A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Qeyb dövrü
Müəllif: Pur Seyyid Ağayi
Naşir: Mo’ce-elm
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri  


1.Rəvayətlər dəlillər: Bu rəvayətlər həzrətin uşaqlıq dövrü və atası ilə birgə yaşadığı qısa müddətlə bağlıdır.

2.Dualar namazlar: Dua insanın öz Allahı ilə səmimi rabitəsi və aşiqanə zümzüməsidir. Həzrətdən nəql olunmuş duaların uca və çoxsaylı məziyyətləri var. Allah, əhli-beyt, həzrət Mehdinin (ə) məqamının tanınması, qiyamət, intizar, intizar dövründə vəzifələr, haqqın batilə qələbəsi, səbr, çətinliklərin dəfi, əxlaq məsələləri ilə tanışlıq həmin məziyyətlərdəndir. Həzrətdən bu dualarla yanaşı bir sıra namazlar da nəql olunmuşdur.

3.Ziyarətnamələr: Ziyarət imamşünaslıq və insanla imam arasındakı rabitə göstəricisidir. Həzrətə aid olan ziyarətnamələrdə dərin maarif mövcuddur. Bu mətnlərdə imamların məqamı, vəzifələri, mö’minlərin təklifləri və başqa həqiqətlər bəyan olunmuşdur.

4.Fərmanlar bəyanatlar: Həzrət Mehdi (ə) öz naiblərindən bə’zilərinə məktublarla müraciət etmişdir. Dörd naibə və şeyx Müfidə ünvanlanmış namələri misal göstərmək olar. Bu namələrdən bə’zilərində həzrətə ünvanlanmış suallar cavablandırılmışdır. Bə’ziləri isə həzrət tərəfindən verilmiş fərmanları əks etdirir. Bu namələrin bir sıra dəyərləri vardır. Məsələn, fiqhi suallara cavab, qeyb dövründə imamın rolu, xəbərdarlıqlar, təsdiqlər, təkziblər, intizarda olanların vəzifələri, qeyb dövründə fəqihlərin məs’uliyyəti.

Uyğun namələrdən əlavə, həzrətin bir sıra buyuruqları yadigar qalmışdır. Bu buyuruqlar həzrətlə görüşmüş şəxslər tərəfindən nəql edilmişdir. Həzrətin ikinci səfiri Məhəmməd ibn Osman Əmri deyir: «Həzrəti son dəfə Məkkədə Allah evinin kənarında gördüm. O deyirdi: «Pərvərdigara, mənə verdiyin və’di yerinə yetir». Həzrət Kə’bənin pərdəsini tutub ərz edirdi: «Pərvərdigara, düşmənlərdən mənim intiqamımı al».

XÜLASƏ

İmam Mehdinin (ə) yolu və əsərləri haqqında mənbələrdə bir sıra mə’lumatlar vardır. İmam Mehdinin (ə) yolu iki baxımdan araşdırıla bilər: Qeyb dövrü və zühur dövrü.

Qeyb dövründə imam xalq arasındadır, onlardan xəbərdardır və onları qorumağa çalışır. Həzrət zühur dövründə tərbiyəvi, əxlaqi, idarəçilik istiqamətlərində fəaliyyət göstərir. Həzrətin xüsusiyyətlərinə nəzər salaraq onun ardıcılları öz idealını tapa bilər.

İmamın ona münasibətdə ciddi məhdudiyyətlərə baxmayaraq, dəyərli əsərləri qalmışdır. Dualar, məktublar həzrətin əsərlərindəndir.



[1] Hicri-qəməri 260-ci il; miladi 874-cü il.

[2] 40-cı surə.

[3] «Qəsəs» surəsi, ayə 5-6

[4] Xonsa: Həm qadın və həm də kişi cinsiyyət üzvünə malik olan anormal şəxs (qız-oğlan).

[5] «Vəsailuş-şiə» 11-ci cild, səh. 466.

[6] Təbərsi, «Ehticac» 2-ci cild səh. 266.

[7] «Biharul-ənvar», 51-ci cild, səh. 341.

[8] «Maidə» surəsi, ayə 44.

[9] «Biharul-ənvar» 51-ci cild, səh. 85.

[10] «Sünəne-Əbu-Davud» 2-ci cild, səh. 309.



Geri  
Go to TOP