A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslam şəriətində sağlamlıq və uzun ömürlülük elmi və tibbi sübutlarla
Müəllif: Mehdi Tahiri
Naşir: Əsre-rəhayi
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
  İrəli


İSLAM ŞƏRİƏTİNDƏ SAĞLAMLIQ VƏ UZUN ÖMÜRLÜLÜK ELMİ VƏ TİBBİ SÜBUTLARLA

Müəllif: Mehdi Tahiri

Kitabın adı:.....İslam şəriətində sağlamlıq və uzunömürlülük

Müəllif :.................................................................... Mehdi Tahiri

Tərcümə edənlər:.......................Elnur Yusifov, Adil Əhmədov

Redaktor:........................................................................ N. Əliyev

Kompüterdə yığan:.................................................M.Əhmədova

Naşir:........................................................................”Əsre-rəhayi”

Çap növbəsi:...................................................Birinci, 2008, Payız

ISBN:……………………………………..…….964-978-2760-48-5

 

 

 

 

Ön söz

Əlinizdəki bu kitab müxtəlif məqsədlərlə yazılmışdır. Bunlardan bəzilərinə işarə edirik.

A.14 əsr bundan öncəki din və elmi nailiyyətlər.

Bir çoxları qərəzli olaraq və bəzən də məlumatsızlıq üzündən, belə düşünürlər ki, on dörd əsr bundan qabaqkı din hazırkı dövrün mütərəqqi elmləri ilə ayaqlaşa və bütün bu texnologiyanı, çeşidli kəşfləri nəzərə alaraq, bəşəriyyətin ehtiyaclarını təmin edə bilməz. İslam Peyğənbəri (s), həmin şəriəti, olarlar və olmazları (vacib və qadağaları) elm və texnologiyadan xali olan bədəvi xalq üçün gətirmiş, çağdaş dünya isə, elm dünyasıdır. Bu kitabın yazılmasında məqsədlərdən biri də, dini vaciblərin minlərlə cismani elmi faydalarının və dində yasaq əməllərin zərərlərinin kiçik bir hissəsini diqqətinizə çatdırmaqdır. İnanıram ki, bu mütalidən sonra, dinin necə deyərlər müasir elmdən geri qalmaması, onunla ayaqlaşmasına dair mühakimə yürüdəcəksiniz. 14 əsrdən sonra tədqiqatçılar öz labaratoriyalarında mütəmadi, geniş sınaq və analizlərlə yeni-yeni kəşfləri əldə edir və hər tərəfə car çəkərək özlərini öyürlər; bu yeniliyi elmi şah əsər kimi müxtəlif mediyada rəqiblərinə göstərirlər; lakin bir şeydən xəbərsizdirlər ki, bütün bu yeniliklər, kəşflər, 14 əsr bundan öncə İslam dinində vacib və haram şəklində bəyan edilmişdir. Eləcə də din rəhbərlərinin hədislərinin bir çoxunun sirrinə, açmasına yüz illər sonra, bəzilərinə qiyamət günü varacaq, bir hissəsini isə ümumiyyətlə anlamayacaqlar.

B. Dindaşlarımızın İslam şəriətinə inancı

Tədqiqatçıların əldə etdiyi nailiyyətlər islamsevərlər tərəfindən mütaliə edildikdə, İslam şəriətinə inancları və bağlılıqları daha da artar və şəriəti sual altına aparan şəxslərlə disput zamanı, lazımı arqumentləri gətirməkdə əlləri dolu olar və halal və harama riayət etməyən şəxsləri işlərindən çəkindirməkdə daha müvəffəq olarlar.

C. Dininiz yoxdursa, azad insanlar olun.

Bu, Aşura günü İmam Hüseynin (ə) düşmənlərə söylədiyi tarixi cümlədir. "Əgər dininiz yoxdursa, (heç olmasa) dünyada azad insanlar olun (kişi kimi yaşayın), öz çirkin əməllərinizdən əl götürün". Mən bu qiymətli sözün əsasında, İslam və hər hansı bir dinə mənsub olmayan şəxslərə xitabən deyirəm: dininiz yoxdursa, İslamla bir işiniz yoxdursa, heç olmasa öz sağlamlığınızı düşünün və səhhətiniz üçün də olmuş olsa, İslamın əmr və qadağalarına riayət edin.

Sonda bir neçə məqama toxunmaq istəyirəm.

Birinci məqam:

Bu yazı yalnız bir sıra şəri hökmlərin cismi zərər və xeyirlərini vurğulamaq əzmindədir və şəriətdə yatmış bir çox ruhi, psixoloji, iqtisadi, ictimai, ailəvi, axirətlə ilgili zərərləri bəyan etmək əzmində deyil.

İkinci məqam:

Şəri hökümlərin bütün xeyirlərinin bəyan edilməsini iddia etmirəm. Bu yazı, günümüzə qədər həyata keçmiş minlərlə elmi kəşfin kiçik bir hissəsini əks etdirir, tam şübhəsiz ki, yüzlərlə fayda burada gətirilməmiş və eləcə də şəri hökümlərin gələcək nəslin əli ilə ixtira ediləcək xeyli sayda mənfəətləri kəşf edilməmişdir.

Üçüncü məqam:

Vaciblər və müstəhəblər üçün qeyd edilən mənfəətlər, eləcə də haram və günahlar üçün sadalanan zərərlər, bu hökümlərin şəriətdə qoyulmasının tam və qəti səbəbi deyil, əslində onun min dəlilinin biri sayıla bilər. Həmçinin, hətta o hökümlərin səbəbi də sayılmaya bilər. Bu baxımdan, deyilməməlidir ki, fülan günahdan fülan zərəri dəf etdik deyə, demək o günahı həyata keçirə bilərik. Misal olaraq, donuz ətininin yeyilməsində (onun ətini yemək haramdır) bir sıra zərərlər qeyd etmişik. Müasir elmin tərəqqi edərək bu zərərləri donuz ətindən götürə bilməsini fərz etsək, bu donuz ətini yeməyin halala çıxması kimi mənimsənilməməlidir. Çünki, əvvəla: donuz ətininin yeyilməsinin haram olmasının səbəbi yalnız onun cismani zərərləri deyil, ola bilsin ki, burada psixoloji, ruhi və s. faktorlar da dəxildir. İkinci bir tərəfdən: ola bilsin ki, elm 100 il bundan sonra, donuz ətininin yeyilməsinə dair tədqiqatçıların bu günə kimi xəbərdar olmadıqları zərəri üzə çıxarsın. Necə ki, keçən illərə qədər bu zərərlərin bir çoxu onlara bəlli deyildi.

Dördüncü məqam:

Sağlamlığın önəmi, yaradılışın məqsədini uca Allaha qovuşmaq və bu mənəvi yolu qət etmək üçün güclü və sağlam bədənə ehtiyaclı olduğumuzu bildiyimiz zaman üzə çıxır[1]. Xəstə bədənlə isə, bu yolu qət etmək, ya qeyri-mümkün və ya çox-çox məşəqqətlidir. Müqəddəs şəriət sahibi (Allah-taala) və başda həzrət Muhəmməd (s) olmaqla Allah yolunun hidayətçiləri sayılan məsum imamlar bu işə xeyli əhəmiyyət vermiş və bütün nurani göstərişlərində, sağlamlığa riayət etməyi buyurmuşlar. Ümumiyyətlə İslam dininin göstərişlərində bir çox məsləhətlər vardır ki, bunlardan biri də bədənin sağlamlığına dair məsləhətlərdir.

Məhəmməd ibni Sənan İmam Rzaya (ə) yazdığı məktubda bildirir ki, Məkkə camaatı düşünürlər ki, İslamın halal və haramları, kortəbii itaətdən başqa bir şey deyil və İslamın göstərişləri dəlil-sübütsuzdur.

İmam Rza (ə) cavabında yazır:

"Məkkə camaatı belə fikirdədirlərsə, yollarını azmışlar və aşkar zərər onlara üz gətirmişdir. Əgər İslamın göstərişləri kortəbii olsaydı və hikmətli Allah dəlil və səbəbsiz hər hansı bir şeyi halal və ya haram etsəydi, o zaman həzrəti Haqq əksinə göstəriş verməli idi, belə ki, halalları haram və haramları halal etməli idi. Sonra da camaatı kortəbii olaraq namazı, orucu tərk etməyə və oğurluq etməyə və qanunsuz cinsi əlaqələr qurmağa vadar edərdi. Halbuki belə deyil".

Sonra İmam buyurur:

"Biz bilirik ki, Allah-taalanın halal etdikləri, insanların məsləhəti və xoşbəxtliyi üçündür və cəmiyyətin yaşaması bu halallara bağlıdır. Camaat bu halal işlərə ehtiyaclıdırlar və onlardan heç zaman ehtiyacsız olmayacaqlar. Lakin haram işlər isə, cəmiyyətin fəsadına gətirib çıxarır və xalqı həlakət və məhvə sürükləyir".

Daha sonra həzrət buyurdu:

"İslam hökmləri necə dəlilsiz ola bilər?! Bir halda ki, hikmət sahibi Allah, yalnız insanın məsləhətinə və onun bədəninin sağlamlığına faydalı olanları halal etmiş və haramları isə, onlarda zərər və fəsadın mövcudluğuna görə haram buyurmuşdur".[2]

Bəzi insanların həzrətin bu buyuruğuna etimadı olmadıqlarını nəzərə alaraq, bizim bəhsimizin mehvəri bir tərəfdən vacib və müstəhəblərin  və digər bir tərəfdən günah və məkruhların bədəninin fəsada və xəstəliyə düçar olmasında ifa etdikləri rolu isbat etmək istiqamətindədir. Bununla da, Allahın köməkliyi ilə, bacardığımız qədər onların şübhələrini azaltmaq istəyirik.

 

Mehdi Tahiri

 

 

 

BİRİNCİ FƏSİL

 

Elmi sübutlara əsasən cismani xəstəliklərdə günahların rolu

Şorgözlülük

]قُل لِّلْمُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِم[

"Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar)."[3]

İslam dinində günah sayılan əməllərdən biri el arasında şorgözlük adlandırdığımız, ləzzət qəsdi ilə naməhrəmə baxmaqdır. Bu iş, ictimai və axirətlə ilgili çoxsaylı zərərləri ilə yanaşı, cismani zərərlərə də malikdir.

Əldə olan statistikaya əsasən, şorgözlük yol qəzalarının, boşanmaların və adını çəkmək istəmədiyimiz bir sıra işlərin əsas səbəblərindən biridir. Bundan əlavə şorgözlər aşağıdakı çətinliklərlə də üzləşirlər.

1. Ağır nəfəs alma

2. Ürəkətrafı ağrılar

3. Ürək döyüntüsü

4. Ümumi halsızlıq, zəiflik

5. Baş ağrısı

6. Qərarsızlıq

7. Yuxusuzluq və iştahasızlıq

8. Zehni yorğunluq[4]

Sadalanan problemlərin əksəriyyətinin səbəbi budur ki, insan naməhrəmə baxmaqla onun vurğunu olur və ona çatmağı arzulayır. Əksər hallarda isə, ona çata bilmədiyinə görə, yuxarıdakı bəlalara düçar olur. Bəzən "istəmək" həddində olduğundan göstərilən problemlərin yalnız bəzisinə, "eşq" dərəcəsinə çatdıqda isə, xəstəliklərin hamısına yoluxa bilər. Bəzən də intiharla nəticələnə bilər. İbrət götürmək üçün bir hadisəni qeyd edirik. İranın cənub şəhərlərinin birində bir qız, bir oğlana baxmaqla ona aşiq olur və ondan gözünü çəkə bilmir. Oğlan isə, qıza məhəl qoymur. Qız dəfələrlə oğlana məktub yazmışdı ki, səni sevirəm, mən sənsiz heç nəyəm, sən mənim həyatımsan və s. Lakin oğlanın ürəyi ram olmur. Qız məşuquna çatmaq ümidilə işıq gələn hər bir tərəfə baş vurur. Ancaq getdiyi bütün yollar, dalana dirənir. Sonda çayın kənarına gələrək özünü çaya atır. Yol ötənlər hər nə qədər çalışırlarsa, qızı boğulmaqdan qurtara bilmirlər. Sonralar ondan tapılan bir məktubda yazmışdı ki, mən sevdiyim oğlanın eşq vüsalına çata bilmədiyimə görə, dünya həyatını istəmirəm. Ona deyin ki, mən ancaq ona qovuşa bilmədiyimdən dolayı, intihar edirəm, çünki dünya onsuz mənim üçün dəyərsizdir.[5]

Paxıllıq

Paxıllıq və ya həsəd, əxlaqən mənfi xüsusiyyətlərdəndir, belə ki bəzi alimlər onu haram bilmiş, bəziləri isə həsədə əməl olunduğu təqdirdə günah və haram sayılacağını demişlər.

Həsədə əməl etmək bu deməkdir ki, bir şəxs digərinə həsəd apararaq, paxıllığı üzündən onu öldürə, vura və ya arxasınca qeybət edə və s.

Möminlərin əmiri Əli (ə) bu barədə buyurur: "Bədənin sağlamlığı az paxıllıq etməkdən asılıdır".[6]

Eləcə buyurur: "Paxılların sağlamlıqlarını unutması, təəccüblüdür".[7] Həmçinin buyurur: "Paxıllıq bədəni məhv edər".[8]

Əllamə Şeyx Məhəmməd Təqi Şüştəri Əsməidən belə nəql edir: "Ömrünün 120 ilini arxada qoymuş köçəri bir ərəbdən, uzunömürlü olmasının səbəbini sorduqda, dedi: Çünki başqalarına həsəd aparmamışam".

27 Yaşlı qızın məktubundan bir hissə

"Mən bəzi vaxtlar, qohumlarıma – qohum qız və qadınlara paxıllıq edirəm, əziyyətverici bir paxıllıq. Bu paxıllıq məni o qədər incidir ki, bəzən başgicəllənməsinə düçar oluram".[9]

Paxıllıq və ölüm

Bir kişi padşahın yanına gələrək dedi: Vəzirinə etdiyin bütün bu yaxşılıqların qarşısında, o səni məclislərdə pisləyir və deyir ki, padşahın ağzından pis qoxu gəlir. Padşah dedi: Bu sözə necə inanım? Dedi: Onu öz yanınıza çağırtdırın, əgər sultanın ağzının üfunətli qoxusunu duymamaq üçün əlini ağzına qoyduğunu müşahidə etsəniz, bilin ki mən doğru deyirəm. Paxıl kişi həmin gün vəziri evinə dəvət edərək, sarımsaqla dolu bir təamı süfrəyə gətirir, vəzir isə bu xörəyi yedikdən sonra padşah onu yanına çağırır. Vəzir padşahın yaxınında əyləşdiyindən əlini ağzına tutdu ki, padşah onun ağzının sarımsaq qoxusunu duymasın. Padşah öz-özünə dedi, o kişi düz deyirmiş. Padşah vəzirə qiymətli xələt bağışladı və qulamlardan birinə versin deyə bir məktub da ona verdi. Bayıra çıxdıqda paxıl dedi: Sultan səninlə neylədi? Vəzir dedi: Xələt verdi və xəzinədardan əlli min dirhəm hədiyyə almaq üçün, bir yazı da verdi. Paxıl dedi: Yazını mənə bağışla. Vəzir yazını ona bağışladı və o paxıl, qulamın yanına gələrək yazını ona verdi. Qulam dedi: Yazılmışdır ki, sizi öldürüm, başınızı dərisini soyaraq samanla doldurum. Paxıl dedi: Vallah bu yazı məndən ötrü yazılmayıb, bir ayrısı üçün yazılmışdır, inanmırsansa get padşahdan soruş. Qulam dedi: Padşahın əmrini yubatmaq olmaz. Beləliklə onu öldürdü. Ertəsi gün vəzir padşahın məclisinə gəldikdə, padşah məsələni araşdırır və bəlli olur ki, o kişi vəzirə paxıllıq etmiş və öz çirkin əməlinin cəzasına da çatmışdır.

Həsəd haqqında Frank Hurkun sözləri

Frank Hurk, cismi xəstəliklərin yaranmasında həsədin rolu haqda deyir: Paxıllıq, qəm və uğursuz emosiyaları beyninizdən uzaqlaşdırmağa çalışın, bu ruhi şeytanlar yalnız beyin sistemini qarışdırmaqla kifayətlənməyib, bədəndə zəhərli hüceyrələrin inkişafına səbəb olaraq, nəticədə qan dövranına əngəl törədirlər. İcad etdikləri zəhərlərlə əsəb sistemini zəiflədərək, əhval ruhiyyəyə, ruh yüksəkliyinə əvəzedilməz zərbə endirir, ən ali məqsədləri məhv edir və beyinin istedad səviyyəsini aşağı endirir.[10]

Onanizm

İslam dinində böyük günahlardan sayılan əməllərdən biri də onanizm – fərdin süni yolla özündən sperma xaric etməsidir[11]. İnsan sağlamlığına son dərəcə zərərli olan bu işin bəzi ziyanlarına toxunuruq.

Onanizmin cismi təhlükələri

Tibb elmində xəstəliklərin inkişafını tanıma yollarından biri də, xəstəliyin müxtəlif mərhələlərdəki əlamətlərini göstərməkdir. Buna əsasən, onanizm xəstəliyinə yoluxmuş şəxsdə yaranmış narahatlıqları üç mərhələdə göstərmək olar.

1. Problem yaradıcı mərhələ

Yeni onanizmə düçar olmuş şəxslərdə, bu xəstəlikdən qaynaqlanan ən tez təsir bağışlayan narahatlıqlar bunlardır:

A) Yorğunluq və əzginlik

B) Diqqətini mərkəzləşdirə bilməmək (fikri yayınma)

C) Yaddaş zəifliyi

D) Təşviş, iztirab və stress

2. Ciddi təhlükə ilə üzləşmə mərhələsi

 Xəstəliyə düçar olmuş şəxsdə aşağıdakı əlamətlərin zahir olması, fərdin xəstəliyinin güclənməsi və ya müddətinin birinci mərhələdən çox olmasını göstərir və nəticədə daha şiddətli narahatlıqlar yaranmağa başlayır:

A) Yorğunluq və əzginlik

B) Xasiyyət tərəddüdlüyü və ya sürətli xarakter dəyişikliyi

C) Hədsiz həssaslıq və tezinciklik

D) Bel ağrısı

 İ ) Tüklərin nazikləşməsi

 F) Cavanlıqda vaxtsız cinsi zəiflik

 J) Yuxusuzluq, rahat yata bilməmə və buna bənzər problemlər

3. Nəhayət dərəcədə giriftarçılıq və ya vərdiş (adət) mərhələsi

 A) Yorğunluq və əzginlik

B) Tüklərin sürətlə tökülməsi

C) Gözlərin tutqunlaşması, qaranlıq gətirməsi

D) Qulaq vızıltısı

İ) Qeyri-iradi, vaxtsız və ya damcı-damcı şəklində sperma ixracı

F) Qasıq və nahiyə ağrısı

J) Boyun nahiyəsində və ombada qulunc sancıları[12]

 

 

 

Narahatlıqların yaranma forması

1.Yorğunluq və əzginlik: Yüksək cinsi ləzzət zamanı sperma gələrkən bədən əzələlərinin birdən-birə möhkəm sıxılması, əzələlərdə qida maddələrinin sürətli məsrəfinə və ən başlıcası, qlükozanın (bədəndə əzələ enerjisini təmin edən ən əsas maddə) azalmasına səbəb olur. Əzələ yorğunluğu, təqribən əzələlərin sürətlə qlükozadan boşalması ilə sıx əlaqədədir və bu sürət çoxaldıqca, yorğunluq daha çox olur.

Onanizmdə bədən əzələlərinin təkrarlı sıxılması, əzələlərin qlükoza ehtiyatını azaldır, yorğunluq və əzginliksə bu xəstəliyin daimi göstəricisidir.

2. Tükün tökülməsi: Onanizm vasitəsilə yaranmış hormonik və kimyəvi dəyişikliklər, kişi cinsi hormonunun yəni, dihidrotestosteronun (kişi cinsi hormonlarının ən güclüsü), testosteronun (kişi cinsi hormanlarından digəri) çoxalmasına səbəb olur, belə DHT (dihidrotestosteron) maddəsinin qanda yüksək olması sonda, tükün tökülməsi və qocalıqda prostat vəzilərin böyüməsi ilə nəticələnir.



  İrəli
Go to TOP