisimlə ruhun təravəti olduğunu qeyd ediblər. Onlardan bəziləri öz müalicələrini gülüşlə yerinə yetirərək sağlamlığı ruhun təravətində axtarırlar. Elmi tədqiqatlar da gülüşün insanın cismində, ruhunda, emosiyalarında müalicəvi əhəmiyyəti olduğunu göstərir. Almaniyanın xəbər agentliyinin bildirdiyinə görə: "Almaniya tədqiqatçılarının apardıqları axtarışlar qəti surətdə sübut edir ki, gülüş, bütün bədənin istirahətinə, (həyəcan zamanı çırpınan) ürəyin sakitləşməsinə və qan təzyiqinin düşməsinə kömək edir. Gülüş eləcə də mədə şirəsinin ifrazını təhrik edir və stressin səviyyəsində təsirli rolu olaraq bədənin təhlükəsizlik sistemini qüvvətləndirir". Bu tədqiqatçılar əlavə edirdlər ki: "Bir az gülüş zehnin işıqlanmasına, yaradıcı qüvvənin inkişafına və fərdin iş qabiliyyətinə kömək edə bilər".

Korman Kazniz "Bir xəstəliyin izahı" kitabında qeyd edir ki, sağlam və təbii həyatı yenidən başlamaq üçün iflic xəstəliyilə necə mübarizə edib. O, inanır ki, onun əsas dərmanı gülüş olub.

"Mənfi kitab" əsərinin müəllifi Con Racer deyir: "Ağrının şiddətindən gözlərinə yuxu getməyən Kuzins adlı bir şəxs təcrübə yolu ilə bu nəticəyə gəlib ki, bir neçə dəqiqəlik gülüşlə ağrılarını bir neçə saat sakitləşdirərək rahat yata bilər. O, bu yolla öz sağlamlığını geri qaytara bilib. Elə buna görə də deyirlər ki, qadınlarda infarktın az olmasına səbəb onların çox gülüb çox ağlamasıdır. Insan gülərkən bütün əzələləri və əsəbləri genişlənərək sakitləşir. Gülüş üz alın və sair əzələlərin hərəkəti olduğu üçün bir növ idmandır. Gülüş ağciyərin açılmasına və nəfəsin dərinləşməsinə səbəb olur. Nəticə etibarı ilə daha çox hava və oksigen bədənə daxil olur. Bir çox həkimlər inanırlar ki, gülüş ömrü uzadır. Şadlıq və gülüş dözülməz xəstəliklərin qarşısını almaqdan əlavə, böyüməkdə olan xərçəng xəstəliyinin də qarşısını alır. Rəvayətlərdə gülüşün insan sağlamlığında müsbət rolundan söz açılır. Burada onlardan birinə işarə edirik:

Bir nəfər İmam Sadiqin (ə) yanına gələrək "bəlğəm" xəstəliyindən şikayətlənir. İmam Sadiq (ə) buyurur: "Səni güldürə biləcək kənizin yoxdurmu? Xəstə kənizin olmadığını bildirir. O, həzrət buyurur: "Özünə belə bir kəniz seç! Çünki, gülüş bəlğəmin yox olmasına səbəb olur.[230]

Qəhqəhəylə gülməyin tibbi ziyanları

İslamda təbəssümlə gülmək bəyənilir, qəhqəhəylə gülməksə bəyənilmir. İmam Əli (ə) gülümsəmək barəsində buyurur: "Ən gözəl gülüş təbəssümdür".[231] Imam Sadiq (ə) qəhqəhə barəsində belə buyurur: "Qəhqəhə şeytan əməlidir".

Rəvayətlərdə qəhqəhədən çəkinməyin səbəbi olaraq insan vüqarının aradan getməsi, daş ürəkli olması və sair kimi işlər göstərilsə də, bəlkə də onun tibbi səbəbləri də şəriətdə nəzərə alınıb.

Qəhqəhə tibbi cəhətdən də ziyanlıdır. Belə ki, çoxlu həyəcan keçirir. Biz bu kitabın amillərin əvvəliki fəsillərində "Həyəcan ürək narahatlıqlarına, mədə yarasına və sair xəstəliklərə bais olur"- dediklərini qeyd etmişdik.

Doktor Pak Nejad bu barədə yazır: "Qəhqəhə bütün insanlara zərərlidir. Ürək damarları xəstəliklərinə tutulmuş insanlara isə qorxuludur".

Bu günlərdə aydın oldu ki, dünyada bir neçə tanınmış şəxsin gülməkdən ölmələrinin səbəbi güman ki, ürək damarlarındakı narahatlıqlar olub. Həmin şəxslərdən biri də Sipakusun zalım padşahı Venisdir ki, onun bir qəhqəhəsi xalqı onun zülmündən qurtardı.

Papa X Leon Fransanın padşahı I Fransuanın italyanlara məğlub olduğunu eşidəndə qısa, amma şövq və fərəhlə güldüyü üçün dünyasını dəyişib.[232]

İntiqam almaq  (düşmənçilik)

Məzəmmətlənmiş xislətlərdən biri də düşmənçilikdir. Kimdə bu sifət olarsa, onun rahatlığı olmaz və sonda bu rahatsızlıq çoxlu xəstəliklərə səbəb olacaq. İmam Həsən Əsgəri (ə) buyurub: "Ən narahat insan, intiqam hissiylə yaşayan insanlardır". Başqa bir rəvayətdə Əmirəlmöminin Əli (ə) buyurub: "Düşmənçilik edən şəxsin canı əzabda, qəmi isə ikiqat olar".[233]  Tədqiqatçıların ürək arteriyası xəstəliyinə tutulmuş 1300 kişi və qadın üzərində apardıqları araşdırmada məlun olub ki, düşmənçilik ruhiyyəsi olan cavanlar 14 il ərzində mülayim xasiyyətli digər yaşıdlarına nisbətən daha çox ölüm təhlükəsi qarşısında olmuşlar.[234]

 

 

Diş fırçası

İslamda təkid olunmuş müstəhəb işlərdən biri də dişlərin fırçalanmasıdır. Onun üçün bir çox gigiyenik faydalar qeyd olunub. Bu iş çox əhəmiyyətli olduğu üçün Peyğəmbər (s) buyurub: "Cəbrail (ə) həmişə mənə dişlərimi fırçalamağı tövsiyə edirdi, belə ki, tezliklə bu işin vacib olacağını fikirləşirdim". İndi isə bu işin bəzi tibbi faydalarına işarə edəcəyik.

Rəvayətlər və dişlərin fırçalanmasının faydaları

Hədislərdə dişlərin fırçalanması üçün 26 fayda zikr olunmuşdur. Biz onlardan bir neçəsini qeyd etməklə kifayətlənirik. Daha sonra həkimlərin bu barədə dedikləri sözlərə işarə edəcəyik ki, İslam dininin 14 əsr bundan əvvəl buyurduğu elmi möcüzələr haqqında düşünəsiniz.

İmam Sadiq (ə) buyurub: "Fırçada Peyğəmbərin sünnəsi olan 12 xislət var. Ağızı ətirli edir, gözü işıqlandırır, Allah taalanın razılığına səbəb olur, dişləri ağardır və çürüməyin qarşısını alır, diş ətini bərkidir, yeməklərə qarşı iştah yaradır, bəlğəmə son qoyur, yaddaşı gücləndirir, edilən yaxşılıqları 70 dəfə çoxaldır, mələkləri sevindirir".[235]

Başqa bir rəvayətdə buyurulur: "Dişləri fırçalamq qəm-qüssəni yox edir".

 İmam Rzadan (ə) nəql olunub: "Fırça gözü nurlandırır və bədən tükünü (saçları) çoxaldar".[236]

Müasir tibb baxımından dişlərin fırçalanması

Bütün bədən üzvülərinin bir birilə əlaqəsi olduğu üçün dişlərin xəstə, sağlam, güclü və zəif olması bədənin iş mexanizminin xəstə, sağlam, zəif və qüvvətli olmasında təsirlidir. Təbiidir ki, bu məsələnin özü insanı dişlərini qorumağa və onların sağlamlığına əhəmiyyət verməsinə vadar edir. Çünki, dişlərin sağlamlığı təxminən bütün bədən üzvülərinin sağlamlığı deməkdir.

Həkimlər deyirlər: "Dişlərin arasında qalmış yeməklərin çirkinlikləri və mikrobları ağızdan mədəyə sirayət edərək həzmin zəifləməsinə, mədənin xarab olmasına və qıcqırmasına səbəb olur. Bu da böyrək və ağciyər xəstəliklərinə səbəb olur. Hətta bəzən bu mikrob və çirkinliklər badamcıq vəzlərinə, eləcə də buruna da təsir qoya bilər. Belə ki, burun tüklərinin xəstəliklərinə səbəb olur. Bundan əlavə natəmizlikdən və çürümüş dişlərdən əmələ gəlmiş diş xəstəlikləri qulaq ağrıları və xəstəliklərinə səbəb olur. Eləcə də bəzi göz xəstəliklərinin yaranmasına da səbəb olur. Çünki göz və qulaq sinirlər vasitəsilə dişlərə birləşir. Bəzi ağız xəstəliklərinin oynaqlarda təsir qoyub qaraciyərin ağrılığını artırdığı kimi tuperkulyoz və digər sayılmış xəstəliklərin müalicəsində də həkim hər şeydən əvvəl xəstənin dişlərinə diqqət edir.

Bəzən dişlərdə yeməyin artıqlarından əmələ gələn "Kotik" adlı bir turşu, dişlərin üst səthinə təsir qoyaraq onların kənarını xarab edir. Beləliklə kələ-kötür və xoşa gəlməyən şəklə salır. Bu məsələ, yemək qalıqlarının dişlərin arasında qalmasına kömək edir. Beləliklə də mikroblar yaranır və bir çox ağrılar, narahatlıqlar insana üz tutur. Habelə damağ yarasına səbəb olur.[237]

Tədqiqatçıların apardıqları axtarışlar göstərir ki, ağız təmizliyilə ürək xəstəliklərinə düçar olmaq təhlükəsindən uzaq olmaq arasında birbaşa əlaqə var.[238]

Dişlərin fırçalanması ilə gözün nurlanması arasında olan elmi əlaqə

Nəql etdiyimiz rəvayətdə fırçanın gözlərə nur verməsini qeyd etdik. Bir neçə əsrdən sonra həkimlər hər bir qulaq və gözün sinirlə dişə birləşməsini deyiblər. Yaxşı olar ki, diş xəstəliklərinin göz xəstəliklərinə təsir qoyduğunu bilək. Dişlərin sağlamlığının gözün sağlamlığındada təsirli rolu var. Belə ki, anadangəlmə olmayan korluqların bəzisinin diş xəstəliyi nəticəsində əmələ gəlməsi müşahidə olunub. Xəstəliyin aradan getməsiylə görmə qabiliyyəti də düzəlib. Bu məsələnin bütün həkimlər tərəfindən yekdilliklə qəbul edilməsini demək olar. [239]

Dişləri fırçalamaqla tüklərin bitməsi arasında olan əlaqənin elmi açıqlaması

Dişlərin tüklərlə sıx əlaqəsi vardır. Diş xəstəliklərinə tutulmuş bir çox insanların xarab olan dişləri tərəfindəki tüklərin tökülməsi çox müşahidə olunub. Hətta müalicədən sonra dişlər sağalarkən tökülmüş tüklər yenidən bitməyə başlayır.[240]

 

 

 

 

 

 

 

YEDDİNCİ FƏSİL

 

Elmi sübutlarla hədislərdə uzun və qısa ömürlülüyün faktorları

Rəvayətlərdə ömrün uzun olmasının amilləri

Rəvayətlərdə ömrün uzanmasına səbəb olan bir neçə amilin adı çəkilib. Onlardan bəzilərinə qısa şəkildə işarə edirik. Qeyd etmək lazımdır ki, öz məhdud elimimiz səviyyəsində onların bir sıra elmi dəlillərinə işarə edirik. Elmi dəlillər hələ kəşf olunmayan onlardan digərlərinə isə toxunmuruq, amma bu hissənin sonunda bu barədə söz açacağıq. Rəvayətlərdə ömrün uzun olmasının amilləri aşağıdakılardan ibarətdir:

1- Səhər yeməyinin tez yeyilməsi

Doktor Şəhid Paknejad yazır: "Qidaşünaslıq[241] kitablarında çox təəcüblü mətləblər görürəm. Sanki, 14 əsr bundan əvvəl İslamdan köçürülüb. (Misal üçün, yazılır ki,) Acmamış yemək yeməyin və doymamış əlinizi yeməkdən çəkin. Yatdıqdan və istirahət etdikdən sonra yaxşı yeyin. Yedikdən sonra isə yorğan-döşəyə tərəf getməyin.

Ən üstün yeməyiniz səhər yeməyi üçün seçib sübh tezdən yeyin və s.

Çazçucil adlı dieoloqun "Səhər yeməyi mühüm qidalardandır" - sözü düzgün fikirdir. Siz sübh çağı yaxşıca yeməyə adət etməmişsinizsə öz sağlamlığınızı və iş həcminizi təhlükəyə almış olursunuz. Səhər yeməyini az yeyənlər və ya ümumiyyətlə yeməyənlər karans (vitamin çatışmazlığı) xəstəliyinə başqalarından daha çox məruz qalır, öz işlərində çox səhvə yol verir və təhsildə az müvəffəq olurlar. Diqqət etməli məsələlərdən biri də budur ki, dietologiya üzrə mütəxəssislər yetərincə istirahətdən sonra yeyilən yeməyi çox faydalı bilirlər.[242]

2- Münasib ayaqqabı

Görəsən ideal ayaqqabı seçməyin şad və uzun ömür yaratmaqda nə kimi təsiri var ki, İmam onun qida maddələrindən sonra son dərəcə əhəmiyyətli olduğunu bildirib?

Bu sualın cavabında demək lazımdır ki, bədənin müvazinətini qoruyan onurğa sütunudur. Onurğa sütununun əyilməsi bağırsaqların pozulması və narahatlıqlarına gətirib çıxarır. Bunların hamısı ayaqqabı seçimindən irəli gəlir. Bu halda yaxşı ayaqqabının təsirini biləcəksiniz.[243] Başqa məsələlərdə, o cümlədən: ayaqqabının şadlığa səbəb olacaq rənginə, çəkisinə, havasını dəyişmək üçün ayaqqabının açıqlığına, dabanına, pəncəsinə və sair kimi işlərə diqqət etmək lazımdır. Narahat ayaqqabıların törətdiyi zərərlərlə yaxından tanış olmaq üçün, onlardan bəzisinə işarə edirik.

Dar uclu ayaqqabılar

İndiki zamanda kişilərin saçları nə qədər çox pırtlaşırsa (mod üçün) qadınların ayaqqabılarının ucları bir o qədər daralır. Səbəbini soruşanda, bütün təqsirləri "mod" adlı sözün üzərinə atırlar. Bunuda qeyd etmək lazımdır ki, kişilərin ayaqqabıları heç də qadınların ayaqqabılarından geri qalmır. Get-gedə də ayaqqabıların ucu, quşların dimdiklərinə bənzəyir. Sanki, kişilərlə qadınların geyim tərzini müəyyənləşdirmək "dəbin" üzərinə qoyulmuşdur. Tərslikdən modelyerlər heç də insanların sağlamlıqları barəsində düşünmürlər. Beləliklə bunların zərərini çəkmək, belə geyimlərdən istifadə edən insanların üzərinə düşür.

Bu cür ayaqqabılardan istifadə edən bəzi insanların dəlilləri budur: "Bəs necə ola bilər, bu qədər insanlar belə ayaqqabıları geyinirlər, amma xəstələnmirlər"? Hansı ki, bu cür insanların özlərindən soruşsanız, çoxlu acı xatirələr danışa bilərlər. Misal üçün, həmin xatirələrdən biri belədir: "Burunu dar ayaqqabılar yeni moda düşmüşdü. Mən də gedib onlardan birini alaraq bütün günü geyib gəzdim və özümü göstərdim. Sabahsı gün yenidən ayaqqabımı geymək istəyəndə baş barmağımda güclü ağrı hiss etdim. İlk önsə çoxda əhəmiyyət vermədim. Amma gördüm dözə bilmirəm. Ayağıma baxanda qızardığını gördüm. Ev ayaqqabısıyla həkimə getməyə məcbur oldum. Həkim, dırnağımın ətin arasına girdiyini və onu hökmən çıxarmaq lazım olduğunu dedi".

Dar uclu ayaqqabıların zərərləri

1- Dırnağın ətin arasına girməsi

Bu dar ayaqqabıların geyilməsindən irəli gəlir. Bu da baş barmaqda yayılmış zərərlərdəndir. Bu xəstəlik də fiziki sıxıntılar səbəbindən adətən dırnaqkənarı toxuma sıxılır və dırnaq, toxumalara daxil olur. Adətən bu ağrı şiddətli olur və get-gedə infeksiya edir. Bunun qarşısını almaq üçün dırnaqları düzgün tərzdə kəsmək və dar ayaqqabılardan çəkimək lazımdır.

2- Baş barmağı həmişəlik ikinci barmağa tərəf əyilməsi

Bu çatışmazlıq "Elqus""Halus" adlanır.

Səudiyyə Ərəbistanı alimləri tərəfindən aparılmış axtarışlar göstərib ki, qadınlar arasında Halus və Elqus xəstəliyi həmişə ucu dar ayaqqabı geyinmək nəticəsində yaranır.

Beləliklə də deyəcəksiniz ki, uclu ayaqqabı geyinənlər məgər neçə nəfər Halus və Elqus xəstəliyinə tutulub ki, bu qədər onun barəsində səs-küy qalxıb?

Bu sualın cavabında Səudiyyə Ərəbistanı ər-Riyaz şəhərinin "Məlik Səud" unversitetinin müəllimi Əbdülvəhhab deyir: "Uzun müddət ucu dar ayaqqabı geyinən insanların təxminən 81 faizi sonda Elqus və Halus xəstəliyinə tutulurlar.

3- Ayaq döynəyi, qabar və barmaqların əyilməsi belə ayaqqabıların ziyanlarındandır.[244]

Hündürdaban ayaqqabıların zərərləri

Bu ayaqqabılarda burnu dar ayaqqabılar kimi ziyanlarla dolu dur. Onlardan bəzilərinə işarə edirik.

A- Topuqun burxulması və sınması

Bəlkə də bəzi qadınlar fikirləşirlər ki, 10 santimetirlik daban üstündən yıxılmamaq üçün bacarıq lazımdır və bir çox qadınlarda bu bacarıq olmadığı üçün yıxılırlar. Lakin yadda saxlamaq lazımdır ki, hündürdaban ayaqqabıların ziyanları təkcə topuğun burxulması və ya sınması deyil, çünki, hətta bütün ömür boyu 10-15 santimetir hündürlükdə olan ayaqqabıların üzərində gəzsəniz və heç vaxt yıxılmasanız yenə də onun başqa ziyanları ilə üzləşəcəksəniz .

B- Baldır əzələlərinin gödəlməsi

Qadınların 6 aydan çox ardıcıl olaraq hündürdaban ayaqqabılarda gəzməsi baldır əzələlərinin gödəlməsinə səbəb olar.

Bu hadisənin nəticəsi ayağın əyri-üyrü olması və boyun balacalaşması deyil ki, bəzi hündürdaban ayaqqabı geyinən qadınlar desinlər: "Heç bizim ayağımızın əzələsi balacalaşmadı". Əksinə bu işin nəticəsi, pəncə qövsünün xarab olmasıyla qurtarır. Demək lazımdır ki, adətən insanlar ayaqlarının altının düzləşməsini hiss etmirlər. Amma mütləq sonralar ayağın altının düzlüyündən yaranan bel ağrıları onu incidəcək.

C- Dizlərin gücə düşməsi

Harvard universitetinin alimləri tərəfindən aparılan tədqiqatların nəticəsinə əsasən, enli və dikdaban ayaqqabılar dizlərə düşən gücün miqdarını 26 faiz artırır. Eləcədə dar və dikdaban ayaqqabılar dizlərə düşən gücün təsirini 22 faiz artırır.

Q- Diz oynağının artrorz

Diz oynağının sümükləri arasındakı, qığırdaq diz oynağı mayesinə bağlıdır. Belə ki, bu qığırdağın qidası, həmin maye vasitəsilə əmələ gəlir. Oynaqlara çox güc düşdükdə həm qığırdağa artıq təzyiq olur, həm də onun oynaq suyundan aldığı qidası çətinləşir. Zaman kedikcə bu hadisə diz oynağında artrorzun yaranmasına səbəb olur.

D- Bel ağrısı

Dabanın hündürlüyü 2 sm-ə qədər standarddır. Bu miqdardan hündür olarsa, yol gedərkən bədənin çox çəkisi ayağın qabaq hissəsinə düşdüyündən, bel əzələlərinin və ya dizin arxa nahiyəsi çəkildiyi üçün bel ağrısına və diz oynağının ağrılarına səbəb olar.

3- Borclu olmamaq

Ömrün az olmasının səbəblərindən biri də borcun çox olmasıdır. Ona görə ki, əsəb gərgintiləri insana güc gəlir. Bu əsəb gərginlikləri özü bir çox ölümün amilidir. Çox zamanlar borclu insan öz borcunu vaxtında qaytara bilmir. Bunun özüdə müxtəlif xəstəliklərə səbəb olur.

"İslam və müasir tibb" kitabının yazarı doktor Əbdüləziz yazır: "Əsəb gərginliklərinin təsiri, borcunu qaytarmağa qüvvəsi olmayan zaman baş verir".

Belə vəziyyətdə olan insanların sonunun şəkər xəstəliyi, qan təzyiqinin artması, mikroinfarkt və hətta dəlilik gətirən qan azlığı ilə bitməsini müşahidə etmişik.

Çünki, əsəb gərginliyi bu vaxt cisimdə "adranalin" maddəsini artırır. Bu isə qan təzyiqinə və "Bankryas" sızmasına bais olur.

4- Cinsi əlaqədə az olmaq

Məkruh işlərdən biri də həyat yoldaşı ilə çoxlu əlaqədə olmaqdır. Bu iş müxtəlif xəstəliklərə və tez qocalmağa səbəb olur.

Aristoteldən soruşurlar: "Nə vaxt yaxınlıq edək?"

Deyir: "Nə vaxt zəif olmaq istəsən".



Geri   İrəli
Go to TOP