A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslam şəriətində sağlamlıq və uzun ömürlülük elmi və tibbi sübutlarla
Müəllif: Mehdi Tahiri
Naşir: Əsre-rəhayi
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


 

Səfər

Peyğəmbər (s) buyurub:

"سافروا تصحوا"

 "Sağlam olmağınız üçün səfər edin."[201]

İstər iş üçün istərsə də əylənmək üşün olan səfərin sizin cisminiz və fikrinizə xeyli faydası ola bilər. Odur ki, səfərin sizin sağlamlığınız üçün olan bəzi faydalarına işarə edirik.

1- Sizdə olan sıxıntı və stress azalar.

Səfər, sizə bir az istirahət etmək və ruhi sıxıntıları özünüzdən uzaqlaşdırmaq imkanı verir. Səfəriniz işlə bağlı olsa belə və siz saatlarla konfranslarda iştirak etsəniz də əvəzində yeni ölkə ya şəhərlərlə tanış olacaqsınız.

Ola bilsin səfərinizdə iztirab və stress də olsun. Xüsusilə əgər səfəriniz gəzinti ilə, görməli yerləri seyr etməklə keçərsə və ya sizin müxtəlif dillərlə tanışlığa ehtiyacınız olarsa, eləcə də, məqsədiniz izdihamlı şəhərlər olarsa. Amma bu stress müsbət bir stressdir və sizin işinizdəki, ya gündəlik həyatınızdakı keçirdiyiniz stresslər kimi deyil.

Təzyiq və ruhi stresslərin azalması həmişə sizin sağlamlığınıza kömək edəcək.

 2- Yaşayışınıza müxtəliflik, dəyişiklik bəxş edir.

"Hər bir dəyişiklik istirahət qədər yaxşıdır" - cümləsinə əsasən, hansı səfər olursa-olsun qısa müddətdə olsa belə sizi öz adi gündəlik həyatınızdan uzaqlaşdıracaq. Elə təkcə bu məsələnin özü sizə çoxlu qüvvət verəcək. Gündəlik proqramınızı dəyişmək istəyirsiniz, sizin üçün bir növ müalicə hesab edilir. Bu iş sizin fikir və cisminizi süstlükdən yayındıracaq. Səfər, bizi hər gün üzləşdiyimiz atmosferdən ayıraraq yorğunluqlara, əsəb sıxıntılarına və qəm-qüssəyə qarşı daha yaxın müqavimət göstərməyə kömək edir. Bu iş səfərin ən mühüm təsirlərindən biridir.[202]

3- Açıq havadan bəhrələnəcəksiniz.

Həmişə olduğu kimi idarədə otağınızın 4 divarı arasında olmağınızdansa səfər boyu siz daha çox evdən bayırda və açıq havada olacaqsınız. Bu yolla siz təmiz və təzə havadan daha çox həzz ala bilərsiniz. Gəzinti üçün dağlığa istirahət üçün dəniz kənarına getsəniz başqa günlərə nisbətən dərindən nəfəs alarsınız və bədəninizə daha çox  oksigen daxil olar. Eləcə də günəş vannasından da istifadə etmək olar. Bu şərtlə ki, gün yandırmaması üçün lazımi ehtiyatlar yaddan çıxmasın.

 

BEŞİNCİ FƏSİL

 

 

 

Cismani xəstəliklərin amilləri barəsində hədislər və onların elmi sübutu

 

QƏM-QÜSSƏ[203]

İmam Əli (ə) buyurub:

"الحزن يهدم الجسد"

"Qəm bədəni viran edir". [204]

Başqa rəvayətdə buyurur: "Kədər qocalığın yarasıdır".[205] Ruhla bədən bir-birilə o qədər əlaqəlidirlər ki, hər birinin vəziyyətinin yaxşı ya pis olması digərinə sirayət edir. Buna görə də insanın ruhu bədəninin təsiri altındadır. İnsanın hüznlü vəziyyəti istər-istəməz onun bədəninə pis təsir qoyaraq cismini düzgün istqamətdən yayındırır. Qəm-qüssə, əsəblərin taqətdən düşməsi, qan təzyiqi, şəkər və iştahsızlıq, mədə qıcqırması və yarası və sair xəstəliklərin amilidir. Qüssənin təsirindən bədən açıq-aşkar əriməyə, arıqlamağa başlayaraq get-gedə öz müqavimət qüvvəsini itirir. Bununla da bədən müxtəlif xəstəliklərə məruz qalır. Həzrət Əli (ə) buyurub: "Kimin kədəri çox olarsa bədəni xəstə olar".

Çox yemək

İslamda çox yemək məkruh və xəstəliklərin amillərindən biri sayılır.

Allah taala Qurani-Kərimdə buyurur:

"Yeyin, için israf etməyin"[206]

Allahın Rəsulu buyurub: "Çox yeməkdən çəkinin ki, bədəni xarab edir, xəstəlik yaradır, və ibadət zamanı süstlük yaradır." Habelə buyurub: "Kimin yeməyi az olarsa bədəni sağlam qalar və ürəyi şəfa tapar (təmizlənər). Habelə kimin yeməyi çox olarsa sağlamlığı azalar".

Əmirəlmöminin (ə) buyurub: "Çox yeyən insan sağlamlığı az olar". [207]

İmam Rza (ə) buyurub: "Camaat yeməyinə fikir versəydi bədənləri sağlam olardı".[208]

Az yemək və Mədinə xalqının sağlamlığı

Peyğəmbərin (s) vaxtından əcəm şahlarından biri təcrübəli həkimlərdən birini xəstələri mualicə etsin deyə Mədinəyə Peyğəmbərin (s) yanına göndərdi. Təbib bir il Mədinədə qalmasına baxmayaraq, heç kim öz xəstəliyinin müalicəsi üçün ona müracət etmədi.

Təbib Peyğəmbərin (s) yanına gedib giley-güzar etməyə başlayır ki, mən bura sizin dostlarınızı müalicə etmək üçün gəlmişəm. Amma bu müddət ərzində heç kim mənə müraciət etmədi ki, mənə tapşırılan vəzifəni yerinə yetirəm. Peyğəmbər (s) buyurur: "Bu insanlar həyatlarında bir yol seçiblər ki, iştah onlara qalib gəlməyənədək yemək yemirlər. Yeməklərini də iştahları kəsilməmiş və hələ doymamış bitirirlər (elə bu səbəbə görə də sağlamdırlar və heç bir təbibə ehtiyacları yoxdur). Həkim Peyğəmbərin (s) dediklərini təsdiq edərək təvazökarlıqla ona ehtiram edib çıxıb getdi.[209]

Elm baxımından çox yeməyin cismi zərərləri

Çox yemək çəkinin artmasına səbəb olur. Çəkinin artması isə (xüsusilədə qarının çıxmasıyla başlayarsa) müxtəlif xəstəliklərə, o cümlədən şəkər, ürək xəstəlikləri, infarkt və hətta xərçəng kimi ölümə bais olan bu dörd xəstəliklərə tutula bilərsiniz.                  

Köklük, çəkinizin 20% faiz öz normal həddindən artıq olması deməkdir. Artıq çəki ürək və bütün bədən üzvlərinin sıxıntısına səbəb olur.

Amerikalı Həkimlərdən biri olan Doktor Şeltun deyir: "Kim öz bədəninin normasını bilib o qədər yesə və o həddi aşmasa, sağlam qalar. Amma kim həddən artıq yeməyə adət edərsə öz əllərilə xəstəlik yaradır. Bu vəziyyətdə onun və heç kimin əlindən bir iş gəlmir.[210]

152 yaşlı Tomasın ölümünə səbəb çox yeməklik oldu

Professor Huveflan İngiltərə sakini Tomas Bar adlı şux qoca bir kişi haqda deyir: "bu kişi 120 yaşında dul bir qadınla evlənir və miladi tarixilə 1575-ci ildə 152 yaşında dünyasını dəyişir". Professor Huveflan onun ölümünün səbəbini belə bəyan edir: "İngiltərə padşahı İ Şarl, bu kişinin uzunömürlü olmasını eşidəndə onu görmək üçün Londona öz sarayına dəvət edir. İngiltərə sarayında bir neçə gün qonaq olduğu müddətdə öz keçmiş az yemək adətinin əksinə olaraq ləzətli yeməklər yeməkdə ifrata yol verir. Onları həzm etməyə aciz qalaraq bu ifratın təsirindən öz canını əldən verir. Professor Huveflanın onun taleyindən danışmaqdan məqsədi, camaatı, yuxarı yaşlarda çox yeməyin və maddələrin tam surətdə həzm olunmmaası nəticəsində daxili zəhərlənmələrin səbəbindən baş verən ölümün tezləşməsindən xəbərdar etməkdir.[211]

Nə qədər yeyək?

Bu suala cavab vermək üçün hamının istifadə edə biləcəyi miqdarı təyin etmək olmaz. Ola bilsin təyin olunmuş miqdar bəziləri üçün az digərləri üçün çox olsun. Deyə bilərik ki, yarım kiloqram yemək hamı üçün yaxşıdır. Çünki, lazımlı yeməyin miqdarı hər bir insanda ayrı olur.

Bu baradə meyar yeməyin o qədər yeyilməsidir ki, süfrədən durarkən özümüzü ağır hiss etməyək. Digər tərəfdənsə gərək zəiflik də hiss etməyək.

Çox yatmaq

Əmirəlmöminin (ə) buyurub: "Çox yatıb ifratlıq etmək insanın vücudunu qüsurlu edir və insana çoxlu zərərlər gətirir".[212]

Yuxu və tibb

Bəzi həkimlər bədənin yuxuya ehtiyacını 7 bəziləri isə 8 saat bildiriblər. Elə həmin mütəxəsislər 9 saatdan artıq yatmağı bədən üçün zərərli hesab edirlər. Eləcə də az yatmaq da bədən üçün zərərlidir. Jurnallardan biri yazır ki, yuxu və istirahətinizə əhəmiyyət verməsəniz bilin ki, az yatmaq sizin şəkərinizin miqdarını pozaraq çəkinizin artmasına və solğunluğa səbəb olacaq. Diabet xəstəliyinə düçar olmaq qorxusunu artırır. Sonda isə beyninizə zərər vuracaq. Yuxusuzluq qalxanvari vəzinin hormonunu pozur, stress yaradır, yaddaşa mənfi təsir qoyur. Hətta bədənin immun sistemini zəiflədərək həddən artıq xəstəliklərə səbəb olur. Yuxusuzluq ürəyin sağlamlığı üçün təhlükə yaradır, bədənin maddələr mübadiləsini də pozur.

İslamın bu məsələyə də fikir verməsi diqqətdən yayınmır. İmam Rza (ə) sağlamlıq barəsində etdiyi tövsiyələrin birinidə buyurub: "Yuxun gələn zaman yat".

 

 

 

 

 

 

ALTINCI FƏSİL

 

 

Bəzi təriflənmiş və məzəmmətlənmiş xasiyyətlərin sağlamlıqdakı rolunun elmi yolu ilə sübutu.

 

 

Bu fəsli tərtib etməkdən məqsəd, bir neçə müstəhəb işlərin və bəyənilən xasiyyətlərin sağlamlıqda rolunu, eləcədə bir neçə məkruh və məzəmmətlənmiş işlərin cismi xəstəliklərdəki rolunu elm və alimlərin nəzərilə araşdırmaqdır. Bununla siz qəti şəkildə inanacaqsınız ki, İslamın göstərişləri hətta tibbi və cismi baxımdan da hikmətsiz deyil.

 

Evlənmə

İslamda təkid olunmuş işlərdən biri də evlənməkdir. Kim günaha düşməsindən qorxarsa, evlənmək ona vacib olur.

Evlənmə və uzunömürlülük

Bəlkə də bir çoxları üçün inanılmaz olan məsələlərdən biri də statistikanın verdiyi məlumata əsasən evli insanların ömrünün subay insanların ömründən çox olmasıdır. Halbuki ilk baxımdan adama elə gəlir ki, evlilikdə olan bir sıra çətinliklər, o cümlədən ailə güzaranını təmin etmək məsuliyyəti, övladın tərbiyəsi, fikir ayrılığı və bu kimi xoşagəlməz işlər ömrün azalmasına gətirib çıxaracaq. Fərzad Həkim "Uzun ömürlüyün sirləri" kitabında yazır: "Amerikanın "Park Deyvis" müəssisəsənin hazırladığı məlumata əsasən, evlilərin ömrü subayların ömründən daha çoxdur. Belə ki, evli kişi və qadınlara nisbətən subay kişilərdə ölüm 75%, qadınlarda isə 50% çoxdur.

1966-cı ildə dünya mətbuatlarında yayılmış məlumat evli kişilərin ömrünün subay kişilərin ömründən çox olmasını bir daha sübut etdi. Verilən məlumatda bu fərqin səbəbinin kişilərin təkliyə dözümsüzlüyündən irəli gəlməsi bildirilir. [213]

Müxtəlif araşdırmalar evlənən insanların, ictimai ruhiyyəli şəxslərin və çoxlu dostu olanların çox yaşamasını sübut edib.

Koliforniya universitetlərində aparılan tədqiqatlara əsasən 10 il ərzində 45 yaşından 64 yaşına kimi insanlar arasında ölənlərin sayı evlilərlə müqayisədə subay insanlarda iki dəfə çox olub. Bu məsələnin, onların arasında yaranan insanlıq əlaqəsindən irəli gəlməsi nəzərə çarpır.[214]

Evlənmək bir məntəqəni uzun ömürlü olmasına səbəb olur

Azərbaycanda Dağlıq Qarabaq adlı bir məntəqə yerləşir. Orada hər ailənin 10 dan – 21 dək övladı var. Bu məntəqədə 150 min əhali yaşayır. Onlardan 29,5 faizi 100 yaşından yuxarıdırlar.

Bu məntəqədə yaşayan 100 yaşlıların 79 faizini qadınlar təşkil edir. Onların uzun ömürlü olmasının sirrini aşağıda qeyd olunan bir neçə işdə görürlər:

1- Tütün məhsullarına adət etməmək

2- Daima işləmək

3- Tez yatıb tez durmaq

4- İlin yarısını açıq havada keçirmək

5- Süd içmək

6- Tez evlənmək.[215]

Subaylıq və qan təzyiqi

Çikaqo universitetinin tədqiqatçıları maraqlı nəticələr əldə ediblər: Tənha yaşayan insanlar gərginliklə üzləşdikdə daha çox qorxu hissi keçirirlər. Çətinliklərlə üzləşdikdə onların müqavimət gücü evlilərinkindən az olur. Tənha yaşayan insanlar stressə qarşı passiv reaksiya göstərirlər. Belə ki, heç kimdən kömək istəməyərək çalışırlar ki, çətin vəziyyətdən qaçsınlar. Yolu onlarda zəif olur. Tək yaşayan insanlarda, bu məsələlər qan təzyiqinin artması ehtimalına səbəb olur (cavan olsa da belə). Bu insanların yaşı artdıqca situlik təzyiqi də artır.[216]

Evlənmək əvəzinə qızla münasibət yaratmaq

Əgər "evlənməklə ömrnün uzanmasına dair gətirdiyiniz dəlillərdə, qızlarla münasibət yaratmağın evlənməklə nə fərqi var?" deyilərsə, cavab veririk: Əvvəla: Əgər bir nəfər qanunsuz cinsi əlaqələr yaratmaq istəyirsə, ruhi zərərlərdən və Allahın qəzəb və əzabından əlavə qadınlarda olan müxtəlif cismi xəstəliklər onada keçəcək.

İkincisi: qanunsuz cinsi əlaqələr qeyri-təbii cinsin meylin yaranmasına səbəb olur. Bu da fitrətin və insan təbiətinin tələblərilə münasib deyil. Bu daimi və yorucu meyl şübhəsiz ömrün azalmasına gətirib çıxardır. Evliliyin, yəni əlaqələrin bir qadına yönəlməsinin təsirlərindən biri də onun, müəyyən bir insanla eyni tərzdə yaşamağa, cinsi meyli normal səviyyədə saxlamağa səbəb olması və qeyri-təbii cinsi meylin təhrikinə mane olmasıdır. Beləliklə, subayların özlərinə nəzarət etmədən tam azad şəkildə öz ehtiraslarını təmin etdikləri zaman yaranan problemlər və sağlamlığın təhlükə altına düşmək qorxusu heç vaxt evli saleh və təqvalı insanlara üz verə bilməz.

Dini-ictimai proqramlar

İslam dininin bir çox göstərişləri, o cümlədən; cümə və camaat namazı, qohumlar arasında əlaqə yaratmaq, bir birini yoxlamaq, qohum və dostu ziyarət etmək, iftar vermək, xərc etmək, başqalarına qulluq etmək, öyrədib-öyrənmə və sair kimi işlər ictimai tapşırıqlardandır. Yeni aparılan axtarışlar nəticəsində bu göstərişlərin və ictimai fəaliyyətlərin insanın sağlamlığında təsirli rolu aydınlaşdırılıb (İslamın bir çox göstərişləri ictimai əsaslarda qurulmuşdur).

Beləliklə bu tədqiqatların bəzisinə diqqət edin:

A) Sağlamlıqda, dini əməllərin təsiri dərman və idmandan daha çoxdur

Amerikada bir universitetdə aparılan elmi axtarışa əsasən insanların həftəlik dini mərasimlərdə iştirakının təsiri dərman və idman proqramları ilə müqayisədə göstərir ki, həftəlik dini mərasimlərdə hazır olmaq ömrün uzunluğunda nizamlı idman proqramlarından və icazəli dərmanların işlədilməsindən daha təsirlidir. Amerikanın "Vaşinqton post" qəzeti yazır: Dini həftəlik mərasimin nizamlı idman ya dərman qədər ömrün uzunluğunada təsirli ola bilərmi? Bu sual, Peterburq mərkəzi tibii universitetinin bir sıra müəllimlərinin tədqiqat mövzuları olub. Bu tədqiqatın nəticələri Amerikanın "Ailə təbabəti" jurnalında çap olunmuşdur. Onlar ölüm haqqında əldə edilmiş mütaliələrdən istifadə edərək, həftəlik ibadətlərin 2 ildən 5 ilədək ömrün uzanmasında təsirli ola bilməsini proqnozlaşdırıblar. Belə ki, bu miqdar, 3 ildən 5 ilədək edilən nizamlı idmanla və 2,5 ildən 3,5 ildən kolestrolun azalması üçün qəbul edilmiş dərmanla bərabərdir.

Bu tədqiqata rəhbərlik edən keşiş "Danyal Hal" tədqiqin əsas ideyasını təqdim edib. Göstərilən nəticəyə əsasən dini əməllər və sədəqə vermək, dərman üçün ödənilmiş pula nisbətən daha sərfəlidir.[217]

B- "Mişqan" universitetində aparılan araşdırmalar tək-tənha yaşayan qadınlarda ümumi ölümün sayının ictimai qadınlara nisbətən 1,5 dən 2-dəfəyədək çox olmasını göstərir. Eləcədə az dostu olan, ictimai əlaqəsi zəif və bədən fəaliyyəti məhdud olan kişilərin ölüm miqdarının digərlərindən 2-3 dəfə çox olması göstərilir.[218]

Bekarçılıq

Ruhi və cismi xəstəliklərə səbəb olan amillərdən biri də bekarçılıq və tənbəllikdir. Bu barədə İmam Baqir (ə) buyurub: "Tənbəllik və hövsələsizlikdən çəkin! Belə ki, bu iki şey hər bir pisliyin (o cümlədən xəstəliklərin) açarıdır. Bekarçılıq mühüm mövzulardan olduğu üçün son zamanlar ictimai elmlərin tədqiqatçıları və həkimlər tərəfindən diqqət mərkəzinə çevrilmişdir. Bekarçılıq barəsində aparılan tədqiqatların bəzi maraqlı nəticələri aşağıdakılardan ibarətdir:

1- İşləyən insanlarla müqayisədə bekar insanların cismi sağlamlığı az olur. Cismin zəifliyi, ürək və nəfəs sistemi kimi xəstəliklərin artmasına səbəb olur.

2- Ümumi ölümün və intiharın sayı bekar adamlarda daha çoxdur.

3- Öz işini itirdyi müddətdə həkimlərə müraciət edənlərin sayı artır. İşin itirilməsi stress əmələ gətirir.

4- Siqaret və narkotik maddələr istifadə edənlərin sayı bekar insanlardan daha çoxdur. Kişilərin bir çoxu öz sağlamlıqlarını təhlükə altına atırlar. Bekarçılığın kasıbçılıqla çox yaxın əlaqəsi var. Kasıblıq həmişə sağlamlıq üçün təhlükəlidir. İnsanların bekarçılığı nə qədər uzun çəkərsə, kasıblıq onlara üz tutar. Nəticədə xəstəliklər artar. Kasıblıq bais olur ki, insan yeməyə, geyməyə, evin təmirinə, bazarlığa, yanacaq və sair işlərə az pul xərcləsin. Bu iş də xəstəliyin çoxalmasına səbəb olur. Buna misal olaraq demək olarki, fəqirin yemək rejimi olan yeməklər, (çoxlu miqdarda heyvan piyi olan yeməklərdən istifadə etmək, fibrli vitaminlərin və mineral maddələrin az istifadəsi) ürək xəstəliklərin artmasına, kökəlmək və digər xəstəliklərin yaranmasına zəmin yaradır. Digər tərəfdənsə rütubət və qış fəsilində kifayət qədər istiliyin olmaması, soyuqdəymə, öskürək və xüsusilə də uşaqlarda şiddətli nəfəs yolu xəstəliklərinə səbəb olur. Bütün bunlar yığışaraq sağlamlığı təhlükə altına salır.

Beləliklə bekarçılığın insan sağlamlığında və həyat tərzindəki təsirlərini, ruhi və cismi sağlamlıqların təsiri altına aldığını müşahidə edirik. [219]

Hüsnü-zənn (nikbinlik)

Bir çox rəvayətlərdə imamlar bizi hüsnü zənnə təşviq ediblər. Belə ki, İmam Əli (ə) buyurmuşdur: "Ən üstün möminlik nikbinlikdir". Digər hədisdə buyurub: "Nikbinlik ürək rahatlığı üçün mənbə və dinin salamatlığıdır". Eləcə də başqa bir rəvayətdə buyurulub: "Hüsnü-zənn qəmi azaldar və günaha düşməkdən çəkindirir".[220]

Hüsnü-zənnin cismi faydaları

Nikbincəsinə düşünmək immun sistemini qüvvətləndirir, xərçəng xəstəliyinə ürək xəstəliklərinə və bir çox digər xəstəliklərə, qarşı müqaviməti artırır.[221]

"İsna" internet xəbər agentliyinin verdiyi məlumata əsasən, İran psixoloqlarının fikrincə nikbin insanlarda ümumi ölümün sayı, cəmiyyətin digər insanlarından 50 faiz azdır. Belə ki, ürəklə bağlı çatışmazlıqlar da başqalarına nisbətən bu insanlarda 33 faiz azdır. [222]

Maraqlı burasıdır ki, dini baxımdan nikbinlik hər yerdə yaxşı deyil. Məsələn: İnsanlarının çoxu pis olan bir yerdə hüsnü-zənn etməyə yer qalmır. Əgər belə bir yerdə hüsnü-zənn etsəniz başınıza bir bəla gəlsə özünüzdən başqasını məzəmmət etməyin.

Diqqət etmək lazımdır ki, insana dünya və axirət sağlamlığını qazandıan kamil hüsnü-zənn Allah-taalaya olan hüsnü-zənndir.

Hüsnü zənn və yaxşı əhval-ruhiyyəli məhbus

Musa peyğəmbərin (ə) vaxtında 2 nəfər zindana düşür. Bir müddətdən sonra onları azad edirlər. Onlardan biri yaxşı əhval-ruhiyyədə idi, digərisə arıq zəifləmişdi. Musa peyğəmbər (ə) kök kişidən soruşdu: "Sənin kökəlməyinə səbəb nə olub?" Kişi deyir: "Allaha qarşı olan gümanım xoş idi, və ona (Allaha) hüsnü zənn edirdim"

Həzrəti Musa (ə) arıq kişidən soruşdu: "Sənin bəd hal və arıq olmağına səbəb nə idi? "Deyir: "Allahın qorxusu məni bu hala salıb". Həzrət Musa (ə) əllərini qaldıraraq dedi: "İlahi! Bu iki nəfərin dediklərini eşitdim. Mənə agah et görüm bunların hansı üstündür. "Allah taala buyurur: "Mənə xoş güman və hüsnü-zənn edən şəxs üstündür."[223]

Qəzəb və əsbilik



Geri   İrəli
Go to TOP